Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-139/2025 23.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “sosial müavinətin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1561/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-171/2-D-274373/2023 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı əvvəlki illər üçün sosial müavinətin ödənilməsindən imtina edilmişdir.
2. 058713 nömrəli müharibə veteranı vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx.xx.2017-ci il tarixdə müharibə veteranı statusu verilmişdir.
3. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-1-57496/2024 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı (Goranboy rayonu, Mİ №532029) xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək İİ qrup əlilliyə görə sosial müavinət təyin edilmişdir. İnformasiya altsistemlərində olan məlumatlar əsasında İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixinədək 40,00 manat, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixinədək 44,00 manat, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixinədək 50,00 manat olmaqla İİ qrup əlilliyə görə müavinət işi üzrə ümumilikdə 2286,10 manat vəsait ödənilmişdir.
4. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-221166/2024 nömrəli məktubundan məlum olur ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemındə olan məlumata əsasən, İddiaçı xx.xx.2015-ci il tarixində İl dərəcə əlilliyə görə sosial müavinət təyin edilmiş və xx.xx.2021-ci il tarixinədək ödənilmişdir. MEİS-in “Əlillik” altsistemində olan məlumata əsasən xx.xx.2021-ci il tarixindən adıçəkilən şəxsin əlillik dərəcəsi dəyişərək ona İİİ dərəcə əlillik müəyyən edilmişdir. Buna uyğun olaraq iddiaçıya xx.xx.2021-cı il tanxındən xx.xx.2024-cü il tarixinədək İİİ dərəcə əlilliyə görə sosial müavinət ödənişi davam etdirilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixindən əlilliyə görə əmək pensiyası hüququnun yaranmasını nəzərə alaraq ona xx.xx.2015-ci il tarixindən təyin olunmuş əlilliyə görə sosial müavinət ödənişi dayandırılmışdır. İddiaçı əlilliyə görə sosial müavinət ödənildiyindən ona müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin (Qarabağ müharibəsi veteranlarına) “Veteran vəsiqəsi”nin verildiyi xx.xx.2017-ci il tarixindən əvvəlki üç il üzrə ödənilməsi mümkün hesab edilmir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2019cu il tarixdə sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. Müvafiq olaraq adıçəkilən şəxsə xx.xx.2019-cu il tarixindən (Prezident təqaüdünün təsis edildiyi tarixdən) 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilib və hazırda ödənişi davam etdirilir.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun istifadə etmədiyi son üç ilin xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilə qədər olan “Müharibə veteranı” müavinət pulunun ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə 058713 nömrəli müharibə veteranı vəsiqəsi və müvafiq status verilmişdir. 3 il əvvəllə sosial müavinətin verilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala müraciət etmiş, lakin onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda məhkəmədən müharibə veteranı vəsiqəsinin alınması tarixindən 3 il əvvələ sosial müavinatin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh iddia tələbinə dair təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 26209/2024 nömrəli etirazında bildirmişdir ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə Müdafiə Nazirliyinin Şəxsi Heyet Baş İdarəsi tərəfindən "Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. İddiaçıya xx.xx.2015-ci il tarixdən orqanizm funksiyalarının 61-80% pozulmasına görə əlilliyə görə sosial müavinət təyin edilmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdən isə İddiaçı organizm funksiyalarının 31-60% pozulması diaqnozu qoyulmuş və həmin tarixdən 5 illik müddətinə əlillik təyin edilərək orqanizm funksiyalarının 31-60% pozulmasına əlilliyə görə sosial müavinət ödənilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqana müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/2-D-311498/2023 nömrəli qərarı ilə iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2019-cu il tarixdən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. Müvafiq olaraq iddiaçıya xx.xx.2019-cu il tarixdən 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilib və hazırda ödənişi davam etdirilir. Müharibə veteranı adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4-cü maddəsinə görə veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən ona sosial müavinət ödənişi həyata keçirilir.
8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1561/2024 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia tələbi qismən təmin edilmiş, İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin hesablanıb ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2015ci il tarixdən orqanizm funksiyalarının 61-80% pozulmasına görə əlilliyə görə sosial müavinət təyin edilmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdən isə İddiaçı orqanizm funksiyalarının 31-60% pozulması diaqnozu qoyulmuş və həmin tarixdən 5 illik müddətinə əlillik təyin edilərək orqanizm funksiyalarının 31-60% pozulmasına əlilliyə görə sosial müavinət ödənilmişdir. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçı xx.xx.2015-ci il tarixdən əlilliyə görə sosial müavinət alır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının sosial müavinət almaq hüququnun olması yalnız xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək mümkündür.
10. Məhkəmə mövqeyini “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1, 3.1, 9.1-ci maddələri, “Veteranlar haqqında” Qanunun 2, 3 və 7-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunması, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayətinin məzmunu cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 26209/2024 nömrəli etirazının məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2011-ci il tarixdən sosial müavinət ödənilmiş, qeyd olunan halın araşdırılması məqsədilə "xxxx" ASC-yə sorğu ünvanlanmış və "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 14602 nömrəli məktubunda xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək uzun müddət keçdiyindən bank əməliyyat sistemində məlumatın mövcud olmadığı bildirilmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. İddiaçı əlavə olaraq ona 2015-ci ildən əlilliyə görə pensiya təyin edildiyini, əvvəlki tarixlərdə heç bir müavinət və ya pensiya almadığını bildirdi.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının Konstitusiyası:
12. Dövlətin ali məqsədi İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.
38. Sosial təminat hüququ İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İV. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir.
16. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. 10-1.5. Keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir. 11.1.5.müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda dayandırılır/
17. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu:
3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar.
7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.
18. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Baxılan iş üzrə birinci instansiya məhkəməsi işin hallarına və iddia tələbinin dəlillərinə tam qiymət verməklə qanuni nəticəyə gəlmişdir.
22. Azərbaycan Respublikası Konstitusiyasında və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə müavinət almaq hüququnu da ehtiva edir. Veteranların müavinət almaq hüququ “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 257 nömrəli Fərmanı ilə tənzimlənir.
23. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən müharibə veteranı statusu verilərək, ona sosial müavinət təyin olunmuş, baş vermiş dəyişklikdən sonra 01 aprel 2019-cu il tarixdən etibarən cavabdeh tərəfindən müharibə veteranları üçün nəzərdə tutulan 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmaqla ödənilməsi həyata keçirilmişdir.
24. Hazırki tələbində iddiaçı ona müharibə veteranı statusu verildiyi tarixdən əvvəlki 3 il üzrə ödəmənin həyata keçirilməsini xahiş edir. Birinci instansiya məhkəməsi tələbi qismən əsaslı hesab edərək qeyd etmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixdən orqanizm funksiyalarının 61-80% pozulmasına görə əlilliyə görə, xx.xx.2021-ci il tarixdən isə orqanizm funksiyalarının 31-60% pozulması diaqnozu ilə 5 il müddətinə əlillik təyin edilərək orqanizm funksiyalarının 31-60% pozulmasına əlilliyə görə sosial müavinət ödənilmişdir. İddiaçı xx.xx.2015-ci il tarixdən əlilliyə görə sosial müavinət alır və bu səbəbdən iddiaçının sosial müavinət almaq hüququ yalnız xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək mümkündür.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçıya müharibə veteranı statusunun və vəsiqəsinin Azərbaycan Respublikasının müdafiəsi zamanı gedən döyüşlərdə iştirakına görə verilməsi, həmçinin iddiaçının müharibə veteranı statusunu “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edilməzdən əvvəl, yəni xx.xx.2017-ci il tarixdə alması ona dəlalət edir ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi iddiaçıya şamil olunmalı və ona verilməli olan müavinət veteran vəsiqəsini aldığı tarixdən geriyə üç il olmaqla xx.xx.2014-xx.xx.2017-ci illər dövrünü əhatə etməklə ödənilməli olsa da, iş materiallarına əsasən sonuncuya xx.xx.2015-ci il tarixdən orqanizm funksiyalarının pozulması səbəbindən əlilliyə görə sosial müavinətin ödənilməsi iddia tələbinin tam təmin olunmasını istisna edir.
26. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2015-ci il tarixdən əlilliyə görə sosial müavinət aldığından və ona müharibə veteranı statusu olduğuna görə ödənilməli olan sosial müavinətin başlanğıc tarixi xx.xx.2014-cü ilə təsadüf etdiyindən, hazırki tələb qismən- iddiaçıya xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin hesablanıb ödənilməsi qanunidir.
27. Cavabdeh tərəfin apellyasiya şikayətinin dəlillərində iddiaçıya xx.xx.2011-ci il tarixdən sosial müavinət ödənilməsi qeyd olunmuş və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
28. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinin dəlillərində qeyd olunan sosial müavinətin ödənilməsini təsdiq edən sübutların təqdim edilməsinə dair sorğuya cavab olaraq məhkəməyə xx.xx.2025-ci il tarixli, 3-17-1/2-10238/2025 nömrəli məktub və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2011-ci il üzrə sosial müavinətin təyinatı Goranboy rayonunda aparılmışdır.
29. Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından məlum olur ki, İddiaçı xx.xx.2005-ci ildən Tərtər rayonu, Çardaqlı ərazi dairəsi üzrə, Çardaqlı kəndində qeydiyyatdadır və bu təyinatın hazırki iş üzrə iddiaçı barəsində aparılmasını təkzib edir. Bundan başqa iddiaçıya aid olan və cavabdeh tərəfindən təqdim edilən pensiya işində əlilliyə görə pensiyanın məhz xx.xx.2015-ci ildən ödənilməsi, iddiaçının adına açılmış digər pensiya işinin mövcud olmaması müəyyən edilmişdir.
30. Həmçinin cavabdeh orqan tərəfindən ödənilmə ilə bağlı təqdim dilən sənədlər kserosurət olmaqla təsdiqlənməmiş, həmin sənədlərin hansı sənədlər əsasında yazılmasına dair heç bir sübut təqdim olunmamışdır.
31. Odur ki, iddianın qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
32. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1561/2024 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov