Məhkəmə qərarları › İş №2-1(103)-994/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-994/2020

17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-994/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçı, nümayəndəsi (vəkili) X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X11 Xüsusi X4rşı pensiyanın təyin edilməsi tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4643/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X11 Xüsusi X4rşı məhkəmədə iddia qaldıraraq ona 52 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X11 X9 İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1984-cü il tarixdən hal-hazıradək Heydər Əliyev adına Bakı X16nda işləyir. xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək texnoloji nasosların maşinisti vəzifəsində işləmiş, xx.xx.1989-cu il tarixdən hal-hazıradək texnoloji qurğuların operatoru vəzifəsində işləyir. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda (Kükürdlü neftlərin çəkilməsi, krekinqləşdirilməsi və onlardan neft məhsulları alınması” katalik riforminqin, şistin və kömür qətranlarının çəkilməsi; kükürdlü neft məhsullarının pirolizə edilməsi; aromatik karbohidrogenlərin saflaşdırılması üzrə: texnoloji qurğuların operatorları – 11000000-16081; texnoloji nasosların maşinistləri 11000000-142599) öz əksini tapmışdır. 01.01-.2006-cı il tarixədək 21 ildən çox ümumi və 17 ildən çox xüsusi iş stajı vardır. Tərəfindən cavabdehə müraciət edilərək güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin, cavabdeh cavab məktubu ilə müraciətini təmin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» bəndinə və həmin maddəyə xx.xx.1997-ci il tarixli, 321- İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndi ilə (xx.xx.1997-ci il tarixli 321 İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-ci maddələrində və 90-cı maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il 6 ay artırılır) edilmiş dəyişikliyə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi Kollegiyasının xx xxxxxx 1997-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə «Azərbaycan Respublikası Qanununun tətbiqi barədə izahat”ında bildirilir: 13-cü maddə üzrə:«a» bəndində nəzərdə tutulmuş iş stajı olan aşağıdakı şəxslər güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər: xx xxxxxx 1997ci ildən kişilər 50 yaş 6 ayda, qadınlar 45 yaş 6 ayda; xx xxxxxx 1998-ci ildən kişilər 51 yaşda, qadınlar 46 yaşda; xx xxxxxx 1999-cu ildən kişilər 51 yaş 6 ayda, qadınlar 46 yaş 6 ayda; xx xxxxxx 2000-ci ildən kişilər 52 yaşda, qadınlar 47 yaşda. Azərbaycan Respublikası Mülki Məcəllənin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli öz qərarına əsasən, xidmət illərinə görə pensiyanın məqsədi belə şəxsləri əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar öz əvvəlki işini davam etdirmək zərurətindən azad etməkdir. Xüsusi əmək stajının əldə edilməsi ilə bağlı hüquq münasibətləri, bir qayda olaraq, şəxs pensiya yaşına çatmasından daha əvvəl başa çatır. Xidmət illərinə görə pensiya hüququndan istifadə etmək barədə qərar qəbul edərkən şəxs xüsusi əmək stajının müddətini və zəruri staja malik olmanın hüquqi nəticələrini müəyyən edən həmin dövrdə qüvvədə olan qanunvericilik normalarının tələblərini nəzərə alır. Bu səbəbdən ona münasibətdə onun iş stajına topladığı dövrdə qüvvədə olan norma tətbiq edilməlidir. Beləliklə də, xx.xx.2006-cı il tarixə kimi 20 ildən artıq əmək stajı olduğuna və stajının 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə işlədiyinə, həmçinin xx.xx.2019-cu il tarixdə 52 yaşı tamam olduğuna görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4643/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, X8 52 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X11 X9 İdarəsinə həvalə olunması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-4643/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyinə görə iddiaçının çalışdığı peşə məlum 1 nömrəli Siyahıda “11000000-14259” kodu altında qeyd edilib. Halbuki “texnoloji nasosların maşinistləri” peşəsi “2 neft-qaz və qaz kondensatının hasilatı” alt-başlığına daxildir. İddiaçının çalışdığı zavod isə neftin, qazın hasilatı ilə məşğul deyildir. Odur ki, İdarənin imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi (vəkili) Ə.Məhərrəmli apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən İddiaçı barəsində verilmiş SOCAR**********80020123X00147 nömrəli, xx xxxx 2019-cu il tarixli arxiv arayışdan görünür ki, iddiaçı xx.xx.1984-cü ildən (işə qəbul əmri 188/şh, xx.xx.1984-cü il) xx.xx.1985-ci ilədək “XXİİ qurultay” adına Bakı X16 3 saylı texnoloji sexdə çilingər-şagird peşəsində işləmişdir. xx.xx.1985-ci ildə (işdən çıxma əmri 206/şh, xx.xx.1985-ci il) hərbi xidmətə çağırışla əlaqədar işdən azad edilmişdir. xx.xx.1988-ci ildən (işə qəbul əmri 5/şh, xx.xx.1988ci il) xx.xx.1988-ci ilədək “XXİİ qurultay” adına Bakı X16 3 saylı texnoloji sexdə texnoloji qurğu operatoru peşəsində işləmişdir. xx.xx.1988-ci ildən (işə qəbul əmri 67/şh, xx.xx.1988-ci il) xx.xx.1988-ci ilədək “Xİİ qurultay” adına Bak X16 5 saylı texnoloji sexdə əmtəə operatoru peşəsində işləmişdir. xx.xx.1988-ci ildən (işə qəbul əmri 118/şh, xx.xx.1988-ci il) xx.xx.1988ci ilədək “XXİİ qurultay” adına Bakı X16 5 saylı texnoloji sexdə texnoloji nasos maşinisti peşəsində işləmişdir. xx.xx.1988-ci ildə (işə qəbul əmri 249/şh, xx.xx.1988-ci il) xx.xx.1989cu ilədək “XXİİ qurultay” adına Bakı X16 5 saylı texnolji sexin 501 saylı texnolji qurğusunda (sürtgü yağlarının hidrogenlə təmizlənməsi) texnoloji nasos maşinisti peşəsində işləmişdir. xx.xx.1989-cu ildən (işə qəbul əmri 144/şh, xx.xx.1989-cu il) xx.xx.2007-ci ilədək “Azərneftyağ” X16 5 saylı texnoloji sexin 501 sayl texnoloji qurğusunda (sürtgü yağlarının hidrogenlə təmizlənməsi) texnoloji qurğu əməliyyatçısı peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın X.11000000- 16081, 11000000-14259 bölmələrinə əsasən xüsusi zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. xx.xx.2007-ci ildən (işə qəbul əmri 724/k, xx.xx.2007-ci il) 25.06.015-ci ilədək “Azərneftyağ” X16 5 saylı texnoloji sexin 51 saylı texnoloji qurğusunda (sürtgü yağlarının hidrogenlə təmizlənməsi) texnoloji qurğu operatoru peşəsində işləmişdir. xx.xx.2015- ci ildə əmrlə SOCAR/15-1700/8-04-002000 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.6- cı maddəsinə əsasən tərəflərin razılığı ilə “Heydər Əliyev” adına X16nu 23 saylı texnoloji sahənin 501 saylı qurğusuna texnoloji qurğu operatoru peşəsinə keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərneftyağ” X16 tərəfindən verilmiş güzəştli şərtlərlə pensiya hüququ haqqında arayışdan görünür ki, Azərneftyağ” X14 fəhlələrinin ştat cədvəlində bütün adlardan və ixtisaslardan olan peşələrin adlarının Vahid X1 (VTİSK) uyğun olaraq düzgün adlandırılması; məqsədilə 2007-ci ildən etibarən köhnə adla “texnoloji qurğu üzrə əməliyyatçı” peşəsi VTİSK-na uyğun olaraq texnoloji qurğuların operatoru adlandırılmışdır. İşdə olan ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdən hal-hazıradk Heydər Əliyev adına Bakı X16nda işləyir. xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək texnoloji nasosların maşinisti vəzifəsində işləmiş, xx.xx.1989-cu il tarixdən hal-hazıradək texnoloji qurğuların operatoru vəzifəsində işləyir. xx.xx.2006-cı il tarixədək ümumilikdə 21 ildən çox ümumi, 11 ildən çox xüsusi iş stajı vardır. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət etmiş, cavabdeh İnzibati orqan ərizəyə cavab olaraq xx xxxxxxx 2019-cu il tarixli məktubla bildirmişdir ki, Azəbraycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) (11000000- 16081 kodu üzrə) kükürdlü neftlərin çəkilməsi, krekinqləşdirilməsi və onlardan neft məhsulları alınması, katalik riforminqin, şistin və kömür qətranlarının çəkilməsi, kükürldlü neft məhsullarının pirolizə edilməsi, aromatik karbohidrogenlərin saflaşdırlıması yarımbəndinə (3)- texnoloji qurğuların operatoru peşəsi nəzərdə tutulmuşdur. İddiaçının idarəyə təqdim etdiyi xx xxxxxxxx 1988-ci il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1988- xx.xx.1988-ci il və xx.xx.1989-xx.xx.2019-cu il tarixləri arasında dövrlər ərzində “Heydər Əliyev adına X16”nda texnoloji qurğuların operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı sahəsinə aid deyildir. Bu səbəbdən ona güzəştli şərtlərlə əmək yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. İddiaçı bundan sonra iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 20 il sığorta stajı, eləcə də, 10 ildən çox xüsusi iş stajı olduğundan, iddiaçının həmin xüsusi iş stajı işlədiyi müəssisə tərəfindən verilmiş arayışa əsasən müəyyən edildiyindən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən yaş həddi xx xxxxxx 1997-ci il tarixdən başlayaraq hər il 6 ay olmaqla xx xxxxxx 2000-ci ilədək artırılmasını nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən təyin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» bəndinə və həmin maddəyə xx.xx.1997-ci il tarixli, 321-İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndi ilə (xx.xx.1997-ci il tarixli 321 İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-ci maddələrində və 90-cı maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il 6 ay artırılır) edilmiş dəyişikliyə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi Kollegiyasının xx xxxxxx 1997-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə «Azərbaycan Respublikası Qanununun tətbiqi barədə izahat”ında bildirilir: 13-cü maddə üzrə: «a» bəndində nəzərdə tutulmuş iş stajı olan aşağıdakı şəxslər güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər: - xx xxxxxx 1997-ci ildən kişilər 50 yaş 6 ayda, qadınlar 45 yaş 6 ayda; - xx xxxxxx 1998-ci ildən kişilər 51 yaşda, qadınlar 46 yaşda; - xx xxxxxx 1999-cu ildən kişilər 51 yaş 6 ayda, qadınlar 46 yaş 6 ayda; - xx xxxxxx 2000-ci ildən kişilər 52 yaşda, qadınlar 47 yaşda. Azərbaycan Respublikası Mülki Məcəllənin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublika Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qərarına əsasən, xidmət illərinə görə pensiyanın məqsədi belə şəxsləri əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar öz əvvəlki işini davam etdirmək ərurətindən azad etməkdir. Xüsusi əmək stajının əldə edilməsi ilə bağlı hüquq münasibətləri, bir qayda olaraq, şəxs pensiya yaşına çatmasından daha əvvəl başa çatır. Xidmət illərinə görə pensiya hüququndan istifadə etmək barədə qərar qəbul edərkən şəxs xüsusi əmək stajının müddətini və zəruri staja malik olmanın hüquqi nəticələrini müəyyən edən həmin dövrdə qüvvədə olan qanunvericilik normalarının tələblərini nəzərə alır. Bu səbəbdən iddiaçıya münasibətdə onun iş stajı topladığı dövrdə qüvvədə olan norma tətbiq edilməlidir. Belə ki, iddiaçının xx.xx.2006-cı il tarixə kimi 20 ildən artıq əmək stajı olduğundan və həmin stajın 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə işlədiyindən, həmçinin xx.xx.2019cu il tarixdə 52 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. Məhkəmə kollegiyası apellyasa şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı Azəbraycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın 10-cu “Neft emalı” bölməsinin 11000000-16081 və 11000000-14259 peşə kodlarında göstərilmiş peşə üzrə güzəştli şərtlərlə işləmişdir. Onun xx.xx.2006-cı il tarixədək 21 ildən artıq ümumi, 17 ildən artıq xüsusi əmək stajı vardır. İddiaçının əmək kitabçasında qeyd edilmiş “Heydər Əliyev adına X16”nda çalışdığı “texnoloji qurğuların operatoru və texniki qurğuların maşinisti” peşələri “neftin qazılması və hasilatı neft, qaz, qaz kondenstatı, kömür və şistin emalı” sahəsinə aiddir. Beləliklə, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4643/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4643/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən:H.Ü.Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar