Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-121/2025 27.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2426/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh orqan tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2024-cü il tarixli, 2/2-4486 nömrəli məktubdan görünür ki, iddiaçı barəsində təqdim olunmuş arayış-məlumatların 8-ci bəndində olan qeydlərə 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazı meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.2024-cü il tarixli iclasının protokoluna əsasən komissiya tərəfindən kapitan Rüfət Səfərova, Nicat Əhmədliyə, Anar Kərimova və İddiaçı "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. «Müharibə veteranı» və «Azərbaycan Respublikasının müharibə veteranı» vəsiqəsinin verilməsi üçün təqdim edilən X10 tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş ArayışMəlumatdan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissədə xidmət keçmiş, kapitan rütbəsində olmuş, kimya xidməti rəisi vəzifəsində olmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X10 idarəetmə məntəsinin nəznində (GƏNCƏ) olan hərbi hissənin komanda məntəqəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı KƏLBƏCƏR, ÖMƏR aşırımı istiqamətində əks-hücum əməliyyatları aparan qoşun qruplaşmasını və GƏNCƏ, GÖYGÖL, ŞƏMKİR, TOVUZ, AĞSTAFA istiqamətində yerləşən mühüm obyektlərin X10sinin təşkili zamanı radiasiya, kimyəvi və bioloji şəraitə nəzarət və GƏNCƏ, ŞƏMKİR şəhərlərinə düşmənin ELBRUS tipli, TOÇKA-U balistik raketləri və SMERÇ tipli reaktik yaylım atəş vasitələrinin düşdüyü ərazidə kimyəvi tərkibli sinir iflicedici, boğucu və dəri yara açan kimi kütləvi ölümlərə səbəb olan vasitələrindən istifadə etmə ehtimalına qarşı ərazidə kimyəvi kəşfiyyat cihazları ilə kəşiyyat aparmışdır. Briqadanın bölmələrinin ehtiyat mövqelərə marş zamanı marşrutda və ərazidə radiasiya təhlükəsizliyinin təmin edilməsi, düşmənin kütləvi qırğın silahlarından tətbiqi ehtimalına qarşı şəxsi heyətin sığınacaqlarda qorunması, fərdi mühafizə vasitələri ilə təmin edilməsi, həmçinin həmin istiqamətlərdə düşmənin hava hücumu vasitələrindən istifadə edərək radiasiya, kimyəvi və bioloji şəraitin kəskinləşdirməsi fəaliyyəti üzrə bölmələrin kimya təminatının və döyüş fəaliyyətlərinin təşkili, idarə olunmasında komanda məntəqəsinin döyüş heyətinin tərkibində iştrak etmişdir. Briqadanın döyüş təminatı üzrə tapşırıqları vaxtında yerinə yetirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci ildə Neftçala rayonunda doğulmuş, 2009-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olmuş və 2013-cü ildə həmin universiteti bitirmişdir. Elə həmin il Azərbacan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon şöbəsindən hərbi xidmətə çağrılmış, Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. N avqust 2013-cu il tarixdə X8 Fədriz Mərkəzinə ehtiyyat zabit hazırlıq kursuna qəbul olmuş, xx.xx.2013-cü il tarixdə həmin kursu bitirdikdən sonra leytenant rütbəsi almış və Bərdə rayonunda yerləşən N nömrəli hərbi hissəyə kütləvi qırğın silahlarından mühafizəsinə tağım komandiri vəzifəsinə təyin olunmuşdur. 2016-cı ilin aprel ayında olan döyüşlərdə Tərtər rayonunun TapqaraqoyunluSuqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 2017-ci ilin dekabr ayında Qobustan rayonunda yerləşən N saylı hərbi hissəyə X9 vəzifəsinə təyin olunmuşdur. 2019-cü ilin aprel ayında Göygöl rayonunda yerləşən N saylı hərbi hissənin Əməliyyat və X16 rəisinin radiasiya, kimyəvi və bioloji mühafizəsı üzrə köməkçı vəzifəsinə təyin olunmuş və hazırda da həmin vəzifədə çalışır. xx.xx.2020-ci il tarixdə İİ Qarabağ müharibəsi başlanıldığı zaman döyüş əməliyyatlarına iştirak etmişdir. İddiaçı qeyd edir ki, briqadanın bölmələrinin ehtiyat mövqelərə marş zamanı marşrutda və ərazidə radiasiya təhlükəsizliyinin təmin edilməsi, düşmənin kütləvi qırğın silahlarından tətbiqi ehtimalına qarşı şəxsi heyətin sığınacaqlarda qorunması, fərdi mühafizə vasitələri ilə təmin edilməsi, həmçinin həmin istiqamətlərdə düşmənin hava hücumu vasitələrindən istifadə edərək radiasiya, kimyəvi va bioloji şəraitin kəskinləşməsi fəaliyyəti üzrə bölmələrin kimya təminatının və döyüş fəaliyyətlərinin təşkili, idarə olunmasında komanda məntəqəsinin döyüş heyətinin tərkibində iştrak etmişdir. Məhz buna görə də, Prezedident, Ali Baş Komandan İlham Əliyev tərəfindən imzalanmış Sərəncamı ilə Hərbi hissələri 2020-ci ildə Vətən Müharibəsi zamanı iştirakına və qarşıya qoyulmuş tapşırıqların layiqli icrasına görə Hərbi Hissənin Komandiri "Rəşadət Ordeni” ilə təltif edilmişdir. Həmçinin qeyd etmək istəyir ki, Hərbi Hissədə onunla eyni formada xidmət edən təxmini 70-dən artıq hərbi qulluqçusuna «Müharibə veteranı adı və vəsiqəsi verilmişdir. O, hazırda müharibə veteranı adı və vəsiqəsi almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin ona imtina edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirmə ərizəsi təqdim edərək iddia tələbini dəyişdirdiyini bildirmiş və müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı AR Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2426/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2426/2024 saylı qərarı ilə (hakim E.Axundov) iddianın təmin edilməsi, İddiaçı adı müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, Göründüyü kimi, istinad olunan normaların məzmunundan aydın olunur ki, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X10, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazidən asılı olmayaraq müvafiq sənədlər təqdim edildiyi halda müharibə veteranı adı və vəsiqəsi verilir. Cavabdeh orqan imtinasında arayış məlumatın 8-ci bəndlərində olan qeydlərə istinad etsə də, iddiaçının məhz X10 bölmələrinin tərkibində döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsini və belə olan halda onun xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazinin imtina üçün əsas olmadığını nəzərə almamışdır. Həmçinin arayış məlumatın 9-cu bəndində qeyd edilmişdir ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissədə xidmət keçmiş, kapitan rütbəsində olmuş, kimya xidməti rəisi vəzifəsində olmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X10 idarəetmə məntəsinin nəznində (GƏNCƏ) olan hərbi hissənin komanda məntəqəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı KƏLBƏCƏR, ÖMƏR aşırımı istiqamətində əks-hücum əməliyyatları aparan qoşun qruplaşmasını və GƏNCƏ, GÖYGÖL, ŞƏMKİR, TOVUZ, AĞSTAFA istiqamətində yerləşən mühüm obyektlərin X10sinin təşkili zamanı radiasiya, kimyəvi və bioloji şəraitə nəzarət və GƏNCƏ, ŞƏMKİR şəhərlərinə düşmənin ELBRUS tipli, TOÇKA-U balistik raketləri və SMERÇ tipli reaktik yaylım atəş vasitələrinin düşdüyü ərazidə kimyəvi tərkibli sinir iflicedici, boğucu və dəri yara açan kimi kütləvi ölümlərə səbəb olan vasitələrindən istifadə etmə ehtimalına qarşı ərazidə kimyəvi kəşfiyyat cihazları ilə kəşiyyat aparmışdır. Briqadanın bölmələrinin ehtiyat mövqelərə marş zamanı marşrutda və ərazidə radiasiya təhlükəsizliyinin təmin edilməsi, düşmənin kütləvi qırğın silahlarından tətbiqi ehtimalına qarşı şəxsi heyətin sığınacaqlarda qorunması, fərdi mühafizə vasitələri ilə təmin edilməsi, həmçinin həmin istiqamətlərdə düşmənin hava hücumu vasitələrindən istifadə edərək radiasiya, kimyəvi və bioloji şəraitin kəskinləşdirməsi fəaliyyəti üzrə bölmələrin kimya təminatının və döyüş fəaliyyətlərinin təşkili, idarə olunmasında komanda məntəqəsinin döyüş heyətinin tərkibində iştrak etmişdir. Briqadanın döyüş təminatını üzrə tapşırıqları vaxtında yerinə yetirmişdir. Hazırki halda cavabdeh iddiaçını arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)-2426/2024 nömrəli qərarının ləğv edilməsini və İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya"nın xx.xx.2024-cü il tarixli 3-25-2/2-H-102xx-xx/2024 nömrəli məktubuna əsasən iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirməsinə, habelə hərbi aviasiya, X10, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etməsinə və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsini sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, ezamiyyət vəsiqələri əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlər təqdim edilmədiyindən, bu Əsasnamənin tələblərini əsas tutaraq ona "Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinətinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən aydın olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbin bildirməmişdir. Məhkəmə kollegiyası onun iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-). Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 9-cu yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. 10-cu yarımbənd. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X10, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. 1-ci hissəsinin 1-ci bəndinin Qeyd hissəsi (2): bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. -1-ci hissəsinin 4-cü bəndinə əsasən, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. -1-ci hissəsinin 4-cü bəndinin Qeyd hissəsində göstərilmişdir ki, bu Əsasnamənin 1ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır İşin mahiyyəti ondan ibarətdir ki, iddiaçı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə görə adının müvafiq siyahiya daxil edilməsi məqsədi ilə Azərbaycan Respeblikasının Nazirlər Kabinetinə qöndərilməsi üçün cavabdehə müraciət etmiş, iddiaçının N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş arayış-məlumatın 8-ci bəndində qeyd olunmuş 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə cavabdeh bundan imtina etmişdir. Buna münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10-cu yarımbəndinə əsasən 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X10, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Qeyd olunan Əsasnamənin müvafiq bəndində qeyd olunan tələblərdən göründüyü kimi, heç bir ərazi məhdudiyyəti göstərilmədən 2020-ci il sentyabrın 27- dən noyabrın 10dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X10, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adının verilməsi nəzərdə tutulmuşdur. «Müharibə veteranı» adı və «Azərbaycan Respublikasının müharibə veteranı» vəsiqəsinin verilməsi üçün təqdim edilən X10 tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş Arayış-məlumatdan görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) N nömrəli hərbi hissədə xidmət keçmiş, kapitan rütbəsində olmuş, kimya xidməti rəisi vəzifəsində olmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X10 idarəetmə məntəqəsinin nəzdində (GƏNCƏ) olan hərbi hissənin komanda məntəqəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Kəlbəcər, Ömər aşırımı istiqamətində əks-hücum əməliyyatları aparan qoşun qruplaşmasını və Gəncə, Göygöl, Şəmkir, Tovuz, Ağstafa istiqamətində yerləşən mühüm obyektlərin X10sinin təşkili zamanı radiasiya, kimyəvi və bioloji şəraitə nəzarət və Gəncə, Şəmkir şəhərlərinə düşmənin ELBRUS tipli, TOÇKA-U ballistik raketləri və SMERÇ tipli reaktik yaylım atəş vasitələrinin düşdüyü ərazidə kimyəvi tərkibli sinir iflicedici, boğucu və dəri yara açan kimi kütləvi ölümlərə səbəb olan vasitələrindən istifadə etmə ehtimalına qarşı ərazidə kimyəvi kəşfiyyat cihazları ilə kəşfiyyat aparmışdır. Briqadanın bölmələrinin ehtiyat mövqelərə marş zamanı marşrutda və ərazidə radiasiya təhlükəsizliyinin təmin edilməsi, düşmənin kütləvi qırğın silahlarından tətbiqi ehtimalına qarşı şəxsi heyətin sığınacaqlarda qorunması, fərdi mühafizə vasitələri ilə təmin edilməsi, həmçinin həmin istiqamətlərdə düşmənin hava hücumu vasitələrindən istifadə edərək radiasiya, kimyəvi və bioloji şəraitin kəskinləşdirməsi fəaliyyəti üzrə bölmələrin kimya təminatının və döyüş fəaliyyətlərinin təşkili, idarə olunmasında komanda məntəqəsinin döyüş heyətinin tərkibində iştirak etmişdir. Briqadanın döyüş təminatı üzrə tapşırıqları vaxtında yerinə yetirmişdir. İş materiallarında olan N saylı hərbi hissə komandirinin N nömrəli əmrindən çıxarışdan görünür ki, kapitan İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin edilməsi üçün döyüş əməliyyatlarına cəlb edilmiş və verilmiş tapşırıqların icra edilməsi məqsədilə N nömrəli hərbi hissə tərkibində КМ GƏNCƏ, 1-ci divizion - ZƏLİMXAN, 2-ci divizion – TƏZƏKƏND, 3-cü divizion – KÖNÜLLÜ, 4-cü divizion – SƏMƏD VURĞUN, əməliyyat tərkibinə verilmiş 4-cü divizionun 42-ci batareyası ƏLİMƏRDANLİ və 41-ci batareyası PİRİLİ olmaqla qırıcı aviasiya, N nömrəli hərbi hissənin 1-ci divizionu, N nömrəli hərbi hissənin əməliyyat tabeliyində olan divizionlar qrupu, 3 OK qoşun birləşmələrinin HHM vasitələri ilə qarşılıqlı əlaqədə, Gəncə şəhərini və Gəncə beynəlxalq hava limanını, Dəllər aerodromunu, Şəmkir və Yenikənd su elektrik stansiyalarını, cəmləşmə rayonları, hərəkət marşrutlarında, əks-hücum əməliyyatlarında və fəaliyyət hüdudlarında 3-cü OK və səfərbərliklə yaradılan 6-cı OK qoşun qruplaşmalarını, 2009-cu xüsusi sərhəd diviziasının komendaturalarını düşmən aviasiyasının zərbələrindən müdafiə etmək, ölkə dərinliklərinə irəliləməsinə yol verməmək, onun taktiki hava desantlarını havada məhv etmək, əsas səylərini İcevan Qazax-Şəmkir, Berd Tovuz -Şəmkir, Vardenis Gədəbəy-Şəmkir, Vardenis-Daşkəsən-Gəncə istiqamətlərində briqadanın atəş sistemi çərçivəsində düşmən aviasiyasının zərbələrinin dəf edilməsinə cəmləşdirmək və döyüş əməliyyatları zamanı düşmənin hava hücumu vasitələrinin bütün növ atəş vasitələri ilə məhv edilməsi üçün bütün döyüş, maddi-texniki, mənəvi-psixoloji, tibbi təminat üzrə tədbirləri tam həyata keçirmək əmr edilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş N saylı hərbi hissənin xx.xx.2024-cü il tarixli arayışında bildirilmişdir ki, kapitan İddiaçı həqiqətən xx.xx.2019-cü il tarixdən N nömrəli hərbi hissənin "Əməliyyat və döyüş hazırlığı bölmə rəisinin radiasiya, kimyəvi və bioloji mühafizəsi üzrə köməkçisi” vəzifəsində xidmət edir və Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli N nömrəli əmri ilə hərbi hissə döyüşə cəlb edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli döyüş əmri ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin 2014-cü il tarixli (SQ-095-2014) doktorinal nəşrinin, X10 zenir-raket birləşmə və bölmələrinin taktiki fəaliyyəti üzrə DÖYÜŞ TƏLİMATİNİN 6.2.2 (Kütləvi qırğın silahlarından mühafizə) və 6.2.6 (Kimya təminatı) bəndlərinə əsasən kapitan İddiaçı ixtisası və icra etdiyi vəzifə "Döyüş təminatı" növünə aiddir. Bundan əlavə məhkəmə kollegiyasına təqdim edilmiş N saylı hərbi hissənin xx.xx.2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, "Əməliyyat və döyüş hazırlığı bölmə rəisinin radiasiya, kimyəvi və bioloji mühafizəsi üzrə köməkçisi" mayor İddiaçı həqiqətən Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 062 nömrəli, Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli N nömrəli, döyüş əmrləri ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatlarında və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunmuşdur, N nömrəli hərbi hissə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 062 nömrəli Vətən Müharibəsində döyüş əməliyyatlarına cəlb olunan hərbi hissə olaraq dövlət sərhəddində X10 tapşırıqlarını icra edib, döyüş əməliyyatları zamanı düşmənin hava kəşfiyyat vasitələrinə qarşı döyüş işi aparıb və bütün hədəflər məhv edilib. Gəncə şəhəri, Şəmkir, Samux, Ağstafa, Göygöl rayonları ərazisində yerləşən mühüm obyektlərin hava hücümundan müdafiəsini təmin edib. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə görə adının müvafiq siyahiya daxil edilməsi məqsədi ilə Azərbaycan Respeblikasının Nazirlər Kabinetinə qöndərilməsi üçün əsaslar müəyyən edilmişdir. Məhkəmə kollegiyasının AR Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçularına 2-ci Qarabağ müharibəsində iştirak etmələri əsasında “müharibə veteranı” adı və vəsiqəsinin verilib-verilməməsi barədə sorğusuna N saylı hərbi hissənin cavab məktubundan görünür ki, N saylı hərbi hissədə xidmət etmiş X11, X3, X4, X5, X7 və X6 müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində də hər kəsin hüquq və azadlıqlarının qanun və məhkəmə qarşısında bərabərliyinə təminat verilir. Belə ki, Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi, hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində inzibati icraatda bərabərliyin təmin edilməsi üçün çox konkret meyarlar müəyyən edilmişdir. İnzibati orqanın eyni hallar üzrə müxtəlif qərarlar qəbul etməsinə yol verilmir. Ona görə də inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi məqsədi ilə adının müvafiq siyahiya daxil edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsindən imtina olunması əsassız olmuşdur. Yuxarıda qeyd olunan normaların tələblərini önəçəkən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvinə əsas vermir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2426/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-121/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-121/2025
27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver