Məhkəmə qərarları › İş №2-1(103)-993/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-993/2024

31.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-993/2024 31.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-759/2023 nömrəli, 0N sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 29 iyun N992-ci il tarixdən N yanvar N993-cü il tarixədək N saylı hərbi hissənin tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə (Füzuli istiqamətində) iştirak etmişdir. Onun döyüşlərdə iştirakı hərbi biletində olan müvafiq qeydlər, həmçinin Yasamal rayon hərbi komissarlığının xx.xx.N992-ci il tarixli, N/628 saylı, xx.xx.N992-ci il tarixli, N/377 saylı və xx.xx.N993-cü il tarixli, N/N79 saylı arayışları ilə təsdiq olunur. Belə ki, həmin arayışlarda iddiaçının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində döyüşlərdə iştirak etməyi göstərilir. Həmçinin arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin N3N №li N6 mart N992-ci il tarixli qərarına əsasən ailə üzvlərinin döyüşlərdə iştirak etdiyinə görə nəzərdə tutulmuş imtiyazlardan istifadə etməsi göstərilir. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi poliklinikası tərəfindən verilmiş N4 yanvar N993-cü il tarixli N67 saylı arayışından görünür ki, iddiaçı əl barmağından güllə yarası almış və hərbi komissiyanın rəyinə əsasən iddiaçının aldığı xəsarətin Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması göstərilmişdir. Həmçinin Müdafiə Nazirliyi tərəfindən verilmiş arxiv arayışında (xx.xx.20N9cü il tarixli, 9N2/37N saylı) onun N saylı hərbi hissənin tərkibində Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etməsi bir daha öz təsdiqini tapır. İddiaçı ona müharibə veteranı adının verilməsi məqsədilə Azərəbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasına müraciət etmiş və komissiyadan ona ünvanlanan xx.xx.202N-ci il tarixli məktubda hərbi biletinin birinci səhifəsinin notarial qaydada təsdiq olunmuş surətini və digər sənədlərin surətinin komissiyaya göndərildiyi təqdirdə, ona veteran adının verilməsi məsələsinə baxılacağı göstərilmişdir. İddiaçı tövsiyə edilən qaydada sənədlərini komissiyaya göndərmiş, lakin komissiyadan göndərilən xx.xx.202N-ci il tarixli, l/q-9488 saylı və xx.xx.202N-ci il tarixli, 4\3-N80 saylı məktubda onun müraciətinə sözügedən komissiyada baxılması göstərilməklə, barəsində müsbət qərar qəbul edilmədiyindən sənədləri geri qaytarılmışdır. İddiaçının təqdim etdiyi sənədlər X2 Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyası tərəfindən hərtərəfli araşdırılmamışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Elvin Əliyev) 2-N(NN2)-759/2023 nömrəli, 0N sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı X4 “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli nömrəli qərar ilə İddiaçı müharibə veteranı adı və müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Qeyd olunan iddianın təmin edilməsinə dair qərar əsassızdır və aşağıdakı səbəblərə görə ləğv olunmalıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Cavabdeh, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Məhkəmənin mübahisələndirilən qərarından görünür ki, İddiaçı xx.xx.N992-ci il tarixdən xx.xx.N993-ci il tarixədək Müdafiə Nazirliyinin tabeliyində olan N nömrəli hərbi hissəsində hərbi xidmət keçmiş və xx.xx.N993-cü il tarixdən könüllü olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların N nömrəli hərbi hissəsində xidmət etmişdir. Məhkəmənin gəldiyi nəticə yalnışdır. Belə ki, Əsasnamənin tələblərinə əsasən müharibə veteranı adının və vəsiqəsinin verilməsi iddiaçının sonuncu xidmət keçdiyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiya tərəfindən baxılmalı olduğunu nəzərə almamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Bakı şəhəri Yasamal RHK-dan gəlmiş İddiaçı Tofik oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 99 №-li əmrilə (əsas: §N, səh-NN7, sıra-2, əmrdə atasının adı Tofik yazılmışdır) şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmışdır. N №-li hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli N07 №-li əmrilə (əsas: §3, səh-N2N, sıra-N0) İddiaçı tuşlayıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli N32 №-li əmrilə (əsas §3, səh-N42, əmrdə atasının adı qeyd olunmamışdır) sıravi İddiaçı Füzuli rayonunda sentyabr ayı üçün döyüş tapşırığını yerinə yetirməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli N №-li əmrilə (əsas: §2, səh- 49, əmrdə atasının adı qeyd olunmamışdır) sıravi İddiaçı Füzuli rayonunda dekabr N992-ci il tarixi üçün döyüş tapşırığını yerinə yetirməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli N2 №-li əmrilə (əsas: §2, səh-58, sıra- N, əmrdə atasının adı Tofik yazılmışdır) könüllü sıravi İddiaçı Tofik oğlu şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı keçmiş Oktyabr rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə könüllü və ya səfərbərlik əsasında çağırılmamışdır. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin qanunun 7-ci maddəsinin N-ci hissəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci hissəsinin 8-ci abzasına əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini tələb edir. Lakin iş materiallarında olan sənədlər əsasında iddiaçının qanuni əsaslarla hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması iş materialları ilə öz təsdiqini tapmadı. İddiaçı qeyd olunan hallarla əlaqədar sübutları məhkəməyə təqdim edə bilmədi. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hərbi biletin surətində də onun qanuni əsaslarla hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması barədə qeyd mövcud deyildir (müvafiq əmr, nömrəsi, tarixi, müvafiq normaya istinad edilməklə əsaslar və s.). Məhkəmə kollegiyası qeyd edir ki, “Müharibə veteranı” statusunu alması üçün hərbi qulluqçu: -döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli; -hərbi xidmət keçməsini sübut edən sənədləri mövcud olmalıdır. Hərbi xidmət keçmə hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmasını (tərxis edilmə) ehtiva edir. Qanunvericilikdə şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, həmin hərbi hissədən qanuni əsaslarla tərxis olunması və hər iki halın qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsi tələb edilir. Beləliklə, şəxsin hərbi hissədə hərbi xidmətdə olma faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini və qanunla nəzərdə tutulmuş müddətdə hərbi xidmət keçməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. İddiaçının N993-cü ilin yanvar ayından sonra hərbi xidməti barədə məlumat mövcud deyildir. Belə ki, iddiaçı xəsarət almışdırsa, müayinə və müalicədən sonra hərbi xidmət yerinə qayıtması və hərbi xidmətini davam etdirməsi, eləcə də hərbi xidmətdən qanunla müəyyən olunmuş qaydada tərxis olunması iş üzrə materiallardan görünmür. Eyni zamanda iddiaçının qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən ehtiyata buraxılması işə əlavə olunmuş sənədlərlə təsdiqini tapmamış, iddiaçı xəsarət almışdırsa, müalicədən sonra hərbi xidmət yerinə qayıtması və hərbi xidmətini davam etdirməsi, xüsusən də hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması barədə məhkəməyə hər hansı mötəbər sənəd təqdim etməmişdir. İddiaçı qeyd olunan tarixdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyini bildirsə də, məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Daxili Qoşunların arxiv sənədlərində İddiaçı barəsində hər hansı məlumat aşkar olunmamışdır. Bundan başqa, məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, arxiv məlumatlarına əsasən Daxili İşlər Nazirliyinin aidiyyəti Komissiyası tərəfindən İddiaçı müharibə veteranı statusunun verilməsi müəyyən edilməmiş, eləcə də onun şəxsi işi DİNin arxivinə təhvil verilməmiş, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı barədə hər hansı məlumat aşkar edilməmişdir. O da qeyd edilməlidir ki, iddiaçının xəsarət aldığını bildirdiyi (N993-cü ilin yanvar ayı) dövrdə atəşkəs rejiminin elan olunmadığı da nəzərə alınmalıdır. Bundan başqa, hərbi qulluqçuların ehtiyata buraxılma prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” xx.xx.N996-cı il tarixli 433 saylı Fərmanından sonra başlamışdır. Beləliklə, iddiaçının hərbi xidmətə qəbulu, xidmət keçməsi barədə müvafiq əmrlər olsa da, iddiaçının xidmətinin başa çatması, onun hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə qanunla nəzərdə tutulmuş sənədlər iş üzrə müəyyən olunmadığından iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar müraciətinin təmin edilməsidən cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. İddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Eyni zamanda məhkəmə kollegiyası müharibə veteranı adının və vəsiqəsinin verilməsi iddiaçının sonuncu xidmət keçdiyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiya tərəfindən baxılmalı olduğundan iddianın mümkün sayılmaması barədə cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əsasən iddiaçı Cavabdeh hərbi hissəsinin hərbi qulluqçusu olmuşdur, belə olan halda cavabdeh qismində Cavabdeh olmalıdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti iddia tələbinin mümkün sayılmaması hissəsində əsassızdır və təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-759/2023 nömrəli, 0N sentyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən N ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar