Məhkəmə qərarları › İş №2-1(103)-990/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-990/2023

24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-990/2023 24.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X52 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X25, üçüncü şəxslər X21 və X22 iştirakları ilə, İddiaçı oğlunun cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (X41, X42, X43, X34 və X26 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə) “üçüncü şəxslərin mənzildən qeydiyyatdan çıxarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2-1(112)-6828/2022 saylı qərarından üçüncü şəxs X41 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Firuddin oğlu cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X41, X42, X43, X34 və X9 ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə X41, X42, X43, X34 və X26 məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmuşlar (zəruri cəlbetmə). İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçının mülkiyyətindədir (seriya RX ******* saylı, dövlət reyestrindən çıxarış). X41, X42, X43, X34 və X27 bugünə qədər həmin evdə pasport qeydiyyatında qalmaqdadırlar. X21, X23, X22, X13 və X9 ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması məqsədi ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə müraciət etmişdir. Sonuncu xx.xx.2022-ci il tarixli məktubla «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək ona imtina vermişdir. Üçüncü şəxslərin qeydiyyatı formal xarakter daşıyır, qeydiyyatda olsalar da həmin ünvanda yaşamırlar. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, evə dair bütün lazım olan sənədlər cavabdehə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2-1(112)-6828/2022 saylı qərarı ilə iddia təmin edilmişdir. Üçüncü şəxs X41 apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2-1(112)-6828/2022 saylı qərarının ləğv edilərək, ilkin iddianın rədd edilməsinə və icraya dönüş edilərək onların, yəni cavabdehlər X41, X43, X34, X26 və X1 ünvan 4 saylı evə qeydiyyatının bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti yalınz üçüncü şəxs X41 tərəfindən imzalanmaqla verilsə də, şikayətdə X41, X43, X34, X26 və X1 ünvan 4 saylı evə qeydiyyatının bərpa olunmasına dair qərar qəbul edilməsi xahiş edilmiş, lakin şikayətdə adları qeyd olunmuş üçüncü şəxslərin X28 onların əvəzinə imza edə bilməsi, ümumiyyətlə onları təmsil edə bilməsinə dair hər hansı sübut (etibarnamə) şikayətə əlavə edilməmişdir. Bundan başqa apellyasiya şikayətində Bakı İnzibati Məhkəməsinin 08 iyun 2022-ci il tarixli 2-1(112)-6828/2022 saylı qərarının ləğv edilməsi xahiş olunsa da, iş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6828/2022 saylı iş üzrə yekun qərarı 06 iyun 2022-ci il tarixdə qəbul edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin yalnız üçüncü şəxs X41 tərəfindən Bakı İnzibati Məhkəməsinin 06 iyun 2022-ci il tarixli 2-1(112)- 6828/2022 saylı qərarından verilmiş şikayət kimi qəbul edir və münasibət bildirir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarı qəbul edilərkən məhkəmə tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verildiyindən və birinci instansiya məhkəməsinin qərarında göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi səbəbindən həmin qərar tamamilə ləğv edilərək, iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməlidir. Məhkəmə qanunun tələblərini pozaraq, məhkəmədə araşdırılmış sübutlara və məhkəmə araşdırılması zamanı müəyyən edilmiş hallara deyil, öz subyektiv mülahizəsinə əsaslanaraq qərar qəbul etmişdir. Yasamal rayonu, M.Muxtarov küçəsi 137 saylı ev onun dədə-baba mülküdür və həmin yaşayış evi üzrə vərəsədir. Məhkəmə işə baxarkən buna qiymət verməmişdir. Birinci instansiya məhkəməsi qərarda hüquq normalarını sadalamaqla kifayətlənmiş, həmin sübut və normaları hansı səbəbdən sadaladığını əsaslandırmamışdır. Məhkəmənin bu hərəkətlərinin səbəbləri isə qərarda qanunla müəyyən olunmuş qaydada əsaslandırılmamışdır. Eyni zamanda, Bakı İnzibati Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2-1(112)-6828/2022 saylı qərarında hüquqi məsələlər bölməsində 2 vərəqi sübutları sadalamaqla kifayətlənmiş, bu sübutları hansı məqsədlə sadalamasını qərarda göstərməmiş, bir sübutu qəbul etməsinin, digər sübutu qəbul etməməsinin səbəblərini əsaslandırmamışdır. İddiaçı Firuddin oğlunun guya onlarla, yəni cavabdehlərlə heç bir qohumluq əlaqəsi yoxdur. ünvan 4 saylı ev onların dədə-baba mülkiyyətləridir. Onun yaşamaq üçün başqa heç bir yaşayış yeri və ya evi yoxdur. Əgər onun başqa yaşayış yeri yoxdursa yeganə yaşayış sahəsindən nə üçün haqsız yerə çıxarılmalıdır. Sonra o, ailə üzvləri ilə birlikdə harada yaşamalıdır? Odur ki, İddiaçı bildirdikləri tamamilə yalan olmaqla bərabər, heç bir məntiqə də sığmır. Birinci instansiya məhkəməsinin qərarı ilə tanış olarkən məlum olur ki, həmin məhkəmə bu xüsusatların heç birinə hüquqi qiymət verməmiş, gəldiyi nəticəni qanunla müəyyən edilmiş qaydada əsaslandırmamış və ya əsaslandıra bilməmişdir. Məhkəmə prossesual hüquq normalarını da pozmuşdur. Belə ki, işə onların, yəni cavabdehlər X41, X43, X34, X26 və X1 iştirakları olmadan baxmışdır. Çox təəssüflər olsun ki, məhkəmənin 08 iyun 2022-ci il tarixli qərarı çıxarılarkən nə onun, nə də cavabdehlərin xəbəri olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X41 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, ünvan 1 ünvanında yerləşən mənzilin 9 m2 hissəsi ona məxsus yaşayış sahəsi olmuşdur. 1977-ci ildə başqa yerdə mənzillə təmin olunduğuna görə ailə üzvləri ilə birlikdə oradan köçsə də, həmin ünvanda qeydiyyatda qalmışlar. Orada yaşayan sakinlər və MKİS-dən onun həmin ünvanda əvvəllər yaşaması, həmçinin oradan köçdükdən sonra oraya tez-tez gedib gəlməsi sübut oluna bilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X43 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X50 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, hazırda şikayət vermiş Nazim Əliyevi tanımaması həmin şəxsin qeyd olunan ünvana uzun müddətdir ki, gəlib getməməsi sübut edir. Bundan başqa, üçüncü şəxs Nazim Əliyev qeyd olunan ünvanda yerləşən 9 m2 yaşayış sahəsinin ona məxsus olduğunu, dədə-baba mülkü olmasını, vərəsə olmasını bildirsə də, bu barədə heç bir sübut təqdim etmir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə və digər üçüncü şəxslər X42, X34 və X14 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin və digər üçüncü şəxslər X42, X34 və X9 iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil üzərində İddiaçı Firuddin oğlunun ¼ hissədə mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışına əsasən X35, xx.xx.2012; X44, xx.xx.1989; X41, xx.xx.1957; X36, xx.xx.1989; X42, xx.xx.1990; X37, xx.xx.1999; X15, xx.xx.2000; X55, xx.xx.1991; X7, xx.xx.1937; X5, xx.xx.1960; X50, xx.xx.1976; X24, xx.xx.1995; X29, xx.xx.1977; X8, xx.xx.1964; X30, xx.xx.1968; X43, xx.xx.1987; X38, xx.xx.1966; X2, xx.xx.1993; X39, xx.xx.2019; X4, xx.xx.1990; X40, xx.xx.1994; X16, xx.xx.1969; X17, xx.xx.2016; X31, xx.xx.2000; X3 xx.xx.1962 ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 091-8005Ə-3222 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 137 ünvanından X21, X23, X22, X18, X10 qeydiyyatdan çıxarılması ilə əlaqədar Siz mülki qaydada məhkəməyə müraciət edə bilərsiniz”. Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 60 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Bakı İnzibati Məhkəməsinin 11 mart 2022-ci il tarixli sorğusuna cavab olaraq bildirilmişdir ki, ünvan 1 ünvanı fərdi yaşayış evidir. MKİS-də olan məlumatlara əsasən X34, X26, X41, X42 və X43 M.Muxtarov küçəsi ev 137 ünvanında qeydiyyatdadırlar, lakin yaşamırlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Bakı İnzibati Məhkəməsinin 11 mart 2022-ci il tarixli sorğusuna cavab olaraq bildirilmişdir ki, sözügedən fərdi yaşayış evi paylı olmaqla 1/4 hissəsi X1, 1/4 hissəsi X45, 1/4 hissəsi X6, 1/4 hissəsi İddiaçı adlarına ilkin qeydiyyatdan keçmişdir və hazırda onların mülkiyyətlərindədir. ünvan 1 ünvanının digər yaşayış sahəsinə verilməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinin 11 mart 2022-ci il tarixli sorğusuna cavab olaraq bildirilmişdir ki, X21, X23, X22, X13, X9 ünvan 4 saylı fərdi yaşayış evinə dair mülkiyyət və istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. ünvan 4 ünvanının digər yaşayış sahəsinə verilməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən Bakı İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli sorğusuna cavab olaraq bildirilmişdir ki, X6 və X45 miras əmlaklarına dair vərəsəlik işinin açılıb-açılmaması açıldığı halda notariat işinin surətlərinin istənilməsi ilə əlaqədar Dövlət Notariat arxivinə daxil olmuş müraciətə baxılmış, “Elektron notariat” informasiya sisteminə baxış keçirilərkən yuxarıda adları qeyd olunan şəxslərin miras əmlakına dair vərəsəlik işinin açılması barədə məlumat aşkar edilməmişdir. Üçüncü şəxs qismində çıxış edən X26 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini üzərinə götürmüş, bununla bağlı notarial qaydada ərizə təqdim etmişdir. Digər üçüncü şəxs olan X34 isə iddiaçıya etibarnamə verərək, yaşayış sahəsindən qeydiyyatdan çıxarılması ilə bağlı səlahiyyətləri iddiaçıya vermişdir. Göründüyü kimi mövcud olan sənədlər ona dəlalət edir ki, yuxarıda adları qeyd olunan üçüncü şəxslər yaşayış sahəsindən qeydiyyatdan çıxarılmalarına etiraz etmirlər, əksinə iddiaçıya ərizə və etibarnamə verərək yaşayış sahəsindən qeydiyyatdan çıxmaları barədə iradə ifadələrini nümayiş etdirmişdirlər. X3 (digər paylı mülkiyyətçi) 02 iyun 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsinə və üçüncü şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, İddiaçı üçüncü şəxslər X41, X42, X43 ilə hər hansı qohumluq əlaqəsi yoxdur. Üçüncü şəxslər yaşayış sahəsinə istifadə hüququ olmayan şəxslərdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sorğuya cavab məktubu ilə də həmin şəxslərin istifadə hüququna malik olması müəyyən edilməmişdir. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinin tələblərinə uyğun olaraq yaşayış sahəsi ilə bağlı istifadə hüququ qeydiyyata alınmalıdır. Birinci instansiya məhkəməsi həmçinin yaşayış sahəsinin digər payçılarının (X19, X61) razılıq ərizəsinin olmamasına münasibətdə isə qeyd etmişdir ki, adıçəkilən şəxslərin yaşayış sahəsi üzərində mülkiyyət hüquqları açıq saxlanılmışdır (qeydiyyata alınmamışdır). Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, X19 1973-cü ildə vəfat etmiş, X61 isə 1949-cu ildə vəfat etmişdir. Adıçəkilən şəxslərin miras əmlaklarına dair vərəsəlik işinin açılması barədə məlumat isə Dövlət Notariat Arxivində aşkar olunmamışdır. Məhkəmə hesab etmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda X6 və X45 adları göstərilsə də, onlar vəfat etdiyindən və barələrində vərəsəlik işi açılmadığından, hazırki mübahisə üzrə onların vərəsələri tərəfindən razılıq ərizəsinin verilməsinə zərurət yaranmamışdır. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış evində qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Belə ki, mübahisə ilə bağlı işin hallarından görünür ki, daşınmaz əmlak üzərində iddiaçının ¼ hissədə mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı hazırda cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer anlayışları şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarında mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qanunun mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxslərin sözügedən ev üzərində hər hansı əmlak hüququna malik olmadığı və yaşamadığı halda qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırıldığından və qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçı üçüncü şəxslərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməklə haqlı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxs özünün yeni (faktiki) yaşayış yeri üzrə qeydiyyata alına bilər. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən mənzil iddiaçının xüsusi mülkiyyətində olduğundan, üçüncü şəxslərin qeydiyyatdan çıxarılması barədə iddiaçının müraciətindən imtina etməsinə dair cavabdehin hərəkəti “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə qanunauyğun olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası üçüncü şəxs X21 apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Belə ki, apellyasiya şikayətində göstərildiyi kimi mübahisəli ünvandakı evin üçüncü şəxs N.Əliyevin dədə-baba mülkünün olmasını, evin vəfat etmiş mülkiyyətçilərin vərəsəsi olmasını təsdiq edən sübutlar apellyator tərəfindən təqdim olunmamışdır. Həmçinin apellyator apellyasiya şikayətində “onun yaşamaq üçün başqa heç bir yaşayış yeri və ya evi yoxdur. Əgər onun başqa yaşayış yeri yoxdursa yeganə yaşayış sahəsindən nə üçün haqsız yerə çıxarılmalıdır. Sonra o, ailə üzvləri ilə birlikdə harada yaşamalıdır?” qeyd etsə də, apellyasiya baxışı zamanı verdiyi izahatında 1977-ci ildə başqa yerdə mənzillə təmin olunduğuna görə ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanından köçdüyünü və hal-hazırda da başqa yerdə yaşadığını bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Üçüncü şəxs X41 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2-1(112)-6828/2022 saylı qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rəşid Səmədov Hakimlər Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar