Məhkəmə qərarları › İş №2-1(104)-112/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-112/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-112/2025 05.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə (üçüncü şəxslər X8 və digərləri) qarşı iş üzrə QƏRARDADİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “üçüncü şəxslərin qeydiyyatdan çıxarılması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3507/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli, **********41-05101-093013 reyestr nömrəli çıxarışa əsasən, Gəncə şəhəri, İ.Cəfərov küçəsi, ev 3, mənzil 30 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 247 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. İddiaçı üçüncü şəxslər xx.xx.1982-ci il təvəllüdlü X8, xx.xx.1979-cu il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X3 ona məxsus olan Gəncə şəhəri, İ.Cəfərov küçəsi, ev 3, mənzil 30 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə Cavabdehnə etdiyi müraciətinə sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər.

3. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışına və “Elektron məhkəmə” İnformasiya Sistemindən çıxarışlara əsasən, xx.xx.1982-ci il təvəllüdlü X8, xx.xx.1979-cu il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2012-ci il təvəllüdlü X1 şəhəri, İ.Cəfərov küçəsi, ev 3, mənzil 30 (Yeni qaydalarla: ünvan 1 ünvanında qeydiyyatdadırlar.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-8769/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak rayon XDS-nin İK-nin xx.xx.1991-ci il tarixli, 362 nömrəli dəyişmə orderinə əsasən İddiaçı mülkiyyətinə verilmiş və onun adına xx.xx.2023cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli, **********41- 05101-093013 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.

5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********55-05101- 093005 reyestr nömrəli çıxarışa əsasən, Gəncə şəhəri, İ.Cəfərov küçəsi, ev 3, mənzil 30 (Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində 245 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmışdır.

6. Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-13-57/2-6944/2025 nömrəli məktubuna əsasən: - X4 xx.xx.2012-ci il tarixdən hal-hazıradək, X8 xx.xx.2005-ci il tarixdən halhazıradək, X9 xx.xx.2005-ci il tarixdən hal-hazıradək, X5 xx.xx.2018-ci il tarixdən halhazıradək, X13 xx.xx.2018-ci il tarixdən hal-hazıradək və X10 xx.xx.2018-ci il tarixdən halhazıradək ünvan 5nında qeydiyyatdadırlar. Onların həmin ünvana qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. - X6 xx.xx.2005-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, X7 xx.xx.2008-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, X11 xx.xx.2007-ci il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2007-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ünvan 5nında qeydiyyatda olmuşdurlar. Onların ünvan 5nına qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. - X6 xx.xx.2023-cü il tarixdən hal-hazıradək və X7 xx.xx.2023-cü il tarixdən halhazıradək Gəncə şəhəri, İ.Cəfərov küçəsi, ev 3, mənzil 30 Yeni qaydalarla: AZ 2011, ünvan 7vanında qeydiyyatdadırlar. X11 xx.xx.2024-cü il tarixdən hal-hazıradək və Məmmədova (Şahverdiyeva) Hicran Fazil qızı xx.xx.2025-ci il tarixdən hal-hazıradək Gəncə şəhəri, İ.Cəfərov küçəsi, ev 3, mənzil 30 Yeni qaydalarla: AZ 2011, Gəncə şəhəri, İsax Cəfərov küçəsi, 55, M4, m1 ünvanında qeydiyyatdadırlar.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 3-cü şəxslər X8, X9, X5, X13 və X3 ona məxsus olan Gəncə şəhəri, İ.Cəfərov küçəsi, ev 3, mənzil 30 (Yeni qaydalarla: ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, İ.Cəfərov küçəsi, ev 3, mənzil 30 (Yeni qaydalarla: ünvan 1 mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin mənzilin ümumi sahəsi 46.7 kv.m-dən ibarətdir. 3-cü şəxslər X8, X9, X5, X13 və X10 iddiaçının tanımadığı şəxslərdir. Bu şəxslər onun mülkiyyət hüququnu pozur, sərəncam vermək və digər hüquqlarını məhdudlaşdırırlar. İddiaçı 3-cü şəxsləri Gəncə şəhəri, İ.Cəfərov küçəsi, ev 3, mənzil 30 (Yeni qaydalarla: ünvan 1 ünvanından qeydiyyatdan çıxarmaq üçün Cavabdehnə müraciət etmiş, lakin ona imtina cavabı verilmiş və imtinada "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsaslanaraq qeyd edilmişdir ki, "şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarılır". Odur ki, iddiaçı məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. 3-cü şəxslər faktiki olaraq onun evində yaşamasalar da, formal olaraq həmin ünvanda qeydiyyatda dururlar. 3-cü şəxslər iddiaçının evində qeydiyyatda durduqlarına görə o, məcbur olub kommunal xidmətlərə görə artıq pul ödəməli olur. Lakin, bir halda ki, 3-cü şəxslər iddiaçının evində yaşamır, onların həmin ünvanda qeydiyyatda olmaları qanuna uyğun deyil.

9. İddia tələbinə dair cavabdehin yazılı etirazı daxil olmamışdır.

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X8, X9, X5, X13 və X10 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmiş, məhdud fəaliyyət qabiliyyətli X5 valideyni - anası X9, X10 və X13 valideynləri - anaları X8 ilə təmsil olunmaları qərara alınmışdır.

11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3507/2024 nömrəli qərarı ilə (hakim R.Tağıyeva) iddia tələbi təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yaşayış yeri üzrə qeydiyyat daşınmaz əmlakın özündə deyil, həmin əmlakın məxsus olduğu ünvan reyestrində qeydiyyata alınmış konkret ünvan üzrə aparılır. Hazırkı halda iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan və üçüncü şəxslərin qeydiyyatda olub yaşadıqları daşınmaz əmlaklar ayrı-ayrı mənzillər olsa da, həmin daşınmaz əmlakların ünvan reyestrində qeydiyyatı eyni ünvan üzrə aparılmışdır. Məhz üçüncü şəxslər də yaşadıqları daşınmaz əmlakın yerləşdiyi ünvan üzrə qeydiyyata alınmışlar. Belə olan halda isə iddiaçı onunla eyni ünvan göstəricilərinə malik olan üçüncü şəxslərin həmin ünvandan qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı deyil.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3507/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərərk şikayətin təmin olunmasını xahiş etdi.

17. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxslər isə gəlməmişlər. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun:

1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir.

9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqdamüvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında.

20. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

24. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

25. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.

26. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********41-05101-093013 reyestr nömrəli çıxarışa əsasən, Gəncə şəhəri, İ.Cəfərov küçəsi, ev 3, mənzil 30 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 247 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır.

27. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********55-05101- 093005 reyestr nömrəli çıxarışa əsasən, Gəncə şəhəri, İ.Cəfərov küçəsi, ev 3, mənzil 30 (Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ əsasında X2 adına daşınmaz əmlakın dövlət reyestrində 245 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmışdır.

28. Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-13-57/2-6944/2025 nömrəli məktubu ilə müəyyən olunur ki, X8 xx.xx.2005-ci il tarixdən hal-hazıradək, X9 xx.xx.2005-ci il tarixdən hal-hazıradək, X5 xx.xx.2018-ci il tarixdən hal-hazıradək, X13 xx.xx.2018-ci il tarixdən halhazıradək və X10 xx.xx.2018-ci il tarixdən hal-hazıradək ünvan 5nında qeydiyyatdadırlar.

29. Həmçinin həmin məktubla o da müəyyən olunur ki, X11 xx.xx.2024-cü il tarixdən hal-hazıradək və Məmmədova (Şahverdiyeva) Hicran Fazil qızı xx.xx.2025-ci il tarixdən hal-hazıradək Gəncə şəhəri, İ.Cəfərov küçəsi, ev 3, mənzil 30 (Yeni qaydalarla: AZ 2011, ünvan 1 ünvanında qeydiyyatdadırlar.

30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan və üçüncü şəxslərin qeydiyyatda olub yaşadıqları daşınmaz əmlaklar ayrı-ayrı mənzillər olsa da, həmin daşınmaz əmlakların (mənzillərin) ünvan reyestrində qeydiyyatı eyni ünvan üzrə aparılmışdır. Məhz üçüncü şəxslər də yaşadıqları daşınmaz əmlakın yerləşdiyi ünvan üzrə qeydiyyata alınmışlar. Lakin, sonra ünvan reyestrində qeydiyyatı eyni ünvan üzrə aparılan mənzillərə yeni qaydalara əsasən ünvan verilmişdir.

31. Belə olan halda iddiaçının üçüncü şəxslərin ünvan 5nından qeydiyyatdan çıxarılmaları tələbində subyektiv hüququ yoxdur. Belə ki, hazırda həmin ünvanlar dəqiqləşdirilmiş və yeni qaydalarla ünvan 7vanı kimi qeydiyyat aparılmış, üçüncü şəxslər qeydiyyatda olduqları yeni qaydalarla müəyyən edilən ünvan isə iddiaçının mülkiyyətində olan mənzillə eynilik təşkil etmir.

32. Başqa sözlə iddiaçının hüquqi marağına toxunan məsələ, yəni ünvanların eyniliyi müvafiq inzibati orqan tərəfindən aradan qaldırılmış və hər bir mənzil üzrə ayrıca ünvan verilmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddianın mümkünlük şərtlərinin müəyyən edilməməsi səbəbindən ləğv edilməli, qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmamalıdır.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı,

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3507/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasina kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar