Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-105/2024 03.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1521/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşagıdakı qərardadı qəbul etdi. İşin halları:
1. Atalığın müəyyən edilməsi haqqında İ-СЛ 268512 nömrəli şəhadətnaməyə əsasən xx.xx.1963-cü il tarixdə X1 doğulmuş İddiaçı atası X4 hesab edilmiş və bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında xx.xx.1975-ci il tarixli 08 saylı qeydiyyat aparılmışdır.
2. Doğum haqqında xx.xx.1975-ci il tarixli İİ-СЛ 025278 nömrəli şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1963-cü il tarixdə Ermənistan SSR Vardenis rayonu Daşkənd kəndində anadan olmuş və bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında xx.xx.1975-ci il tarixli 10 saylı qeydiyyat aparılmışdır.
3. Bərdə Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2-369/2008 nömrəli qətnaməsi ilə ərizəçi İddiaçı ərizəsi təmin edilmiş, 05 dekabr 1970-ci ildə Ermənistan Vardenis rayonunun Daşkənd kəndində anadan olmuş İddiaçı doğumunun Ermənistanın Vardenis rayonunun Daşkənd kənd Sovetliyində qeydə alınması faktı müəyyən edilmiş hesab olunmuşdur. Həmin qətnamə ilə müəyyən edilir ki, ərizəçi İddiaçı məhkəməyə ərizə verərək, özünün doğum aktının xx.xx.1970-ci ildə Ermənistanın Vardenis rayonunun Daşkənd kənd Sovetliyində qeydə alınması faktının müəyyən edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1970-ci ildə Ermənistanın Vardenis rayonunun Daşkənd kəndində anadan olmuş və doğum aktı həmin kəndin Sovetliyində qeydə alınmışdır. Məlum hadisələrlə əlaqədar 1988-ci ildə öz doğma torpaqlarından didərgin düşmüşlər. Bərdə rayonunun Qarabağ qəsəbəsində məskunlaşmışdır. Bütün sənədləri, o cümlədən doğum haqqında şəhadətnaməsi Ermənistanda qalmışdır. Hazırda şəxsiyyət vəsiqəsi almaq üçün doğum haqqında şəhadətnaməsi tələb olunur. Məhkəmədə şahid qismində dindirilmiş X3, X8, X5 ifadələrində ərizəçinin doğurdan da xx.xx.1970-ci ildə Ermənistanın Vardenis rayonunun Daşkənd kəndində doğulduğunu, doğumun həmin kəndin Sovetliyində qeydə alındığını, 1988-ci ildə Ermənistandan qaçqın düşdükləri vaxtı ərizəçinin bütün sənədlərinin, habelə doğum haqqında şəhadətnaməsinin Ermənistanda qaldığını, hazırda ərizəçinin heç bir sənədinin olmadığını bildirmişlər.
4. xx.xx.2008-ci il tarixli 3 nömrəli doğum haqqında bərpa akt qeydinə əsasən İddiaçı xx.xx.1970-ci il tarixdə Ermənistan SSR Vardenis rayonu Daşkənd kəndində doğumu barədə akt qeydi bərpa edilmiş və bu barədə bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında xx.xx.2008-ci il tarixli 3 nömrəli qeydiyyat aparılmışdır.
5. İddiaçı doğum haqqında akt qeydində düzəliş edilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin Şöbənin xx.xx.2023-cü il tarixli 23-05/15 nömrəli cavab məktubu ilə bundan imtina edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarının tələblərinə uyğun olaraq düzəliş edilməsinə kifayət qədər əsaslar yoxdur.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması və onun doğum akt qeydində düzəliş edilməklə doğum tarixinin xx.xx.1963-cü il kimi yazılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1963-cü ildə Ermənistan SSR Vardenis rayonu Daşkənd kəndində anadan olmuşdur, atası X4, anası isə X2r. O, anadan olduğu zaman valideynləri ona doğum haqqında şəhadətnamə almışlar. İlk öncə doğum haqqında şəhadətnamə alınan zaman onun doğum tarixi yanlış olaraq qeyd etdiklərindən doğum akt qeydində və doğum haqqında şəhadətnaməsində doğum tarixi xx.xx.1970-ci il olaraq yazmışdır. Ona 25 fevral 1975-ci il tarixdə atalığın müəyyən edilməsi haqqında şəhadətnamə alınan zaman orada doğum tarixini xx.xx.1963 olaraq yazsalar da, 25 fevral 1975-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnaməsində doğum tarixini xx.xx.1970- ci il olaraq qeyd ediblər. Doğum haqqında şəhadətnaməsi olmasına baxmayaraq bu vaxta qədər şəxsiyyət vəsiqəsi almamışdır. Hal-hazırda şəxsiyyət vəsiqəsi almaq üçün Bərdə regional Asan xidmət mərkəzinə müraciət etdiyi zaman doğum haqqında şəhadətnaməsində doğum tarixinin 1970-ci ildən qələm vasitəsi ilə müdaxilə olunub 1963- cü il yazıldığından və doğum akt qeydində doğum tarixi 1970-ci il yazıldığından ona şəxsiyyət vəsiqəsi verməkdən imtina etmişlər. Doğum haqqında şəhadətnaməsində doğum tarixinin 1963-cü il yazılması ilə bağlı Cavabdehnə müraciət etdiyi zaman isə doğum akt qeydi ilə əlaqədar sənədlərin Ermənistan SSR Vardenis rayonu Daşkənd kəndində qaldığından doğum akt qeydində doğum tarixinin xx.xx.1963-cü il kimi yazılması mümkün olmamışdır və ona məhkəməyə müraciət etməsini məsləhət görmüşlər.
8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1521/2023 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının doğum aktının xx.xx.1970-ci il tarixdə Ermənistan Vardenis rayonu Daşkənd kənd Sovetliyində qeydə alınması faktı onun öz ərizəsi əsasında məhkəmə qaydasında müəyyən edilərək, məhkəmə qətnaməsi əsasında doğum akt qeydi bərpa edilmişdir və həmin bərpa qeydi ləğv edilməmişdir, bu halda iddiaçının iddiası əsaslı sayıla və təmin oluna bilməz.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları.
13. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi.
14. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə kolllegiyası işə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır.
18. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
19. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
20. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
21. İşin hallarından görünür ki, doğum haqqında xx.xx.1975-ci il tarixli İİ-SL 025278 nömrəli şəhadətnamədə İddiaçı xx.xx.1963-cü il tarixdə Ermənistan SSR Vardenis rayonu Daşkənd kəndində anadan olması və bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında xx.xx.1975-ci il tarixli 10 saylı qeydiyyat aparılması qeyd edilmişdir.
22. İddiaçı xx xxxxxx 1963-cü ildə Ermenistan SSR Vardenis rayonu Daşkənd kəndində anadan olduğunu və doğum haqqında şəhadətnamə alınan zaman onun doğum tarixinin yanlış olaraq xx.xx.1970-ci il kimi yazıldığını əsas gətirərək, xx.xx.1975-ci il tarixdə 10 sayla qeydiyyata alınmış doğum akt qeydində düzəliş edilərək doğulduğu tarixin xx.xx.1963-cü il kimi qeyd edilməsini xahiş edir.
23. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında İ-SL 268512 nömrəli şəhadətnaməyə əsasən xx.xx.1963-cü il tarixdə X1 doğulmuş İddiaçı atası X4 hesab edilmiş və bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında xx.xx.1975-ci il tarixli 08 saylı qeydiyyat aparılmışdır.
24. Doğum haqqında xx.xx.1975-ci il tarixli İİ-SL 025278 nömrəli şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1963-cü il tarixdə Ermənistan SSR Vardenis rayonu Daşkənd kəndində anadan olmuş və bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında xx.xx.1975-ci il tarixli 10 saylı qeydiyyat aparılmışdır.
25. xx.xx.2008-ci il tarixli 3 nömrəli doğum haqqında bərpa akt qeydinə əsasən İddiaçı xx.xx.1970-ci il tarixdə Ermənistan SSR Vardenis rayonu Daşkənd kəndində doğumu barədə akt qeydi bərpa edilmiş və bu barədə bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında xx.xx.2008-ci il tarixli 3 nömrəli qeydiyyat aparılmışdır.
26. Bərdə Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2-369/2008 nömrəli qətnaməsi ilə ərizəçi İddiaçı ərizəsi təmin edilmiş, 05 dekabr 1970-ci ildə Ermənistan Vardenis rayonunun Daşkənd kəndində anadan olmuş İddiaçı doğumunun Ermənistanın Vardenis rayonunun Daşkənd kənd Sovetliyində qeydə alınması faktı müəyyən edilmiş hesab olunmuşdur.
27. Göründüyü kimi hazırda mübahisələndirilən qeydiyyat Bərdə Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2-369/2008 nömrəli qətnaməsinə əsasən aparılmışdır və həmin qətnamə qüvvədə olduğu halda qeydiyyatın dəyişdirilməsinə dair iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.
28. Belə ki, adıçəkilən qətnamədən məlum olur ki, ərizəçi İddiaçı ərizəsi təmin edilmiş, 05 dekabr 1970-ci ildə Ermənistan Vardenis rayonunun Daşkənd kəndində anadan olmuş İddiaçı doğumunun Ermənistanın Vardenis rayonunun Daşkənd kənd Sovetliyində qeydə alınması faktı müəyyən edilmiş hesab olunmuşdur. Həmin qətnamə ilə müəyyən edilir ki, ərizəçi İddiaçı məhkəməyə ərizə verərək, özünün doğum aktının xx.xx.1970-ci ildə Ermənistanın Vardenis rayonunun Daşkənd kənd Sovetliyində qeydə alınması faktının müəyyən edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1970-ci ildə Ermənistanın Vardenis rayonunun Daşkənd kəndində anadan olmuş və doğum aktı həmin kəndin Sovetliyində qeydə alınmışdır. Məlum hadisələrlə əlaqədar 1988-ci ildə öz doğma torpaqlarından didərgin düşmüşlər. Bərdə rayonunun Qarabağ qəsəbəsində məskunlaşmışdır. Bütün sənədləri, o cümlədən doğum haqqında şəhadətnaməsi Ermənistanda qalmışdır. Hazırda şəxsiyyət vəsiqəsi almaq üçün doğum haqqında şəhadətnaməsi tələb olunur. Məhkəmədə şahid qismində dindirilmiş X3, X8, X5 ifadələrində ərizəçinin doğurdan da xx.xx.1970-ci ildə Ermənistanın Vardenis rayonunun Daşkənd kəndində doğulduğunu, doğumun həmin kəndin Sovetliyində qeydə alındığını, 1988-ci ildə Ermənistandan qaçqın düşdükləri vaxtı ərizəçinin bütün sənədlərinin, habelə doğum haqqında şəhadətnaməsinin Ermənistanda qaldığını, hazırda ərizəçinin heç bir sənədinin olmadığını bildirmişlər.
29. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia etməsi üçün, ən azından həmin hərəkətin (hərəkətsizliyin) onun hüquqlarını pozma ehtimalı mövcud olmalıdır.
30. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
31. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında qeyd olunur ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (qərarın 4.1 və 4.2-ci bəndləri).
32. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddianın mümkünlük şərtlərinin müəyyən edilməməsi səbəbindən ləğv edilməli, qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmamalıdır.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı,
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1521/2023 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov