Məhkəmə qərarları › İş №2-1(103)-996/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-996/2023

16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-996/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2-1(112)-4750/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə və prosessual müddətin bərpasına dair ərizəyə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiyanın yenidən hesablanması üçün pul təminatının tərkibi kimi fasiləsiz xidmət illərinə görə faiz əlavəsinin 40 % hesablanmaqla yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən xidmət illərinə görə əlavənin 50 % faiz məbləğində müəyyən edilməklə məlumat vərəqəsinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir Bakı İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2-1(112)-4750/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xidmət illərinə görə əlavənin 50 % faiz məbləğində müəyyən edilməklə məlumat vərəqəsinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpası barədə ərizə verərək, adıçəkilən qərardan apellyasiya şikayətinin verilməsi əsaslarının mövcudluğu ilə bağlı rəy verilməsi məqsədilə DSX-nin müvafiq struktur qurumlarına sorğular göndərildiyi, sorğular üzrə DSX-nin müvafiq struktur qurumlarında, eləcə də İddiaçı xidmət keçdiyi X2 ətraflı şəkildə araşdırma aprılmasını, sənədləşmə işinin poçt vasitəsilə aparılmasının müəyyən müddət ərzində həyata keçirilməsini, apellyasiya şikayətinin həmin sorğular üzrə qəbul edilmiş məlumatlar əsasında hazırlanmasını və aidiyyəti üzrə göndərilməsini nəzərə alaraq müddətin üzrlü səbəblərdən buraxıldığı bildirilmiş və qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini, apellyasiya şikayətinin qəbul edilərək apellyasiya şikayəti üzrə icraatın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini və apellyasiyanın mümkün sayılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin müddətin bərpası barədə ərizəsi təmin edilməməli, apellyasiya mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Мəcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. İş materiallarından görünür ki, mübahisələndirilən qərarın surəti 15 sentyabr 2022-ci il tarixli müşayiətedici məktubla sifarişli-xəbərnaməli poçt vasitəsi ilə tərəflərə göndərilmiş, xx.xx.2022-ci il tarixdə xəbərnaməyə imza edilərək cavabdeh tərəfindən məhkəmə qərarı qəbul edilmişdir. Cavabdeh tərəfin apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə imza edilərək, qərardan verilmiş apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş 30 günlük prosessual müddət ötürməklə verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Qanunverici müddət buraxılarkən konkret hansı halların üzrlü olmasını qeyd etməsə də, bu hamıya məlum olan hallarla əlaqədar olur (məsələn, şəxsin xəstəliyi, ailə üzvlərindən hər hansı birinin ölməsi, xidməti ezamiyyətdə olması, təbii fəlakətin baş verməsi və s.) “Üzrlü” sözünün terminoloji təhlilindən görünür ki, həmin söz leksik mənasına görə “səbəbi qəbul oluna bilən” hallarda işlədilir. Hazırki halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı rəsmi qaydada cavabdehə təqdim edildiyindən sonuncu tərəfindən apellyasiya şikayəti verilməsi müddəti üzrsüz səbəbdən buraxılmışdır. Müddətin bərpası barədə ərizədə göstərilən hallar üzrlü hal kimi qəbul edilə bilməz. Ona görə də, ərizə təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 85.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verildiyindən apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir, bu səbəbdən həmin şikayət üzrə apellyasiya mümkün sayılmamalı və şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24, 85, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2-1(112)-4750/2022 saylı qərarından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2-1(112)-4750/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar