Məhkəmə qərarları › İş №2-1(104)-110/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-110/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-110/2024 12.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, «ödənilməmiş əmək haqqı, kirayə pulu və ərzaq pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, N-1(114)-N459/N0N3 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: Müdafiə Nazirliyinin № ******* saylı şəxsi vəsiqədəki qeydlərə əsasən, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N0N0-ci il tarixli 01308 nömrəli əmri ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Gəncə şəhəri 3-cü Hərbi Polis bölməsinə leytenant rütbəsinə təyin edilmiş, Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.N0NN-ci il tarixli N nömrəli əmrinə əsasən N nömrəli hərbi hissədə tağım komandiri vəzifəsinə təyin edilmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N0N3-cü il tarixli 0N5 nömrəli əmrinə əsasən İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "V" bəndinə (xəstəliyə) görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. 3-cü Hərbi Polis bölməsinin xx.xx.N0NN-ci il tarixli 3N9 nömrəli məktubunda bildirilmişdir ki, Gəncə Qarnizonu Hərbi polisində xidmət edən leytenant İddiaçı xx.xx.N0NN-ci il tarixində Gəncə şəhəri Birləşmiş Xəstəxanası PHŞ Cavadxan ASM tərəfindən 7 (yeddi) gün özünü təcrid etməklə ev müşahidəsində ambulator müalicəyə götürülmüşdür. Leytenant İddiaçıE oğlu ilə sıx təmasda olan şəxs olmayıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.N0NN-ci il tarixli 551 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli 548 nömrəli sərəncamı ilə İddiaçı xx.xx.N0NN-ci il tarixdə N nömrəli hərbi hissənin hərbi-həkim komissiyası tərəfindən "Qalxanabənzər vəzin sağ payının xoşxassəli törəməsinə görə aparılmış sağtərəfli lobektomiya əməliyyatından (xx.xx.N0N1) sonrakı vəziyyət. Qalxanabənzər vəzin funksiyasının müvəqqəti pozulması ilə" diaqnozu ilə "Xəstəliklər cədvəli"nin 13ç maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında" Əsasnaməyə qoşma) əsasən Hərbi xidmətə müvəqqəti yararsızdır, xəstəliyə görə 30 (otuz) gün müddətinə məzuniyyət verilməlidir kimi şəhadətləndirilmişdir. İddiaçı xx.xx.N0NN-ci il tarixdə N nömrəli hərbi hissənin hərbi-həkim komissiyası tərəfindən "Qalxanabənzər vəzin sağ payının xoşxassəli törəməsinə görə aparılmış sağtərəfli lobektomiya əməliyyatından (xx.xx.N0N1) sonrakı vəziyyət. Qalxanabənzər vəzin funksiyasının müvəqqəti pozulması ilə" diaqnozu ilə şəhadətləndirilmiş və “Hərbi xidmətə müvəqqəti yararsızdır, xəstəliyə görə 30 (otuz) gün müddətinə məzuniyyət verilməlidir” qərarı verilmişdir. xx.xx.N0NN-ci il tarixli raporta əsasən 3-cü Hərbi Polis bölməsinin feldşeri baş gizir Elçin Paşayev leytenant İddiaçı N nömrəli hərbi hissənin ixtisas həkimlərinin rəyinə əsasən N nömrəli hərbi hissədə planlı müayinə və müalicəyə göndərilməsi barədə göstəriş verilməsini 3-cü Hərbi Polis bölməsinin rəisindən xahiş etmişdir. 3-cü Hərbi Polis bölməsinin xx.xx.N0NN-ci il tarixli 91N nömrəli göndərişinə əsasən leytenant İddiaçı qastroezofoqit, reflüks xəstəliyi, eroziv ezofoqit, eroziv qastrit diaqnozu ilə N nömrəli hərbi hissəyə göndərilmişdir. Leytenant İddiaçı xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilməsi məqsədilə ona təqdim edilən təyinat vərəqəsini götürməkdən və yeni xidmət yerinə getməkdən imtina etməsi barədə tərtib edilmiş xx.xx.N0NN-ci il tarixli aktdan görünür ki, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.N0NN-ci il tarixli N nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqım komandiri vəzifəsinə təyin edilmiş 1-ci hərbi polis dəstəsinin hərbi polis tağımının komandiri leytenant İddiaçı xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilməsi məqsədi ilə onatəqdim edilən xx.xx.N0NN-ci il tarixli 94N nömrəli təyinat vərəqəsini götürməkdən və yeni xidmət yerinə getməkdən imtina etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 3-cü Hərbi Polis bölməsinin xx.xx.N0NN-ci il tarixli 95N nömrəli arayışına əsasən 3-cü Hərbi Polis bölməsinin hərbi qulluqçusu (1-ci hərbi polis dəstəsinin hərbi polis tağımının komandiri) leytenant İddiaçı xx.xx.N0NN-ci il tarixdən saat 11:00-dan xx.xx.N0NN-ci il tarixə saat 16:00- dək hərbi hissəni özbaşına tərk etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 3-cü Hərbi Polis bölməsinin xx.xx.N0NN-ci il tarixli 953 nömrəli məktubu ilə 3-cü Hərbi Polis bölməsinin hərbi qulluqçusu leytenant İddiaçı xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilməsi məqsədi ilə ona təqdim edilən təyinat vərəqəsini götürməkdən və yeni xidmət yerinə getməkdən imtina etməsi, habelə hərbi hissəni özbaşına tərk etməsi faktı ilə əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Hərbi Polis İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.N0NN-ci il tarixli 4467 nömrəli arayışına əsasən 3-cü Hərbi Polis bölməsi rəisinin xx.xx.N0NN-ci il tarixli 1NNN nömrəli göndərişinə ilə İddiaçı xx.xx.N0NN-ci il tarixdə N nömrəli hərbi hissənin Qarnizonunun hərbi-həkim komissiyası tərəfindən "Qalxanabənzər vəzin sağ payının xoşxassəli törəməsinə görə aparılmış "sağ tərəfli lobektomiya" əməliyyatından sonrakı bərkimiş dəri çapığı" diaqnozu ilə "Xəstəliklər cədvəli"nin 5Nb maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında" Əsasnaməyə qoşma) əsasən “Hərbi xidmətə yararlıdır” kimi şəhadətləndirilmişdir. 11. 3-cü Hərbi Polis bölməsinin xx.xx.N0NN-ci il tarixli NN8 nömrəli əmri ilə Leytenant İddiaçı, Gəncə Qarnizonu Hərbi Polisinin 1-ci hərbi polis dəstəsinin hərbi polis tağımının komandiri, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin N8 yanvar N0NN-ci il tarixli N nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 78-ci maddəsinin "b" bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin NN noyabr N0N1-ci il tarixli 0N57 nömrəli əmrinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq N nömrəli hərbi hissənin (Qubadlı rayonu) 1-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı tağımının komandiri vəzifəsinə təyin edildiyinə görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 09 avqust N0NN-ci il tarixdən 3-cü Hərbi Polis Bölməsinin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmış və hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. 3-cü Hərbi Polis bölməsinin xx.xx.N0NN-ci il tarixli 141N nömrəli təyinat vərəqəsinə əsasən Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.N0NN-ci il tarixli N nömrəli əmrinə əsasən leytenant İddiaçı xidmətini davam etdirmək üçün xx.xx.N0NN-ci il tarixdə Qubadlı rayonu N nömrəli hərbi hissə komandirinin sərəncamına getməsi əmr edilmişdir. Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəsinin xx.xx.N0NN-ci il tarixli N nömrəli əmrinin yerinə yetirilməsi ilə əlaqədar leytenant İddiaçı xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə getməsindən imtina etməsi haqqında tərtib edilmiş xx.xx.N0NN-ci il tarixli aktdan görünür ki, xx.xx.N0NN-ci il tarixdə leytenant İddiaçı N nömrəli hərbi hissəyə xidmətini davam etdirmək üçün göndərilməsi məqsədi ilə ona xx.xx.N0NN-ci il tarixli 94N nömrəli təyinat vərəqəsi tərtib edilmiş, sözügedən təyinat vərəqəsi təqdim edilmiş, lakin o, təyinat vərəqəsini götürməkdən və yeni xidmət yerinə getməkdən imtina etmişdir. Bunun səbəbi kimi o, xəstə olması və tibbi müayinəyə ehtiyacı olması ilə əlaqələndirmişdir. Komissiyagöstərilənlərlə bağlı xx.xx.N0NN-ci il tarixli 140N qeydiyyat nömrəli akt tərtib etmişdir. 3-cü Hərbi Polis Bölmə rəisinin müvafiq göndərişi əsasında leytenant İddiaçı hərbi həkim komissiyasına təqdim edilmiş nəticə etibarı ilə ona N nömrəli hərbi hissə tərəfindən xx.xx.N0NN-ci il tarixli 4467 nömrəli arayış tərtib edilərək "Hərbi xidmətə yararlı" olması haqqında ştatlı Hərbi Həkim Komissiyası qərar vermişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq leytenant İddiaçı sağlamlığında hər hansı bir xəstəlik olmadığı üçün xx.xx.N0NN-ci il tarixində ona yeni xidmət yerinə getməsi haqqında xx.xx.N0NN-ci il tarixində onun adına tərtib edilmiş 141N təyinat vərəqəsi təqdim edilmişdir. Yuxarıda qeyd edilənlər və Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müaviniAzərbaycan Ordusunun Baş Qərargah rəisinin əmri aktı imza edənlər tərkibində bir daha leytenant İddiaçı ucadan oxunmuş, ona əmrin tələbləri, əmrə tabe olmaq, onun tələblərini yerinə yetirmək aşılanmış, yenidən ona çatdırılmışdır ki, xx.xx.N0NN-ci il tarixdən 3-cü Hərbi polis Bölməsinin şəxsi heyətinin siyahısından çıxarılaraq yeni xidmət yerinə xx.xx.N0NN-ci il tarixədək N nömrəli hərbi hissə komandirinin sərəncamına xidmətini davam etdirmək üçün göndərilməsi elan edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandiri tərəfindən 3-cü Hərbi Polis bölməsinə ünvanlanmış xx.xx.N0NN-ci il tarixli məktubda bildirilmişdir ki, Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin N8 yanvar N0NN-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissənin 1-ci taborunun tağım komandiri vəzifəsinə təyin olunmuş, leytenant İddiaçı, Gəncə Qarnizonu Hərbi Polisindən xidməti yerinə gəlməli olduğu halda, hal-hazırda xidməti yerinə gəlməmişdir. Leytenant İddiaçı xidməti yerinə gəlmədiyi halda müvafiq sənədləri göndərilmişdir. Lakin leytenant İddiaçı xidməti yerinə gəlmədiyi üçün hərbi hissənin siyahısına əlavə edilməsi mümkün olmamışdır. Ona görə də leytenant İddiaçı xidməti yerinə gəlməsi barədə köməklik göstərilməsi 3-cü Hərbi Polis bölməsinin rəisindən xahiş edilmişdir. 3-cü Hərbi Polis bölməsinin xx.xx.N0NN-ci il tarixli 1563 nömrəli məktubu ilə bölmənin sabiq hərbi qulluqçusu leytenant İddiaçı xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə getməkdən imtina etməsi və getməməsi faktı ilə əlaqədar toplanmış araşdırma materialları hüquqi rəyin verilməsi üçün N-ci Təhqiqat bölməsinə göndərilmiş və bu barədə xx.xx.N0NN-ci il tarixli 1563 nömrəli məktubla N nömrəli hərbi hissəyə məlumat verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Həkim Poliklinikasının xx.xx.N0NN-ci il tarixli 11187 nömrəli arayışına əsasən Gəncə Hərbi Prokurorluğunun xx.xx.N0NN-ci il tarixli HP-17/5838 nömrəli göndərişi ilə hərbi xidmətə yararlılığının təyini üçün MN Mərkəzi Hərbi Poliklinikasına göndərilmiş İddiaçı barəsində həmin poliklinikanın hərbi-həkim komissiyası tərəfindən xx.xx.N0NN-ci il tarixdə “stasionar müayinədən sonra şəhadətləndirilməlidir” qərarı verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N-ci Təhqiqat bölməsinin xx.xx.N0NNci il tarixli 455N nömrəli məktubuna əsasən leytenant İddiaçı barəsində toplanmış araşdırma materialı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin N07.5.3cü, N13.1.N-ci və N16.1-ci maddələrinin əsasən adiyyəti üzrə 6-cı Təhqiqat bölməsinə göndərilmişdir. Bakı şəhəri Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.N0NN-ci il tarixli 7755 nömrəli bildirişindən görünür ki, hərbi hissənin leytenantı İddiaçı xx.xx.N0NN-ci il tarixdə MN Baş Klinik Hospitalının Pulmonologiya bölməsinə daxil olmuşdur. Həmin bildiriş 3-cü Hərbi Polis bölməsinə göndərilmiş, bölmə tərəfindən isə xx.xx.N0NN-ci il tarixli 1665 nömrəli cavab məktubunda bildirilmişdir ki, leytenant İddiaçı xx.xx.N0NN-ci il tarixdə 3-cü Hərbi Polis bölməsinin şəxsi heyətinin siyahısından çıxarıldığı və xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərildiyi bildirilmişdir. Xəstəlik haqqında xx.xx.N0NN-ci il tarixli 1N9N5 nömrəli şəhadətnaməyə əsasən İddiaçı HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı ilə "Xəstəliklər cədvəli"nin 5Nb maddəsinin İİİ qrafasına və ƏTCyə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında" Əsasnaməyə qoşma) əsasən "bronxial astma, qarışıq forma, nəzarət olunan qeyri-stabil remissiya mərhələsində, orta-ağır dərəcəli, qarışıq tipli mötədil ventilyasiya pozğunluğu ilə, sağ gözün sadə miopik astiqmatizmi, Em və M1, 5D, görmə itiliyi hər iki gözdə 1,0 olmaqla, sağtərəfli hemitireoidektomiya (xx.xx.N0N1) əməliyyatından sonrakı bərkimiş dəri çapığı, sağ böyrəyin ekstrarenal ləyəni, başın tüklü hissəsinin follikulitləri, remissiya mərhələsində” diaqnozunu “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" səbəb əlaqəsi ilə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” kimi şəhadətləndirilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli N nömrəli əmrindən çıxarışa əsasən leytenant Aşurov X5 nazirinin birinci müavini Azərbaycan Ordusunun Baş Qərargah rəisinin N8 yanvar N0NN-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin 1-ci motoatıcı taborun motoatıcı bölüyün motoatıcı tağım komandiri vəzifəsinə təyin edilmiş, Gəncə Qarnizonu Hərbi Polisindən gəlmiş hesab edilmiş, N noyabr N0NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilmiş, vəzifəsinin qəbuluna və icrasına başlaması, vəzifə maaşının ştata əsasən təyin edilməsi əmr edilmişdir. 3-cü Hərbi Polis bölməsinin xx.xx.N0N3-cü il tarixli 55 nömrəli məktubunda qeyd edilmişdir ki, o, Azərbaycan Respublikası Müdafiə nazirinin NN noyabr N0N1-ci il tarixli müvafiq əmrinə əsasən həyata keçirilən təşkilati-ştat tədbirləri ilə əlaqədar olaraq, Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin N8 yanvar N0NNci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamnin 78-ci maddəsinin "b" bəndinə (bərabər vəzifəyə) müvafiq qaydada N nömrəli hərbi hissədə taqım komandiri vəzifəsinə təyin edilmiş, 3-cü Hərbi Polis bölməsi rəisinin 9 avqust N0NN-ci il tarixli nizami hissə üzrə əmrilə şəxsi heyətinin siyahısından və bütün növ təminatdan çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"nin tələblərinə əsasən 31 avqust N0NN-ci il tarixədək pul təminatı ilə təmin olunmuşdur. Paltar əvəzinə pul kompensasiyasının ödənilməsi üçün N nömrəli hərbi hissəyə müraciət etməsi məsləhət görülmüşdür. NN. İddiaçı xx.xx.N0N3-cü il tarixdə “Qarışıq astma, Bronxial astma, qarışıq forma, nəzarət olunmayan kəskinləşmə mərhələsi. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, sağ tərəfli lobektomiya (xx.xx.N0N1)” diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.N0N4-cü il tarixədək üçüncü dərəcə əlilliyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N0N3-cü il tarixli 0N5 nömrəli əmrinə əsasən leytenant İddiaçı xx.xx.N0N3-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinə qeydiyyata durmaq üçün getməsi barədə N nömrəli hərbi hissə tərəfindən xx.xx.N0N3-cü il tarixdə təyinat vərəqəsi (Forma № N5) verilmişdir. Gəncə Hərbi Prokurorluğunda araşdırılan 53c-NN saylı material üzrə təqdim edilmiş: - Gəncə hərbi prokurorunun böyük köməkçisi XN tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.N0NN- ci il tarixli qərarla vətəndaş X3 xx.xx.N0NN-ci il tarixli vəeləcə də leytenant İddiaçı xx.xx.N0NN-ci il tarixli ərizələrində göstərdikləri xüsusatlar, yəni sonuncunun bronxial astma xəstəliyi nəzərə alınmadan, onunla heç bir söhbət aparılmadan Qubadlı rayonunda yerləşən N nömrəli komando hərbi hissəsinə göndərildiyi, 3-cü Hərbi Polis bölməsinin rəisi Seymur İsmayılovun tapşırığı ilə N nömrəli hərbi hospitalda onun bronxial astam olması nəzərə alınmayaraq tibbi sənədlərinin saxtalaşdırılaraq barəsində “Hərbi xidmətə yararlıdır” arayışının verilməsi xüsusatları öz təsdiqini tapmadığına görə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən həmin hissədə cinayət işinin başlanmasının rədd edilməsi, leytenant İddiaçı xx.xx.N0NN-ci il tarixdə 3-cü Hərbi Polis bölməsinin siyahısından çıxarıldığına görə xx.xx.N0NN-ci il tarixdən yeni xidmət yeri olan N nömrəli hərbi hissəyə getməli olmasına baxmayaraq, xx.xx.N0NN-ci il tarixdə N nömrəli hərbi hissəyə getməyib xx.xx.N0NN-ci il tarixədək, yəni MN Mərkəzi Hərbi Həkim Komissiyasının onun barəsində “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” rəyini verdiyi tarixədək evində qalması əməlində formal cəhətdən cinayət tərkibinin olduğu görünsə də, leytenant İddiaçı hərbi xidmətə yararsız olması səbəbindən hərbi cinayətin subyekti olmadığı nəzərə alınaraq həmin faktla bağlı barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.N-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardan İddiaçı məhkəməyə şikayət vermiş və Gəncə Hərbi Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli 6-1(06N)-1/N0N3 nömrəli qərarı ilə şikayət təmin edilməmiş və Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Gəncə hərbi prokurorunun böyük köməkçisi X1 xx.xx.N0NN-ci il tarixli qərarı qanuni hesab edilmişdir. - Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.N0N3-cü il tarixli 6-1(1104)-1/N0N3 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Gəncə Hərbi Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli 6-1(06N)-1/N0N3 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya icraatı zamanı təqdim edilən T N03/N0N4 nömrəli ekspert rəyində qeyd olunur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.N0NN-ci il tarixli, 1N9N5 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd edilən “Bronxial astma, qarışıq forma, nəzarət olunan qeyri-stabil remissiya mərhələsində, orta-ağır dərəcəli, qarışıq tipli mötədil ventilyasiya pozğunluğu ilə, sağ gözün sadə miopik astiqmatizmi, Em və M1,5D, görmə itiliyi hər iki gözdə 1,0 olmaqla sağtərəfli hemitireoldektomiya (xx.xx.N0N1) əməliyyatından sonrakı bərkildilmiş dəri çapığı, sağ böyrəyin ekstrarenal ləyəni, başın tüklü hissəsinin follikulitləri,remissiya mərhələsində” xəstəliklər onda xx.xx.N0NN-ci il tarixdə artıq mövcud idi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.N00N-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək ödənilməmiş 3436 manat əmək haqqı, 400 manat kirayə pulu və N64 manat ərzaq pulu olmaqla, cəmi 4100 manat məbləğin və ödənilmiş dövlət rüsumu olan 75 manatın cavabdehdən alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbacan Respublikası MN nazirinin xx.xx.N0N0-ci il tarixli 01308 nomrəli əmri ilə Azərbacan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Gəncə şəhəri 3-cü Hərbi Polis bölməsində, leytenant rütbəsində, tağım komandiri vəzifəsində xidmətə başlamış, xx.xx.N0N3-cü ildə təxris olunmuşdur. Xidmətdə olduğu müddətdə xx.xx.N0NN-ci ildən xx.xx.N0NN-ci il tarixədək olan müddətdə əmək haqqı, kirayə pulu və ərzaq pulu ödənilməmişdir. Belə ki, xx.xx.N0N1-ci il tarixdə Kəlbəcər rayonu ərazisində olan "Ömər" aşırımı adlanan ərazidə xidmətdə olan zaman hava şəraitinin pis keçməsi və çox qar yağması nəticəsində yollar bağlanmış, 7 günlük döyüş növbətçiliyi postunda xx.xx.N0NN-ci il tarixədək ərzaqsız, yanacaqsız və təminatsız qalıb, bundan sonra həmin postdan yuxarı rəhbərliyə məruzə edib "Yol evi" adlanan əraziyə kimi piyada düşmüş, həmin postu dəyişməyə gələn hərbi qulluqçuları gətirən maşınla qayıtmış, bundan sonra boğazının sağ tərəfində şiş əmələ gəlmiş, tənginəfəslik yaranmış, həmin tənginəfəslik artdığına görə o hospitala müraciət etmişdir. Orada müayinə zamanı məlum olmuşdur ki, boğazının sağ payında 5-6 santimetrlik şiş var. Şiş böyük olduğuna görə onu göndərişlə Müdafiə Nazirliyinin Bakı Mərkəzi Hospitalına göndərmişlər. Hospitalda müayinə olunduqda, həmin şişin xərçəng ola bilməsi olduğunu bildirmişlər. Buna görə də onu mülki xəstəxanalara göndərmişlər, analiz verdikdən sonra onda xərçəng (malign) olması şübhəsi olduğunu və kəskin asma bronxit xəstəliyinin olmasını bildirmişlər. Onda malign şübhəsi olduğuna görə MN-nin BKH-nın göndərişi ilə xx.xx.N0N1-ci il tarixdə Ege hospitalda kəskin asma bronxit olduğu üçün öz razılığı alındıqdan sonra əməliyyat olunmuş, əməliyyatdan sonra məlum olmuşdur ki, boğazının sağ payında olan şiş xoşxassəlidir. Bununla bağlı N nömrəli hərbi hissədə müayinə olunduqdan sonra ona 30 günluk məzuniyyət verilmiş, o müalicə alsa da yenə də işə çıxmışdır. Lakin Gəncə 3-cü hərbi polis bölməsinin rəisi ona demişdir ki, tutduğu vəzifə ləğv olunub və təşkilati-ştat tədbirləri ilə əlaqədar onu Baş Qərargah rəisinin əmri ilə N saylı hərbi hissəyə tağım komandiri təyin ediblər. O, 3-cü HPB-nin rəisi Seymur İsmayılova bildirmişdir ki, "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə əsasən onunla bu barədə əvvəlcədən fərdi söhbət aparılmalı idi və “Hərbi xidmətkeçmə” haqqında Əsasnamənin 8N və 84-cü maddələrinə əsasən onun xəstəliyi nəzərə alınmalı idi. Bundan sonra o xəstəliyi lə bağlı müxtəlif vaxtlarda Hərbi Hospitalda və mülki xəstəxanalarda müalicə və müayinə olunduqdan sonra şəhadətləndirilmək üçün onu Gəncə şəhər 3-cü Hərbi Polis bölməsindən N nömrəli hərbi hissənin Hərbi Həkim komissiyasına göndərmişlər, lakin N nömrəli hərbi hissə onu bronxial astma xəstəsi olduğu üçün müayinə olunmağı üçün MNnin BKH-na göndərmişdir. Həmin hospitalda və mülki xəstəxanalarda aparılan müainə və analizlərə əsasən onu MN-nin BKH-dan N30 saylı HH-də stasionar müalicə olunmağını və bundan sonra şəhadətləndirilməyi üçün tibb kitabçasında qeydlər edilsə də N30 saylı HHə onu stasionar müalicə etmədən N30 saylı HH-nin HHK-sı şəhadətləndirərək hərbi xidmətə yararlı olması barədə arayış vermişdir. Bu arayışa əsasən 3-cü HPB-si onu xidmət yerinə getməməyi ilə bağlı araşdırmaya vermədən onu şəxsi heyətin adlı siyahısından qanunsuz olaraq çıxarmış, bununla əlaqədar olaraq onun xx.xx.N0NN-ci il tarixdən xx.xx.N0NN-ci il tarixədək əmək haqqı və ərzaq pulu ona verilməmişdir. Lakin o, həmin arayış ilə bağlı Gəncə hərbi prokurorluğuna müraciət edərək barəsində verilmiş arayışın yanlış verilməsindən narazılığını bildirərək yenidən şəhadətləndirilməsini tələb etmiş və MN-nin BKH-da stasionar müalicə və müayinədən sonra şəhadətləndirilmiş və onun sülh dövründə hərbi xidmətə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı olmağı müəyyən edilmişdir. Əmək haqqı, kirayə pulu və ərzaq pulunun verilməsi üçün Nazirliyə müraciət etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. 08 avqust N0NN-ci il tarixdən N0 noyabr N0NN-ci il tarixədək ona çatası əmək haqqı 3436 manat, kirayə pulu 400 manat, ərzaq pulu N64 manat təşkil edir. Cavabdeh inzibati orqanın etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən keçirilən təşkilati-ştat tədbirləri ilə əlaqədar olaraq, leytenant İddiaçı 3- cü Hərbi Polis bölməsində (Gəncə) tutduğu vəzifə ixtisar olunduğundan o, Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin N8 yanvar N0NN-ci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin "b" bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq, N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı tağımının komandiri vəzifəsinə təyin edilmişdir. 14 fevral N0NN-ci il tarixdə leytenant İddiaçı "COVİD-19" virus infeksiyası üzrə analizinin nəticəsi pozitiv çıxdığı üçün yeddi gün müddətində ev şəraitində müalicə almış, NN fevral N0NN-ci il tarixdə xidmət yerinə qayıtmışdır. N5 fevral N0NN-ci il tarixdə leytenant İddiaçı səhhəti ilə əlaqədar Gəncə şəhərində yerləşən hərbi hospitala stasionar müalicəyə göndərilmiş, 19 mart N0NN-ci il tarixdə müalicədən qayıtdıqdan sonra N nömrəli hərbi hospitalın 18 mart N0NN-ci il tarixli arayışı əsasında xəstəliyi ilə əlaqədar 30 (otuz) günlük məzuniyyətə buraxılmış, 18 aprel N0NN-ci il tarixdə məzuniyyətdən qayıtmışdır. N9 aprel N0NN-ci il tarixdə leytenant İddiaçı hərbi hospital tərəfindən ambulator müalicə məsləhət görülmüş və bu səbəbdən o, həmin tarixdən 4 may N0NN-ci il tarixədək ev şəraitində ambulator müalicə almışdır. Daha sonra 3-cü Hərbi Polis bölməsi (Gəncə) rəisinin 1NNN nömrəli xx.xx.N0NN-ci il tarixli göndəriş əsasında leytenant İddiaçı N nömrəli hərbi hissənin hərbi həkim komissiyasına təqdin edilmiş, komissiyanın 4467 nömrəli xx.xx.N0NN-ci il tarixli arayışı ilə o, "Hərbi xidmətə yararlıdır" kimi şəhadətləndirilmişdir. Bundan sonra leytenant İddiaçı 3-cü Hərbi Polis bölməsi rəisinin NN8 nömrəli 9 avqust N0NN-ci il tarixli nizami hissə üzrə əmrilə 9 avqust N0NN-ci il tarixdən 3-cü Hərbi Polis bölməsinin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmış və hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilməsi üçün ona xx.xx.N0NN-ci il tarixli 141N nömrəli təyinat vərəqəsi təqdim edilmiş, lakin sonuncu həmin təyinat vərəqəsini almaqdan və yeni xidmət yerinə getməkdən imtina edərək əmri icra etməmişdir. Leytenant İddiaçı təyinat vərəqəsini almaqdan imtina etdiyi üçün həmin vərəqə şəxsi işi ilə birlikdə yeni xidmət yeri olan N nömrəli hərbi hissəyə göndərilmişdir. Leytenant İddiaçı səhhətində olan problemləri əsas gətirərək, ümumilikdə iki dəfə - 5 may və 9 avqust N0NN-ci il tarixlərdə ona təqdim olunan təyinat vərəqəsini götürməkdən və N nömrəli hərbi hissəyə getməkdən imtina etməklə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 9-cu və 15-ci maddələrinin, İntizam Nizamnaməsinin 3-cü maddəsinin tələblərini kobud şəkildə pozaraq, Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin "b" bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq, N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı tağımının komandiri vəzifəsinə təyin olunması barədə N8 yanvar N0NN-ci il tarixli əmrini icra etməmişdir. Bununla bağlı 3-cü Hərbi Polis bölməsində (Gəncə) 140N nömrəli xx.xx.N0NN-ci il tarixli və N14N nömrəli xx.xx.N0NN-ci il tarixli aktlar tərtib edilmişdir. Leytenant İddiaçı 9 avqust N0NN-ci il tarixdən N noyabr N0NN-ci il tarixədək (üç ay səkkiz gün) yeni təyinat yerinə üzürlü səbəb olmadan getməmiş və yalnız N nömrəli hərbi hissə komandirinin N noyabr N0NN-ci il tarixli N nömrəli nizami hissə üzrə əmrilə şəxsi heyətin siyahısına daxil edilmişdir. Belə olan halda iddiaçıya iddia tələbində qeyd edilən pul təminatı ödənilməsi qanuna ziddir. İnzibati iş materialına əlavə edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçı yeni xidmət yerinə getmədiyi və mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi üçün raportla hərbi hissə komandanlığına müraciət etmədiyindən ona qeyd edilən müddət ərzində mənzil kirayəsi üçün pul kompensasiyası komandanlıq tərəfindən haqlı olaraq ödənilməmişdir. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq leytenant İddiaçı yeni təyinat yeri üzrə xidmət yerinə üzürlü səbəb olmadan üç ay səkkiz gün gec getiyinə görə ona hərbi hissədə olmadığı və əsassız gecikdiyi təqvim günlərinin vəzifə maaşının və ərzaq əvəzinə pul kompensasiyasının, habelə "Azərbaycan Ordusunun hərbi qulluqçularına (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının ödənilməsi Qaydaları"nın 3.N-ci bəndində göstərilən sənədləri yeni təyinat yeri üzrə xidmət yerinə üç ay ərzində təqdim etmədiyinə görə müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası ödənilməmişdir. Qeyd olununları nəzərə alaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı olan iddia tələbi əsassız olduğuna görə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, N-1(114)-N459/N0N3 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, əmrin icrası məqsədilə İddiaçı 9 avqust N0NN-ci il tarixdən 3-cü Hərbi Polis Bölməsinin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmiş, lakin o, xidmət yerinə yalnız N0NN-ci ilin noyabr ayında getdiyindən N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin 1-ci motoatıcı taborun motoatıcı bölüyün motoatıcı tağım komandiri vəzifəsinə təyin edilərək, həmin tarixdən hərbi hissənin şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilmişdir ki, həmin müddət aralığında iddiaçı hərbi hissədə olmadığından və xidmət vəzifələrinin icrasını yerinə yetirmədiyindən həmin dövr üçün əmək haqqı və ərzaq pulu tələb etməkdə haqlı deyildir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin təmin olunmasına dair qərar çıxarıımasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etdi. Cavabdeh hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. Tətbiq edilən hüquq: "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə görə:

78. Hərbi qulluqçuların xidmət yerinin dəyişilməsi aşağıdakı qaydada həyata keçirilir: b) bərabər vəzifələrə — xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün. Hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsi haqqında qərarı onun birbaşa rəislərinin fikrini nəzərə almaqla müvafiq komandir (rəis) qəbul edir.

81. Hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri aşağıdakı hallarda edilə bilər: a) ştatlar ixtisar olunduqda. 8N. Hərbi qulluqçular bir hərbi hissədən başqa hərbi hissəyə aşağıdakı hallarda keçirilirlər: v) təşkilati tədbirlərin keçirilməsi ilə əlaqədar xidmət yerində hərbi qulluqçunun ixtisasına, hazırlıq səviyyəsinə, yaxud iş təcrübəsinə uyğun vakant vəzifələr olmadıqda.

146. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulan sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlardan tam şəkildə istifadə edir və bütün vəzifələri daşıyırlar. Hərbi qulluqçunun vəzifəsidir: vəzifə tapşırıqlarının həllində təşəbbüs və yaradıcılıq, döyüş şəraitində bacarıq nümayiş etdirmək, yüksək şəxsi icraçılıq, böyük komandirlərin və rəislərin əmr və sərəncamlarının vaxtında yerinə yetirilməsi üçün şəxsi cavabdehlik nümunəsi olmaq.

147. Təlim və yoxlama toplanışlarına çağırılmış hərbi qulluqçular və hərbi vəzifəlilər dövlət hesabına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun olaraq pul və natural təminat (və ya pul kompensasiyası) alırlar. Xidməti mənzillər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fondundan ayrılır. Xidməti mənzil alana kimi hərbi qulluqçular və onların ailə üzvləri xidmət yeri üzrə (hərbi hissənin ünvanına, müvəqqəti yaşayış ünvanına) qeydiyyata alınır, onlara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul kompensasiyası ödənilir.

“Hərbi qulluçuların statusu haqqında” Qanuna görə: 10.5. Hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikasında dolanacaq xərclərinin indeksi dəyişildikdə pul kompensasiyasının normalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti yenidən nəzərdən keçirib dəyişdirir. 1N.1. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. N4. Ümumi vəzifələr “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hərbi qulluqçular aşağıdakıları etməyə borcludurlar: - Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının başqa qanunlarına ciddi əməl etmək, komandirlərin və rəislərin əmrlərini qeyd-şərtsiz yerinə yetirmək.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 1N.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 1N.N. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İşin hallarından məlum olur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N0N0-ci il tarixli 01308 nömrəli əmri ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Gəncə şəhəri 3-cü Hərbi Polis bölməsinə leytenant rütbəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin NN noyabr N0N1-ci il tarixli əmrinə əsasən keçirilən təşkilati ştat tədbirləri ilə əlaqədar olaraq, leytenant İddiaçı 3-cü Hərbi Polis bölməsində tutduğu vəzifə ixtisar olunduğundan o, Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin N8 yanvar N0NN-ci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin "b" bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq, N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı tağımının komandiri vəzifəsinə təyin edilmişdir. 14 fevral N0NN-ci il tarixdə leytenant İddiaçı "COVİD-19" virus infeksiyası üzrə analizinin nəticəsi pozitiv çıxdığı üçün yeddi gün müddətində ev şəraitində müalicə almış, NN fevral N0NN-ci il tarixdə xidmət yerinə qayıtmışdır. N5 fevral N0NN-ci il tarixdə leytenant İddiaçı səhhəti ilə əlaqədar Gəncə şəhərində yerləşən hərbi hospitala stasionar müalicəyə göndərilmiş, 19 mart N0NN-ci il tarixdə müalicədən qayıtdıqdan sonra N nömrəli hərbi hospitalın 18 mart N0NN-ci il tarixli arayışı əsasında xəstəliyi ilə əlaqədar 30 (otuz) günlük məzuniyyətə buraxılmışdır. 18 aprel N0NN-ci il tarixdə məzuniyyətdən qayıtmışdır. 3-cü Hərbi Polis bölməsinin xx.xx.N0NN-ci il tarixli 91N nömrəli göndərişinə əsasən leytenant İddiaçı N nömrəli hərbi hissəyə göndərilmiş və həmin tarixdən 04 may N0NN-ci il tarixədək ev şəraitində ambulator müalicə almışdır. xx.xx.N0NN- ci il tarixdə leytenant İddiaçı xəstə olmasını əsas gətirərək xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilməsi məqsədi ilə ona təqdim edilən xx.xx.N0NN-ci il tarixli 94N nömrəli təyinat vərəqəsini götürməkdən və yeni xidmət yerinə getməkdən imtina etmişdir. Daha sonra 3cü Hərbi Polis bölməsi rəisinin xx.xx.N0NN-ci il tarixli 1NNN nömrəli göndərişinə əsasən İddiaçı xx.xx.N0NN-ci il tarixdə N nömrəli hərbi hissənin hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və "Qalxanabənzər vəzin sağ payının xoşxassəli törəməsinə görə aparılmış "sağ tərəfli lobektomiya" əməliyyatından sonrakı bərkimiş dəri çapığı" diaqnozu ilə "Xəstəliklər cədvəli"nin 5Nb maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008- ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında" Əsasnaməyə qoşma) əsasən “Hərbi xidmətə yararlıdır” qərarı verilmişdir. Bundan sonra iddiaçının hərbi xidmətə yararlılığı müəyyən edildiyinə görə 3-cü Hərbi Polis bölməsinin xx.xx.N0NN-ci il tarixli NN8 nömrəli əmri ilə o, 09 avqust N0NN-ci il tarixdən 3-cü Hərbi Polis Bölməsinin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmış və hərbixidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Lakin İddiaçı ona yeni xidmət yerinə getməsi haqqında xx.xx.N0NN-ci il tarixində tərtib edilmiş 141N təyinat vərəqəsini almaqdan yenə imtina etmiş və xidmət yerinə getməmişdir. Daha sonra İddiaçı təkrar şəhadətləndirilməsi üçün Gəncə Hərbi Prokurorluğuna müraciət etmiş və o, Gəncə Hərbi Prokurorluğunun xx.xx.N0NN-ci il tarixli HP-17/5838 nömrəli göndərişi ilə hərbi xidmətə yararlılığının təyini üçün MN Mərkəzi Hərbi Poliklinikasına göndərilmiş, poliklinika tərəfindən xx.xx.N0NN-ci il tarixdə “stasionar müayinədən sonra şəhadətləndirilməlidir” qərarı verilmişdir. İddiaçı stasionar müalicədə olmuş və yenidən şəhadətləndirilən zaman Mərkəzi Hərbi Poliklinikası tərəfindən ona "Xəstəliklər cədvəli"nin 5Nb maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında" Əsasnaməyə qoşma) əsasən "bronxial astma, qarışıq forma, nəzarət olunan qeyri-stabil remissiya mərhələsində, orta-ağır dərəcəli, qarışıq tipli mötədil ventilyasiya pozğunluğu ilə, sağ gözün sadə miopik astiqmatizmi, Em və M1, 5D, görmə itiliyi hər iki gözdə 1,0 olmaqla, sağtərəfli hemitireoidektomiya (xx.xx.N0N1) əməliyyatından sonrakı bərkimiş dəri çapığı, sağ böyrəyin ekstrarenal ləyəni, başın tüklü hissəsinin follikulitləri, remissiya mərhələsində” diaqnozuna əsasən “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" səbəb əlaqəsi ilə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilmişdir. Həmin qərarı əldə etdikdən sonra iddiaçı N nömrəli hərbi hissəyə getmiş və həmin hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli N nömrəli əmri ilə Aşurov X5 nazirinin birinci müavini- Azərbaycan Ordusunun Baş Qərargah rəisinin N8 yanvar N0NN-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin 1-ci motoatıcı taborun motoatıcı bölüyün motoatıcı tağım komandiri vəzifəsinə təyin edilmiş, Gəncə Qarnizonu Hərbi Polisindən gəlmiş hesab edilmiş, N noyabr N0NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilmişdir. İddiaçının hüquqi marağı 9 avqust N0NN-ci il tarixdən N0 noyabr N0NN-ci il tarixədək olan dövrdə cavabdeh tərəfindən ona əmək haqqı, kirayə pulu və ərzaq pulu olaraq cəmi 4100 manat məbləğin ona ödənilməsi olmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı 9 avqust N0NN-ci il tarixdən 3-cü Hərbi Polis Bölməsinin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilməsini və onun N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin 1-ci motoatıcı taborun motoatıcı bölüyün motoatıcı tağım komandiri vəzifəsinə təyin edilərək, həmin tarixdən hərbi hissənin şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilməsini, həmçinin həmin dövr üzrə iddiaçının təyinat vərəqəsini almayaraq yeni xidmət yerinə getməkdən imtina etməsi nəticəsində xidmət etməməsini nəzərə alınaraq, cavabdeh orqanın imtinası əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 9 avqust N0NN-ci il tarixdən N0 noyabr N0NN-ci il tarixədək həqiqətən xəstə olması və xidmətə yararsızlığı iş materiallarında öz əskini tapmışdır. Belə ki, Xəstəlik haqqında xx.xx.N0NN-ci il tarixli 1N9N5 nömrəli şəhadətnaməyə əsasən İddiaçı HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı ilə "Xəstəliklər cədvəli"nin 5Nb maddəsinin İİİ qrafasına və ƏTCyə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında" Əsasnaməyə qoşma) əsasən "bronxial astma, qarışıq forma, nəzarət olunan qeyri-stabil remissiya mərhələsində, orta-ağır dərəcəli, qarışıq tipli mötədil ventilyasiya pozğunluğu ilə, sağ gözün sadə miopik astiqmatizmi, Em və M1, 5D, görmə itiliyi hər iki gözdə 1,0 olmaqla, sağtərəfli hemitireoidektomiya (xx.xx.N0N1) əməliyyatından sonrakı bərkimiş dəri çapığı, sağ böyrəyin ekstrarenal ləyəni, başın tüklü hissəsinin follikulitləri, remissiya mərhələsində” diaqnozunu “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" səbəb əlaqəsi ilə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” kimi şəhadətləndirilmişdir. Apellyasiya icraatı zamanı təqdim edilən T N03/N0N4 nömrəli ekspert rəyində qeyd olunur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.N0NN-ci il tarixli, 1N9N5 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd edilən “Bronxial astma, qarışıq forma, nəzarət olunan qeyri-stabil remissiya mərhələsində, orta-ağır dərəcəli, qarışıq tipli mötədil ventilyasiya pozğunluğu ilə, sağ gözün sadə miopik astiqmatizmi, Em və M1,5D, görmə itiliyi hər iki gözdə 1,0 olmaqla sağtərəfli hemitireoldektomiya (xx.xx.N0N1) əməliyyatından sonrakı bərkildilmiş dəri çapığı, sağ böyrəyin ekstrarenal ləyəni, başın tüklü hissəsinin follikulitləri,remissiya mərhələsində” xəstəliklər onda xx.xx.N0NN-ci il tarixdə artıq mövcud idi. Məhkəmə araşdırılması zamanı iddiaçının hüquqi marağının real təmini olaraq ona tələbinin onun gözlənilən marağa uyğun dəyişdirilməsinə dair İPM-nin 13-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən yardım edilməmişdir. Belə ki, xx.xx.N0NN-ci il tarixli əmri ilə o, 09 avqust N0NN-ci il tarixdən 3-cü Hərbi Polis Bölməsinin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmış və hərbixidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Lakin İddiaçı ona yeni xidmət yerinə getməsi haqqında xx.xx.N0NN-ci il tarixində tərtib edilmiş 141N təyinat vərəqəsini almaqdan yenə imtina etmiş və xidmət yerinə getməmişdir. Göründüyü kimi iddiaçının hərbiçi olaraq şəxsi heyət çıxarılmasına dair hazırda mübahisə predmeti olmadığı üçün qüvvədə olan xx.xx.N0NN-ci il tarixli əmri mövcuddur və belə olan halda iddiaçı həmin əmr qüvvədə olduğu halda heç bir hərbi hissəyə aid olmaması ona qeyd edilən məbləğlərin ödənilməsini istisna etmişdir. Başqa sözlə iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin NN noyabr N0N1ci il tarixli əmrinə əsasən keçirilən təşkilati ştat tədbirləri ilə əlaqədar olaraq, 3-cü Hərbi Polis bölməsində tutduğu vəzifə ixtisar olunduğundan o, Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin N8 yanvar N0NN-ci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin "b" bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq, N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı tağımının komandiri vəzifəsinə təyin edilmiş, bundan sonra xidmət yerinə getməmiş və qeyd olunan əmri də mübahisələndirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.N015-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 sentyabr N014cü il tarixli Plenum qərarında vurğulanmışdır ki, İPM-in 13-cü maddəsi ilə tənzimlənən məhkəmənin yardım etmək vəzifəsi birinci instansiya məhkəməsi qismində inzibati-iqtisadi məhkəmələrdə qaldırılan iddialarla əlaqədar məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsini nəzərdə tutur. Apellyasiya icraatı qaydasında apellyasiya şikayəti üzrə işlərə baxılarkən apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları birinci instansiya məhkəmələri tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPM-in 13-cü maddəsinin də tələbinə əməl edilib-edilməməsini yoxlamalıdırlar. Belə olan halda məhkəmə tərəfindən İPM-in 1N-ci maddəsində nəzərdə tutulan obyektiv və hərtərəfli araşdırmanın aparılması, İPM-in 13-cü maddəsinə əsasən yardım etmək vəzifəsi ilə bağlı tələblər pozulmuşdur. Odur ki, hazırki işə təkrar baxılan zaman iddiaçıya hüquqi yardım olunmalı Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin N8 yanvar N0NN-ci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin "b" bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq, N nömrəli hərbi hissənin 1-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı tağımının komandiri vəzifəsinə təyin edilməsi ilə bağlı əmrin mübahisələndirilməsi hüquqi izah olunmalı, qeyd olunan ərizə əsasında müvafiq araşdırılma aparılmalıdır. Beləliklə, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməklə iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8N, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli, N-1(114)-N459/N0N3 nömrəli qərarı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar