Məhkəmə qərarları › İş №2-1(104)-114/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-114/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-114/2024 23.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), X3 və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştrakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-977/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx.xx.2021-ci il tarixli, 23916 nömrəli Xəstəlik haqqında şəhadətnamədən görünür ki, Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı qoyulmuş “Döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz edən, dəlib-keçən, sağtərəfli hemopnevmotoraks, sağ ağciyərin zədələnməsi ilə müşayiət olunan güllə yaralanmasına (xx.xx.2020) görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, sağtərəfli torakosentez plevra boşluğunun Bilau üsulu ilə drənajı (xx.xx.2020) cərrahi əməliyyatından sonrakı bərkimiş dəri çapıqları, sağ Vİl qabırğanın kafi bitişmiş sınığı, xarici tənəffüs funksiyasının mülayim dərəcədə pozulması ilə, sağ ll qabırğanın kafi bitişmiş sınığı.” diaqnozu hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. TSEK-Müayinələri üzrə qiymətləndirmə nəticələrindən görünür ki, İddiaçı barəsində Göygöl Rayon Mərkəzi Xəstəxanası tərəfindən göndərişdə qeyd olunmuş “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz edən, dəlib-keçən, sağ tərəfli hemopnevmotoraks sağ ağ ciyərinzədələnməsi (əzilməsi) ilə müşayiət olunan güllə yaralanması(xx.xx.2020).Döş qəfəsinin sağ yarısının bərkimiş dəri çapıqları.Tənəffüs çatmamazlığı İİ mətni: dərəcə.Aparılmış yaraların birincili cərrahi işlənməsi sağ tərəfli torekosentez, plevra boşluğunun Bilau üsulu ilə drenajı (02.10.20) c\ə-dan s\v.Sağ Vİİ qabırğanın kafi bitişmiş sınığı.sağ tərəfli hemopnevmotoraks.Sağ ağ ciyərin zədələnməsi (əzilməsi) ilə müşayiət olunan güllə yaralanması (xx.xx.2020). Xroniki bronxiit. Hipotoniya. NSD” diaqnozu üzrə əlillik təyinindən imtina edilmiş, imtina edilmənin səbəbi “Diaqnoz əlillik əlaməti təyin etmir” olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, təqdim edilən tibbi sənədlər və əyani müayinə nəticəsi olaraq İddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 15 noyabr 2018-ci il tarixdən müddətdən artıq xidmət edən qulluqçu kimi N saylı hərbi hissənin tərkibində xidmət etmiş və 44 günlük 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. Kəlbəcər rayonunun ərazisinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş və 02 oktyabr 2020-ci il tarixdə ağır yaralanmışdır (Diaqnoz- döş qəfəsinin sağ yarısının sağ plevra boşluğuna nüfuz edən odlu silah yaralanması). Güllə sağ döş qəfəsindən girərək ağ ciyərini deşib keçmiş və arxa tərəfdən çıxmışdır. Qeyd olunan vaxt cərrahiyyə əməliyyatı olunmuş, həmin vaxtdan da mütəmadi olaraq müalicə və müayinə olunmuşdur və həmin səbəbə görə də şəhadətləndirilərək ordu sıralarından tərxis olunmuşdur. İddiaçı ordu sıralarından tərxis olunsa da əmək qabiliyyətini itirmişdir, hazırda da 2-3 kilodan ağır yük qaldıra eyni zamanda, surətli hərəkət edə və surətli nəfəs belə ala bilmir. Ona görə ki, ağciyəri zədələnib, iş qabiliyyətini itirmişdir. Ona müharibə veteranı statusu verilib, eyni zamanda cənab Prezident tərəfindən medallarla təltif olunmuşdur. Buna baxmayaraq, hazırda cavabdeh orqan tərəfindən ona əlillik dərəcəsi verilməkdən imtina edilir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya etirazda bildirilir ki, iddiaçının əlillik vəziyyətinə Göygöl Rayon Mərkəzi Xəstaxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və "X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35- Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu …; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz edən, dəlibkeçən, sağ tərəfli hemopnevmotoraks sağ ağ ciyərinzədələnməsi (əzilməsi) ilə müşayiət olunan güllə yaralanması(xx.xx.2020).Döş qəfəsinin sağ yarısının bərkimiş dəri çapıqları.Tənəffüs çatmamazlığı İl dərəcə. Aparılmış yaraların birincili cərrahi işlənməsi sağ tərəfli torekosentez, plevra boşluğunun Bilau üsulu ilə drenajı (02.10.20) clə-dan s\v.Sağ Vİİ qabırğanın kafi bitişmiş sınığı.sağ tərəfli hemopnevmotoraks.Sağ ağ ciyərinzədələnməsi (əzilməsi) ilə müşayiət olunan güllə yaralanması(xx.xx.2020). Xroniki bronxiit. Hipotoniya. NSD; Mərkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir" səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, Göygöl rayon sakini İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı qeyd edilən diaqnozun əlamətləri aşkar olunmamışdır. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-977/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı barəsində Göygöl Rayon Mərkəzi Xəstəxanası tərəfindən göndərişdə qeyd olunmuş “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz edən, dəlib-keçən, sağ tərəfli hemopnevmotoraks sağ ağ ciyərinzədələnməsi (əzilməsi) ilə müşayiət olunan güllə yaralanması(xx.xx.2020).Döş qəfəsinin sağ yarısının bərkimiş dəri çapıqları.Tənəffüs çatmamazlığı İİ mətni: dərəcə.Aparılmış yaraların birincili cərrahi işlənməsi sağ tərəfli torekosentez, plevra boşluğunun Bilau üsulu ilə drenajı (02.10.20) c\ə-dan s\v.Sağ Vİİ qabırğanın kafi bitişmiş sınığı.sağ tərəfli hemopnevmotoraks.Sağ ağ ciyərin zədələnməsi (əzilməsi) ilə müşayiət olunan güllə yaralanması (xx.xx.2020). Xroniki bronxiit. Hipotoniya. NSD” diaqnozu üzrə əlillik təyinindən imtina edilmiş, imtina edilmənin səbəbi “Diaqnoz əlillik əlaməti təyin etmir” olmuşdur. Məhkəmə iddiaçıda olan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşüb-düşməməsini müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 müraciət etmişdir. Ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçının onda olan xəstəliklərlə əlaqədar hazırda əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur. Qeyd olunan rəy onu deməyə əsas verir ki, iddiaçı tam reabilitasiya olunmuşdur və müalicələrə də ehtiyac duyulmur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçı həmin qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək xx.xx.2023-cü il tarixli, 2-1(114)-977/2023 saylı qərarın ləğv edilməsini, iddia tələbinin təmini barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bir halda ki, cavabdehin nümayəndəsinin iştirakı təmin edilmirsə nümayəndənin iştirakı olmadan işə baxılarsa hansı hüquq normasından bəhs edilə bilər. Qərarın "Təsviri hissənin" 6-cı abzasında göstərilir ki, cavabdeh tərəfindən təqdim edilmiş iddiaya etirazda bildirilir ki, iddiaçının əlillik vəziyyətinə Göygl rayon Mərkəzi xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və "X1: XX sinif - xəstələnmənin və ölümün səbəbləri = Y 35 - Y 36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar = V36 - Hərbi əməliyyatlar = Y36.4 - Hərbi əməliyyatlar nəticəsində oldu…; Diqanozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz edən, dəlib keçən, sağ tərəfli hemopnevmotoraks sağ ağ ciyərin zədələnməsi (əzilməsi) ilə müşayiət olunan güllə yaralanması (xx.xx.2020). Döş qəfəsinin sağ yarısının bərkimiş dəri çapıqları. Tənəffüz çatmamazlığı İİ dərəcə aparılmış yaraların birincili cərrahi işlənməsi sağ tərəfli toreksentez, plevra boşluğunun Bilau üsulu ilə drenajı (02.10.20) ciə-dan s/v, sağ Vİİ qabırğanın kafi bitişmiş sınığı, sağ tərəfli hemopnevmotoraks, sağ ağ ciyərin zədələnməsi (əzilməsi) ilə müşayət olunan güllə yaralanması (xx.xx.2020) xroniki bronxit. Hipotoniya NSD Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - səbəb: Diaqonz əlillik əlaməti təyin etmir səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi Göygöl rayon sakini İddiaçı əlillik vəziyyəti tibb müəssisənin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı qeyd edilən diaqnozun əlamətləri aşkar olunmamışdır. Bu səbəbdən iddiaçının iddia tələbinin əsassız və qanunsuz olması cümləsi yazılmışdır. Məhkəmə sadəcə olaraq təqdim olunan bu sənədlərə özünün daxili inamı ilə yox, məhkəmədə iştirak etməyən cavabdeh tərəfin sözlərini yansılamaqla təmin etməmişdir. Yəni iddia tələbini Qərarın 6-cı, 7-ci, 8-ci abzaslarında göstərilənlərə əsasən işə Mərkəzi Hospitala (Papaninə) göndəriş verilməsi üçün məhkəmə heç bir addım atmamışdır. Bu isə qanunsuzluğun və ədalətsizliyin ən mühüm əlamətlərindən biridir. Bununla bağlı Beynəlxalq Məhkəməyə də müraciət olunacaqdır. Cavabdeh tərəf məhkəmədə iştirak etməməklə yanaşı iddiaçının xəstəliyə düçar olmadığından və məhkəmənin laqeyd münasibətindən istifadə edərək əlilliyinin təyin olunmasına rəy verməməklə yanaşı maneçilik törətmiş. Nəticədə bəhanələrlə əlillik dərəcəsi verilməmişdir. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, maddi vəziyyəti imkan vermədiyindən və həmçinin əvvəllər də müvafiq ekspertiza yoxlanışlarıdan keçsə də, müsbət rəy əldə edilmədiyindən yenidən yoxlanışa getməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nüməyəndəsinin iştirakını təmin etməmişdir və bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. Bənd 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2020-ci il tarixində N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xəsarət almışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə şəhadətləndirilərək “Döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz edən, dəlibkeçən, sağtərəfli hemopnevmotoraks, sağ ağciyərin zədələnməsi ilə müşayiət olunan güllə yaralanmasına (xx.xx.2020) görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, sağtərəfli torakosentez plevra boşluğunun Bilau üsulu ilə drənajı (xx.xx.2020) cərrahi əməliyyatından sonrakı bərkimiş dəri çapıqları, sağ Vİl qabırğanın kafi bitişmiş sınığı, xarici tənəffüs funksiyasının mülayim dərəcədə pozulması ilə, sağ ll qabırğanın kafi bitişmiş sınığı.” diaqnozu qoyulmuş və diaqnoz “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qiymətləndirilmişdir. Daha sonra Göygöl Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçıya əlillik təyinatın aparılması üçün cavabdeh orqana müvafiq göndəriş göndərilsə də, təqdim edilən tibbi sənədlər və əyani müayinə nəticəsi olaraq İddiaçı barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Hazırda iddiaçı müvafiq tələblə məhkəməyə müraciət edərək cavabdeh inzibati orqan tərəfindən ona əlillik təyin edilməsini tələb edir. Məhkəmə kollegiyası iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı barəsində Göygöl Rayon Mərkəzi Xəstəxanası tərəfindən göndərilmiş göndərişdə ona qoyulmuş diaqnoz üzrə cavabdeh inzibati orqan tərəfindən əlillik əlaməti təyin edilmədiyindən əlillyin təyinindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıda olan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli №413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşüb-düşməməsinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 müraciət edilmiş və əldə edilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçının onda olan xəstəliklərlə əlaqədar hazırda əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur. Həmçinin apellyasiya icraatı zamanı iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilsə də, iddiaçı müvafiq müayinədən keçmək üçün ekspertiza mərkəzinə getmədiyindən rəyin əldə edilməsi mümkün olmamışdır. Kollegiya qeyd edir ki, X1na əsasən iddiaçıya qoyulmuş diaqnoz kodu Y36.4 kimi müəyyən edilmişdir ki, həmin kodlu xəstəlik isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli №413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə müəyyən edilmiş xəstəliklərin əhatə dairəsində əks olunmamışdır. Bundan başqa Tibbi-sosial ekspert komissiyası tərəfindən iddiaçıya münasibətdə “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavə”nin qüvvədə olduğu dövrdə qəbul edildiyindən kollegiya tərəfindən iddiaçıya qoyulmuş diaqnozun sözügedən “Əlilliyin müəyyən olunması meyarlarına Əlavə”də öz əksini tapıb-tapmaması istiqamətində araşdırmalar aparılmış və iddiaçıya qoyulmuş diaqnozun həmin əlavədə öz əksini tapmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-977/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar