Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-13/2023 25.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (Şəmkir bələdiyyəsi, X34 və X21) qarşı iş üzrə QƏRARİ Açar sözlər: Torpaq sahəsinin konfiqurasiyasının dəyişdirilməsi, yeni çıxarışın verilməsi Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Quliyev Anar Elcan oğlunun katibliyi ilə, İddiaçı nümayəndələri X9, (vəkil) X28, üçüncü şəxslər X22, onun nümayəndəsi (vəkil) Nümayəndə, X10 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər Şəmkir bələdiyyəsi, X34 və X21) qarşı “torpaq sahəsinin konfiqurasiyasının dəyişdirilməsi və yeni çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci tarixli, 2-1(114)- 56/2021 saylı qərarından üçüncü şəxs X34 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cu il tarixli, 72 nömrəli qərarına əsasən Qasımova (Vəliyevə) Validə Şahid qızına Bakı-Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən 0.06 ha torpaq sahəsinin satılması qərara alınmışdır.
2. 09 sentyabr 2004-cü il tarixli, 4Ə-03-358 reyestr nömrəli müqavilədən görünür ki, Şəmkir bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarına, Şəmkir rayon Tikinti və Memarlıq şöbəsinin xx.xx.2004-cü il tarixli, 49 nömrəli arayışına və Şəmkir Rayon TİB-nin xx.xx.2004-cü il tarixli, 501 nömrəli arayışına əsasən Vəliyeva (Qasımova) Validə Şahid qızına məxsus olan Bakı-Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən torpaq sahəsindəki yarımçıq mağaza X4.
3. 29 avqust 2005-ci il tarixli, 4Ə-03-327 reyestr nömrəli müqavilədən görünür ki, Şəmkir rayon DTİ və MHQİ-nin reyestr kitabı k-6-72 nömrəli inventar işi 1009 nömrəli Qeydiyyat vəsiqəsinə və xx.xx.2005-ci il tarixli, 1183 nömrəli arayışa əsasən X29 məxsus olan Bakı-Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən torpaq sahəsindəki mağaza X2.
4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* nömrəli çıxarışa əsasən Şəmkir şəhəri, Bakı-Qazax yolunun sol tərəfində 0.0416 ha torpaq sahəsində yerləşən 1 girişli, 376.4 kv.m ümumi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə X15 adına qeydiyyata alınmışdır.
5. 27 oktyabr 2009-cu il tarixli, 4Ə-02-235 reyestr nömrəli müqavilədən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* nömrəli çıxarışa əsasən X23 məxsus Şəmkir şəhəri, Bakı-Qazax yolunun sol tərəfində yerləşən 0.0416 ha torpaq sahəsi və 376.4 kv.m ümumi sahədən ibarət bir mərtəbəli qeyriyaşayış binası (mağaza) İddiaçı satılmışdır.
6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* nömrəli çıxarışa əsasən Şəmkir şəhəri, Bakı-Qazax yolunun sol tərəfində 0.0416 ha torpaq sahəsində yerləşən 1 girişli, 376.4 kv.m ümumi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.
7. Şəmkir bələdiyyəsinin Y.İ.İ.M üzrə daimi komissiyasının sədri X24, mühəndisi X30, DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsinin baş mühəndisi X25, qeydiyyat şöbəsinin müdiri X11 iştirakı ilə tərtib edilən aktdan görünür ki, Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli 72 nömrəli qərarı ilə X1 məqsədilə satılmış 0.06 ha torpaq sahəsinə yerində baxış keçirərkən müəyyən edilmişdir ki, bu sahəyə reyetrdən çıxarış verilərkən torpağın sahəsi 0.0416 ha göstərilmişdir, lakin yerdə qalan 0.0184 ha sərbəst torpaq sahəsi hal-hazırda vətəndaşın istifadəsində olduğu üçün X13 adına sənədləşməsi qanuna müvafiq hesab edilir.
8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir şəhəri, Bakı- Qazax yolunun sol tərəfində 376.4 kv.m qeyri-yaşayış binası və 0.0416 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı, 0.0184 ha torpaq sahəsi isə mülkiyyət hüququ üzrə X13 adına qeydiyyata alınmışdır.
9. AN-İ ******* nömrəli, xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, X31 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.0184 ha torpaq sahəsini İddiaçı satmışdır.
10. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir şəhəri, Bakı- Qazax yolunun sol tərəfində 376.4 kv.m qeyri-yaşayış binası və 0.06 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********67 nömrəli məktubu ilə İddiaçı Şəmkir rayonu, Bakı-Qazax yolunun sol tərəfində yerləşən qeyri-yaşayış binasının torpaq sahəsinin konfiqurasiyasının dəyişdirilməsi ilə bağlı müraciətindən imtina edilmişdir.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********65 nömrəli məktubuna əlavə edilmiş həmin idarənin yerquruluşu üzrə mütəxəssisi X32 tərəfindən tərtib edilmiş rəydən görünür ki, Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli, 72 nömrəli qərarına əsasən ayrılmış sahibkarlıq məqsədli 0.06 ha torpaq sahəsinin bələdiyyə və DT və XK tərəfindən işlənmiş yerquruluşu sxemi ilə İddiaçı adına işlənmiş xx.xx.2019-cu il tarixli RX 1502031nömrəli reyestrdən çıxarışla və texniki pasportun baş plandakı konfiqurasiya eynilik təşkil etmir. Belə ki, İddiaçı baş planı naturada mövcud olan tikiliyə icazə sənədlərinə layihəyə və digər sənədlərə əsasən tikilmiş qeyri-yaşayış binasına uyğun işlənmişdir. Odur ki, konfiqurasiyalar eynilik təşkil etməmişdir.
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsinin xx.xx.2020-ci il tarixli 11/M-206 nömrəli mütəxəssis rəyindən görünür ki, Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli, 72 nömrəli qərarına əsasən X17 verilmiş Bakı- Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən 0.06 ha torpaq sahəsinin konfiqurasiyası ilə İddiaçı adına verilmiş xx.xx.2019-cu il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 0.06 ha torpaq sahəsinin konfiqurasiyası eynilik təşkil etmir. Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli 72 nömrəli qərarına əsasən X17 verilmiş Bakı-Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən 0.06 ha torpaq sahəsi ilə bağlı təqdim olunmuş sənədlərdə koordinatlar olmaması səbəbindən İddiaçı faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsinin koordinanlarının eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmadı. Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli, 72 nömrəli qərarına əsasan X17 verilmiş Bakı-Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən 0,06 ha torpaq sahəsinin koordinatların olmaması səbəbindən X22 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 0,06 ha torpaq sahəsinin koordinatları ilə üst-ustə düşübdüşməməsini müəyyən etmək mümkün olmadı. Lakin iddiaçılar İddiaçı və X9 faktiki istifadələri kimi təqdim etdikləri 0,816 ha torpaq sahəsinin 0,0271 ha torpaq sahəsi X22 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla üst-üstə düşür.
14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli 11/M-162 nömrəli mütəxəssis rəyindən görünür ki, Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli, 72 nömrəli qərarına əsasən X17 verilmiş Bakı- Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən 0.06 ha torpaq sahəsinin konfiqurasiyası ilə İddiaçı adına verilmiş xx.xx.2019-cu il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 0.06 ha torpaq sahəsinin konfiqurasiyası eynilik təşkil etmir və çıxarış üzrə işlənmişdir. Yəni Bakı-Qazax magistral yoluna perpendikulyar vəziyyətdə işlənmişdir. İddiaçı adına verilmiş xx.xx.2019-cu il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 0.06 ha torpaq sahəsinin konfiqurasiyası – Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli, 72 nömrəli qərarına uyğun dəyişdirildiyi təqdirdə hər hansı üçüncü şəxslərin hüquqlarının qeydə alındığı torpaq sahəsi ilə üst-üstə düşmür. Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli 72 nömrəli qərarına əsasən X17 verilmiş Bakı- Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən 0.06 ha torpaq sahəsi ilə İddiaçı faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs Şəmkir bələdiyyəsi) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir bələdiyyəsinin adına verilmiş xx.xx.2018-ci il tarixli, **********06 reyestr nömrəli çıxarışın və onun verilməsinə əsas olmuş torpaq sahəsinin planının və ölçüsünün ləğv edilməsi, Bakı-Qazax yolunun sol tərəfində yerləşən onun adına olan qeyri-yaşayış binasının (mağazanın) torpaq sahəsinin konfiqurasiyasının dəyişdirilməsi, buna müvafiq olaraq onun adına yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçının nümayəndəsi və vəkili X40 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı-Qazax yolunun sol tərəfində yerləşən onun adına olan qeyriyaşayış binasının (mağazanın) yerləşdiyi torpaq sahəsinin konfiqurasiyasının dəyişdirilməsi, buna müvafiq olaraq onun adına yeni çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
17. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə birinci instansiya məhkəməsinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, Şəmkir şəhəri, Bakı-Qazax yolunun, sol tərəfi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və ümumi sahəsi 376,4 kv.m olan qeyri-yaşayış binası üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2019-cu il tarixli, **********15-06301 reyestr nömrəli çıxarış verilmişdir. Həmçinin Şəmkir şəhərində yerləşən 0.0271 ha torpaq sahəsi üzərində X22 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2019-cu il tarixli, **********71 reyestr nömrəli çıxarış verilmişdir. İddiaçı mülkiyyətində olan 0.06 ha və X22 mülkiyyətində (alqı-satqı yolu ilə X8 aldığı) olan 0.0271 ha torpaq sahələri bələdiyyəyə məxsus torpaq sahəsi olmuş və sərhədləri bələdiyyə tərəfindən müəyyən edilərək edilərək vətəndaşlara satılmışdır. Vətəndaşlar tərəfindən təqdim olunmuş hüquqmüəyyənedici və torpaq sahələrinin naturada sərhədlərini müəyyən edən sənədlər əsasında hər iki torpaq sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda bildirilir ki, X26 və X6 Bələdiyyəsinin 0.0271 ha torpaq sahəsinin X3 ilə bağlı qərarın ləğv edilməsinə dair iddiasının təmin edilməməsi ilə bağlı Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli, 2-1(083)-1861/2019 nömrəli qərardad verilmişdir.
18. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci tarixli, 2-1(114)-56/2021 saylı qərarı ilə (hakim A.İsgəndərova) iddianın təmin edilməsi, xx.xx.2019-cu il tarixli, RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin konfiqurasiyası Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli, 72 nömrəli qərarına əsasən X17 verilmiş Bakı-Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən 0.06 ha torpaq sahəsinin konfiqurasiyasına uyğun dəyişdirilərək çıxarış verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
19. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə İddiaçı istifadəsində olan torpaq sahəsi faktiki olaraq Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli, 72 nömrəli qərarına əsasən X17 verilmiş Bakı-Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən 0.06 ha torpaq sahəsi ilə eynilik təşkil edir. İddiaçı mülkiyyətində olan torpaq sahəsini məhz Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli, 72 nömrəli qərarına əsasən X17 verilmiş 0.06 ha torpaq sahəsinin əsasında əldə etmişdir. Mütəxəssis rəyləri ilə də müəyyən edilmişdir ki, Şəmkir bələdiyyəsinin 16 iyul 2004- cü il tarixli, 72 nömrəli qərarına əsasən X17 verilmiş Bakı-Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən 0.06 ha torpaq sahəsi ilə İddiaçı faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşür. Lakin iddiaçının adına verilmiş çıxarış üzrə cavabdeh inzibati orqan torpaq sahəsinin konfiqurasiyasını düzgün işləməmiş, bununla da, iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozmuşdur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
20. Üçüncü şəxs X35 apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci tarixli, 2-1(114)-56/2021 saylı qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı əri X19 ilə dostluq münasibətləri olmuşdur və hələ 2003-2004-cü illərdə şərik tikinti materialları satmaq məqdəsi ilə hazırda İddiaçı adına olan sözügedən torpaq sahəsini onun adına almışlar. Orada inşaat materialları satmaq üçün hazırda mübahisələndirilən obyekti tikib işləmişlər. Bir müddətdən sonra Vidadi Səlimov obyekti oğlu Ramil Səlimovun adına keçirməyi bildirdi. O, buna etiraz etmədi. Beləliklə sözügedən torpaq sahəsini və obyekti X20 Səlimovun adına keçirmişlər. Onlar yenə də işlərinə şərik olaraq davam etmişlər. Bir müddətdən sonra isə Vidadi həmin obyekti oğlunun adından arvadı İddiaçı adına keçirmişdir. 2017-ci ilə kimi birgə şərik işləmişlər. 2017-ci ildə aralarında olan narazlığa əsasən ayrılmışlar. Onlar həmin torpaq sahəsini birgə alaraq birgə obyekt tikdirsələr də, həmin torpaq sahəsindən, obyektdən və onun içərisində olan əşyalardan heçnə götürməmiş, hamısını şəiriki Vidadi Səlimova bağışlayaraq çıxıb getmişdir. Həmin obyektin yan tərəfində 0,0271 ha torpaq sahəsi var. O, həmin torpaq sahəsini 2019-cu ildə X8 alqısatqı edərək almışdır. xx.xx.2019-cu i tarixdə həmin torpaq sahəsi **********71 reyestr nömrəli çıxarışla onun mülkiyyətindədir. X21 isə həmin torpaq sahəsini Şəmkir Bələdiyyəsindən hərrac nəticəsində almışdır və adına çıxarış verilmişdir. İddiaçı aralarında olan narazılıqlara görə və həmin torpaq sahəsinə yiyələnmək üçün Şəmkir Rayon Məhkəməsinə müraciət edərək hərracın nəticələrinin etibarsız sayılması və torpaq sahəsinin onlara verilməsi ilə bağlı iddia qaldırsa da iddia rədd edilmişdir. Daha sonra müvəqqəti xarakterli müdafiə barədə ərizə ilə Gəncə İnzibati Məhkəməyə müraciət etmiş və ərizəsi təmin edilməmişdir. Hazırda isə bu iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin birinci instansiya məhkəməsi onun hüquqlarını nəzərə almamışdır. Onun mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, iddiaçının iddiası təmin olunaraq obyektin konfiqurasiyası dəyişsə onun mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış məhdudlaşır və demək olar ki, onun mülkiyyətində olan obyekt ləğv edilərək iddiaçıların mülkiyyətinə keçir. İddiaçı hazırda onu öz xüsusi mülkiyyətində olan torpaq sahəsinə daxil olmağa icazə vermir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz ərizəsi daxil olmuşdur. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, onun əri Səmilov Vidadi ilə Kazımov Mənsur heç bir vaxt şərik işləməyiblər. İşin həqiqi halı odur ki, X7 rayon X39 və Mülkiyyət Hüquqlarının Qorunması İdarəsinin k-6-72 nömrəli, inventar işi 1009 nömrəli qeydiyyat vəsiqəsinə özünə məxsus mağazanı Şəmkir rayon 2 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə X12na alqı-satqı etmişdir. O, vicdanlı alıcıdır. X12 DƏDRX-nin Şəmkir rayon Ərazi İdarəsinin ******* nömrəli çıxarışına və xx.xx.2009-cu il tarixli arayışa əsasən həmin mağazanı 2 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi ilə ona satmış və hazırda da həmin mağaza torpaq sahəsi ilə birlikdə onun xüsusi mülkiyyətindədir. Birinci instansiya məhkəməsində obyektiv və hərtərəfli araşdırma aparılaraq müəyyəm olunmuşdur ki, İddiaçı adına verilmiş xx.xx.2019-cu il tarixli, RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 0.06 ha torpaq sahəsinin konfiqurasiyasına əsasən torpaq sahəsinin 3.29 metr enində hissəsi faktiki yolun üzərinə düşür. Həmçinin mütəxəssis rəyləri ilə də müəyyən edilir ki, Şəmkir Bələdiyyəsi tərəfindən verilmiş 16 iyul 2004-cü il tarixli, 72 nömrəli qərarına əsasən X17 verilmiş Bakı-Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud tikinti sırasındakı ərazidə yerləşən 0.06 ha torpaq sahəsi ilə İddiaçı faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsi ilə üst üstə düşür. Lakin iddiaçının adına verilmiş çıxarış üzrə cavabdeh inzibati orqan torpaq sahəsinin konfiqurasiyasını düzgün işləməmiş, bununla da iddiaçının hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X34 və onun nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci tarixli, 2-1(114)-56/2021 saylı qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdilər.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndələri X26 və X40 (vəkil) apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirdilər və şikayətin təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci tarixli, 2-1(114)-56/2021 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X21 apellyasiya şikayətinin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci tarixli, 2-1(114)- 56/2021 saylı qərarının ləğv edilməsini xahiş etdi.
26. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
27. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Maddə 157. İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir
Maddə 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Maddə 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
30. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə: Bənd 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. Bənd 1.2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Nazirliyin hüquqi aktlarını rəhbər tutur. Bənd 3.0.23. Daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur.
31. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının 22 dekabr 1998-ci il tarixli Qanunu: Maddə 10. Torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir.
32. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 65. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu
işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
34. İPM-in 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
35. İPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
36. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
37. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
38. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
39. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
40. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
41. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
42. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
43. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
44. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
45. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apelyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. İşin faktiki halları ilə müəyyən edilir ki, hazırkı iddia tələbi üzrə iddiaçının mübahisələndirdiyi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən konfiqurasiyasının yanlış işlənildiyini iddia etdiyi Şəmkir şəhəri, Bakı-Qazax yolunun sol tərəfində yerləşən 0.06 ha torpaq sahəsi ilk dəfə Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cu il tarixli, 72 nömrəli qərarına əsasən Qasımova (Vəliyevə) Validə Şahid qızına satılmış, hazırkı qərarın təsviri hissəsində göstərilən sənədlər əsasında alqı-satqı yolu ilə əvvəlcə X29, daha sonra X23, daha sonra isə İddiaçı satılmışdır. Bu zaman satılan torpaq sahəsinin ölçüsü 0.06 ha olduğu halda daşınmaz əmlakın dövlət reyestrində 0.0416 ha kimi qeydə alınmış, yerdə qalan 0.0184 ha torpaq sahəsi vətəndaşın istifadəsində olduğundan X13 adına sənədləşdirilmiş, sonradan həmin torpaq sahəsi də İddiaçı satılaraq ona 0.06 ha torpaq sahəsinə görə çıxarış verilmişdir
49. Göründüyü kimi, hazırda iddiaçının mülkiyyətində olan 0.06 ha torpaq sahəsi məhz Qasımova (Vəliyevə) Validə Şahid qızına Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cu il tarixli, 72 nömrəli qərarına əsasən satılmış torpaq sahəsidir və həmin torpaq sahəsinin yerləşmə yeri-konfiqurasiyası da ilkin hüquqmüəyyənedici sənəd olan Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cu il tarixli, 72 nömrəli qərarına əsasən müəyyən edilməlidir. Hazırkı iddia tələbində iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun mülkiyyətində olan torpaq sahəsinin konfiqurasiyasının düzgün işlənilmədiyini mübahisələndirmiş və qeyd etmişdir ki, Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cu il tarixli, 72 nömrəli qərarına əsasən Qasımova (Vəliyevə) Validə Şahid qızına satılmış torpaq sahəsinin yerləşməsi Bakı-Qazax yoluna paralel olduğu halda, hazırkı çıxarışda perpendikulyar vəziyyətdə işlənilmiş, bu da onun hüquqlarının pozulması ilə nəticələnmişdir.
50. Cavabdeh inzibati orqan iddia predmeti olan torpaq sahəsinin qonşuluğunda yerləşən X29 məxsus torpaq sahəsi olduğundan, həmin torpaq sahəsinin konfiqurasiya dəyişikliyinin aparılmasının mümkün olmadığını əsas gətirərək imtina etmişdir.
51. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli, 11/M-162 nömrəli mütəxəssis rəyi ilə Şəmkir bələdiyyəsinin 16 iyul, 2004-cü il tarixli, 72 nömrəli qərarına əsasən X17 verilmiş Bakı- Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən 0.06 ha torpaq sahəsinin konfiqurasiyası ilə İddiaçı adına verilmiş xx.xx.2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 0.06 ha torpaq sahəsinin konfiqurasiyasının eynilik təşkil etmədiyi və çıxarış üzrə işləndiyi, yəni Bakı-Qazax magistral yoluna perpendikulyar vəziyyətdə işlənməsi, İddiaçı adına verilmiş xx.xx.2019-cu il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunan 0.06 ha torpaq sahəsinin konfiqurasiyasının – Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli, 72 nömrəli qərarına uyğun dəyişdirildiyi təqdirdə hər hansı üçüncü şəxslərin hüquqlarının qeydə alındığı torpaq sahəsi ilə üst-üstə düşmədiyi, Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli, 72 nömrəli qərarına əsasən X17 verilmiş Bakı-Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazasının və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən 0.06 ha torpaq sahəsi ilə İddiaçı faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
52. Göründüyü kimi, mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Şəmkir bələdiyyəsinin 16 iyul 2004-cü il tarixli, 72 nömrəli qərarına əsasən X17 verilmiş Bakı-Qazax magistral yolunun sol tərəfində mövcud tikinti materialları bazası və Qaçqınlar qəsəbəsinin arasındakı mövcud ticarət sırasındakı ərazidə yerləşən 0.06 ha torpaq sahəsi ilə İddiaçı faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşür. Lakin iddiaçının adına verilmiş çıxarış üzrə cavabdeh inzibati orqan torpaq sahəsinin konfiqurasiyasını düzgün işləməmiş, bununla da, iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozmuşdur.
53. Həmçinin iş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-571/2023 saylı qərardadı ilə iddiaçı X22 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər İddiaçı və Şəmkir şəhər Bələdiyyəsi) qarşı “üçüncü şəxs İddiaçı adına 06 mart 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyddə düzəliş edilərək torpaq sahəsi qrafasında 0,0184 ha qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. Göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı ilə də hazırda mübahisələndirilən torpaq sahəsinə dair X5 hüququnun olmadığı müəyyən edilmişdir.
54. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilən faktiki halları və qanunun tələblərini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbinin təmin edilməsi üçün kifayət qədər əsasların mövcud olması qənaətinə gələrək iddia tələbini təmin etməkdə haqlı olmuşdur.
55. Məhkəmə kollegiyasi yuxarıda qeyd olunanlara əsasən apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab etmir.
56. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci tarixli, 2-1(114)-56/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.