Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-14/2023 27.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, İddiaçı, cavahdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinin nümayəndəsi X2 və üçüncü şəxs Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi X13 iştirakları ilə, «Daimi istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması» tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1812/2021 saylı qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx.xx.1996-cı il tarixli aktdan görünür ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 03 nömrəli sərəncamına əsasən yaradılmış komissiya yerində baxış keçirərək X1 Birliyinin örüş sahəsindən 61.0 ha torpaq sahəsinin ayrılıb X7 verilməsi məqsədəuyğun hesab edilmişdir. Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 303 saylı sərəncamından görünür ki, Xanlar rayonu X1 Birliyinin əkin sahəsindən 61.0 ha torpaq sahəsinin ayrılıb kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar olaraq müəssisiə yaratmaq üçün X7 verilməsi qərara alınmışdır. “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” P 001501 nömrəli dövlət aktından görünür ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 303 saylı sərəncamına əsasən X1 Birliyinin ərazisindən cizgidə göstərilən sərhəd daxilində 61.0 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün X7 verilmişdir. Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 24 saylı sərəncamından çıxarışdan görünür ki, 61.0 ha torpaq sahəsinin X7 verilməsinə dair Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 8 saylı sərəncamı ləğv edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2-2-4(84)-409/2011 nömrəli qətnaməsindən görünür ki, "xxxx" üzrə X21 X3 MMC-nin "xxxx" X11 qarşı icarəyə verilmiş 61 ha torpaq sahəsinin qanuni mülkiyyətçisinə qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. 12 saylı Ərazi Vergilər Departamentinin xx.xx.2016-cı il tarixli **********7503700 nömrəli arayışından görünür ki, İddiaçı Nürəddin oğlu "xxxx" X10n təsisçisinin xx.xx.2014cü il tarixli qərarına əsasən həmin tarixdən müəssisənin rəhbəri vəzifəsinə təyin olunmuşdur. xx.xx.2020-ci il tarixli 2V-287 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X4 vərəsəsi İddiaçı Nürəddin oğludur və şəhadətnamə ilə verilən miras əmlak "xxxx" X12də miras qoyana məxsus 10 (on) manat dəyərində olan nizamnamə kapitalındakı 100% paydan ibarətdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********72 nömrəli məktubundan görünür ki, iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. xx.xx.2023-cü il tarixli, 10/8002 saylı ekspert rəyindən görünür ki, Xanlar (indiki Göygöl) Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 303 nömrəli sərəncamı ilə X5 istifadəsinə verilmiş, hazırda İddiaçı faktiki istifadəsində olan 61,0 ha torpaq sahəsinin naturada döngə nöqtələrinin koordinatları müəyyən edilərək, mütəxəssis rəyinə əlavə edilmiş sxemdə öz əksini tapmışdır. İddiaçı faktiki istifadəsində olan həmin 61,0 ha torpaq sahəsi, P-001501 nömrəli Dövlət aktında qeyd edilmiş 61,0 ha torpaq sahəsi ilə eynilik təşkil edir. İddiaçı faktiki istifadəsində olan 61,0 torpaq sahəsi, ərazinin kompleks yerquruluşu layihəsinə və P-001501 nömrəli Dövlət aktına əsasən Dövlət mülkiyyətinə aiddir. Həmin 61,0 torpaq sahəsi, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla əkin sahəsidir. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin torpaq sahəsi üzərində mülkiyyət, istifadə və yaxud icarə hüququnu təsdiq edən sənəd qeydə alınmamışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 303 saylı sərəncamı ilə X8 Göygöl rayonu ərazisindən verilmiş 61.0 ha torpaq sahəsi üzərində mülkiyyət, sahiblik və daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 303 saylı sərəncamı ilə Xanlar rayonu X1 Birliyinin əkin sahəsindən 61.0 ha torpaq sahəsinin ayrılıb kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar olaraq müəssisə yaratmaq üçün iddiaçının atası X8 verilmişdir. Həmin sərəncam əsasında Xanlar rayon İcra Hakimiyyəti tərəfindən torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair P 001501 nömrəli dövlət aktı verilmişdir. Həmin vaxtdan etibarən iddiaçının atası qeyd olunan torpaq sahəsindən istifadə etməklə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmuş, həmçinin "xxxx" X10 yaratmışdır. İddiaçının atası xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. xx.xx.2014-cü il tarixdən etibarən iddiaçı "xxxx" X12 rəhbəri vəzifəsinə təyin olunmuş, atasının ölümündən sonra isə xx.xx.2020-ci il tarixdən müəssisənin nizamnaməsinə dəyişiklik edilməklə vərəsəlik hüququ əsasında müəsisənin mülkiyyətçisi və təsisçisi olaraq müəyyən olunmuşdur. İddiaçı hazırda müəssisəyə rəhbərlik edir və həmin torpaq sahəsi də müəssisənin istifadəsindədir. İddiaçı atasından miras qalmış torpağa daimi istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh orqan onun ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Həmçinin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “Göygöl rayonunda yerləşən 61.0 ha torpaq sahəsi üzərində X5 daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması”na dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2021-ci il tarixli, **********28 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı İddiaçı iddia etdiyi 61.0 ha torpaq sahəsinin 3 saylı Gəncə Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən "xxxx" X11 aid dövlət torpağı kimi işlənildiyi və həmin torpaq sahəsi ilə bağlı mübahisənin olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq “Torpağa müllkiyyət, sahiblik və daimi istifadə hüququna dair A 005101 saylı Dövlət Aktına əsasən Göygöl rayonu, Xəqani kəndində yerləşən 61.0 ha torpaq sahəsi üzərində X5 hüquqlarının dövlət qeydiyyatına alınmasına münasibət bildirilməsi üçün xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziriyinə məktub göndərilmiş, lakin nazirlik tərəfindən məsələyə münasibət bildirilməmişdir. Qeyd olunanları nəzərə alaraq ərizənin icrası mümkan olmamışdır Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1812/2021 saylı qərarı ilə (hakim F.Hüseynov) iddianın təmin edilməsi, P 001501 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” dövlət aktında qeyd olunmuş 61.0 ha torpaq sahəsi üzərində X5 daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Məhkəmə ilk öncə cavabdehin etirazına münasibətdə qeyd etmişdir ki, iddia olunan torpaq sahəsi ilə bağlı mübahisənin olması qeyd olunsa da, iş materialları ilə təsdiq olunur ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2-2-4(84)- 409/2011 nömrəli qətnaməsi ilə "xxxx" üzrə X21 X3 MMC-nin "xxxx" X11 qarşı icarəyə verilmiş 61 ha torpaq sahəsinin qanuni mülkiyyətçisinə qaytarılması tələbinə dair iddiası təmin edilməmiş, qeyd olunan qətnamədən apellyasiya şikayəti verilməmişdir. Göründüyü kimi iddia olunan torpaq sahəsinə dair tərəflər arasındakı mövcud mübahisəyə məhkəmə qaydasında baxılaraq yekun qərar verilmişdir. Deməli hazırki halda həmin torpaq sahəsi üzərində mübahisədən söhbət gedə bilməz. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, sözügedən torpaq sahəsi X7 ayrılarkən müvafiq aidiyyəti orqanların razılığının alınması iş materiallarına əlavə edilmiş xx.xx.1996-cı il tarixli aktla öz təsdiqini tapır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 24 saylı sərəncamı ilə X7 torpaq verilməsi ilə bağlı xx.xx.1996-cı il tarixli 303 saylı sərəncam deyil, xx.xx.1995-ci il tarixli 8 saylı sərəncam ləğv edilmişdir. Odur ki, üçüncü şəxsin nümayəndəsinin sözügedən sərəncamın ləğv olunması ilə bağlı arqumenti də əsassız hesab edilməlidir. Həmçinin müəyyən olunmuşdur ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 303 saylı sərəncamı ilə Xanlar rayonu X1 Birliyinin əkin sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar olaraq müəssisiə yaratmaq üçün X7 ayrılmış 61.0 ha torpaq sahəsi təyinatı üzrə hazırda da "xxxx" X14 tərəfindən kənd təsərrüfatı bitkilərinin becərilməsi üzrə istifadə olunur. Məhkəmə mövqeyini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri ilə əsaslandırmışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi) daimi istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması tələbinə dair inzibati iş üzrə cavabdeh inzibati orqan yenidən təşkil edildiyi üçün cavabdeh onun hüquqi varisi olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi ilə əvəz edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri: Cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın tam ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsasız olmuşdur. Belə ki, vətəndaş İddiaçı Göygöl rayonu Xəqani kəndində yerləşən, "xxxx" X11 verilmiş 61 ha torpaq sahəsinə dair çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsinə köməklik göstərilməsi barədə müraciətinə 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Aparılmış araşdırma zamanı İddiaçı iddia etdiyi 61,0 ha torpaq sahəsinin 3 saylı Gəncə Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən "xxxx" X11 aid Dövlət torpağı kimi işlənildiyi və həmin torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsinin olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair" AN001501 saylı Dövlət Aktına əsasən, Göygöl rayonu, Xəqani kəndində yerləşən 61,0 ha torpaq sahəsi üzərində X5 hüquqlarının dövlət qeydiyyatına alınmasına münasibət bildirilməsi üçün xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Naziriyinə məktub göndərilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Naziriyi tərəfindən 3 saylı Gəncə Ərazi İdarəsinə göndərilmiş xx.xx.2021-ci il tarixli cavab məktubunda, Kənd Təsərrüfatı Nazirliyinin "X15 və Emal Birliyi" MMC-nin 17 noyabr 2020-ci il tarixli, 20M/293 nömrəli məktubu ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 20 iyun 2011-ci il tarixli, 2-2- 4(84)-409/2011 saylı qətnaməsinin Göygöl rayonu "Ətlik-Maldarlıq üzrə X21 X6" MMC-yə rəsmi qaydada təqdim edilib-edilməməsi barədə Gəncə Kommersiya Məhkəməsinə müraciet edildiyi, Məhkəmə ilə dəfələrlə əlaqə saxlanıldığı, koronavirus pandemiyası ilə əlaqəder əməkdaşların işə çıxmadığı, sorğu xarakterli sənədin icrasının əməkdaşların işə çıxdıqdan sonra icrasının mümkün olacağı bildirliyi üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 3 saylı Gəncə Ərazi İdarəsinin sorğusunun cavablandırılması Gəncə Kommersiya Məhkəməsi tərəfindən məsələyə dair münasibət bildirildikdən sonra mümkün olacağı bildirilmişdir. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən məsələyə münasibət bildirilməmişdir. Qeyd olunanları nəzərə alaraq ərizənin icrası mümkün olmamışdır. b) məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 izahat apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi X17 apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Tətbiq edilən hüquq: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra-hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 303 saylı sərəncamı ilə Xanlar rayonu X1 Birliyinin əkin sahəsindən 61.0 ha torpaq sahəsinin ayrılıb kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar olaraq müəssisiə yaratmaq üçün X7 verilməsi qərara alınmış və həmin torpaq sahəsinə dair “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” P 001501 nömrəli dövlət aktı tərtib edilmişdir. İddiaçı mərhum atasına verilmiş torpaq sahəsi üzərində daimi istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir Cavabdehin imtinasının əsası kimi iddia edilən 61.0 ha torpaq sahəsinin 3 saylı Gəncə Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən "xxxx" X11 aid dövlət torpağı kimi işlənməsi və həmin torpaq sahəsi ilə bağlı mübahisənin olması qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2-2-4(84)-409/2011 nömrəli qətnaməsi ilə müəyyən olunur ki, "xxxx" üzrə X21 X3 MMC-nin "xxxx" X11 qarşı icarəyə verilmiş 61 ha torpaq sahəsinin qanuni mülkiyyətçisinə qaytarılması tələbinə dair iddiası təmin edilməmiş, qeyd olunan qətnamədən apellyasiya şikayəti verilməmişdir. Birinci instansiya məhkəməsi kimi məhkəmə kollegiyası da hesab edir ki, qeyd edilənlər hazırki halda həmin torpaq sahəsi üzərində iddiaçı ilə üçüncü şəxs arasında artıq mübahisənin mövcud olmadığı qənaətinə gəlməyə əsas verir. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.1996-cı il tarixli aktla da müəyyən olunur ki, qeyd olunan torpaq sahəsi X7 ayrılarkən müvafiq aidiyyəti orqanların razılığı alınmışdır. Göründüyü kimi Xanlar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 303 saylı sərəncamı ilə Xanlar rayonu X1 Birliyinin əkin sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar olaraq müəssisiə yaratmaq üçün X7 qanuni əsaslarla 61.0 ha torpaq sahəsi ayrılmış və hazırda da təyinatı üzrə "xxxx" X14 tərəfindən kənd təsərrüfatı bitkilərinin becərilməsi üzrə istifadə olunur. Bundan əlavə xx.xx.2023-cü il tarixli, 10/8002 saylı ekspert rəyindən də görünür ki, Xanlar (indiki Göygöl) Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 303 nömrəli sərəncamı ilə X5 istifadəsinə verilmiş, hazırda İddiaçı faktiki istifadəsində olan 61,0 ha torpaq sahəsinin naturada döngə nöqtələrinin koordinatları müəyyən edilərək, mütəxəssis rəyinə əlavə edilmiş sxemdə öz əksini tapmışdır. İddiaçı faktiki istifadəsində olan həmin 61,0 ha torpaq sahəsi, P-001501 nömrəli Dövlət aktında qeyd edilmiş 61,0 ha torpaq sahəsi ilə eynilik təşkil edir. İddiaçı faktiki istifadəsində olan 61,0 torpaq sahəsi, ərazinin kompleks yerquruluşu layihəsinə və P-001501 nömrəli Dövlət aktına əsasən Dövlət mülkiyyətinə aiddir. Həmin 61,0 torpaq sahəsi, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla əkin sahəsidir. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin torpaq sahəsi üzərində mülkiyyət, istifadə və yaxud icarə hüququnu təsdiq edən hər hansı bir sənəd qeydə alınmamışdır. Göründüyü kimi torpaq sahəsi üzərində iddiaçının iddia etdiyi qaydada daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması heç kimin hüquqi maraqlarına toxunmur. Bunadan başqa, torpaq sahəsinin istifadəyə verilməsi səlahiyyətli orqan tərəfindən verilmiş P-001501 nömrəli Dövlət aktı ilə rasmiləşdirildiyindən və həmin akt hazırda qüvvədə olduğundan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə əsasən həmin dəvlət aktı iddia edilən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinin iddia tələbində göstərilən torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasından imtinası əsassız olmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1812/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-14/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-14/2023
27.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver