Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-135/2024 21.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, “əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-65/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.1996-cı il tarixdə İddiaçı əlilliyi qiymətləndirilmiş, müddətssiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı əlilliyi 11 avqust 2021-ci il tarixdə qiymətləndirilmiş, diaqnoz: sol tərəfli kor torakovdinal qəlpə yaralanmasına görə (12.02.94) olunmuş sol yan torakotomiya sol ağ ciyərin aşağı payının, diafraqmanı tikilməsi operasiyalarından. İmtina- səbəb tam reabilitasiya olması. Ətraflı: tam reabiltasiya barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 27 avqust 2021-ci il tarixli, **********3 nömrəli protokol-qərarına əsasən 28 nəfərin, habelə İddiaçı əlilliyi qiymətləndirilmiş, “tam reabilitasiya barədə” qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin **********1 nömrəli, 13 yanvar 2022-ci il tarixli məktubunun surətində qeyd olunur ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsinə Agentlikdə əyani müayinə olunaraq baxılmış, nəticəsi barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin **********7 nömrəli, 13 may 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı 18 sentyabr 1996-cı ildə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar”müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. İddiaçı dair müayinə işinin “Əlillik” altsisteminə daxil edilməsi və onun hazırki sağlamlıq durumunun obyektiv qiymətləndirilməsi məqsədilə 11 avqust 2021-ci ildə Agentlikdə nəzarət qaydasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “tam reabilitasiya olunması” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə “əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş sol tərəfli kor torakovdinal qəlpə yaralanmasına görə (12.02.94) olunmuş sol yan torakotomiya sol ağ ciyərin aşağı payının, diafraqmanı tikilməsi operasiyalarından (xx.xx.1994) yayılmış plevra-diafraqma bitişmə, orta dərəcə tənəffüs pozğunluqları ilə, odlu silah yaralanmasında sonra zəif funksional xroniki hepatit, sağrı sindromu ilə gedən bitişmə xəstəliyi” diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2021-ci ildən “Tam reabilitasiya olunması” qərarı verilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Tovuz rayon şöbəsi tərəfindən tərtib edilən 040012 nömrəli pensiyaçının uçot vərəqəsindən görünür ki, xx.xx.1973-cü il təvəlüdlü İddiaçı xx.xx.1995-ci ildən əlilliyə görə pensiya almışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 11 avqust 2021-ci il tarixdən dayandırılmış İİ qrup əlillik pensiya ödənişlərinin bərpa edilməsi, ödənilməmiş müddətlər üzrə yığılmış pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin 22 iyun 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-ci ildə İ Qarabağ müharibəsində Tovuz rayonu Əlibəyli kəndində gedən döyüşlərdə iştirak etmişdir. O və əlavə doqquz nəfər könüllü olaraq Ağdərə rayonunda gedən ağır döyüşlərə qatılmışdır. Döyüş zamanı o, sağ budundan yaralanmış, yarası ağır olduğu üçün Göyçay xəstəxanasına yerləşdirilmişdir. Bir müddət orada müalicə alandan sonra yenidən Tovuz rayonu Əlibəyli kəndində gedən döyüşlərə qatılmış, ağır döyüşlər vaxtı 1994-cü ildə mərmi qəlpəsindən döş qəfəsindən ağır yara almışdır. Bundan sonra döyüşlərdə iştirak edə bilməmişdir. 1995ci ildə həkim komissiyası tərəfindən İİ dərəcə əlillik pensiyası təyin olunmuşdur. 1996-cı ildə təkrarən həkim komissiyasından keçmiş və ömürlük İİ dərəcə əlillik pensiyası təyin olunmuşdur. Həmin dövrdən 2021-ci ilin avqust ayına kimi əlillik pensiyası almışdır. Ancaq 2021-ci ilin avqust ayında ona təyin olunmuş pensiya dayandırılmışdır. İddiaçı əlilliyinin bərpa edilməsilə bağlı cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Tovuz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.1996-cı il tarixli göndərişi əsasında baxılmış və səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T15-T19 - Təbii dəliklərdən yad cisim daxil olmasının nəticələri => T17 - Tənəffüs yollarında yad cisim =...; Diaqnozun mətni: Sol tərəfli kor torakovdinal qəlpə yaralanmasına qörə (12.02.94), olunmuş sol yan torakotomiya sol ağ ciyərin aşağı payının, diafraqmanı laporotomiya, qara ciyərin sol payının yaralanmasının tikilməsi operasiyalarından (12.02.94) yayılmış plavra - diafraqma bitişmə orta dərəcə gedən tənəffüs pozğunluqları ilə, odlu silah yaralanmasından sonra zəif funksional xroniki hepatit sağrı sindromu ilə gedən bitişmə xəstəliyi; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sol tərəfli kor torakovdinal qəlpə yaralanmasına görə (12.02.94), olunmuş sol yan torakotomiya sol ağ ciyərin aşağı payının, diafraqmanı laporotomiya, qara ci...;” səbəbi ilə müddətsiz əlillik verilmişdir. Tovuz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.1996-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T15-T19 - Təbii dəliklərdən yad cisim daxil olmasının nəticələri => T17 - Tənəffüs yollarında yad cisim =...; Diaqnozun mətni: Sol tərəfli kor torakovdinal qəlpə yaralanmasına görə (12.02.94), olunmuş sol yan torakotomiya sol ağ ciyərin aşağı payının, diafraqmanı laporotomiya, qara ciyərin sol payının yaralanmasının tikilməsi operasiyalarından (12.02.94); Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reabiltasiya barədə qərar qəbul edilmişdir.;” səbəbi ilə imtina verilmişdir. İddiaçı xx.xx.1996-cı il tarixdə TibbiSosial Ekspert Komissiyasında təkrar əyani müayinə olunmuş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı verilmişdir. Lakin Əlillik AS-nə daxil edilməmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1995-ci il tarixli, 1235 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sol tərəfli kor torakovdinal qəlpə yaralanmasına görə (12.02.94), olunmuş sol yan torakotomiya, sol ağ ciyərin aşağı payının, diafraqmanı laparotomiya, qara ciyərin sol payının yaralanmasının tikilməsi operasiyalarından (12.02.94) yayılmış plavra - diafraqma bitişmə orta dərəcə gedən gedən tənəffüs pozğunluqları ilə, odlu silah yaralanmasından sonra zəif funksional xroniki hepatit sağrı sindromu ilə gedən bitişmə xəstəliyi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qarnı palpasiyada yumşaq və ağrısız, boyu 169 sm, çəkisi 76 kq-dır. Saturasiya 96-dır. Həzm və tənəffüs orqanlarının əlillik təyinatına əsas verən funksional pozuntuları müəyyən edilmir. Nəticədə diaqnoz Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq tam reabilitasiya barədə qərar qəbul edilmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-65/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarında olan 19 yanvar 2023-cü il tarixli, T 25/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün Abbas Səhhət adına Gəncə şəhər xəstəxanasının 0452003AAKSN nömrəli göndərişində qeyd edilən “Sol tərəfli kor torakoabdominal qəlpə yaralanmasına görə (12.02.94) olunmuş sol yan torakotomiya, sol ağciyərin aşağı payının, diafraqmanın, qaraciyərin sol payını yaralanmasının tikilməsi, laporatomiya operasiyalarından sonrakı vəziyyət” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmiş və aparılmış müalicə tədbirləri ilə əlaqədar xəstəliyin dinamikası, klinik proqnozu qənaətbəxş olmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a)apellyasiya şikayətinin dəlilləri İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c)apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, iddiaçı qəlpə yaralanmasına görə qeyd edilən xəstəlikdən əziyyət çəkir və həmin yaralanmanın sağalması isə mümkün deyildir. Digər tərəfdən iddiaçıya müddətsiz əlillik təyin edilsə də hər hansı bir əsas olmadan əlillik ləğv edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi (vəkil) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 2-ci dərəcəli əlilliyinin ləğv edilməsi barədə “tam reabilitasiya” haqqında xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və müddətsiz 2ci dərəcəli əlilliyinin ləğv olunduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul olunmuşdur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, bu barədə məhkəyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiy orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir 3.2. əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 3.3. şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”: 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.1. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. İşin hallarından məlum olur ki, İddiaçı xx.xx.1995-ci il və xx.xx.1996-cı ildə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” 1 il müddətinə, xx.xx.1997-ci ildə eyni səbəbli əlaqə ilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. İddiaçı dair müayinə işinin “Əlillik” altsisteminə daxil edilməsi və onun hazırki sağlamlıq durumunun obyektiv qiymətləndirilməsi məqsədilə 11 avqust 2021-ci ildə təqdim edilən tibbi sənədlərin nəticəsi olaraq barəsində “tam reabilitasiya olunması” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin **********7 nömrəli, 13 may 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı 18 sentyabr 1996-cı ildə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar”müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. İddiaçı dair müayinə işinin “Əlillik” altsisteminə daxil edilməsi və onun hazırki sağlamlıq durumunun obyektiv qiymətləndirilməsi məqsədilə 11 avqust 2021-ci ildə Agentlikdə nəzarət qaydasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “tam reabilitasiya olunması” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə “əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş sol tərəfli kor torakovdinal qəlpə yaralanmasına görə (12.02.94) olunmuş sol yan torakotomiya sol ağ ciyərin aşağı payının, diafraqmanı tikilməsi operasiyalarından (xx.xx.1994) yayılmış plevra-diafraqma bitişmə, orta dərəcə tənəffüs pozğunluqları ilə, odlu silah yaralanmasında sonra zəif funksional xroniki hepatit, sağrı sindromu ilə gedən bitişmə xəstəliyi” diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2021-ci ildən “Tam reabilitasiya olunması” qərarı verilmişdir. İddiaçının əlilliyin bərpa olunmasına dair tələbi birinci instansiya məhkəməsi tərəfindən rədd olunmaqla gəlinən nəticə onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün Abbas Səhhət adına Gəncə şəhər xəstəxanasının 0452003AAKSN nömrəli göndərişində qeyd edilən “Sol tərəfli kor torakoabdominal qəlpə yaralanmasına görə (12.02.94) olunmuş sol yan torakotomiya, sol ağciyərin aşağı payının, diafraqmanın, qaraciyərin sol payını yaralanmasının tikilməsi, laporatomiya operasiyalarından sonrakı vəziyyət” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmiş və aparılmış müalicə tədbirləri ilə əlaqədar xəstəliyin dinamikası, klinik proqnozu qənaətbəxş olmuşdur. Apellyasiya araşdırılması zamanı iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili ərizə təqdim edərək cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 11 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsini və əlilliyin bərpa olunmasını xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə kollegiyası iddia ərizəsinin mümkünlüyünə münasibətdə qeyd edir ki, iddiaçının hüquqi marağı əlilliyin bərpa edilməsi olmuş və 11 avqust 2023-cü il tarixli qərarın ona təqdim edilməsini təsdiq edən hər hansı bir sənəd müəyyən edilməmişdir. Belə olan halda iddia müddətinin ötürülməsinə əsas olacaq hal müəyyən edilmədiyindən iddia tələbinin mümkünlük şərtlərinə cavab verdiyi müəyyən edilmişdir. İddia tələbinin əsaslılığı ilə bağlı məhkəmə tərkibi ilkin olaraq qeyd edir ki, iddiaçıya xx.xx.1997-ci ildə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Belə ki, cavabdeh əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Qeyd etmək lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Həmin Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”nın 3.7. bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Cavabdeh orqanın məhkəməyə təqdim olunan 11 avqust 2021-ci il tarixli imtinasında heç bir qeyd aparılmamış, 27 avqust 2021-ci il tarixli protokol-qərarda isə qeyd edilmişdir ki, Agentlikdə mütəxəsisslərin iştirakı ilə 28 nəfər şəxsin təqdim etdikləri tibbi sənədlər, eləcə də sağlamlıqlarının mövcud vəziyyətinə əsasən onların əlillik vəziyyətinə yenidən baxılması zəruri hesab edilməsi, xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı qarnı palpasiyada yumşaq və ağrısız, boyu 169 sm., çəkisi 76 kq-dır. Saturasiya 96-dır. Həzm və tənəffüs orqanlarının əlillik təyinatına əsas verən funksional pozuntuları müəyyən edilməməsi qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, 11 avqust 2021-ci il imtina qərarında “əvvəlki əlillik təyin olunmasına dair qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilən hallar dəqiq qeyd olunmalı idi. Yəni iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar ortaya çıxmalı və bunu təsdiq edən sənədlər inzibati icraat materiallarına əlavə edilməlidir. Başqa sözlə, cavabdeh ümumi qaydada və hər hansı bir aparılmış müayinələrin nəticəsini və ya əsaslı şübhələri təsdiq edəcək dəlilləri toplamadan iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki əlverişli inzibati aktının-qərarının düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən etmədən vaxtından əvvəl müayinə təyin etməklə 11 avqust 2021-ci il tarixli qiymətləndirilmə məlumatına əsasən imtina olunmuş və səbəb kimi tam reabilitasiya barədə qərar qəbul edildiyi qeyd edilmiş (adıçəkilən qərar inzibati icraat materiallarında mövcud deyildir) və daha sonra 27 avqust 2021-ci il tarixili protokol-qərarla yenidən tam reabilitasiya barədə qərar qəbul olunmuşdur. Bu əsasla məhkəmə kollegiyası tərəfindən cavabdeh orqana sorğu göndərilərək, iddiaçıya xx.xx.1997-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsinə dair cavabdeh orqanın qərarının düzgünlüyünü şübhə altına alan əsasların nədən ibarət olması, yəni iddiaçının əlillik vəziyyətinin təkrar qiymətləndirilməsinə və yenidən müayinəyə cəlb edilməsinə zərurətin haradan yaranması barədə bütün sənədlərin təqdim olunması tələb edilsə də yalnız inzibati icraat materialı kimi mübahisələndirilən qərar təqdim edilmişdir. Bundan başqa, iddiaçının barəsində qəbul edilmiş 11 avqust 2021-ci il tarixli qərarın qanuniliyi və əsaslılığı yoxlanılan zaman müəyyən edilmişdir ki, İddiaçı Ser TSE№047965 nömrəli, xx.xx.1995-ci il və Ser TSE6№029279 nömrəli, xx.xx.1996-cı il tarixli müayinə aktlarına əsasən İddiaçı 1 il müddətinə, Ser TSE-8№019194 nbmrəli, xx.xx.1997-ci il tarixli müayinə aktına əsasən ömürlük ikinci dərəcə əlillik təyin edilmişdir. Hazırki halda iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsinin hüquqi və faktiki əsası olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Belə olan halda məhkəmə kollegiyası qeyd olunanlara əsasən nəticəyə gəlir ki, iddia tələbi əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməklə yeni qərar qəbul edilməlidir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2004/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 11 avqust 2021-ci il tarixli, xxxxxxx0002 qərarı ləğv edilsin. İddiaçı təyin edilmiş müddətsiz ikinci dərəcəli əlilliyinin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov
Məhkəmə qərarları › İş №2-1(104)-135/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-135/2024
21.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver