Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-101/2025 07.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “subsidiyanın verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2869/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı X7 xx.xx.2007- ci il tarixdə ********** VÖEN ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.
2. Müəssisənin təsisçisinin xx.xx.2014-cü il tarixli qərarına əsasən həmin tarixdən X6 müəssisənin rəhbəri (təmsilçisi) vəzifəsinə təyin olunmuşdur.
3. İddiaçı X7 toxum və ting istehsalı ilə məşğul olan təsərrüfat subyekti kimi Attestasiya Komissiyasının xx.xx.2020-ci il tarixli qərarına (Protokol №04) əsasən toxum istehsalçılarının reyestrinə daxil edilmiş, bu barədə xx.xx.2023-cü il tarixədək qüvvədə olan 545 nömrəli arayış verilmişdir.
4. 01112 nömrəli aprobasiya aktından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı X3 “Günəş” sortunda arpa əkini reproduksiyalı toxum əldə etmək üçün aprobasiya edilmişdir.
5. 00273 nömrəli aprobasiya aktından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı X3 “Mətin” sortunda buğda əkini reproduksiyalı toxum əldə etmək üçün aprobasiya edilmişdir.
6. 00266 nömrəli aprobasiya aktından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı X3 “Qırmızı Gül-1” sortunda buğda əkini reproduksiyalı toxum əldə etmək üçün aprobasiya edilmişdir.
7. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi tərəfindən İddiaçı X4 toxumların kondisiyalılığı haqqında xx.xx.2024-cü il tarixədək qüvvədə olan 2301728,2301729, 2301730, 2301731, 2301732, ******* nömrəli sertifikatlar, daha sonra xx.xx.2023-cü il tarixdə həmin məhsul nümunələrinin qiymətləndirilməsi barədə uyğunluq sertifikatları verilmişdir.
8. İddiaçı X7 2022-ci ildə əkdiyi taxıla görə subsidiyanın verilməsi və toxumçuluq fəaliyyəti ilə məşğul olmaq üçün verilən şəhadətnamənin müddətinin artırılmasına köməklik göstərilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmiş, Aqrar Xidmətlər Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-22-1/3-431/2023 nömrəli məktubla Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə bildirilmişdir ki, təsərrüfatların toxum istehsalının (toxumluq əkin sahələrinin bəyanı, aqrobasiyası və sertifikatlaşma) arayışlarının etibarlılığının qüvvədə olduğu müddət ərzində həyata keçirildiyi nəzərə alınaraq Attestasiya Komissiyası tərəfindən həmin təsərrüfatların toxum satış bəyanının və subsidiyaya müraciətinin vaxtında formalaşması məqsədilə toxumçuluq arayışlarının etibarlılıq müddətinin Elektron Kənd X1 (EKTİS) üzərindən müvəqqəti olaraq dekabr ayının sonunadək uzadılması məqsədəuyğun hesab olunmuşdur. İddiaçı Kənd Təsərrüfatının adı da qeyd olunan siyahıya daxil edilmişdir.
9. İddiaçı X7 toxum subsidiyasının verilməsi ilə bağlı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət etmiş, sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli, 3-22-2/2-H244/2-16-229/2024 nömrəli məktubla bildirmişdir ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasına uyğun olaraq Elektron Kənd X1 (EKTİS) üzərindən həyata keçirilir. Qaydanın 3.6-cı bəndinə uyğun olaraq toxum subsidiyası X9 müəyyən etdiyi bitki növləri üzrə ölkədə istehsal edilib satılmış 1-ci və 2-ci reproduksiyalı toxumların hər kiloqramına görə baza məbləğinə əmsallar tətbiq edilməklə müəyyənləşdirilir. Qaydanın 3.15-ci bəndinə uyğun olaraq fermerlər toxum subsidiyası ilə bağlı proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) cari il iyun ayının 10-dək EKTİS-ə daxil etməlidirlər. İddiaçı KTM tərəfindən istehsal edilmiş 6,9 min kq R2 reproduksiyalı buğda toxumunun satışına dair EKTİS-ə daxil edilmiş məlumatlar və qanunvericiliklə müəyyən edilmiş digər meyarlar nəzərə alınmaqla 2023-cü ildə hesablanmış 345,9 toxum subsidiyası müəssisənin kart hesabına köçürülmüşdür. Digər toxum satışlarına dair məlumatlar qanunvericiliklə müəyyən edilmiş müddətdə EKTİS-ə daxil edilmədiyi üçün müəssisəyə subsidiyanın hesablanması mümkün olmamış və təqvim ili üzrə ayrılmış subsidiya məbləği dövlət büdcəsinə qaytarılmışdır.
10. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2024-cü il tarixli 3-22-2/2-1746/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı KTM tərəfindən istehsal edilmiş 6,9 min kq R2 reproduksiyalı buğda toxumunun satışına dair 2022-ci ilin 19 və 21 dekabr tarixlərində EKTİS-ə daxil edilmiş məlumatlar və qanunvericiliklə müəyyən edilmiş digər meyarlar nəzərə alınmaqla hesablanmış 345,9 manat toxum subsidiyası 2023-cü il 28 dekabr tarixində müəssisənin kart hesabına ödənilmişdir.
11. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-22-2/2-317/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-22-2/2-703/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-22-2/2-759/2025 nömrəli məktublarında qeyd edilmişdir ki, İddiaçı KTM tərəfindən EKTİS-ə daxil edilmiş məlumatlara əsasən 69,7 min kq R1 və 59 min kq R2 buğda, 34,8 min kq R1 arpa toxum satışlarına görə 2021-ci ildə 5555,70 (beş min beş yüz əlli beş manat yetmiş qəpik) manat, 60 min kq R1 və 112,4 min kq R2 buğda, 30 min kq R1 və 25,1 min kq R2 arpa toxum satışlarına görə 2022-ci ildə 6888,70 (altı min səkkiz yüz səksən səkkiz manat yetmiş qəpik) manat toxum subsidiyası müəssisənin kart hesabına ödənilmişdir. Habelə, İddiaçı KTM tərəfindən toxum satışına dair 2022-ci ilin 19 və 21 dekabr tarixlərində EKTİS-ə daxil edilmiş 6,9 min kq R2 buğda toxum satışına görə 2023-cü ildə 345,9 (üç yüz qırx beş manat doxsan qəpik) manat, 2023-cü ilin 17 və 21 dekabr tarixlərində EKTİS-ə daxil edilmiş 89,9 min kq R1 və 88,7 min kq R2 buğda, 30 min kq R1 arpa toxum satışlarına görə 2024-cü ildə 11548,14 (on bir min beş yüz qırx səkkiz manat on dörd qəpik) manat toxum subsidiyası müəssisənin kart hesabına ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
12. X6 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “2023-cü il ərzində 90.000 kq R1 reproduksiyalı buğda toxumu, 30.000 kq R1 reproduksiyalı arpa toxumu, 90.000 ton R2 reproduksiyalı buğda toxuma görə subsidiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, müəssisə Göygöl rayonu Balçılı kəndində 61,0 ha torpaq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 3 oktyabr 2008-ci il tarixli şəhadətnaməsinə əsasən müəssisəyə kənd təsərrüfatı bitkilərinin toxumlarının və tinklərinin istehsalı, istifadəsi, saxlanılması və satışına icazə verilmişdir. İddiaçı torpaq sahəsində şəkər çuğunduru və buğda, toxum istehsal edir. Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şəhadətnamələri əsasında kənd təsərrüfatı bitkilərini toxumlarının və tinklərinin istehsalı, istifadəsi, saxlanılması və satışına icazə əldə etmişdir. “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” qaydasına əsasən 10 hektardan çox, 61 ha torpaq sahəsində əkin işləri apardığına görə iddiaçıya əkin subsudiyası ayrılmışdır. X5 X1 vasitəsilə həyata keçirilir. Mütəmadi olaraq X8 Sistemində (EKTİS) torpaq sahəsində illik əkin və satış barədə məlumat verməklə bəyan etmiş və bəyənnamə əsasında da qanunda nəzərdə tutulan qaydada subsidiya ilə təmin olunmuşdur. Qaydalara uyğun olaraq iddiaçı 2023-cü il üçün Reproduksiya R1-buğda birkisinin “Mətin” sortunun toxumundan 60 ton, “Qırmızı Gül-1 sortunun toxumundan 60 ton, “Qırmızı Gül-1 sortunun toxumundan 30 ton (reproduksiya R1 olmaqla hər kq üçün 0,10 manat subsidiya hesablanmalı) Reproduksiya R! arpa bitkisinin “Günəş” sortunun toxumundan 90 ton (Reproduksiya R1 olmaqla hər kq üçün 0,07 manat subsidiya hesablanmalı) olmaqla əkib məhsul yetişdirmiş və məhsulu satmışdır. Qaydalara uyğun olaraq da toxum subsidiyası almaq üçün Elektron Kənd X1nə yükləmək istəmiş, lakin mümkün olmamışdır. Səbəb kimi də şəhadətnamənin vaxtının bitməsi göstərilmişdir. Daha sonra çoxsaylı müraciətlərindən sonra 2023-cü ilin dekabr ayında sistemə girişi bərpa edildikdən sonra həmin məlumatları elektron sistemə yükləmək mümkün olmuşdur.
14. İddiaçı tərəf məhkəməyə dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərək, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iş üzrə subsidiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
15. Cavabdeh orqanın iddia tələbinə qarşı təqdim etdiyi etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı KTM tərəfindən istehsal edilmiş 6,9 min kq R2 reproduksiyalı buğda toxumunun satışına dair EKTİS-ə daxil edilmiş məlumatlar və qanunvericiliklə müəyyən edilmiş digər meyarlar nəzərə alınmaqla 2023-cü ildə hesablanmış 345,9 manat toxum subsidiyası müəssisənin kart hesabına köçürülmüşdür. Digər toxum satışlarına dair məlumatlar qanunvericiliklə müəyyən edilmiş müddətdə EKTİS-ə daxil edilmədiyi üçün müəssisəyə subsidiyanın hesablanması mümkün olmamış və təqvim ili üzrə ayrılmış subsidiya məbləği dövlət büdcəsinə qaytarılmışdır.
16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2869/2024 nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddia təmin edilmişdir.
17. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçı müəssisə arayışın müddətinin uzadılması ilə bağlı cavabdehə və onun tabe olduğu nazirliyə müraciət etmiş, müraciəti üzrə toxumçuluq arayışlarının etibarlılıq müddətinin Elektron Kənd X1 (EKTİS) üzərindən müvəqqəti olaraq dekabr ayının sonunadək uzadılması məqsədəuyğun hesab olunmuş və bu barədə cavabdehə məlumat verilmişdir. Lakin buna baxmayaraq, cavabdeh məlumatların qanunvericiliklə müəyyən edilmiş müddətdə EKTİSə daxil edilmədiyini əsas gətirərək imtina etmişdir. Halbuki, iddiaçının şikayətinə aidiyyəti üzrə baxmış olan üçüncü şəxs tərəfindən cavabdehə və iddiaçıya toxumçuluq arayışlarının etibarlılıq müddətinin Elektron Kənd X1 (EKTİS) üzərindən müvəqqəti olaraq dekabr ayının sonunadək uzadılmasının məqsədəuyğun hesab olunması və iddiaçının adının da həmin siyahıya daxil edilməsi barədə məlumat verilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
19. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə etirazın məzmunu ilə eynilik təşkil etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
20. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi izahatında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi, əlavə olaraq bildirdi ki, apellyasiya şikayətində qeyd olunan dəlillər əsassızdır və ona hazırda məhkəmə tərəfindən təmin edilmiş tələbi üzrə qismən pul ödənilmişdir.
22. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da, nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”: 1.1. Bu Qayda kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmini və şərtlərini müəyyən edir. 1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti; 1.2.2. “Subsidiya” informasiya sistemi (bundan sonra – SİS) – kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “X8” informasiya sisteminin (bundan sonra – EKTİS) altsistemi; 1.2.4. baza məbləği – bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə edilən sabit maliyyə vəsaiti; 1.2.6. fermer – kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan (bitkiçilik və heyvandarlıq sahələri üzrə) fiziki və ya hüquqi şəxs; 1.2.7. tədarükçü – kənd təsərrüfatı məhsullarının tədarükünü həyata keçirən və SİSdə qeydiyyata alınan fiziki və ya hüquqi şəxs; 1.2.10. məhsul subsidiyası – tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə verilən subsidiya; 2.1. Fermerlərə subsidiyaların verilməsinin təşkili bu Qaydaya və xidmət reqlamentlərinə müvafiq həyata keçirilir. 2.6. Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra – DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – Agentlik) həyata keçirir. 2.9. Fermerlər, tədarükçülər və təchizatçılar SİS-də aşağıdakıları həyata keçirirlər: 2.9.1. qeydiyyatdan keçməni; 2.9.2. kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti və istehsal etdikləri kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatı istehsal vasitələri ilə bağlı apardıqları əməliyyatlar barədə məlumatların verilməsini; 2.9.3. subsidiyanın alınması üçün müraciətlərin edilməsi və ərizələrin elektron formada tərtibi, subsidiya ilə bağlı sənədlərin SİS-ə daxil edilməsini; 2.9.4. subsidiyalarla bağlı məlumatların əldə edilməsini. 2.10. SİS-də qeydiyyatdan keçməyən fermerə subsidiya verilmir. Subsidiya almaq hüququ başqa şəxsə ötürülmür. 3.8. Fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər: 3.8.1. proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti); 3.8.2. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı); 3.8.2-1. kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin nəticələrinə dair sənədləri; 3.8.3. əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsal vasitələrinin həcmi barədə məlumatı və satınalınmasına dair sənədləri, sığortalanmalı olan bitkilərə münasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsini; 3.8.4. məhsul subsidiyası üçün kənd təsərrüfatı məhsullarının tədarükçülərə təhvil verilməsini, toxum subsidiyası üçün toxum və tingin satışını təsdiq edən sənədləri; 3.8.5. kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini tənzimləyən sənədləri. 3.12. Əkin subsidiyası ilə bağlı fermer hər il apardığı əkin, o cümlədən mövcud və yeni salınacaq çoxillik əkmələr barədə informasiyanı SİS-ə daxil edərək, avtomatlaşdırılmış qaydada formalaşan elektron bəyannaməni təsdiq edir və subsidiya almaq üçün müraciət edir. Bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilən xidmət reqlamentlərinə və 5-ci hissəsinə uyğun olaraq 30 (otuz) iş günü müddətində aparılan monitorinqin nəticələri nəzərə alınmaqla təsdiq edilən subsidiyanın məbləği 30 (otuz) iş günü müddətində fermerin kart hesabına köçürülür və bu barədə fermerə məlumat (SMS, elektron poçt və ya bilavasitə SİS vasitəsilə) verilir. Fermer müvafiq ödəniş xətti üzrə kart hesabında olan əkin subsidiyası balansından bu Qaydanın 3.13-cü bəndinə uyğun olaraq istifadə etdikcə həmin vəsait kart hesabından avtomatlaşdırılmış qaydada təchizatçıların, aqrokimya laboratoriyalarının və ya müvəkkil kredit təşkilatlarının hesabına köçürülür. 3.14. Məhsul subsidiyası ilə bağlı hər il fermerlər Nazirliyin təsdiq etdiyi reqlamentlərlə müəyyən edilmiş müddətlərdə bu Qaydanın 3.8.1-ci yarımbəndində nəzərdə tutulan elektron bəyannaməni (müraciəti) və məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini və (və ya) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələrinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-fakturaları və ya malların alış aktlarını), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə daxil etməlidirlər. Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə aparılır. 3.15. Fermerlər toxum subsidiyası ilə bağlı bu Qaydanın 3.8.1-ci bəndində nəzərdə tutulan proqnozları cari il iyun ayının 1-dək, toxum və tingin satışı ilə bağlı məlumatları və sənədləri dekabr ayının 10-dək SİS-ə daxil edirlər və Agentlik bunları təsdiqləyir.
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
25. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İş materialları ilə müəyyən olunur ki, iddiaçı müəssisə hazırki iddia tələbi ilə cavabdehə müraciət etsə də, sonuncu tərəfindən müraciətin müsbət icrasından imtina edilmiş, onunla əsaslandırılmışdır ki, toxum satışlarına dair məlumatlar qanunvericiliklə müəyyən edilmiş müddətdə EKTİS-ə daxil edilmədiyi üçün müəssisəyə subsidiyanın hesablanması mümkün olmamış və təqvim ili üzrə ayrılmış subsidiya məbləği dövlət büdcəsinə qaytarılmışdır.
28. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək ona 2023-cü il ərzində 90.000 kq R1 reproduksiyalı buğda toxumu, 30.000 kq R1 reproduksiyalı arpa toxumu, 90.000 ton R2 reproduksiyalı buğda toxuma görə subsidiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, hazırki qərarın 23-cü bəndində qeyd edilmiş normaların birgə təhlilindən belə nəticəyə gəlinir ki, məhsul subsidiyası ilə bağlı hər il fermerlər Nazirliyin təsdiq etdiyi reqlamentlərlə müəyyən edilmiş müddətlərdə elektron bəyannaməni (müraciəti) və məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini və (və ya) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci və 71-2-ci maddələrinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-fakturaları və ya malların alış aktlarını), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları X2 (SİS) daxil etməlidirlər. Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə aparılır.
30. İş materiallarına əlavə edilmiş sənədlərlə iddiaçı müəssisə tərəfindən 2023-cü il ərzində 90.000 kq R1 reproduksiyalı buğda toxumu, 30.000 kq R1 reproduksiyalı arpa toxumu, 90.000 ton R2 reproduksiyalı buğda toxumunun tədarük edilməsi və satılması təsdiq olunur. Həmçinin bu hal cavabdeh orqan tərəfindən mübahisələndirilmir.
31. İddiaçı məhsul subsidiyasını almaq üçün Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli, 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası ilə müəyyənləşdirilən müddətlərdə proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti), eləcə də məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (müvafiq qəbzləri) taxıl istehsalçısı kimi sertifikatının (arayışının) müddəti xx.xx.2023-cü il tarixdə bitməsi səbəbindən “X8” informasiya sisteminin (EKTİS) altsistemi olan “Subsidiya” informasiya sisteminə (SİS) daxil etməmişdir.
32. İddiaçı həmin sertifikatın müddətinin uzadılması ilə bağlı cavabdehə və onun tabe olduğu nazirliyə müraciət etmiş, Aqrar Xidmətlər Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-22-1/3-431/2023 nömrəli məktubla Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə bildirilmişdir ki, təsərrüfatların toxum istehsalının (toxumluq əkin sahələrinin bəyanı, aqrobasiyası və sertifikatlaşma) arayışlarının etibarlılığının qüvvədə olduğu müddət ərzində həyata keçirildiyi nəzərə alınaraq Attestasiya Komissiyası tərəfindən həmin təsərrüfatların toxum satış bəyanının və subsidiyaya müraciətinin vaxtında formalaşması məqsədilə toxumçuluq arayışlarının etibarlılıq müddətinin Elektron Kənd X1 (EKTİS) üzərindən müvəqqəti olaraq dekabr ayının sonunadək uzadılması məqsədəuyğun hesab olunmuşdur. İddiaçı Kənd Təsərrüfatının adı da qeyd olunan siyahıya daxil edilmişdir.
33. Göründüyü kimi, üçüncü şəxsin müraciəti üzrə toxumçuluq arayışlarının etibarlılıq müddətinin Elektron Kənd X1 (EKTİS) üzərindən müvəqqəti olaraq dekabr ayının sonunadək uzadılması məqsədəuyğun hesab olunmuş və bu barədə cavabdehə məlumat verilmişdir.
34. Bundan sonra iddiaçı toxum subsidiyasının verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli, 3-22-2/2-H244/2-16-229/2024 nömrəli məktubla Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasının 3.6 və 3.15-ci bəndlərinə istinad edilərək bildirilmişdir ki, istehsal edilmiş 6,9 min kq R2 reproduksiyalı buğda toxumunun satışına dair EKTİS-ə daxil edilmiş məlumatlar və qanunvericiliklə müəyyən edilmiş digər meyarlar nəzərə alınmaqla 2023-cü ildə hesablanmış 345,9 toxum subsidiyası müəssisənin kart hesabına köçürülmüşdür. Digər toxum satışlarına dair məlumatlar qanunvericiliklə müəyyən edilmiş müddətdə EKTİS-ə daxil edilmədiyi üçün müəssisəyə subsidiyanın hesablanması mümkün olmamış və təqvim ili üzrə ayrılmış subsidiya məbləği dövlət büdcəsinə qaytarılmışdır.
35. Cavabdehin imtina dəlili və hazırki halda apellyasiya şikayətinin əsasını təşkil edən dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasına uyğun olaraq Elektron Kənd X1 (EKTİS) üzərindən həyata keçirilir. Qaydanın 3.6-cı bəndinə uyğun olaraq toxum subsidiyası X9 müəyyən etdiyi bitki növləri üzrə ölkədə istehsal edilib satılmış 1-ci və 2-ci reproduksiyalı toxumların hər kiloqramına görə baza məbləğinə əmsallar tətbiq edilməklə müəyyənləşdirilir. Qaydanın 3.15-ci bəndinə uyğun olaraq fermerlər toxum subsidiyası ilə bağlı proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) cari il iyun ayının 10-dək EKTİS-ə daxil etməlidirlər.
36. Göründüyü kimi üçüncü şəxs tərəfindən cavabdehə və iddiaçıya toxumçuluq arayışlarının etibarlılıq müddətinin Elektron Kənd X1 (EKTİS) üzərindən müvəqqəti olaraq dekabr ayının sonunadək uzadılmasının məqsədəuyğun hesab olunması və iddiaçının adının da həmin siyahıya daxil edilməsi barədə məlumat verilmişdir. İddiaçı isə ona verilən cavab əsasında əkin və təhvil verdiyi məhsulun qəbzləri barədə məlumatları 2023-cü ilin dekabr ayının sonunadək EKTİS-ə daxil etsə də, cavabdeh həmin məhsullar üzrə iddiaçıya məhsul subsidiyasının ödənilməsindən imtina etmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, subsidiyanın alınmasında əsas məsələ ağlabatan inamın olmasıdır ki, yalnız bu halda dövlət tərəfindən təqdim edilmiş şərtigeriqaytarılmayan borc olan dövlət subsidiyası verilir. Davam edən münasibətlər çərçivəsində arayışların etibarlılıq müddətinin 2023-cü ilin dekabr ayının sonunadək uzadılmasının məqsədəuyğun hesab olunması və iddiaçının da adının həmin siyahıya daxil edilməsi barədə məlumatın verilməsi səbəbindən sonuncunun bu əsasla əkin və təhvil verdiyi məhsulun qəbzləri barədə məlumatları 2023-cü ilin dekabr ayının sonunadək EKTİS-ə daxil etməsinə görə subsidiyanın verilməsində imtina ədalət prinsipi ilə uyğun gəlmir və qarşılıqlı etimadın pozulmasına səbəb olmuşdur.
38. Bundan başqa iş materialları ilə müəyyən olunur ki, hazırki mübahisəyədək iddiaçı müəssisə ilə cavabdeh orqan arasında subsidiya ilə bağlı hər hansı mübahisə olmamışır. Hazırki mübahisənin yaranmasına səbəb isə yuxarıda qeyd olunduğu kimi sertifikat müddətinin bitməsi və bundan sonra məlumatların EKTİS-ə sonradan daxil edilməsi olmuşdur.
39. Bununla yanaşı iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 3-22-2/2- 1746/2024 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-22-2/2-317/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-22-2/2-703/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-22-2/2-759/2025 nömrəli məktubları ilə müəyyən olunur ki, İddiaçı KTM tərəfindən EKTİS-ə daxil edilmiş məlumatlara əsasən 69,7 min kq R1 və 59 min kq R2 buğda, 34,8 min kq R1 arpa toxum satışlarına görə 2021-ci ildə 5555,70 (beş min beş yüz əlli beş manat yetmiş qəpik) manat, 60 min kq R1 və 112,4 min kq R2 buğda, 30 min kq R1 və 25,1 min kq R2 arpa toxum satışlarına görə 2022-ci ildə 6888,70 (altı min səkkiz yüz səksən səkkiz manat yetmiş qəpik) manat toxum subsidiyası müəssisənin kart hesabına ödənilmişdir. Habelə, İddiaçı KTM tərəfindən toxum satışına dair 2022-ci ilin 19 və 21 dekabr tarixlərində EKTİS-ə daxil edilmiş 6,9 min kq R2 buğda toxum satışına görə 2023-cü ildə 345,9 (üç yüz qırx beş manat doxsan qəpik) manat, 2023-cü ilin 17 və 21 dekabr tarixlərində EKTİS-ə daxil edilmiş 89,9 min kq R1 və 88,7 min kq R2 buğda, 30 min kq R1 arpa toxum satışlarına görə 2024-cü ildə 11548,14 (on bir min beş yüz qırx səkkiz manat on dörd qəpik) manat toxum subsidiyası müəssisənin kart hesabına ödənilmişdir.
40. Məhkəmə kollegiyası subsidiyanın verilməsinin kənd təsərrüfatının inkişafına yönəlmiş dövlət siyasətinin istiqaməti, həmçinin subsidiya informasiya sisteminin sahibkarlıq subyektlərinin subsidiya əldə etməsinə əlçatanlığının təmin edilməsinə xidmət edən sistem olduğunu, iddiaçı müəssisə tərəfindən 2023-cü il ərzində 90.000 kq R1 reproduksiyalı buğda toxumu, 30.000 kq R1 reproduksiyalı arpa toxumu, 90.000 ton R2 reproduksiyalı buğda toxumunun tədarük edilməsi və satılmasının mübahisələndirilməməsini, tələb üzrə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-22-2/2-317/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, 3-22-2/2-703/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-22-2/2-759/2025 nömrəli məktublarında qeyd edildiyi kimi İddiaçı KTM tərəfindən toxum satışına dair 2022-ci ilin 19 və 21 dekabr tarixlərində EKTİS-ə daxil edilmiş 6,9 min kq R2 buğda toxum satışına görə 2023-cü ildə 345,9 (üç yüz qırx beş manat doxsan qəpik) manat, 2023-cü ilin 17 və 21 dekabr tarixlərində EKTİS-ə daxil edilmiş 89,9 min kq R1 və 88,7 min kq R2 buğda, 30 min kq R1 arpa toxum satışlarına görə 2024-cü ildə 11548,14 (on bir min beş yüz qırx səkkiz manat on dörd qəpik) manat toxum subsidiyasının müəssisənin kart hesabına ödənilməsini nəzərə alaraq hesab edir ki, iddianın təmin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2869/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov