Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-993/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin iddiaçıya aid hissədə ləğv edilərək iddiaçıya usta məharət kateqoriyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1633/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq hərbi həkimlərə ixtisas kateqoriyası verilməsi məsələsinə dair müdafiə nazirinin müavininin xx.xx.2012-ci il tarixli, 013 nömrəli əmrinin iddiaçıya aid hissədə qanunsuz olması səbəbindən ləğv edilərək həmin vaxtkı sənədlərlə təsdiq olunan göstəricilərinə əsasən iddiaçıya «usta» məharət kateqoriyası verilməsi məsələsinə yenidən baxılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının hüquqları Müdafiə Nazirinin müavininin xx.xx.2012-ci il tarixli, 013 nömrəli əmri ilə pozulmuşdur. Belə ki, attestasiya göstəricilərinə görə həmin vaxt iddiaçıya «usta» məharət dərəcəsi verilməli olduğu halda birinci dərəcəsi ilə məharət kateqoriyası saxlanılmışdır. İddiaçı «usta» məharət kateqoriyasına təqdim olunmağına dair raport verməyinə baxmayaraq həmin raport komissiyaya təqdim edilməmiş və iddiaçıya onun İ məharət kateqoriyasının təsdiq olunmasına təqdim edilməsi səbəbi ilə «usta» məharət kateqoriyası məsələsinə ümumiyyətlə baxılmamışdır. Halbuki iddiaçının 20 ildən artıq həqiqi hərbi xidmətdə olduğu dövrdə öz ixtisası üzrə yüksək nəzəri və praktiki hazırlığını və elmi-praktiki nailiyyətlərini təltif edildiyi mükafatlar, medallar, nişanlar elmi dərəcələri, fəxri adı təsdiq edir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair «Etiraz»ını təqdim edərək bildirmişdir ki, ehtiyatda olan tibb xidməti mayoru İddiaçı malik olduğu 1-ci məharət dərəcəsi sonuncu dəfə yaşa görə ehtiyata buraxılma ərəfəsində sərəncamda olduğu dövrdə, yəni 2012-ci ilin 26 dekabr tarixində müdafiə nazirinin müavininin müvafiq əmri ilə təsdiq edilmişdir, yəni xidmət etdiyi hərbi müəssisənin rəhbərliyi tərəfindən ixtisası üzrə bilik səviyyəsinə uyğun olan, yüksək 1-ci məharət dərəcəsinə layiq olması təsdiq edilmişdir. «Tibb və əczaşı ixtisaslı hərbi qulluqçulara məharət kateqoriyalarının verilməsi qaydaları haqqında» Əsasnamənin 10-cu maddəsinə əsasən məharət kateqoriyası almaq üçün attestasiyadan keçmək istəyən hərbi həkim, provizor və ya orta tibb heyətindən olan hərbi qulluqçular bu barədə müvafiq qaydada raport yazmalıdırlar. İddiaçı ona «usta» məharət dərəcəsinin verilməsinə görə sınaqlara buraxılması barədə raportla müraciət etməmişdir. 1-ci məharət dərəcəsinə malik olan iddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır və hal-hazırda hərbi qulluqçu statusuna malik olmadığı üçün hər hansı sınaqlara cəlb edilməsi mümkün deyildir. Ümumiyyətlə məharət kateqoriyasının verilməsi direksion səlahiyyət kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aidiyyəti vəzifəli şəxslərindən ibarət komissiyaya verilmişdir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1633/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hərbi həkimlərə ixtisas kateqoriyası verilməsi məsələsinə dair müdafiə nazirinin müavininin xx.xx.2012-ci il tarixli, 013 nömrəli əmrinin iddiaçıya aid hissədə qanunsuz olması səbəbindən ləğv edilərək həmin vaxtkı sənədlərlə təsdiq olunan göstəricilərinə əsasən iddiaçıya «usta» məharət kateqoriyası verilməsi məsələsinə yenidən baxılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iş üzrə iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti məzmunca iddia ərizəsinə uyğun olmaqla, onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İşə apellyasiya instansiyasında baxılarkən, məhkəmə kollegiyasının son iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddiaya qarşı verilmiş «Etiraz»a uyğun izahat verərək, şikayətin əsassız olduğundan təmin edilməməsini, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş İddiaçı iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını nəzərə alaraq, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə apellyasiya şikayəti təmin olunmamalı və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1633/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə şəxsiyyət vəsiqəsinin, 002905 nömrəli vəsiqənin, Azərbaycan Respublikasının Prezidenti yanında X1 xx.xx.2013-cü il tarixli, (protokol № 29) qərarı ilə fəlsəfə doktoru dərəcəsinin verilməsi haqqında sənədi, «Qüsursuz xidmətə görə» medallarının və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9 illiyi və 10 illiyi yubiley medallarının vəsiqələrini, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 013 nömrəli, xx.xx.2012-ci il tarixli əmrindən çıxarışı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadını, cavabdehin iddiaçıya ünvanlanmış 4/1539 nömrəli, xx.xx.2014-cü il tarixli məktubunu, iddiaçının dissertasiya işi ilə bağlı BFD 03.013 şifrli birdəfəlik dissertasiya şurasının qərarını təqdim etmişdir. Eyni zamanda iş materiallarından görünür ki, məhkəməyə Bakı Apellyasiya Məhkəməsinin 2-1(013)-284/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qərardadı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-954/15 nömrəli, xx.xx.2015-ci il tarixli qərarı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3534/2014 nömrəli, xx.xx.2014-cü il tarixi qərarı və digər sənədlər təqdim edilmişdir. İş materiallarından görünür ki, işdə olan sənədlərin, həmçinin inzibati məhkəmə icraatının gedişində dinlənilmiş şahidlərin ifadələrinin araşdırılması zamanı birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının silahlı qüvvələrində hərbi xidmət etmişdir, xx.xx.2012-ci ildə cavabdehin 013 saylı əmri ilə onun 1-ci məharət dərəcəsi təsdiq edilmişdir,xx.xx.2012-ci ildə iddiaçı ordu sıralarından ehtiyata buraxılmışdır, xidmət etdiyi dövrdə müxtəlif mükafatlar, medallar ilə təltif olunmuşdur, habelə xx.xx.2013-cü il tarixdə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.Hazırda cavabdehin xx.xx.2012-ci il tarixli, 013 nömrəli əmrinin iddiaçıya «Birinci» məharət dərəcəsinin (kateqoriyasının) verilməsi (təsdiq edilməsi) hissəsində ləğv edilməsini, həmin vaxtkı sənədlərlə təsdiq olunan göstəricilərinə əsasən iddiaçıya «usta» məharət kateqoriyası verilməsi məsələsinə yenidən baxılması öhdəliyinin cavabdehə həvalə edilməsini tələb edir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisə ilə əlaqədar aşağıdakı hüquq nomalarına istinad etmişdir . Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Həmin Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda;68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda;68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda;68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Məhkəmə kollegiyası hesab edir ki, işin hallarını və sadalanan hüquq normalarını nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, inzibati icraat qaydasında işə baxılarkən iddiaçının ona aid hissədə mübahisələndirdiyi inzibati aktın cavabdehin xx.xx.2012-ci il tarixli, 013 nömrəli əmrinin qanun pozulmaqla qəbul edilməsi və ya «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 68.2-ci maddəsində sadalanan halların mövcud olması halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi onu da düzgün olaraq qeyd etmişdir ki, «Tibb və əczaçı ixtisaslı hərbi qulluqçulara məharət kateqoriyalarının verilməsi qaydaları haqqında» Əsasnamənin 10-cu maddəsinə əsasən məharət kateqoriyası almaq üçün attestasiyadan keçmək istəyən hərbi həkim, provizor və ya orta tibb heyətindən olan hərbu qulluqçular bu barədə mübafiq qaydada raport yazmalıdırlar, iddiaçı hərbi xidmət keçərkən ona «usta» məharət dərəcəsinin verilməsinə görə sınaqlara buraxılması barədə raportla cavabdehə müraciət etməsini məhkəmədə sübuta yetirməmişdir və məharət dərəcələri hərbi xidmət dövründə hərbçinin məharətinin dərəcəsini müəyyən edilməsi nəticəsində verilən qiymətdir və ehtiyata buraxılmış hərbçilərə verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin tərəflər arasındakı mübahisə ilə əlaqədar gəldiyi qənaəti ilə razılaşır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hərbi həkimlərə ixtisas kateqoriyası verilməsi məsələsinə dair müdafiə nazirinin müavininin xx.xx.2012-ci il tarixli, 013 nömrəli əmrinin iddiaçıya aid hissədə qanunsuz olması səbəbindən ləğv edilərək həmin vaxtkı sənədlərlə təsdiq olunan göstəricilərinə əsasən iddiaçıya «usta» məharət kateqoriyası verilməsi məsələsinə yenidən baxılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddiası əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia). Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 34.1-ci maddəsinə əassən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə tərəflər arasında mübahisəyə dair düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qərar qanunun normalarına uyğun əsaslandırılmışdır və apellyasiya şikayətinin dəlilləri həmin qərarın ləğvi üçün əsas verə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1633/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-993/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-993/2020
23.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver