Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-131/2025 14.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarın ləğv edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 3102/2024 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hüquqi şəxs haqqında məlumat vərəqinə əsasən, İddiaçınə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə, xx.xx.2022-ci il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır.
2. xx.xx.2024-cü il tarixdə İddiaçı MMC tərəfindən 14 saylı Ərazi Vergilər İdarəsinə 2023-cü ilin mənfəət vergisi üzrə dəqiqləşmiş bəyannamə verilmişdir.
3. 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, **********548300 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubundan görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə vergi orqanına təqdim olunmuş bəyannamədə kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Bununla əlaqədar olaraq dəqiqləşmiş bəyannamənin təqdim edilməsi tələb olunmuşdur.
4. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********508100 saylı qərar ilə cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsi İddiaçı MMC-yə 2023-cü ilin hesabat dövrü üzrə 2.313.604,41 manat məbləğində mənfəət vergisi hesablamışdır.
5. İddiaçı MMC tərəfindən təqdim edilmiş elektron alış aktlarına əsasən 03.01.xx.xx.2023-cü il tarixləri arasındakı elektron alış aktları təhvil verən və təhvil alan tərəfindən imzalanmış, İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
6. 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim edilmiş malların alış aktı barədə məlumat cədvəlində İddiaçı 03.01.-xx.xx.2023- cü il tarixləri arasındakı alış aktlarının ləğv edildiyi qeyd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və 2023-cü il mənfəət vergisi üzrə xx.xx.2024-cü il tarixli, **********508100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh orqan 2023-cü il mənfəət vergisi üzrə xx.xx.2024-cü il tarixli, **********5008100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə 2313604.41 manat əlavə vergi məbləğləri hesablamışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Hesab edirlər ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş qərar ləğv edilməlidir. Belə ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərarda hesablamanın xərci təsdiq edən sənədlərin olmamasına əsasən aparılması qeyd edilmişdir. İddiaçı tərəfindən xərclərin təsdiq edilməsi barədə sənədlər vergi orqanına təqdim edilmişdir. Vergi orqanı tərəfindən ünvanlanmış uyğunsuzluq məktubuna iddiaçı tərəfindən cavab olaraq qeyd edilmişdir ki, vergi orqanı tərəfindən tələb edilən elektron alış aktları, elektron qaimə fakturalar və digər xərc sənədləri faktiki olaraq AVİS altsistemində mövcuddur. Həmin sənədlər faktiki olaraq vergi orqanı tərəfindən qeydiyyata alınır və elektron olaraq qeydiyyat nömrəsi təqdim edilir. Müvafiq sistemlər vergi orqanının bazasında mövcuddur. Həmçinin, vergi orqanı tərəfindən eyni səbəb ilə, yəni xərc sənədləri nəzərə alınmadan 2022-ci il mənfəət vergisi üzrə kameral vergi yoxlaması həyata keçirilmiş və müəssisəyə həmin dövr üzrə əlavə hesablamalar aparılmışdır. Həmin qərar iddiaçı tərəfindən Gəncə İnzibati Məhkəməsində mübahisələndirilmiş, iddia tələbi təmin edilmişdir. İş üzrə vergi orqanı tərəfindən təqdim edilmiş apellyasiya şikayəti də təmin edilməmiş, iddia tələbinin təmin edilməsi barədə qərar dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh orqan təkrarən şikayətlərə məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul etmişdir. İddiaçı bununla əlaqədar vergi orqanına dəfələrlə müraciət etmiş, lakin müraciət cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləğləri azaldılmamışdır.
9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3102/2024 nömrəli qərardadı ilə iddia tələbi “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********508100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi” tələbinə dəyişdirilmişdir.
10. Cavabdeh Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddia tələbinə qarşı etiraz məhkəməyə daxil olmuş və İddiaçı iddiasının əsassız və qanunvericiliyin tələblərinə tam zidd olduğuna görə rədd edilməsi xahiş olunmuşdur.
11. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş cari mənfəət vergi bəyannaməsində (Hesablama metodu ilə təqdim edilmiş bəyannamənin) “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Bilavasitə malların təqdim edilməsi işlərin görülməsi, xidmətlərin göstərilməsi ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), “Nəqliyyat xərcləri” (229cu), və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi 74.892.325,97 manat məbləği ilə əvvəlki il üzrə təqdim edilmiş “Mənfəəət vergisinin bəyannaməsi”-nin 1 nömrəli Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0.00 manat), cari il ərzində elektron əldə edilmiş e-qaimə-fakturaların (riskli e-qaimə-fakturaların məbləği (0.00) istisna olmaqla) və alış aktlarının məbləği 1.779.897,33 manat, cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış malmaterialların 55480,00 manat məbləği, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyanamələri”-nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) və 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0.00 manat) cəmi məbləğindən 1.835.377,33 manat bəyannamənin 1 nömrəli Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin 2.724.949,00 manat çıxılması nəticəsində yaranan (0 manat) məbləğin müqayisəsi nəticəsində 74.892.325,97 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamənin 1 nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” sütunundakı göstəricilərin cəmi 77258765,20 manat bəyannamənin aid olduğu ilin müvafiq idxal edilmiş 55480.00 manat, elektron-qaimə fakturalar (riskli e-qaimə fakturalar üzrə alınmış mallar (0.00 manat) istisna olmaqla) 732432,50 manat və alış aktları 658355.00 manat əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan cəmi 1446267.50 manat məbləğdən - ********.70 manat fərqli olduğu üçün kənarlaşma yaranmışdır. Yaranmış kənarlaşmalarla bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********548300 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, lakin kənarlaşmalar aradan qaldırılmadığı üçün, kameral vergi yoxlaması ilə əlavə vergi hesablanaraq idarənin xx.xx.2024-cü il tarixli, **********5008100 nömrəli qərarı vergi ödəyicisinə göndərilmişdir. Araşdırmalara əsasən vergi ödəyicisi tərəfindən 2023-cü il ərzində 75.548.153,15 manat dəyərində mallar ixrac edilmiş və malın dəyəri olaraq 74.533.816,20 manat əks etdirilməsinə baxmayaraq xərc sənədləri baza məlumatlarına əsasən öz əksini tapmamışdır. Bu səbəbdən xərclər Nazirlər Kabinetinin 55 nömrəli qərarına əsasən 62.965.794,17 (75.548.153,15*5/6) olaraq qiymətləndirilərək xərc kimi nəzərə alınmışdır. İddiaçı tərəfindən 03 yanvar - 13 fevral 2023-cü il tarixlər arası vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktı 11 yanvar-21 fevral 2023-cü il tarixlər arası ləğv edilmişdir.
12. Gəncə İnzibati Məhkəməsinin (hakim R.Tağıyeva) xx.xx.2024-cü il tarixli, 2- 1(114)-3102/2024 saylı qərarı ilə İddiaçı MMC tərəfindən verilmiş iddianın təmin edilməsi, Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********508100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi qərara alınmışdır.
13. Məhkəmə cavabdeh tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən iddiaçı tərəfindən 03.01.-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə alış aktlarının ləğv edilməsinə-iddiaçının xərclərini təsdiq edən sənədlərin olmamasına əsaslanmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarının tətbiq edilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli, 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi” Qaydalarına istinadən qeyd etmişdir ki, iş materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş elektron alış aktlarından görünür ki, 03.01.-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə elektron alış aktları təhvil verən və təhvil alan tərəfindən imzalanmış, İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
14. Məhkəmə həmçinin, 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim edilmiş malların alış aktı barədə məlumat cədvəlinə münasibət bildirirərək qeyd edir ki, həmin cədvəldə İddiaçı 03.01.-xx.xx.2023-cü il tarixləri arasındakı alış aktlarının ləğv edildiyinin qeyd edilməsinə baxmayaraq, həmin sənədlərlə alış aktlarının İddiaçı MMC tərəfindən ləğv edilməsi təsdiq olunmur. Belə ki, yuxarıda qeyd olunan Qaydaların tələbinə görə, alış aktları ləğv edilərkən də vergi ödəyicisi tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə imzalanmalıdır. Lakin göründüyü kimi həmin cədvəldə alış aktlarının ləğv edilməsinin iddiaçı tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə imzalanması əks olunmur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3102/2024 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən 08 may 2024-cü il tarixdə təqdim edilmiş cari mənfəət vergi bəyannaməsində (Hesablama metodu ilə təqdim etdilmiş bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Bilavasitə malların təqdim edilməsi işlərin görülməsi, xidmətlərin göstərilməsi ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), “Nəqliyyat xərcləri” (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi 74.892.325,97 manat məbləği ilə, əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”-nin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0.00 manat), cari il ərzində əldə edilmiş e-qaimə fakturaların (riskli e-qaimə-fakturaların məbləği (0.00) istisna olmaqla) və alış aktlarının məbləği 1.779.897,33 manat, cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların 55.480,00 manat məbləği, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) və 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0.00 manat) cəmi məbləğindən 1.835.377,33 manat bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin 2.724.949,00 manat çıxılması nəticəsində yaranan (0 manat) məbləğin müqayisəsi nəticəsində 74.892.325,97 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamənin 1 nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” sütunundakı göstəricilərin cəmi ********.20 manat bəyannamənin aid olduğu ilin müvafiq idxal edilmiş 55480.00 manat, elektron – qaimə fakturalar (riskli e-qaimə fakturalar üzrə alınmış mallar (0.00 manat) istisna olmaqla) 732432.50 manat) və alış aktları 658355.00 manat əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan cəmi 1446267.50 manat məbləğdən - ********.70 manat fərqli olduğu üçün kənarlaşma yaranmışdır. Yaranmış kənarlaşmalarla bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********548300 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, lakin kənarlaşmalar aradan qaldırılmadığı üçün, kameral vergi yoxlaması ilə əlavə vergi hesablanaraq İdarənin xx.xx.2024-cü il tarixli, **********508100 nömrəli qərarı vergi ödəyicisinə göndərilmişdir. Araşdırmalara əsasən vergi ödəyicisi tərəfindən 2023-cü il ərzində 75.548.153,15 manat dəyərində mallar ixrac edilmiş və malın dəyəri olaraq 74.533.816,20 manat əks etdirilməsinə baxmayaraq xərc sənədləri baza məlumatlarına əsasən öz əksini tapmamışdır. Bu səbəbdən xərclər Nazirlər Kabinetinin 55 nömrəli qərarına əsasən 62.965.794,17 (75.548.153,15*5/6) olaraq qiymətləndirilərək xərc kimi nəzərə alınmışdır.
17. Əlavə olaraq bildirilir ki, İddiaçı tərəfindən 03 yanvar-13 fevral 2023-cü il tarixlər arası vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını 11 yanvar-21 fevral 2023-cü il tarixlər arası ləğv edilmişdir. Məhkəmə qərarında dəlil olaraq qeyd edir ki, 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim edilmiş malların alış aktı barədə məlumat cədvəlinə münasibət bildirirərək qeyd edir ki, həmin cədvəldə İddiaçı 03.01-xx.xx.2023-cü il tarixləri arasındakı alış aktlarının ləğv edildiyinin qeyd edilməsinə baxmayaraq, həmin sənədlərlə alış aktlarının İddiaçı MMC tərəfindən ləğv edilməsi təsdiq olunmur. Belə ki, yuxarıda qeyd olunan Qaydaların tələbinə görə, alış aktları ləğv edilərkən də vergi ödəyicisi tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə imzalanmalıdır. Lakin göründüyü kimi həmin cədvəldə alış aktlarının ləğv edilməsinin iddiaçı tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə imzalanması əks olunmur. Məhkəmənin qeyri-müəyyən olan dəlili ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli, 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 2.1-ci bəndinə əsasən elektron alış aktı malı alan vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında (bundan sonra – İnternet Vergi İdarəsi) yaradılmış “elektron alış aktı” altsistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi İnternet Vergi İdarəsinə daxil olaraq elektron alış aktını hazırlayır, vergi orqanında uçotda olmayan fiziki şəxsin öz adına qeydiyyatda olan mobil nömrəyə göndərilən SMS vasitəsilə müəyyən edilmiş qaydada təsdiq edildikdən sonra gücləndirilmiş elektron imza vasitəsilə imzalayaraq təsdiq edir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən əməliyyatın tam ləğv edilməsi və eyni əməliyyat üzrə elektron alış aktının təkrar tərtib edilməsi hallarında vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində müvafiq elektron alış aktını ləğv edir. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən əməliyyatın qismən ləğv edilməsi, o cümlədən malların qismən geri qaytarılması halında elektron alış aktının “Xarakteri” rekvizitində “əməliyyatın qismən ləğvi” bölməsi seçilməklə tərtib edilən düzəliş elektron alış aktına proqram təminatı tərəfindən yeni seriya və nömrə verilir. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktında göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara (kağız daşıyıcıda tərtib edilmiş və vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanmış alış aktına) uyğun olmadığı halda elektron alış aktının “Xarakteri” rekvizitində “ilkin uçot sənədləri üzrə səhv” bölməsi seçilməklə tərtib edilən düzəliş elektron alış aktına proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Həmin Qaydaların 3.7ci bəndinə əsasən ləğv edilmiş və ya düzəliş edilmiş elektron alış aktı çap edilərək, vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən 5 (beş) gün müddətində imzalanır və vergi ödəyicisində saxlanılır. Həmin Qaydaların 3.8-ci bəndinə əsasən ləğv edilmiş və ya düzəliş edilmiş elektron alış aktı vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən öz adına qeydiyyatda olan mobil nömrəyə göndərilmiş SMS vasitəsilə müəyyən olunmuş qaydada təsdiq edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Axtarış&Hesabat” informasiya sistemindən alınmış məlumata əsən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 03 yanvar-13 fevral 2023-cü il tarixlər arası vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını 11 yanvar-21 fevral 2023-cü il tarixlər arası ləğv edildiyi müəyyən edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı MMC-nin nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətinə qarşı etirazında göstərmişdir ki, cavabdeh apellyasiya şikayətində qeyd edir ki, müəssisənin 74.892.325,97 manat miqdarında sənədlərə təsdiq edilməyən gəlirdən çıxılan xərcləri müəyyən edilmişdir. Yaranmış kənarlaşmalarla bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********548300 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, lakin kənarlaşmalar aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə əlavə vergi hesablanaraq İdarənin xx.xx.2024-cu il tarixli, **********508100 nömrəli qərarı vergi ödəyicisinə göndərilmişdir. Araşdırmalara əsasən vergi ödəyicisi tərəfindən 2023-cü il ərzində 75.548.153,15 manat dəyərində mallar ixrac edilmiş və malın dəyəri olaraq 74.533.816,20 manat əks etdirilməsinə baxmayaraq xərc sənədləri baza məlumatlarına əsasən öz əksini tapmamışdır. Bu səbəbdən xərclər Nazirlər Kabinetinin 55 nömrəli qərarına əsasən 62.965.794,17(75.548.153,15*5/6) olaraq qiymətləndirilərək xərc kimi nəzərə alınmışdır. Bununla bağlı bildirilir ki, iddiaçı tərəfindən xərclərin təsdiq edilməsi barədə sənədlər vergi orqanına təqdim edilmişdir. Eyni zamanda qeyd edirik ki, vergi orqanı tərəfindən uyğunsuzluq məktubu ilə tələb edilmiş elektron alış aktları, elektron qaimə-fakturalar və digər xərc sənədləri faktiki olaraq AVİS altsistemində mövcuddur. Vergi orqanı şikayətlərinə məhəl qoymadan, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericilyinin tələblərinə zidd olaraq kameral vergi yoxlaması barədə qərar qəbul etmişdir. Eyni zamanda iddiaçı tərəfindən elektron məhkəmə portalı vasitəsilə alış aktlarının siyahısı məhkəməyə təqdim edilmişdir. Həmçinin həmin siyahılar disk materialı vasitəsilə də məhkəməyə təqdim edilmişdir. Cavabdeh bildirir ki, Dövlət Vergi Xidmətinin “Axtarış&Hesabat” informasiya sistemindən alınmış məlumata əsasən İddiaçı MMC tərəfindən 03 yanvar - 13 fevral 2023-cü il tarixlər arası vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını 11 yanvar - 21 fevral 2023-cü il tarixlər arası ləğv edildiyi müəyyən edilmişdir. Cavabdehin qeyd edilən arqumenti ilə bağlı bildirilir ki, alış aktları vergi orqanının AVİS altsistemində rəsmi qaydada təqdim edilərək təsdiq edilir. Yəni həmin sənədlər vergi orqanının özü tərəfindən təsdiq edilmişdir. Lakin vergi orqanı həmin sənədləri əsaslı sübut kimi hesab etməkdən boyun qaçırır. Alış aktlarından da məlum olur ki, müəssisənin ********.70 manat alış aktına əsasən alışı mövcud olmuşdur. Yəni vergi orqanının qeyd etidiyi məbləğdən yuxarı miqdarda məbləğdə iddiaçı tərəfindən alış aktları ilə alışları rəsmiləşdirilmişdir. Həmçinin cavabdeh apellyasiya şikayətində özü də qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli, 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi” Qaydalarına əsasən, müəyyən elektron alış aktı mal alışının rəsmiləşdirilməsinə əsas vermir. Elektron alış aktı malı alan vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında (bundan sonra - İnternet Vergi İdarəsi) yaradılmış “elektron alış aktı” altsistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi İnternet Vergi İdarəsinə daxil olaraq elektron alış aktını hazırlayır və gücləndirilmiş elektron imza vasitəsilə imzalayaraq təsdiq edir. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Çap edilmiş elektron alış aktı vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandıqdan sonra vergi ödəyicisində saxlanılır. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən əməliyyatın tam ləğv edilməsi və eyni əməliyyat üzrə elektron alış aktının təkrar tərtib edilməsi hallarında vergi odəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində müvafiq elektron alış aktını ləğv edir. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən ləğv edilmiş və ya düəzliş edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən 5 gün müddətində imzalanır və vergi ödəyicisində saxlanılır. Həmin Qaydaların 3.8-ci bəndinə əsasən ləğv edilmiş və ya düzəliş edilmiş elektron alış aktı vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən öz adına qeydiyyatda olan mobil nömrəyə göndərilmiş SMS vasitəsilə müəyyən olunmuş qaydada təsdiq edilir. Lakin İddiaçı MMC tərəfindən təqdim edilmiş elektron alış aktlarından görünür ki, 03.01.-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə elektron alış aktları təhvil verən və təhvil alan tərəfindən imzalanmış, İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş apellyasiya şikayətində həmin alış aktlarının ləğv edilməsi qeyd edilməsinə baxmayaraq, həmin sənədlərlə alış aktlarının İddiaçı MMC tərəfindən ləğv edilməsi təsdiq olunmur. Yuxarıda qeyd olunan Qaydaların tələbinə görə, alış aktları ləğv edilərkən də vergi ödəyicisi tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə imzalanmalıdır, belə ki, iddiaçı tərəfindən alış aktlarının ləğv edilməsinin gücləndirilmiş elektron imza vasitəsilə imzalanması əks olunmur. Sadalananlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3102/2024 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi.
20. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq normaları
21. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Maddə 2.2. Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67.1 Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.3 (5 dekabr 2023-cü il tarixli, 1033-VİQD nömrəli Qanunla Məcəllədən çıxarılmış, 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir). Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Maddə 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 67.6. Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. Maddə 67.7. Əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə alınır. Maddə 67.8. Bu Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. Maddə 67.9. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. Maddə 67.10. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərin alınması bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Maddə 67.14 (5 dekabr 2023-cü il tarixli, 1033-VİQD nömrəli Qanunla Məcəllədən çıxarılmış, 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir). Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Maddə 83.9 (5 dekabr 2023-cü il tarixli, 1033-VİQD nömrəli Qanunla Məcəllədən çıxarılmış, 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir). Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”: 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. 6.1.4. Vergi ödəyicisinin mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən, çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi” Qaydaları: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-2.2-ci maddəsinə əsasən hazırlanmışdır və elektron alış aktının tətbiqi, uçotu və istifadəsi qaydalarını müəyyən edir. 1.2. Elektron alış aktı bu Qaydalara uyğun olaraq vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir. 1.3. Bu Qaydalara uyğun tərtib edilməyən elektron alış aktı mal alışının rəsmiləşdirilməsinə əsas vermir. 2.1. Elektron alış aktı malı alan vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında (bundan sonra – İnternet Vergi İdarəsi) yaradılmış “elektron alış aktı” altsistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi İnternet Vergi İdarəsinə daxil olaraq elektron alış aktını hazırlayır və gücləndirilmiş elektron imza vasitəsilə imzalayaraq təsdiq edir. 3.1. Vergi ödəyicisi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktlarını və malların alışı tarixindən 5 (beş) gün müddətində elektron alış aktını tərtib edir. 3.2. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. 3.3. Çap edilmiş elektron alış aktı vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandıqdan sonra vergi ödəyicisində saxlanılır. 3.4. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktında göstərilən məlumatlar ilkin uçot sənədləri (kağız daşıyıcıda olan malların alış aktı, malların təhvilqəbul aktı və digər ödəniş sənədləri) üzrə məlumatlarla uyğun olmadıqda və ya əməliyyat qismən ləğv edildikdə, o cümlədən mallar qismən geri qaytarıldıqda, vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsindən müvafiq düzəlişi etməklə elektron alış aktında düzəliş aparır. 3.5. Əməliyyatın tam ləğv edilməsi və eyni əməliyyat üzrə elektron alış aktının təkrar tərtib edilməsi hallarında vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində müvafiq elektron alış aktını ləğv edir.
24. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır.
25. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
27. İPM-in 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
28. İPM-in 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
29. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
30. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
31. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
32. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
33. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
34. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
35. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
36. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
37. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddiadır.
38. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçınə 14 saylı Ərazi Vergilər İdarəsinin 27 may 2024-cü il tarixli, **********508100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən 2023-cü il hesabat dövrü üzrə 2.313.604,41 manat əlavə vergi hesablanmışdır. İddiaçı inzibati orqan tərəfindən tətbiq edilmiş prosedurla razılaşmadığı üçün hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
42. Cavabdeh vergi orqanı tərəfindən əlavə vergi məbləğinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən hesablanmasının əsası kimi iddiaçının 2023-cü ilin mənfəət vergisi üzrə təqdim edilmiş bəyannamədəki xərclərini təsdiq edən sənədlərin mövcud olmaması olmuşdur. Belə ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında dövr üzrə alış aktlarının iddiaçı tərəfindən ləğv edildiyi göstərilmişdir.
43. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli, 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi” Qaydalarına əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktında göstərilən məlumatlar ilkin uçot sənədləri (kağız daşıyıcıda olan malların alış aktı, malların təhvil-qəbul aktı və digər ödəniş sənədləri) üzrə məlumatlarla uyğun olmadıqda və ya əməliyyat qismən ləğv edildikdə, o cümlədən mallar qismən geri qaytarıldıqda, vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsindən müvafiq düzəlişi etməklə elektron alış aktında düzəliş aparır. Əməliyyatın tam ləğv edilməsi və eyni əməliyyat üzrə elektron alış aktının təkrar tərtib edilməsi hallarında vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində müvafiq elektron alış aktını ləğv edir.
44. Qeyd olunan normaların tələblərinə istinadən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş elektron alış aktları ilə müəyyən edilir ki, 03.01.-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə elektron alış aktları təhvil verən və təhvil alan tərəfindən imzalanmış, İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir. Belə ki, istinad olunan Qaydaların 3.5-ci bəndinin tələbinə görə, alış aktları ləğv edilərkən də vergi ödəyicisi tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə imzalanmalıdır.
45. İş materiallarında olan vergi orqanı tərəfindən təqdim edilmiş malların alış aktı barədə məlumat cədvəlində alış aktlarının ləğv edilməsinin iddiaçı tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə imzalanması təsdiq olunmur.
46. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh xx.xx.2023xx.xx.2023-cü il tarixləri arasında dövr üzrə alış aktlarının iddiaçı tərəfindən ləğv edilməsinə istinadən mənfəətin hesablanması üçün birbaşa şərti rentabellik norması tətbiq etmişdir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı tərəfindən vergi ödəyicisinin hesablanmalı olan vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəbdən mümkün olmadıqda bu zaman vergi orqanı VM-nin 67-ci maddəsinə əsasən ödənilməli olan verginin məbləğini həmin maddədə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququna malik olmuşdur. Halbuki, cavabdeh xx.xx.2023xx.xx.2023-cü il tarixləri arasında dövr üzrə alış aktlarının iddiaçı tərəfindən ləğv edilməsi bildirsə də, bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.
48. Bundan başqa, Vergi Məcəlləsinin 67.2-ci, 67.3-cü və 67.4-cü maddələrinə görə, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi, fəaliyyət göstərilən ərazi.
49. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir.
50. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır.
51. Vergi Məcəlləsinin istinad edilən həmin normalarından göründüyü kimi, vergi ödəyicisi barədə əlaqəli məlumatların mövcud olmadığı halda belə, vergi orqanı ödənilməli verginin məbləğini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən deyil, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatları əsasında müəyyən etməlidir. Bu qaydalar əsasında verginin müəyyən edilməsinin mümkün olmadığı hallarda, qanunverici tərəfindən son zəruri tədbir qismində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarının tətbiqi nəzərdə tutulmuşdur.
52. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, kameral vergi yoxlamasının aparılması zamanı 2023-cü ilin mənfəət vergisi üzrə təqdim edilmiş bəyannamədəki xərclərini təsdiq edən sənədlər mövcud olmadıqda, vergi orqanının ödənilməli verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. Halbuki, istinad olunan normaların tətbiqinə dair formalaşmış hüquqi mövqe vardır.
53. Belə ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm də bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır.
54. Məhkəmə kollegiyası qeyd edir ki, belə vəziyyətdə cavabdeh tərəfindən iddiaçıya münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarının tətbiqi əsassız sayılmalıdır. Qeyd edilməlidir ki, mövcud vergi qanunvericiliyinin tələblərinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir. Bunun üçün isə Azərbaycan Respublikası Vergi Məcəllənin 67.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı inzibati orqan tərəfindən mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır.
55. Vergi Məcəlləsinin 67-ci maddəsi prosessual (prosedur) hüquq norması olduğundan, həmin normanın inzibati aktın qəbul edildiyi zaman qüvvədə olan redaksiyası tətbiq edilməlidir. Yəni həmin yanaşmaya əsasən vergi öhdəliyi barədə 2022ci il tarixindən sonra qəbul olunan qərarlar vergi ödəyicisinin həmin tarixdən əvvəlki fəaliyyətinə aid olsa belə, Məcəllənin 67.17-ci maddəsi 2022-ci ildən qüvvəyə mindiyindən və qərarın qəbulu zamanı həmin norma artıq qüvvədə olduğundan, şərti rentabellik norması birbaşa tətbiq edilə bilər. Bununla bağlı nəzərə almaq lazımdır ki, maddi hüquq normaları hüquq münasibəti subyektlərinin hüquq və vəzifələrinin məzmununu müəyyən edir, prosessual hüquq normaları isə maddi hüquq normalarının realizasiyası prosedurunu və qaydasını tənzimləyir. Beləliklə, maddi və prosessual hüquq hüquqi tənzimləmənin forma və məzmununun dialektik vəhdətini əks etdirən hüquqi kateqoriyalar kimi nəzərdən keçirilməli və fərqləndirmə bunun üzərindən aparılmalıdır. Fərqləndirmə zamanı həmçinin prosessual normaların qərarın (hazırkı mübahisəyə münasibətdə vergi öhdəliyi barədə qərarın) məzmununa deyil, onun qəbulu kontekstinə təsir etdiyi də nəzərə alınmalıdır. Bu baxımdan Vergi Məcəlləsinin 67-ci maddəsinin vergi öhdəliyinin müəyyən olunması barədə qərarın qəbulu prosedurunu tənzimləyən norma qismində deyil, həmin öhdəliyin müəyyən olunmasına dair qərarın maddi hüquqi əsası qismində, yəni vergi ödəyicisinə münasibətdə vəzifə yaradan norma qismində çıxış etdiyi nəzərə alınmalı və ona görə də birmənalı olaraq maddi hüquq norması kimi qiymətləndirilməlidir.
56. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə isə inzibati orqan haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki, yuxarıda qeyd edildiyi kimi, inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Qeyd edildiyi kimi, məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.
57. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən yekun qərar qəbul edilən zaman mötəbər sübutlara deyil, ehtimallara əsaslanaraq iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61.4-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən bütün əhəmiyyət daşıyan hallar, habelə vergi ödəyicisi üçün əlverişli hallar araşdırılmamış, aydın olmayan hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməmişdir. Cavabdeh orqan yekun qərarı qəbul edərkən işin həqiqi hallarını hərtərəfli araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Beləliklə, inzibati orqan tərəfindən inzibati icraat işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmadan, “İnzibati icraat haqqında” Qanunun və Vergi Məcəlləsinin müddəalarının pozulması ilə aparılmışdır.
58. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
59. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3102/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.