Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-996/2024 29.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “qərarın iddiaçıya aid hissədə ləğv edilməsi bаrədə” iddia tələbi üzrə inzibati iş üzrə icranın nəticələrinin aradan qaldırılması barədə iddiaçının ərizəsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-160/2020 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “13 iyun 2019-cu il tarixli, **********7 saylı qərarının iddiaçıya aid hissədə (1.2.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 4 saylı region üzrə X1 baş məsləhətçi – baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə 02 mart 2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin) ləğv edilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-160/2020 saylı iş üzrə qəbul etdiyi 12 fevral 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə qərardan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-160/2020 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini Bakı Apellyasiya Məhkəməsindən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1181/2020 saylı iş üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2-1(112)- 160/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə qərardan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1181/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini Azərbaycan Respublikası Ali Məhkəməsindən xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-85/2021 saylı iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli 2- 1(103)-1181/2020 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1263/2021 saylı iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2-1(112)-160/2020 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmişdir. İddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 iyun 2019-cu il tarixli, **********7 saylı qərarının iddiaçıya aid hissədə (1.2.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 4 saylı region üzrə X1 baş məsləhətçi – baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə 02 mart 2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin) ləğv edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12 noyabr 2021-ci il tarixdə qərardan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1263/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini Azərbaycan Respublikası Ali Məhkəməsindən xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(101)-247/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 31 avqust tarixli, 2- 1(103)-1263/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra 25 aprel 2022-ci il tarixdə icra edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubu ilə bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 1 fevral 2022-ci tarixli 2-1(102)-247/2022 nömrəli Qərarının icrası ilə bağlı müvafiq tədbirlər görülmüşdür. İddiaçı 02 mart 2015-ci il tarixdən 13 iyun 2019-cu il tarixədək Nazirlik yanında X5 Xidmətinin 4 saylı region üzrə X1 baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsində qulluq keçmişdir. Belə ki, Nazirliyin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X5 Xidmətinin Aparatının və yerli orqanlarının ştat cədvəllərinin təsdiq edilməsi haqqında” 17 dekabr 2019-cu il tarixli **********7 nömrəli əmri ilə Xidmətin 1,2, 3, 4, 5, 6 və 23 saylı regionlar üzrə X2 ləğv edilərək Xidmətin Bakı şəhər idarəsi yaradılmışdır (surəti əlavə olunur). Bildirilir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa ixtiyarı yoxdur. Bununla əlaqədar olaraq qeyd edilir ki, İddiaçı hal-hazırda aktiv əmək müqaviləsi mövcuddur. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq, Qərarın icrasını təmin etmək üçün 16 may 2022-ci il tarixdə İddiaçı Nazirliyə dəvət edilərək Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsində görüş keçirilmiş və görüş zamanı ona müvafiq izahlar verilmiş və Xidmətin Bakı şəhər İdarəsində analoji vakant vəzifə təklif olunmuşdur. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə İddiaçı dövlət qulluğunda qulluq stajı, təhsilə dair tələblər haqqında məlumatların dəqiqləşdirilməsi ilə bağlı rəy bildirməsi üçün rəsmi məktub göndərilmişdir. Həmçinin, İddiaçı Qərarın icrasını təmin etmək üçün müvafiq sənədləri təqdim etməsi bildirilməsinə baxmayaraq tələb olunan sənədləri hal-hazıradək təqdim etməmişdir. Bununla əlaqədar olaraq, Qərarın icrasını təmin etmək üçün müvafiq sənədlərin təqdim edilməsi ilə bağlı vətəndaşa telefon əlaqəsi saxlanılaraq şifahi məlumat verilmiş, həmçinin rəsmi məktub göndərilmişdir. Nəzərə çatdırılır ki, Qərarın icrası Nazirlikdən asılı olmayan səbəblərdən uzandığından icra ilə bağlı görüləcək tədbirlər barədə əlavə məlumat veriləcəkdir. Məhkəmənin 04 iyul 2022-ci il ci tarixli xəbərdarlıq məktubu ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1263/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının icra edilməməsinə görə cərimənin tətbiq edilməsi barədə xəbərdar edilmiş, qərarın icra edilməməsinə görə məcburi icra tədbirlərinin görülməsi məsələsinə dair məhkəmə iclası 10 avqust 2022-ci il tarixinə təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 18 avqust 2022-ci il tarixli, **********0 nömrəli məktubu ilə bildirmişdir ki, qərarın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 17 avqust 2022-ci il tarixli **********4 nömrəli əmri ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 4 saylı region üzrə X3 işçilərinin tutduqları vəzifədən azad edilmələri haqqında” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 iyun 2019-cu il tarixli **********7 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilmişdir. İddiaçı məhkəməyə vəsatət ilə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-247/2022 nömrəli saylı qərarının icrasının təmin edilməsi üçün məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-160/2020 saylı işi üzrə qəbul etdiyi 13 sentyabr 2022-ci il tarixli qərardadı ilə, “Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-1263/2021 saylı iş xx.xx.2021-ci il tarixli qərarı icra edilidiyi üçün , yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 iyun 2019-cu il tarixli, **********7 saylı qərarı iddiaçıya aid hissədə icra edildiyi üçün, cavabdehə münasibətdə məcburi icra tədbirlərin (cərimənin) tətbiq edilməsi barədə vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Bundan sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)- 247/2022 nömrəli qərarı ilə qüvvədə saxlanılmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1263/2021 nömrəli qərarı ilə ona aid olan hissədə ləğv edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin icra olunmuş, 19 iyun 2019-cu il tarixli, **********7 nömrəli əmrinin (inzibati aktının) icrasının nəticələrinin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının icrası ilə əlaqədar Nazirin verdiyi xx.xx.2022-ci il tarixli, **********4 nömrəli əmrlə barəsində olan 13 iyun 2019-cu il tarixli, ********** nömrəli əmrin ləğv edilməsi təmin edilmiş və bu barədə xx.xx.2022-ci il tarixli “məhkəmə qərarının icrası vəziyyəti barədə” məktubla Bakı İnzibati Məhkəməsinə müvafiq məlumat da verilmişdir. Qeyd edilən məhkəmə aktları əsasında işdən azad edilməyi barədə 13 iyun 2019-cu il tarixli əmrin ləğv edilməsi qərara alındıqdan və həmin qərar cavabdeh orqan tərəfindən 17 avqust 2022-ci il tarixli əmrlə təmin edildikdən sonra əvvəlki vəzifəsinə bərpa olunmalı olduğu halda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri yuxarıda göstərilən əmrin verildiyi gündən 2 gün keçmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Aparatının və yerli orqanlarının ştat cədvəllərinin təsdiq edilməsi haqqında” Nazirliyin 17 dekabr 2019-cu il tarixli, **********7 nömrəli əmrinə dəyişiklik edilməsi adı altında həmin əmrə 3.1-ci, 4.1-ci və 5.1-ci yarımbəndlər əlavə etməklə onunla bağlanmış əmək müqaviləsinin əvvəlki tarixdən, yəni 17 dekabr 2019-cu il tarixdən xitam verilməsi qanunsuz olmuşdur. Qanunsuz olmaqla yanaşı, həm də əsassızdır. Həmçinin, xx.xx.2022ci il tarixli əmr Azərbaycan Respublikasının hüquq qaydalarının ümumi ideya və prinsipləri ilə də ziddiyyət təşkil edir. Bu cür əmr əmək hüquqlarına nəzarət edən müvafiq İcra hakimiyyəti orqanının rəhbəri tərəfindən imzalanmışdır. xx.xx.2022-ci il tarixli əmrlə xx.xx.2019-cu il tarixdən işdən azad edilməyi eyni zamanda yuxarıda sözügedən məhkəmə aktlarının icrasından yayınmaq məqsədini də daşıyır. Bu baxımdan, nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan - Nazirlik iddiaçının qanunsuz işdən çıxarılmasına dair xx.xx.2019-cu il tarixli əmrin məhkəmə qaydasında ləğv edilməsilə əlaqədar, məhkəmə qərarının icrası qaydasında əvvəlki vəzifəsinə bərpa edilməyi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini təmin etməli olduğu halda bunu etməmiş, eləcə də məhkəmə aktının icrası öhdəliyindən yayınmaq üçün xx.xx.2022-ci il tarixli əmri verməklə, məhkəmə qərarının icrasını faktiki olaraq təmin etməmiş, bununla da işə bərpa olunmaq və məcburi işburaxmaya görə əmək haqqını almaq hüququndan onu məhrum etmişdir. Ona görə də Nazirin xx.xx.2022-ci il tarixli əmri qanunsuz olmaqla bərabər, iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ aktlarında təsbit olunan və qorunan hüquqlarının pozulması ilə də nəticələnmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-160/2020 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-1263/2021 nömrəli qərarı ilə İddiaçı aid olan hissədə ləğv edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 19 iyun 2019-cu il tarixli, **********7 nömrəli əmrinin icrasının nəticələrinin aradan qaldırılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması ( iddiaçı əvvəlki vəzifəsinə bərpa edilsin və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunsun, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin) qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarının hərtərəfli araşdırılması zamanı müəyyən olunur ki, cavabdeh Nazirlik tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (103)-1263/2021 saylı iş xx.xx.2021-ci il tarixli qərarı tam icra olunmuş və xx.xx.2019-cu il tarixli əmrin icrasının nəticələri aradan qaldırılmışdır. Bu halda məhkəmə tərəfindən ərizənin təmin olunması qanunvericiliyin tələblərinin pozulmasına səbəb olur. Ümumiyyətlə, məhkəmədə hal-hazırda mübahisələndirlən qərardad üzrə əsas olmuş ərizənin icraata qəbul edilməsi, baxılması və qərardad qəbul edilməsi qeyrimümkündür. Belə ki, ərizə ilə icrasının təmin olunması bildirilən yekun məhkəmə qərarı cavabdeh nazirlik tərəfindən tam icra olunmuş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 160/2020 saylı işi üzrə qəbul etdiyi 13 sentyabr 2022-ci il tarixli yekun qərardadı ilə bu fakt təsdiq olunmuşdur. Qərarın icrası ilə bağlı qüvvədə olan yekun qərardad mövcud olduğu halda bir daha eyni məsələyə baxılması və həmçinin icrası tələb olunan yekun məhkəmə qərarının həcmindən kənara çıxılması yolverilməzdir. Belə ki, icra olunması və nəticələri aradan qaldırılması tələb olunan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)- 1263/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarında Nazirliyinin 13 iyun 2019-cu il tarixli, **********7 saylı qərarının iddiaçıya aid hissədə ləğv edilməsi tələb olunmuşdur. Yuxarıda daha əvvəl göstərildiyi kimi əmr ləğv olunmuş, o cümlədən bu ləğvetmənin nəticələri ilə bağlı da bütün tədbirlər görülmüş və Bakı İnzibati Məhkəməsi tərəfindən məsələyə hüquqi qiymət verilmişdir. Ərizəçi yeni ərizə təqdim etməklə yekun məhkəmə qərarının həcmindən kənara çıxaraq qərarda nəzərdə tutulmayan əlavə tələblər irəli sürmüş, məhkəmə isə bu vacib məqamları nəzərə almadan qərar qəbul etmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğvinə yönəldiyi üçün kollegiya qərardadın qanuniliyini tam yoxlayır.. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “13 iyun 2019-cu il tarixli, **********7 saylı qərarının iddiaçıya aid hissədə (1.2.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 4 saylı region üzrə X1 baş məsləhətçi – baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə 02 mart 2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin) ləğv edilməsi” ilə bağlı iddia tələbi Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1263/2021 saylı iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarı təmin olunmuş və daha sonra həmin qərar yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra qanuni qüvvəyə minmiş qərar 25 aprel 2022-ci il tarixdə icra edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 18 avqust 2022-ci il tarixli, **********0 nömrəli məktubu ilə bildirmişdir ki, qərarın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 17 avqust 2022-ci il tarixli **********4 nömrəli əmri ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 4 saylı region üzrə X3 işçilərinin tutduqları vəzifədən azad edilmələri haqqında” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 iyun 2019-cu il tarixli **********7 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilmişdir. İddiaçı isə məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-247/2022 nömrəli qərarı ilə qüvvədə saxlanılmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1263/2021 nömrəli qərarı ilə ona aid olan hissədə ləğv edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin icra olunmuş, 19 iyun 2019-cu il tarixli, **********7 nömrəli əmrinin (inzibati aktının) icrasının nəticələrinin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmiş və ərizə təmin olunmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərardad qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. - 71.1-ci maddəsinə əsasən, inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. - 71.2-ci maddəsinə görə, məhkəmə baxışının davam etdirilməsinə artıq ehtiyac qalmadığı və inzibati orqanın icranın nəticələrinin aradan qaldırılması üsulları ilə bağlı diskresion səlahiyyətlərə malik olmadığı hallarda, məhkəmə icranın nəticələrinin aradan qaldırılması üsulu və qaydası barədə göstəriş (təkliflər) verməyə haqlıdır. - 71.3-cü maddəsinə uyğun olaraq, inzibati aktın icrasının nəticələrini aradan qaldırmaq mümkün olmadıqda, məhkəmə inzibati orqan tərəfindən kompensasiyanın ödənilməsi barədə qərar qəbul edə bilər. - 79.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. - 79.2-ci maddəsinə görə, məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 74-cü maddəsinin 2-ci bəndinə əsasən, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Apelyasiya şikayətindən görünür ki, cavabdeh məhkəmə qərarını icra etdiklərini və məhkəmə qərarının icrası ilə bağlı görülmüş işləri aşağıdakı kimi qeyd edir: 1 . 1 7 avqust 2022-ci il tarixli **********4 nömrəli əmrlə Nazirliyini 3 iyun 2019-cu il tarixli **********7 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilmiş;
2. Dövlət Qulluqçularının Reyestri İnformasiya Sistemində müvafiq düzəlişlər edilmiş;
3. Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində dəyişiklik edilərək həmin əmr etibarsız hesab edilmiş və “Əmək müqaviləsi bildirişi” altsistemində İddiaçı aid məlumatlarda müvafiq düzəlişlər edilmiş;
4. İddiaçı əmək kitabçasında müvafiq dəyişikliklər aparılmış;
5. İddiaçı adı Nazirliyin 17 dekabr 2019-cu il tarixli **********5 nömrəli əmrinə daxil edilməsi barədə 19 avqust 2022-ci il tarixli **********3 nömrəli əmr verilmiş;
6. “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tututlmuş üstünlüyünün həyata keçirilməsi Qaydasfna uyğun olaraq ehtiyat kadrlar siyahısına daxil edilmiş;
7. Nazirliyə dəvət olunaraq ona ali təhsil haqqında sənəd təsdiq edilənədək digər yardımçı dövlət qulluğu vəzifəsi təklif edilmiş;
8. Hakimin tövsiyyələri nəzərə alınaraq barışıq üçün danışıqlar aparılmışdır. Qeyd edilənlərdən görünür ki, cavabdeh tərəfindən iddia tələbində qeyd edilən inzibati akt (əmr) iddiaçıya aid olan hissədə ləğv edilsədə, inzibati orqan həmin inzibati aktın qəbulundan yaranan icranın nəticələrini tam aradan qaldırmamışdır. Belə ki, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməmiş və ya razılığı ilə başqa vəzifəyə (işə) keçirilməmiş, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməmişdir. Belə olan halda iddiaçı haqlı olaraq əmrin (inzibati aktının) icrasının nəticələrinin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etmiş və məhkəmə ərizəni təmin etməklə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən məhkəmə aktının icrasının nəticələrinin aradan qaldırılması ilə bağlı keçirilmiş məhkəmə iclaslarında vəsatətlər əsasında icranın nəticələrinin aradan qaldırılması üçün müəyyən vaxtlar verilsədə, yekunda cavabdeh inzibati orqan tərəfindən icranın nəticələri aradan qaldırılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 2-1(112)-160/2020 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-160/2020 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.