Məhkəmə qərarları › İş №2-1(103)-995/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-995/2021

01.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-995/2021 01.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı, 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Baş Polis İdarəsinə qarşı “xidmətdə olduğu illərin əmək stajına daxil edilməklə əmək pensiyanın yenidən hesablanması və yeni hesablama vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1921/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərarından iddiaçı və 3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 01 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Baş Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “1992-1998-ci illər üzrə xidmətdə olduğu illərin bir günə 3 gün hesabı ilə əmək stajına daxil edilməklə əmək pensiyasına əlavələrin hər ilə 3 faizlə hesablanmaqla əmək pensiyasının yenidən hesablanması və yeni hesablama vərəqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1921/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı 22 sentyabr 1992-ci il tarixdən 02 dekabr 1992-ci il tarixədək həqiqi hərbi xidmətdə olduğu müddət təqvimlə - 02 ay 10 gün olması nəzərə alınmaqla yeni hesablama vərəqinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, iddianın 1992-1998-ci illər üzrə xidmətdə olduğu illərin bir günə üç gün hesabı ilə əmək stajına daxil edilərək əmək pensiyasına əlavələrin hər ilə 3 faizlə hesablanmaqla əmək pensiyasının yenidən hesablanması və yeni hesablama vərəqəsinin verilməsi əmək pensiyasına əlavələrin yenidən hesablanması hissəsində təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1921/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərarının mübahisələndirilən hissədə ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda qərardan narazı qalan 3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1921/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərarının iddianın qismən təmin edildiyi hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətləri mümkün sayılaraq icraata qəbul edilmiş və işə son olaraq baxılması 01.10.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Baş Polis İdarəsi, 3-cü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Respublikası Daxili İşlər Nazirliyi məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə həmin şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Baş Polis İdarəsinin, 3-cü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdeh orqanla razılığa gəldiyindən iddiadan imtina etdiyini və bununla bağlı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. 3-cü şəxsin nümayəndəsi X4 iddiaçının iddiadan imtina barədə ərizəsinin məhkəmə tərəfindən qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçı tərəfindən verilmiş iddiadan imtina barədə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş iddiadan imtina qəbul edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar