Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-132/2024 25.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa əmək pensiyasının hüququnun yarandığı tarixdən təyin edilməsi tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2018/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.1956-cı il tarixdə Tərtər şəhərində doğlumuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 600 nömrəli arayışından görünür ki, o, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1991-ci il tarixədək ayrı-ayrı vaxtlarda ayrı-ayrı müəssisələrdə işləmişdir. Əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Tərtər rayon Sərbəst X3 Müəssisəsində sürücü işləmişdir. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-H-20044/2023 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Tərtər rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 26 nömrəli məktubundan görünür ki, Tərtər rayon Sərbəst X3 Müəssisəsinin əmr kitabları və əmək haqqı sənədləri rayon Dövlət Arxivinə mühafizə olunmaq üçün təhvil verilməmişdir. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı X3 Müəssisəsində 1991-ci ilin apreliyun və oktyabr-dekabr aylarında, 1992-ci ilin fevral, aprel və iyun aylarında və 1996-cı ilin yanvar, iyul-avqust, oktyabr və dekabr aylarında əmək haqqı almış,1993-1995 və 1997- 2005-ci illərdə ümumiyyətlə əmək haqqı almamış, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək əmək qabiliyyətini itirdiyinə görə məzuniyyətdə olmuş, digər illərə aid əmək haqqı cədvəlləri və əmr kitabları tapılmadığı üçün həmin dövləri yoxlamaq mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, 1971-1972-ci illər ərzində (2 il) Tərtər rayonun «Frunze» adına kolxozunda ictimai üzvlüklə kolxozçu, xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək (1 il 9 ay 24 gün) Tərtər rayon Rabitə Qovşağında poçtalyon işlədiyi müddətin, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək (2 il 19 gün) keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olduğu müddətin, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək (11 ay 15 gün) Tərtər rayon Rabitə Qovşağında poçtalyon, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək (1 ay 9 gün) 16 №- li X9 sürücü, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək (3 ay 25 gün) Xarkov şəhəri Malışev adına zavodun filialında akkumlyatorçu, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək (2 ay 23 gün) 16 №-li X9 sürücü, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək (4 ay 12 gün) X6 rayon Komitəsində sürücü, xx.xx.1979-cu ildən xx.xx.1991-ci ilədək (11 il 9 ay 18 gün) Tərtər Rayon Maddi X2 İstehsalat Birliyində sürücü, xx.xx.1991-ci ildən xx.xx.2010-cu ilədək isə (19 il 2 ay 28 gün) Tərtər Rayon Sərbəst X3 Müəssisəsində sürücü işlədiyi müddətin sosial sığorta stajı hesab edilməklə, ümumilikdə xx.xx.2006-cı ilədək 34 (otuz dörd) il 4 (dörd) ay 25 gün ümumi iş (sığorta) stajına malik olmağı və xx.xx.2006-cı ildən xx.xx.2010-cu ilədək dövlət sosial sığorta ödənişləri etdiyi və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı oldugu nəzərə alınmaqla pensiya hüququnun yarandığı xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, , iddiaçı xx xxxxxxx 1956-cı ildə anadan olmuş, əmək fəaliyyətinə 1971-ci ildə başlamışdır. Belə ki, 1971-1972-ci illər ərzində (2 il) Tərtər rayonun «Frunze» adına kolxozda ictimai üzvlüklə kolxozçu işləmiş, xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək (1 il 9 ay 24 gün) Tərtər rayon Rabitə Qovşağında poçtalyon işləmiş, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək (2 il 19 gün) keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək (11 ay 15 gün) Tərtər rayon Rabitə Qovşağında poçtalyon, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək (1 ay 9 gün) 16 №-li X9 sürücü, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək (3 ay 25 gün) Xarkov şəhəri Malışev adına zavodun filialında akkumlyatorçu, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək (2 ay 23 gün) 16 №-li X9 sürücü, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək (4 ay 12 gün) X6 rayon Komitəsində sürücü, xx.xx.1979-cu ildən xx.xx.1991-ci ilədək (11 il 9 ay 18 gün) Tərtər Rayon Maddi X2 İstehsalat Birliyində sürücü, xx.xx.1991-ci ildən xx.xx.2010-cu ilədək isə (19 il 2 ay 28 gün) Tərtər Rayon Sərbəst X3 Müəssisəsində sürücü işləmişdir. Qeyd olunan bütün əmək fəaliyyəti əmək kitabçasında, eləcə də arxiv arayışında və hərbi biletdəki müvafiq qeydlərlə və möhürlərlə təsdiq edilmişdir. Beləliklə, əmək kitabçasında, eləcə də arxiv arayışında və hərbi biletindəki olan qeydlərə əsasən o, xx.xx.2006-cı ilədək 34 il 4 ay 25 gün iş (sığorta) stajına malikdir. Qeyd olunanları nəzərə alaraq müvafiq təsdiqedici sənədlərin təsdiq edilmiş surətini xx.xx.2022-ci il tarixdə cavabdehə göndərərək xx.xx.2021-ci ildə 65 yaşına çatmağını, xx.xx.2006-cı ilədək 34 il 4 ay 25 gün iş (sığorta) stajına malik və xx.xx.2006-cı ildən xx.xx.2010-cu ilədək dövlət sosial sığorta ödənişləri etdiyi və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı oldugu nəzərə alınmaqla pensiya hüququnun yarandığı xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən ərizəyə cavab olaraq ona göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-17- 1/2-H-20041/2023№-li məktubda onun sığorta stajının 25 ildən az olması, eyni zamanda xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadıgı bildirilmiş və bununla da ona yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.1991-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Tərtər rayon Sərbəst X3 Müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiyanın təyin edilməsi” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2018/2023 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa əmək pensiyasının hüququ yarandığı tarixdən təyin edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1991-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Tərtər rayon Sərbəst X3 Müəssisəsində sürücü işləməsi qeyd olunsa da, işə əlavə edilmiş müvafiq aktda onun 1991-ci ilin aprel-iyun və oktyabr-dekabr aylarında, 1992-ci ilin fevral, aprel və iyun aylarında və 1996-cı ilin yanvar, iyul-avqust, oktyabr və dekabr aylarında əmək haqqı alması, 1993-1995 və 1997-2005-ci illərdə ümumiyyətlə əmək haqqı almaması, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək əmək qabiliyyətini itirdiyinə görə məzuniyyətdə olması müəyyən olunmuşdur. Həmçinin məhkəmə tərəfindən verilmiş aidiyyəti sorğulara cavablar nəticəsində həmin müəssisənin əmr kitabları və əmək haqqı sənədlərinin rayon Dövlət Arxivinə mühafizə olunmaq üçün təhvil verilmədiyi müəyyən olunmuşdur. Eyni zamanda iddiaçı özü məhkəmə iclasında 1997-ci ildən sonra idarə özəlləşməyə çıxarıldığına görə əmək haqqı almadığını etiraf etmişdir. Beləliklə müəyyən olunur ki, iddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2010-cu il tarixədək olan dövr üzrə cəmi 14 ay (1 il 2 ay) əmək haqqı almışdır. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Bu səbəbdən də onun əmək haqqı almadığı dövlər onun sosial sığorta stajına daxil edilə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin mətnindən aydın olur ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 əsas eyni anda mövcud olmalıdır: 1) Vətəndaşın yaşı bu qanunda göstərilən yaş həddinə çatmalıdır; 2) Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçıya nəzərən birinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iddiaçı xx.xx.1956-ci il tarixdə anadan olduğundan onun yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.1956-ci il tarixində yaranmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən 17 il 21 gün sığorta stajı və məhkəmə tərəfindən müəyyən olunan 1 il 2 ay müddət də nəzərə alındıqda ümumilikdə 18 il 2 ay 21 gün sığorta stajının olması müəyyən olunur. Göründüyü kimi iddiaçının sosial sığorta stajını təsdiq edən sənədlərə əsasən onun ümumilikdə təqribən 18 il 2 ay 21 gün sığorta stajı mövcuddur və bu staj ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli deyil. Beləliklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçıya yaşaa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sosial sığorta stajı tələb olunduğuna və iddiaçı həmin tələbi ödəmədiyinə, eləcə də onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığına görə onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın ona pensiya təyin etməklə bağlı imtinası əsaslı olmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. İddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1991-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Tərtər rayon Sərbəst X3 Müəssisəsində sürücü işləməsi qeyd edilmişdir və bu müddət 19 il 2 ay 28 gün təşkil edir ki, bu da xx.xx.2006-cı ilədək 34 (otuz dörd) il 4 (dörd) ay 25 gün ümumi iş (sigorta) stajına malik olmağını xx.xx.2006-cı ildən xx.xx.2010-cu ilədək dövlət sosial sığorta ödənişləri etdiyini və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olduğunu təsdiq edir. Yəni, bu ümumi iş (siğorta) stajı ona pensiya təyin edilməsi üçün tamamilə kifayət edir. Məhkəmənin qənaətinə görə tərtib edilmiş aktda guya onun 1991-ci ilin aprel-iyun və oktyabr-dekabr aylarında, 1991-ci ilin aprel-iyun və oktyabr-dekabr aylarında, 1992-ci ilin fevral, aprel və iyun aylarında və və 1996-cı ilin yanvar, iyul-avqust, oktyabr və dekabr aylarında əmək haqqı almağı, 1993- 1995 1997-2005-ci illərdə isə ümumiyyətlə əmək haqqı almamağı, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək əmək qabiliyyətini itirdiyinə görə məzuniyyətdə olmağının müəyyən olunması məcburi qüvvəyə malik bir akt kimi qəbul edilə bilməz. Çünki, əvvəla, həmin aktı hər hansı bir neytral mövqedə olan şəxs tərəfindən deyil, onun pensiya almağına qarşı çıxan vəzifəli şəxslər tərəfindən tərtib edilmişdir. İkincisi isə o, məhkəmə iclasında 1997-ci ildən sonra idarə özəlləşməyə çıxarıldıgına görə əmək haqqı almadığını etiraf etməmiş, əksinə bildirmişdir ki, onun adı işdə gedib və ona müvafiq qaydada az da olsa əmək haqqı verilmişdir. Üçüncüsü, məhkəmə tərəfindən verilmiş aidiyyati sorğulara cavablar nəticəsində həmin müəssisənin əmr kitablarının və əmək haqqı sənədlərinin Rayon Dövlət Arxivinə mühafizə olunmaq üçün təhvil verilməməsi onun təqsiri deyildir və bu hal onun əleyhinə şərh oluna bilməz. Göstərilən hallar sübut edir ki, məhkəmə iddianın təmin edilməməsi barədə qərar çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, birinci instansiya məhkəməsinin qərarda göstərilmiş nəticələri işin hallarına uygun olmamış, qərar iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uygun əsaslandırılmamışdır. Qeyd olunan hallar isə AR MPM-nin 385.1.1ci və AR İPM-nin 82, 87.6 və 87.7-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin qərarının apellyasiya qaydasında ləğvi üçün əsasdır. Cavabdeh apellyasiya şikayətinə dair etiraz göndərərək şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsinin əsasları kimi xx.xx.1956-cı il tarixdə doğulduğunu 1971-ci ildən etibarən Frunze adına kolxozda əmək fəaliyyətinə başladığını və xx.xx.2010-cu il tarixədək müxtəlif vaxtlarda müxtəlif peşələrdə işlədiyini qeyd etmişdir. İddiaçı bildirir ki, onun xx.xx.2006 ci il tarixədək 34 il 4 ay 25 gün ümumi iş staji və xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək isə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitali movcuddur ərizəsində qeyd olunanlar nəzərə alınaraq pensiya yaşına çatdığı xx.xx.2021-ci tarixindən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin uzərinə qoyulmasını xahiş etmişdir. Bildirilir ki, İddiaçı eyni məzumunlu tələblə cavabdehə müraciət etmişdir. İddlaçının muraciətinə xx.xx.2023-ci il tarixli 3-17-1/2-H-20044/2023 nömrəli məktubla cavab olaraq bildirimişdir ki, "əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sıgorta stajindan asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il siğorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı əmək kitabçasına və hərbi biletinin surətinə əsasən sığorta staji 17 il 21 gün teşkil edir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığarta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bununla yanaşı iddiaçının işlədiyini iddia etdiyi 01.04 1991-ci il tarixdən xx.xx.2010-cu sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün qeyd olunan dövrün sığorta stajina daxil edilməsi qanunvericilikə nəzərədə tutulmamışdır. Qeyd olunanlar nəzərə alınaraq iddiaçının qanunla nəzərədə tutulmuş 25 il sığorta stajı mövcud olmadığından ona xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixdən 220 manata çatdırılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-2018/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Hesab edilir ki, işə baxan birinci instasiya məhkəməsi mubahisəyə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İddiaçı mübahisələndirilən dövrlərdə əməkhaqqı aldığı xx.xx.2021-ci il tarixli akta əsasən "X1" ASC-də keçirilmiş qarşılıqlı yoxlama zamanı müəyyən edilmir. Əməkhaqqının olmaması o deməkdir ki, müvafiq dövrlərdə iddiaçının gəlirindən məcburi dövlət sosial sığortasına cəlb ediləcək hər hansı bir gəliri olmamış və eyni zamanda fərdi hesabın sığorta hissəsində pensiya kapitalı mövcud deyildir. Tərtər ixtisaslaşdırılmış nəqliyyat müəssisəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.1996-cı il tarixli 01/37-40-310 nömrəli Nazirlər Kabinetinə ünvanlanmış məktubuna əsasən Dövlət Əmlak Kömitəsi tərəfindən özəlləşdirilmişdir. Qeyd olunanlar birinci instasiya məhkəməsində araşdırma zamanı da öz təsdiqini tapmış və həmin halları iddiaçı da təsdiq etmişdir. Digər tərəfdən iddiaçı 1991-ci ildən 2010-cu ilədək həmin müəssisədə işlədiyini iddia edirsə, müəssisənin həmin ildən faktiki fəaliyyət göstərməsi, aktiv vergi fəaliyyətinin olub-olmaması, İddiaçı sözügedən müəssisədə işlədiyi dövrlər üzrə əməkhaqqından vergilərin tutulub-tutulmaması, iddiaçının həmin tarixədək orada işlədiyi şübhələrdən azad sübutlarla təsdiq olunmalıdır. Belə ki, təkcə iddiaçının deyil, həm də ümumiyyətlə müəssisənin fəaliyyətinə dair məlumatların iddiaçının onun əmək fəaliyyətinə dair təqdim etdiyi sənədlərdəki məlumatların mötəbərliyinin yoxlanılmasını zəruri edir. Hesab edilir ki, birinci instasiya məhkəməsi inzibati mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində onun mübahisəli iş illərinə dair xüsusatları hərtərəlli araşdırmış və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları 3.1. sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli məktubu ilə İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçıya məxsus əmək kitabçasında iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Tərtər rayon Sərbəst X3 Müəssisəsində sürücü vəzifəsində işləməsi qeyd olunmuşdur. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı 1991-ci ilin apreliyun və oktyabr-dekabr aylarında, 1992-ci ilin fevral, aprel və iyun aylarında və 1996-cı ilin yanvar, iyul-avqust, oktyabr və dekabr aylarında əmək haqqı almış, 1993-1995 və 1997- 2005-ci illərdə ümumiyyətlə əmək haqqı almamış, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək əmək qabiliyyətini itirdiyinə görə məzuniyyətdə olmuşdur. Həmçinin iş materiallarında olan Tərtər rayon Dövlət Arxivinin sorğuya cavab olaraq məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli məktubuna əsasən Tərtər rayon Sərbəst X3 Müəssisəsinin əmr kitablarının və əmək haqqı sənədlərinin rayon Dövlət Arxivinə mühafizə olunmaq üçün təhvil verilmədiyi müəyyən olunmuşdur. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Yuxarıda istinad olunan qanunun normasından görünür ki, qanunverici müvafiq iş və digər fəaliyyət müddətlərinin sığorta stajına daxil edilməsini qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sığorta haqlarının ödənilməsi ilə şərtləndirir. Burdan belə nəticəyə gəlinir ki, iddiaçının əmək haqqı almadığı dövrlər onun sosial sığorta stajına daxil edilə bilməz. Beləliklə iş materiallarından görünür ki, hazırda iddiaçının hərbi xidmət dövrü də daxil olmaqla cavabdeh tərəfindən mübahisələndirilməyən 17 il 21 gün sığorta stajı və mübahisəli hissəyə münasibətdə məhkəmə tərəfindən müəyyən edilən 1 il 2 ay sığorta stajı, ümumilikdə 18 il 2 ay 21 gün sığorta stajı mövcuddur. İddiaçı özü də məhkəmə iclaslarında ifadə verərkən etiraf etmişdir ki, idarə özəlləşməyə çıxdığına görə 1997-ci ildən sonra əmək haqqı almamışdır. Beləliklə iddiaçının 1991-ci ilin aprel-iyun və oktyabr-dekabr aylarında, 1992-ci ilin fevral, aprel və iyun aylarında və 1996-cı ilin yanvar, iyul-avqust, oktyabr və dekabr aylarında əmək haqqı alması təsdiq edilsə də, onun 1993-1995 və 1997-2005-ci illərdə ümumiyyətlə əmək haqqı alması müəyyən olunmamışdır. Beləliklə, iddiaçının xx.xx.1991ci ildən xx.xx.2010-cu il tarixə iş materiallarıyla müəyyən edilmiş 1 il 2 ay sığorta stajı istisna olmaqla əmək haqqı alması müəyyən edilməməklə yanaşı fərdi hesabın sığorta hisəsində pensiya kapitalının da qeydə alınmaması müəyyən edilmişdir. Belə ki, iddiaçı aparılmış araşdırmaların nəticələrini təkzib edən və ya onun yuxarıda göstərilən müddətlərdə əmək haqqı almasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya şikayətində də iddiaçı bununla bağlı hər hansı dəlilə istinad etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1 il 2 ay sığorta stajı istisna olmaqla 1991-2010-cu illərdə əmək haqqı alması faktı iş materialları ilə təsdiq olunmadığı və bu hallar iddiaçı tərəfindən sübuta yetirilmədiyi üçün həmin dövrün onun əmək stajına daxil edilməməsi barədə birinci instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün və əsaslı sayılmalıdır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Odur ki, istinad olunan qanunun tələbindən görünür ki yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iki əsas eyni zamanda mövcud olmalıdır. Birinci əsas kimi yaş həddi tələbi nəzərdə tutulmuşdur ki, iddiaçının xx.xx.1956-cı ildə anadan olduğunu nəzərə alsaq xx.xx.2021-ci ildən əmək pensiyası almaq üçün nəzərdə tutulan yaş həddinə çatmışdır. İkinci əsas kimi nəzərdə tutulan müvafiq sığorta stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş materialları ilə təsdiq edilən ümumilikdə 18 il 2 ay 21 gün sığorta stajı mövcuddur, bu isə şəxsə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli deyildir. Məhkəmə kollegiyası birinci instansiyanın əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. İddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillər əslində onun birinci instansiya məhkəməsində irəli sürdüyü dəlillərlə oxşardır və məhkəmə həmin dəlillərə əsaslı cavab vermişdir. Apellyasiya şikayətində irəli sürülmüş dəlillər birinci instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2018/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.