Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-104/2025 04.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli, N-1(114)-444/N0N4 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin xx.xx.N0N3-cü il tarixli, N/N-7987 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Müdafiə Nazirinin xx.xx.N0N1-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur.
İşdə olan sənədlər: N. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.N0N0-ci il tarixli, 13 nömrəli əmrinə əsasən, səfərbərlik təyinatına müvafiq olaraq X1 xx.xx.N0N0-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir.
3. Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.N0N0-ci il tarixli, 79 nömrəli əmri ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N0N0-ci il tarixli, 0N nömrəli əmrinə əsasən hərbi hissədə aparılan təşkilati-ştat dəyişikliyi ilə əlaqədər olaraq X1 hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, xx.xx.N0N0-ci il tarixdən şəxsi heyətin siyahısına salınmış, bütün növ təminatlara qoyulmuş və müvafiq vəzifələrə təyin olunmuşdur.
4. Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.N0N0-ci il tarixli, 78 nömrəli əmri ilə müəyyən olunur ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrindən tamamlama mərkəzinə təyin edilmiş dəyişən heyət Müdafiə Nazirinin 19 dekabr N0N0-ci il tarixli, 0N nömrəli əmrinə əsasən, N nömrəli hərbi hissənin tabeliyində olan hərbi hissələrin şəxsi heyətlə komplektləşdirilməsi məqsədi ilə, xx.xx.N0N0-ci il tarixdən X1 N nömrəli hərbi hissəyə göndərilmiş hesab edilmiş, şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır.
5. Müdafiə Nazirinin Katibliyinin xx.xx.N0N3-cü il tarixli, 4/3-18N nömrəli məktubdan görünür ki, N (, N83) nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir (Əsas: Müdafiə Nazirinin 04 mart N0N1-ci il tarixli 06N nömrəli əmri).
6. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.N0N3-cü il tarixli, **********3N3 nömrəli Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqətən xx.xx.N01Nxx.xx.N013, xx.xx.N0N0-xx.xx.N0N0-ci il tarixlərində həqiqi hərbi xidmət keçmiş, xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır.
7. Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.N0N4-cü il tarixli, 3-N5-4/N-1643/N0N4 nömrəli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Ordusunun “Vətən Müharibəsi” dövründə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrinin müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikası müdafiə nazirinin 04 mart N0N1ci il tarixli əmrinə əsasən N nömrəli hərbi hissə N sentyabr N0N0-10 noyabr N0N0-ci il tarixinədək döyüş əməliyyatlarında iştirak edən hərbi hissə kimi müəyyən edilmişdir.
8. Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.N0N3-cü il tarixli 11168 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin N dekabr N0N0ci il tarixli, 79 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissədən (tamamlama mərkəzindən) N nömrəli hərbi hissəyə gəldiyi üçün veteran adının və vəsiqəsinin verilməsi şamil olunmur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 nömrəli qərarına əsasən "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara" Müharibə veteranı adı verilir. Bu səbəbdən İddiaçı Müharibə veteranı adı və vəsiqəsinin verilməsi şamil olunmur.
9. Müdafiə Nazirliyi N1N saylı hərbi hissənin xx.xx.N0N4-cü il tarixli N834 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş X1 xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək xidmət keçdiyi N nömrəli hərbi hissə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N0N1-ci il tarixli müvafiq əmrinə əsasən “Vətən müharibəsi” zamanı tamamlama mərkəzi kimi fəaliyyət göstərdiyinə görə heç bir döyüş əməliyyatlarına və ya döyüş təminatı ilə əlaqədar fəaliyyətlərə cəlb edilməyib.
10. Müdafiə Nazirliyinin xx.xx.N0N5-ci il tarixli, 3-N5-N9/N-19N/N0N5 nömrəli və 3- N5-N9/N-79N/N0N5 nömrəli məktublarında qeyd edilmişdir ki, N85№-li hərbi hissə komandirinin sentyabr-noyabr N0N0-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat aşkar edilməmişdir. N85№-li hərbi hissə komandirinin N0N0-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyindən İddiaçı həmin hərbi hissədəki xidməti və döyüş əməliyyatlarında iştirak etməsi barədə araşdırılma aparıla bilinmir.
Birinci instansiya məhkəməsində icraat:
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. 1N. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İİ Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq müharibədə iştirak etmək üçün rəsmi qaydada müraciət etmiş, xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Onun döyüş yolu Qubadlıdan başlamış, Qarabağ müharibəsində iştirak etmiş, lakin ona müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. Bununla əlaqədar cavabdeh orqana müraciət etsə də, ona imtina cavabı verilmişdir.
13. Cavabdeh inzibati orqan məhkəməyə iddia tələbinə qarşı xx.xx.N0N3-cü il tarixli, 3-N5-4/N-430N/N0N3 nömrəli etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N0N1-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir.
14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli, N-1(114)-444/N0N4 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının xidmət keçdiyi hərbi hissələr döyüş əməliyyatlarında iştirak etmədiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi istisna olunur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a)Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçının nümayəndəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli, N-1(114)-444/N0N4 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətinin məzmununda qeyd edilmişdir ki, iddiaçı xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Qubadlı xx.xx.N0N0-ci il tarixdə işğaldan azad olunmuşdur. Bunun məhkəmə iclası zamanı araşdırılaraq müəyyən edilməsinə hər hansı zərurət yoxdur. İddiaçının mübahisələndirdiyi əsas məsələ hərbi biletində qeyd olunan Qubadlının müdafiə və mühafizəsində iştirak etməsi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün əsas olmalıdır. Cavabdeh orqan isə onun xidmət göstərdiyi hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməməsini əsas gətirərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edir. Şuşa şəhəri 08 noyabr N0N0-ci il tarixdə düşmən işğalından azad olunmuş, 44 günlük müharibə isə xx.xx.N0N0-ci il tarixdə bitmişdir. Azərbaycan silahalı qüvvələri 08 noyabr tarixindən 10 noyabr N0N0-ci il tarixədək Şuşanın müdafiə və mühafizəsini təşkil etmiş, müdafiə və mühafizə zamanı şəhid və yaralılar vermişdir. Qeyd olunan müdafiə və mühafizə Zəngilan, Cəbrayıl, Fizuli, Qubadlı şəhərləri, Hadrut qəsəbəsində təşkil edilmişdir. Müharibə vaxtı Qubadlının kimdən müdafiə və mühafizəsinə zərurət var idi, əlbəttə ki, erməni silahlı qüvvələrindən. Çünki, onlar itirdikləri torpaqları, şəhərləri və qəsəbələri geri qaytarmaq üçün onlarla əks-hücüm əməliyyatları icra etmişlər. Müdafiə Nazirliyinin yanaşması ilə məsələyə münasibət bildirsək bu qənaətə gəlmək olar ki, əgər Cavid Kərimzadə və digər Azərbaycan Silahlı Qüvvələr mənsubu həmin düşmən gülləsi əsasında ölsəydi ona şəhidlik statusu verilməyəcəkdir. Çünki, həmin hərbi hissə döyüş əməliyyatlarına iştirak etmir. Müdafiə və Mühafizəni təşkil edən hərbi hissə hər hansı atış icra edə bilməz.
b)Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
18. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
19. İddiaçı tərəf məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
c)Apellyasiya icraatı iştirakçılarının izahatları N0. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 6N.3-cü maddəsinə əsasən inzibati işə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq: N1. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu:
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.
NN. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. N0N0-ci il sentyabrın N7- dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Qeyd (N) göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.
N3. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: N.N.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: N4. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. N5. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ona “müharibə veteranı“ adının və vəsiqəsinin verilməsi ilə əlaqədar sənədləri ilə birlikdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş, sonuncu tərəfindən xx.xx.N0N3-cü il tarixli, 3-43-90/N-K-xx/xx/N0N3 nömrəli məktubla bildirilmişdir ki, müraciət aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”ya göndərilmişdir. Nazirlik tərəfindən xx.xx.N0N3-cü il tarixli, N/N-7987 nömrəli məktubla bildirilmişdir ki, Müdafiə nazirinin xx.xx.N0N1-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. N6. Birinci instansiya məhkəməsi cavabdeh orqanın imtina dəlilləri ilə razılaşaraq iddiaçının iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul etmiş, hazırda iddiaçı birinci instansiya məhkəməsinin qərarını apellyasiya qaydasında mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, imtina dəlilinə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun araşdırılıb hüquqi qiymət verilməlidir. N7. Belə ki, adıçəkilən Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 9-cu yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. N8. Göründüyü kimi “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün başlıca şərt iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirməsi, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etməsi və ya döyüş əməliyyatlarının təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması tələb olunur ki, iş materiallarında buna dair hər hansı bir sübut mövcud deyildir. N9. İş materiallarında olan sənədlərə əsasən iddiaçı xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmayan N nömrəli hərbi hissədə xidmət etmiş, xx.xx.N0N0-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, xx.xx.N0N0-ci il tarixdən N nömrəli hərbi hissəyə göndərilmiş hesab edilmiş, şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır.
30. İddiaçının tələbini əsaslandırdığı və hazırki halda apellyasiya şikayətinin dəlilini təşkil edən “ona məxsus AO seriyalı, ******* nömrəli hərbi biletin 7-ci səhifəsində aparılmış “Qubadlı rayonunun müdafiə və mühafizəsində iştirak edib” qeydlər” ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, həmin qeydlər arxiv sənədləri ilə öz təsqini tapmır. İddiaçı xx.xx.N0N0ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək N nömrəli hərbi hissənin sərəncamında olmuşdur və həmin hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında yoxdur.
31. Müdafiə Nazirliyi N1N saylı hərbi hissənin xx.xx.N0N4-cü il tarixli N834 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş X1 xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək xidmət keçdiyi N nömrəli hərbi hissə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N0N1-ci il tarixli müvafiq əmrinə əsasən “Vətən müharibəsi” zamanı tamamlama mərkəzi kimi fəaliyyət göstərdiyinə görə heç bir döyüş əməliyyatlarına və ya döyüş təminatı ilə əlaqədar fəaliyyətlərə cəlb edilməyib. 3N. Müdafiə Nazirliyinin xx.xx.N0N5-ci il tarixli, 3-N5-N9/N-19N/N0N5 nömrəli və 3- N5-N9/N-79N/N0N5 nömrəli məktublarında qeyd edilmişdir ki, N85№-li hərbi hissə komandirinin sentyabr-noyabr N0N0-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat aşkar edilməmişdir. N85№-li hərbi hissə komandirinin N0N0-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyindən İddiaçı həmin hərbi hissədəki xidməti və döyüş əməliyyatlarında iştirak etməsi barədə araşdırılma aparıla bilinmir.
33. Məhkəmə tərkibi hesab edir ki, cavabdeh orqan tərəfindən qəbul edilməsini arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmçinin iş materialları ilə müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etmiş, belə şərtlərin mövcudluğunu sübut edə bilmişdir (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3cü maddəsi).
34. Hazırki qərarın NN-ci bənində qeyd olunan Əsasnamənin müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Odur ki, iddianın təmin olunmaması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
35. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8N, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N4-cü il tarixli, N-1(114)-444/N0N4 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov