Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-136/2024 29.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-971/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.2008-ci il tarixdən “ümumi xəstəlik” səbəbi ilə hər təyinat bir il müddətinə olmaqla xx.xx.2015-ci il tarixə kimi ikinci dərəcə əlillik təyin edilmiş, xx.xx.2016-cı il tarixdə, sonra yenidən xx.xx.2017-ci il tarixdə “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə beş il müddətinə “baş beynin və kəllə sinirlərinin, onurğa beynin və boyun səviyyəsində digər sinirlər ilə müştərək travmaları, Kəllədaxili travma, Qəlpə yaralanmasından sonra başın sağ alın təpə nahiyyəsində sifətin sol tərəfində, sol almacıq sümüyün proeksiyasında sol saidin orta 1/3-nin ön içəri səthində sol baldır nahiyyəsində ön və arxa səthində sağ budun orta 1/3-nin arxa bayır səthində köhnə çapıq toxumaları. Hərbi travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı alınıb. Keçirilmiş qapalı kəllə-beyin travmasının (kontuziyasının 1993-cü il) davamlı qalıq əlamətləri” diaqnozu ilə iddiaçıya ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçının əlilliyinin sonuncu, xx.xx.2022-ci il tarixli müayinəsi zamanı əlillik dərəcəsinin təkrar təyin edilməsindən imtina edilmişdir. Bu səbəbdən iddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona İİ qrup əlillik dərəcəsinin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İ Qarabağ müharibəsində iştirak etmiş, 1993-cü ilin dekabr ayında yaralanmış, yoldaşları səyyar hospitala çatdırmışlar. Uzun illər xəstəliyilə əlaqədar olaraq heç bir yerdən xəstəlik tarixində çıxarışını tapa bilmədiyindən illər keçdikdən sonra 2006-cı il sentyabr ayından ona ümumi əllillik təyin edilmişdir. 2016-cı ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə ümumi əlliliyin səbəbi dəyişərək Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcəli əllilik təyin edilmişdir. Əlillik müddətinin beş ili tamam olduğu üçün yenidən Abbas Səhhət adına Xəstəxananın Poliklinikasında təkrar müayinələrdən keçdikdən sonra forma 88-i qeydiyyata alınmışdır. 17 avqust 2022-ci il tarixdə əyani baxışda olarkən müayinədən keçdikdən sonra xx.xx.2022-ci il tarixdə əlillik dərəcəsinin təyinindən imtina edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-971/2024 saylı qərarı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı İİ dərəcə əlilliyin bərpa edilərək müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan 10 aprel 2023-cü il tarixli, T 196/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş “T06.0- baş beynin və kəllə sinirlərinin, onurğa beynin və boyun səviyyəsində digər sinirlər ilə müştərək travmaları, kəllədaxili travma, qəlpə yaralanmasından sonra başın sağ alın-təpə nahiyəsində sifətin sol tərəfində, sol almacıq sümüyü proyeksiyasında, sol saidin orta 1/3- nin ön içəri səthində, sol baldır nahiyəsində ön və arxa səthində, sağ budun orta 1/3-nin arxa bayır səthində köhnə çapıq toxumaları. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınıb. Keçirilmiş qapalı kəllə-beyin travmasının (kontuziyasının 1993-cü il) davamlı qalıq əlamətləri” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir və hal-hazırda sağlamlıq durumu bərpaedici müalicə tələb etmir. Sözügedən rəydən də görünür ki, iddiaçının səhhətində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkarlanmamışdır. Bundan əlavə məhkəmə iddiaçının tələbinin “ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, bir halda ki, cavabdeh qurumun iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtinası haqlı olmuşdur, iddiaçıya mövcud olmayan əlillin müddətsiz təyin edilməsindən söhbət gedə bilməz. Belə ki, iddiaçının həmin tələbi də əsaslı olmadığından təmin edilməməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçı həmin qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məkəmənin qəbul etdiyi qərar əsassız və qanunsuzdur. Məhkəmə qərar qəbul edərkən yalnız cavabdeh tərəfin mülahizələrini əsas tutmuşdur. Onun Qarabağ müharibəsi iştirakçısı olmağı, erməni işğalçılarına qarşı döyüşərkən yaralandığını və hərbi travma aldığını və bu travmanın Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığını nəzərə almamışdır. Məhkəmə vətən uğrunda döyüşən və canından keçən müharibə iştirakçısının ziyanına qeyri-obyektiv qərar qəbul etmişdir. Cavabdeh orqan onun əlliyinin bərpa edilməməsi üçün qeyri-obyektiv, qanunsuz və saxta rəy təqdim etmişdir. Eyni zamanda inzibati məhkəmə icraatı zamanı təkrar ekspertizanın təyin edilməsi barədə verilən vəsatətə Gəncə İnzibati Məhkəməsi tərəfindən baxılmamışdır. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh nüməyəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: - 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə: Həmin əlavənin 6.1. – Başın travmalarının nəticələri – X3 T90 kodu ilə müəyyən edilmişdir. Həmin əlavənin 6.1.2. bəndinə əsasən, ümumi beynin təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası 65-80 faiz olmaqla 2 il müddətinə müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətində göstərilən xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli iddia tələbi qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2008-ci il tarixdən “ümumi xəstəlik” səbəbi ilə hər təyinat bir il müddətinə olmaqla xx.xx.2015-ci il tarixə kimi ikinci dərəcə əlillik təyin edilmiş, xx.xx.2016-cı il tarixdə, sonra yenidən xx.xx.2017-ci il tarixdə “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbi ilə beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə beş il müddətinə “baş beynin və kəllə sinirlərinin, onurğa beynin və boyun səviyyəsində digər sinirlər ilə müştərək travmaları, Kəllədaxili travma, Qəlpə yaralanmasından sonra başın sağ alın təpə nahiyyəsində sifətin sol tərəfində, sol almacıq sümüyün proeksiyasında sol saidin orta 1/3nin ön içəri səthində sol baldır nahiyyəsində ön və arxa səthində sağ budun orta 1/3-nin arxa bayır səthində köhnə çapıq toxumaları. Hərbi travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı alınıb. Keçirilmiş qapalı kəllə-beyin travmasının (kontuziyasının 1993-cü il) davamlı qalıq əlamətləri” diaqnozu ilə iddiaçıya ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçının əlilliyinin sonuncu, xx.xx.2022-ci il tarixli müayinəsi zamanı əlillik dərəcəsinin təkrar təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona İİ qrup əlillik dərəcəsinin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə iş üzrə əldə edilmiş ekspert rəyinə əsaslanaraq bildirmişdir ki, iddiaçının səhhətində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkarlanmamışdır. Buna görə də iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası həmin mövgeyi düzgün hesab etmir və aşağıdakıları qeyd edir. Apellyasiya icraatı zamanı əldə edilmiş T 243/2024 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, SN-nin "MTE və PA Birliyin" PHŞ müalicə müəssisəsi olmadığından onun hazırda konkret olaraq hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, onun adına Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli S00004699AFF aylı forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş "Əsas diaqnoz: T90.5- Kəllədaxili taravmaların nəticələri. Baş beyinin və kəllə sinirlərinin onurğa beyinin boyunu səviyyəsində sinirlər və müştərək travmaları. Kəllədaxili travma. Qəlpə yaralanmasından sonra başın sağ alın-təpə nahiyəsinin, sifətin sol tərəfində, sol almacıq sümüyünün proyeksiyasında, sol saidin arxa /3-nin içəri səthində, sol baldır nahiyəsində ön və arxa səthində, sağ budun orta V3-nin arxa bayır səthində çapıq toxumaları. (1993-cü il). Ağırlaşmalar: G93.4- dəqiqləşdirilməmiş ensefalopatiya. Posttravmatik ensefalopatiya İİİ mər.; G63. 2- Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü, 4 işarəsi ilə), Diabetik polinevropatiya; Yanaşı xəstəliklər: F06.6- Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvi mənşəli labil pozuntu. H90.3eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. İki tərəfli koxlear nevrit. Sol tərəfli İİİ-İV dərəcə. Sağ tərəfli İV dərəcə neyrosensor ağır eşitmə. El1- İnsulindən asılı olmayan şəkərli diabet. Şəkərli diabet 2 tip. İ25- Urəyin xroniki işemik xəstəliyi. UİX. Stabil gərginlik stenokardiyası İİİ f.s." daiqnozundakı xəstəliklərdən əziyyət çəkməsini inkar etmək də olmaz. Belə ki, həmin diaqnoz şəxsin stasionarda müalicəsi zamanı kliniki, laboratorinstrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Ekspert rəyindən göründüyü kimi iddiaçının göndərişdə qeyd edilən xəstəliklərdən əziyyət çəkməsi inkar edilməz hesab olunmuşdur. Gəncə şəhər Birləşmiş Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli S00004699AFF aylı forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş "Əsas diaqnoz: T90.5 - Kəllədaxili taravmaların nəticələri. Baş beyinin və kəllə sinirlərinin onurğa beyinin boyunu səviyyəsində sinirlər və müştərək travmaları. Kəllədaxili travma. Qəlpə yaralanmasından sonra başın sağ alın-təpə nahiyəsinin, sifətin sol tərəfində, sol almacıq sümüyünün proyeksiyasında, sol saidin arxa /3-nin içəri səthində, sol baldır nahiyəsində ön və arxa səthində, sağ budun orta V3-nin arxa bayır səthində çapıq toxumaları göndərişin verildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 6.1.2-ci bəndində öz əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 6.1.2-ci bəndinə əsasən ümumi beynin təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası sağlamlıq imkanlarının 65-80 faiz aralığı pozulması ilə əlilliyin 2 il müddətinə təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə iddiaçıya əlilliyə görə pensiyanın təyini ilə bağlı açılmış pensiya işinin surətinin əldə edilməsi üçün müvafiq sorğu verərək pensiya işini əldə etmişdir. Aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, iddiaçıya 2006-cı il tarixdən iddiaçının əlilliyi ilə bağlı pensiya işi açılmış, işdə olan materiallara əsasən 2008-ci il tarixdən 2022-ci il tarixədək iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhz iddiaçıya ikinci dərəcə 10 ildən artıq müddətə təyin edildiyindən (2008-2022-ci illər üzrə olan dövr) artıq ona müvafiq əlillik müddətsiz təyin edilməlidir. Belə ki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının müddəalarına görə, müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3- cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Beləliklə də, İddiaçı əlilliyi iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz 65-80 faiz əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Göründüyü kimi imtina əsassızdır və qanunamüvafiq olmamışdır. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-971/2023 saylı qərarı ləğv edilməli və iddia tələbi qismən təmin edilməklə İddiaçı xx.xx.2022-ci il tarixdən 65-80 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-971/2023 saylı qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən 65-80 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-136/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-136/2024
29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver