Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-999/2023 03.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər: X4, X8, X6, X9, X5, X2, X7, X3) «üçüncü şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7479/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından üçüncü şəxslər İdrak İsayev, Rəhman İsayev və Elnurə İsayeva E.Zeynalova, V.Zeynalzadə və L.Zeynalzadə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-dan üçüncü şəxslər - X4, X8, X6, X9, X5, X2, X7, X1 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddianın əsaslarına görə üçüncü şəxslər ünvan 1 ünvanında yerləşən İddiaçı1 paylı mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatdadır, lakin həmin ünvanda artıq uzun müddətdir yaşamır və bu günə kimi qeydiyyatdan çıxmamışlar. Onların qeydiyyatı formal xarakter daşıyır. Bütun bunlar isə mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına, mənzilə görə əlavə kommunal ödənişlər ödəməsinə səbəb olur. O, üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh ona ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubunda müraciətinin təmin edilməsindən imtina edərək bildirmişdir ki, üçüncü şəxslərin həmin ünvandan qeydiyytdan çıxarılması səlahiyyətləri daxilində deyil, məhkəməyə müraciət etməsi məqəsədə müvafiq hesab edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7479/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişünvan 1 ünvanından X4, X8, X6, X9, X5, X2, X7, X1 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Üçüncü şəxslərdən - İdrak İsayev, Rəhman İsayev və Elnurə İsayeva apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbləriə uyğun verilmişdir, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarından verilən şərhdən aydın olur ki, məhkəmə inzibati orqana müraciət edilməsinin əsası kimi yaşayış sahəsində faktiki olaraq yaşamayan və ya istifadə hüququ olmayan şəxs şərtini vurğulamışdır. Qeyd olunduğu kimi üçüncü şəxlər inzibati icraat qaydasında o halda pasport qeydiyyatından çıxarıla bilərki, həmin şəxslər faktiki olaraq orada yaşamasın və onların istifadə hüquqları mövcud olmasın. Məhkəmə isə görünür yekun akt qəbul edən zaman bu faktları gözardı etmişdir. Məhkəmə işi tam araşdırmamışdır. Əgər araşdırılma birtəfəli qaydada həyata keçirilmsəydi, sözü gedən ünvan üçüncü şəxslərin ata yurdu olduğu məhkəmə tərəfindən müəyyənləşdirilərdi. Nəzərinizə çatdırım ki, ünvan 2 ünvanında üçüncü şəxslər doğulub böyüdükləri vaxtdan yaşayırlar. Hal-hazırda da elə həmin ünvanda yaşayırlar. Üçüncü şəxslər miras əmlakı İddiaçı1 xeyrinə imtina etmişdirlər. Miras payından başqasının xeyrinə imtina etməsi şəxsin istifadə hüququnun olmaması mənasına gəlmir. Bu səbəbdən də üçüncü şəxslərin mübahisəli fərdi yaşayış evindən istifadə hüquqları mövcud olduğundan onların pasport qeydiyyatından çıxarılması qanunsuzluq olub, şəxslərin hüquqlarını kobud surətdə pozur. Üçüncü şəxslər hal-hazırda mübahisəli ünvanda yaşayır, uzun illərdir ki, həmin ünvanda pasport qeydiyyatındadırlar. Həmin şəxslər isə İddiaçı1 yaxın qohumlarıdır. Belə olan halda məhkəmə işə formal baxmayaraq üçüncü şəxslərin istifadə hüququnun mövcud olub-olmamasını araşdırmalı idi. çüncü şəxslər o zaman inzibati məhkəmə qaydasında qeydiyyatdan çıxarıla bilərdi ki, şəxslərin istifadə hüquqlarının itirilməsinə dair qanuni qüvvəsini almış qətnamə mövcud olardı. Məhkəmə isə bu məsələlərə ümumiyyətlə toxunmamış, birtərəfli mövqedən yanaşaraq vətəndaşın hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Hazırki iş üzrə məhkəmə üçüncü şəxslərin məhkəmə icraatında iştirakını lazimi qaydada təmin etməyərək işə birtərəfli və qərəzli mövqedən yanaşmışdır...”(Apellyator üçüncü şəxslərin nümayəndəsi Vəkil tərəfindən üçüncü şəxslərin adından elektron kabenet vasitəsilə apellyasiya şikayətindən imtina barədə verilmiş ərizə, ona verilmiş etibarnamədə apellyasiya şikayətindən imtina etmək səlahiyyəti nəzərdə tutulmadığından, icraat qəbul edilməmişdir). İddiaçı1 apellyasiya şikayətinə dair yazılı etirazında, üçüncü şəxslərin qeyd olunan dəlilləri ilə razılaşmayaraq göstərmişdir ki, İdrak İsayev və onun ailəsi ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində, Rəhmən İsayeva və onun ailə üzvl Elnurə İsayeva isə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. İdrak Hüseynov iddia ərizəsinə etirazında da yaşadığı həmin faktiki ünvanı kimi qeyd etmişdir. Həmin nüvanda İdrak İsayev yaşayaraq “Azərişıq” üçün **********90000 kodundan, qazdan istifadə üçün **********00000 kodlarından, adına olan ev telefonu ***-***-**-** nömərsindən, Rəhman Hüseynov və Elnurə hüsenova isə faktiki yaşadıqları həmin ünvanda işıqdan istifadə üçün **********10002, qazdan istifadə üçün **********00000 kodlarından , şəhərələrəarası ev telefonu isə 012-42878.06 nömərəsindən istifadə edirlər. Məhkəmə kollegiyasının iclasları barədə məlumat verilmiş proses iştirakçıları məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişlər. Apellyator üçüncü şəxslərin nümayəndəsi Vəkil tərəfindən elektron kabenet vasitəsilə üçüncü şəxslərin adından apellyasiya şikayətindən imtina barədə verilmiş ərizə, ona verilmiş etibarnamədə belə bir ərizənin imzalamaq səlahiyyəti nəzərdə tutulmadığından icraat qəbul edilməmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə üçüncü şəxslərin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materallarından görünür ki, İddiaçı1 və qeyriləri mülkiyyətində olan - ünvan 5 ünvanında yerləşən mülkiyyətlərində olan fərdi yaşyaış evindən üçüncü şəxslərin (o cümlədən, apellyator üçüncü şəxslər İdrak İsayev, Rəhman İsayev və Elnurə İsayeva) qeydiyyatdan çıxarılmalarını cavabdehdən xahiş etmiş, lakin sonuncu müvafiq səlahiyyətə malik olmadığını bildirərək, məhkəməyə müraciət etməyi tövsiyə etmiş, narazı qalan iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə həmin şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılmasını tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar tələbində haqlıdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 9-cu maddəsində isə qeydiyyatdan çıxarılmanın aşağıdakı əsasları göstərilmişdir: “1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında... 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə” İşə əlavə olunmuş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın elektron surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəisi ilə - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Vəliəddin Həsənov küçəsi, 30 saylı fərdi yaşayış evi - evdən 1/2 hissə və 0.02129 ha torpaq sahəsi İddiaçı1 paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda, işə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli arayışından görünür ki, üçüncü şəxslər (o cümlədən, apellyatorlar X4, X6 və X2) ünvan 6 ünvanında qeydiyyatdadırlar. Eyni zamanda, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda aşağıdakılar qeyd edilir: “ - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Vəliəddin Həsənov küçəsi, 30 saylı fərdi yaşayış evində sorğuda sadalanan şəxslərin (X4, X8, X6, X9, X5, X2, X7, X3) istifadə hüququnun dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. -Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Vəliəddin Həsənov küçəsi, 30 saylı fərdi yaşayış evinin 1/4 hissəsi və onun yerləşdiyi 0.013645 ha torpaq sahəsi İddiaçı2, 1/4 hissəsi və onun yerləşdiyi 0.013645 ha torpaq sahəsi İddiaçı3 və 1/2 hissə və onun yerləşdiyi 0.02129 ha torpaq sahəsi İddiaçı1 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. “ Bundan əlavə, üçüncü şəxs İdrak İsayevin işə əlavə olunmuş iddia ərizəsinə etirazında da pasport qeydiyyatının Bakıxanov qəsəbəsi, Vəliəddin Həsənov küçəsi, ev 30 olduğu göstərilsə də, faktiki yaşadığı ünvan olaraq, ünvan 8lıdır ki, apellyator üçüncü şəxslər tərəfindən, iddiaçının apellyasiya şikayətinə etirazında göstərilən qeyd olunan dəlilləri, o cümlədən, üçüncü şəxslərin faktiki olaraq iddiaçıya məxsus evdə yaşamadıqlarını qeyd edərək, faktiki olaraq başqa ünvanlarda yaşadıqları həmin ünvanlarda özlərinin ayrıca işıqdan və qazdan istfadə kodlarının, eləcə də, şəhərlərarası ev telefon nömərələrinə malik olmaları da təkzib olunmamışdır. Tədqiq olunan sübutlarla müəyyən olunan hallar onu deməyə əsas verir ki, apellyator üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mübahisəli fərdi yaşayış evində qeydiyyatda olsalar da, onlar həmin evdə yaşamır, faktiki olaraq başqa ünvanlarda yaşayırlar. Halbuki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Digər tərəfdən, onlarıın iddiaçının mülkiyyətində olan - Bakıxanov qəsəbəsi, Vəliəddin Həsənov küçəsində yerləşən 30 saylı evdə istifadə huququ qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli qərarında Plenumun qərarında aşağıdakılar qeyd etmişdir: “2. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər...” İşin tədqiq olunan səqnədlərlə müəyyən edilən hallarından isə göründüyü kimi, üçüncü şəxslərin iddiaçıya məxsus evdə yaşamadıqları və həmin evdə onların əmlak hüquqlarının mövcud olmadığı sübuta yetirilir. Belə olan halda, cavabdeh inzibati tərəfindən onların iddiaçıya məxsus evdən qeydiyyatdan çıxarılmasından imtina olunması əsassız olmuş, iddiaçıların qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsini işdə olan sübutlarla müəyyən edilən halllarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası, apellyator üçüncü şəxslərin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual huquq normalarının pozulduğunu və əsassız qərar çıxarıldığını mübahisələndirən, eləcə də digər formal xarakterli dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7479/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
Apellyator üçüncü şəxslərin şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7479/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.