Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-991/2024 05.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2-1(112)-7434/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibti Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.1-ci və 73.1-ci maddəsini rəhbər tutaraq, **********3732, **********7322 və **********2324 nömrəli gömrük bəyannamələri üzrə əsassız hesablanmış gömrük borcunun və həmin borca münasibətdə hesablanmış dəbbə pulunun ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2022-ci il tarixli 1000-160/0xx-xx/024155 nömrəli məktubla "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra - ADY) müraciət olunaraq, ADY tərəfindən bəyan edilmiş **********3732, **********7322 və **********2324 nömrəli gömrük bəyannamələrinin 23-cü qrafasında bəyan olunmuş məzənnənin bəyannamənin gömrük orqanına təqdim olunduğu tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq olunmuş məzənnəyə uyğun rəsmiləşdirilmədiyi müəyyən olunmuşdur. Qeyd edilən məsələnin araşdırılması və Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 48.3-cü və 271.1.1-ci maddələrinə və “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci, 17-ci, 19.1-ci və 67.2-ci maddələrinə əsasən, **********3732, **********7322 və **********2324 nömrəli bəyannamələr üzrə əsassız hesablanmış gömrük borcunun və həmin borca münasibətdə hesablanmış dəbbə pulunun ləğv edilməsi barədə qərar qəbul edilməsi inzibati orqandan xahiş edilmişdir. Komitədən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-33/2- 001943/2023 nömrəli məktubda gömrük borcunun silinməsindən imtina olunmuşdur. ADY pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Komitə tərəfindən ADY barəsində hesablanmış gömrük borcunun və həmin borca münasibətdə hesablanmış dəbbə pulunun əsassız olması ilə bağlı bildirirlər ki, ADY tərəfindən müvafiq malların gömrük proseduru altında yerləşdirilməsi üçün təqdim edilmiş **********7322 nömrəli gömrük bəyannaməsi xx.xx.2019-cu il tarixdə, **********2324 nömrəli gömrük bəyannaməsi xx.xx.2020-ci il tarixdə, **********3732 nömrəli gömrük bəyannaməsi isə xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş və onların qəbul edilməsindən gömrük orqanı tərəfindən imtina edilməmişdir. Sözügedən qəbul edilmiş bəyannamələrə uyğun olaraq təsdiq olunmuş valyuta məzənnəsi nəzərə alınmaqla gömrük orqanının hesabladığı məbləğdə gömrük ödənişi qanunvericiliklə müəyyən edilmiş qaydada ADY tərəfindən tam ödənildiyindən həmin bəyannamələr üzrə valyuta məzənnəsinin dəyişməsi ehtimalına istinad olunmaqla gömrük borcunun (**********3732 nömrəli gömrük bəyannaməsi üzrə 1752,51 manat ƏDV, 639,67 manat dəbbə, **********7322 nömrəli gömrük bəyannaməsi üzrə 13487,40 manat ƏDV, 4922,90 manat dəbbə, **********2324 nömrəli gömrük bəyannaməsi üzrə 280860,19 manat ƏDV, 102513,97 manat dəbbə pulunun) hesablanmasına hüquqi və inzibati əsaslar mövcud deyildir. Bundan başqa bildirilir ki, Komitə tərəfindən ADY-yə göndərilmiş xx.xx.2022-ci il tarixli 1000-160/002- 24/024155 nömrəli məktubda qeyd edilmişdir ki, Komitə tərəfindən aparılmış araşdırma nəticəsində yuxarıda qeyd edilən uyğunsuzluq aşkar olunmuşdur. Bununla bağlı ididaçı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 98.1-ci maddəsinə əsasən gömrük orqanları tərəfindən malların və nəqliyyat vasitələrinin buraxılışından, o cümlədən şərti buraxılışından sonra gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq, eləcə də şəxsin mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirməsinin vəziyyətini müəyyənləşdirmək məqsədi ilə idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin həmin mallar və nəqliyyat vasitələri ilə əlaqədar apardığı əməliyyatlara və beynəlxalq ticarət sövdələşmələrinə dair kommersiya sənədlərini və məlumatları yoxlanılması gömrük auditi hesab edilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən gömrük auditi gömrük bəyannaməsində qeyd olunan malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 (üç) il ərzində və yalnız hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barəsində həyata keçirilə bilər. Həmin Məcəllənin 98.3-cü maddəsinə əsasən gömrük auditi idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin müvafiq tikililərində, ərazilərində, binalarında və onların istifadəsində olan digər yerlərdə aparıla bilər. Həmin Məcəllənin 98.4-cü maddəsinə əsasən gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.Bundan başqa bildirirlər ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 249.1-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. Komitə tərəfindən ADY-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-33/2- 001943/2023 nömrəli məktubda qeyd olunmuşdur ki, **********7322 nömrəli gömrük bəyannaməsi xx.xx.2019-cu il tarixdə gömrük rəsmiləşməsinə qəbul olunmuşdur. Komitə tərəfindən isə 27 dekabr 2022-ci il tarixdə qeyd edilən bəyannamə üzrə yaranmış gömrük borcunun ödənilməsi tələb olunmuşdur.ADY tərəfindən qeyd edilən gömrük bəyannaməsi üzrə gömrük ödənişlərini ödəmək öhdəliyi xx.xx.2019-cu il tarixdə yaranmış (Komitənin arqumetinə əsasən), lakin Komitə tərəfindən üç il, bir gündən sonra, yəni tələbetmə müddətini ötürdükdən sonra gömrük borcunun ödənilməsini tələb etmişdir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələbinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı sonradan tələbini dəyişmiş və QSC-nin “**********3732, **********7322 və **********2324 nömrəli gömrük bəyannamələri üzrə gömrük borcunun və həmin borca münasibətdə dəbbə pulunun hesablanmasına dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hərəkətlərinin qanunsuz hesab olunması və hesablanmış gömrük borcunun, dəbbə pulunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2-1(112)-7434/2023 saylı saylı qərarı ilə iddia tələbinin təmin edilərək **********3732, **********7322 və **********2324 nömrəli gömrük bəyannamələri üzrə gömrük borcunun və həmin borca münasibətdə dəbbə pulunun hesablanmasına dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hərəkətləri qanunsuz hesab olunaraq, hesablanmış gömrük borcunun və dəbbə pulunun silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Kollegiyasının xx.xx.2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Ümumi risklərin idarə edilməsi Qaydaları”nın 1.3.1-ci yarımbəndindən də müəyyən olunur ki, risklərin idarə edilməsi sistemi (RİS) risklərin idarə edilməsi zamanı məlumatların toplanması, məlumat bazasının yenilənməsi, risklərin təhlili, müvafiq proseslər və onların nəticələrinin mütəmadi monitorinqi yolu ilə risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyəcək ziyanın dərəcəsinin qiymətləndirilməsi və riskə məruz qalmanın azaldılması və qarşısının alınması məqsədilə gömrük orqanları tərəfindən sistematik işlənib hazırlanan və mütəmadi görülən tədbirlərin həyata keçirilməsini tənzimləyir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin tələbinə əsasən Dövlət Gömrük Komitəsinin malların və nəqliyyat vasitələrinin buraxılışından sonra şəxslərin bunlar barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirmələrini yoxlamaq, gömrük prosedurlarına nəzarəti həyata keçirmək, hüquqpozmaların operativ surətdə qarşısını almaq, əməliyyat-axtarış fəaliyyətini sürətləndirmək və digər məqsədlər üçün gömrük orqanlarının sistemi daxilində mobil qruplar təşkil etmək hüququna malikdir. Komitə tərəfindən aparılmış araşdırma nəticəsində QSC-nin və onun tabeliyində olan 11 saylı “X2 Müəssisəsi” MMC, 5 saylı “X2 Müəssisəsi" MMC və QSC-nin İnfrastruktur Departamenti tərəfindən idxal edilən mallara görə tərtib olunmuş gömrük bəyannamələrində bir sıra uyğunsuzluqlar aşkar olunmuşdur. QSC tərəfindən bəyan edilmiş **********7322, **********2324 və **********3732 nömrəli gömrük bəyannamələrin 23-cü qrafasında bəyan olunmuş məzənnənin bəyannamənin gömrük orqanına təqdim olunduğu tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq olunmuş məzənnəyə uyğun rəsmiləşdirilmədiyi müəyyən olmuşdur. Belə ki, cavabdehin gömrük orqanı tərəfindən müəyyən edilmiş risklərin təhlili zamanı toplanmış və gömrük orqanı tərəfindən təhlil və təsnif edilmiş məlumatlar əsasında QSC tərəfindən bəyan edilmiş **********7322, **********2324 və **********3732 nömrəli gömrük bəyannamələri üzrə aparılmış gömrük əməliyyatları nəticəsində yaranmış gömrük ödənişlərinin dövlət büdcəsinə ödənilməsindən yayındırılması müəyyən edilmişdir. Hazırki iddia tələbi üzrə cavabdeh olaraq hesab edirlər ki, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayət edici olmamasını və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh Komitə tərəfindən iddiaçının hüquqlarının pozulmasından söhbət gedə bilməz. Buna görə də cavabdeh Komitənin apellyasiya şikayəti təmin edilməklə iddiaçı QSC-nin iddia tələbinin təmin edilməsinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cu il tarixli qərarının ləğv edilməklə iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə Kollegiyasının iclasında iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.Verilən suallara cavabında bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçının sözügedən gömrük borcunun məcburi qaydada tutulmasına yönəldilmiş hər hansı bir hərəkəti olmamış, borcun tutulmasına dair Qərar qəbul edilməmiş, iddiaçının hüquqlarına müdaxilə edən məhdudiyyətlər tətbiq etməmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.Verilən suallara cavabında həmçinin bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçının sözügedən gömrük borcunun məcburi qaydada tutulmasına yönəldilmiş hər hansı bir hərəkəti olmamış, borcun tutulmasına dair Qərar qəbul edilməmiş, iddiaçının hüquqlarına müdaxilə edən məhdudiyyətlər tətbiq etməmişdir.Lakin iddiaçı hesab edir ki, ona cavabdehin borc olması barədə məktub göndərməsi gələcəkdə iddiaçıya hər hansı problemlər yarada bilər. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətlərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2- 1(112)-7434/2023 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə kollegiyası ilk öncə iddiaçının cavabdehə qarşı irəli sürdüyü hazırkı tələbin nəzərdən keçirilməsini zəruri hesab edir.Məlum olduğu kimi iddiaçının iddiası təmin olunmuş və Bakı İnzibati Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2-1(112)-7434/2023 saylı saylı qərarı ilə iddia tələbinin təmin edilərək **********3732, **********7322 və **********2324 nömrəli gömrük bəyannamələri üzrə gömrük borcunun və həmin borca münasibətdə dəbbə pulunun hesablanmasına dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hərəkətləri qanunsuz hesab olunaraq, hesablanmış gömrük borcunun və dəbbə pulunun silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməsi qərara alınmışdır. Yəni iddiaçı məhkəmədən onun gənaətinə görə cavabdehin qanunsuz olaraq iddiaçının üzərinə hesabladığı ümumilikdə 404.176,64 manat gömrük borcunun silinməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, ilk əvvəl sözügedən borcun silinməsi üçün onun hesablandığı qərar, yəni inzibati akt və onun ümumiyyətlə mövcud olub-olmaması müəyyən edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati aktın anlayışı verilmişdir.Həmin normaya görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 28.1.-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: .... 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi ..... İş materiallarından bəlli olur ki, iddiaçıya ümumilikdə 404.176,64 manat gömrük borcunun hesablanmasına dair hər hansı bir inzibati akt yoxdur. Məhkəmə kollegiyası işin yuxarıdakı faktiki hallarına tətbiq edilən hüquq normalarından (“İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi, “İnzibati icraat haqqında” Qanunun “inzibati icraat” adlanan İV fəslində müəyyən edilmiş normalar) çıxış edərək qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının sözügedən gömrük borcunun məcburi qaydada tutulmasına yönəldilmiş hər hansı bir hərəkəti olmamış, bununla bağlı “İnzibati icraat haqqında” Qanunun “inzibati icraat” adlanan İV fəslində müəyyən edilmiş inzibati icraat başlanılmış və keçirilməmişdir. İşin faktiki hallarına görə cavabdeh inzibati orqan- Komitə tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçı QSC-nin və onun tabeliyində olan 11 saylı “X2 Müəssisəsi” MMC, 5 saylı “X2 Müəssisəsi" MMC və QSC-nin İnfrastruktur Departamenti tərəfindən idxal edilən mallara görə tərtib olunmuş gömrük bəyannamələrində bir sıra uyğunsuzluqlar aşkar olunmuşdur. QSC tərəfindən bəyan edilmiş **********7322, **********2324 və **********3732 nömrəli gömrük bəyannamələrin 23-cü qrafasında bəyan olunmuş məzənnənin bəyannamənin gömrük orqanına təqdim olunduğu tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq olunmuş məzənnəyə uyğun rəsmiləşdirilmədiyi müəyyən olmuşdur. Belə ki, cavabdehin gömrük orqanı tərəfindən müəyyən edilmiş risklərin təhlili zamanı toplanmış və gömrük orqanı tərəfindən təhlil və təsnif edilmiş məlumatlar əsasında QSC tərəfindən bəyan edilmiş **********7322, **********2324 və **********3732 nömrəli gömrük bəyannamələri üzrə aparılmış gömrük əməliyyatları nəticəsində yaranmış gömrük ödənişlərinin dövlət büdcəsinə ödənilməsindən yayındırılması müəyyən edilmişdir. Məhkəmə Kollegiyasının iclasında iddiaçının və cavabdehin nümayəndələri də izahatında bildirmişdirlər ki, cavabdeh tərəfindən iddiaçının sözügedən gömrük borcunun məcburi qaydada tutulmasına yönəldilmiş hər hansı bir hərəkəti olmamış, borcun tutulmasına dair Qərar qəbul edilməmiş, iddiaçının hüquqlarına müdaxilə edən məhdudiyyətlər tətbiq etməmişdir. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi əlavə olaraq məhkəmənin sualına cavabında bildirmişdir ki, iddiaçı hesab edir ki, ona cavabdehin borc olması barədə məktub göndərməsi gələcəkdə iddiaçıya hər hansı problemlər yarada bilər.Ona görə hazırkı iddianı qaldırmışdır. Məhkəmə Kollegiyası xüsusi olaraq qeyd edir ki, birinci instansiyası məhkəməsi iş üzrə hazırkı nəticəyə gələrkən mövqeyini həmçinin ümumilikdə belə əsaslandırmışdır ki, iddiaçı müəssisə barəsində hər hansı yoxlamanın keçirilmədiyi halda, belə qərarın qəbul edilmədiyi və müvafiq reyestrdə hər hansı yoxlama ilə bağlı qeydin aparılmadığı halda cavabdeh inzibati orqan tərəfindən müəssisəyə borc hesablanıb tələb edilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Bundan başqa Azərbaycan Respublikası Gömrük Məcəlləsinə görə: 249.1. Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. 249.2. Gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. 249.3. Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. 98.4. gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 98.7-ci maddəsinə əsasən gömrük auditi ümumi və xüsusi formalarda həyata keçirilir. 98.8. ümumi gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında həyata keçirilir. Gömrük orqanının ümumi gömrük auditinin aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır. Məhkəmə kollegiyası işin yuxarıdakı faktiki hallarına tətbiq edilən hüquq normalarından (“İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi, “İnzibati icraat haqqında” Qanunun “inzibati icraat” adlanan İV fəslində müəyyən edilmiş normalar) çıxış edərək qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının sözügedən gömrük borcunun məcburi qaydada tutulmasına yönəldilmiş hər hansı bir qanunsuz hərəkəti olması (gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında pulun tutulması və.s.) və bunun nəticəsində iddiaçının hüquqlarının pozulması iddiaçı tərəfindən əsaslandırılmamış, həmçinin, məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi verilən suallara cavabında bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçının sözügedən gömrük borcunun məcburi qaydada tutulmasına yönəldilmiş hər hansı bir hərəkəti olmamış, borcun tutulmasına dair Qərar qəbul edilməmiş, iddiaçının hüquqlarına müdaxilə edən məhdudiyyətlər (məsələn Gömrük Məcəlləsinin 249.3-cü maddəsində nəzərdə tutulan tədbirlər) tətbiq etməmişdir.Lakin iddiaçı hesab edir ki, ona cavabdehin borc olması barədə məktub göndərməsi gələcəkdə iddiaçıya hər hansı problemlər yarada bilər. Bu halda məhkəmə Kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun “inzibati icraat” adlanan İV fəslində müəyyən edilmiş inzibati icraat cavabdeh tərəfindən başlanılmış və keçirilməmişdir. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının sözügedən gömrük borcunun məcburi qaydada tutulmasına yönəldilmiş hər hansı bir qanunsuz hərəkəti olması və bunun nəticəsində iddiaçının hüquqlarının pozulması iddiaçı tərəfindən əsaslandırılmamış, həmçinin, iddiaçıya gömrük borcunun (ümumilikdə 404.176,64 manat) hesablanmasına dair hər hansı bir inzibati akt mövcud olmamışdır. Lakin birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən iddia tələbinin mümkünlük şərtlərini yoxlamadan, iddiaya mahiyyəti üzrə baxaraq iddia tələbini təmin etmiş və bununla da düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Yuxarıda adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatlarını nəzərə almadan iddia tələbinə mahiyyət üzrə baxaraq qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2-1(112)-7434/2023 saylı qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2-1(112)-7434/2023 saylı qərarı ləğv edilsin. İddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-991/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-991/2024
05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver