Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-147/2024 01.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filalına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1589/2023 nömrəli qərarından cavabdeh tərəfindən apellyasiya şikayətinə baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İT-İ № ******* nömrəli əmək kitabçasının surətində qeyd olunur ki, İddiaçı xx.xx.1982-ci il tarixdə Daşkəsən mərmər karxanasına qəbul edilmiş, xx.xx.1982-ci il tarixdə öz ərizəsi ilə işdən çıxmışdır. xx.xx.1983-cü il tarixdə Daşkəsən ATP-də 3-cü dərəcəli sürücü kimi qeydiyyatdan keçmiş, xx.xx.1990-cı il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. xx.xx.1991-ci il tarixdə Daşkəsən rayon Lenin adına sovxoza sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1991-ci il tarixdə sovxoz ləğv edilib kolxoz təşkil edildiyinə görə həmin işdən azad edilmişdir. xx.xx.1991-ci il tarixdə Ə.Hacıyev adına kolxoza sürücü kimi qəbul edilmiş, xx.xx.1992-ci il tarixdə işdən azad olunmuşdur. xx.xx.1999-cu il tarixdə “Rizvan” ATSC-yə xırdalayıcı sexə zaboy fəhləsi təyin edilmiş, xx.xx.2001-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.2002-ci il tarixdə “X2” MMC-yə çilingər işinə qəbul edilmiş, xx.xx.2002-ci il tarixdə 4-cü dərəcə ilə avtoyükləyiciyə sürücü işinə dəyişdirilmiş, xx.xx.2003-cü il tarixində öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2004-cü il tarixdə “X2” MMC-də dağ sexinə daşkəsən dəzgaha maşinist köməkçisi kimi qəbul edilmiş və xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2007-ci il tarixdə "xxxx" ASC-yə texnoloji avtonəqliyyat sexinə sürücü qəbul edilmiş, xx.xx.2009-cu il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2009-cu il tarixdə "xxxx" ASC-nin Mingəçevir Tikinti Quraşdırma və İstehsal İdarəsinin Daşkəsən daş karxanasına 2-ci dərəcə fəhlə vəzifəsinə təyin edilmiş, xx.xx.2009-cu il tarixdə AR ƏM 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən müqaviləsinə xitam verilmişdir. xx.xx.2011-ci il tarixdə "xxxx" ASC-yə texnoloji avtonəqliyyat sexinə sürücü vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisənin ləğvi ilə) əmək müqaviləsinə xitam verilmişdir.
2. İddiaçı məxsus NZ № ******* nömrəli hərbi biletdən görünür ki, xx.xx.1979xx.xx.1981-ci illərdə hərbi xidmətdə olmuşdur.
3. Daşkəsən rayonu “X2” MMC-nin xx.xx.2010-cu il tarixli 01 nömrəli və xx.xx.2021ci il tarixli arayışlarında göstərilir ki, İddiaçı xx.xx.1999-cu ildən xx.xx.2001-ci ilədək xırdalayıcı sexdə zaboy fəhləsi (1.1.2-Dağmədən işləri), xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək çilingər, xx.xx.2002-ci ildən xx.xx.2003-cü ilədək xırdalayıcı sexdə avtoyükləyici maşında maşinist (1.1.2-Dağ-mədən işləri), xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilədək Daşkəsən dəzgaha maşinist köməkçisi (1.1.3-Dağ-mədən işləri) vəzifələrində işləmişdir və bu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiqlənmiş siyahı üzrə güzəştli sayılır.
4. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 08 saylı arayışında göstərilir ki, İddiaçı aşağıdakı peşələrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiqlənmiş siyahı üzrə güzəştli şərtlərlə işləmişdir: - xx.xx.2007ci il tarixdən xx.xx.2009-cu il tarixədək 1. Dağ-mədən işləri - 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər – a) fəhlələr: avtomobil sürücüləri (özüboşaldanların); - xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1. Dağ-mədən işləri - 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər – a) fəhlələr: avtomobil sürücüləri (özüboşaldanların).
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli imtina məktubunda qeyd olunur ki, İddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsuilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1999-xx.xx.2001-ci il tarxləri arasındakı dövr ərzində “X2” MMC-də zaboy fəhləsi vəzifəsində, xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində sürücü vəzifəsində və xx.xx.2004-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində isə maşinist köməkçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Dağ-mədən işləri (1) bölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 7 ay 4 gün) (xx.xx.2007-xx.xx.2009-cu il və xx.xx.2011-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Mərkəzi Filiala təqdim etdiyi “X2” MMC-nin ona dair 11 noyabr 2022-ci il tarixli, 03 nömrəli arayışında işlədiyi sahə və vəzifənin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş olması barədə yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan hər hansı sahə və vəzifəyə istinad edilməyib. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyintı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-15731-/2024 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 14492,19 manat, həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 14462,51 manat olmaqla cəmi pensiya kapitalı 28954,70 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevirməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanlarının fərdi hesablarının sığorta hissəsində 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasnda nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 15 il 7 ay 23 gün iş stajı pensiya kapitalına çevirməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 14492.19 manat müəyyən edilmişdir. Adçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında xx.xx.2024-cü il tarixinə indeksləşdirilərək 28954,70 manat pensiya kapitalı qeydə alınmışdır.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında dövlət vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********501000 nömrəli məktubundan görünür ki, “X2” MMC-nin (VÖEN **********) fəaliyyəti hazırda dayandırılmış vəziyyətdədir. MMC-nin hüquqi varisinin olması barədə heç bir məlumat aşkar edilməmişdir.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-21-3/2-6632/2023 nömrəli məktubundan görünür ki, Dövlət Əmlakı Nazirliyinin 30 aprel 2001-ci il tarixli 214 saylı sərəncamına əsasən ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Azərbaycan dağ mədən filizsaflaşdırma kombinatının bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinentinin 12 sentyabr 2020-ci il tarixli 522 nömrəli Sərancamının 2-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********52 nömrəli bildirişinə əsasən cəmiyyət ləğv edilərək kommersiya hüquqi şəxslərinin dövlət reyestirindən çıxarılmışdır.
9. “X4” MMC-nin xx.xx.2023-cü il tarixli DDF-XO-0208/23 nömrəli məktubundan görünür ki, İddiaçı “X2” MMC və "xxxx" ASC-də işlədiyi peşələrdən aşağıda adları qeyd olunanları Nazirlər Kabinentinin 5 iyul 2004-cü il tarixli 92 saylı, 6 noyabr 2004-cü il tarixli 175 saylı qərarlarına əsasən ağır və zərərli peşələr siyahısına aid etmək olar: xırdalayıcı sexdə zaboy fəhləsi, çilingər, avtoyükləyiciyə sürücü, daş sexinə daşkəsən dəzgaha maşinist köməkçisi. Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə pensiya təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1999-xx.xx.2002-ci il, xx.xx.2002xx.xx.2003-cü il və xx.xx.2004-xx.xx.2007-ci illərdə “X2” MMC-də çilingər, maşinist, maşinist köməkçisi işləmişdir. xx.xx.2007-xx.xx.2009-cu, xx.xx.2011-xx.xx.2001-ci illərdə Daşkəsən rayon "xxxx" ASC-də avtomobil sürücüsü işləmişdir. O güzəştli şərtlərlə əmək pensiyası almaq üçün cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir.
12. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filalının nümayəndəsi etiraz olaraq bildirmişdir ki, iddiaçının "xxxx" ASC-də sürücü işlədiyi dövr-cəmi 11 il 7 ay 4 gün güzəştli işstajı kimi qəbul edilmişdir. Mübahisə iddiaçının “Rizvan” ATSC və “X2” MMC-də işlədiyi dövrdəki peşələrlə bağlıdır.
13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1589/2023 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia tələbi təmin edilmişdir.
14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi peşələrdən zaboy fəhləsi, çilingər, avtoyükləyiciyə sürücü peşələri müvafiq olaraq Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müvafiq bəndlərində (bənd 30) nəzərdə tutulmuşdur Həmin peşələr eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda öz əksini tapmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
16. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 7 ay 4 gün (xx.xx.2007-xx.xx.2009-cu il və xx.xx.2011-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində ona güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci yarımbəndinə əsasən 1 yanvar 2006cı il tarixədək yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti sözügedən Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işlənməsinə dair işəgötürənin forması həmin Qaydaya 2 nömrəli əlavə ilə müəyyən edilmiş arayışa əsasən müəyyən olunur. b) apellyasiya icraatı iştirakçılarının izahatları.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şkayətinə etiraz etdiyini bildirdi və təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Konstitusiyası:
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı: 1.1. Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması. 1.1.1. Faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər. a) yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr. 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağmədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər. a) fəhlələr: avtomobil sürücüləri (özüboşaldanların) yeraltı dağkeçid avadanlığının elektrik çilingərləri (çilingərlər). 1.1.3. 150 metr və aşağı olan dərinlikdə faydalı qazıntıların hasilatı üzrə kəsiklər (karxanalar) və mədənlər. tam iş günü ərzində kəsiklərdə, karxanalarda və mədənlərdə məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər (yer səthində məşğul olanlardan başqa). 1.2.1. Açıqda dağ-mədən işləri və yer səthində işlər. a) fəhlələr: dağ-mədən kütləsinin yüklənməsi ilə məşğul olan yükləyicilərin sürücüləri, yükləyici maşınların maşinistləri.
21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 9.1-ci maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu:
13. a) bəndi. yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) bəndi. Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 32N-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqişəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
24. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Məhkəmə kollegiyası hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsinə dair düzgün nəticəyə gəlmişdir.
26. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin inzibati orqan güzəştli şərtlərlə pensiya hüququ yaradan sığorta stajının yetərsiz olması əsası ilə imtina etmişdir.
27. Cavabdeh inzibati orqan imtinasının əsası kimi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsuilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1999-xx.xx.2001-ci il tarxləri arasındakı dövr ərzində “X2” MMC-də zaboy fəhləsi vəzifəsində, xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində sürücü vəzifəsində və xx.xx.2004-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində isə maşinist köməkçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Dağ-mədən işləri (1) bölməsində nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 7 ay 4 gün) (xx.xx.2007-xx.xx.2009-cu il və xx.xx.2011-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər) təşkil edir.
28. İddia tələbini əsaslı hesab edən birinci instansiya məhkəməsi hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, “X4” MMC-nin xx.xx.2023-cü il tarixli DDF-XO- 0208/23 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı “Rizvan” ATSC, “X2” MMC və "xxxx" ASC-də işlədiyi peşələrdən aşağıda adları qeyd olunanları Nazirlər Kabinetinin 5 iyul 2004-cü il tarixli 92 saylı, 6 noyabr 2004-cü il tarixli 175 saylı qərarlarına əsasən ağır və zərərli peşələr siyahısına aid etmək olar: - xırdalayıcı sexdə zaboy fəhləsi; - çilingər; avtoyükləyiciyə sürücü; - daş sexinə daşkəsən dəzgaha maşinist köməkçisi; - texnoloji avtonəqliyyat sexinə sürücü. Eyni zamanda, iddiaçının işlədiyi peşələrdən zaboy fəhləsi, çilingər, avtoyükləyiciyə sürücü peşələri müvafiq olaraq Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müvafiq bəndlərində (bənd 30) nəzərdə tutulmuşdur. Həmin peşələr eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda öz əksini tapmışdır.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iş materiallarında olan İT-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1982-ci il tarixdə Daşkəsən mərmər karxanasına qəbul edilmiş, xx.xx.1982-ci il tarixdə öz ərizəsi ilə işdən çıxmışdır. xx.xx.1983-cü il tarixdə Daşkəsən ATP-də 3-cü dərəcəli sürücü kimi qeydiyyatdan keçmiş, xx.xx.1990-cı il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. xx.xx.1991-ci il tarixdə Daşkəsən rayon Lenin adına sovxoza sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1991-ci il tarixdə sovxoz ləğv edilib kolxoz təşkil edildiyinə görə həmin işdən azad edilmişdir. xx.xx.1991-ci il tarixdə Ə.Hacıyev adına kolxoza sürücü kimi qəbul edilmiş, xx.xx.1992-ci il tarixdə işdən azad olunmuşdur. xx.xx.1999-cu il tarixdə “Rizvan” ATSC-yə xırdalayıcı sexə zaboy fəhləsi təyin edilmiş, xx.xx.2001-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.2002-ci il tarixdə “X2” MMC-yə çilingər işinə qəbul edilmiş, xx.xx.2002-ci il tarixdə 4-cü dərəcə ilə avtoyükləyiciyə sürücü işinə dəyişdirilmiş, xx.xx.2003-cü il tarixində öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2004-cü il tarixdə “X2” MMC-də dağ sexinə Daşkəsən dəzgaha maşinist köməkçisi kimi qəbul edilmiş və xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2007-ci il tarixdə "xxxx" ASC-yə texnoloji avtonəqliyyat sexinə sürücü qəbul edilmiş, xx.xx.2009-cu il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2009-cu il tarixdə "xxxx" ASC-nin Mingəçevir Tikinti Quraşdırma və İstehsal İdarəsinin Daşkəsən daş karxanasına 2-ci dərəcə fəhlə vəzifəsinə təyin edilmiş, xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “a” bəndinə əsasən müqaviləsinə xitam verilmişdir. xx.xx.2011-ci il tarixdə "xxxx" ASC-yə texnoloji avtonəqliyyat sexinə sürücü vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə AR ƏM 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisənin ləğvi ilə) əmək müqaviləsinə xitam verilmişdir.
30. Daşkəsən rayonu “X2” MMC-nin xx.xx.2010-cu il tarixli 01 nömrəli və xx.xx.2021-ci il tarixli arayışlarında göstərilir ki, İddiaçı xx.xx.1999-cu ildən xx.xx.2001-ci ilədək xırdalayıcı sexdə zaboy fəhləsi (1.1.2-Dağmədən işləri), xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək çilingər, xx.xx.2002-ci ildən xx.xx.2003-cü ilədək xırdalayıcı sexdə avtoyükləyici maşında maşinist (1.1.2-Dağ-mədən işləri), xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilədək Daşkəsən dəzgaha maşinist köməkçisi (1.1.3-Dağ-mədən işləri) vəzifələrində işləmişdir və bu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiqlənmiş siyahı üzrə güzəştli sayılır.
31. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 08 saylı arayışında qeyd olunur ki, İddiaçı aşağıdakı peşələrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiqlənmiş siyahı üzrə güzəştli şərtlərlə işləmişdir: xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək 1. Dağ-mədən işləri - 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər – a) fəhlələr: avtomobil sürücüləri (özüboşaldanların); - xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1. Dağ-mədən işləri - 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər – a) fəhlələr: avtomobil sürücüləri (özüboşaldanların).
32. Göründüyü kimi iddiaçının işlədiyi 1. Dağ-mədən işləri - 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahıya uyğundur.
33. Xüsusi olaraq vurğulanır ki, subyektin cari olaraq realizə olunan pensiya hüququnun əsasında dayanan əmək stajının hesablanması və tətbiqinə dair məhz həmin əmək stajının yarandığı dövrə aid maddi hüquq norması tətbiq edilməlidir. Qeyd edilən maddi normada güzəştli şərtlərlə pensiya təyininə dair 3 şərt müəyyən edilir: 1. İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2. İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3. İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq olunmuş müvafiq siyahıda göstərilməsi.
34. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur. Deməli onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2020-ci ildə yaranmışdır. İddiaçı cavabdeh orqana müraciət etdiyi xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödəmişdir.
35. Məhkəmə tərəfindən məhz İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair qərar qəbul edilmiş, qeyd olunan hissə iddiaçı tərəfindən mübahisələndirilməmişdir və qeyd olunan tarixdə iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb ödənilmişdir.
36. O, da qeyd edilməlidir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
37. Beləliklə, hazırki iş üzrə cavabdehin imtinası qanunaziddir və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Belə olan halda şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1589/2023 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov