Məhkəmə qərarları › İş №2-1(104)-102/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-102/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-102/2025 22.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı reyestr qeydlərinin ləğv edilməsi tələbinə dair iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X25 və cavabdehin nümayəndəsi X26 iştirakları ilə, “reyestr qeydlərinin ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2786/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarı ilə X34 və X7 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0.55 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair JN-2127 KOD 50300068 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir.

2. Tovuz rayonu Aşağı Ayıblı kəndində yerləşən Engels adına Üzümçülük İstehsalı və Emal Müəssisənin (X60 komissiyasının) sədri D.Mədədov, üzvləri H.Mirzəyev və Q.İsmayılov tərəfindən tərtib edilmiş xx.xx.2001-ci il tarixli aktda qeyd edilmişdir ki, Aşağı Ayıblı kənd sakini 2 qrup Böyük Vətən müharibəsi əlili X16 JN-2127/0.65 ha torpaq sahəsi “saqqal tutan” deyilən sahədə təpənin döşündə su çıxmayan əkin üçün yararsız yerdə yerləşmişdir. Bunları nəzərə alaraq, “Gömərli qobusu” deyilən yerdə boş qalmış - sağ tərəfi Akt JN-1323 X45, sol tərəfi Akt JN-675 nömrəli aktlarla əhatə olunmuş 0.65 ha torpaq sahəsinin ona düşən pay torpağı ilə əvəzləşdirilərək ona verilməsini təmin etmişlər və onun tələbini ödəmişlər.

3. Ölüm haqqında xx.xx.2002-ci il tarixli AZ 140594 nömrəli və xx.xx.2002-ci il tarixli AZ 140177 nömrəli şəhadətnamələrdən görünür ki, X27 xx.xx.2002-ci il tarixdə, X34 isə xx.xx.2002-ci il tarixdə vəfat etmişlər.

4. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2011-ci il tarixli şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2002-ci il tarixdə vəfat etmiş X10 və xx.xx.2002-ci il tarixdə vəfat etmiş X20 qanun üzrə vərəsəsi müəyyən edilmişdir. Şəhadətnamə verilmiş miras əmlak - Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarı ilə verilmiş Tovuz rayonu Aşağı Ayıblı kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair JN-2127 KOD 50300068 nömrəli dövlət aktına əsasən 0.55 ha torpaq sahəsindən ibarətdir.

5. Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarı ilə X21, X49, X22, X23 və X1 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1.16 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair JN-1513 KOD 50300068 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir.

6. xx.xx.2009-cu il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X21, X49, X22, X23 və X5 rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarı ilə verilmiş Tovuz rayonu, Aşağı Ayıblı kəndində yerləşən 1.16 ha torpaq sahəsini X2.

7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tovuz rayonu, Aşağı Ayıblı kəndində yerləşən 0,7726 ha torpaq sahəsi üzərində X24 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli BN 184336 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.

8. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X35 ona məxsus Tovuz rayonu, Aşağı Ayıblı kəndində yerləşən 0.7726 ha torpaq sahəsini X6.

9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tovuz rayonu, Aşağı Ayıblı kəndində yerləşən 0.7726 ha torpaq sahəsi üzərində X32 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli BN 184336 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.

10. Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 saylı qərarı əsasında X9 digər ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ ilə adlarına Tovuz rayonu, Əyyublu kəndində 1.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Torpağın mülkiyyətə verilməsinə dair JN-1513 nömrəli şəhadətnamə tərtib edilmişdir. Tovuz rayon dövlət notariat kontorunun 03 iyun 2022-ci il tarixli 4Ə/2-391 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında yuxarıda qeyd edilmiş 1.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 və 1.16 ha torpaq sahəsinin 0.7726 ha hissəsinə dair X24 adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Tovuz regional “Asan xidmət” mərkəzinin notariat ofisinin 02 sentyabr 2023-cü il tarixli 4Ə-1234 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında yuxarıda qeyd edilmiş 0.7726 ha torpaq sahəsinə dair X32 adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-37/2-4351/2024 nömrəli məktubu).

11. Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında İddiaçı və ailə üzvlərinin ümumbirgə mülkiyyətinə 0.92 ha (JN-2125 nömrəli Dövlət Aktı əsasında), həmçinin atası X20 mülkiyyətinə 0.55 ha (JN-2127 nömrəli Dövlət Aktı əsasında) pay torpaq sahələn ayrılmışdır və sözügedən torpaq sahələri Əyyublu kəndinin başqa ərazisində 0.92 ha və 0.55 ha olmaqla Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) torpaqların məkan və sahə göstəriciləri saxlanılmaqla öz əksini tapmışdır. İddiaçı müraciətində qeyd və iddia etdiyi torpaq sahəsinə dair isə, digər şəxsin hüquqları daşınmaz əmlakın dövlət reyestrində çıxarışla rəsmiləşdirilərək qeydiyyata alınmışdır. İddiaçı iddia etdiyi torpaq sahəsi yerli bələdiyyə və kənd icra nümayəndəsi tərəfindən təsdiq edilmiş akta əsasən Əyyublu kənd sakini X24 istifadəsindədir, sonradan X3 və **********16 (0.7726 ha) reyestr nömrəli çıxarışla X32 adına hüquqların dövlət qeydiyyatına alınmışdır. İddiaçı və atası X20 adına verilmiş Dövlət Aktlarında göstərilən torpaq sahələri isə AZCAD məlumat bazasına əsasən vətəndaşın iddia etdiyi ərazidən 830 metr fərqli ərazidə yerləşir. Göstərilənlərə əsasən X29 müraciəti əsasında Əyyublu bələdiyyəsinin, Tovuz rayon İHB-nin Əyyublu kənd İƏD üzrə nümayəndəsinin, X29 və 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı ilə torpaq sahəsinə baxış keçirilmişdir. 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsinə, baxış keçirilən torpaq sahəsinin X24 faktiki istifadəsində olması bildirilmişdir. Naturada (yerində) göstərilən torpaq sahəsinə Tovuz rayon İHB-nın Əyyublu kənd İƏD üzrə nümayəndəsinin, Əyyublu bələdiyyəsinin, X29 və 15 saylı Ərazi idarəsinin nümayəndəsinin iştirakı ilə xx.xx.2023-cü il tarixdə akt tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. Həmin akt əsasında elektron məlumat bazasında müvafiq düzəlişlər aparılmışdır. Sonradan İddiaçı ərizə ilə 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət edərək həmin torpaq sahəsinin uzun müddət özünün və ailə üzvlərinin istifadəsində olduğunu bildirərək şikayət ərizələri ilə müraciət etmişdir. Əyyublu bələdiyyəsi 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət edərək tərtib edilmiş aktda imza və möhürün etibarsız sayılmasını bildirmişdir. Qeyd edilən torpaq sahəsi üzərində mübahisə, Əyyublu kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən bələdiyyə mülkiyyətində olması və Əyyublu bələdiyyəsinin 18 yanvar 2024-cü il, 06 nömrəli məktubu əsas götürülərək elektron baza məlumatlarında və "Torpaq sahəsinin planı ölçüsü" sənədində müvafiq düzəlişlərin aparılması zərurəti yaranmışdır. Məlumat üçün bildiririk ki, buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı hallarda aradan qaldırılır. Odur ki, X36 məxsus **********16 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində müvafiq düzəlişlər aparılması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun şəkildə sənədlərin əsli ilə Tovuz ASAN Xidmət Mərkəzinə müraciət etməsi barədə X32 yaşadığı ünvana məktub ünvanlanmışdır (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21- 3-37/2- 4799/2024 nömrəli məktubu).

12. X20 və X10 mülkiyyətinə Tovuz rayonu, Əyyublu kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən 0.55 ha (JN-2127 nömrəli Dövlət Aktı) pay torpaq sahəsi ayrılmışdır və X19 X31 Əsasən (TEKUİS) məkan və sahə göstəriciləri saxlanılmaqla öz əksini tapmışdır. Qeyd edilən torpaq sahəsinin yerinin dəyişdirilibdəyişdirilməməsi ilə bağlı 15 saylı Tovuz Ərazi İdarəsində hər hansı məlumat yoxdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət rəyestrindən xx.xx.2023cü il tarixli **********116 reyestr nömrəli çıxarışa əsasən X24 mülkiyyətində olmuş 0.7726 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Yerli bələdiyyə və icra nümayəndəsinin təsdiq etdikləri akt əsasında elektron məlumat bazasında müvafiq düzəlişlər aparılmışdır (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-37/2- 4863/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-21-3-37/2-5183/2024 nömrəli məktubları).

13. Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0.7726 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X24 adına B 184336 və X32 adına B 190219 nömrəli plan-ölçü sənədləri tərtib olunmuşdur (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-37/2- 4867/2024 nömrəli məktubu).

14. JN-2127 nömrəli dövlət aktına əsasən X34 və X17 ayrılmış Tovuz rayonu, Aşağı Ayıblı kəndində yerləşən 0.55 ha torpaq sahəsinə **********51 reyestr nömrəsi ilə xx.xx.2011-ci ildə məhdudlaşdırmaya dair arayış (Forma-1) verilmişdir, lakin hüquqları dövlət qeydiyyatına alınmamışdır (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-37/2- 6666/2024 nömrəli məktubu).

Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı cavabdehlər X46, X47, X35 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin cavabdehlərin vəsaiti hesabına əvvəlki vəziyyətə qaytarılaraq ona təhvil verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun atası X34 1923- cü ildə Tovuz rayonu Əyyublu kəndində anadan olmuşdur. Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli qərarı ilə X53a və anası Fatma Qasımovaya 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. X62 Müharibəsinin iştirakçısı, 2-ci qrup müharibə əlili olduğundan həmin torpaq sahəsinin həcmi artırılaraq 0.65 ha olmuşdur. Ata və anasına verilən torpaq sahəsi tamamilə yararsız olduğundan 15 iyul 2001-ci il tarixdə Tovuz rayonu Aşağı Ayıblı (indiki Əyyublu) kənd X60 Komissiyası tərəfindən kənddə "Gömərli qobusu" adlanan yerdə (dədə-baba yurdlarında) boş qalmış sağ tərəfi JN-1323 nömrəli aktla X37, sol tərəfi JN-675 nömrəli aktla X12 məxsus torpaq sahələri ilə əhatə olunmuş hissədən 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə əvəzləşdirilərək X53a təhvil verilmişdir. X53 və anası Fatma Qasımova 2002-ci ildə rəhmətə getdikdən sonra vərəsəlik üzrə həmin torpaq sahəsindən o, istifadə etmişdir. 22 il ərzində həmin torpaq sahəsində kartof və taxıl əkib becərmiş, həmin təsərrüfatı idarə etmişdir. 2023-cü il oktyabr ayında həyat yoldaşı X39 ilə torpaq sahəsini təmizləməyə getdikdə həmin torpaq sahəsinin əkilib-şumlandığını görmüşdür. Həmin vaxt oranın kim tərəfindən əkildiyini bilməmişdir. Sonradan maraqlandıqda Əyyublu kənd sakini X46 tərəfindən əkildiyini öyrənmişdir. Bu barədə dərhal Əyyublu bələdiyyəsinin sədri X38 müraciət etdikdə ona bildirmişdir ki, o, həmin torpaq sahəsini heç kimə satmamışdır. Sonradan Famil adlı şəxslə görüşdükdə ona bildirmişdir ki, o, həmin torpaq sahəsini 2000 manat pul verib bələdiyyə və DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən almışdır. Bundan sonra o, DƏDRXnin 15 saylı Ərazi İdarəsinə müraciət etdikdə ilkin olaraq ona heç bir sənədlərə imza etmədiklərini və hüquqi sənəd vermədiklərini bildirmişlər. Dəfələrlə bələdiyyə sədrinə, torpağı zəbt etmiş Famil və Yeganəyə müraciət edərək onun torpaq sahəsinin özümə qaytarılmasını tələb etsə də əhəmiyyət verməmiş və hazırda həmin torpaq sahəsinin zəbti davam edir. Həmin torpaq sahəsinin onun və ailə üzvləri tərəfindən istifadə olunmasını təsdiq edəcək nüanslardan biri də onun torpaqdan istifadə etdiyi 22 il müddətində dövlət rüsumunu ödəməsidir. Halhazırda ailəsi 7 nəfərdən ibarətdir. Ailəsindən heç bir yerdə işləyən yoxdur. O, ailəsini yalnız ata və anasına (əvəzləşdirilərək) verilən 0.65 ha torpaq sahəsini əkib-becərməklə dolandırır.

17. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxslər Tovuz rayonu Əyyublu bələdiyyəsi, X35 və X46) qarşı X24 adına dövlət reyestrində qeydiyyata alınmış xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəli reyestr qeydiyyatının və X32 adına dövlət reyestrində qeydiyyata alınmış xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli reyestr qeydiyyatının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və xx.xx.2024-cü il tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

18. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə Tovuz rayonu Əyyublu bələdiyyəsinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə iddiaçının və cavabdehin nümayəndəsinin vəsatətləri təmin edilməmişdir.

19. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2786/2024 nömrəli qərardadı ilə (hakim G.Əliyeva) iddia tələbi mümkün sayılmamışdır.

20. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilir ki, iddiaçının ilk növbədə mübahisəli 0.65 ha torpaq sahəsinə dair başqa şəxs(lər)in adına aparılmış qeydiyyat(lar)ı mübahisələndirmək üçün həmin torpaq sahəsinə dair hüququ olmalıdır ki, cavabdeh orqanın apardığı qeydiyyat nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun. Hazırkı iş üzrə Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarının ləğvi və yaxud dəyişdirilməsi, həmçinin həmin qərarla X34 və X7 təsərrüfatı məhsullarının istehsalı məqsədilə ayrılmış 0.55 ha torpaq sahəsinin yerinin və həcminin dəyişdirilməsi barədə aqrar islahat komissiyasının qərarının olması, onlara 0.65 ha torpaq sahəsinin ayrılması və yeni dövlət aktının tərtib edilməsi halları öz təsdiqini tapmamışdır.

21. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

22. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2786/2024 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

24. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, nə ata-anası, nə də özü JN 2127 nömrəli Dövlət aktı ilə mülkiyyətə verilən 0.55 ha torpaq sahəsindən istifadə etməmişlər. Həmin sahə yararsız olduğundan onların istifadəsində mübahisə olunan 0.65 ha torpaq sahəsi olmuşdur, lakin həmin 0.65 ha torpaq sahəsinə dair dövlət aktı verilməmişdir və həmin sahəyə dair mövcud yeganə sənəd Engels adına Üzümçülük İstehsalı və Emalı Müəssisəsinin xx.xx.2001-ci il tarixli aktıdır. Həmin akta əsasən Böyük Vətən müharibəsinin əlili kimi onun atasına ayrılmış 0.55 ha torpaq sahəsi su çıxmayan əkin üçün yararsız yerdə yerləşdiyi üçün, “Gömərli qobusu” deyilən yerdə boş qalmış 0.65 ha torpaq sahəsi ilə əvəzləşdirilmişdir.

26. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

27. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahat verərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, iddiaçının atasının adına tərtib edilmiş JN-2127 nömrəli Dövlət aktında nəzərdə tutulan torpaq sahəsi hazırda üçüncü şəxslərin adına rəsmiləşdirilən torpaq sahələri ilə eynilik təşkil etmir. İddiaçı tamamilə başqa sahədə yerləşən torpaq sahəsinə dair aparılmış qeydi mübahisələndirir.

28. Məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə məlumatlı olmalarına baxmayaraq üçüncü şəxslər gəlməmişlər. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

29. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

58. 7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdilmədən saxlanılmalıdır.

32. İş materialları ilə müəyyən olunur ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarı ilə X30 və X7 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0.55 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair JN-2127 KOD 50300068 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir.

33. İddia ərizəsi və iddiaçı tərəfin izahatlarından məlum olur ki, dövlət aktında nəzərdə tutulan torpaq sahəsi əkinə yararsız olduğundan 0.65 ha torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Sözügedən əvəzləşmə barədə dövlət qeydində qeydiyyat aparılmamışdır. Tərtib olunmuş aktda qeyd edilmişdir ki, Aşağı Ayıblı kənd sakini İİ qrup Böyük Vətən müharibəsi əlili X16 JN-2127/0.65 ha torpaq sahəsi “saqqal tutan” deyilən sahədə təpənin döşündə su çıxmayan əkin üçün yararsız yerdə yerləşdiyindən “Gömərli qobusu” deyilən yerdə boş qalmış - sağ tərəfi Akt JN-1323 X45, sol tərəfi Akt JN-675 nömrəli aktlarla əhatə olunmuş 0.65 ha torpaq sahəsinin ona düşən pay torpağı ilə əvəzləşdirilərək ona verilir.

34. Qeyd olunan əvəzləşdirməni əsas gətirən iddiaçı hazırki- reyestr qeydlərinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

35. Bundan başqa, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarı ilə X13, X40, X14, X15 və X1 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1.16 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair JN-2127 KOD 50300068 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. xx.xx.2009-cu il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən X21, X49, X22, X23 və X5 rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarı ilə verilmiş Tovuz rayonu, Aşağı Ayıblı kəndində yerləşən 1.16 ha torpaq sahəsini X2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tovuz rayonu, Aşağı Ayıblı kəndində yerləşən 0.7726 ha torpaq sahəsi üzərində X24 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X35 ona məxsus Tovuz rayonu, Aşağı Ayıblı kəndində yerləşən 0.7726 ha torpaq sahəsini X6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Tovuz rayonu, Aşağı Ayıblı kəndində yerləşən 0.7726 ha torpaq sahəsi üzərində X32 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

36. Beləliklə hazırki iş üzrə mübahisələndirilən torpaq sahəsi üzərində iddiaçının subyektiv hüququ istisna olunur. Belə ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarının ləğvi və yaxud dəyişdirilməsi, həmçinin həmin qərarla X34 və X7 təsərrüfatı məhsullarının istehsalı məqsədilə ayrılmış 0.55 ha torpaq sahəsinin yerinin və həcminin dəyişdirilməsi barədə aqrar islahat komissiyasının qərarının olması, onlara 0.65 ha torpaq sahəsinin ayrılması və yeni dövlət aktının tərtib edilməsi halı müəyyən olunmur.

37. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli, 3-21-3-xx/xx/2025 nömrəli məktubundan qeyd olunur ki, mərkəzin arxivində aparılmış araşdırma zamanı Tovuz rayonu Aşağı Ayıblı kəndi Engels sovxozunun yerli Aqar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli qərarı aşkar edilməmişdir.

38. Göründüyü kimi iddiaçı tərəfindən təqdim olunan qərarın arxiv nüsxəsi aşkar edilməmişdir. Digər tərəfdən də həmin qərar üzrə torpaq sahəsinin yerləşmə yerinə dair hər hansı bir sənəd tərtib edilməmiş, yeni dövlət aktı verilməmişdir. Belə olan halda iddiaçı tərəfindən onlara verilməsi qeyd olunan torpaq sahəsinin, hazırki mübahisələndirilən qeydlər üzrə torpaq sahələri ilə eynilik təşkil etməsini müəyyən etmək mümkün deyildir.

39. Məhkəmə tərkibi qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

40. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.

41. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

42. Beləliklə hazırki iş üzrə məhkəmə kollegiyası qənaətə gəlir ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 13 nömrəli qərarının ləğvi və yaxud dəyişdirilməsi, həmçinin həmin qərarla X34 və X7 təsərrüfatı məhsullarının istehsalı məqsədilə ayrılmış 0.55 ha torpaq sahəsinin yerinin və həcminin dəyişdirilməsi barədə aqrar islahat komissiyasının qərarının olması, onlara 0.65 ha torpaq sahəsinin ayrılması və yeni dövlət aktının tərtib edilməsinə dair hüquqmüəyyənedici sənədlər mövcud olmadığından iddiaçının istinad etdiyi hallar mübahisələndirilən reyestr qeydlərinin ləğvinə əsas ola bilməz.

43. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

44. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı,

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2786/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar