Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-131/2023 13.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, X1 etibarnamə üzrə nümayəndəsi (vəkili) X2 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-890/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından X8 şikayətinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X5 miras qalmış, Şəmkir rayonu, Morul 20 ünvanda yerləşən daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-890/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmiş, İddiaçı mərhum əri X3 miras qalmış, Şəmkir rayonu, Morul 20 ünvanda yerləşən daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilmişdir. İş üzrə tərəf olmayan X18 xx.xx.2022-ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-890/2021 nömrəli qərarının ləğv edilməsi, həmin inzibati işin yenidən araşdırılması və onun maraqlarına toxunulan üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum qardaşı Xanbala Həsənovdan miras qalmış mülkün ½ hissəsi üzərində Karin Katerinanın mülkiyyət hüququ DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsində dövlət qeydiyyatına alınmasına görə o həmin miras əmlak üzərində mülkiyyət hüququndan mərhum edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-890/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakim E.Axundov) ərizə təmin edilməmişdir. Birinci instansiya məhkməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə qərarı onun hüquq və maraqlarına toxunmur və bu səbəbdən vəsatət təmin edilməməlidir. Qərardaddan narazı qalan ərizəçi şikayət verərək Gəncə İnzibati Məhkəməsinin 2- 1(114)-890/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)- 890/2021 nömrəli qərarının ləğv edilərək iş üzrə icraatın təzələnməsini xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında normaları sadaladıqdan sonra qanunvericiliyin məhkəmə qərarının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasının təzələnməsini və şəxsin məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməsini, qərarın onun maraqlarına toxunması, habelə hüquqları və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulacağı hallarla şərtləndirməsini qeyd etmiş ancaq, ərizəçi olaraq dəlillərindən məhkəmə qərarının onun hüquq və maraqlarına toxunmamasını və bu səbəbdən iş üzrə 3-cü şəxs qismində cəlb edilməyi barədəki vəsatətinin təmin edilməli olmamasını müəyyən etmişdir. Tərəfindən təqdim edilmiş mötəbər sübutlarda yəni, mərhum qardaşı X5 miras qalmış mübahisəli əmlak üzrə Xanbalanın payına düşən hissəsinə qanun üzrə vərəsə tanınmağına dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırması, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-981/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsinə görə həmin qətnamədən apellyasiya şikayəti verməyi, şikayəti üzrə mülki işin Gəncə Apellyasiya Məhkəməsinin icraatında olmasına dair sübutları inzibati məhkəməyə təqdim etməsinə baxmayaraq məhkəmə əsassız olaraq təqdim etdiyi dəlildən həmin inzibati işin maraqlarına toxunmaması qənaətinə gəlmişdir. X1 etibarnamə üzrə nümayəndəsi (vəkili) X9 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndəsi iştirak etməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən şikayətin dəlillərinə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan məlum olur ki, Şəmkir şəhəri, Morul küçəsində 0,07 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X16 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 141 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2009-cu il tarixli, 2(076)-598/2009 saylı icra vərəqəsinin təsdiqlənmiş surətindən məlum olur ki, Şəmkir Rayon Məhkəməsi iddiaçılar X6, X10 cavabdeh X13 qarşı miras mülkə vərəsəliyin müəyyən edilməsi, vərəsə tanınma, miras payların bölünməsi və miras əmlaka mülkiyyət hüququ verilməsinə dair mülki işə baxaraq qət edilmişdir:- iddia təmin edilsin. ünvan 2 ünvanda mərhum X14 miras qalmış mülkə iddiaçı X19 və X17 vərəsə tanınsınlar. Həmin mülkün iddiaçı X11 və X6 payları bölünərək miras mülkün ½ hissəsi hər birinə miras payı verilməklə mülkiyyətçi tanınsınlar. Həmin mülkdən iddiaçı X10 və X6 paylarına müvafiq olaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir Ərazi İdarəsinə həvalə edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan məlum olur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət kimi X19 və X6 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 141 nömrəli vərəqində qeydiyyata alınmışdır. Almaniya Respublikasının Lukenvalde Ərazi Məhkəməsinin xx.xx.2020-ci il tarixli vərəsəlik şəhadətnaməsi ilə X15, Firuzə Həsənovanın və X4 vərəsəliyi tanınmışdır. İddiaçı ərindən miras qalmış Şəmkir rayonu, Morul 20 ünvanda yerləşən daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, xx.xx.2021-ci il tarixli, **********77 nömrəli məktub ilə müraciətin təmin olunmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, X22 əri mərhum X10 və X7 paylı mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin miras əmlakının Almaniya Respublikasının Lukenvalde Ərazi Məhkəməsinin qərarı ilə vərəsələr arasında bölünmüşdür. Almaniya Respublikasının məhkəməsi tərəfindən verilmiş vərəsəlik şəhadətnamə qərar və ya qətnamə deyil və bu səbəbdən də, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən tanınmalı olmamışdır. Belə ki, Lukenvalde Ərazi Məhkəməsinin vərəsəlik şəhadətnaməsi Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasıdakı Səfirliyinin konsulu S.Z.Hüseynov tərəfindən legallaşdırılmışdır. Belə olan halda İddiaçı vərəsə kimi tanınmasına dair müvafiq olaraq Azərbaycan Respublikasının qanunlarına tabe olan və tam səlahiyyətli konsulun legallaşdırması olmuşdur. Bundan sonra, İddiaçı birinci instansiya məhkəməsinə müraciət etmiş və məhkəmənin 2-1(114)-890/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı X15 mərhum əri X3 miras qalmış, Şəmkir rayonu, Morul 20 ünvanda yerləşən daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilmişdir. Qeyd olunan qərar qanuni qüvvəsini almış və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən icra edilərək, vətəndaşın adına “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir. Hazırki ərizəsində N.Həsənov iş üzrə qəbul edilmiş məhkəmə aktı onun hüquqlarına toxunduğundan inzibati icraata üçüncü şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilərək icraatın təzələnməsini xahiş etmişdir. Məhkəmə tərkibi ilk öncə inzibati icraata üçüncü şəxs qismində cəlb edilmənin mahiyyətinin açıqlanmasını zəruri hesab edir və qeyd edir ki, X12 iş üzrə icraatda üçüncü şəxs qismində iştirakıa cəlb edilməsi qanunamüvafiq deyildir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 28.1 və 28.2-ci maddələrinin məzmunundan göründüyü kimi, üçüncü şəxslər məhkəmə icraatına məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda cəlb edilə bilərlər (adi cəlb etmə), yaxud mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə:
24. Hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır.
25. Üçüncü şəxslərə icraatda iştirak imkanlarının yaradılması həm də onların mümkün maraqlarına ədalətli münasibət göstərilməsi ilə bağlıdır və mübahisənin tərəfi (iddiaçı və ya cavabdeh) olmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədinə yönəlir. Bununla da onlar icraatda tərəf statusu əldə etməsələr belə, öz mənafelərini məhkəmə qarşısında bəyan etmək və qərarın qəbulu prosesində öz maraqlarını təmsil etmək imkanı qazanırlar. Belə qoşulma, həm də işin faktiki hallarının tam və hərtərəfli araşdırılmasına töhfə verir, obyektiv və qanuni qərarın qəbul edilməsinə xidmət edir. Üçüncü şəxs özünə bəlli olan halları məhkəməyə bildirməklə, eləcə də tərəflərin istinad etmədiyi yeni baxışlar və dəlillər ortaya qoymaqla mübahisə predmeti ilə bağlı işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi işinə yardım etmiş olur. Beləliklə, həm mübahisədə iştirak edən tərəflərin və üçüncü şəxslərin maraqlarının balanslaşdırılmış müdafiəsi təmin edilmiş olur, həm də inzibati prosesdə tətbiq olunan inkvizisiya prinsipinə uyğun olaraq işin hallarının tam və obyektiv müəyyənləşdirilməsi mümkün olur. 32.İnzibati məhkəmə icraatının tərəfləri iddiaçı və cavabdehdir. Üçüncü şəxslər isə mübahisə tərəflərindən (iddiaçı və ya cavabdehdən) kənar şəxslər ola bilərlər. Cəlbetmənin hər iki növünü həyata keçirə bilmək üçün üçüncü şəxslər həm də İPM-in 26cı maddəsinin tələblərinə uyğun olaraq prosessual fəaliyyət qabiliyyətinə də malik olmalıdırlar.
33. İPM-in 28.1-ci maddəsi adi, 28.2-ci maddəsi isə zəruri cəlbetmə halını tənzimləyir. Adi cəlbetmə halını nizamlayan İPM-in 28.1-ci maddəsində “məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda” ifadəsindən, zəruri cəlbetməni nizamlayan İPM-in 28.2-ci maddəsində isə “üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda” ifadəsindən istifadə olunmuşdur. Bundan başqa, qanunvericiliyə görə adi cəlbetmənin həyata keçirilməsi məhkəmənin mülahizəsindən asılıdır, zəruri cəlbetmə isə məhkəmənin vəzifəsi olaraq müəyyənləşdirilmişdir. 36.İnzibati məhkəmə icraatına cəlb edilməli olan şəxsin adi, yaxud zəruri cəlbetmə qaydasında cəlb edilməli olduğunu fərqləndirmək üçün istifadə olunan əsas meyarlardan biri “hüquqi maraq” meyarıdır. Belə ki, zəruri cəlbetmə zamanı tələb olunan hüquqi maraqla, adi cəlbetmə zamanı tələb olunan maraq bir-birindən fərqlidir. Həmin fərqin mövcud olduğunu İPM-in 28.1 və 28.2-ci maddələrindəki müddəalar da təsdiq edir.
37. Hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur.
38. Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.
39. Beləliklə, icraatda tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyini müdafiə edirsə, bu zaman, həmin icraatın nəticəsində qəbul ediləcək qərar onun maraqlarına toxunma halını yaradacaqdır. Ona görə də, maraqlara toxunma halının mövcudluğunu müəyyənləşdirmək üçün mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normalarının hər hansı birinin üçüncü şəxslərə münasibətdə qoruyucu təsirə malik olub-olmadığına qiymət verilməlidir. Belə maraqlar o zaman mövcud olur ki, cəlb edilən şəxslə tərəflərdən biri və ya hər ikisi, yaxud mübahisə predmeti arasında əlaqə mövcud olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir. ...
46. Bununla belə, prosesə daxil olmaq və ya cəlb edilmək üçün iradə ifadəsi kifayət deyil, çünki proses iştirakçısı olmayan şəxsin üçüncü şəxs qismində icraat iştirakçısına çevrilməsi üçün həlledici olan məhkəmənin gələcəyi qənaətdir və bu barədə qərarı məhkəmə ona daxil olmuş ərizə və ya vəsatətə qiymət verərək qəbul etməlidir. Hər bir halda, üçüncü şəxslərin prosesdə iştirakı məsələsi məhkəmə tərəfindən həll edilir, yəni yalnız məhkəmə müvafiq əsasların mövcud olduğu qənaətinə gəldikdə onlar icraatda iştiraka cəlb edilə bilərlər. Məhkəmənin təşəbbüsü əsasında həyata keçirilmiş cəlbetmə zamanı da son nəticədə həmin cəlbetmə məhkəmə tərəfindən həyata keçirilmiş olur.
53. İPM-in 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad İPM-in 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. İPM-in 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə qəbul edilmiş məhkəmə aktı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini tələb edən X12 qanunla qorunan maraqlarına toxunmur, onun barəsində üçüncü şəxs olaraq vahid qərarın qəbul olunmasını şərtləndirən hallar mövcud deyildir Belə ki, Şəmkir rayonu, Morul 20 ünvanda yerləşən daşınmaz əmlak Xanbala Həsənov və Yeganə Həsənova arasında məhkəmə qətnaməsi əsasında bölünmüş və onunların hər ikisinin hüquqları dövlət reyestridə qeydiyyata alınmışdır. Bundan sonra X.Həsənov vəfat etmiş və onun birinci növbə vərəsəsi X23 mirası hüquqi qəbul etmiş və ərindən qalmış miras əmlak üzrə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını həyata keçirmiş, mübahisəli mülk xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********71-1030 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ üzrə X17 və Katharina Karinin adına qeydə alınmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-890/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 28, 81, 87, 89, və 94. maddələrini rəhbər tutaraq,
q ə r a r a a l d ı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-890/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər.