Məhkəmə qərarları › İş №2-1(104)-118/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-118/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-118/2024 01.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, «əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1653/2023 nömrəli qərarınından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi.. İşin halları:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il N-663 qərarına əsasənTərtər RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Bərdə rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma «Sağ baldır nahiyyəsində irinləmiş odlu silah yaralanması (qəlpə)» (Azərbaycan Respublikası SHXÇDX-nin Tarter rayon şöbəsinin xx.xx.2013-cü il tarixli SHSB/880 nömrəli göndərişi, xx.xx.2013-cü il tarixli SHSB/731 nömrəli arayışı, Bərdə rayon mərkəzi xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir), «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.

2. Tibbi-Sosial Ekspert komissiyasının əlilliyin qiymətləndirilməsinə dair məlumatından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə 1 il müddətinə ("Xəstəliklərin BeynəlxalqTəsnifatı: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M86-M90 - Digər osteopatiyalar => M86 -Osteomielit => M86.6 - Digər xro) Sağ baldır nahiyyəsində irinləmiş odlu silah yaralanmasından sonra sağ qamış sümüyünün osteomieliti, yerimə funksiyasının pozulması ilə. Sağtərəfli radikulopatiya, lüboişalgiya.Hipertoniya ll mər.Sol üz sinirinin işemik neyropatiyası.ÜlX:Gərginlik stenikardiyası İl fs. Diaqnozu əsasında İİİ dərəcə əlillik təyin edilmişdir, səbəb olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar qeyd edilmişdir.

3. Tibbi-Sosial Ekspert komissiyasının əlilliyin qiymətləndirilməsinə dair məlumatından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə 5 il müddətinə ("Xəstəliklərin BeynəlxalqTəsnifatı: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M86-M90 - Digər osteopatiyalar => M86 -Osteomielit => M86.6 - Digər xro) Sağ baldır nahiyyəsində irinləmiş odlu silah yaralanmasından sonra sağ qamış sümüyünün osteomieliti,yerimə funksiyasının pozulması ilə. Sağtərəfli radikulopatiya,lüboişalgiya. Hipertoniya ll mər.Sol üz sinirinin işemik neyropatiyası.ÜlX:Gərginlik stenikardiyası İl fs. Diaqnozu əsasında İİİ dərəcə əlillik təyin edilmişdir, səbəb olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar qeyd edilmişdir.

4. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsinə dair Tərtər Rayon Mərkəzi Xəstəxanasının Azərbaycan Respublikasi Sahiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına ünvanlanan xx.xx.2013-cü il tarixli Göndəriş N-0319003AAGPV TQS N088 qeyd olunub ki, İddiaçı xəstəliyə görə son 6 ay ərzində müraciətləri bunlar olub: XBT10 kodu –M86.6 Digər xroniki osteomielit müraciətlərin tarixli xx.xx.2021,xx.xx.2021,xx.xx.2020,xx.xx.2021,xx.xx.2021,xx.xx.2021,xx.xx.2020, xx.xx.2021.-ci ildə əsas diaqnoz qeyd olunub. M86.6 Digər xroniki osteomilit Sağ baldır nahiyəsində Sağ baldır nahiyəsində irinləmiş odlu silah yaralanmasından sonrakı sağ qamış sümüyü xroniki osteomilit Digər xroniki osteomielit.

5. Tərtər Rayon Mərkəzi Xəstəxanasının Azərbaycan Respublikasi Sahiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına Göndəriş N-0319003AAJW2 TQS N088 İddiaçının xəstəliyə görə son 6 ay ərzində müraciətləri bunlar olub: Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və diqər silah növləri ilə törədilmiş zədələnmələr müraciət tarixləri: xx.xx.2021,xx.xx.2022,xx.xx.2022-ci ildə, əsas diaqnoz kimi qeyd olunub Y-36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanması. Sağ baldır nahiyəsində irinləmiş odlu silah yaralanmasından sonrakı vəziyyət (xx.xx.1992)

6. Tibbi-Sosial Ekspert komissiyasının əlilliyin qiymətləndirilməsinə dair məlumatından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə əlilliyi qiymətləndirilmiş, diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyin edilməsindən imtina edilmişdir.

7. xx.xx.2022-ci il tarixdə qiymətləndirmə zamanı “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanması. Sağ baldır nahiyəsində irinləmiş odlu silah yaralanmasından sonrakı vəziyyət (xx.xx.1992) Sağ Bel, Bud və Sağrı: baldır nahiyələrinin bərkimiş dartıcı kelloid çapıqları. Posttravmatik osteofitləri. Daimi ağrı sindromu. Yumşaq toxumada yad cisimlər (metal qəlpələr) Onurğanın yayılmış osteoxondrozu iki tərəfli deformasiyaedici koksartroz. Yerişin pozulması diaqnozu qoyulmuş və diaqnoz əlillik əlaməti təyin etmədiyi üçün imtina edilmişdir.

8. xx.xx.2022-ci il tarixdə qiymətləndirmə zamanı Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanması. Sağ baldır nahiyəsində irinləmiş odlu silah yaralanmasından sonrakı vəziyyət (xx.xx.1992) diaqnozu qoyulmuşdur. Həmin diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən diaqnoz əlillik əlaməti təyin etmir.

9. Azərbaycan Respublikasi Əmək va Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosil Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixdə **********6 nömrəli qərarından görünür ki, 24 nəfər vətəndaşın, habelə İddiaçı əlilliyi qiymətləndirilmiş, diaqnoz əlillik əlaməti təyin etmir qərara alınmışdır.

10. Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, T346/2023 nömrəli ekspert rəyinə görə, təqdim edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1,2. Vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə qeyd edilən "Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması, sağ baldır nahiyəsində irinləmiş odlu silah yaralanmasından sonrakı vəziyyət (xx.xx.1992), sağ bel, bud və sağrı, baldır nahiyələrinin bərkimiş dartıcı kelloid çapıqları, posttravmatik osteofitləri, daimi ağrı sindromu, yumşaq toxumada yad cisimlər (metal qəlpə), onurğanın yayılmış osteoxondrozu, ikitərəfli deformasiyaedici koksartroz, yerişin pozulması" diaqnozu xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri nəticəsində və özünün əyani müayinəsi əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olduğundan əmək qabiliyyətinin itirilməsinə səbəb olmamışdır. 3. Yuxarıda qeyd edilən xəstəliklərlə əlaqədar hazırda İddiaçı əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, lakin xəstəliklər kəskinləşərsə ağırlığından asılı olaraq ambulator, yaxud stasionar müalicəyə cəlb oluna bilər.

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat ürə Mərkəzi Filialı 29 dekabr 2023-cü il 3-17-1/2-310457/2023 nömrəli pensiya işinə dair sənədlərin göndərilməsi haqqinda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat ürə Mərkəzi Filialına 4 dekabr 2023-cü il tarixində daxil olmuş 2-1(104)-797\2023 nömrəli sorğu üzrə aidiyyəti üzrə baxılmış, bununla əlaqədər olaraq vətəndaş İddiaçı pensiya işinə sənədlərin təsdiq edilmiş və əliliyə görə xx.xx.2016-cı ildən İddiaçı pensiya təyin edilməsi müəyyən olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

12. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitatsiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəsi ilə bağlı xx.xx.2022-ci il tarixli qiymətləndirməsinə dair qərarın ləğv edilməsi və tibbi-sosial ekspertiza keçirilərək əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması”nı xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü ildən başlayaraq 2021-ci ilin may ayınadək İİİ qrup hərbi əlillik almışdır. Lakin 2021-ci ilin may ayında onun əlilliyi ləğv edilmişdir. İndiyədək üç dəfə cavabdehə müraciət etsə də, hər dəfə də canlı (onlayn) müayinədən keçsə də, iddiaçı barəsində «Diaqnoz əlillik əlaməti təyin etməməsi» səbəbi və «Diaqnoz əlillik əlaməti təyin etmir barədə» qərar qəbul edilmişdir ki, iddiaçı bunu cavabdehin qanunsuz və əsassız hərəkətləri hesab edir. Belə ki, müayinə və müalicə dövründə həkimlər əsas diaqnoz kimi « Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu Silah Yaralanması. Sağ baldır nahiyəsində irinləmiş odlu silah yaralanmasindan sonrakı vəziyyət (xx.xx.1992)» göstərilmiş və bu diaqnoz ilə 2013-cü ildən əlilik təyin edilmiş və həmin vaxtdan da 2021-ci ilin may ayınadək İİİ grup əlillik pensiyası almışdır.

14. Daha sonra məhkəmə iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərarının qismən ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur.

15. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair etiraz ərizəsində qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyəti Tərtər Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; "X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M86- M90 - Digər osteopatiyalar => M86 - Osteomielit => M86.6 - Digər xro… Diaqnozun mətni: Sağ baldır nahiyyəsində irinləmiş odlu silah yaralanmasından sonra sağ qamış sümüyünün osteomieliti, yerimə funksiyasının pozulması ilə. Sağtərəfli radikulopatiya, lüboişalgiya. Hipertoniya ll mər. Sol üz sinirinin işemik neyropatiyası.ÜlX:Gərginlik stenikardiyası İl fs., Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3." səbəbi ilə 1 il müddətinə əlillik verilmişdir. X3 xx.xx.2016-ci il tarixli göndəriş əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; "X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M86-M90 - Digər osteopatiyalar => M86 - Osteomielit => M86.6 - Digər xro…, Diaqnozun mətni: Sağ baldır nahiyyəsində irinləmiş odlu silah yaralanmasından sonra sağ qamış sümüyünün osteomieliti,yerimə funksiyasının pozulması ilə.Sağtərəfli radikulopatiya, lüboişalgiya. Hipertoniya İl mər. Sol üz sinirinin işemik neyropatiyası.ÜlX:Gərginlik stenikardiyası İl fs., Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3" səbəbi ilə 5 il müddətinə əlillik verilmişdir. Daha sonra həmin xəstəxananın xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və "X1: Xİİİ Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M-86-M90-Digər xroniki osteomielit, Sağ baldır nahiyəsində irinləmiş odlu silah yaralanmasından sonrakı sağ gamış sümüyü xroniki osteomieliti.Digər xroniki osteomielit Ağırlaşma S81.8 Baldırın digər hissələrinin açıq yarası, Sağ baldırın açıq yarası (odlu silah xx.xx.1992) Ağırlaşma M43.1 Spondilolistez, Spondilolistez.L5 in Spondilolistezi L4-L5 fəqərəarası diskin sağ tərəfli yırtığı Ağırlaşma R26.2 Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, Yerimənin əhəriyyətli dərəcədə pozulması Ağırlaşma M42.9 Onurğanın dəqiqləşdirilməmiş osteoxondrozu, Onurğanın deqiqləşdirilməmiş osteoxondrozu Ağırlaşma M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Sağ tərəfli radikulopatiya.bel və digər şöbələrin fəqərəarası diskirəin radikulopatiya ilə Ağırlaşma S71.1 Budun açıq yarası, Budun açıq yarası (xx.xx.2020 İl li Qarabağ müharibəsi) Ağırlaşma M54.4 İşiasla gedən lümbaqo, İşiasla gedən lümbaqo Ağırlaşma T93.0 Aşağı ətrafın açiq yaralanmasının nəticələri, Aşağı ətrafın açıq yaralanmasının nəticələri Yanaşı xəstəliklər 124.9 Ürəyin dəqiqləşdirilməmiş kəskin işemik xəstəliyi, Ürəyin dəqiqləşdirilməmiş kəskin işemik xəstəliyi Yanaşı xəstəliklər G51.0 Bella iflici, Sol üz sinirinin işemik neyropatiyası Yanaşı xəstəliklər 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi İİ B mərhələ (yüksək əlavə risk ) Yanaşı xəstəliklər 120.8 Stenokardiyanın digər formaları, Stenokardiyanın digər formaları Yanaşı xəstəliklər F48.0 Nevrasteniya, Nevrasteniya, Məzkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin ağırlıq dərəcəsi, xüsusiyyətləri qeyd edilməmişdir." səbəbi ilə imtina verilmişdir. funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər Həmin xəstəxananın xx.xx.2021-ci ildə sözügedən xəstəxananın göndərişi əsasında baxılmış və X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər…, Diaqnozun mətni: Sağ baldır nahiyəsində irinləmiş odlu silah yaralanmasından sonrakı sağ qamış sümüyü xroniki osteomieliti.Digər xroniki osteomielit, Məzkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir" səbəbi ilə imtina verilmişdir. Həmin xəstəxananın xx.xx.2022-ci ildə sözügedən xəstəxananın göndərişi əsasında baxılmış və "X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu …Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması, sağ baldır nahiyəsində irinləmişodlu silah yaralanmasından sonrakı vəziyyət (xx.xx.1992) sağ bel,bud və sağrı baldır nahiyələrinin bərkimiş dartıcı kelloid çapıqları, posttravmatik osteofitləri, daimi ağrı sindromu, yumşaq toxumada yad cisimlər (metal qəlpədə onurğanın yayılmış osteoxondrozu iki tərəfli deformasiyaedici koksartroz yerişin pozulması, Mərkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir" səbəbi ilə imtina verilmişdir. Həmin xəstəxananın xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması, sağ baldır nahiyəsində irinləmiş odlu silah yaralanmasından sonrakı vəziyyət (xx.xx.1992), Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir. Həmçinin sonuncu göndəriş əsasında vətəndaş əyani müayinəyə dəvət olunmuş və barəsində Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul olunmuşdur. Beləliklə, həm elektron qiymətləndirmənin, həm əyani müayinənin nəticəsində vətəndaşa əlillik təyin edilməmişdir.

16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1653/2023 nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddia təmin edilməmişdir.

17. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hazırda təqdim etdiyi sənədlərdəki xəstəliklər ona əlilliyin təyini üçün əsas deyildir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, məhkəmə icraatı zamanı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, T346/2023 nömrəli ekspert rəyinə görə vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə qeyd edilən "Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması, sağ baldır nahiyəsində irinləmiş odlu silah yaralanmasından sonrakı vəziyyət (xx.xx.1992), sağ bel, bud və sağrı, baldır nahiyələrinin bərkimiş dartıcı kelloid çapıqları, posttravmatik osteofitləri, daimi ağrı sindromu, yumşaq toxumada yad cisimlər (metal qəlpə), onurğanın yayılmış osteoxondrozu, ikitərəfli deformasiyaedici koksartroz, yerişin pozulması" diaqnozu xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri nəticəsində və özünün əyani müayinəsi əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olduğundan əmək qabiliyyətinin itirilməsinə səbəb olmamışdır. Əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, lakin xəstəliklər kəskinləşərsə ağırlığından asılı olaraq ambulator, yaxud stasionar müalicəyə cəlb oluna bilər.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

18. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

21. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, bu barədə məhkəyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ.Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra -TSEK) tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

25. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nın: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

28. İşin hallarından məlum olur ki, iddiaçıya ilkin olaraq xx.xx.2015-ci il tarixdə 1 il müddətinə, daha sonra xx.xx.2016-cı il tarixdə 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir.

29. Bundan sonra, xx.xx.2022-ci il tarixdə qiymətləndirmə zamanı “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanması. Sağ baldır nahiyəsində irinləmiş odlu silah yaralanmasından sonrakı vəziyyət (xx.xx.1992) Sağ Bel, Bud və Sağrı: baldır nahiyələrinin bərkimiş dartıcı kelloid çapıqları. Posttravmatik osteofitləri. Daimi ağrı sindromu. Yumşaq toxumada yad cisimlər (metal qəlpələr) Onurğanın yayılmış osteoxondrozu iki tərəfli deformasiyaedici koksartroz. Yerişin pozulması diaqnozu qoyulmuş və diaqnoz əlillik əlaməti təyin etmədiyi üçün imtina edilmişdir.

30. xx.xx.2022-ci il tarixdə qiymətləndirmə zamanı Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanması. Sağ baldır nahiyəsində irinləmiş odlu silah yaralanmasından sonrakı vəziyyət (xx.xx.1992) diaqnozu qoyulmuşdur. Həmin diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən diaqnoz əlillik əlaməti təyin etmir.

31. Azərbaycan Respublikasi Əmək va Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosil Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixdə **********6 nömrəli qərarından görünür ki, 24 nəfər vətəndaşın, habelə İddiaçı əlilliyi qiymətləndirilmiş, diaqnoz əlillik əlaməti təyin etmir qərara alınmışdır.

32. Qərarda qeyd olunmuşdur ki, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ürəyində, aşağı ətraflardakı ağrılardan, keyimələrdən şikayətlənmiş, sağ baldırın aşağı 1/3-də, sağ budun yuxarı 1/3-də, sağ bel nahiyəsində ~12-15 sm əməliyyat çapığı izlənilmiş, əzələlər atrofiyasız, əzələ gücü, tonusu normal, reflekslər solda normal, sağda Axil refleksi çağrılmamış, əlillik təyinatına əsas verən hərbi parez, patofunksional pozuntu travmanın qalıq əlaməti, iflic, və hərəki məhdudluq aşkar edilməmişdir. Yanaşı olaraq ürəyində olan ağrılardan şikayətləndiyi üçün ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022ci il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi "Aorta sərtləşib. Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, septumun cüzi hipetrofiyası (1.2 sm), diastolik funksiya relaksativ tipdə pozulub, segmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=58%). Aortal və Mitral qapaqlar fibrokalsifikdir. Min müəyyənləşdirilmişdir. MR. Min TR. Perikard temizdir" kimi Hal-hazırda vətəndaşın aktiv əmək müqaviləsi var. Qeyd edilir ki, vətəndaş xx.xx.2022-ci il tarixdə DTSERA-da əyani müayinə olunmuş "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əyləşəndə sağrı nahiyəsində olan ağrıdan şikayətlənmişdir. Baxış zamanı sağ baldırın aşağı 1/3-in iç səthində və budun yuxarı arxa 1/3-də yumşaq toxuma defektli çapıqlar və bel nahiyəsində əməliyyatdan sonrakı çapıq izlənsə də, nevroloji müayinədə sağ pəncənin plegiyası inkar olunmuş, hipotrofiya, atrofiya, parez aşkar olunmamış, sağ aşağı ətrafın hərəkəti sərbəst, hərəki məhdudiyyət izlənilməmişdir" kimi qiymətləndirilmişdir. Hal-hazırda dinamikada ağırlaşmalar aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

33. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək ona əlillik təyin edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, əlilliyin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq hazırda iddiaçıya təyin edilən diaqnoz əlilliyin təyin olunmasına əsas yaratmamışdır.

35. Başqa sözlə iddiaçıya məxsus göndərişdə qeyd olunan xəstəliklər adıçəkilən əsasnamədə mövcud deyildir.

36. Habelə, Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, T346/2023 nömrəli ekspert rəyinə görə, təqdim edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə qeyd edilən "Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması, sağ baldır nahiyəsində irinləmiş odlu silah yaralanmasından sonrakı vəziyyət (xx.xx.1992), sağ bel, bud və sağrı, baldır nahiyələrinin bərkimiş dartıcı kelloid çapıqları, posttravmatik osteofitləri, daimi ağrı sindromu, yumşaq toxumada yad cisimlər (metal qəlpə), onurğanın yayılmış osteoxondrozu, ikitərəfli deformasiyaedici koksartroz, yerişin pozulması" diaqnozu xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri nəticəsində və özünün əyani müayinəsi əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olduğundan əmək qabiliyyətinin itirilməsinə səbəb olmamışdır. Yuxarıda qeyd edilən xəstəliklərlə əlaqədar hazırda İddiaçı əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, lakin xəstəliklər kəskinləşərsə ağırlığından asılı olaraq ambulator, yaxud stasionar müalicəyə cəlb oluna bilər.

37. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinası əsaslı və qanuni olmuşdur.

38. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1653/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar