Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-142/2024 29.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, Üçüncü şəxsin vəkili Vəkil2 iştirakı ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-10/2023 saylı qərarından iş üzrə üçüncü şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2004- cü il tarixli, 63 saylı qərarının ləğv edilməsi barədə qərar verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqısına dair” keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi ilə iddiaçı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli, 697 nömrəli müqavilə əsasında ünvan 1 ünvandakı qeyri-yaşayış binasının altında yerləşən, qanunvericiliklə müəyyən edilmiş sənədlərə əsasən ümumi sahəsi 852,8 kv.m olan torpaq sahəsi iddiaçıya satılmışdır. Qeyd olunan torpaq sahəsinə və üzərindəki qeyri-yaşayış sahəsinə dair İddiaçı adına qeydiyyat nömrəsi ********* olan, seriya RX ******* nömrəli çıxarış verilmişdir. Hazırda ona məlum olmuşdur ki, Cavabdeh 02 noyabr 2004-cü il tarixli, 63 nömrəli qərarı ilə Tovuz rayonunun Qovlar qəsəbəsinin sakini X8 0,20 ha torpaq sahəsi satılmış və X6 qanun üzrə vərəsəsi X9 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət edərək, həmin torpaq sahəsinə mərhum atası X6 mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Lakin araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh 02 noyabr 2004-cü il tarixli, 63 nömrəli qərarı ilə X5 həmin torpaq sahəsinin Tovuz rayonunun Qovlar Bələdiyyəsinə heç bir aidiyyəti yoxdur. Həmin torpaq sahəsi dövlət mülkiyyətində olan və sonradan İddiaçı satılmış 852,8 kv.metrlik torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyü kimi, Cavabdeh 02 noyabr 2004-cü il tarixli, 63 saylı həmin qərarı qanunsuzdur. Həmin qərarla mərhum X5 torpaq sahəsi dövlət mülkiyyətində olmuş, sonradan dövlət mülkiyyətinin özəlləşdirilməsi qaydasında İddiaçı satılmışdır. Cavabdeh 02 noyabr 2004-cü il tarixli, 63 saylı həmin qərarında göstərilən torpaq sahəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyünə görə qeyd olunan qərar İddiaçı hüquqlarını və qanunla qorunan maraqlarını pozur. Buna görə də Cavabdeh həmin qərarı ləğv edilməlidir. Məhkəmənin 16 iyun 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə (üçüncü şəxs X9) qarşı qərarın ləğv edilməsi barədə iddia tələbilə Gəncə İnzibati Məhkəməsində iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir Məhkəmənin 16 iyun 2022-ci il tarixli qərardadı ilə X9 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-10/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Cavabdeh 02 noaybr 2004-cü il tarixli, 63 nömrəli qərarının ləğv edilməsi, xx.xx.2023-cü il tarixli, 10/3556 nömrəli ekspert rəyi üzrə 100 (bir yüz) manat ekspertiza xərcinin Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi M.E.M-nin X7, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NBAZ********************, SWİFT BİK CTREAZ22, hesab AZ34CTRE**********0002088501 hesabına ödənilməsi qərara alınmışdır. Üçüncü şəxs X9 qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, müddətin bərpası barədə qərardadı tam qanunsuzdur. Gəncə İnzibati Məhkəməsi sübutları qərəzli qiymətləndirmiş, tərəfindən təqdim edilmiş və özünün əldə etdiyi dəlillərə öz qərarında ümumiyyətlə hüquqi qiymət verməmiş, nəzərə almamışdır ki, mübahisəli torpaq sahəsinin (bələdiyyə tərəfindən atasına satılarkən, yəni 2004-cü ildə) bələdiyyə aid olduğu həmin dövrdə torpaq qanunvericiliyinin, o cümlədən torpaq sahələrinin ayrılması üzrə qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət edən və bu sahədə dövlət idarəçiliyini həyata keçirən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən təsdiq olunmuş və bu barədə müvafiq rəy verilmişdir. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi X1 məqsədilə torpaq sahəsinin satılması barədə sənədlərə rəy verərək bildirmişdir ki, X3 nəzərdə tutulan torpaq sahəsi 0,20 hektar olmaqla Qovlar bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. X13 Məhkəməsi 2-1(114)-92/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Ekspert qarşısında məhkəmənin işin nəticəsində maraqlı olmasını bilavasitə təsdiq edən 3-cü sualı qoymaqla “İddiaçı mülkiyyətində olan və onun adına verilmiş **********49-06301 nömrəli texniki pasportda qeyd olunan 852,8 kv metrlik torpaq sahəsinin İddiaçı satılanadək bələdiyyə, yaxud dövlət mülkiyyətində olub-olmadığı müəyyən edilsin.” Öz qanunsuz qərarını əsaslandırmaq üçün zəmin yaratmağa nail olmuşdur. Belə ki, həmin sualda məhkəmə 852,8 kv metrlik torpaq sahəsinin İddiaçı satılanadək bələdiyyə, yaxud dövlət mülkiyyətində olub olmadığının müəyyən edilməsi məsələsi qoyulmuşdur. Hazırki inzibati mübahisəsinin predmeti İddiaçı adına 2018-ci ildə aparılmış DƏDRX-də aparılmış qeydiyyat üzrə verilmiş Çıxarış təşkil etmir. Mübahisəli torpaq sahəsi də atasına 2018-də deyil, 2004-cü ildə Bələdiyyə tərəfindən satılmışdır. Belə olan halda torpaq sahəsinin İddiaçı satılanadək bələdiyyə və ya dövlət mülkiyyətində olması ilə əlaqədar sual qoyulması məntiqə sığmazdır. Bununla əlaqədar hesab edir ki, işə baxan Gəncə İnzibati məhkəməsi tərəfindən nəzərə alınmayan və işə əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə KomitəsininTovuz rayon şöbəsi tərəfindən təsdiq olunmuş müvafiq rəy torpağın 2004-cü ildə kimə aid olmasını təsdiq etdiyindən, eskpertiza təyin edilməsinə lüzum yox idi. Buna baxmayaraq məhkəmə sadəcə işin hər tərəfli araşdırılması onun vəzifəsi olmasına əsaslanaraq ən yaxşı halda ekspert qarşısında Gəncə İnzibati Məhkəməsi 2-1(114)-92/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadında qeyd olunan 1 və 2 sualla kifayətlənməli idi. Həmin suallar üzrə əldə edilmiş ekspert rəyi üzrə cavablar qərarın ləğvi üçün yenə də əsas oluna bilməzdi. Çünki onun atası 2004-cü ildə mübahisəli torpaq sahəsini əldə edəndə həmin torpaq sahəsinin iddiaçı ilə hər hansı bir hüquqi bağlılığı olmamışdır. Ekspert qarşısında qoyulmuş 1 və 2-ci suallar üzrə əldə edilmiş cavablar əslində onu təsdiq edir ki, iddiaçı tərəfindən Tovuz rayon Qovlar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 63 nömrəli qərarı ilə bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına şərti yararsız torpaq sahəsindən X1 məqsədilə satılmış 0,20 ha torpaq sahəsinin zəbtini təsdiq edir. Bundan başqa mübahisəli torpaq sahəsi 2004-cü ildə atasına satıldığından və həmin dövrdə mübahisəli torpaq sahəsinin iddiaçı ilə hər hansı hüquqi bağlılığı olmadığından sadəcə 2018-ci ildə mülkiyyət haqqında çıxarışla özündən 14 il əvvəlki sənədi mübahisələndirə bilməsi hansı maddi hüquq normasından irəli gəlir anlaya bilmir. Hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmamasını düzgün hüquqi baxımdan düzgün qiymətləndirə bilməmişdir. Üçüncü şəxsin vəkili Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası AR İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, prosess iştirakçısının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, bələdiyyələr yalnız öz mülkiyyətində olan torpaq sahələrinə dair qərar qəbul etmək səlahiyyətində olduqları halda, hazırkı iş üzrə dövlət mülkiyyətində olan torpaq sahəsi X8 verilmişdir. Hazırkı iş üzrə Cavabdeh xx.xx.2004-cü il tarixli, 63 saylı qərarını qəbul edərkən yuxarıda sadalanan normaların tələblərinə əməl etməmiş, dövlət mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin qanunsuz olaraq üçüncü şəxs X3 barədə qərar qəbul edərək, iddiaçının xüsusi mülkiyyətin toxunulmazlılıq hüququnu pozmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyilə razılaşmır və belə mövqeyi əsaslı hesab etmir. Belə ki, Qovlar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 63 nömrəli qərarı ilə Vağzal küçəsinin sağ tərəfində gündəlik tələbat malları mağaza binasının altındakı və ətrafındakı 0.20 ha torpaq sahəsi üçüncü şəxsin vərəsəsi olduğu X2. Həmin qərarın qəbul edilməsinə əsas X6 müvafiq torpaq sahəsinin ona satılmasına dair xx.xx.2004-cü il tarixli ərizəsi, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən hazırlanmış rəy və digər sənədlər olmuşdur. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi X1 məqsədilə torpaq sahəsinin satılması barədə sənədlərə rəy verərək bildirmişdir ki, X3 nəzərdə tutulan torpaq sahəsi 0,20 hektar olmaqla Qovlar bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. Həmin halla bağlı kollegiya qeyd edir ki, mübahisələndirilən qərar qəbul edilərkən torpaq qanunvericiliyinin, o cümlədən torpaq sahələrinin ayrılması üzrə qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət edən və bu sahədə dövlət idarəçiliyini həyata keçirən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən mübahisəli torpaq sahəsinin həmin zamanda bələdiyyə mülkiyyətində olması öz təsdiqini tapmış və buna dair müvafiq rəy də verilmişdir. Sadalananlardan da göründüyü kimi, həmin dövrdə səlahiyyətli icra hakimiyyəti orqanı olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi verdiyi rəyində mübahisəli torpaq sahəsinin həmin dövrdə bələdiyyəyə məxsus olmasını, kənd təsərrüfatına yararsız olduğunu və torpaq sahəsinin satılmasının qanuna uyğun olduğunu qeyd etmişdir. Buna görə də, Qovlar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 63 nömrəli qərarı qəbul edilərkən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsinin verdiyi rəy nəzərə alınmış və torpaq sahəsi X2. Məhkəmə kollegiyası qeyd edir ki, bələdiyyə tərədindən qərar qəbul edilərkən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən verilən rəy mötəbət hesab edilməklə mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması nəzərə alınmalıdır. X10 Məhkəməsinin İnzibati kollegiyasının icraatında xx.xx.2022-ci il tarixli, 2-1(104)- 402/2022 saylı qərardaddan görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Torpaqların Dövlət idarəetməsinin təşkili üzrə Dövlət Agentliyi cavabdeh Tovuz rayon Qovlar Bələdiyyəsinə qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Tovuz rayon Qovlar Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 63 nömrəli qərarının etibarsız hesab olunmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-73/2022 nömrəli qərarı ilə (hakim Z.Quliyev) iddia tələbi rədd edilmişdir. İddiaçı və üçüncü şəxs İddiaçı vəkili və nümayəndəsi Vəkil1 qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayətləri vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-73/2022 nömrəli qərarının ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(104)-402/2022 saylı qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-73/2022 nömrəli qərarı ləğv edilmiş, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Torpaqların Dövlət idarəetməsinin təşkili üzrə Dövlət Agentliyi cavabdeh Tovuz rayon qovlar Bələdiyyəsinə qarşı Tovuz rayon Qovlar Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 63 nömrəli qərarının etibarsız hesab olunması tələbinə dair iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-45/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 avqust 2022-ci il tarixli, 2-1(104)- 402/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiya məhkəməsinin öz mövqeyində qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin bələdiyyə aid olduğu həmin dövrdə torpaq qanunvericiliyinin, o cümlədən torpaq sahələrinin ayrılması üzrə qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət edən və bu sahədə dövlət idarəçiliyini həyata keçirən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən təsdiq olunmuş və bu barədə müvafiq rəy verilmişdir. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi X1 məqsədilə torpaq sahəsinin satılması barədə sənədlərə rəy verərək bildirmişdir ki, X3 nəzərdə tutulan torpaq sahəsi 0,20 hektar olmaqla Qovlar bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına yararsız olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. Bu baxımdan həmin vaxt səlahiyyətli orqan olan dövlət qurumunun verdiyi rəy mötəbər hesab edilməli və mübahisəli torpaq sahəsinin bələdiyyəyə məxsus olduğu qəbul edilməlidir. Yuxarıda qeyd olunan mövqeydən də görünüdüyü kimi Qovlar bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 63 nömrəli qərarı X4 0.20 ha torpaq sahəsinin bələdiyyə həmin dövrdə bələdiyyə mülkiyyətində olması qeyd edilmişdir. Beləliklə də, məhkəmə kollegiyası qeyd edir ki, bələdiyyə tərədindən qərar qəbul edilərkən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən verilən rəy mötəbət hesab edilməklə mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması öz təsdiqini tapmışdır. Kollegiya qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bu səbəbdən də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İş materialları ilə müəyyən edilir ki, hazırki iddia tələbi müddət ötürülməklə verilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinin tələblərinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinin tələblərinə əsasən isə, inzibati aktda ona qarşı mümkün hüquqi vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın elan olunduğu vaxtdan, şikayət intansiyasına şikayət verildiyi hallarda isə, şikayətə dair qərarın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016- 2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə kollegiyası yuxarıda göstərilən tövsiyəni nəzərə alaraq hesab edir ki, iddiaçının mübahisələndirdiyi aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-10/2023 saylı qərarı ləğv edilsin. İddiaçı Cavabdehnə (üçüncü şəxs X9) qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(104)-142/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-142/2024
29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver