Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-996/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin yerləşdiyi faktiki tikintialtı sahənin daşınmaz əmlakın dövlət reyestrində 0,02247 ha qeyd olunması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçıların nümayəndəsi X1, İddiaçı1 vəkili Ələkbər-zadə Faiq Zakir oğlunun, Cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin yerləşdiyi faktiki tikintialtı sahənin daşınmaz əmlakın dövlət reyestrində 0,02247 ha qeyd olunması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4887/2020 saylı 05 noyabr 2020-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə 23 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsinin RX seriyalı ******* saylı 07.12.2017-ci il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 87D ünvanda yerləşən ümumi sahəsi 198.85 kv.m olan fərdi yaşayış evi və 0.02 ha torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. 04/8656 inventar nömrəsi, reyestr nömrəsi **********24-10301 olan, 04.12.2018-ci il tarixli fərdi yaşayış evinə dair texniki pasportdan görünür ki, İddiaçı1 və İddiaçı2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 87D ünvanda yerləşən fərdi yaşayış evinin olduğu torpaq sahəsinin sənəd üzrə sahəsi 0.02 ha, faktiki sahə 0.02247 ha və tikinti altı sahəsi 0.02247 ha-dır. RX seriyalı ******* saylı 18.12.2017-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 87D ünvanda yerləşən ümumi sahəsi 198.85 kv.m olan fərdi yaşayış evi və 0.02 ha torpaq sahəsi ½ hissəsi ilə paylı mülkiyyət hüququ əsasında İddiaçı2 xüsusi mülkiyyətindədir. 07.12.2017-ci il tarixli, reyestr nömrəsi **********24-10301 olan fərdi yaşayış evinə dair texniki pasportdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 87D ünvanda yerləşən fərdi yaşayış evinin olduğu torpaq sahəsinin sənəd üzrə sahəsi 0.02 ha, faktiki sahə 0.02 ha və tikinti altı sahəsi 0.02 ha-dır. RX Seriyalı ******* və ******* saylı 04.12.2018-ci il tarixli çıxarışlardan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ev 87D ünvanda yerləşən ümumi sahəsi 183.0 kv.m olan fərdi yaşayış evi və 0.02 ha torpaq sahəsi ½ hissə ilə paylı mülkiyyət hüququ əsasında İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətindədir. Qiymətləndirmə şirkəti tərəfindən iddiaçıların nümayəndəsinə ünvanlanmış 28.02.2018-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayou, Nərimanov küçəsi və yaxın ətrafda yerləşən torpaq sahələrinin yerindən, quruluşundan və digər texniki göstəricilərindən asılı olaraq 1 sot torpaq sahələrinin orta bazar qiyməti 12000- 200000 manat arası dəyişir. AN-İ seriyalı ******* saylı 14.12.2018-ci il tarixli alqı-saqtı müqaviləsindən görünür ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 183 kv.m fərdi yaşayış evi və 0.02 ha torpaq sahəsi ½ torpaq sahəsinin paylı mülkiyyət üzrə İddiaçı1 məxsus olan ½ hissəsi 217305 manat müqabilində alıcı Bakı şəhəri Cavabdehnə satılmışdır. Həmçinin AN-İ seriyalı ******* saylı 14.12.2018-ci il tarixli alqı-saqtı müqaviləsindən görünür ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 183 kv.m fərdi yaşayış evi və 0.02 ha torpaq sahəsi ½ torpaq sahəsinin paylı mülkiyyət üzrə İddiaçı2 məxsus olan ½ hissəsi 159686 manat müqabilində alıcı Bakı şəhəri Cavabdehnə satılmışdır. İddiaçıların nümayəndəsi X2 Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, ünvanda yerləşən 87D saylı fərdi yaşayış evinin ölçülərində uyğunsuzluğun araşdırılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıların nümayəndəsinə ünvanlanmış **********61 saylı 15 may 2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, daşınmaz əmlak dövlət qeydiyyatından keçmiş fərdi yaşayış evi sökülmüşdür. Həmin sökülmüş evin tikintialtı sahəsi 224.0 kv.m olsa da ilkin sənədlərə əsasən (bələdiyyə və məhkəmə qərarları) 200.0 kv.m hissəsi xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Tikintialtı olmuş əlavə 24.7 kv.m. torpaq sahəsinə dair heç bir hüquqmüüəyyənedici sənədlər təqdim edilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********40 saylı 09 aprel 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən ünvanda yerləşən, daşınmaz əmlak dövlət reyestrində qeydiyyatdan keçmiş, ümumi sahəsi 198,85 kv metr olan fərdi yaşayış evi sökülmüşdür, evin faktiki tikintialtı sahəsi 224,7 kv metr olaraq texniki pasportda qeyd edilsə də, ilkin qeydiyyat zamanı təqdim edilən hüquqmüəyyənedici sənədlərə əsasən 200 kv.metr torpaq sahəsi xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan imtina məktublarından narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 hazırki iddia ilə məhkəməyə müraciət edərək, “fərdi yaşayış evinin yerləşdiyi faktiki tikintialtı sahənin daşınmaz əmlakın dövlət reyestrində 0,02247 ha qeyd olunması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən, yaşadıqları 87B nömrəli fərdi yaşayış evinin paylı mülkiyyətçiləridirlər. Evin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında onlara məxsusdur. Mülkiyyət hüquqlarının qeydiyyatına dair onlara- İddiaçı1 verilmiş RX seriyalı ******* nömrəli çıxarışa və İddiaçı2 verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0,02 ha (2 sot) torpaq sahəsi və bunun üzərində yerləşən, ümumi sahəsi 198.85 kv metrdan ibarət yaşayış sahəsi hər birinə 1/2 hissə olmaqla ümumi paylı mülkiyyətlərindədir. Hüquqları 2017-ci ilin dekabr ayında qeydiyyata alınmışdır. Evin yerləşdiyi torpaq sahəsi 18.09.2007ci il tarixdən Azərbaycan Respublikasının keçmiş Dövlət və Xəritəçəkmə Komitəsində dövlət torpaq kadastrı kitabında 3008 nömrəsi ilə qeydiyyata alınmış, döngə nöqtələrinin koordinatları təyin edilmiş, buna dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Mülkiyyətində olan torpaq sahəsi ******* saylı çıxarışda 0,02 ha göstərilsə də, həmin əmlaka dair AR-sı ƏMDK yanında DƏDRX Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilən texniki pasportda onun mülkiyyətində olan 24,7 kv.m. göstərilmişdir. Yəni, ona ödənilən kompensasiyada 24,7 kv.metr torpaq sahəsi nəzərə alınmamışdır. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun stasistik məlumatlarına əsasən halhazırda yaşadıqları zonada 1 kv.m. torpağın orta bazar qiyməti 3000-3300 manat, bir sot torpağın orta bazar qiyməti 300000-330000 manatdır. Ərizələrinə əlavə etdikləri 07.12.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan da görünür ki, mülkiyyətlərində olan daşınmaz əmlakın ümumi sahəsi 198,85 kv.m., torpaq sahəsinin ölçüsü isə 0,02 ha-dır. Lakin sonradan Yasamal rayonunda “Sovetski” adlanan ərazidə söküntü işləri aparılan zaman həmin əmlakın ölçülərinin müəyyən edilməsi üçün mütəxəssis tərəfindən ölçmə işləri aparılarkən müəyyən edildi ki, bu ölçmə düzgün aparılmamışdır. Bundan sonra, qeyd edilən ölçü fərqləri Dövlət reyestrində qeydə alınaraq ona 04.12.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və **********24-10301 reyestr nömrəli fərdi yaşayış evinin Texniki Pasportu verilmişdir. Surətləri hazırki ərizələrinə əlavə edilən hər iki sənədə nəzər saldıqda görünür ki, Texniki pasportda torpaq sahəsinin ölçüsü 0,02247 ha qeyd edildiyi halda, bu ölçü hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda öz əksini tapmamışdır. Cavabdehin etirazları: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaya dair yazılı etirazı birinci instansiya məhkəməsinə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4887/2020 saylı 05 noyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçıların Cavabdehnə qarşı “24.7 kv.m. fərq nəzərə alınaraq ümumilikdə 12850 manat kompensasiyanın ödənilməsi” barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. Həmçinin həmin tarixdə qəbul edilmiş qərarla iddiaçıların cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin yerləşdiyi faktiki tikintialtı sahənin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 0,02247 ha qeyd olunması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddiasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçılar tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti və ona əlavə iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: 23 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh DƏDRX-nin 1 saylı Ərazi İdarəsi lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçıların nümayəndəsi X2, iddiaçı Emin Həsənovun vəkili Ələkbər-zadə Faiq Zakir oğlu iddia ərizəsini, apellyasiya şikayətini və apellyasiya şikayətinə əlavəni müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətinin və ona əlavənin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 17 fevral 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İş materiallarında olan AN-İ seriyalı ******* saylı 14.12.2018-ci il tarixli alqı-saqtı müqaviləsindən görünür ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 183 kv.m fərdi yaşayış evi və 0.02 ha torpaq sahəsi ½ torpaq sahəsinin paylı mülkiyyət üzrə İddiaçı1 məxsus olan ½ hissəsi 217305 manat müqabilində alıcı Bakı şəhəri Cavabdehnə satılmışdır. Həmçinin AN-İ seriyalı ******* saylı 14.12.2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 183 kv.m fərdi yaşayış evi və 0.02 ha torpaq sahəsi ½ torpaq sahəsinin paylı mülkiyyət üzrə İddiaçı2 məxsus olan ½ hissəsi 159686 manat müqabilində alıcı Bakı şəhəri Cavabdehnə satılmışdır. Göründüyü kimi, hər iki iddiaçıya sözügedən fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi təmin edilmişdir. Sonradan iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına və tikiliyə görə 538275 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ilə məhkəməyə müraciət etmişlər, lakin onların bu iddiası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-530/2019 saylı 19.04.2019-ci il tarixli qərarı ilə rədd edilmiş, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1285/2020 saylı 21.07.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırda isə iddiaçıların tələbi onların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evinin altındakı torpaq sahəsinin ölçüsü ilə bağlı olub, həmin ölçünün düzgün qeydə alınmaması, belə ki, 0,02247 ha əvəzinə, 0,02 ha kimi qeydə alınması, buna görə də həmin qeydə reyestrdə düzəliş olunması ilə bağlıdır. Cavabdeh inzibati orqan iddiaçıların tələbinin təmin olunmasından imtina edərək bu düzəlişin edilməsi üçün hüquqmüəyyənedici sənədlərin mövcud olmadığına istinad edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-cü maddəsində göstərilmişdir:“ 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər... İddiaçılar onlara mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evinin yerləşdiyi faktiki tikintialtı sahənin daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyatının 0,02 ha əvəzinə 0,02247 ha olmasını həmin fərdi yaşayış evinə dair verilmiş texniki pasportdakı qeydlərlə əsaslandırırlar. Belə ki, işdə olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasportdan görünür ki, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,02 ha, faktiki ölçüsü 0,02247 ha, tikintialtı ölçüsü isə 0,02247 ha təşkil edir. İddiaçılar sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsünün texniki pasporta əsasən 0,02247 ha olmasına baxmayaraq mülkiyyət hüquqlarının qeydi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışda həmin ölçünün səhvən 0,02 ha kimi göstərilməsinə istinad edərək, həmin qeydin cavabdeh tərəfindən aparılmasını tələb edirlər. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçıların iddia tələblərinin əsası kimi istinad etdikləri fərdi yaşayış evinə dair verilmiş texniki pasportda həmin evin yerləşdiyi torpaq sahəsinin tikintialtı sahəsinin 0,02247 ha göstərilməsi torpaq sahəsinin həmin ölçü ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün əsas ola bilməz. Belə ki, texniki pasport yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydin aparılması üçün hüquqmüəyyənedici sənəd olmayıb, texniki göstəriciləri özündə əks etdirən texniki sənəd hesab olunur. Odur ki, iddiaçıların məhz həmin sənədə istinad etməklə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydin aparılmasını tələb etməklə bağlı iddiaları əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən həmin iddia düzgün olaraq təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddia ərizəsində qeyd edilənlərlə eynilik təşkil edib, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4887/2020 saylı 05 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4887/2020 saylı 05 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüsynov
Məhkəmə qərarları › İş №2-1(103)-996/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-996/2021
23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver