Məhkəmə qərarları › İş №2-1(104)-129/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-129/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-129/2023 26.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Məmmədov Ədil İsa oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdeh etibarnamə üzrə nümayənəsi X3 iştirakı ilə, “iş illərinin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)- 1234/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 1996-2003-cü illərdə Samux rayon Seyidlər kənd İcra nümayəndəliyində xadimə, X6 İdarəsinin Samux rayon üzrə X4 kənd kitabxanasında xadimə işlədiyi illərin sosial sığorta stajına hesablanmaqla ona 62 yaşı tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuş, 1996-2003-cü illərdə Samux rayon Seyidlər kənd İcra nümayəndəliyində və 2004- 2007-ci illərdə Samux rayon Qədili kənd kitabxanasında xadimə işləmişdir. İddiaçı 62 yaşı tamam olduğundan qeyd olunan müddətlərin nəzərə alınaraq ona pensiya təyin edilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassız olmuşdur. Cavabdehin nümayəndəsi tərəfindən verilən iddia tələbinə etiraz ərizəsində bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyaları bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən ye məcburi dövlət sosial sığortaolunanİarın onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşİara aylıq pul ödənişidir. Həmin Qanunun 7- ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin və 62 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa gorə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti dövrləri müəssisədə və ya dövlət arxivində saxlanılan əmək haqqı kitablarında qeyd olunan sosial sığorta ayırmaları əsasında hüquq yaradan əmək stajı kimi qəbul oluna bilər. İddiaçı X1 vəziyyətində isə onun xx.xx.1978-ci ildən xx.xx.1990-c il tarixədək olan dövr, 2003-cü ildə 1 il, 2004-2005-ci illərdə 2 il olmaqla cəmi əmək stajı 14 il 07 ay təşkil edir. 1990-2003-cü illərin əmək stajı arxiv sənədləri saxtalaşdırıldığı (saxtakarlıq olduğu DSMF 18 saylı Regional Ərazi Filialının 29 aprel 2021-ci il tarixdə Samux rayon Dövlət Arxivinin müdirinin iştirakı ilə tərtib etdiyi aktda Arxivin müdiri tərəfindən təsdiqlənmişdir) üçün hamin dövrlər sığorta stajı kimi qəbul edilmir. Həmçinin iddiaçının xx.xx.2006-cı il tarixdən etibarən fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Yuxarıda qeyd olunanların nəzərə alınmasını və iddiaçı X1 "yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini və xüsusi qərardadın çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1234/2022 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sosial sığorta stajının müəyyən olunmasında əsas sənəd əmək kitabçası hesab olunur ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının mötəbərliyi şübhə altındadır və iddiaçıya pensiya təyin edilməsi zamanı mötəbər sənəd hesab edilə bilməz. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş, qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirmişdir ki, hazırki tələb üzrə iddiaçıya artıq müvafiq pensiya təyin edilmişdir və bununla bağlı hər hansı mübahisə mövcud deyildir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Belə ki, işə əlavə edilmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu tərəfindən təqdim edilmiş “Pensiya təyinatı alt sistem”ə işlənmiş elektron qərardan görünür ki, iddiaçıya xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiya təyin edilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən yekun qərar qəbul edilənədək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu tərəfindən iddiaçının tələbinin təmin edilməsi ilə bağlı yeni inzibati akt qəbul edilmişdir. Nəticədə iddiaçı tərəfindən irəli sürülmüş tələb artıq aradan qalxmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 11-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi təmin olunduğundan, bu məsələ ilə bağlı mübahisə aradan qalxdığından iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1, 67.3-cü maddələrinə əsasən, q ə r a r a a l d ı: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati кollegiyasına şikayət verilə bilər. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Ədil Məmmədov, Loğman Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar