Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-122/2025 22.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixli orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə əlilliyin təyin edilməsi barədə qərarın dəyişdirilərək, ona orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2900/2024 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2900/2024 saylı qərarı ilə (hakim R.Tağıyeva) İddiaçı tərəfindən verilmiş iddianın təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-2900/2024 saylı qərarın ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2022-ci il tarixdə iki il müddətinə İİİ qrup əlillik dərəcəsinin təyin edilməsi barədə qərarın dəyişdirilərək xəstəliyi ilə bağlı əvvəllər təyin edilmiş İİ qrup əlillik dərəcəsinin yenidən ömürlük təyin edilməsi və xx.xx.2021-ci il tarixdən almadığı ayların pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun bu günə kimi xəstəliyi ilə əlaqədar əmək stajı yoxdur, həqiqi hərbi xidmətə də xəstəliyi ilə bağlı aparmayıblar. Onun 10 yaşı olardı ki, yaşadığı kənddə yıxılaraq başından travma almışdır. Xəstəliyi ilə bağlı o, Qazax rayonunda Ruhi-Əsəb dispanserində, Gəncə şəhər Ruhi-Əsəb dispanserində və Bakı şəhərində 2 saylı psixiatriya xəstəxanasında stasionar müalicə götürmüşdür. Dövlət ona xəstəliyi ilə bağlı dərmanlarını da verir. 2010-cu ildə TSEK ona ruhi-əsəb xəstəliyi ilə bağlı müalicələrini, tibbi sənədlərini nəzərə alıb İİ qrup əlillik dərəcəsi təyin etmişdir. Hər il yenidən TSEK-dən həkim komissiayından keçirilərək ona bir illik əlillik dərəcəsi təyin edilirdi. 2015-ci ilin iyul ayının 1-də 29 saylı Tibbi-Sosial Ekspertiza Komissiyasından növbəti həkim müayinəsindən keçirilərkən ona “Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyin üzvü xəstəliyi nəticəsində şəxsiyyət və davranış pozğunluğu ilə” diaqnozu qoyulub, növbəti bir il müddətinə İİİ qrup əlillik dərəcəsi təyin olunmuşdur. Onu müayinə edən həkim X2 deyib ki, “Artıq 18 yaşın tamam olub, buna görə sənə İİ qrup əlillik təyin etmək olmur”. 2016-cı ilin iyul ayının 1-də ona növbəti beş il müddətinə İİİ qrup əlillik təyin edilmiş, o, növbəti 5 il ərzində stasionar müalicələr götürmüşdür. 2021-ci ilin iyul ayının 1-də onun 5 illik əlillik müddəti tamam olduğu vaxt ona heç bir məlumat verilmədən, müayinə keçirilmədən əlilliyi qanunsuz olaraq dayandırılmışdır. O, bununla bağlı Prezident Adminstrasiyasına şikayət etmiş, onu Prezidentin köməkçilərindən Fərəh xanım video görüntü ilə canlı qəbul etmiş və bildirmişdir ki, “Narahat olmayın, sizin əlilliyinizə baxılıb qiymətləndiriləcəkdir”. Lakin müraciətinə baxılmadığına görə, o, xx.xx.2022-ci il tarixdə yenidən cənab X6 yenidən məktub yazıb şikayətinə baxılmadığını bildirmişdir. Şikayətindən sonra 3-cü dəfə Forma 88 toplanmış və sistemə vurulmuş, bir müddət keçsə də nə imtina, nə də rəsmi cavab verilməmişdir. İddiaçı bundan sonra telefonla canlı müayinəyə dəvət edilmiş və o, X4 getmişdir. Lakin orada yenə də ona ümidverici cavab verilməmiş, süründürməcilik edilmiş, bu səbəbdən də Bakı şəhərindəki 1 saylı “DOST” mərkəzinə şikayət etmişdir. “DOST” mərkəzi Reablitasiya Mərkəzinə sorğu göndərmişdir ki, vətəndaş sizdən şikayət edir, müraciətinə cavab verilmir. İddiaçı həmin müraciəti götürüb X4 yaxınlaşmış, onu həkim komissiyasının üzvü Günel Soylu qəbul edərək bildirmişdir ki, ona əlilliyi təyin etmək mümkün olmur. O, şikayətini davam etdirəcəyini deyib narazılıq etmiş, cavab olaraq bildirmişlər ki, hara istəyirsən şikayət et. O, yenidən “DOST” mərkəzində olmuş, müraciətinin nəticəsini öyrənmək istəmiş, onu Realibitasiya Agentliyinə göndərmişlər. O, Realibitasiya Agentliyinə yaxınlaşmış, onu Anar Bayramovun işçisi Mahmud müəllim qəbul etmiş və dinləyib sənədlərinə baxıb haqsızlıq edildiyi bildirmişdir. Bundan sonra yenə də X4 göndərilmişdir. O, həmin yerə çatanda Mahmud müəllim zəng vurub demişdir ki, “Sənə İİ qrup əlillik təyin olundu, evinə gedə bilərsən”. Bir neçə gün sonra yenə də o, müraciət edəndə ona bildirmişlər ki, əlilliyin bərpa edilməyib. O, yenə də Prezident Administrasiyasına getmiş, Natiq Əmirovun qəbuluna yazılmışdır. Qəbulda ona bildirmişlər ki, işinizə baxılıb qanunvericiliyin tələbinə uyğun əlilliyiniz qiymətləndirilməkdədir. xx.xx.2023-cü il tarixdə ona cavab gəlmişdir ki, xx.xx.2022-ci il tarixdən ona orqanizm funksiyasının 40 faizi pozulması ilə əlaqədar İİİ qrup əlillik təyin edilmişdir. Cavabdeh orqanın xx.xx.2022-ci il tarixdən ona təyin etdiyi İİİ qrup əlillik dərəcəsini o, qanunsuz və əsassız hesab edir. Çünki, onun xəstəliyi ilə bağlı qiymətləndirmə aparılarkən ona İİ qrup əlillik təyin edilməli olduğu halda, heç bir əsas və səbəb olmadan İİİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Ümid edir ki, yuxarıda qeyd etdiyi əsas və səbəbləri nəzərə alıb cavabdeh tərəfindən pozulmuş hüququ məhkəmə tərəfindən bərpa ediləcək, İİİ qrup əlilliyi dəyişdirilərək İİ qrup əlillik təyin ediləcəkdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-202/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İİ dərəcə müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-359/2024 nömrəli qərardadı ilə qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(114)-202/2024 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İİ dərəcə müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixli orqanizmin funksiyalarının 40% pozulmasına görə əlilliyin təyin edilməsi barədə qərarın dəyişdirilərək, ona orqanizmin funksiyalarının 65- 80% pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2900/2024 nömrəli qərardadı ilə iddia tələbi “xx.xx.2022-ci il tarixli orqanizmin funksiyalarının 40% pozulmasına görə əlilliyin təyin edilməsi barədə qərarın dəyişdirilərək, ona orqanizmin funksiyalarının 65-80% pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçıya F07 diaqnozu əsasında 2 il müddətinə 35-60% əlillik dərəcəsi təyin edilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 10 yaşında olarkən yaşadığı kənddə yıxılaraq başından travma almışdır. Xəstəliyi ilə əlaqədar Qazax rayonunda Ruhi- Əsəb dispanserində, Gəncə şəhər Ruhi-əsəb dispanserində və Bakı şəhərində 2 saylı psixiatriya xəstəxanasında stasionar müalicə götürmüşdür. Dövlət ona xəstəliyi ilə bağlı dərmanlar verir. 2010-cu ildə TSEK ona ruhi-əsəb xəstəliyilə əlaqədar müalicələrini tibbi sənədlərini nəzərə alıb ona İİ qrup əlillik dərəcəsi təyin etmişdir. O, 2015-ci ilin iyul ayının 1-də 29 saylı Tibbi-Sosial Ekspertiza Komissiyasından növbəti həkim müayinəsindən keçərkən ona “Üzvi mənşəli şəxsiyyəti pozuntusu, baş beyin üzvü xəstəliyi nəticəsində şəxsiyyət və davranış pozğunluğu ilə” diaqnozu qoyulmuş, növbəti bir il müddətinə ona İİİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Onu müayinə edən həkim tərəfindən ona artıq 18 yaşı tamam olduğundan İİ qrup əlillik təmin etmək təyin etmək mümkün olmadığı bildirilmişdir. 2016-cı ilin iyul ayının 1-də ona növbəti 5 il müddətinə İİİ qrup əlillik təyin edilmişdir. 5 il ərzində stasionar müalicələr götürmüşdür. 2021-ci ilin iyul ayının 1-də 5 illik əlillik müddəti tamam olduğu vaxt ona heç bir məlumat verilməmişdir, müayinə keçirilmədən əlilliyi qanunsuz olaraq dayandırılmışdır. Şikayətindən sonra 3-cü dəfə Forma 88 toplanmış və sistemə vurulmuşdur. Bir müddət keçsə də nə imtina, nə də rəsmi cavab verilmədi. Onu canlı müayinəyə dəvət etdilər və o X4 getdi. Nəhayət ki, xx.xx.2023-cü il tarixdə ona xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyasının 40 faizi pozulması ilə əlaqədar İİİ qrup əlillik təyin edilməsi barədə məlumat verilmişdir. Cavabdeh orqanın xx.xx.2022-ci il tarixdən ona təyin etdiyi İİİ qrup əlillik dərəcəsini qanunsuz və əsassız hesab edir. Çünki xəstəliyilə bağlı qiymətləndirilmə aparılarkən ona İİ qrup əlillik təyin edilməli olduğu, heç bir əsas və səbəb olmadan İİİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Bununla bağlı Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-202/2024 saylı qərarı ilə iddia tələbi təmin etməmiş, bundan sonra o, həmin qərardan apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(104)-359/2024 saylı qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-202/2024 saylı qərarı ləğv edilərək yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmiş, Gəncə İnzibati Məhkəməsi işə yenidən baxaraq, iddianı təmin etməyərək Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2-1(104)-359/2024 saylı qərardadını nəzərə almamışdır. 22 avqust 2023-cü il tarixli T 692/2023 saylı ekspert rəyində onun diaqnozu eynən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın və onun Əlavəsi - “Orqanizmin funksiyasının pozulmasının faiz göstəricisi və müddəti”nin 7.6.2.2. maddəsində göstərilən diaqnozla eyni olsa da, məhkəmə həmin sübutu qiymətləndirmə zamanı yalnız məhkəmədə iştirak etməyi özünü lüzum görməyən cavabdehin etirazını əsas götürərək etmişdir. Cavabdehin etirazını öz qətnaməsinin məzmununa yerləşdirən məhkəmə həmin etirazın qabaqcadan sübut qüvvəsi kimi qəbul etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Tərəflərin məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası işin halları barədə sədrlik edən hakimin məruzəsini və iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2900/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü ilə bağlı qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur, ona görə də şikayət qəbul edilə bilən hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşə əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən olunur: -İddiaçı xx.xx.2009-cu il tarixdən “baş beyinin üzvü xəstəliyi nəticəsində şəxsiyyət və davranış pozulması” diaqnozu ilə sağlamlıq imkanları məhdud uşaqlar səbəbi ilə 2 il müddətinə ilkin əlillik təyin edilmişdir. -xx.xx.2011-ci il tarixdən eyni diaqnoz ilə 1 il müddətinə ümumi xəstəlik səbəbi ilə İİ dərəcə təkrar əlillik təyin edilmişdir. -xx.xx.2012-ci il tarixdən eyni diaqnoz ilə 1 il müddətinə ümumi xəstəlik səbəbi ilə İİ dərəcə təkrar əlillik təyin edilmişdir. -xx.xx.2013-cü il tarixdən eyni diaqnoz ilə 1 il müddətinə ümumi xəstəlik səbəbi ilə İİ dərəcə təkrar əlillik təyin edilmişdir. -xx.xx.2014-cü il tarixdən eyni diaqnoz ilə 1 il müddətinə ümumi xəstəlik səbəbi ilə İİ dərəcə təkrar əlillik təyin edilmişdir. -xx.xx.2015-ci il tarixdən “üzvü mənşəli şəxsiyyət pozuntusu, baş beyinin üzvü xəstəliyi nəticəsində şəxsiyyət və davranış pozulması” diaqnozu ilə 1 il müddətinə ümumi xəstəlik səbəbi ilə İİİ dərəcə təkrar əlillik təyin edilmişdir. -xx.xx.2016-cı il tarixdən eyni diaqnoz ilə 5 il müddətinə ümumi xəstəlik səbəbi ilə İİİ dərəcə təkrar əlillik təyin edilmişdir. -xx.xx.2022-ci il tarixli müayinə əsasında İddiaçı diaqnoz “baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları” olmaqla, “Göndərişin natamam doldurulması – Əlillik altsistemində xəstənin xəstəliyin başlanma tarixi və stasionar müalicələri arasında uyğunsuzluq var” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. -xx.xx.2022-ci il tarixli müayinə əsasında diaqnoz “baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli davranış pozğunluğu yaddaşın enməsi. Emosional davranış pozğunluğu, özünə sui qəsd cəhdləri. Enurez” olmaqla, “Göndərişin natamam doldurulması – Səhiyyə Nazirliyinin reyestrində pulsuz dərman haqında heç bir məlumat yoxdur” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. -Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarına əsasən, İddiaçı orqanizmin funksiylarının 40% pozulması; əlilliyin səbəbi ümumi xəstəlik; əlillik meyarı “7.6.2.1 Psixi və davranış pozuntuları => Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular => Üzvi mənşəli şəxsiyyət pozuntusu => Əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətinə ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); orqanizm funksiyalarının pozulması müddəti 2 il, əlilliyin müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək; əmək zəmanəti “Kənar şəxsin nəzarəti altında xüsusi məsuliyyət tələbi olmayan peşələr üzrə işləyə bilər”; sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş ixtisaslaşmış müalicə olmaqla əlillik təyin edilmişdir -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin T 692/2023 nömrəli canlı şəxsin ekspertizası haqqında ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən, iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən “F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu. F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan psixotik hallar, yaddaş və davranış pozuntusu, dekompensasiyalarla. F06.6 - Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi mənşəli emosional labil pozuntu. Yanaşı xəstəliklər: F06.5 - Üzvi dissosiativ pozuntu" xəstəliklərdən hazırda əziyyət çəkir. “Əsas diaqnoz: F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu. F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan psixotik hallar, yaddaş və davranış pozuntusu, dekompensasiyalarla. Ağırlaşma: F06.6 - Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi mənşəli emosional labil pozuntu. Yanaşı xəstəliklər: F06.5 - Üzvi dissosiativ pozuntu” diaqnozdakı xəstəliklərdən hazırda əziyyət çəkir. Qeyd edilən diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür. Həmin diaqnozla ona xx.xx.2022-ci il tarixdən “ümumi xəstəlik” səbəbindən orqanizm funksiyasının 40% pozulması ilə iki il müddətinə əlillik təyinatı verilmişdir. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndinə uyğun olduğundan İİİ dərəcə əlillik təyinatı düzgün qoyulmuşdur. İddai tələbini təmin etməmiş birinci instansiya məhkəməsi qərarı onunla əsaslandırmışdır ki, məhkəmə əvvəla iddiaçının orqanizminin funksiyalarının pozulması faizinə münasibətdə qeyd edir ki, iş üzrə əvvəlki icraat zamanı məhkəmənin qərardadına ilə keçirilmiş məhkəmə-tibbi ekspertizasına əsasən, Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin ekspert rəyi ilə müəyyən edilmişdir ki, Forma 088-də qeyd edilən diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər üzrə İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndinə uyğun olaraq təyin edilmiş İİİ dərəcə əlillik təyinatı düzgün olmuşdur. Məhkəmə qeyd olunan ekspert rəyini qəbul etməklə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya düzgün olaraq orqanizminin funksiyalarının 31-60 faizədək, yəni 40% pozulması ilə əlillik təyin edilmişdir. Məhkəmə iddia tələbinin müddətsiz əlilliyin təyin edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı müddət göstərilməklə xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixədək İİ dərəcə əlilliyi olmuşdur. xx.xx.2015-ci il tarixdən isə ona İİİ dərəcə əlillik təyin edilmişdir. İddiaçının İİİ dərəcə əlilliyi müddət göstərilməklə xx.xx.2021-ci il tarixədək davam etmişdir. Həmin tarixdən sonra yenidən qiymətləndirmə zamanı iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmiş, sonda xx.xx.2022-ci tarixdən orqanizmin funksiyalarının 40% pozulmasına görə əlillik təyin edilmişdir. Göründüyü kimi iddiaçının ardıcıl olaraq 6 il müddətində İİ dərəcə əlilliyi, 6 il müddətində isə İİİ dərəcə əlilliyi olmuşdur. Qanunvericiliyin normalara görə, fərqli dərəcələrlə əlilliyi olduğuna görə iddiaçıya müddətsiz əlilliyin təyin edilməsi üçün onun ardıcıl olaraq 15 il əlilliyi olmalıdır. Lakin iddiaçının fərqli dərəcələrlə ardıcıl olaraq ümumi 12 il əlilliyi olmuşdur. Orqanizmin funksiyalarının 40% pozulmasına görə əlillik isə 1 il 4 aydan sonra (xx.xx.2021-ci il tarixdən sonra xx.xx.2022-ci il tarixdə) təyin edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.4-cü bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; Həmin Qaydanın 1.8-ci bəndinə əsasən Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Həmin Qaydanın 1.9-cu bəndinə əsasən orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31- 60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Həmin Qaydanın 1.10-cu bəndinə əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Həmin Qaydanın 4.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda aşağıdakılatr göstərilmişdir:
7. Psixi və davranış pozuntuları 7.6. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - 35-60% - 2 il Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdeh tərəfindən qəbul edilmiş orqanizmin funksiyalarının 40% faiz pozulmasına görə əlilliyin təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarın dəyişdirilərək ona orqanizmin funksiyalarının 65-80 % pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsini xahiş etsə də, iş materialları ilə və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, onun tibbi sənədlərinə əsasən, iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən “F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu. F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan psixotik hallar, yaddaş və davranış pozuntusu, dekompensasiyalarla. F06.6 - Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi mənşəli emosional labil pozuntu. Yanaşı xəstəliklər: F06.5 - Üzvi dissosiativ pozuntu" xəstəliklərdən hazırda əziyyət çəkir. "Əsas diaqnoz: F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu. F07.0 - Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan psixotik hallar, yaddaş və davranış pozuntusu, dekompensasiyalarla. Ağırlaşma: F06.6 - Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi mənşəli emosional labil pozuntu. Yanaşı xəstəliklər: F06.5 - Üzvi dissosiativ pozuntu” diaqnozdakı xəstəliklərdən hazırda əziyyət çəkir. Qeyd edilən diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür. Həmin diaqnozla ona xx.xx.2022-ci il tarixdən “ümumi xəstəlik” səbəbindən orqanizm funksiyasının 40% pozulması ilə iki il müddətinə əlillik təyinatı verilmişdir. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndinə uyğun olduğundan İİİ dərəcə əlillik təyinatı düzgün qoyulmuşdur. Müddətsiz əlliyin təyin edilməsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ardıcıl olaraq 6 il müddətində İİ dərəcə əlilliyi, 6 il müddətində isə İİİ dərəcə əlilliyi olduğundan və müddətsiz əlilliyin təyin edilməsi üçün onun ardıcıl olaraq 15 il əlilliyi olmadığından birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Beləliklə də kollegiya hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən, cavabdehin imtina etməsi qanuni olmuşdur. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2900/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar ondan kassasiya şikayəti verilməzsə, tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.