Məhkəmə qərarları › İş №2-1(104)-144/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-144/2025

17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-144/2025 17.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrliyi və məruzəsi ilə), Həsənov İslam Telman oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçının nümayəndəsi X14 və üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X25, X8, X10, X15, X20, X21, X16, X22, X17, X23, X18, X11, X12, X9 və X3 ona məxsus olan Bərdə şəhəri, Koroğlu küçəsi, ev 29 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2009/2024 nömrəli qərarından üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3- 21-3-46/2-1238/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-2417/2024 nömrəli cavab məktubları və onlara əlavə edilmiş sənədlərə əsasən Bərdə şəhəri, Koroğlu küçəsi, ev 29 ünvanında yerləşən ev mülkiyyət hüququ əsasında xx.xx.2024-cü il tarixdə İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışına və Elektron Məhkəmə informasiya sistemindən çıxarışlara əsasən xx.xx.1985-ci il təvəllüdlü X25, xx.xx.1976-cı il təvəllüdlü X8, xx.xx.1969-cu il təvəllüdlü X10, xx.xx.1993-cü il təvəllüdlü X15, xx.xx.1991ci il təvəllüdlü X20, xx.xx.1971-ci il təvəllüdlü X21, xx.xx.1988-ci il təvəllüdlü X16, xx.xx.2008-ci il təvəllüdlü X22, xx.xx.1963-cü il təvəllüdlü X17, xx.xx.2010-cu il təvəllüdlü X23, xx.xx.1991-ci il təvəllüdlü X18, xx.xx.2009-cu il təvəllüdlü X11, xx.xx.2012-ci il təvəllüdlü X12, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.1983-cü il təvəllüdlü X1 şəhəri, Koroğlu küçəsi, ev 29 ünvanında qeydiyyatdadırlar. İddiaçı üçüncü şəxslər X25, X8, X10, X15, X20, X21, X16, X22, X17, X23, X18, X11, X12, X9 və X3 ona məxsus olan Bərdə şəhəri, Koroğlu küçəsi, ev 29 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə Cavabdehnə etdiyi müraciətinə həmin şöbənin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli imtina məktubları ilə bildirilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. Məhkəmənin sorğusuna Bərdə Rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 58 nömrəli cavab məktubunda bildirilmişdir ki, Bərdə şəhəri Gəncə küçəsi ev 29-da qeydiyyatda olan İddiaçı həmin ünvanda yaşayır. X25xx.xx.1985, X8-xx.xx.1976,. X13xx.xx.1963, X15-xx.xx.1993, X20xx.xx.1991, X21-xx.xx.1971, X16xx.xx.1988, X22-xx.xx.2008, X17-xx.xx.1963, X23xx.xx.2010, X18-xx.xx.1991, X11-xx.xx.2009, X12-xx.xx.2012, X9-xx.xx.2016, X6xx.xx.1983 ünvan 6iyyatdadırlar. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3- 13-68/2-8777/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, X25, X8, X10, X15, X20, X21, X16, X17, X18 və X6 2002-ci ildən 2013-cü ilədək olan müddətdə Bərdə şəhəri, Koroğlu küçəsi, ev 29 ünvanına qeydiyyata alınmış şəxslərdir və onlar hazırda həmin ünvanda qeydiyyatdadırlar. X22, X23, X11, X12 və X9 isə valideyninin yaşayış üzrə şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilərək Bərdə şəhəri, Koroğlu küçəsi, ev 29 ünvanına qeydiyyata alınmış azyaşlılardır. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-3252/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, sorğuda qeyd olunan Bərdə şəhəri, Koroğlu küçəsi, 2/29 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X25, X8, X10, X15, X20, X21, X16, X22, X17, X23, X18, X11, X12, X9 və X3 ona məxsus olan ünvan 4 ünvandan qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bərdə şəhəri, Koroğlu küçəsində ev 29 onun mülkiyyətində olan mənzildir. Həmin mənzil onun mülkiyyətində olmaqla faktiki olaraq yaşayış yeridir. Lakin onun evində tanımadığı şəxslər X25, X8, X10, X15, X20, X21, X16, X22, X17, X23, X18, X11, X12, Süleymanlı Cəsur llqar oğlu və X6 adlı şəxslər qeydiyyatdadır. Qeydiyyatda olan şəxslərlə heç bir qohumluq əlaqəsi yoxdur. O, mənzilində olan şəxslərin hazırda harada yaşamasından məlumatı yoxdur. O, bu barədə Cavabdehnə həmin şəxslərin qeydiyyatdan çıxarılması barədə müraciət etməyinə baxmayaraq o, cavab vermişlər ki, həmin şəxslərin onun evindən qeydiyyatdan çıxarılması məhkəmə qətnaməsi əsasında həyata keçirilməli və evində olan qeydiyyatlarına xitam verilə bilər. Buna görə onun mülkiyyət hüquqları pozulur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X25, X8, X10, X15, X20, X21, X16, X22, X17, X23, X18, X11, X12, X9 və X6 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2009/2024 saylı qərarı ilə (hakim G.Əliyeva) iddia tələbi təmin edilmişdir. Məhkəmə öz mövqeyini “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs X8 həmin qərardan apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2009/2024 saylı qərarının ona aid hissəsində ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılmasının yeri və vaxtı barədə ona rəsmi olaraq məlumat verilməmişdir. Lazımi qaydada məlumatlandırılmadıqlarından işə baxan hakim çəkişmə prinsipini pozmuşdur. Bununla da, işin obyektiv və ədalətli həllinə səy göstərməyərək, hüquqlarını kobud şəkildə pozmuşdur. Heç bir araşdırma aparmadan, onun məhkəmədə iştirakını təmin etmədən, , izahatını və mübahisəli evə bağlılığını araşdırmadan iddia tələbini təmin edən məhkəmə işi birtərəfli qaydada baxaraq yanlışı nəticəyə gələrək, iddia tələbini təmin etmişdir. Hazırki qətnamənin qüvvəyə minməsi mülkiyyət hüquqlarından məhrum edilməkləri ilə nəticələnir. Bu hal isə həm ölkə, həm də beynəlxalq qanunvericiliyə ziddir. İş üzrə bildirir ki, o, İddiaçı oğlu X7 həyat yoldaşıdır. Onların nikahı pozulmamış və bu günədək həmin evdə yaşamaqla heç bir problemləri olmamışdır. Nikah haqqında şəhadətnaməni də işə əlavə edir. Buna baxmayaraq qayınatasının onu qohumu deyilmiş kimi təqdim edib qeydiyyatdan çıxarması qanunsuzdur. Onun hansı səbəbdən yaşadığı evdən qeydiyyatdan çıxarılmağı isə ona müəmmalı olaraq qalır. Hesab edir ki, öz evlərində qeydiyyatda olmaqla yaşadıqlarından və öz evindən qeydiyyatdan çıxarılacağı halda mülkiyyət hüquqları pozulduğundan hazırkı iddia tələbi ona aid hissədə rədd edilməlidir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olunmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X8 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X14 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasına məktub ünvanlayaraq xx.xx.2025-ci il tarixli məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 27.1 Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 1: Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə 2: Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 9: Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonraqiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (İPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apellyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli və Gəncə İnzibati Məhkəməsinin qərarı X5 aid hissədə ləğv edilməli, İddiaçı iddia tələbi X5 aid hissədə təmin edilməməlidir. İddiaçı üçüncü şəxslərin ona məxsus olan Bərdə şəhəri, Koroğlu küçəsi, ev 29 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılmasına dair müraciətinə Cavabdeh xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli imtina məktubları ilə bildirilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. Ona görə də iddiaçı hazırkı tələblə məhkəmədə çıxış etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək X25, X8, X10, X15, X20, X21, X16, X22, X17, X23, X18, X11, X12, X9 və X3 Bərdə şəhəri, Koroğlu küçəsi, ev 29 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını Cavabdeh üzərinə qoyulmasını qərara almışdır. İşdən göründüyü kimi üçüncü şəxslərdən X8 apellyasiya şikayəti vermiş və onun hüquqi marağı ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin qərarının ona aid hissədə ləğv edilsin və iddia tələbi ona aid hissədə rədd edilsin. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə məhkəmə araşdırmasının predmetini üçüncü şəxs X5 aid hissə təşkil edəcəkdir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-1238/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3- 21-3-46/2-2417/2024 nömrəli cavab məktubları və onlara əlavə edilmiş sənədlərə əsasən Bərdə şəhəri, Koroğlu küçəsi, ev 29 ünvanında yerləşən ev mülkiyyət hüququ əsasında xx.xx.2024-cü il tarixdə İddiaçı adına qeydə alınmışdır. Birinci instansiya məhkəməsinin araşdırmasından müəyyən olunur ki, Bərdə şəhəri Gəncə küçəsi ev 29-da qeydiyyatda olan İddiaçı həmin ünvanda yaşayır. X2 şəhəri, Koroğlu küçəsi, ev 29 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********77-10301 nömrəli çıxarışdan görünür ki, Bərdə şəhəri, Koroğlu küçəsi, ev 29 ünvanında yerləşən daşınmaz əmlak ümumi paylı mülkiyyətdə olmaqla əmlakın 1/7 hissəsi X4 xüsusi mülkiyyətindədir. Bundan əlavə məhkəmə kollegiyası tərəfindən proses iştirakçılarının izahatlarından müəyyən edilmişdir ki, mübahisələndirilən Bərdə şəhəri, Koroğlu küçəsi, ev 29 ünvanında İddiaçı məxsus fərdi yaşayış evindən ayrı həmin ünvanda üçüncü şəxs X4 ailəsi ilə birgə faktiki istifadəsində olan yaşayış evi mövcuddur, lakin həmin yaşayış evinə dair sənədlər mövcud olmadığından ona ayrıca ünvan verilməmişdir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları təsbit edilmişdir. X4 həmin ünvanda mülkiyyət hüququ əsasında ayrıca yaşayış sahəsi olması və bu sahədən istifadə etməsi nəzərə alınmaqla, onun qeydiyyatdan çıxarılması üçün hüquqi əsaslar mövcud deyildir. Bu səbəbdən birinci instansiya məhkəməsinin X5 aid hissədə qəbul etdiyi qərar qanunsuzdur və ləğv edilməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, hazırki iddia tələbi qismən əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli və Gəncə İnzibati Məhkəməsinin qərarı X5 aid hissədə ləğv edilməli, İddiaçı iddia tələbi X5 aid hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2009/2024 saylı qərarı qismən - X5 aid hissədə ləğv edilsin. İddiaçı iddia tələbi X5 aid hissədə təmin edilməsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar