Məhkəmə qərarları › İş №2-1(104)-128/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-128/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-128/2025 22.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-N(N04)-3022/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: N. İddiaçı məxsus NZ № ******* hərbi bilet xx.xx.N988-ci il tarixdə verilmişdir.

2. N nömrəli hərbi hissənin xx.xx.N993-cü il tarixli 266 nömrəli arayışına əsasən, İddiaçı xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində Ağdərə döyüşlərində iştirak etmişdir.

3. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.20N5-ci il tarixli 9/2-333N nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin N dekabr N992-ci il tarixli 2 nömrəli (adı tam yazılmamışdır, atasının adı yazılmamışdır) MAT-ın siyahısında baş atıcı kimi göstərilmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin əmrinə əsasən komandirin 20 iyul N993-cü il tarixli 34 nömrəli əmrilə (adı tam yazılmamışdır, atasının adı yazılmamışdır) bölmə komandiri sıravı İddiaçı Ağdərə döyüş əməliyyatları bölməsinə göndərilmiş, xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixə kimi üçqat əmək haqqı ödənilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrindən sonrakı əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün hərbi hissədən ehtiyata tərxis olunması barədə araşdırma aparılması mümkün deyildir.

4. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin xx.xx.2020-ci il tarixli SB/NN00 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən xx.xx.N992-ci il tarixdən xx.xx.N993-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur.

5. Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli N890 nömrəli məktubu və ona əlavə edilmiş xx.xx.2024-cü il tarixli N884 nömrəli məktubdan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N nömrəli əmrində (əmrdə adı tam, atasının adı qeyd edilməmişdir) şəxsi heyətin siyahısında baş atıcı, sıravi İddiaçı adı qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 34 nömrəli əmrində (əmrdə adı tam, atasının adı qeyd edilməmişdir) döyüş əməliyyatları zamanı xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək Ağdərə rayonunda olduğu üçün manqa komandiri, sıravi İddiaçı 3(üç) qat pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N99N-ci il, xx.xx.N992-xx.xx.N992-ci il, sentyabr-dekabr N993-cü il, yanvarmay N994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyindən İddiaçı xidməti barədə əlavə araşdırma apara bilinmir.

6. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.20N9-cu il tarixli N/S-8324 nömrəli və xx.xx.202N-ci il tarixli N/S-57 nömrəli imtina məktubları ilə bildirilmişdir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və 6N0 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin xx.xx.20N5-ci il tarixli 9/2-333N nömrəli arayışına əsasən hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyi üçün ona müharibə veteranı adı və vəsiqəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasınınərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Belə ki, o, xx.xx.N992-ci il tarixdə hər bir Azərbaycan Respublikası vətəndaşı kimi vətənin müdafiəsi üçün könüllü olaraq yazılmışdır. O, N nömrəli hərbi hissənin tərkibində Ağdərə istiqamətində gedən döyüş əməliyyatlarında olmuşdur. Bu barədə o, N nömrəli hərbi hissə komandirinin döyüş əməliyyatlarında olmağı barədə əmrləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsində saxlanılır.

9. Cavabdeh iddia ərizəsinə dair xx.xx.2024-cü il tarixli etiraz təqdim edərək bildirmişdir ki, şəxsə müharibə veteranı adı vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi vacibdir: N) Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması; 2) Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna AR Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin möcvud olmaması şəxs “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.20N5-ci il tarixli 9/2-333N nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin N dekabr N992-ci il tarixli 2 nömrəli (adı tam yazılmamışdır, atasının adı yazılmamışdır) MAT-ın siyahısında baş atıcı kimi göstərilmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin əmrinə əsasən komandirin 20 iyul N993-cü il tarixli 34 nömrəli əmrilə (adı tam yazılmamışdır, atasının adı yazılmamışdır) bölmə komandiri sıravı İddiaçı Ağdərə döyüş əməliyyatları bölməsinə göndərilmiş, xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixə kimi üçqat əmək haqqı ödənilmişdir. Qeyd edirlər ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrindən sonrakı əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün hərbi hissədən ehtiyata tərxis olunması barədə araşdırma aparmaq mümkün olmamışdır. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılması arxiv arayışı və nizami hissə üzrə əmrlərlə təsdiq edilmir. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən sonuncunun müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. N0. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-N(N04)-3022/2024 nömrəli qərarı ilə (hakim G.Əliyeva ) iddia təmin edilməmişdir. NN. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqanın İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun xx.xx.N993-cü il tarixdən sonrakı hərbi xidməti və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmamasıdır ki, aparılmış məhkəmə araşdırmaları ilə də həmin hal öz təsdiqini tapmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a)Apellyasiya şikayətinin dəlilləri N2. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-N(N04)- 3022/2024 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. N3. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, sübutlar təqdim etmək imkanı məhdudlaşdırılmış, iştirakı və xəbəri olmadan məhkəmə iclası keçirilmiş və yekun məhkəmə aktı çıxarılmışdır.

b)Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri N4. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c)Apellyasiya icraatı iştirakçılarının izahatları N5. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. N6. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmasına baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq: N7. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu:

3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.

N8. 25 dekabr N99N-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun:

3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. N8.N. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır.

N9. 23 dekabr 20NN-ci il tarixədək qüvvədə olmuş «Hərbi xidmət haqqında» Qanun: N. Bu Qanun Azərbaycan Respublikası Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmət və ehtiyatda xidmət keçilməsinin qaydasını müəyyən edir.

2. Hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmət Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə dövlət xidmətinin xüsusi növüdür. Ehtiyatda xidmət toplanışlar keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir. N4. Aşağıdakı günlər hərbi xidmətin başlanğıcı sayılır: çağırışçılar üçün-hərbi hissəyə göndərilməkdən ötrü hərbi komissarlığa gəldikləri gün; hərbi vəzifəlilər və qadınlar üçün-hərbi komissarlığın verdiyi sərəncamda göstərilmiş xidmət yerinə yola düşdükləri gün; ali və orta ixtisas məktəbini bitirdikdən sonra bilavasitə hərbi xidmətə çağırılan (qəbul edilən) ehtiyatda olan zabitlər üçün-hərbi komissarlığın göstərdiyi məzuniyyətə getmə günü; çağırışçılar, hərbi vəzifəlilər və qadınlar üçün-hərbi təhsil müəssisəsinə qəbul olunduqları gün. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.

2N. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. N4.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.N. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.N992-ci il tarixdə könüllü olaraq hərbi xidmətə getdiyini və N nömrəli hərbi hissənin tərkibində Ağdərə istiqamətində gedən döyüş əməliyyatlarında olduğunu qeyd edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, iddiaçının hərbi biletində və Müdafiə Nazirliyinin Mərkəzi Arxivində saxlanılan arxiv sənədlərində onun hərbi xidməti, döyüş bölgəsində iştirakı ilə bağlı qeydlər mövcud olsa da, hərbi xidmətdən qanuni əsaslarla ehtiyyata buraxılmasına dair sənəd mövcud deyildir. Bu isə şəxsə müharibə veteranı statusunun verilməsini istisna edən haldır.

25. Belə ki, iddiaçıya məxsus xx.xx.N988-ci il tarixdə verilmiş NZ № ******* hərbi biletdə iddiaçının xx.xx.N992-ci il tarixdən könüllü hərbi xidmətə getməsi və Ağdərə istiqamətində gedən döyüş əməliyyatlarında olduğu qeyd edilməmişdir. Buna baxmayaraq iddiaçının həmin dövrdə döyüş əməliyyatlarında iştirak etməsi işin mübahisəsiz halıdır. İddiaçının döyüş əməliyyatlarında iştirakı iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin xx.xx.2020-ci il tarixli SB/NN00 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən xx.xx.N992-ci il tarixdən xx.xx.N993-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur.

26. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.20N5-ci il tarixli 9/2-333N nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin N dekabr N992-ci il tarixli 2 nömrəli (adı tam yazılmamışdır, atasının adı yazılmamışdır) MAT-ın siyahısında baş atıcı kimi göstərilmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin əmrinə əsasən komandirin 20 iyul N993-cü il tarixli 34 nömrəli əmrilə (adı tam yazılmamışdır, atasının adı yazılmamışdır) bölmə komandiri sıravı İddiaçı Ağdərə döyüş əməliyyatları bölməsinə göndərilmiş, xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixə kimi üçqat əmək haqqı ödənilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrindən sonrakı əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün hərbi hissədən ehtiyata tərxis olunması barədə araşdırma aparılması mümkün deyildir.

27. Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli N890 nömrəli məktubu və ona əlavə edilmiş xx.xx.2024-cü il tarixli N884 nömrəli məktubdan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N nömrəli əmrində (əmrdə adı tam, atasının adı qeyd edilməmişdir) şəxsi heyətin siyahısında baş atıcı, sıravi İddiaçı adı qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 34 nömrəli əmrində (əmrdə adı tam, atasının adı qeyd edilməmişdir) döyüş əməliyyatları zamanı xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək Ağdərə rayonunda olduğu üçün manqa komandiri, sıravi İddiaçı 3(üç) qat pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N99N-ci il, xx.xx.N992-xx.xx.N992-ci il, sentyabr-dekabr N993-cü il, yanvarmay N994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyindən İddiaçı xidməti barədə əlavə araşdırma apara bilinmir.

28. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunmaması dəlili “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun araşdırılıb hüquqi qiymət verlməlidir. Belə ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Lakin işdə olan sübutları və iddiaçının apellyasiya şikayətində qeyd edilən dəlilləri nəzərdən keçirərkən iddiaçının qanuni əsaslarla ordudan təxris olunmasını təsdiq edən heç bir sənədin mövcud olmadığı müəyyən edilmişdir.

28. Hazırki iş materiallarında iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmasına dair sübutlar olsa da, onun qanuni əsasla hərbi xidmətdən ehtiyata buraxılmasını sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, əmrdən çıxarış mövcud deyildir.

29. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir və Əsasnamənin tələbinə görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində və Əsasnamədə göstərilən konkret rayonlarda aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissələrdə xidmət etməsi ilə yanaşı qanuni əsasla xidmətdən ehtiyata buraxılması şərtdir.

30. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə uyğun olaraq iddiaçının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hərbi qulluqçu statusu itirməsi sübuta yetməmişdir. 3N. Apellyasiya şikayətinin dəlili kimi qeyd edilmiş birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iştirakı təmin edilmədən yekun qərar qəbul edilməsinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, iş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin 0N oktyabr 2024-cü il tarixli məhkəmə iclasının protokolundan və Elektron Məhkəmə İnformasiya Sistemində birinci instansiya məhkəməsi tərəfindən 0N oktyabr 2024-cü il tarixə təyin edilmiş şifahi məhkəmə baxışı iclasının vedeoyazısından görünür ki, iddiaçı məhkəmə iclasında iştirak etmişdir.

32. Odur ki, iddianın təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə

33. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.N-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-N(N04)-3022/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən N(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar