Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-105/2025 11.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mülkiyyət hüququnun qeydə alınması Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi X23 və üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər X17 və Şəmkir rayon Qapanlı Bələdiyyəsi) qarşı “Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 0,28 ha torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024cü tarixli, 2-1(114)-618/2024 saylı qərarından üçüncü şəxs X17 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1966-cı il tarixdə Şəmkir rayonunda anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır.
2. Qapanlı kənd İƏV üzrə nümayəndəliyin 1991-1995-ci illərə dair təsərrüfatbaşına kitabının 197 nömrəli şəxsi hesabında İddiaçı, X24, X18, X25 qeyd olunmuş, faktiki istifadələrində 0,28 ha torpaq sahəsi olmuşdur.
3. Qapanlı kənd İƏV üzrə nümayəndəliyin 1991-1995-ci illərə dair təsərrüfatbaşına kitabının 498 və 1996-2000-ci illərə dair 495 nömrəli şəxsi hesabında X6, X19, X13, X17 qeyd olunmuş, faktiki istifadələrində 0,06 ha torpaq sahəsi olmuşdur.
4. X39 Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-13-F/1-M-409/2023 nömrəli arxiv arayışından görünür ki, Filialda mühafizə olunan Qapanlı kənd İƏV üzrə nümayəndəliyin 1991-1995-ci illərə təsərrüfatbaşına kitabının 197-ci təsərrüfat nömrəsində İddiaçı adına 0,28 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir.
5. Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Qapanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 265 nömrəli arayışına əsasən, iddiaçı Şəmkir rayonu, Qapanlı kənd İƏD-si üzrə nümayəndəliyinin ev təsərrüfatı uçotu kitabında qeydiyyata dayanır. Ev təsərrüfatı uçotu kitabında adına 0,28 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir.
6. İddiaçı Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 0,28 ha torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3- 40/2-4552/2023 nömrəli məktubunda bildirmişdir ki, mütəxəssislər tərəfindən işin icraatına uyğun olaraq, təqdim edilən sənədlərə dair məlumatlar araşdırılmış, müayinə baxışı keçirilmiş və elektron baza məlumatları ilə yoxlanılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi üzərində fərdi yaşayış evi və həyət tikililəri inşa edilmiş, həyət tikilisi vətəndaş İddiaçı, fərdi yaşayış evi isə 2019-cu ildə inşa edilməklə cavabdeh X8 məxsusdur. Hal-hazırda fərdi yaşayış evində X17 yaşayır. Bu səbəbdən də yaranmış uyğunsuzluğu nəzərə alaraq, sözügedən torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinin icrası tərəfindən mümkün olmamışdır.
7. İddiaçının xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə cavab olaraq cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-40/2-M-0356-8/2023 nömrəli məktubunda bildirmişdir ki, mütəxəssislər tərəfindən işin icraatına uyğun olaraq, təqdim edilən sənədlərə dair məlumatlar araşdırılmış, yerində müayinə baxışı keçirilmiş və elektron baza xəritələrində yoxlanılmışdır. Bildirilmişdir ki, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən fərdi yaşayış evi və onun torpaq sahəsi üzərində onunla və X17 arasında mübahisənin olduğu müəyyən edilmişdir. Ona görə də yaranmış mübahisə səbəbindən sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair verdiyi ərizənin icrası tərəfindən mümkün olmayaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən imtina edilmişdir. Məlumat üçün bildirirk ki, 29 iyun 2004-cü il tarixli, 713-İİQ saylı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2.4cü maddəsində göstərilir ki, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, qeyd edilən daşınmaz əmlaka dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi qanunauyğundur.
8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2-4183/2023 nömrəli məktubundan görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsində inşa edilmiş X8 məxsus fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.
9. Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Qapanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 5-76-23/2-xx-xx/2024 nömrəli məktubdan görünür ki, iddiaçı və mərhum X14 nümayəndəliyin ev təsərrüfatı uçotu kitabında ayrı-ayrı təsərrüfatlarda qeyd olunmuşdur. X28 adlı şəxs nümayəndəliyin təsərrüfatı uçotu kitabında qeydiyyatda dayanmır və nümayəndəlik ərazisində yaşamır. İddiaçı və mərhum X4 adına olan təsərrüfatlarda fərdi yaşayış evi vardır.
10. Şəmkir Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-76/2-307/2024 nömrəli məktubunda qeyd etmişdir ki, arxiv sənədlərinə baxış keçirilən zaman X5 inşa etdirdiyi fərdi yaşayış evi barədə rayon icra Hakimiyyətinə məlumat verilmədiyi və həmin tikinti ilə bağlı sənədləşmə işlərinin aparılmadığı müəyyən edilmişdir.
11. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-3952/2019 saylı qərardadına əsasən, işə mahiyyəti üzrə baxılıb həll olunanadək X48 Filialında mühafizə olunan və Qapanlı kənd İƏD üzrə nümayəndəliyin 1991-1995-ci illərə dair təsərrüfatbaşına kitabın 197 təsərrüfat nömrəsində iddiaçının adına qeyd edilmiş 0.28 ha həyətyanı torpaq sahəsində hər hansı tikinti-quraşdırma işlərinin aparılması cavabdehlər X9, X8 və X20 qadağan edilmişdir.
12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-503/2020 saylı qərarı ilə iddiaçı X2 Şəmkir Rayon İcra Hakimiyyəti Aparatının Qapanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı təsərrüfatbaşına kitabda həyətyanı torpaq sahəsinə dair aparılmış qeydiyyatın ləğv edilməsi və həmin kitabda onun adının qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. Həmin qərardan iddiaçı X7 tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(104)-538/2020 saylı qərarı ilə təmin edilməmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(114)-503/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Gəncə İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(114)-643/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X7) “mərhum X15 adına verilmiş torpaq sahəsinin planı və ölçü sənədinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddia rədd edilmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 noyabr 2021-ci il tarixli, 2-1(104)-537/2021 saylı qərarı ilə Gəncə İnzibati Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2-1(114)-643/2021 saylı qərarı ləğv edilmiş, mərhum X15 adına verilmiş 26 noyabr 2020-ci il tarixli AA 572227 nömrəli “Torpaq sahəsinin planı və ölçü sənədi” və 26 noyabr 2020-ci il tarixli, ********** qeydiyyat və **********955 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Həmin qərardan X7 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-711/2022 saylı qərarı ilə təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 noyabr 2021-ci il tarixli, 2- 1(104)-537/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-639/2023 saylı qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 0,28 ha həyətyanı torpaq sahəsində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə cavabdehlər X17 və X10 tərəfindən yaradılan maneənin aradan qaldırılması qət edilmişdir.
16. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2-2061/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, Şəmkir rayonu, Qapanlı kəndində İddiaçı iddia etdiyi 0.28 ha torpaq sahəsi vardır, lakin başqa şəxslərin istifadəsindədir. İddiaçı iddia etdiyi torpaq sahəsi faktiki olaraq 0.2930 ha-dır. İddiaçı iddia etdiyi torpaq sahəsi həyətyanı məqsədi ilə ayrılmış yaşayış məntəqələrinin torpaqlarına aiddir və hər hansı subyektin mülkiyyətində icarəsində və ya qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Şəmkir rayonu, Qapanlı kəndində İddiaçı qeydə alınmasını tələb etdiyi 0.28 ha torpaq sahəsinin üzərində 154.65 kv.m fərdi yaşayış evi və 85.51 kv.m tövlə vardır. Fərdi yaşayış evi X17 tərəfindən inşa edilmişdir. Rəy elektron məlumat bazasının Yeni elektron uçot xəritəsinə (TEKUİS) və 1999-cu ildə tərtib olunmuş torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə (xəritəsinə) əsasən hazırlanlanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 0,28 ha torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
18. Tələb onunla əsaslandırılmışdır ki, X48 filialında mühafizə olunan və Qapanlı kənd İƏV üzrə nümayəndəliyin 1991-1995, 1996-2000, 2001-2005-ci illərə dair təsərrüfatbaşına kitabının müvafiq olaraq 197,196 və 194 təsərrüfat nömrəsində iddiaçının adına 0,28 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Hazırda iddiaçıya məxsus olan torpaq sahəsi X39 filialında mühafizə olunan Qapanlı kəndinin təsərrüfatbaşına kitabında 1986-1990-cı illərdə mərhum ata nənəsi X15 adına qeyd edilmişdir. O, 1986-cı ildə ölmüşdür və onun ölümündən sonra həmin torpaq sahəsi təsərrüfatbaşına kitabda 5 ildən bir yeni qeydiyyat nömrəsi verilməklə 1991-1995, 1996-2000, 2001-2005-ci illərdə müvafiq olaraq 197, 196, 194 nömrə ilə iddiaçının adına qeydə alınmışdır. Yəni, məhrum X15 adına təsərrüfatbaşına kitabda aparılmış qeydiyyat o, 1986-cı ildə öldüyü üçün ləğv edilmiş və təsərrüfatbaşına kitabda dəyişiklik aparılmadan təsərrüfat yeni hesab nömrəsi ilə iddiaçının adına qeydə alınmışdır. Bununla belə, cavabdeh 0.28 ha torpaq sahəsinə dair təsərrüfatbaşına kitabdan çıxarış əldə etmədən, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlkın dövlət reyestri haqqda” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsinin təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmayan sənədə, yəni kolxozun torpaq kitabında olan qeydə əsasən daşınmaz əmlak üzərində hüquqları əsassız və qanunsuz olaraq mərhum X15 adına xx.xx.2020-ci il tarixli, AA 572227 saylı “Torpaq sahəsinin planı və ölçüsü” və xx.xx.2020-ci il tarixli, **********955 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış vermişdir. Həm də çıxarış verilərkən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-3952/2019 saylı qərardadı əsasında işə mahiyyəti üzrə baxılıb həll olunanadək X48 Filialında mühafizə olunan və Qapanlı kənd İƏD üzrə nümayəndəliyin 1991-1995-ci illərə dair təsərrüfatbaşına kitabın 197 təsərrüfat nömrəsində iddiaçının adına qeyd edilmiş 0.28 ha həyətyanı torpaq sahəsində hər hansı tikinti-quraşdırma işlərinin aparılması cavabdehlər X9, X8 və X20 qadağan edilmişdir. Qərardad xx.xx.2019-cu ildə Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra edilmişdir. Lakin onlar iddiaçının şikayətlərinə və icra məmurunun tələblərinə məhəl qoymayaraq, məhkəmələrdə mübahisələrə baxıldığı vaxtda tikinti işlərini tamamlamışlar. (evin tikintisinin sonrakı illərdə başa çatdırıldığı, o, bunu icra məmurlarının göstərişlərinə əməl etmədən etdiyinə dair kifayət qədər sübutlar vardır). Bütün məhkəmə mübahisələri onun xeyrinə yekunlaşdıqdan sonra cavabdehə ərizə ilə müraciət edərək, 0.28 ha həyətyanı torpaq sahəsinə dair iddiaçının adına “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilməsini xahiş etmişdir. Həmin ərizə əsasında cavabdehin əməkdaşları tərəfindən torpaq sahəsinə yerində baxış keçirilən zaman bildirildi ki, nəzərdə tutulan torpaq sahəsi mübahisə predmeti olduğundan çıxarışın hazırlanması mümkün olmadı. Üçüncü şəxs (qardaşının oğludur) və qeyriləri onların ölçü işləri aparmalarına mane oldular və torpaq sahəsinin mübahisəli olduğunu bildirdilər. Bu səbəbdən də torpaq sahəsinin ölçülməsi mümkün olmadı. Nəticədə iddiaçı həmin torpaq sahəsinə dair hüquqlarını qeydiyyata aldıra bilməmişdir. Ərizəyə cavab olaraq cavabdehin 24 noyabr 2022-ci il tarixli, **********78 nömrəli məktubu ilə bildirilmişdir ki, torpaq sahəsi mübahisə predmeti olduğundan çıxarışın hazırlanması mümkün olmamışdır. Hansı ki, həmin torpaqla bağlı mübahisəyə məhkəmə instansiyalarında baxılaraq nəticə verilmiş və bu barədə məhkəmə qətnamələri tərəfindən cavabdehə təqdim edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 21 fevral 2020-ci il tarixli, 2-1(114)-503/2020 saylı qərarı ilə iddiaçı X3 (hazırkı iş üzrə iddiaçının bibisidir) Şəmkir rayon İcra Hakimiyyəti Aparatının Qapanlı kənd İƏD üzrə nümayəndəsinə qarşı “təsərrüfatbaşına kitabda həyətyanı torpaq sahəsinə dair aparılmış qeydiyyatın ləğy edilməsi və həmin kitabda onun adının qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddiası təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2-1(104)-538/2020 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin 21 fevral 2020-ci il tarixli, 2-1(114)-503/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qərardan kassasiya şikayəti verməmişdir. İddiaçı X11 bu ərəfədə mübahisəli torpaq sahəsinə dair mərhum X15 adına xx.xx.2020-ci il tarixli, AA 572227 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və xx.xx.2020-ci il tarixli, **********955 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış alaraq, məhkəmədə iddiaçıya qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka vərəsə tanınma və miras əmlakın mülkiyyətə verilməsi tələbin”nə dair iddia qaldırmışdır. Belə olan təqdirdə o, Gəncə İnzibati-İqdisadi Məhkəmədə cavabdeh DƏDRX-nin 11 saylı Şəmkir Ərazi idarəsinə qarşı (üçüncü şəxs X7) iddia qaldıraraq, mərhum X16 adına verilmiş xx.xx.2020-ci il tarixli, AA 572227 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və xx.xx.2020-ci il tarixli, **********955 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi tələbi"nə dair iddia qaldırdmışdır. Bu səbəbdən birinci instansiyada onun iddiasına baxılması dayandırılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-643/2021 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs X11) qarşı mərhum X16 adına verilmiş xx.xx.2020-ci il tarixli, AA 572227 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və xx.xx.2020-ci il tarixli, **********955 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddiası rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 noyabr 2021-ci il tarixli, 2-1(104)-537/2021 saylı qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-643/2021 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməsi, mərhum X16 adına verilmiş xx.xx.2020-ci il tarixli, AA 572227 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat **********955 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindəki qeydin (çıxarışın) ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(102)-711/2022 saylı qərarı ilə üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 noyabr 2021-ci il tarixli, 2- 1(104)-537/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra Gülsüm Mustafayeva tərəfindən birinci instansiya məhkəməsində olan işin icraatı təzələnmiş və Şəmkir Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2(076)- 39/2022 saylı qətnaməsi ilə X3 iddiaçıya və 1 saylı notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, **********55 reyestr nömrəli çıxarış əsasında mərhum Tamam Nağıyevanın mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0.28 ha həyətyanı torpaq sahəsinə vərəsə tanınması və miras əmlakın onun mülkiyyətinə verilməsinə dair iddiası təmin edilməmişdir. İddianın təmin edilməməsinin əsasını miras daşınmaz əmlakın mövcud olmaması, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 noyabr 2021-ci il tarixli, 2-1(104)-537/2021 saylı qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 may 2022-ci il il tarixli, 2-1(102)-711/2022 saylı qərarları təşkil etmişdir. Odur ki, xx.xx.2022-ci il tarixdə iddiaçı Şəmkir Rayon Məhkəməsinə “maneənin aradan qaldırılması tələbi”nə dair iddia ərizəsi verərək, ünvan 3 ünvanda yerləşən 0.28 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan ölçü işlərinin aparılması zamanı cavabdehin əməkdaşlarına cavabdehlər X17 və X12 tərəfindən qoyulan maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-639/2013 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə yenidən 11 saylı Şəmkir Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Şəmkir rayonunun Qapanlı kəndində yerləşən 0.28 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh tərəfindən göndərilmiş 16 avqust 2023-cü il tarixli, 3-21-3-40/2-4552/23 saylı məktubda qeyd olunur ki, araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi üzərində fərdi yaşayış evi və həyət tikililəri inşa edilmiş, həyət tikilisi vətəndaş İddiaçı, fərdi yaşayış evi isə 2019-cu ildə inşa edilməklə cavabdeh X8 məxsusdur. Hal-hazırda fərdi yaşayış evində X17 yaşayır. Bu səbəbdən də yaranmış uyğunsuzluğu nəzərə alaraq, sözügedən torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması ilə bağlı ərizənisinin icrası tərəfindən mümkün olmamışdır. Bu səbəbdən də ərizənin icrasından imtina edilmişdir. Belə olan təqdirdə iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə təkrar ərizə göndərərək, həmin imtina ilə razılaşmadığımı bildirmiş və məhkəməyə iddia ərizəsi verilməsi üçün, ən azından ilkin hüquq müəyyənedici sənədlər əsasında ona məxsus olan Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 0.28 ha torpaq sahəsinə dair onun adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsini xahiş etmişdir. Ərizəyə cavab olaraq cavabdehin 04 sentyabr 2023-cü tarixli, 3-21-3-40/2-M-0356-8/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, iddiaçı ilə X17 arasında mübahisə olması səbəbindən sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair ərizənizin icrası tərəflərindən mümkün olmayaraq imtina edilmişdir. İddiaçı qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49 və 84-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələrinin tələbləri ciddi şəkildə pozulmaqla, 0.28 ha torpaq sahəsinə dair təsərrüfatbaşına kitabdan çıxarış əldə etmədən, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlkın dövlət reyestri haqqda” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsinin təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmayan sənədə, yəni kolxozun torpaq kitabında olan qeydə əsasən daşınmaz əmlak üzərində hüquqları əsassız və qanunsuz olaraq qeydə alaraq, mərhum X15 adına xx.xx.2020-ci il tarixli, AA 572227 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və xx.xx.2020-ci il tarixli, **********955 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verə bilir. Həmçinin, X21 xx.xx.2020-ci il tarixli, **********955 reyestr nömrəli çıxarış verilərkən X17 iddiaçıya məxsus torpaq sahəsində qanunsuz olaraq tikinti-quraşdırma işləri apardığını, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-3952/2019 saylı qərardadı əsasında işə mahiyyəti üzrə baxılıb həll olunanadək X48 Filialında mühafizə olunan və Qapanlı kənd İƏD üzrə nümayəndəliyin 1991-1995-ci illərə dair təsərrüfatbaşına kitabın 197 təsərrüfat nömrəsində iddiaçının adına qeyd edilmiş 0,28 ha həyətyanı torpaq sahəsində hər hansı tikinti-quraşdırma işlərinin aparılmasının cavabdehlər X9, X8 və X20 qadağan edildiyini, həmin qərardad xx.xx.2019-cu ildə Şəmkir rayon İcra və probasiya Şöbəsi tərəfindən icra edildiyini və mübahisə olduğunu bildiyi halda Tamam Nağıyevanın adına hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verə bilir. Eləcə də X21 xx.xx.2020-ci il tarixli, **********955 reyestr nömrəli çıxarış verilərkən də iddiaçıya məxsus torpaq sahəsində X5 tikilisinin olduğunu bildiyi halda, Tamam Nağıyevanın adına hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verə bilir. Lakin iddiaçıya, yəni ilkin hüquq müəyyənedici sənədə sahib şəxsə bundan imtina edilir. Cavabdeh məktublarında qeyd edilən əsaslarla torpaq üzərində iddiaçının hüquqlarının dövlət reyestrində qeydiyyata almaqdan imtina etməklə ciddi qanun pozuntusuna yol vermişdir. Çünki, iddiaçının ərizələrində cavabdehdən X17 tərəfindən torpaq sahəsində qanunsuz və əsassız tikilmiş fərdi yaşayış evinə dair hüquqların dövlət reyestrində qeydə alınması xahiş olunmamışdır. Qeyd edilən dəlillərə əsasən ilkin hüquq müəyyənedici sənədlər əsasında iddiaçıya məxsus olan və məhkəmə qətnamələri ilə öz təsdiqini tapmış Şəmkir rayonunun Qapanlı kəndində yerləşən 0.28 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmalıdır.
19. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, 3-21-3-40/2-6273/2023 nömrəli etirazını təqdim etmiş, etirazda digər məhkəmə mübahisələrini qeyd etmiş və imtina əsaslarını təkrarlamışdır.
20. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, təsərrüfat başına kitabda atasının adına 28 sot, anasının adı 28 sot, qardaşının adına 6 sot torpaq sahəsi olmuşdur. Atasının adına olan 28 sot sonradan qardaşına (üçüncü şəxsin atasına) verilmişdir. Nənəsinin adına olan 28 sot torpaq sahəsinin olduğu təsərrüfat isə onun adına keçirilmişdir. Üçüncü şəxsin adına 6 sot torpaq sahəsi mövcuddur.
21. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi imtina əsaslarını müdafiə edərək iddianın təmin olunmamasını xahiş etmişdir.
22. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X17 iştirakı zəruri olan və xx.xx.2024-cü il tarixli qərardadı ilə Şəmkir rayon Qapanlı Bələdiyyəsi iştirakı adi olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar.
23. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs X17 bildirmişdir ki, həmin torpaq sahəsində 2006-cı ildə tikintiyə başlamış, 2019-cu ildə başa çatmışdır. İddiaçının verdiyi akt təqdim edilən zaman evin xeyli hissəsi tikilmişdir. Atası ilə iddiaçı (əmisi) torpaqlarını şifahi – sözlə dəyişdirmişdir. Atası iddiaçının torpağında, iddiaçı da atasının torpağından istifadə edirdi. Atası vəfat etdikdən sonra iddiaçı mübahisə yaratmışdır. Atası ilə iddiaçının ayrı təsərrüfatları olmuşdur. Hazırda atasına məxsus 28 sot ata yurdunda qardaşı yaşayır.
24. Birinci instansiya məhkəməsinin iclasında mütəxəssis X1 edənin suallarına cavab olaraq bildirmişdir ki, tədqiqar zamanı təqdim edilən torpaq sahəsi xüsusi mülkiyyətdə olan yaşayış məntəqələri təyinatlı torpaq sahəsi idi. Əgər həmin torpaq sahəsinə dair qeydiyyat ləğv olunmuşdursa, hazırda bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir.
25. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-618/2024 saylı qərarı ilə (hakim Z.Quliyev) iddianın təmin edilməsi, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 0,28 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
26. Məhkəmə hesab etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015ci il tarixli 439 nömrəli Fərmanla təsdiq edilmiş Siyahının 2.2 və 2.4-cü bəndlərinə əsasən iddiaçıya verilmiş, qaytanlanmış kitabda qeyd olunmuş və iddiaçının istifadəsində olan 0,28 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
27. Üçüncü şəxs X17 apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-618/2024 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
28. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən mübahisəli 0.28 ha torpaq sahəsi 19 dekabr 1986-cı ildə vəfat etmiş mərhum X21 Şəmkir rayonunda yerləşmiş “Şəfəq” adına kolxozun qaytanlanmış torpaq kitabında 171-ci sıra nömrəsində ayrılmışdır Tamam Nağıyeva vəfat etdiyi günə kimi həmin torpaq sahəsindən istifadə etmişdir. Tamam Nağıyeva vəfat etdikdən sonra isə Şəmkir rayon Qapanlı kənd İƏV üzrə nümayəndəliyin 1991-1995, 1996-2000, 2001-2005ci illərə dair təsərrüfatbaşına kitabının 197, 196 və 194 təsərrüfat nömrəsində iddiaçının adına 0.28 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Həmin torpaq sahəsi iddiaçının adına qeyd edilsə də, İddiaçı əmisi olduğundan hələ atasının sağlığında təsərrüfatbaşına kitabda iddiaçının adına qeyd edilmiş torpaq sahəsindən onun atası istifadə etmiş, atasına məxsus torpaq sahəsindən isə əmisi İddiaçı istifadə etmişdir. Lakin, atası vəfat etdikdən sonra iddiaçı heç bir əsas olmadan onları həmin torpaq sahəsindən çıxartmaq istəyir. Halbuki, o artıq 2006-cı ildən həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə başlamış və 2019-cu ildə tikintini başa çatdırmışdır. O, ailəsi ilə birlikdə həmin evdə yaşayır. Hazırda İddiaçı isə onun anasının adına qeyd edilmiş torpaq sahəsində ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.28 ha torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırmış və Gəncə İnzibati Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 2-1(114)-618/2024 saylı qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə istinad edərək, iddiaçının istifadəsində olan 0.28 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, çıxarışı verilmə öhdəliyinin cavabdehin üzərinə qoyulmasını qərara almış olsa da, həmin qanunun normasının pozulmaqla qərar qəbul edilmişdir. Belə ki, İddiaçı mübahisəli torpaq sahəsinə dair heç bir sənədi yoxdur. Onun adına təsərrüfatbaşına kitabda 0.28 ha torpaq sahəsinin qeyd edilməsi əsası ilə məhkəmə tərəfindən mütəxəssisin qeyd etdiyi kimi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olması nəzərə alınmamış və həmin torpaq sahəsinə iddiaçının adına çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz amlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Hazırki inzibati mübahisədə isə mübahisəli torpaq sahəsinin İddiaçı aid olmasını təsdiqləyən hər hansı bir sənəd yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.3-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilir. Qeyd olunan qanunun normasından da görünür ki, hüquqların dövlət qeydiyyatı barədə müraciət edən şəxsin həmin ərizəni verməyə hüquqi ixtiyarı olmalıdır. İddiaçı isə belə hüquqa malik olmadan onun istifadəsində, sahibliyində olmayan torpaq sahəsinə hüquqlarının qeydiyyata alınması üçün müraciət etmişdir. Halbuki, həmin torpaq sahəsi illərdir onun və ailə üzvlərinin istifadəsində və sahibliyində olmaqla orada ona məxsus fərdi yaşayış evi vardır. Həmçinin, mütəxəssis tərəfindən məhkəmə araşdırması zamanı həmin torpaq sahəsinə dair qeyd ləğv olunduğu halda bələdiyyə mülkiyyətində olduğu qeyd edilmişdir. Hazırki vəziyyətdə o, iddiaçının istifadəsində və sahibliyində olmayan torpaq sahəsinə dair iddiaçının hüquqlarının qeydiyyata alınmasını əsassız hesab edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. İddiaçının xx.xx.2024-cü il tarixdə apellyasiya şikayətinə etirazı daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, üçüncü şəxs 2006-cı ildən həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə başladığını və 2019-cu ildə tikintini başa çatdırdığını, ailəsi ilə birlikdə həmin evdə yaşadığını qeyd edir. Hansı ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-3952/2019 saylı qərardadı əsasında işə mahiyyəti üzrə baxılıb həll olunanadək X48 Filialında mühafizə olunan və Qapanlı kənd İƏD üzrə nümayəndəliyin 1991-1995-ci illərə dair təsərrüfatbaşına kitabın 197 təsərrüfat nömrəsində onun adına qeyd edilmiş 0.28 ha həyətyanı torpaq sahəsində hər hansı tikintiquraşdırma işlərinin aparılması cavabdehlər X9, X8 və X20 qadağan edilmişdir. Qərardad xx.xx.2019-cu ildə Şəmkir rayon İcra və probasiya Şöbəsi tərəfindən icra edilmiş və bu barədə akt edilmişdir. Lakin onlar onun şikayətlərinə və icra məmurunun tələbllərinə məhəl qoymayaraq, məhkəmələrdə mübahisələrə baxıldığı vaxtda tikinti işlərini davam etdirmşlər və 2020-ci ildə evə köçüb yaşamağa başlamışlar. Eləcədə “Şəmkir rayonu Qapanlı kəndinin kompleks yerqurluşu layihəsindən çıxarış”dan da görünür ki, üçüncü şəxsin evin tikintisini başladığını iddia etdiyi 2006-cı ildən sonrakı dövrlərdə mübahisəli torpaq sahəsində üçüncü şəxsə məxsus yaşayış evi və tövlə olmamışdır. Ev və tövlə məhkəmələdə mübahisələrə baxıldığı dövrdə təcili tikilmiş icazəsiz və qanunsuz tikilidir. Onun mübahisəli torpaq sahəsinə dair heç bir sənədi yoxdur. Onun adına təsərrüfatbaşına kitabda 0.28 torpaq sahəsinin qeyd edilməsi əsası ilə məhkəmə tərəfindən mütəxəssisin qeyd etdiyi kimi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olması nəzərə alınmamış və həmin torpaq sahəsinə iddiaçının adına çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Hansı ki, X48 Filialında mühafizə olunan və Qapanlı kənd İƏV üzrə nümayəndəliyin 1991-1995-ci, 1996-2000, 2001-2005-ci illərə dair təsərrüfatbaşına kitabının müvafiq olarq 197, 196 və 194 təsərrüfat nömrəsində onun adına 0.28 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Eləcə də 2-1(114)-618/2024 nömrəli qərarın 7-ci səhifəsində qeyd edilir ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş mütəxəssis X1 edənin suallarına cavab olaraq bildirmişdir ki, tədqiqat zamanı təqdim edilən torpaq sahəsi xüsusi mülkiyyətdə olan yaşayış məntəqələri təyinatlı torpaq sahəsi idi. Əgər həmin torpaq sahəsinə dair qeydiyyat ləğv olunmuşdursa, hazırda bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Qərarın 3-cü səhifədə qeyd edilr ki, Gəncə İnzibati Məhkəməsinin 21 fevral 2020-ci il tarixli, 2-1(114)-503/2020 nömrəli qərarı ilə iddiaçı X2 Şəmkir Rayon İcra Hakimiyyəti Aparatının Qapanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı təsərrüfatbaşına kitabda həyətyanı torpaq sahəsinə dair aparılmış qeydiyyatın ləğv edilməsi və həmin kitabda onun adının qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Hazırki inzibati mübahisədə isə mübahisəli torpaq sahəsinin iddiaçıya aid olduğunu təsdiqləyən hər hansı bir sənəd yoxdur. Hansı ki, Qərarın 1-ci səhifəsində (iştəki sənədlər) “Qapanlı kənd İƏV üzrə Nümayəndəliyin 1191-1995-ci illərə dair təsərrüfatbaşına kitabının 197 nömrəli şəxsi hesabında iddiaçı, X24, X18, X25 qeyd olunmuş, faktiki istffadəsində 0.28 ha torpaq sahəsi olmuşdur” qeyd edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X17 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsinin xahiş etdi.
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirdirərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi X35 iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.
33. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
34. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 25. Bənd 5. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Maddə 13. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatıüçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
38. İPM-in 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
39. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
40. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
41. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
42. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
43. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
44. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
45. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
46. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
47. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
50. İşin məhkəmələr tərəfindən araşdırılan hallarından bəlli olur ki, İddiaçı Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 0,28 ha torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması barədə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh orqan imtinasını onunla əsaslandırmışdır ki, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən fərdi yaşayış evi və onun torpaq sahəsi üzərində onunla və X17 arasında mübahisənin olduğu müəyyən edilmişdir. Ona görə də yaranmış mübahisə səbəbindən sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair verdiyi ərizənin icrası tərəfindən mümkün olmayaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən imtina edilmişdir. Odur ki, iddiaçı hazırki tələblə məhkəmə müdafiəsindən istifadə etmişdir.
51. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.
52. İş materiallarından görünür ki, Şəmkir rayonu, Qapanlı kənd İƏV üzrə nümayəndəliyin qaytanlanmış kitabda və təsərrüfatbaşına kitabda iddiaçının adı qeyd edilmiş, həmçinin, həmin təsərrüfatda torpaq sahəsinin ölçüsü 0,28 ha göstərilmişdir. Qeyd edilən torpaq sahəsinin hazırda üçüncü şəxsin istifadə etdiyi torpaq sahəsi olması işin mübahisələndirilməyən halıdır.
53. Birinci instansiya məhkəməsindəki icraat zamanı əldə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2-2061/2024 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, Şəmkir rayonu, Qapanlı kəndində İddiaçı iddia etdiyi 0.28 ha torpaq sahəsi vardır, lakin başqa şəxslərin istifadəsindədir. İddiaçı iddia etdiyi torpaq sahəsi faktiki olaraq 0.2930 hadır. İddiaçı iddia etdiyi torpaq sahəsi həyətyanı məqsədi ilə ayrılmış yaşayış məntəqələrinin torpaqlarına aiddir və hər hansı subyektin mülkiyyətində icarəsində və ya qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Şəmkir rayonu, Qapanlı kəndində İddiaçı qeydə alınmasını tələb etdiyi 0.28 ha torpaq sahəsinin üzərində 154.65 kv.m fərdi yaşayış evi və 85.51 kv.m tövlə vardır. Fərdi yaşayış evi X17 tərəfindən inşa edilmişdir. Həmçinin birinci instansiya məhkəmə iclasında iştirak etmiş mütəxəssis də həmin torpaq sahəsinə dair qeydiyyat ləğv edildiyi üçün torpaq sahəsinin hazırda bələdiyyə mülkiyyətində olduğunu bildirmişdir.
54. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
55. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.2. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış.
56. Yuxarıda qeyd olunan qanunvericilik normalara əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər, Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarışlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərdən hesab edilir.
57. Cavabdehin imtinasının əsası kimi iddiaçının müraciəti ilə əlaqədər aparılan araşdırma zamanı torpaq sahəsi üzərində mübahisə olması, torpaq sahəsində tikilən fərdi yaşayış evində üçüncü şəxsin yaşaması kimi dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə görə, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər qanunla müəyyən olunmuş tələblərə cavab vermədikdə hüquqların dövlət qeydiyyatından imtina kimi hüquqi nəticəyə səbəb olur. Bu cür imtinanın konkret əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsində göstərilmişdir. Cavabdehin qeyd etdiyi imtinanın əsasları həmin normada öz əksini tapmamışdır.
58. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi qeyd edilmişdir.
59. Digər tərəfdən, üçüncü şəxs həmin torpaq sahəsinin mübahisəli olduğunu və həmin torpaq sahəsi barədə çoxsaylı məhkəmə mübahisələrinin olduğunu bilmiş, həmin məhkəmə mübahisələrinə proses iştirakçısı kimi cəlb edilmiş və qanuni qüvvəsini almış məhkəmə qərardadı ilə ona və ailə üzvlərinə 0.28 ha həyətyanı torpaq sahəsində hər hansı tikinti-quraşdırma işlərinin aparılması qadağan edilmişdir. Lakın bütün bu halların mövcudluğuna baxmayaraq, o, qeyd edilən torpaq sahəsinə heç bir hüququ olmadığı halda orada tikinti işləri aparmışdır.
60. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən torpaq sahəsi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını istisna edən hallar mövcud deyildir.
61. Beləliklə, apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi inzibati mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.
62. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2-1(114)-618/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.