Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-109/2025 05.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərabycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 196 nömrəli və xx.xx.2022-ci il tarixli 0N25 nömrəli əmrlərinin ona aid hissədə ləğv edilərək əvvəlki vəzifəyə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-354/2024 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 196 nömrəli və xx.xx.2022-ci il tarixli 0N25 nömrəli əmrlərinin ona aid hissədə ləğv edilərək əvvəlki vəzifəyə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(114)-296/2023 nömrəli qərardadı ilə (hakim F.Hüseynov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 23 iyun 2022-ci il tarixli 196 nömrəli əmrin qismən ləğv edilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməmiş, iddia mümkün sayılmamışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(114)-296/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.2022-ci il tarixli 0N25 nömrəli əmrin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa olunması tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(104)-500/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(114)-296/2023 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 23 iyun 2022-ci il tarixli 196 nömrəli əmrin qismən ləğv edilməsi tələbinə dair inzibati iş üzrə verilmiş prosessual müddəti bərpasına dair ərizəyə yenidən baxılması üçün işin Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-354/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-354/2024 saylı qərarını ləğv edib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2016-ci il tarixli 0N6N nömrəli əmri ilə leytenant hərbi rütbəsi verilərək N nömrəli hərbi hissənin mexanikləşdirilmiş tağımının komandiri təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2019-cu il tarixli 0136 nömrəli əmri ona baş leytenant hərbi rütbəsi verilmişdir. X10 xx.xx.2021-ci il tarixli 02N nömrəli əmri ilə N nömrəli hərbi hissənin bölmə rəisinin baş köməkçisi vəzifəsinə təyin edilmişdir. X10 xx.xx.2022-ci il tarixli 03N nömrəli əmrilə N nömrəli hərbi hissənin qərargah rəisinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 196 nömərli 23 iyun 2022-ci il tarixli “N nömrəli hərbi hissədə baş vermiş qanun pozuntuları və təqsirkar vəzifəli şəxslərin cəzalandırılması haqqında” əmri ilə tutuduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilməsi əmr edilmişdir. N nömrəli hərbi hissəyə göndərilmiş əsgər X1 müddətdə xidməti vəzifələrinin icrasından yayındıraraq təyin olunduğu hərbi hissəyə göndərilməsinin təmin edilməməsində onun heç bir təqsiri olmamışdır. Barəsində Müdafiə nazirinin hər hansı bir əmrinin olmasından onun məlumatı olmamışdır. Yalnız xx.xx.2022-ci il tarixdə hərbi hissəyə yazdığı söhbət vərəqəsində də qeyd etmişdir ki, onların hərbi hissəsinə gəlməli olan əsgər XN qəbul etməklə bağlı N nömrəli hərbi hissəyə xx.xx.2021-ci il tarixdə getsə də, həmin əsgərin hospitalda olduğunu və ordan N nömrəli hərbi hissəyə göndəriləcəyini və bundan sonra qəbul edəcəyini bildirmişlər. Sonrakı dövrlərdə isə o, ezamiyyətdə və məzuniyyətdə olmuşdur. Bununla bağlı da adı çəkilən əsgərin hərbi hissəyə təhvil verilibverilməməsindən onun məlumatı olmamışdır. İşin hallarından da görünür ki, o, hərbi hissəyə yazdığı söhbət vərəqəsi zamanı bilmişdir ki, Müdafiə nazirinin onun aşağı vəzifəyə keçirilməsi ilə bağlı əmri vardır. Bundan sonra isə Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 0N25 nömrəli əmri ilə onun N nömrəli hərbi hissənin 2-ci motoatıcı taboru motoatıcı bölüyünün komandiri vəzifəsinə keçirilməsi əmr edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli əmri ilə o, hərbi hissəyə getmiş hesab edilmişdir. Ona görə də, hesab edir ki, Müdafiə nazirinin 23 iyun 2022-ci il tarixli 196 nömrəli və bu əmrlə bağlı Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 0N25 nömrəli əmri ona aid hissədə əsassızdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə tamamilə yanlışdır. Belə ki, Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-12N/2023 saylı, xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş hökmündən görünür ki, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 341.1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinmiş və ona həmin maddələrlə cəza təyin edilmişdir. Belə ki, E.Qurbanov ona görə təqsirli bilinmişdir ki, o, N nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdə olarkən, hərbi hissə komandirinin N oktyabr 2021-ci il tarixli, N №-li əmri ilə həmin hərbi hissədə gənc əsgərlərin hazırlığı kursuna cəlb edilərək Müdafiə nazirinin müavini – X10 10 dekabr 2021-ci il tarixli, 09 №-li sərəncamı ilə N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin edilmiş əsgər X6 N dekabr 2021-ci il tarixdə təyin olunduğu hərbi hissəsinə təhvil verilməsi ilə bağlı telefonoqramın 1N dekabr 2021-ci il tarixdə N nömrəli hərbi hissəyə daxil olmasına baxmayaraq, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün, yəni əsgər Xaləddin Əliyevin ali təhsilli olmaqla xəttinin səliqəli olduğuna görə sonuncunu öz yanında saxlayıb bununla xidməti sənədlərinin vaxtında və səliqəli tərtib olunmasını təmin etməklə özü, habelə əsgər Xaləddin Əliyevin rahat xidmət şəraiti olan N nömrəli hərbi hissədə qalıb orada xidmətini təmin etməklə sonuncu üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə N dekabr 2021-ci tarixdə onu təhvil almağa gəlmiş N nömrəli hərbi hissənin nümayəndəsinə əsgər Xaləddin Əliyevin guya həmin vaxt hospitalda olduğunu bildirməklə onu nümayəndəyə təhvil verməyib, daha sonra əsgər Xaləddin Əliyevi 2022-ci ilin aprel ayının əvvəllərində N nömrəli hərbi hissənin tibb məntəqəsində görüb onun orada qanunsuz saxlandığını aşkar etmiş həmin hərbi hissənin komandiri, polkovnik-leytenant Tural Abdullayev tərəfindən dərhal əsgərin təyin olunduğu hərbi hissəyə göndərilməsi barədə ona əmr verilməsinə baxmayaraq, növbəti gün hərbi hissə komandirinə əsgər Xaləddin Əliyevin guya artıq N nömrəli hərbi hissəyə göndərilməsi barədə yalan məruzə edərək onu 09 iyun 2022-ci il tarixədək, yəni 165 (bir yüz altmış beş) gün müddətində heç bir qanuni əsaslar olmadan özünün xidmət etdiyi N nömrəli hərbi hissədə saxlamış, nəticədə Elşad Qurbanovun vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi hərbi qulluqçunun təyin olunduğu hərbi hissədə komplektləşdirilməni təmin etməməklə hərbi hissənin döyüş hazırlığı və döyüş qabiliyyətinin, habelə hərbi intizamının zəifləməsinə, eləcə də ayrı-ayrı hərbi qulluqçulara əsassız üstünlüklər verilməklə onlar arasında ordu barədə mənfi rəyin formalaşmasına səbəb olaraq dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuş, eyni zamanda Elşad Qurbanov törətdiyi cinayət əməlini gizlətmək və gələcəkdə buna görə məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə 08 fevral 2022-ci il tarixdə Gəncə şəhərinin ərazisində yerləşən N nömrəli hərbi hissədə rəsmi sənəd hesab olunan N nömrəli hərbi hissənin “Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının əlifba uçotu kitabı”na əsgər Xaləddin Əliyevin həmin gün 3N №-li əmrlə N nömrəli hərbi hissəyə köçürülməsi barədə bilə-bilə yalan məlumatların daxil edilməsini təmin edib, hərbi hissə komandirinin nizami hissə üzrə əmrlər kitabında bu barədə heç bir qeydiyyat aparmayaraq vəzifəli şəxs kimi rəsmi sənədlərə sair şəxsi niyyətlərlə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Qeyd edilən cinayət işi ilə bağlı, hazırkı iş üzrə İddiaçı şahid qismində dindirilmiş ifadəsində göstərmişdir ki, o, 03 sentyabr 2021-ci il tarixdən 04 aprel 2022-ci il tarixədək N nömrəli hərbi hissəsinin baş leytenantı hərbi rütbəsində hərbi xidmətdə olarkən, əsgər X6 xidmət yerinin N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə dəyişilməsi ilə bağlı Müdafiə nazirinin müavini – X10 10 dekabr 2021-ci il tarixli, 09 nömrəli sərəncamı 16 dekabr 2021-ci il tarixdə telefonoqram şəkilində N nömrəli hərbi hissəyə ötürülmüş və həmin telefonoqramla o, 18 dekabr 2021-ci il tarixdə tanış olmuşdur. Bundan sonra o, həmin telefonoqrama ilə əlaqədar N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu şöbəsi ilə əlaqə saxlayaraq, N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə təyin edilmiş əsgər Xaləddin Əliyevi necə təhvil alacağı ilə maraqlanmış, həmin vaxt ona Xaləddin Əliyevin gənc əsgər olduğu və hazırda N nömrəli hərbi hissədə xidmət etdiyi, N dekabr 2021-ci il tarixdə N nömrəli hərbi hissəyə təyin edilmiş gənc əsgərlər N nömrəli hərbi hissədən təhvil alınarkən, əsgər Xaləddin Əliyevin də təhvil alınması bildirilmişdir. O, N dekabr 2021-ci il tarixdə N nömrəli hərbi hissəyə gedərək N nömrəli hərbi hissəyə təyin olunmuş gənc əsgərləri şəxsən həmin hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi vəzifəsində xidmət etmiş, mayor X5 adlı siyahı üzrə təhvil almış, həmin vaxt sonuncu bir neçə nəfər gənc əsgərin, həmçinin də Xaləddin Əliyevin hospitalda olduğunu bildirərək onları təhvil verməmiş, yalnız onlar hospitaldan qayıtdıqdan sonra təhvil alması üçün bu barədə ona məlumat verəcəyini demişdir. Sonrakı yaxın günlərdə mayor Elşad Qurbanov təhvil alınmamış əsgərləri N nömrəli hərbi hissəyə təhvil versə də, yenidən Xaləddin Əliyevin hospitalda olduğunu bildirərək onu təhvil verməmişdir. Bundan sonra o, həmçinin də hərbi hissənin digər nümayəndələri mayor Elşad Qurbanovdan dəfələrlə əsgər Xaləddin Əliyevi tələb etsələr də, Elşad Qurbanov sonuncunun hələ də hospitalda olduğunu bildirmişdir. Beləlikə o, 04 aprel 2022-ci il tarixə kimi əsgər Xaləddin Əliyevi mayor Elşad Qurbanovdan təhvil ala bilməmişdir. Həmin müddətdə o, ezamiyyətdə olduğu vaxtlarda onun xidməti vəzifələrini icra etmiş kapitan X1N da, bir neçə dəfə əsgər Xaləddin Əliyevi təhvil almaq üçün mayor Elşad Qurbanova müraciət etmiş, lakin sonuncunun hospitalda olduğu bildirilərək təhvil verilməmişdir. Hətta kapitan Malik Məmmədov N nömrəli hərbi hissəyə təyin edilmiş, 2022-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağrılaraq N nömrəli hərbi hissədə gənc əsgərlərin hazırlığı kursuna cəlb edilmiş əsgərləri 2022-ci ilin mart ayının sonlarında qəbul edərəkən, əsgər Xaləddin Əliyev yenə də mayor Elşad Qurbanov tərəfindən hospitalda olduğu bildirilərək təhvil verilməmişdir. Lakin o, sonradan mayor Elşad Qurbanovun əsgər Xaləddin Əliyevi məqsədli şəkildə N nömrəli hərbi hissəyə təhvil verməyərək, N nömrəli hərbi hissədə saxladığını, həmin hərbi hissədə tərtib olunmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının əlifba uçotu kitabında əsgər Xaləddin Əliyevin guya 08 fevral 2022-ci il tarixdə N nömrəli hərbi hissəyə köçürülməsi barədə bilə-bilə yalan məlumatlar daxil etdiyini eşitmiş, Xaləddin Əliyev isə yalnız 09 iyun 2022-ci il tarixdə N nömrəli hərbi hissəyə təhvil verilmişdir. Onun əsgər X.Əliyevin hərbi hissəyə gətirilməsində təqsiri olmamağı ilə bağlı Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-12N/2023 saylı, xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş hökmünə ümumiyyətlə qərarında istinad etməmiş və qanunun tələblərini pozmaqla qərar qəbul etmişdir. Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-12N/2023 saylı, xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş hökmündən göründüyü kimi onun əsgər Xaləddin Əliyevin hərbi hissəyə təhvil verilməməyi ilə bağlı heç bir günahı olmamışdır. Günahı olan şəxs istintaq orqanı tərəfindən məsuliyyətə cəlb edilmiş və onun barəsində məhkəmə tərəfindən ittiham hökmü çıxarılmışdır. Əgər İddiaçı qeyd edilən məsələ ilə bağlı təqsiri olsa idi onun özü də cinayət məsuliyyətinə cəlb edilərdi. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası gəlməmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək edərək şikayətin təmin edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-354/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü ilə bağlı qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. Azərbaycan Respublikası İPM-in 82-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 8N.N-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. İddia tələbini rədd etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün göstərmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli sərəncamı ilə əsgər X6 xidməti yerinin N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə dəyişilməsi qərara alınmasına və həmin sərəncamın 16 dekabr 2021-ci il tarixdə telefonoqram şəklində N nömrəli hərbi hissəyə göndərilməsi və İddiaçı həmin telefonoqramma ilə 18 dekabr 2021-ci il tarixdə tanış olmasına baxmayaraq, N saylı hərbi hissənin şəxsi heyətin uçotu bölməsi (Q1) rəisinin baş köməkçisi vəzifəsində olan İddiaçı həmin hərbi hissədə hərbi qulluqçuların uçotunun təşkili və aparılmasına cavabdeh şəxs kimi təyin olunmuş vaxtda yeni xidmət yerinə gəlməyən hərbi qulluqçu X6 xidmət yerinə gəlməməsini aşkar etdiyi halda, bunun təmin edilməsi üçün tədbirləri həyata keçirməmişdir. Ona görə də, onun barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən mübahisələndirilən əmrlər qəbul edilərkən qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Cavabdeh iddiaya qarşı verdiyi yazılı etirazını onunla əsaslandırmışdır ki, Daxili Təhlükəsizlik İdarəsi tərəfindən N nömrəli hərbi hissədə şəxsi heyətin varlığı yoxlanılarkən, 4 müddətli həqiqi hərbi xidmət hərbi qulluqçunun digər hərbi hissələrə təyin olunmalarına dair Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq sərəncamlarının icra edilmədiyi aşkar edilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, şəxsi heyətin uçotu bölməsinin rəisi vəzifəsində xidmət edən mayor X11, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2021-ci ilin oktyabr və 2022-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılaraq 3 aylıq gənc əsgər hazırlığı proqramını mənimsəmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş əsgərlər - X12 (Bakı şəhəri, Nizami rayonu), X13 (Qazax rayonu), X18 (Şəmkir rayonu) və X16 (Kəlbəcər rayonu) sonrakı müddətdə xidməti vəzifələrinin icrasından yayındıraraq təyin olunduqları hərbi hissələrə göndərilməsini təmin etməmişdir. Əsgər X.Əliyev xidmətini davam etdirməsi üçün N nömrəli hərbi hissəyə təyin edilmiş, lakin N nömrəli hərbi hissənin sabiq komandiri polkovnik X14 təsdiq etdiyi “2021-ci ilin oktyabr ayında N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətə qəbul edilmiş şəxsi heyətin tibbi müayinədən keçirilməsi” haqqında akta əsasən, onun “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin “42ç” maddəsindəki (Revmatizm, ürəyin sol mədəciyinin simptomsuz disfunksiyası) diaqnozla təyin olunduğu hərbi hissədə xidmət etməsi məqsədəmüvafiq hesab edilməmişdir. Bu səbəbdən əsgər X.Əliyev N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli sərəncamı ilə N nömrəli hərbi hissəyə təyin olunmuşdur. Bu sərəncam da icra olunmadan sözügedən hərbi qulluqçu xx.xx.2022-ci il tarixədək 15N (bir yüz əlli yeddi) gün əsassız olaraq N nömrəli hərbi hissədə saxlanılmışdır. Sonradan N nömrəli hərbi hissəyə yeni təyin edilmiş komandir polkovnik leytenant X15 2022-ci ilin aprel ayında əsgər X.Əliyevin xidmətdən yayınmasını aşkar etmiş və üzərində sadə funksiyalı mobil telefon götürərək barəsində şifahi araşdırılma apararaq onun N nömrəli hərbi hissəyə göndərilməsinə dair mayor E.Qurbanova gösəriş vermişdir. Mayor E.Qurbanov əmri icra etməmiş, komandanlığı aldatmış, sözügedən hərbi qulluqçunu təyin olunduğu hərbi hissəyə göndərməyərək, onu xidməti otağında saxlamışdır. Həmçinin mayor E.Qurbanov qanunsuz əməllərini gizlətmək məqsədilə saxtakarlığa yol verərək, guya hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 40 nömrəli əmrinə əsasən əsgər X.Əliyevin hərbi biletində şəxsi heyətin siyahısından çıxarıldığı haqqında qeydlər aparmışdır. Yoxlama zamanı, N nömrəli hərbi hissə komandirinin əsgər X.Əliyevə dair xx.xx.2021-ci il tarixli müvafiq sərəncamı ilə N nömrəli hərbi hissənin vəzifəli şəxslərinin tanış olduqları, lakin bu sərəncamın icrası ilə əlaqədar həmin hərbi qulluqçunun xidmət yerinə gətirilməsi istiqamətində heç bir tədbir görmədikləri də müəyyənləşdirilmişdir. Əlavə olaraq, 2022-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılmış əsgərlər N.Müsədirov (15N nömrəli hərbi hissə), E.Cəfərov (888 nömrəli hərbi hissə) və T.İlyasovun (345 nömrəli hərbi hissə) xx.xx.2022-ci il tarixədək 6N (altmış yeddi) gün N nömrəli hərbi hissədə əsassız saxlanıldıqları da aşkarlanmışdır. Yuxarıda adları qeyd olunan əsgərlər N nömrəli hərbi hissədə olduqları aylar (X.Əliyev-oktyabr, noyabr, dekabr; N.Müsədirov, E.Cəfərov, T.İlyasov-yanvar, fevral, mart) istisna olmaqla, digər aylarda heç bir təminat növü ilə (ərzaq, əşya, pul və s.) təmin olunmamışlar. Bununla da yuxarıda qeyd olunan hərbi hissələrin vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikası müdafiə nazirinin 2020-ci il 26 iyun tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunda hərbi qulluqçuların uçotunun aparılmasına dair Təlimat”ın 4.1-ci, 4.1.5-ci, 4.4.4-cü, 5.1-ci və 9.4cü yarımbəndlərinin tələbləri ciddi şəkildə pozulması barədə yuxarı komandanlığa raportla məruzə olmuşdur. “N nömrəli hərbi hissədə baş vermiş qanun pozuntuları və təqsirkar vəzifəli şəxslərin cəzalandırılması haqqında” Azərbaycan Respublikası müdafiə nazirinin 23 iyun 2022-ci il tarixli 196 nömrəli əmr ilə baş leytenant İddiaçı - N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin sabiq rəisi, N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborun qərargah rəisinin maddi - texniki təminat üzrə köməkçisi tutduğu vəzifəsindən azad edilərək aşağı vəzifəyə keçirilməklə intizam cəzasi qaydasinda cəzalandırılmış və Azərbaycan Respublikası müdafiə nazirinin 0N sentyabr 2022-ci il tarixli 0N25 nömrəli əmr ilə “Hərbi xidmətkeçmə haqqinda” əsasnamənin 81-ci maddəsinin “q” bəndinə (Azərbaycan Respublikası Silahlı X3 uyğun olaraq intizam cəzası qaydasinda) müvafiq olaraq, 161-ci motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 1-ci motoatıcı taborunun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi baş leytenant İddiaçı tutduğu vəzifədən azad edilərək N06-ci motoatıcı briqadanin (N nömrəli hərbi hissə) 2-ci motoatıcı taborunun motoatıcı bölüyünün komandiri təyin olunmuşdur. Göründüyü kimi, İddiaçı barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, işin halları ilə aşağıdakılar müəyyən olunur: İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 266 nömrəli əmrindən görünür ki, həmin əmrə əsasən baş leytenant Quliyev X19 nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 0N sentyabr 2020-ci il tarixli 03NN nömrəli əmri ilə N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölmə rəisi vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Gəncə şəhəri) gəlmiş hesab olunmuş, 16 sentyabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi, bütün növ təminata qoyulması və vəzifəsinin icrasına başlaması əmr edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 262 nömrəli əmrindən görünür ki, həmin əmr ilə baş leytenant Quliyev X19 nazirinin müavini- X10 03 sentyabr 2021-ci il tarixli 02N nömrəli əmri ilə N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi vəzifəsindən azad edilib N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsi (Q1) rəisinin baş köməkçisi vəzifəsinə təyin olunduğuna görə 11 sentyabr 2021-ci il tarixdən vəzifəsinin icrasına başlaması əmr edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli sərəncamından görünür ki, əsgər X6 xidməti yerinin N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə dəyişilməsi qərara alınmışdır. İş materiallarında olan 16 dekabr 2021-ci il tarixli telefonoqramdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək N nömrəli hərbi hissənin baş leytenantı hərbi rütbəsində hərbi xidmətdə olarkən, əsgər X6 xidməti yerinin N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə dəyişilməsi ilə bağlı Müdafiə nazirinin müavini-X10 10 dekabr 2021-ci il tarixli 09 nömrəli sərəncamı 16 dekabr 2021-ci il tarixdə telefonoqram şəklində N nömrəli hərbi hissəyə göndərilmiş və İddiaçı həmin telefonoqramma ilə 18 dekabr 2021-ci il tarixdə tanış olmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 12 nömrəli əmrindən görünür ki, baş leytenant İddiaçı, şəxsi heyətin uçotu bölmə rəisinin baş köməkçisi xx.xx.2022-ci il tarixdən 3 (üç) gün müddətinə ezamiyyətə, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə (Bakı şəhəri) getmiş hesab edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 14 nömrəli əmrindən görünür ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (Bakı şəhəri) ezamiyyətdə olan hərbi hissənin şəxsi heyətin uçotu bölmə rəsinin baş köməkçisi baş leytenant İddiaçı ezamiyyət müddəti xx.xx.2022-ci il tarixdən 1 (bir) gün müddətinə artırılmışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 1N nömrəli əmrindən görünür ki, baş leytenant İddiaçı, şəxsi heyətin uçotu bölmə rəsinin baş köməkçisi xx.xx.2022-ci il tarixdən ezamiyyətdən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 1N nömrəli əmrindən görünür ki, baş leytenant İddiaçı, şəxsi heyətin uçotu bölmə rəisinin baş köməkçisi, Gəncə şəhərində keçirtməklə xx.xx.2022-ci il tarixdən 2 (iki) təqvim günü müddətinə 2021-ci ilin növbəti məzuniyyətinə getmiş hesab edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 19 nömrəli əmrindən görünür ki, baş leytenant İddiaçı, şəxsi heyətin uçotu bölmə rəisinin baş köməkçisi xx.xx.2022-ci il tarixdən 2021-ci ilin növbəti məzuniyyətindən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 20 nömrəli əmrindən görünür ki, baş leytenant İddiaçı şəxsi heyətin uçotu bölmə rəisinin baş köməkçisi Gəncə şəhərində keçirtməklə xx.xx.2022-ci il tarixdən 3 (üç) təqvim günü müddətinə 2021-ci ilin növbəti məzuniyyətinə getmiş hesab edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 24 nömrəli əmrindən görünür ki, baş leytenant İddiaçı, şəxsi heyətin uçotu bölmə rəisinin baş köməkçisi xx.xx.2022-ci il tarixdən 2021-ci ilin növbəti məzuniyyətindən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 29 nömrəli əmrindən görünür ki, baş leytenant İddiaçı şəxsi heyətin uçotu bölmə rəisinin baş köməkçisi Gəncə şəhərində keçirtməklə xx.xx.2022-ci il tarixdən 4 (dörd) təqvim günü müddətinə 2021-ci ilin növbəti məzuniyyətinə getmiş hesab edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 33 nömrəli əmrindən görünür ki, baş leytenant İddiaçı, şəxsi heyətin uçotu bölmə rəisinin baş köməkçisi xx.xx.2022-ci il tarixdən 2021-ci ilin növbəti məzuniyyətindən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 52 nömrəli əmrindən görünür ki, baş leytenant İddiaçı şəxsi heyətin uçotu bölmə rəisinin baş köməkçisi xx.xx.2022-ci il tarixdən 30 (otuz) gün müddətinə N nömrəli hərbi hissəyə ezamiyyətə getmiş hesab edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 8N nömrəli əmrindən görünür ki, baş leytenant İddiaçı şəxsi heyətin uçotu bölmə rəisinin baş köməkçisi xx.xx.2022-ci il tarixdən N nömrəli hərbi hissədən ezamiyyətdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 82 nömrəli əmrindən görünür ki, baş leytenant İddiaçı şəxsi heyətin uçotu bölmə rəisinin baş köməkçisi Gədəbəy rayonunda keçirtməklə xx.xx.2022-ci il tarixdən 1 (bir) təqvim günü müddətinə 2022-ci ilin növbəti məzuniyyətinə getmiş hesab edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 83 nömrəli əmrindən görünür ki, baş leytenant İddiaçı, şəxsi heyətin uçotu bölmə rəisinin baş köməkçisi xx.xx.2022-ci il tarixdən 2022-ci ilin növbəti məzuniyyətindən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 96 nömrəli əmrindən görünür ki, baş leytenant İddiaçı şəxsi heyətin uçotu bölmə rəisinin baş köməkçisi Bakı şəhərində keçirtməklə xx.xx.2022-ci il tarixdən 3 (üç) təqvim günü müddətinə 2022-ci ilin növbəti məzuniyyətinə getmiş hesab edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 98 nömrəli əmrindən görünür ki, baş leytenant İddiaçı, şəxsi heyətin uçotu bölmə rəisinin baş köməkçisi xx.xx.2022-ci il tarixdən 2022-ci ilin növbəti məzuniyyətindən gəlmiş və vəzifələrinin icrasına başlamış, xx.xx.2022-ci il tarixdən 30 (otuz) gün müddətinə N nömrəli hərbi hissəyə ezamiyyətə getmiş hesab edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 129 nömrəli əmrindən görünür ki, baş leytenant İddiaçı şəxsi heyətin uçotu bölmə rəisinin baş köməkçisi xx.xx.2022-ci il tarixdən N nömrəli hərbi hissədən ezamiyyətdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmiş, xx.xx.2022-ci il tarixdən qazan təminatına qoyulması əmr edilmişdir İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 145 nömrəli əmrindən görünür ki, baş leytenant İddiaçı şəxsi heyətin uçotu bölmə rəisinin baş köməkçisi Gədəbəy rayonunda keçirtməklə xx.xx.2022-ci il tarixdən N (yeddi) təqvim günü müddətinə 2022-ci ilin növbəti məzuniyyətinə getmiş hesab edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 153 nömrəli əmrindən görünür ki, baş leytenant İddiaçı, şəxsi heyətin uçotu bölmə rəisinin baş köməkçisi xx.xx.2022-ci il tarixdən 2022-ci ilin növbəti məzuniyyətindən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmiş, xx.xx.2022-ci il tarixdən qazan təminatına qoyulması əmr edilmişdir İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 155 nömrəli əmrindən görünür ki, Baş leytenant İddiaçı, N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsi (Q1) rəisinin baş köməkçisi, Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini - X10 03 aprel 2022-ci il tarixli 03N nömrəli əmri ilə N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborunun qərargah rəisinin maddi-texniki təminat üzrə köməlçisi vəzifəsinə təyin edildiyinə görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 28 may 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılması və xidmətini davam etdirmək üçün Ağcabədi rayonu N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilməsi əmr edilmişdir. Əmrdə qeyd edilmişdir ki, baş leytenant İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 201N-ci il tarixli 22 nömrəli qərarına əsasən nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Baş leytenant İddiaçı 2022-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib, 2022-ci ilin növbəti məzuniyyət hesabından N (yeddi) gün istifadə edib, 1 (bir) aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilib. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 158 nömrəli əmrindən görünür ki, baş leytenant İddiaçı, Müdafiə nazirinin müavini – X10 03 aprel 2022-ci il tarixli 03N nömrəli əmrinə əsasən 1-ci motoatıcı taborunun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi vəzifəsinə təyin edilmiş, (Tovuz rayonu) N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, 30 may 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilməsi, vəzifəsinin qəbuluna və icrasına başlaması,vəzifə maaşının ştata əsasən təyin edilməsi əmr edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 219 nömrəli əmrindən görünür ki, baş leytenant İddiaçı 1-ci motoatıcı taborun qərargah rəisinin maddi texniki təminat üzrə köməkçisi, Azərbaycan Respublikası Müdafiə nazirinin 0N sentyabr 2022-ci il tarixli 0N25 nömrəli əmri ilə N nömrəli hərbi hissənin 2-ci mototatıcı taborunun motoatıcı bölüyünün komandiri vəzifəsinə təyin olunduğuna görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 18 sentyabr 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış, xidmətini davam etdirmək üçün (Xocavənd rayonu) N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilməsi əmr edilmişdir. Əmrdə qeyd edilmişdir ki, baş leytenant İddiaçı 2022-ci ildə xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 201N-ci il tarixli 22 nömrəli qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiq deyil. Baş leytenant İddiaçı 2022-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib. 2022-ci ilin növbəti məzuniyyətindən 31 (otuz bir) təqvim günü istifadə edib, 1 (bir) aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilib. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 196 nömrəli əmrindən görünür ki, baş leytenant İddiaçı – N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin sabiq rəisi, hazırda N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborun qərargah rəisinin maddi – texniki təminat üzrə köməkçisi yuxarı komandanlıq tərəfindən verilmiş sərəncamı, hərbi qulluqçuların uçotunun təşkili və aparılmasını icra etmədiklərinə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını əsassız olaraq təyin olunduqları xidmət yerlərinə uzun müddət göndərmədiklərinə görə tutduğu vəzifəsindən azad edilərək aşağı vəzifəyə keçirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli söhbət vərəqindən görünür ki, İddiaçı məlum məsələdə onun heç bir günahının olmadığını bildirmiş, aşağı vəzifəyə keçirilməyi üçün qeyd edilən məsələnin yenidən araşdırılmasına və ədalətli qərarın verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli təqdimatından görünür ki, baş leytenant İddiaçı xidmətində yol verdiyi nöqsanlara görə başqa hərbi hissədə bir pillə aşağı vəzifəyə təyin olunması məqsədəuyğun hesab edilmiş, N nömrəli və N nömrəli hərbi hissə komandirlərinin rəylərinə əsasən baş leytenant İddiaçı N nömrəli hərbi hissənin 2-ci motoatıcı bölüyünün komandiri vəzifəsinə təyin olunması üçün vəsatət qaldırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 0N25 nömrəli əmrindən görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “q” bəndinə (Azərbaycan Respublikası Silahlı X3 uyğun olaraq intizam cəzası qaydasında) müvafiq olaraq, 161-ci Motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 1ci motoatıcı taborunun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi baş leytenant İddiaçı tutduğu vəzifədən azad edilmiş və N06- cı motoatıcı briqadanın (N nömrəli hərbi hissə) 2-ci motoatıcı taborunun motoatıcı bölüyünün komandiri təyin olunmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 283 nömrəli əmrindən görünür ki, baş leytenant İddiaçı 1-ci motoatıcı taborun qərargah rəisinin maddi texniki təminat üzrə köməkçisi, Azərbaycan Respublikası Müdafiə nazirinin 0N sentyabr 2022-ci il tarixli 0N25 nömrəli əmri ilə N nömrəli hərbi hissənin 2-ci mototatıcı taborunun motoatıcı bölüyünün komandiri vəzifəsinə təyin olunduğuna görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 22 sentyabr 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış, xidmətini davam etdirmək üçün (Xocavənd rayonu) N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilməsi əmr edilmişdir. Əmrdə qeyd edilmişdir ki, baş leytenant İddiaçı 2022-ci ildə xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 201N-ci il tarixli 22 nömrəli qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiq deyil. Baş leytenant İddiaçı 2022-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib. 2022-ci ilin növbəti məzuniyyətindən 26 (iyirmi altı) təqvim günü istifadə edib, 1 (bir) aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilib. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 2N6 nömrəli əmrindən görünür ki, baş leytenant İddiaçı, Müdafiə nazirinin 0N sentyabr 2022-ci il tarixli 0N25 nömrəli əmrinə əsasən, N nömrəli hərbi hissənin 2-ci taborun 5-ci bölüyün komandiri vəzifəsinə təyin edildiyinə görə N nömrəli hərbi hissədən (Ağcabədi rayonu) gəlmiş hesab edilmiş, 25 sentyabr 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi, bütün növ təminatlara qoyulması, vəzifəsinin qəbuluna və icrasına başlaması əmr edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 44 nömrəli əmrindən görünür ki, 2-ci taborun 5-ci bölüyün komandiri baş leytenant İddiaçı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N8-ci maddəsinin “b” bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq, 1NN nömrəli hərbi hissənin qərargah bölüyünün komandiri vəzifəsinə təyin edildiyinə görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 13 fevral 2023-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və xidmətini davam etdirmək üçün 1NN nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilməsi əmr edilmişdir. Əmrdə qedy edilmişdir ki, baş leytenant İddiaçı 2023-cü ildə xidmət etdiyi dövr üçün Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 201N-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Baş leytenant İddiaçı 2023- cü il üçün nəzərdə tutulmuşbirdəfəlik maddi yardım ödənilməmişdir. 2023-cü ilin növbəti məzuniyyətindən istifadə etməyib, məzuniyyətə görə əlavə pul təminatı ödənilməyib. İş materiallarında olan 1NN nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 4N nömrəli əmri ilə baş leytenant İddiaçı, Müdafiə nazirinin müavini-X9 31 yanvar 2023-cü il tarixli 09 nömrəli əmri ilə 1NN nömrəli hərbi hissənin qərargah bölüyünün komandiri vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Y.Veysəlli) kəndindən gəlmiş hesab edilmiş, 15 fevral 2023-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi, bütün növ təminata qoyulması və vəzifələrinin icrasına başlaması əmr edilmişdir. İş materiallarında olan Gəncə Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1-1(095)- 12N/2023 nömrəli hökmündən görünür ki, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 341.1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinmiş və Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına, Cinayət Məcəlləsinin 341.1-ci maddəsi ilə 2000 (iki min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən X8 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 2206 nömrəli arayışından görünür ki, N nömrəli hərbi hissəni sabiq hərbi qulluqçusu baş leytenant İddiaçı hərbi hissədə xidmət edərkən Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 196 nömrəli və xx.xx.2022-ci il tarixli 0N25 nömrəli əmrlərinin icrası ilə əlaqədar onunla xx.xx.2022-ci il tarixdə söhbətləşmə apararkən sözügedən əmrlər ilə məlumatı olmuşdur. İş materiallarında olan 1NN nömrəli hərbi hissə komandirinin “Baş leytenant İddiaçı1NN nömrəli hərbi hissənin qərargah bölüyünün komandiri barəsində” arayış məlumatından görünür ki, İddiaçı xx.xx.2009-xx.xx.2010-cu illərdə 04N nömrəli hərbi hissə A.Q.A köməkçisi vəzifəsində xidmət etmiş, xx.xx.2010-cu il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2016-xx.xx.2016-cı illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kursant, xx.xx.2016-xx.xx.201N-ci illərdə N nömrəli hərbi hissənin N081-ci mexanikləşdirilmiş taborunun mexanikləşdirilmiş taqımının komandiri, xx.xx.201Nxx.xx.2020-ci illərdə N nömrəli hərbi hissənin 4-cü səfərbərlik bölmə rəisinin köməkçisi, xx.xx.2020-xx.xx.2022-ci illərdə N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi, xx.xx.2022-xx.xx.2022-ci illərdə N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi, xx.xx.2022-xx.xx.2023-cü illərdə N nömrəli hərbi hissənin 2-ci motoatıcı taborun motoatıcı bölüyünün komandiri vəzifəsində xidmət etmiş, xx.xx.2023-cü il tarixdən hazırki tarixədək 1NN nömrəli hərbi hissənin qərargah bölüyünün komandiri vəzifəsində xidmət edir. İş materiallarında olan birinci instansiya məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 2N9 nömrəli cavab məktubunda bildirilmişdir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu baş leytenant İddiaçı hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 283 nömrəli əmrinə əsasən xidmətini davam etdirmək məqsədilə N nömrəli hərbi hissəyə köçürüldüyündən şəxsi işi həmin hərbi hissəyə göndərildiyinə görə söhbət vərəqəsinin surətini göndərmək mümkün olmamışdır. Azərbaycan Ordusunda hərbi qulluqçuların uçotunun aparılmasına dair Təlimat”ın: Maddə 4.1. Hərbi qulluqçuların uçotunun təşkili və aparılmasına cavabdehdirlər: Maddə 4.1.5. qoşun (qüvvə) növlərində, birlik, birləşmə və hərbi hissələrdə qərargah rəisi; Maddə 4.4.4. birlik, birləşmə və hərbi hissələrdə - hərbi hissə komandiri. Maddə 5.1. Hərbi qulluqçuların uçotunun təşkili və aparılmasına cavabdeh şəxslər borcludur: Maddə 9.4. Təyin olunmuş vaxtda yeni xidmət yerinə gəlməyən hərbi qulluqçular barədə əvvəlki xidmət yeri rəsmi məlumat aldıqdan sonra həmin şəxsin axtarışı ilə bağlı tədbirləri həyata keçirir və toplanmış materialları hərbi qulluqçunun yeni təyin olunduğu hərbi hissəyə göndərir. Hərbi qulluqçunun yeni təyin olunduğu hərbi hissənin komandiri həmin materiallara tələb olunan digər sənədləri də əlavə edir və aidiyyəti üzrə göndərilməsini təmin edir. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X3 görə: Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X2: 1-ci maddəsinə əsasən, hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. 2-ci maddəsinə əsasən, hərbi intizam hər bir qulluqçunun hərbi borcunu və öz Vətəni Azərbaycan Respublikasının müdafiəsi üçün şəxsi məsuliyyət daşımasını şüurlu surətdə dərk etməsinə əsaslanır. 3-cü maddəsinə əsasən, hərbi intizam hər bir hərbi qulluqçunu: Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa, hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə; hərbi və dövlət sirlərini möhkəm saxlamağa; namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumağa; komandirlərə (rəislərə) və böyüklərə hörmət etməyə, əsgəri nəzakət və salamvermə qaydalarına əməl etməyə; hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. 2-ci bəndində əsasən, bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. N8-ci bəndində əsasən Hərbi qulluqçuların xidmət yerinin dəyişilməsi aşağıdakı qaydada həyata keçirilir: a) yuxarı vəzifələrə — xidmət üzrə irəli çəkilmə qaydasında; b) bərabər vəzifələrə — xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün; v) tutduğu vəzifədən azad edilməklə təhsil müəssisəsinə daxil olmaqla əlaqədar, eləcə də təhsili bitirdikdən sonra vəzifəyə təyin edildikdə; q) aşağı vəzifələrə — bu Əsasnamənin 81-ci maddəsində nəzərdə tutulmuş əsaslarla. 81-ci bəndində əsasən Hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri aşağıdakı hallarda edilə bilər: a) ştatlar ixtisar olunduqda; b) hərbi-həkim komissiyasının rəyinə müvafiq olaraq səhhətinə görə; v) işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə; q) Azərbaycan Respublikası Silahlı X3 uyğun olaraq intizam cəzası qaydasında və ya müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən; d) hərbi qulluqçunun razılığı ilə yaşa və ya ailə vəziyyətinə görə. 81.3-cü bəndində əsasən İntizam cəzası qaydasında aşağı vəzifəyə təyin edilmə Azərbaycan Respublikası Silahlı X4 ilə belə hüquq verilmiş rəislər tərəfindən yerinə yetirilir. Azərbaycan Respublikası Silahlı X2 43-cü bəndinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Həmin Nizamnaməsinin 45-ci bəndinə əsasən hərbi qulluqçular törətdikləri cinayətlər üçün qüvvədə olan qanunvericiliyə müvafiq cinayət məsuliyyəti daşımalıdırlar. Həmin Nizamnaməsinin 85-ci bəndinə əsasən hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Kollegiya qeyd edir ki, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsi tərəfindən N nömrəli hərbi hissədə şəxsi heyətin varlığı yoxlanılarkən, 4 müddətli həqiqi hərbi xidmət hərbi qulluqçunun digər hərbi hissələrə təyin olunmalarına dair Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq sərəncamlarının icra edilmədiyi aşkar edilmişdir. Bununla da yuxarıda qeyd olunan hərbi hissələrin vəzifəli şəxsləri o cümlədən baş leytenant İddiaçı intizam cəzası qaydasında cəzalandırılmışdır. İddiaçı apellyasiya şikayətinin dəlili kimi göstərmişdir ki, o, N dekabr 2021-ci il tarixdə N nömrəli hərbi hissəyə gedərək N nömrəli hərbi hissəyə təyin olunmuş gənc əsgərləri şəxsən həmin hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi vəzifəsində xidmət etmiş, mayor X5 adlı siyahı üzrə təhvil almış, həmin vaxt sonuncu bir neçə nəfər gənc əsgərin, həmçinin də Xaləddin Əliyevin hospitalda olduğunu bildirərək onları təhvil verməmiş, yalnız onlar hospitaldan qayıtdıqdan sonra təhvil alması üçün bu barədə ona məlumat verəcəyini demişdir. Sonrakı yaxın günlərdə mayor Elşad Qurbanov təhvil alınmamış əsgərləri N nömrəli hərbi hissəyə təhvil versə də, yenidən Xaləddin Əliyevin hospitalda olduğunu bildirərək onu təhvil verməmişdir. Bundan sonra o, həmçinin də hərbi hissənin digər nümayəndələri mayor Elşad Qurbanovdan dəfələrlə əsgər Xaləddin Əliyevi tələb etsələr də, Elşad Qurbanov sonuncunun hələ də hospitalda olduğunu bildirmişdir. Beləlikə o, 04 aprel 2022-ci il tarixə kimi əsgər Xaləddin Əliyevi mayor Elşad Qurbanovdan təhvil ala bilməmişdir. Həmin müddətdə o, ezamiyyətdə olduğu vaxtlarda onun xidməti vəzifələrini icra etmiş kapitan X1N da, bir neçə dəfə əsgər Xaləddin Əliyevi təhvil almaq üçün mayor Elşad Qurbanova müraciət etmiş, lakin sonuncunun hospitalda olduğu bildirilərək təhvil verilməmişdir. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, iddiaçı həmin əsgəri sonrakı vaxtlarda da tələb etdiyini, lakin onun hərbi hospitalda olduğu bildirilərək təhvil verilmədiyini göstərmiş olsa da, iddiaçının həmin dəlili onun özünün izahatından başqa digər hər hansı sübutla təsdiqini tapmır. Halbuki o, müvafiq raportla tapşırığın icra edilməsinin mümkünsüzlüyü ilə bağlı tabe olduğu yuxarı komandiri (rəisi) məlumatlandırmalı idi. Göründüyü kimi baş leytenant İddiaçı yuxarı komandanın əmrini layiqincə yerinə yetirmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir. Odur ki, kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və həmin dəlilləri əsassız sayır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən etmiş, məhkəmənin qərarında göstərdiyi nəticələr işin hallarına uyğun olmaqla, iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(114)354/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İPM-in 8N.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 8N, 89, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-354/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilməzsə və ya o geri götürülməzsə, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-109/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-109/2025
05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver