Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-999/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “sənədlərin arxiv surətinin təqdim edilməsi və çıxarışların etibarsız hesab edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, X1-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “sənədlərin arxiv surətinin təqdim edilməsi və çıxarışların etibarsız hesab edilməsi vəzifəsinin qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5357/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə mürcaiət edərək, sənədlərin arxiv surətinin təqdim edilməsi və çıxarışların etibarsız hesab edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5357/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia tələbinin geri götürülmüş hesab edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5357/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi və iş üzrə icraatın yenilənməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərardadında onun məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq xx.xx.2020-ci, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmədiyini göstərmiş, halbuki o, xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclası barədə rəsmi bildirişi almamış və bu barədə iş materiallarında ona ünvanlanan məktubun reyestri yoxdur. Məhkəmə tərəfindən o, rəsmi olaraq xəbərdar edilməli idi. Lakin bu hal baş verməmişdir. Pandemiya vaxtı o hər dəfə məhkəmə binasına gələ bilməmişdir. Tərəflərin izahatları xx xxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında tərəflər bu barədə lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlaum verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 213 saylı evin 18 saylı mənzilinə və Bakı şəhəri, Nəsimi rayonu. Bəşir Səfəroğlu küçəsi, 213 saylı evin 21 saylı mənzilinə dair xx.xx.2019-cu il tarixli qeydiyyat ********** saylı və xx.xx.2019-cu il tarixli qeydiyyat ********** nömrəli verilmiş çıxarışların alınması ilə əlaqədar təqdim edilən sənədlərin arxiv surətinin təqdim edilməsi və çıxarışların etibarsız hesab olunması vəzifəsinin cavabdehə həvalə olunması” barədədir. İşə birinci instanisiya qaydasında baxmış məhkəmə iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməməsinə, həmçinin iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməməsinə istinad edərək, iddia tələbinin geri götürülmüş sayılması və bu əsasla da iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli məhkəmə bildirişlərindən (i.v.14, 15) görünür ki, xx.xx.2020-ci il tarixdə keçiriləcək məhkəmə iclası barədə bildirişlər iddiaçıya göndərilmiş və iddiaçı həmin məhkəmə iclası barədə məlumatlı olmuşdur. Bu hal iş materiallarında olan reyestr məktubu və sms xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə bildirişlə də (i.v.18) təsdiq olunur. Lakin xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı iştirakını təmin etmədiyi üçün işə baxılması xx.xx.2020-ci il tarixə təxirə salınmış və bu barədə yenidən iddiaçıya məhkəmə bildirişi göndərilmişdir. İşdə olan poçt bildirişinin xəbərnaməsindən (i.v. 26) görünür ki, məhkəmə iclasının xx.xx.2020-ci il tarixə təxirə salınması barədə məhkəmə bildirişi iddiaçının ünvanında xx.xx.2020-ci il tarixdə qəbul edilmiş və iddiaçı bu barədə məlumatlandırılmışdır. Belə ki, işdə olan teleqramdan (i.v. 28) görünür ki, İddiaçı məhkəmədən xx.xx.2020-ci il tarixə təyin edilmiş iclasda iştirak etməyə çətinlik çəkdiyinə görə həmin məhkəmə prosesinin ən azı iki həftə təxirə salınmasını xahiş etmişdir. Bu hal özü də iddiaçının məhkəmə iclasının vaxti və yeri barədə məlumatlı olması faktını bir daha təsdiq edir. Bundan sonra işə baxan məhkəmə tərəfindən məhkəmə iclası xx.xx.2020-ci il tarixə keçirilmiş və tərəflərə bu barədə rəsmi məlumat verilmişdir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixə olan reyestrdən (i.v. 32) və sms xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə bildirişdən (i.v. 34) görünür ki, iddiaçı həmin məhkəmə iclası barədə lazımi qaydada xəbərdar olunmuşdu. Bu hal həmçinin işə əlavə olunmuş teleqramın (i.v. 33) məzmunundakı məlumat ilə də təsdiq olunur. Həmin məlumata əsasən işdə olan sonuncu xx.xx.2020-ci il tarixə tərtib olunmuş reyestrin 8-ci qrafasında əksini tapan, İddiaçı göndərilmiş SS688970295AZ sifarişli məktub xx.xx.2020-ci il tarixdə 14 saylı poçta daxil olmuş və həmin gün ünvançının özünə poçtalyon Leşinskiy Aleksandr tərəfindən verilmişdir. Beləliklə, hazırki işə birinci instansiya qaydasında baxılarkən iddiaçının təyin edilmiş məhkəmə iclasları barədə mütəmadi olaraq məlumatlandırıldığı, lakin onun daim məhkəmə iclaslarında iştirak etməkdən yayındığı müəyyən olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Qeyd olunan maddənin məzmunundan görünür ki, iddiaçının iddia tələbinin geri götürülmüş sayılmasını qanunvericilik məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq məhkəmə icraatından yayınması ilə şərtləndirir. Hazırki işdə iddiaçı İslam Ocaqverdiyev məhkəmə tərəfindən keçirilmiş hər 3 iclas barədə lazımi qaydada məlumatlandırımışdır. Eyni zamanda iddiaçıya ünvanlanmış bütün bildirişlərdə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılması barədə qeyd də öz əksini tapmışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunverici bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni, məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır. Azərbaycan Respublikası İPM-nin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 55.3 və 55.5-ci maddələrinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın geri götürülmüş sayılması və icraata xitam verilməsi barədə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, iş materialları ilə təsdiqini tapmır və qərardadın ləğv edilməsinə əsas vermir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5357/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5357/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov İlham Kərimli
Məhkəmə qərarları › İş №2-1(103)-999/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-999/2021
10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver