Məhkəmə qərarları › İş №2-1(104)-12/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-12/2025

17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-12/2025 17.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Məmmədov Müşfiq Vaqif oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-32N/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı maddi və mənəvi zərərin ödənilməsi ilə əlaqədar etdiyi müraciətin müsbət həllindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli C/30, xx.xx.2022-ci il tarixli C/N22, xx.xx.2022-ci il tarixli, C/1313 və xx.xx.2022-ci il tarixli C/3N90 nömrəli məktublarla imtina edilərək onunla əsaslandırılmışdır ki, vaxtından əvvəl ehtiyata buraxılan müddətli həqiqi hərbi qulluqçulara təzminat ödənilməsi qanunvericiliklə nəzərdə tutulmayıb.

İşdə olan sənədlər:

2. SX ******* nömrəli hərbi biletdə aparılmış qeydlərdən görünür ki, İddiaçı Hərbi həkim komissiyasının xx.xx.2021-ci il tarixli 21345 nömrəli Xəstəlik haqqında şəhadətnaməsinə əsasən “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” olduğu üçün həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.

3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, C/44N9 nömrəli məktubunda qeyd edilmişdir ki, 2021-ci ilin aprel çağırışına hazırlıqla əlaqədar 2003-cü il təvəllüdlü İddiaçı Xidmətin Bərdə rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş, qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və səhhəti ilə əlaqədar Bərdə rayon Mərkəzi Xəstəxanasına əlavə müayinəyə göndərilmişdir. Müayinə nəticələrinə əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası” haqqında Əsasnamənin “Xəstəliklər cədvəli”nin İ qrafasına müvafiq olaraq “Hərbi xidmətə yararlıdır-A3” hesab edilərək, xx.xx.2021-ci il tarixdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə sağlamlıq vəziyyətinə görə vaxtından əvvəl ehtiyata buraxılmışdır. İddiaçı barəsində qəbul olunan “Hərbi xidmətə yararlıdır-A3” qərar Bərdə Rayon Mərkəzi Xəstəxanasının təqdim etdiyi “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”na əsasən verilmişdir.

4. xx.xx.2021-ci il tarixli, 24825 nömrəli Xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı qoyulmuş “Revmatizm, qeyri-fəal dövr, mitral qapaq çatışmazlığı; Hər iki gözün miopiyası M 4.0 D nəticəsində görmə itiliyinin sağda 0.3-ə qədər, solda 0.5-ə qədər azalması, korreksiya ilə hər iki gözün görmə itiliyi 1.0 olmaqla; 36-ci dişin ikincili adentiyası” diaqnozu ümumi xəstəlikdir, Vertebrogen mənşəli lümbalgiya, remissiya mərhələsində; Gərginlik tip baş ağrıları xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.

5. “Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyi” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli PHŞ/1.1-2-2022-209 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə “Bərdə RMX” PHŞ-nin Poliklinika şöbəsinin kardioloji kabinetində EKQ müayinəsindən keçmiş və sağlam hesab edilmişdir.

6. xx.xx.2021-ci il tarixli, 319 nömrəli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi” aktında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək ambulator müayinədə olmuş, şikayətləri hər iki gözünün zəif görməsindən ibarətdir. - Anamnezi: Özünün deməsinə görə uşaqlıqdan gözləri zəif görür.Görmə qabiliyyəti tədricən zəifləyib. - Obyektiv müayinənin məlumatları: Göz qapaqları normaldır. Buynuz qişa şəffafdır. Bəbək dairəvi olub, işığa reaksiya verir. - Diaqnoz: OU-Zəif dərəcəli miopiya. M-0,N5-1,0D. N. Bərdə Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli, PHŞ-6-28/2- 4N9/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmiş və xx.xx.2021-ci il tarixli müayinələrdən sonra, “Mitral qapaq çatmazlığı” diaqnozuna əsasən, hərbi xidmətə yarasız hesab olunmuşdur. İddiaçı və atası Nümayəndə şikayətləri əsasında Poliklinika şöbəsinin müdiri Nahid Abbasovun və Hərbi Həkim Komissiyasının sədri (həkim travmatoloq) Əlağa Əhmədovun izahatları alınmış, bildirmişlər ki, Xidmətin Bərdə rayon şöbəsində qeydiyyatda olan İddiaçı xx.xx.2021-ci ii tarixdə “Bərdə RMX” phş-nin Poliklinika şöbəsinin kardioloji kabinetində EKQ müayinəsindən keçmiş və sağlam hesab edilmişdir. İddiaçı müayinə edən Poliklinika şöbəsinin həkim kardioloqu Rafiq Piriyevin də izahatı alınmış və bildirmişdir ki, müayinə zamanı (xx.xx.2021) İddiaçı Anamnesis morbi soruşulduqda heç bir şikayəti olmadığına, EKQ-də heç bir dəyişiklik olmadığına və auskultasiyada patolofi küy eşidilmədiyinə görə ona EXO müayinəsi məsləhət görülməmişdir. Bu səbəbdən də İddiaçı xəstəliyini aşkarlamaq mümkün olmamışdır. Odur ki, İddiaçı hərbi xidmətə çağırışla bağlı Bərdə RMX-nın Poliklinika şöbəsində müayinə olunduğu günədək (xx.xx.2021) Bərdə RMX-da heç bir xəstəlik diaqnozu ilə dispanser qeydiyyatda olmamışdır.

8. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, 2003-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək NNN saylı, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N saylı hərbi hissələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2021-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının HHK-sı tərəfindən “Revmatizm, qeyri fəal dövr, mitral qapaq çatışmazlığı. Gərginlik tip baş ağrıları. Vertebrogen mənşəli lümbalgiya. Hər iki gözün qarışıq astiqmatizmi Hm 0,50D və 1,0D görmə iliyinin sağda 0,4ə qədər azalması, korreksiya ilə 0,8, solda 1,0 olmaqla. 36-cı dişin kariyesi” diaqnozu ilə şəhadətləndirilmişdir. xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixlli 321 saylı əmrilə ehtiyata buraxılmışdır. xx.xx.2021-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsində qeydiyyatdadır (Əsas: Hərbi bilet SX №0625920; Xəstəlik haqqında şəhadətnamə №21345).

9. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2023-cü il tarixli, 4542 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu əsgər İddiaçı xx.xx.2021-ci il tarixdən N nömrəli hərbi hissəyə köçürülmüşdür.

10. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 185 nömrəli əmrindən çıxarışa əsasən, Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 036 nömrəli və xx.xx.2021-ci il tarixli 044 nömrəli sərəncamlarına əsasən digər hərbi hissələrə köçürülmüş 2021-ci ilin aprel çağırışlı müddətli həqiqi hərbi xidmət qulluqçusu əsgər İddiaçı 2N iyun 2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış, xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmiş hesab edilmişdir.

11. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərişdə qeyd edilmişdir ki, İddiaçı yenidən xəstəliyin səbəb əlaqəsini müəyyən etmək üçün tibbi müayinə üçün şəhadətləndirilmiş, dianoz “Revmatizm, qeyri fəal dövr, mitral qapaq çatışmazlığı. Gərginlik tip baş ağrıları. Vertebrogen mənşəli lümbalgiya. Hər iki gözün qarışıq astiqmatizmi. Hm 0,50D və 1,0D görmə itiliyinin sağda 0,4-ə qədər azalması, korreksiya ilə 0,8, solda 1,0 olmaqla. 36-cı dişin kariyesi” kimi müəyyən edilmişdir.

12. Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına X1 xx.xx.2023-cü il tarixli obyektiv müayinə nəcələrində İddiaçı barəsində təyin edilmiş diaqnoz “İ34.1 Mitral qapağın prolapsı” kimi qeyd edilmişdir.

13. xx.xx.2023-cü il tarixli, 60N6 nömrəli Xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı qoyulmuş “Revmatizm, qeyri-fəal dövr, mitral qapağın ilkin prolapsı; L (birinci) dərəcəli mitral çatışmazlığı. Sağ gözün qarışıq astiqmatizmi Hm 0,5D və 1,0D görmə itiliyinin 0,4-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla” diaqnozu ümumi xəstəlikdir, “Vertebrogen lumbalgiya, remissiya mərhələsində. Gərginlik tip baş ağrıları” xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.

14. “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji anatomiya Birliyi”publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, N85/KEŞ nömrəli ekspert rəyinə əsasən: - İddiaçı məhkəmə-tibbi və mütəxəssis müayinələri zamanı onda hal-hazırda “Mitral qapağın prolapsı” və “OU-mürəkkəb miopik astiqmatizm” kimi xəstəliklərinin olduğu müəyyən edildi. Qeyd olunan xəstəliklər uzun sürən xroniki xəstəliklərdir. - İddiaçı düçar olduğu xəstəliklər hərbi xidmət dövründə özünü bürüzə vermişdir. Daha erkən vaxtda qeyd olunan xəstəliklərlə əlaqədar hər hansı bir şikayət və tibbi sənəd mövcud olmadığından xəstəliklərin konkret olaraq əmələ gəlmə müddəti haqqında dəqiq fikir söylənilməsi mümkün olmadı. - İddiaçı xx.xx.2021-ci il tarixdə hərbi xidmətə çağırılarkən onda qeyd olunan xəstəliklərin və hansı inkişaf mərhələsində olub-olmaması haqqında fikir söylənilməsi mümkün deyil. - İddiaçı düçar olduğu xəstəliklərin müəyyən edilməsi üçün ona funksional diaqnostik, laborator və instrumental müayinələr aparılmaqla müvafiq profil üzrə həkimlərin konsultativ baxışından sonra təyin oluna bilər.

15. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 18-1-28/2-523/2024 nönrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı son olaraq “Mitral qapağın prolapsı İİ dərəcə (Nmm)” diaqnozu qoyulmuşdur.

16. Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına X1 xx.xx.2023-cü il tarixli müayinə nəcələrində İddiaçı barəsində EKQ-nin nəticəsi – “Sinus aritmiyası. Erkən repolyarizasiya sindromu”, EXOKQ-nin nəticəsi – “Sol mədəciyin sistola-diastolik ölçüləri. N.Sistolik funksiya. N 2VEF – 55%. Sol mədəciyin divar hərəkət qüsuruizlənilmir. Sol qulaqçıq, sağ boşluq ölçüləri N. Pulmonar arteriya təzyiqi N. Mitral qapaq ön tayın N mm prolapsı izlənilir. Dopler EXOKQ: İ mç”, Diaqnoz – “Mitral qapağın prolapsı İİ dərəcəli (N mm) İ34.1” kimi qeyd edilmişdir. 1N. “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji anatomiya Birliyi”publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, T N11/2024 nömrəli ekspert rəyinə əsasən: -“ATU-nun XN”nın Oftalmologiya şöbəsinin müdiri, t.e.d. dosent, oftalmoloq Qurban İsmayılovun xx.xx.2023-cü il tarixdə baxışı zamanı İddiaçı “OU-mürəkkəb miopik astiqmatizm” diaqnozu təyin edilmişdir. X2 İddiaçı xx.xx.2024-cü il tarixdə EKQ müayinəsindən keçərkən onda “Sinus aritmiyası. Erkən repolyarizasiya sindromu” müəyyən edilmiş, həmin tarixli transtorakal exokardioqrafiya müayinəsinin nəticəsində qeyd edilmişdir: sol mədəciyin sistoladiastolik ölçüləri və sistolik funksiyası normaldır, LVEF-559N6. Sol mədəciyin divar hərəkət qüsuru izlənilmir. Sol qulaqcıq, sağ boşluq ölçüləri normaldır. Pulmonar arteriya təzyiqi (SPAP-mmhHag) normaldır. Mitral qapaq ön tayın N mm prolapsı izlənilir. Doppler EXO-KQ: 1 MÇ. Mütəxəssislər tərəfindən ona “Mitral qapağın prolapsı İİ (iki) dər (N mm) İ34.1” diaqnozu qoyulmuşdur. - Vətəndaş İddiaçı hərbi xidmətdən əvvəl yəni xx.xx.2021-cı il tarixdə “Bərdə RMX” phş-in poliklinika şöbəsinin kardioloji kabinetində EKQ müayinəsindən keçmiş, EKQ-də heç bir dəyişiklik olmadığına və auskultasiyada patoloiji küy eşidilmədiyindən sağlam hesab edilmişdir. Həmçinin İddiaçı hərbi xidmətə çağırışla bağlı Bərdə RMX-nın poliklinika şöbəsində müayinə olunduğu günədək (xx.xx.2021) Bərdə RMX-da heç bir xəstəlik diaqnozu ilə dispanser qeydiyyatda olmamışdır. Belə ki, hərbi xidmət dövründə 2021-ci ilin oktyabr ayında MN MHP-a HHK müayinəsi zamanı ExoKQ-da olan dəyişikliklərlə əlaqədar MN BKH-a revmatoloq və kardioloqun konsultasiyasına göndərilmiş və aparılan müayinələrin nəticələrinə əsasən, ona “Revmatizm, qeyri-fəal dövr, mitral qapaq çatışmazlığı” diaqnozu qoyulmuşdur. Həmin diaqnozla bağlı xx.xx.2021-ci il tarixdə hərbi xidmətdən təxris olunmuşdur. Bütün bu yazılanlar “Mitral qapaq prolapsı”nın qazanılma olması, yəni hərbi xidmət dövründə alınmasını istisna etmir. İddiaçı adına hərbi xidmətdən əvvəl “Bərdə Rayon Mərkəzi Xəstəxanası” phş-də tərtib edilmiş xx.xx.2021-ci il tarixli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktında “OU-Zəif dərəcəli miopiya, M025-1,0 D” diaqnozunun qeyd edilməsinə və anamnezinə əsasən həmin diaqnozun onda hərbi xidmətə çağırışdan əvvəl aşkar olunması qənaətinə gəlməyə əsas verir. - İddiaçı aşkar edilmiş xəstəlik ürəyin elektrokardioqrafik və exokardioqrafik müayinələri zamanı müəyyən edilə bilər.

18. Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına X1 İddiaçı barəsində xx.xx.2025-ci il tarixli tibbi rəyində qeyd edilmişdir ki: - EKQ-nin nəticələri: Sinus ritmi. Üeo yarı vertical vəz. Erkən repolyariza sindromu qeyd edildi. - EXOKQ-nin nəticələri: Sol mədəciyin sistola diastolik ölçüləri normaldır. Sistolik funksiyası normaldır. LVEF – 55%. Seqmentar hərəkət qüsuru qeyd olunmur. Sol qulaqçıq və sağ boşluq ölçüləri N.SPAP- normal. Mitral qapaq ön tayın 5 mm prolapsı izlənilir. MŞ-İ. - Diaqnoz: Mitral qapağın prolapsı.

19. Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına X1 xx.xx.2025-ci il tarixli, 3-28- N/2-150/2025 nömrəli məktubuna əlavə edilmiş konsultasiya nəticəsində qeyd edilmişdir ki, xəstə İddiaçı xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024-cü il tarixlərdə C.Abdullayev adına X1 poliklinika şöbəsində ambulator müayinələrdən keçmişdir. Müayinələrə əsasən: - Diaqnoz – “Mitral qapağın prolapsı”. - Mitral qapağın prolapsının nə vaxtdan yaranmasını müəyyən etmək mümkün deyil. - Xəstə xx.xx.2021-ci il tarixində hərbi xidmətə çağırılarkən ETKİ-də olmamışdır. Bu səbəbdən həmin dövrdə “mitral qapağın prolapsı” diaqnozunun olub-olmamasına cavab verilməsi mümkün deyil.

Birinci instansiya məhkəməsində icraat:

20. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xəstə olduğu halda düzgün müayinə edilmədən hərbi xidmətə göndərildiyi üçün maddi və mənəvi ziyan olaraq 25000 (iyirmi beş min) manat məbləğində kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021 ci il tarixdə Bərdə rayon SHXÇDX tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, komissiyadan keçirilərək Müdafiə Nazirliyinin NNN nömürəli hərbi hissəsinə göndərilmiş və N iyun 2021-ci il tarixdən xidmətini MN-nin N nömürəli hərbi hissəsinin zenit raket batareyasının pilotsuz uçuş aparatına qarşı mübarizə heyətinin tuşlayıcı operator vəzifəsində, əsgər hərbi rütbəsində hərbi xidmətə davam etmişdir. Xidməti dövründə səhhətində problemlər yaranmış və xx.xx.20121-ci il tarixdə Müdafiə Nazirliyinin həkimləri tərəfindən xidmətə yararsız bilinərək ordu sıralarından təxris olunmuşdur. Bir sıra dövlət orqanlarına rəsmi müraciətləri olsa da, heç bir əhəmiyəti olmamışdır. Belə ki, Hərbi Prokrorluğun araşdırmasının və həkim komisiyalarının rəyindən məlum olmuşdur ki, onda olan xəstəlik ümumi xəstəlik olub və Səfərbərlik xidmətinin əməkdaşları vəzifə səlahiyyətlərini aşaraq onu düzgün yoxlamamış, hərbi xidmətə yararlı olaraq göndərmişdir. 8 ay ərzində ona və ailəsinə 25000 (iyirmi beş min) manat məbləğində maddi və mənəvi ziyan dəymiş, ziyanın ödənilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir.

22. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi ilə əvəz edilmişdir.

23. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş xx.xx.2023-cü il tarixli etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı 2021-ci ilin aprel çağırışına cəlb edilmiş, tibbi şəhadətləndirmə zamanı səhhətindən heç bir şikayəti olmamışdır. Buna baxmayaraq xx.xx.2021-ci il tarixli 39 nömrəli göndərişlə gözündən tibbi müayinə olunması üçün Bərdə rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. Müayinənin nəticəsi kimi ona xx.xx.2021-ci il tarixli 319 nömrəli "Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı"na əsasən "OU-Zəif dərəcəli miopiya. M-0,N5-1,0D" diaqnozu qoyulmuşdur. İddiaçı Bərdə rayon çağırış komissiyyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin 13d, (boy 180 sm, çəki 51 kg) 34ç 3-cü məhdudiyyət dərəcəsi ilə hərbi xidmətə yararlı hesab edilərək tibbi şəhadətləndirilməsi və öyrənilməsi başa çatdırılmış çağırışçıların dəqiqləşdirilmiş adlı siyahısına daxil edilmiş və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təyin olunmuş, xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissəyə təhvil verilmişdir. N nömrəli hərbi hissə komandirinin göndərişi ilə MN-nin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərək Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə tədiq edilmiş "Hərbi -həkim ekspertizası haqqında Əsasnamə"nin xəstəliklər cədvəlinin İİ qrafasının 42c maddəsinə (diaqnoz: Revmatizm,qeyri fəal dövr, mitral qapaq çatışmazlığı. Gərginlik tip baş ağrıları. Vertebrogen mənşəli lümbalgiya. Hər iki gözün qarışıq astiqmatizmi Hm 0,5 D və 1,0 D görmə itiliyinin sağda 0,4-ə gədər azalması, korreksiya ilə 0,8, solda 1,0 olmaqla. 36-cı dişin kariyesi. Ümumi xəstəlikdir) əsasən "dinc dövrdə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlı" hesab olunmuş, xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. İddiaçının ərizəsinə əsasən xx.xx.2021-ci il tarixli 1512 nömrəli göndərişlə MN-nin Mərkəzi Hərbi Poliklinikasına yenidən şəhadətləndirilməsi üçün göndərilmiş, ona xx.xx.2021-ci il tarixli 24825 nömrəli "sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı"na əsasən əvvəlki diaqnoz qoyulmuşdur. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Onun hərbi xidmətə yararsız olmasına səbəb olan "Revmatizm, qeyri fəal dövr, mitral qapaq çatışmazlığı" diaqnozlu xəstəlik olmuş, lakin çağırışçının şikayəti olmadığı və aydın kliniki əlamətlərlə ifadə olunmayan ürək çatışmazlığı olmadığı hallarda bu diaqnozlu xəstəliyin həqiqi hərbi xidmətə çağırışla əlaqədar aparılan müayinələr nəticəsində aşkara çıxarılması mümkün olmamışdır. Belə ki, bu diaqnozun təyini ixtisaslı tibb müəssisələrində xüsusi kardioloji insturmental müayinələr ExoKQ aparılmaqla təyin olunur ki, bu müayinə həqiqi hərbi xidmətə çağırışla əlaqədar aparılan mütləq müayinələrin həcminə daxil deyildir.

24. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-32N/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilməmişdir.

25. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının çağırış zamanı səhhətindən şikayəti olmadığı və aydın kliniki əlamətlərlə ifadə olunan ürək çatışmazlığı olmadığı üçün həqiqi hərbi xidmətə çağırışla əlaqədar aparılan mütləq müayinələrin həcminə daxil olmayan əlavə müayinəyə göndərilməsinə də zərurət olmamışdır. İddiaçının ürəklə bağlı qüsuru olmadığından tibbi şəhadətləndirmə zamanı komissiyaya belə bir məlumat verməmişdir. Bu səbəbdən də cavabdeh orqan səlahiyyəti həcmində müayinə aparmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri

26. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2N. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə onun həqiqi hərbi xidmətə çağırıldığı zaman tibbi komissiyadan keçən vaxt ürək xəstəliyinin yarandığı anı (günü, ayı, ili) müəyyən etməli, bunun üçün məhkəmə tibbi ekspertizası keçirilməli və ekspert qarşısında ürək xəstəliyinin yaranma anı barədə sual qoyulmalı idi.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

28. Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli etirazın məzmunu iddia tələbinə qarşı təqdim edilmiş xx.xx.2023-cü il tarixli etirazın məzmunu ilə eynilik təşkil etmişdir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər.

30. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinə etiraz etdiyini bildirdi və şikayətin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

31. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da, iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

32. Azərbaycan Respublikasının Konstitusiyası:

68. Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ İİİ. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 109N.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiqlənmiş «Hərbi–həkim ekspertizası haqqında» Əsasnamə: 1.1. Bu Əsasnamə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına, “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X5 Xidməti, Azərbaycan Respublikasının Strateji X6 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. 2.1. İlkin hərbi qeydiyyata alınan, müddətli həqiqi xidmətə çağırılan və ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. 2.4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilmə prosesində tələb olunan müayinələrdən keçirlər. 2.5. Tibb müəssisələrinin rəhbərləri və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin rəhbərləri vətəndaşların vaxtında müayinə (müalicə) olunmasını təmin edirlər. 2.6. Çağırışaqədər yaş həddində olanların sağlamlıq vəziyyətinə dair məlumatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin elektron informasiya sistemlərindən əldə olunaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçının uçot kartına əlavə olunur. 2.15. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. “Xəstəliklər cədvəli”nin İİİ qrafası üzrə şəhadətləndirilənlər İ-İİ funksional sinif ürək çatışmazlığı ilə müşayiət olunan qazanılmış ürək qüsurları (bu bəndin “a” yarımbəndində göstərilənlərdən başqa) olan şəxslər barədə qərar “c” bəndi üzrə çıxarılır. “c” bəndinə aşağıdakılar aiddir:

1. yüngül dərəcəli (1-2-ci funksional sinif) ürək çatışmazlığı və morfoloji dəyişiklikləri ilə müşayiət olunan ürək xəstəlikləri;

2. revmatizmin təkrar hücumları;

3. ürək ritminin, keçiriciliyin davamlı pozulması və (və ya) İ–İİ FS ürək çatışmazlığı ilə müşayiət olunan ürəyin mitral və ya digər qapaqlarının ilkin prolapsı, miokarditik kardioskleroz;

4. ürək çatışmazlığı əlamətləri olmadıqda, ürəyin anadangəlmə və ya qazanılmış qüsurlarına görə aparılmış cərrahi müalicədən, süni kardiostimulyatorun implantasiyasından sonrakı hallar;

5. sol mədəciyin qulaqcıqarası və mədəciklərarası çəpərin anevrizmaları (əgər TYY transezofageal exokardioqrafiya müayinəsindən keçid yoxdursa).

35. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.N. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. 58.N. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 8N.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 8N.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 8N.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

36. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilməmiş və düzgün nəticəyə gəlinməmişdir. 3N. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh orqan tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, həkim komissiyasının müayinəsindən keçmiş, hərbi xidmətə yararlı hesab edilərək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli, 319 nömrəli “Sağlamlıq vəziyyətinin müayinə edilməsi” aktında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək ambulator müayinədə olmuş, şikayətləri hər iki gözünün zəif görməsindən ibarətdir (Anamnezi: Özünün deməsinə görə uşaqlıqdan gözləri zəif görür. Görmə qabiliyyəti tədricən zəifləyib. Obyektiv müayinənin məlumatları: Göz qapaqları normaldır. Buynuz qişa şəffafdır. Bəbək dairəvi olub, işığa reaksiya verir. Diaqnoz: OU-Zəif dərəcəli miopiya. M-0,N5-1,0D).

38. Buna baxmayaraq, iddiaçı hərbi xidmətdə olarkən (hərbi xidmətini xx.xx.2021-ci il tarixdən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində davam etdirmişdir) ürək nahiyyəsində ağrıdan, təngnəfəslikdən, baş ağrısı, bulanıq görmə və bel-oma ağrılarından şikayət etdiyi üçün xx.xx.2021-ci il tarixində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında müayinəyə göndərilmiş, müayinələr zamanı onda “Revmatizm, qeyri-fəal dövr, mitral qapaq çatışmazlığı, gərginlik tip baş ağrıları, vertebrogen mənşəli lumbalgiya, hər iki gözün qarışıq astiqmatizmi” diaqnozları ilə müşayiət edilən ümumi xəstəliklər aşkar olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməyə uyğun olaraq şəhadətləndirilmiş və Əsasnamənin xəstəliklər cədvəlinin İİ qrafasının 42c maddəsinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi qiymətləndirilərək xx.xx.2021-ci il tarixdə ehtiyata buraxılmışdır.

39. İddiaçı məhkəməyə müraciət edərək, xəstə olduğu halda onu düzgün yoxlamadan hərbi xidmətə göndərdiyi üçün cavabdeh orqandan vurulmuş maddi və mənəvi zərərə görə 25000 manatın alınaraq ona verilməsinə dair qərar qəbul olunmasını xahiş etmiş, tələb rədd edilmişdir.

40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmır və qeyd edir ki, hazırki iş üzrə mübahisələndirilən və məhkəmə araşdırılmasının predmeti iddiaçıda hərbi xidmətə çağırılmazdan əvvəl “Xəstəliklər cədvəlinin N2 “c” maddəsinin İİ qrafasına əsasən Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsinə əsas olan xəstəliyin olub-olmamasıdır.

41. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 24825 nömrəli xəstəlik haqqında şəhadətnaməsində iddiaçının əsas diaqnozu kimi “Revmatizm, qeyri-fəal dövr, mitral qapaq çatışmazlığı; Hər iki gözün miopiyası M 4.0 D nəticəsində görmə itiliyinin sağda 0.3-ə qədər, solda 0.5-ə qədər azalması, korreksiya ilə hər iki gözün görmə itiliyi 1.0 olmaqla; 36-ci dişin ikincili adentiyası, Vertebrogen mənşəli lümbalgiya, remissiya mərhələsində; Gərginlik tip baş ağrıları” kimi qeyd edilmişdir. Göründüyü kimi, qeyd olunan xəstəlik iddiaçıda hərbi xidmətə çağırışa qədər mövcud olmuşdur. Buna baxmayaraq, cavabdeh orqan iddiaçının hərbi xidmətə yollanarkən hərbi xidmətə yararlı olduğunu əsas gətirərək zərərin əvəzinin ödənilməsindən imtina etmişdir.

42. Məhkəmə kollegiyası cavabdehin imtina dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının hərbi xidmətə çağırış zamanı şəhadətləndirilməsi nəticəsində hərbi hissəyə sağlam təhvil verilməsinə etiraz etməməsi, başqa sözlə sağlamlığı ilə əlaqədar şikayətinin olmaması cavabdehin imtinasını əsaslı edən hal deyildir. Belə ki, iddiaçının özündə mövcud olan xəstəlik barəsində əvvəlcədən məlumatlı olması iş materialları ilə təsdiq olunmur, həmçinin cavabdeh tərəf özü də iddia tələbinə və apellyasiya şikayətinə etiraz qeydlərində iddiaçının hərbi xidmətə çağırılmazdan əvvəlki dövrdə hər hansı tibb müəssisəsində qeydiyyatda olmadığını bildirmişdir.

43. Bundan başqa, iddiaçı xəstəliyi barədə əvvəlcədən məlumatlı olduğu halda belə, bu xəstəliyi həqiqi hərbi xidmətə çağırış zamanı aşkar etmək hazırki qərarın 34-cü bəndində qeyd olunan normalara əsasən cavabdeh orqanın vəzifəsi idi.

44. Məhkəmə kollegiyası iddiaçıda mövcud olan “Mitral qapağın prolapsı” və “OUmürəkkəb miopik astiqmatizm” kimi xəstəliklərin hərbi xidmətə göndərilməzdən əvvəl və ya sonra yaranmasının aydınlaşdırılması istiqamətində araşdırma aparmış, nəticədə məlum olmuşdur ki, qeyd olunan xəstəliklər uzun sürən xroniki xəstəliklərdir və həmin diaqnozlar onda hərbi xidmətə çağırışdan əvvəl mövcud olmuşdur.

45. Belə ki, “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji anatomiya Birliyi”publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, T N11/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, hərbi xidmət dövründə 2021-ci ilin oktyabr ayında MN MHP-a HHK müayinəsi zamanı ExoKQ-da olan dəyişikliklərlə əlaqədar MN BKH-a revmatoloq və kardioloqun konsultasiyasına göndərilmiş və aparılan müayinələrin nəticələrinə əsasən, ona “Revmatizm, qeyri-fəal dövr, mitral qapaq çatışmazlığı” diaqnozu qoyulmuşdur. Həmin diaqnozla bağlı xx.xx.2021-ci il tarixdə hərbi xidmətdən təxris olunmuşdur. Bütün bu yazılanlar “Mitral qapaq prolapsı”nın qazanılma olması, yəni hərbi xidmət dövründə alınmasını istisna etmir. İddiaçı adına hərbi xidmətdən əvvəl “Bərdə Rayon Mərkəzi Xəstəxanası” phş-də tərtib edilmiş xx.xx.2021-ci il tarixli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktında “OU-Zəif dərəcəli miopiya, M025-1,0 D” diaqnozunun qeyd edilməsinə və anamnezinə əsasən həmin diaqnozun onda hərbi xidmətə çağırışdan əvvəl aşkar olunması qənaətinə gəlməyə əsas verir.

46. Qeyd olunan ekspert rəyində göstərilmişdir ki, “ATU-nun XN”nın Oftalmologiya şöbəsinin müdiri, t.e.d. dosent, oftalmoloq Qurban İsmayılovun xx.xx.2023-cü il tarixdə baxışı zamanı İddiaçı “OU-mürəkkəb miopik astiqmatizm” diaqnozu təyin edilmişdir. X2 İddiaçı xx.xx.2024-cü il tarixdə EKQ müayinəsindən keçərkən onda “Sinus aritmiyası. Erkən repolyarizasiya sindromu” müəyyən edilmiş, həmin tarixli transtorakal exokardioqrafiya müayinəsinin nəticəsində qeyd edilmişdir: sol mədəciyin sistoladiastolik ölçüləri və sistolik funksiyası normaldır, LVEF-559N6. Sol mədəciyin divar hərəkət qüsuru izlənilmir. Sol qulaqcıq, sağ boşluq ölçüləri normaldır. Pulmonar arteriya təzyiqi (SPAPmmhHag) normaldır. Mitral qapaq ön tayın N mm prolapsı izlənilir. Doppler EXO-KQ: 1 MÇ. Mütəxəssislər tərəfindən ona “Mitral qapağın prolapsı İİ (iki) dər (N mm) İ34.1” diaqnozu qoyulmuşdur. 4N. Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına X1 xx.xx.2023-cü il tarixli müayinə nəcələrində İddiaçı barəsində EKQ-nin nəticəsi – “Sinus aritmiyası. Erkən repolyarizasiya sindromu”, EXOKQ-nin nəticəsi – “Sol mədəciyin sistola-diastolik ölçüləri. N.Sistolik funksiya. N 2VEF – 55%. Sol mədəciyin divar hərəkət qüsuruizlənilmir. Sol qulaqçıq, sağ boşluq ölçüləri N. Pulmonar arteriya təzyiqi N. Mitral qapaq ön tayın N mm prolapsı izlənilir. Dopler EXOKQ: İ mç”, Diaqnoz – “Mitral qapağın prolapsı İİ dərəcəli (N mm) İ34.1” kimi qeyd edilmişdir.

48. Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına X1 İddiaçı barəsində xx.xx.2025-ci il tarixli tibbi rəyində iddiaçıya keçirilmiş EKQ-nin nəticələri “Sinus ritmi. Üeo yarı vertical vəz. Erkən repolyariza sindromu” kimi, EXOKQ-nin nəticələri “Sol mədəciyin sistola diastolik ölçüləri normaldır. Sistolik funksiyası normaldır. LVEF – 55%. Seqmentar hərəkət qüsuru qeyd olunmur. Sol qulaqçıq və sağ boşluq ölçüləri N.SPAP- normal. Mitral qapaq ön tayın 5 mm prolapsı izlənilir. MŞ-İ” kimi qeyd edilmişdir.

49. Göründüyü kimi iddiaçıda qeyd olunan diaqnozlu xəstəliklər hərbi xidmətə çağırılmazdan (xx.xx.2021-ci il) əvvəl mövcud olmuş, iddiaçı bundan xəbərdar olmamış, bu xəstəlikləri tibbi yoxlama nəticəsində aşkar etmək cavabdehin vəzifəsi olmasına baxmayaraq sonuncu bunu etməmiş, beləliklə təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəymişdir.

50. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xəstə olduğu halda onu düzgün yoxlamadan hərbi xidmətə göndərdiyi üçün cavabdeh orqandan vurulmuş maddi və mənəvi zərərə görə 25000 manat ödənilməsini tələb etsə də, maddi ziyanla bağlı cavabdehdən tutulacaq məbləğ iddiaçının hərbi xidmət keçdiyi xx.xx.2021-xx.xx.2021-ci il tarixədək olan dövrdə nəzərdə tutulmuş minimum əmək haqqı məbləğində hesablanmalıdır.

51. Belə ki, “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2019-cu ilin sentyabrından 2022-ci ilin 1 yanvar tarixinədək 250 manat müəyyən edilmişdir.

52. Belə olan halda, maddi ziyanla cavabdehdən tutulacaq məbləğ iddiaçının hərbi xidmətdə olduğu N ay 13 günə müvafiq olaraq 1858,33 manat (N x 250 = 1N50; 13 x 8,33 = 108,33; 1N50 + 108,33 = 1858,33) məbləğində müəyyən edilməlidir.

53. Belə ki, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından da göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

54. Belə olan halda iş üzrə toplanılmış sübutların məcmusuna əsasən, iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşır.

55. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərərlə əlaqədar hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında göstərilmişdi ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. 5N. Qərardan göründüyü kimi, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

58. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109N-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının N-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi).

59. Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkən keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalı, bir tərəfi həddən artıq varlandırmamalı, digər tərəfi isə müflis etməməlidir.

60. Hazırki halda iddiaçı cavabdehdən vurulmuş maddi və mənəvi zərərin əvəzi olaraq ümumilikdə 25000 manat tələb etsə də, mənəvi zərərin həcmini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

61. Buna müvafiq olaraq məhkəmə kollegiyası işin sadalanan hallarını, o cümlədən iddiaçının əvvəlcədən xəstə olmasına baxmayaraq cavabdeh qurum tərəfindən onun tibbi müayinələrinin düzgün aparılmamasını, bütün bu faktların iş materialları ilə təsdiq olunduğunu, nəticədə iddiaçının cavabdeh qurumun təqsiri üzündən N ay 13 gün həqiqi hərbi xidmət keçdiyini və səhhətində yaranmış dəyişikliklərlə bağlı həqiqi hərbi xidməti başa çatmadan barəsində “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarının qəbul edilməsi ilə şəhadətləndirildiyini, buna görə də onun mənəvi iztirab və sarsıntı keçirdiyinin istisna olunmadığını, həmin mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlılığını nəzərə alaraq mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 500 manat pulun tutulmasını ağlabatan və ədalətli hesab edir.

62. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən əsaslıdır, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməklə yeni qərar qəbul edilməlidir.

Nəticəvi hissə Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, N-8N, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-32N/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsindən 1858,33 manat (min səkkiz yüz əlli səkkiz manat otuz üç qəpik) məbləğində maddi ziyan, 500 (beş yüz) manat məbləğində mənəvi zərər olmaqla, ümumilikdə 2358,33 manat (iki min üç yüz əlli səkkiz manat otuz üç qəpik) tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar