Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-108/2025 04.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “qeydin bərpa edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1125/2024 nömrəli qərarından üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “X11 Azərbaycan” QSC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 03 fevral 2015-ci il tarixli 194418/01 saylı ipoteka müqaviləsinə əsasən “X11 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş X2 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair bankın xeyrinə olan yüklülüyün və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı barədə düzəlişin aparalmasına dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 avqust 2013-cü il tarixdə "xxxx" QSC ilə ipoteka qoyan X3 arasında bağlanılmış İpoteka müqaviləsinə (sonrakı ipoteka) əsasən X1 mülkiyyətində olan ünvan 2 ünvanında, 0.06 ha torpaq sahəsində, ümumi sahəsi 122 kv.m, yaşayış sahəsi 62.9 kv.m, yardımcı sahəsi 59.1 kv.m-dən ibarət 3 otaqlı fərdi yaşayış evi “X11 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda, 03 fevral 2015-ci ildə "xxxx" QSC ilə X5 arasında 194418/01 nömrəli kredit müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı olaraq 03 fevral 2015-ci il tarixdə “X11 Azərbaycan” QSC ilə borclu X6 və ipoteka qoyan X3 arasında İpoteka müqaviləsi (sonrakı ipoteka) bağlanılmışdır. Bağlanılmış ipoteka müqaviləsinə əsasən X1 mülkiyyətində olan ünvan 3 ünvanında, 0.06 ha torpaq sahəsində, ümumi sahəsi 122 kv.m, yaşayış sahəsi 62.9 kv.m, yardımcı sahəsi 59.1 kv.m-dən ibarət 3 otaqlı fərdi yaşayış evi"xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. X5 03 fevral 2015-ci il tarixli 194418/01 saylı kredit üzrə öz öhdəliklərini tam icra etmədiyi üçün qeyd edilən əmlaka dair "xxxx" QSC tərəfindən xx.xx.2016-cı il tarixdə elektron qaydada tutma yönəldilmişdir. 26 avqust 2013-cü il tarixli ipoteka müqaviləsi (sonrakı ipoteka) üzrə öhdəlik yerinə yetirildiyi üçün həmin müqavilə üzrə əmlakın yüklülükdən azad olunmasına dair 04 dekabr 2018-ci il tarixli 00667 saylı məktubla DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə elektron müraciət olunmuşdur. Cavabdehlər 03 fevral 2015-ci il tarixli 194418/01 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında tam yerinə yetirmədiyi üçün barələrində məhkəməyə müraciət olunmuş və Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli 2(043)- 1744/2017 saylı qətnaməsi ilə borc tələbinin tutulması və tutmanın ipoteka müqaviləsi ilə "xxxx" QSC-nin xeyrinə yüklü edilmiş və ipoteka predmeti olan X2 məxsus Gəncə şəhəri, Nizami rayonu, N.Nərimaov prospektiev 241 ünvanında, 0.06 ha torpaq sahəsində, ümumi sahəsi 122 kv.m, yaşayış sahəsi 62.9 kv.m, yardımçı sahəsi 59.1 kv.m-dən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilmişdir. Qətnamənin icrası zamanı məlum olmuşdur ki, DƏDRXnin 3 saylı Gəncə Ərazi İdarəsi 26 avqust 2013-cü və 03 fevral 2015-ci il tarixli ipoteka müqavilələri üzrə "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilən və ipoteka predmeti olan X2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini yüklülükdən azad etmiş, həmçinin bank tərəfindən ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatını ləğv etmişdir. Halbuki, bankın ünvanladığı məktubda ancaq 26 avqust 2013-cü il tarixli ipoteka müqaviləsinə (sonrakı ipoteka) əsasən yüklülüyün ləğv edilməsi xahiş edilmişdir. 20 oktyabr 2023-cü il tarixdə bank tərəfindən DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət olunaraq 03 fevral 2015-ci il tarixli 194418/01 saylı ipoteka müqaviləsinə (sonrakı ipoteka) əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmiş X2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair bankın xeyrinə olan yüklülüyün və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatını bərpa edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi bankın məktubuna cavab olaraq 13 noyabr 2023-cü il tarixli məktub göndərmişdir. Məktuba əsasən bankın xahişi təmin edilməmişdir. Belə ki, 03 fevral 2015-ci il tarixli 194418/01 saylı ipoteka müqaviləsinə (sonrakı ipoteka) əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi, 03 fevral 2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn ödəliklərin təminatı olaraq "xxxx" QSC-yə ipoteka ilə yüklü edilmişdir və Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli 2(043)-1744/2017 saylı qətnaməsi ilə ipoteka predmetinə tutma yönəldilmişdir. Bankın xeyrinə olan yüklülüyün və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatının bərpa edilməməsi həm məhkəmə qətnaməsinin icrasına poroblem yatmaqla,eynizamanda da bank qarşısında götürülmüş öhdəliklərin icra olunmasını cavabdehlər tərəfindən gecikdirilməsinə şərait yaradır. İddiaçı tərəf tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 03 fevral 2015-ci il tarixli 194418/01 saylı ipoteka müqaviləsinə əsasən “X11 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş X2 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair bankın xeyrinə olan yüklülüyün və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadları ilə X3 və X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1125/2024 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmişdir. Üçüncü şəxs X3 qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmununda qeyd edilmişdir ki, iddiaçı tərəf düşünülmüş şəkildə mübahisə barədə məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktları barədə hər hansı məlumat verməmişdir. İddiaçı “X11 Azərbaycan” QSC bir neçə dəfə mülki məhkəmə icraatı qaydasında ona və cavabdeh orqana qarşı iddia qaldırsa da, onun iddia tələbi təmin edilməmiş, bununla yanaşı birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İddiaçı tərəf məhkəməyə ərizə təqdim edərək yaranmış kredit borcu ödənildiyindən iddiadan imtina edilməsi zərurətinin yarandığını və bu səbəbdən də iddiadan imtinanın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və təqdim olunan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2-ci maddəsinə əsasən, şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.4-ci maddəsinə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbindən imtinaya dair ərizə Azərbaycan Respublikasının İPM-in 55-ci maddəsinə əsasən qəbul edilməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 1125/2024 nömrəli qərarı ləğv edilməli, işin icraatına xitam verilməli və iddiaçıya izah edilməlidir ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Şərh olunanları və Azərbaycan Respublikasının İPM-in 55, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı “X11 Azərbaycan” QSC tərəfindən verilmiş iddia tələbindən imtinaya dair ərizə təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1125/2024 nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilir ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov
Məhkəmə qərarları › İş №2-1(104)-108/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-108/2025
04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver