Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-991/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (xx.xx.1958-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinə qarşı “əmək haqqından hesablanmış məcburi dövlət sosial sığorta haqqının fərdi şəxsi sığorta hesabına işlənməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(112)- 2730/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlnə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı İsayev Əli Alşan oğlu 27.01.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək işlədiyi müddətdə əldə edilmiş, sosial sığorta məbləğinin şəxsi sığorta hesabına daxil edilməməsi ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi, işlədiyi “xxxx” Müştərək Neft və Qazçıxarma Müəssisəsində iddiaçıya aid əmək haqqından hesablanmış və Dövlət Sosial Müdafiə Fonduna ödənilmiş 9800 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının iddiaçının fərdi şəxsi sığorta hesabına işlənib nəzərə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinı xahiş etmişdir. İddiaçı İsayev Əli Alşan oğlu öz tələbini onunla əsaslandırmışdır ki, o, 05.01.2010cu ildən 01.03.2011-ci ilə qədər 1 il 1 ay 23 gün “xxxx” Müştərək Neft və Qazçıxarma Müəssisəsində işləmişdir, ləğvetmə komissiyasında aparıcı mütəxəssis işlədiyi müddətdə iddiaçıya 33600 manat əmək haqqı olmaqla və 5600 manat mükafat olmaqla cəmi 39200 manat hesablanmışdır. Hesablanmış əmək haqqı və mükafat məbləğindən DSMF-yə hesablanmış 86241176 =9800 manat ayırmalar fondun hesabına tam ödənilmiş və müvafiq hesabatlar təqdim edilmişdir. Sonradan məlum olmuşdur ki, hesablanıb ödənilmiş sosial sığorta məbləği ilə bağlı ümumi hesabatlar təqdim edilmiş, lakin işçilər üzrə fərdi qaydada hesabat təqdim edilməmişdir.Belə hesabat səhvinə düzəliş edilməsi məsələsi cavabdehə aiddir. 10.03.2020-ci il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2730/2020 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddiaçı İsayev Əli Alşan oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər İdarəsinə qarşı işlədiyi müddətdə əldə edilmiş sosial sığorta məbləğinin şəxsi sığorta hesabına daxil edilməməsi ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi, işlədiyi “xxxx” Müştərək Neft və Qazçıxarma Müəssisəsində iddiaçıya aid əmək haqqından hesablanmış və Dövlət Sosial Müdafiə Fonduna ödənilmiş 9800 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının iddiaçının fərdi şəxsi sığorta hesabına işlənib nəzərə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qərarında iddiaçının ata adının “Alışan” göstərilməsi məhkəmə tərəfindən texniki yazı xətası kimi qiymətləndirilir. Qərardan narazı qalan iddiaçı 25.12.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 və əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2730/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan - İddiaçıya məxsus İT-İ ******* nömrəli, 13.11.1978-ci il tarixli əmək kitabçasının surətinə əsasən iddiaçı başqa iş yerləri ilə yanaşı həm də 06.01.2010-cu ildən 01.03.2011-ci ilə qədər “xxxx” Müştərək Neft və Qazçıxarma Müəssisəsinin ləğvetmə komissiyasında işləmişdir. -“xxxx” Müştərək Neft və Qazçıxarma Müəssisəsinin 06.03.2011-ci il tarixli, MŞ 01/142 nömrəli arayışının kserosurətinə əsasən iddiaçı 05.01.2010-cu ildən 01.03.2011-ci ilə qədər işləmiş və 33600 manat əmək haqqı və 5600 manat mükafat ona hesablanmışdır. - Cavabdehin iddiaçıya ünvanlanmış 10.10.2019-cu il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, “xxxx” BM tərəfindən 2010-2011-ci illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” (Forma B3) hesabatları təqdim olunmadığı üçün “Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində “Sığortaolunanların hesabları” bölümündə sığortaolunan İsayev Əli Alşan oğlunun məlumatları öz əksini tapmamışdır, cavabdehin iddiaçıya ünvanlanmış 27.12.2019-cu il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, onun müraciətinə 10.10.2019-cu il tarixli məktubla cavab verilmişdir. Cavabdehin təqdim etdiyi: “Sığortaolunanın hesabı” adlı sənədə əsasən iddiaçı haqqında 2010-2011-ci illər üzrə məlumatlar “X1 Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində əks olunmamışdır; Hesabatların idarə olunması sənədinə əsasən “xxxx” BM üzrə 2006-2009-cu illərdə B3 hesabatı təqdim edilməmişdir; İddiaçıya aid sığortaolunanın hesabına əsasən iddiaçı üzrə “xxxx” BM tərəfindən 2010-2011-ci illərdə sığorta haqları ödənilməmişdir; - Neftçala rayon İcra Hakimiyyəti Neftçala rayon Dövlət Arxivinin 18 №li, 01.09.2020-ci il tarixli məktubuna əsasən İddiaçı məcburi sosial sığortası ilə bağlı Neftçala rayon Dövlət Arxivinə “xxxx” Müştərək Neft və Qazçıxarma Müəssisəsi tərəfindən məcburi sosial sığorta ilə bağlı heç bir il üzrə sənəd təhvil verilməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla);T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta staına daxil edilir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində iş üzrə mühasibatlıq ekspertizasının təyin olunması barədə dəlilinə əsasən qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə ekspertizanın təyin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən bu dəlil məhkəmə tərəfindən əsassız hesab edilir. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının “xxxx” Müştərək Neft və Qazçıxarma Müəssisəsində işlədiyi 2010-2011-ci illər üzrə cavabdehin təqdim etdiyi sənədlərə əsasən “xxxx” Müştərək Neft və Qazçıxarma Müəssisəsi tərəfindən “Məcburi dövlət sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” (Forma B3) hesabatları təqdim olunmadığı üçün “Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində “Sığortaolunanların hesabları” bölümündə həmin illərdə qeyd edilən müəssisə üzrə sığortaolunan İsayev Əli Alşan oğlunun məlumatları öz əksini tapmadığından, onun tərəfindən həmin müəssisədə işləyərək aldığı əmək haqqından məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2730/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2730/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-991/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-991/2021
27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver