Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-106/2023 02.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1659/2022 saylı qərarından İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx.xx.2018-ci il tarixli, AZ-İ 921974 nömrəli “Ölüm haqqında” şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Nümayəndə Məmmədəli oğlu xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. xx.xx.2020-ci il tarixli, AZ-İİ 096188 nömrəli “Ölüm haqqında” şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Kirovabad şəhər 3 nömrəli Trestin Mənzil Kommunal Kontorunun 1 nömrəli Mənzil İdarəsinin xx.xx.1961-ci il tarixli, 38 nömrəli orderin surətindən müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən 2 otaqdan ibarət mənzil iddiaçının atası mərhum Nümayəndə Məmmədəli oğlunun istifadəsinə verilmişdir. Gəncə Şəhər İcra Hakimiyyətinin 309 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamından görünür ki, ünvan 1 ünvanda yerləşən 2 otaqdan ibarət mənzil iddiaçının anası X5 adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********56 nömrəli məktubunun surətindən görünür ki, aparılan araşdırma zamanı mənzilin özəlləşdirilməsinə sənədlər toplusu tam formada təqdim edilmədiyi üçün ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət X10 xx.xx.2022-ci il tarixli, 640(151)/3 nömrəli məktubundan görünür ki, Filialda mühafizə Gəncə şəhər X13 İcraiyyə Komitəsinin Mənzil Təmir İstismar tresti arxiv fondunun sənədləri yoxlanılmış, yuxarıda göstərilən ünvana dair heç bir hüquqverici sənədi aşkar olunmamışdır. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Ş.Hüseynov küçəsi, 2 saylı (keçmiş 51 saylı) binanın yaşayış sahəsi 28,1 kv.metr olan, 2 otaqlı mənzili, 3 saylı Trestin Mənzil Kommunal Kantorunun xx.xx.1961-ci il tarixli 38 saylı orderi ilə Trestin işçisi olan Nümayəndə Məmməd oğlunun ailəsinin istifadəsinə verilmişdir. Sonralar, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 309 saylı sərancamı ilə mənzil sahibi Nümayəndə Məmməd oğlunun ölümü ilə əlaqədar mənzilin şəxsi hesab vərəqəsi, arvadı X5 adına dəyşdirilmişdir. Sərancamın verilməsi üçün zəruri olan sənədlər (o, cümlədən mənzilin orderi) toplandığı qovluq Gəncə Şəhər İcra Hakimiyyətinin arxivinə təhvil verilmişdir. Arxivə təhvil verilmiş sənədlərin saxlanma müddəti başa çatdıqdan sonra sənədlər məhv edilməyə təqdim edilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı ünvan 3 ünvanında yerləşən 2 otaqdan ibarət mənzilin mərhum X5 adına dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli qərardadı ilə Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X4 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, atası Nümayəndə Məmmədəli oğlu (1933) ilə anası X5 (xx.xx.1937) nikahından olmaqla xx.xx.1961-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. Nümayəndə Məmmədəli oğlu xx.xx.1991-ci il tarixdə, X8 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçının eyni ata-anadan olmaqla X9 (xx.xx.1964) və X7 (xx.xx.1968) adında iki bacısı olmuşdur. X7 isə ailə həyatı qurmadan və hər hansı övladı olmadan xx.xx.1992-ci il tarixdə bədbəxt hadisə nəticəsində vəfat etmişdir. İddiaçı doğulduğu gündən bugünə qədər ailəsi ilə birlikdə ünvan 3 ünvanında daimi olaraq yaşamaqdadır. İddiaçı, onun qızı X3 və onun azyaşlı övladları həmin mənzildə daimi qeydiyyatdadırlar. Həmin mənzil Kirovabad şəhər 3 nömrəli Trestin Mənzil Kommunal Kontorunun 1 nömrəli Mənzil İdarəsinin xx.xx.1961-ci il tarixli, 38 nömrəli orderi ilə iddiaçının atası mərhum Nümayəndə Məmmədəli oğlunun istifadəsinə verilmişdir. İddiaçının atası Nümayəndə Məmmədəli oğlu 27 dekabr 1991ci il tarixdə vəfat etdikdən sonra anası X8 tərəfindən mənzilin onun adına keçirilməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edilmiş və Gəncə Şəhər İcra Hakimiyyətinin 309 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamı ilə ünvan 1 ünvanda yerləşən 2 otaqdan ibarət mənzil iddiaçının anası X5 adına rəsmiləşdirilmişdir. İddiaçının anası X8 xx.xx.2020-ci il tarixdə yaşadığı ünvan 3 ünvanında vəfat etmişdir. İddiaçı tərəfindən qeyd olunan mənzildə mərhumun dəfni, üç, yeddi, qırx və il mərasimləri verildikdən sonra iddiaçı vərəsəlik üzrə mənzilin öz adına rəsmiləşdirilməsi üçün notariat ofisinə müraciət etmiş, notarius isə mərhum X5 qeyd olunan mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün müvafiq məktubla cavabdehə müraciət edərək notariat hərəkətlərinin aparılması məqsədilə ünvan 3 ünvanında yerləşən mənzilə mərhum X5 mülkiyyət hüququnun tanınaraq onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş **********6 nömrəli, xx.xx.2022-ci il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, cavabdeh mənzilin özəlləşdirilməsinə dair sənədlərin tam təqdim edilmədiyini əsas gətirərək ərizənin təmin edilməsindən imtina etmişdir. İmtina məktubu xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən inzibati orqanın binasında şəxsən əldə edilmişdir. İddiaçı cavabdeh tərəfindən göstərilən əsaslarla razılaşmadığı üçün pozulmuş hüquqlarının bərpa olunması məqsədilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, aparılan araşdırma zamanı müraciətə əlavə olunmuş sənədlər mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmədiyi müəyyən edilmişdir. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.2004-cü il tarixli, 309 nömrəli “Gəncə şəhəri, Ş.Hüseynov küçəsi, 2 saylı evin, 7 saylı mənzilinin şəxsi hesab vərəqəsinin X5 adına dəyişdirilməsi haqqında" sərəncam vermişdir. Həmçinin, Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təssərüfatı İstehsalat X1 adına xx.xx.2022-ci il tarixli, **********822 nömrəli şəxsi hesabdan çıxarış verilmişdir. Azərbaycan Respublikası DİN tərəfindən “Yaşayış yeri üzrə qeydiyyat haqqında" xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayış İddiaçı verilmişdir. Bununla yanaşı, Nümayəndə Məmməd oğlunun adına 1961ci il tarixli, 38 saylı order verilmişdir. Lakin həmin orderdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə dair tələblər pozmuşdur. Bu səbəbdən müraciətin icrası mümkünolmamış və vətəndaşa xx.xx.2022-ci il tarixli, **********56 nömrəli cavab məktubu ünvanlanmışdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3 və 35.1-ci maddələrini nəzərə alaraq, iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1659/2022 saylı qərarı ilə (hakim E.Axundov) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçı ünvan 1 ünvanda yerləşən 2 otaqdan ibarət mənzilin özəlləşdirilməsinin əsası kimi mənzilin şəxsi hesab vərəqəsinin bir addan başqa ada dəyişdirilməsinə dair Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 309 nömrəli sərəncamını və Kirovabad şəhər 3 nömrəli Trestin Mənzil Kommunal Kontorunun 1 nömrəli Mənzil İdarəsinin xx.xx.1961-ci il tarixli, 38 nömrəli orderini təqdim etmiş, lakin qeyd olunan sərəncam qanunvericiliyin tələblərinə əsasən mənzilin özəlləşdirilməsi üçün əsas hesab edilmir. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət X10 xx.xx.2022-ci il tarixli, 640(151)/3 nömrəli məktubundan görünür ki, Filialda mühafizə Gəncə şəhər X13 İcraiyyə Komitəsinin Mənzil Təmir İstismar tresti arxiv fondunun sənədləri yoxlanılmış, yuxarıda göstərilən ünvana dair heç bir hüquqverici sənədi aşkar olunmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının mənzilə hər hansı hüquqmüəyyənedici sənədi olmadığından, İddiaçıun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X4) qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın və texniki pasportun verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə tətbiq edilməli olan AR Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsi və Daşınmaz əmlakın dövlət reyestri haqqında AR Qanununun 8.0.11-ci maddəsini inzibati mübahisəyə tətbiq etməmişdir. Belə ki, həmin müddəaların mahiyyətinə görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Lakin Məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd olunan müddəalara istinad etməli olduğu halda, 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş köhnə Mənzil Məcəlləsinin 46 və 48-ci maddələrinə istinad edərək sanki ölkə ərazisindəki mənzillərin özəlləşdirilməsi üçün vətəndaşların yalnız order təqdim etməli olduğunu qeyd etmişdir. Halbuki nəzərə alınmalıdır ki, daşınmaz əmlaka mülkiyyət hüququ üçün əsas hesab olunan sənədlər içərisində order sadəcə sənədlərdən biridir və mənzillərin özəlləşdirilməsi üçün orderdən başqa digər qanuni sənədlər də mövcuddur. Həmin sənədlərdən biri də yerli icra hakimiyyəti orqanlarının 01 oktyabr 2009-cu il tarixinədək yaşayış sahələrinin verilməsi ilə bağlı sərəncamlardır. Hazırki vəziyyətdə Məhkəmə inzibati mübahisəyə AR Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsi və Daşınmaz əmlakın dövlət reyestri haqqında AR Qanununun 8.0.11-ci maddəsini tətbiq etməli olduğu halda, 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş köhnə Mənzil Məcəlləsinin 46 və 48-ci maddələrini tətbiq etmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 309 saylı Sərəncamı ilə bağlı isə Məhkəmə sadəcə həmin Sərəncamın qanunvericiliyin tələblərinə əsasən mənzilin özəlləşdirilməsi üçün əsas hesab edilmədiyini qeyd etməklə kifayətlənmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. (-) Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-); 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; (-); 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 146. Dövlət mənzil fondunun yaşayış sahələrinin özəlləşdirilməsi 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993- cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. 146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi işin obyektiv həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X4) qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın və texniki pasportun verilməsi tələbinə dair iş üzrə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İş materiallarından müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən 2 otaqdan ibarət mənzil Kirovabad şəhər 3 nömrəli Trestin Mənzil Kommunal Kontorunun 1 nömrəli Mənzil İdarəsinin xx.xx.1961-ci il tarixli, 38 nömrəli orderi ilə iddiaçının atası mərhum Nümayəndə Məmmədəli oğlunun istifadəsinə verilmişdir. Nümayəndə Məmmədəli oğlu 27 dekabr 1991-ci il tarixdə vəfat etdikdən sonra anası X8 tərəfindən mənzilin onun adına keçirilməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edilmiş və Gəncə Şəhər İcra Hakimiyyətinin 309 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamı ilə ünvan 1 ünvanda yerləşən 2 otaqdan ibarət mənzil iddiaçının anası X5 adına rəsmiləşdirilmişdir. X8 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı ünvan 1 ünvanda yerləşən 2 otaqdan ibarət mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan isə mənzil sahəsinin özəlləşdirilməsinə əsas olan hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə edilməməsini əsas gətirərək, hüquqların qeydiyyatından imtina etmişdir. İddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 1 ünvanda yerləşən 2 otaqdan ibarət mənzilin özəlləşdirilməsinin əsası kimi mənzilin şəxsi hesab vərəqəsinin bir addan başqa ada dəyişdirilməsinə dair Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 309 nömrəli sərəncamını və Kirovabad şəhər 3 nömrəli Trestin Mənzil Kommunal Kontorunun 1 nömrəli Mənzil İdarəsinin xx.xx.1961-ci il tarixli, 38 nömrəli orderini təqdim etmiş, lakin qeyd olunan sərəncam qanunvericiliyin tələblərinə əsasən mənzilin özəlləşdirilməsi üçün əsas hesab edilmir. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət X10 xx.xx.2022-ci il tarixli, 640(151)/3 nömrəli məktubundan görünür ki, Filialda mühafizə Gəncə şəhər X13 İcraiyyə Komitəsinin Mənzil Təmir İstismar tresti arxiv fondunun sənədləri yoxlanılmış, yuxarıda göstərilən ünvana dair heç bir hüquqverici sənədi aşkar olunmamışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, inzibati orqan mənzil sahəsinin özəlləşdirilməsinə əsas olan hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə edilməməsini əsas gətirərək, hüquqların qeydiyyatından imtina etmişdir. Nümayəndə Məmməd oğlunun adına 1961-ci il tarixli, 38 saylı order verilməsi işin mübahisəsiz halıdır. İş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Ş.Hüseynov küçəsi, 2 saylı (keçmiş 51 saylı) binanın yaşayış sahəsi 28,1 kv.metr olan, 2 otaqlı mənzili, 3 saylı Trestin Mənzil Kommunal Kantorunun xx.xx.1961-ci il tarixli 38 saylı orderi ilə Trestin işçisi olan Nümayəndə Məmməd oğlunun ailəsinin istifadəsinə verilmişdir. Sonralar, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 309 saylı sərancamı ilə mənzil sahibi Nümayəndə Məmməd oğlunun ölümü ilə əlaqədar mənzilin şəxsi hesab vərəqəsi, arvadı X5 adına dəyşdirilmişdir. Sərancamın verilməsi üçün zəruri olan sənədlər (o, cümlədən mənzilin orderi) toplandığı qovluq Gəncə Şəhər İcra Hakimiyyətinin arxivinə təhvil verilmişdir. Arxivə təhvil verilmiş sənədlərin saxlanma müddəti başa çatdıqdan sonra sənədlər məhv edilməyə təqdim edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2 və 10.2.1-ci maddələrinə müvafiq olaraq qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini göstərmişdir. Hazırkı işdən də görünür ki, Ş.Hüseynov küçəsi, 2 saylı (keçmiş 51 saylı) binanın yaşayış sahəsi 28,1 kv.metr olan, 2 otaqlı mənzili, 3 saylı Trestin Mənzil Kommunal Kantorunun xx.xx.1961-ci il tarixli 38 saylı orderi ilə Trestin işçisi olan Nümayəndə Məmməd oğlunun ailəsinin istifadəsinə verilmişdir. Qeyd olunan order yuxarıda adı çəkilən qanunda hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. Bundan əlavə, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının mərhum atası 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxsdir. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətləri qanunsuz olmuşdur və birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsassızdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1659/2022 saylı qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. ünvan 3 ünvanında yerləşən 2 otaqdan ibarət mənzil mərhum Nümayəndə Məmmədəli oğlunun adına dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-106/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-106/2023
02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver