Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-15/2024 31.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və qey. Cavabdehnə qarşı “vurulmuş zərərə görə kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Əliyev Nural Turab oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, İddiaçı1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, “vurulmuş zərərə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-158/2021 nömrəli qərarından iddiaçılar və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən sahəsi 26.2 kv.m olan bir yaşayış otağından ibarət yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Gəncə X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixli, 33 nömrəli reyestri kitabında İddiaçı1 adına qeydə alınmışdır.
2. 02 mart 2006-ci il tarixli Texniki pasporta əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi 224.0 kv.metr, ümumi sahəsi 134,5 kv.m, yaşayış sahəsi 90.0 kv.m, köməkçi sahə 44.5 kv.m-dən ibarətdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci tarixli **********21 nömrəli məktubunda qeyd edilir ki, Kirovabad şəhər Notariat Kontorunun xx.xx.1959-cu il tarixli, 12-1904 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Kirovabad şəhəri, Karl Marks küçəsi, 17 saylı fərdi yaşayış evi X4 adından X3 adına keçmişdir. Vərəsənin adına bu əmlakın yerləşdiyi 442,0 kv.m torpaq sahəsinə dair xx.xx.1959-cu il tarixli torpaq qeydi tərtib edilmişdir. Sonradan Kirovabad şəhər Notariat Kontorunun xx.xx.1961-ci il tarixli 8-4748 saylı alqı-satqı müqaviləsinə əsasən X6 mülkün 1/3 hisssəsini (bir yaşayış otağı-27,1 kv.m) X1. Alıcının adına ünvanı: Gəncə şəhəri, Nizami rayonu, Vəli Xuluflu küçəsi, 136 olan bu əmlaka xx.xx.2006-cı il tarixli 22239 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhər 7 saylı Notariat Kontorunun xx.xx.2006-cı il tarixli 2V-1-55 saylı mülkiyyət hüququ haqqında və 2V-1-56 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən bu mülk üzrə X5 5/8 hissəsi, X9 1/8 hissəsi, X7 1/8 hissəsi, İddiaçı1 1/8 hissəsi adlarına keçmişdir. 4Ə-1125 saylı bağışlama müqaviləsinə əsasən X10, X15, İddiaçı6 öz vərəsəlik paylarını İddiaçı1 bağışlamışdırlar. İddiaçı1 Vəli xuluflu küçəsi ünvanında yerləşən 136 nömrəli fərdi yaşayış evinə (224,0 kv.m torpaq sahəsi və tikili “a” da 26.2 kv.m bir yaşayış otağı) xx.xx.2006-cı il tarixdə 22239 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.
4. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixli 264/Mİ/20 nömrəli qiymətləndirmə rəyi ilə Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən sökülmüş İddiaçı1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Vəli Xuluflu küçəsi, 136 ünvanında yerləşən fərdi yaşayış evinin 2017-ci il bazar qiyməti 177.000 (bir yüz yetmiş yeddi min) manat, hazırki dövrə bazar qiyməti isə 189.700 (bir yüz səksən doqquz min yeddi yüz) manat müəyyən edilmişdir.
5. Ədliyyə Nazirliyi Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən 22 fevral 2021-ci il tarixli, 542№ məktubuna əsasən bildirilmişdir ki, son bir il ərzində Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisində Gəncə şəhəri, X14 yerləşən fərdi yaşayış evinin torpaq sahəsinin özkəninkiləşdirilməsinə dair notariat hərəkəti aparılmamışdır. Mənzillərin özgəninkiləşdirilməsinə dair müqavilələr təsdiq olunarkən isə alqı-satqı məbləği aşağı qiymət 25000, ən yüksək qiymət isə 47000 olmuşdur.
6. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli 143/Mİ/21 nömrəli qiymətləndirmə rəyləri ilə Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən sökülmüş-İddiaçı1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Vəli Xuluflu küçəsi, 136 ünvanında yerləşən fərdi yaşayış evinin 2017-ci il bazar qiyməti 224.0 kv.m torpaq sahəsi üçün 82.000 (səksən iki min) manat, hazırki dövrə bazar qiyməti 88.700 (səksən səkkiz min yeddi yüz) manat, 2017-ci il bazar qiyməti 26.20 kv.m otaq üçün 25.000 (iyirmi beç min) manat, hazırki dövrə bazar qiyməti 27.000 (iyimi yeddi min) maant, 2017-ci ilə bazar 134.5 kv.m tikili üçün 70.000 (yetmiş min) manat, hazırki dövrə bazar qiyməti 74.000 (yetmiş dörd min) manat, cəmi:-2017-ci ilə bazar qiyməti 177.000 (bir yüz yetmiş yeddi min) manat, hazırki dövrə bazar qiyməti isə 189.700 (bir yüz səksən doqquz min yeddi yüz) manat müəyyən edilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional Asan Xidmət Mərkəzində notariat ofisin xx.xx.2021-ci il tarixli, 2577 nömrəli məktubundan görünür ki, 17 avqust 2021-ci il tarixli 2-1(114)-158/2021 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, son bir il ərzində Gəncə regional “Asan xidmət” mərkəzində notariat ofisində Gəncə şəhəri, Vəli Xuluflu küçəsinə yaxın ərazidə Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsində yerləşən 0.023 ha həyətyani torpaq sahəsi 12000 (on iki min) manata satılmışdır.
8. xx.xx.2022-ci il tarixli, Ç-016 saylı "xxxx" MMC-nin qiymətləndirmə hesabatından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X14 0.2224 ha torpaq sahəsində yerləşən İddiaçı1 mülkiyyətində olan hüquqmüəyyənedici sənəd üzrə 26,2 kv.metr sahəli 1 yaşayış otağından, texniki sənəd üzrə 1 mərtəbəli 4 otaqlı 134,5 kv.metr ümumi sahədən ibarət olan 136 nömrəli fərdi yaşayış evinin 2017-ci il üzrə bazar qiyməti 71 400 manat təşkil edir.
9. Cavabdeh xx.xx.2023-cü il tarixli, 5-1/2-03/268/2023 nömrəli məktubunda qeyd edilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Döğvlət Proqramlarında nəzərdə tutlmuş “Gəncəçay çayının sahilboyunun və məcrasının yenidən qurulması” işlərinin aparılması ilə əlaqədar olaraq Gəncəçay çayının sol sahilində yerləşən qəzalı vəziyyətdə olan çayın məcrasında tikilmiş evlərin sökülməsi zərurəti yaranmışdır. Sökülmüş yaşayış sahələrinin əvəzinə vətəndaşların razılığı əsasında onların eyni ölçüdə digər yaşayış sahələri ilə təmin olunması nəzərdə tutulmuşdur. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar “X25 Emalı” ASC-nin ərazisinin cənub-qərb tərəfində yeni salınmış məhəllədəki 400 kv.meetr torpaq sahəsinin üzərində tikilmiş, ümumi sahəsi 100 kv.m olan üç otaqlı ev İddiaçı1 təklif olunmuşdur. Əlavə olaraq bildirilir ki, qeyd olunan ərazidəki evlərin yerləşdiyi torpaq sahəsinə dair hüquqverici sənədlər hazırladıqdan sonra həmin sahələrin üzərində inşa edilmiş fərdi yaşayış evləri müvafiq dövlət orqanı tərəfindən sənədləşdiriləcəkdir.
10. Cavabdeh xx.xx.2023-cü il tarixli, 5-1/2-03/935/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında nəzərdə tutlmuş “Gəncəçay çayının sahilboyunun və məcrasının yenidən qurulması” işlərinin aparılması ilə əlaqədar olaraq Gəncəçay çayının sol sahilində yerləşən qəzalı vəziyyətdə olan çayın məcrasında tikilmiş evlərin sökülməsi zərurəti yaranmışdır. Sökülmüş yaşayış sahələrinin əvəzinə vətəndaşların razılığı əsasında onların eyni ölçüdə digər yaşayış sahələri ilə təmin olunması nəzərdə tutulmuşdur. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar “X25 Emalı” ASC-nin ərazisinin cənub-qərb tərəfində yeni salınmış məhəllədəki 400 kv.meetr torpaq sahəsinin üzərində tikilmiş, ümumi sahəsi 100 kv.m olan üç otaqlı ev İddiaçı1 təklif olunmuşdur. Bununla bağlı vətəndaşa xx.xx.2023-cü il tarixində rəsmi məktub ünvanlanmışdır. Əlavə olaraq bildirilir ki, qeyd olunan ərazidəki evlərin yerləşdiyi torpaq sahəsinə dair hüquqverici sənədlər hazırladıqdan sonra həmin sahələrin üzərində inşa edilmiş fərdi yaşayış evləri müvafiq dövlət orqanı tərəfindən sənədləşdiriləcəkdir.
11. Cavabdeh xx.xx.2023-cü il tarixli, 5-1/2-03/1132/2023 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar “X25 Emalı” ASC-nin ərazisinin cənub-qərb tərəfində yeni salınmış məhəllədəki 400 kv.meetr torpaq sahəsinin üzərində tikilmiş, ümumi sahəsi 100 kv.m olan üç otaqlı ev İddiaçı1 təklif olunmuşdur. Bununla bağlı vətəndaşa rəsmi məktub ünvanlanmışdır.
12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5514 nömrəli ekspert rəyindən görünür ki, 346-61 A inventar nömrəli, 02 mart 2006-cı il tarixli texniki pasportunda qeyd olunan ümumi sahəsi 134,kv.m olan yaşayış evinin (bunun 90 kv.metr hissəsi yaşayış, 44,5 kv metr hissəsi köməkçi, 16.7 kv metr hissəsi çardaq, 22,06 kv metr hissəsi zirzəmi) bərpa edilməsi üçün nə qədər vəsaitin (2017-ci üzrə qiymətlər əsas götürülməklə istifadə edilən tikinti materalları və əmək haqqı nəzərə alınmaqla) tələb olunması həmin tikililərin inşa olunmasına dair tərtib edilmiş layihə-smeta sənədlərinə və istifadə edilmiş materallara dair qaimə sənədləri təqdim edildikdən sonra müəyyən oluna bilər.
Birinci instansiya məhkəməsində icraat:
13. İddiaçılar İddiaçı1, İddiaçı2. İddiaçı3, X11, İddiaçı5 Elburus qızı və X12 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin özbaşınalıqla, qanunsuz və heç bir hüquqi əsas olmadan sökülərək dağıdılması nəticəsində vurulmuş (dəymiş) 183 000 (bir yüz səksən üç min) manat kompensasiyasının İddiaçı1 və 100 000 (bir yüz min) manat mənəvi ziyanın Cavabdehndən alınaraq iddiaçılara ödənilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, X14 yerləşən 136 nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ ilə ona məxsus olmuş, bu barədə mülkiyyət hüquqlarının qeydiyyatı ilə əlaqədar, 22239 nömrəli qeydiyyat şəhadətnaməsi verilərək 33 nömrəli reyestr kitabında qeydiyyat aparılmışdır. Cavabdeh tərəfindən mülkiyyət hüququ ilə ona məxsus olan əmlaka (daşınmaz əşyaya) vurduğu ziyan, yəni zərər cavabdehin öhdəliyinin yaranması ilə nəticələnmişdir. Cavabdeh orqanın bu hərəkətləri ilə onun əmlakının məhvi nəticəsində ona zərər olaraq ödənilməli olan məbləğ 183.000 (bir yüz səksən üç min) manat təşkil edir. Bu ziyan maddi ziyandır, ancaq həmin hadisədən iki il keçməsinə baxmayaraq, ziyanın ödənilməməsi, mənzil təminatının olmaması, başqabaşqa yerlərdə qalması və sair bu kimi digər mənəvi əzab və iztirablar çəkdiyinə görə mənəvi zərər də çəkmişdir. Maddi və mənəvi ziyan təkcə onun deyil, bütünlüklə həmin yaşayış evində mənzil hüquqlarını həyata keçirən ailə üzvlərinə (digər iddiaçılara) də vurulmuşdur. Cavabdehin bu qanunsuz hərəkətləri ona məxsus olan yaşayış evində yaşayan, orada öz mənzil təminatlarını yerinə yetirən ailə üzvünə də təsir etmişdir. Bunun üçün dəymiş mənəvi ziyan 100.000 (bir yüz min) manat məbləğində dəyərləndirilməlidir. Cavabdeh öz əməllərinə don geyindirmək məqsədi ilə, dəfələrlə onu Gəncə şəhəri, Nizami rayon İcra Hakimiyyətinə göndərmişdir ki, guya onun problemlərini həll etmək istəyir. Lakin sonradan bəlli olmuşdur ki, cavabdeh bunu qəsdən vaxt udmaq üçün edir və öz qanunsuz hərəkətlərini ört-basdır etmək məqsədi daşıyır. Belə olan halda, o rəsmi qaydada xx.xx.2020-ci il tarixdə Gəncə şəhər İH-nin başçısına (surəti Gəncə şəhəri, Nizami rayon İH-nin başçısına ünvanlanmaqla) müraciət edərək, ümumilikdə dəymiş ziyanın ona ödənilməsini tələb etmişdir. Həmin müraciətlə, mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evinin dağıdılması, yerlə-yeksan olması nəticəsində ümumilikdə 183.000 manat məbləğində ziyanın vurulduğu qeyd olunmuşdur. Həmin məbləğ, əmlakın yerləşdiyi ərazidə yaşayış sahəsinin hər kvadrat metrinə görə ortalama 600 manat hesablandıqda və yaşayış sahəsinin də ümumilikdə 305 kv.m olduğunu nəzərə alınsa, bu məbləğ 183.000 manat təşkil edir. Müraciət məktubu cavabdeh orqana poçt vasitəsi ilə rəsmi qaydada xx.xx.2020-ci il tarixdə göndərilmiş və cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə alınmışdır. Lakin müraciətin cavabdeh orqan tərəfindən alındığı vaxtdan 70 gündən çox vaxt keçməsinə baxmayaraq hazırki vaxta qədər cavablandırılmamış və vurulmuş ziyan ödənilməmişdir. Bundan başqa digər iddiaçılar göstərilən yaşayış evində daimi qeydiyyatda olmaqla yanaşı, uzun illər ümumi təsərrüfat aparmaqla, mənzil tələbatlarının, digər hüquq və azadlıqlarının həyata keçirilməsi orada olmuşdur. Bununla əlaqədar 2018ci ilin sentyabr ayına qədər hər hansı bir mübahisə və ya maneə olmamışdır. 2018-ci ilin sentyabr ayına qədər heç bir problem və mübahisə olmadan iddiaçılar həmin evdə birlikdə yaşamışlar. Ancaq həmin tarixdə heç bir hüquqi əsas gətirmədən və heç bir rəsmi məlumat vermədən yaşayış evi cavabdeh tərəfindən sökülmüş, heç bir maliyyə vəsaiti ödənilməmiş, qabaqcadan xəbərdarlıq edilməmiş və sair bu kimi digər kobud qanun pozuntularına yol verməklə qanunsuz olaraq məhv edilmişdir. Bu hadisə ilə bağlı onun dəfələrlə Gəncə şəhəri, Nizami rayon İH-də məsul şəxslərlə görüşməsinə baxmayaraq hər dəfə bir bəhanələr gətirməklə bu günə qədər iş həll edilməmişdir. Nəticədə, Konstitusiyon hüquqları pozulmaqla mülkiyyətin dəyəri ödənilməmiş, yaşayış evi məhv edilən zaman o və orada yaşamaq hüququ digər şəxslərlə danışıqlar aparılmamış, əmlakın əvəzi verilməmişdir. Ona görə də cavabdeh tərəfindən 2018-ci il tarixdə mülkiyyət hüququ ilə ona məxsus olan, Gəncə şəhəri, X14 yerləşən 136 nömrəli fərdi yaşayış evinin özbaşnalıqla, qanunsuz və heç bir hüquqi əsas olmadan sökülərək dağıdılması nəticəsində vurulmuş 183.000 manat kompensassiyanın və fərdi yaşayış evinin özbaşınalıqla, qanunsuz və heç bir hüquqi əsası olmadan sökülərək dağıdılması nəticəsində onlara vurulmuş 100.000 manat mənəvi ziyanın cavabdehdən alınaraq onlara ödənilməsi barədə qərara qəbul edilməsini xahiş etmişdir.
15. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-158/2021 nömrəli qərarı ilə (hakim U.Osmanov) iddia tələbi qismən təmin edilmiş, Cavabdehndən 39.000 (otuz doqquz min) manat məbləğində maddi ziyan, 5000 (beş min) manat məbləğində mənəvi ziyan, cəmi 44.000 (qırx dörd min) manat tutularaq İddiaçı1 xeyrinə ödənilməsi təmin edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Gəncə Regional «ASAN Xidmət» Mərkəzində notariat ofisinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli 2500, xx.xx.2021-ci il tarixli 2555 və xx.xx.2021-ci il tarixli 2577 nömrəli məktublarına əsasən müəyyən olunmuşdur ki, son 1 il ərzində Gəncə Regional «ASAN Xidmət» Mərkəzində notariat ofisində Gəncə şəhəri, X14 yerləşən fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə dair 1 ədəd notariat hərəkəti aparılmış və qiyməti 30.000 manat olmuşdur. Mənzillərin özgəninkiləşdirilməsinə dair müqavilələr təsdiq olunarkən alqı-satqı məbləği aşağı qiymət 25.000 manat, ən yüksək qiymət isə 47.000 manat olmuşdur. Həmçinin son 1 il ərzində Gəncə Regional «ASAN Xidmət» Mərkəzində notariat ofisində Gəncə şəhəri, Vəli Xuluflu küçəsinə yaxın ərazidə Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsində yerləşən 0.023 ha həyətyanı torpaq sahəsi 12.000 (on iki min) manata satılmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus olan 0.024 ha torpaq sahəsinin ölçüsü həmin əraziyə yaxın ərazidə satılmış torpaq sahəsinin (0.023 ha) ölçülərinə uyğun olduğundan torpaq sahəsinə görə iddiaçıya notariat qaydasında təsdiq olunmuş torpaq alqı-satqı müqaviləsində göstərilən ən yüksək qiymət, yəni 12.000 manat ödənilməlidir. 26.20 kv.m-dən ibarət bir otaqlı mənzilin dəyərinə gəlincə məhkəmə hesab edir ki, həmin mənzilə dair ekspert rəyi ilə notariusun təqdim etdiyi bazar qiymətləri demək olar ki, üst-üstə düşür. Bu səbəbdən məhkəmə mənzilin dəyəri ilə bağlı ekspert rəyini, yəni 27.000 manatı məqbul hesab edir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçıya maddi zərər olaraq 39.000 (27.000+12.000=39.000) manat ödənilməlidir.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-158/2021 nömrəli qərarından narazı qalan tərəflər ayrı-ayrılıqda apellyasiya şikayəti verərək iddiaçılar iddia tələbinin tam təmin edilməsinə, cavabdeh isə iddia tələbinin rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər.
18. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(104)-67/2022 nömrəli, 10 may 2022-ci il tarixli qərarı ilə (hakim sədrlik edən A.Bayramov, hakimlər R.Mamedov, Ə.Abdullayev) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçıların apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının iddia tələbinin rədd edildiyi hissəsində qismən ləğv edilməsi, həmin hissədə yeni qərar çıxarılaraq, İddiaçı1 mülkiyyətində olan fərdi yaşayış evinin sökülməsinə görə 93.600 (doxsan üç min altı yüz) manat məbləğində vurulmuş zərərin cavabdehdən tutularaq İddiaçı1 ödənilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə iddiaçıya məxsus Gəncə şəhəri, X14 yerləşən 0.224 ha torpaq sahəsində yerləşən, hüquqmüəyyənedici sənəd üzrə 26,2 kv. metr, 1 yaşayış otağından, texniki sənəd üzrə 1 mərtəbəli 4 otaqlı 134,5 kv metr ümumi sahədən ibarət 136 nömrəli fərdi yaşayış evinin 2017-ci ildə və hazırkı dövrdə real bazar qiymətinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə təyin etmiş və "xxxx" MMC tərəfindən fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatla müəyyən edilmişdir ki, Gəncə şəhəri, X14 0.2224 ha torpaq sahəsində yerləşən İddiaçı1 mülkiyyətində olan hüquqmüəyyənedici sənəd üzrə 26,2 kv.metr sahəli 1 yaşayış otağından, texniki sənəd üzrə 1 mərtəbəli 4 otaqlı 134,5 kv.metr ümumi sahədən ibarət olan 136 nömrəli fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə bütövlükdə 2017-ci ilə bazar qiyməti 132.600 manat, fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə bütövlükdə hazırkı dövrə olan real bazar qiyməti 142.000 manat təşkil edir. Qiymətləndirmə zamanı fərdi yaşayış evinin hazırki dövrdə real bazar dəyəri, fərdi yaşayış evinin söküntüdən əvvəlki vəziyyətində, hazırki bazar qiymətləri əsasında müəyyən edilmişdir. Mütəxəssis tərəfindən fərdi yaşayış evinin sahəsi, otaqların sayı, yerləşdiyi yer və texniki göstəriciləri əsas götürülməklə müvafiq tədqiqat aparılmış və qiymətləndirmə zamanı mütəxəssis düzgün nəticəyə gəlmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin rədd edildiyi hissəsində qismən ləğv edilməli, həmin hissədə yeni qərar çıxarılaraq, iddia tələbinin təmin edilmiş hissəsi üzrə müəyyən edilmiş maddi ziyan məbləği nəzərə alınmaqla İddiaçı1 mülkiyyətində olan fərdi yaşayış evinin sökülməsinə görə vurulmuş zərər 93.600 (132.600- 39.000) manat müəyyən edilməlidir.
Kassasiya instansiyası məhkəməsində icraat:
20. İddiaçılar həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələblərinin tam təmin edilməsi, cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının tam ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1608/2022 qərarı ilə (sədrlik edən R.Nəbizadə, hakimlər X.Məmmədov, S.Kərimov) kassasiya şikayətləri qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(104)-67/2022 nömrəli, 10 may 2022-ci il tarixli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
22. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi əmlakın bazar qiymətini müəyyən etmək üçün düzgün araşdırma aparmamış, notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrini ümumiyyətlə tələb edərək tədqiq etməmişdir. Daşınmaz əmlakın dəyərinin qiymətləndirilməsi peşəkar lisenziya tələb edən fəaliyyət olmaqla mübahisəli daşınmaz əmlakın xüsusiyyətlərinə əsasən qiymətləndirmə prosesi aparılmalı olduğundan, apellyasiya instansiyası məhkəməsi bu xüsusda araşdırma aparmamışdır. Cavabdeh izahatında və apellyasiya şikayətində iddiaçının evinin sökülməsi ilə bağlı sahəsi 100 kv.m 3 otaqlı mənzilin inşa edilib iddiaçıya təhvil verilməsini, iddiaçının nümayəndəsi belə mənzilin təklif edilmədiyini bildirmiş, apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlili ilə bağlı araşdırma və hüquqi qiymətləndirmə aparmamış, hər hansı mənzilin iddiaçıya təhvil verilməsi təsdiq olunduğu halda, ödənilməli kompensasiyaya mütənasib olmasına münasibət bildirilməmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi kompensasiya ödənilməli olan torpağın və tikilinin sahəsi barədə tərəflərin bildirdikləri ziddiyyətli məlumatları yoxlamamış, kompensasiya ödənilməli torpaq və tikilinin sahəsini müəyyən etməmişdir.
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat: a) apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları.
23. İddiaçıların apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur. Belə ki, ilk növbədə məhkəmə İddiaçı1 əmlakının bazar dəyərinin fərqli məbləğlərdə təqdim edilməsi barədə göstərməklə hansı məbləğin əsas götürülməsinin müəyyənləşdirilməsini irəli sürür. Lakin nəzərə almaq lazımdır ki, iddiaçılardan İddiaçı1 tərəfindən iddia ərizəsində müxtəlif qiymətlər təklif edilməmişdir. Birbaşa olaraq iddia tələbində vurulmuş maddi ziyan kimi 183.000 (bir yüz səksən üç min) manat kompensasiyanın ödənilməsi istənilmişdir. Sonradan həmin məbləğin nə dərəcədə uyğun olub-olmamasına gəlincə, məhkəmənin özünün təşəbbüsü ilə "xxxx" MMC tərəfındən müvafiq qiymətləndirmənin həyata keçirilməsi həvalə olunmuşdur. Həmin qiymətləndirmə məhkəmənin müvafiq qərardadı ilə olmuş və məhkəmə də özü həmin qiymətləndiricini öz qərardadında göstərmişdir. Qiymətləndirici də ümumilikdə əmlakın bazar dəyərini 2017-ci il üçün 177.000 (bir yüz yetmiş yeddi min) manat, 2020-ci il üçün isə 189.700 (bir yüz səksən doqquz min yeddi yüz) manat olaraq dəyərləndirmişdir. İddiaçının əmlakının dəyəri verilmiş iddia tələbində olduğu bazar dəyəri ilə demək olar ki, üst-üstə düşür. Buna baxmayaraq, məhkəmə qeyd etmişdir ki, ya hansısa fərqli qiymətlər təqdim olunmuşdur. Hətta sonradan həmin qiymətlərin əmlakın müəyyən hissələri üzrə konkretləşmə istəmiş və qiymətləndirici də xx.xx.2021-ci il tarixli, 3/Mİ/21 nömrəli rəyi ilə həmin qiymətlərin konkret torpaq sahəsi üzrə nə qədər, yaşayış sahəsi üzrə nə qədər və eləcə də, həmin qiymətlərin də ayrıayrılıqda 2017 və 2020-ci illər üzrə olmasını təsdiq edən açıqlama vermişdir. Bütün bu xüsusatların hər biri öz əksini məhkəmə qərarında da tapmışdır. Yuxarıda qeyd olunan xüsusatlara istinad edərək, işə baxmış məhkəmə rəydə göstərilən qiymətlə özünün fikrinə uyğun olaraq razılaşmamışdır. Sanki özü ekspert rolu oynamaqla, qiymətləndirmədə maraqlı olmuş və qiymətin düzgün olub-olmaması barədə öz rəyini ortaya qoymuşdur. Bunun üçün 2021-ci il tarixli müvafiq sorğularla “Gəncə Regional ASAN xidmət" Mərkəzində olan notariat ofisinə müraciət edərək, Gəncə şəhəri, X14 yerləşən fərdi yaşayış evlərinin və orada olan torpaq sahələrinin özgəninkiləşdirilməsinə dair müqavilələr üzrə alğı-satqı müqavilələrinin dəyərini dəqiqləşdirmişdir. Göründüyü kimi, hazırki mübahisə predmetinə aid olmayan və işin həllinə təsir etmək imkanına malik olmayan lazımsız sübutların əldə edilməsi istiqamətində məhkəmə addımlar atmışdır. Çünki hansısa bir şəxsin vaxtı ilə bağladığı alğı-satqı müqaviləsində olan dəyərin hazırki mübahisəyə nə aidiyyəti vardır? İkinci bir tərəfdən, alğı-satqı müqaviləsində gstərilən əşyanın satış dəyəri onun bazar dəyəri olması anlamına gəlmir. Çünki əşyanın bazar dəyəri qabaqcadan dəqiqləşdirilmir və konkretləşdirilməsi qeyri-mümkündür. Bu dəyər normal iqtisadi münasibətlər çərçivəsində formlaşan (yaranan) və ümumi cəmiyyətdə gözlə görünməyən formada idarə olunaraq müəyyələnşir. Alğı-satqı müqaviləsi üzrə nəzərdə tutulan satış qiyməti isə alğı-satqı müqaviləsinin qiymətidir və bu alıcı ilə satıcının arasında yaranmış (razılaşdırılmış) bir məbləğdir. Yəni, konkret həmin alğı-satqı müqaviləsi üzrə əşyanın dəyəri sayılır. Ancaq bu demək deyildir ki, mütləq qaydada kimsə həmin qiymətə əşyanı almışdırsa və yaxud da o qiymətə alınmışdırsa (əldə etmişdirsə), deməli həmin ərazidə olan digər bütün əmlakların dəyəri də həmin ölçüdə götürülməlidir. Ola bilsin, dəyəri yüksək olan əşya aşağı qiymətə və yaxud da aşağı dəyərdə (qiymətdə) olan əşya isə yuxarı qiymətə satılsın. (realizə edilsin). Nəticədə, bu o anlamı yarada bilməz ki, həmin dəyər artıq həmin ərazidə bu növdən olan əşyaların bazar qiymətidir. İkinci bir tərəfdən, əgər qiymətiəndiricinin verdiyi rəy üzrə işə baxmış hakimdə şübhələr vardırsa, onda nəyə görə qiymətləndirici tərəfindən torpaq sahəsinə qoyulmuş qiymətlə notariatdan aldığı məlumatlar üst-üstə düşmüş və məhkəmə də bununla razılaşmışdır. İddia tələblərinin bir hissəsi vurulmuş 100.000 (bir yüz min) manat məbləğində mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı olmuşdur. Bu tələb təkcə mülkiyyətçi İddiaçı1 tərəfindən deyil, işdə olan digər iddiaçıların da tələbi kimi əsaslandırılmışdır. Ancaq işə baxan məhkəmə həmin tələbin İddiaçı1 tərəfindən. irəli sürməsini bir cümlə ilə qərarda qeyd edir və həmin tələbdən yalnız 5000 (beş min) manat vəsaitin İddiaçı1 ödənilməsi nəticəsinə gəlmişdir. Lakin bu tələb təkcə İddiaçı1 tərəfindən deyil, sökülmüş yaşayış sahəsindən istifadə etmiş və orada onların mənzil hüquqları olmuş digər iddiaçılar tərəfindən də irəli sürülmüşdür. İşə baxmış məhkəmə mülkiyyətçidən başqa digər iddiaçıların istifadə və yaşamaq hüquqlarının pozulması tələbini özünün istəyinə uyğun şərh etməyə çalışmışdır. Belə məhkəmə hazırki iş üzrə mülkiyyətçidən başqa digər şəxslərin qeydiyyatsız qalmasına səbəb olmaması barədə qeyd edir. Qərarda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 55 S saylı sərəncamına istinad etməklə, Azərbaycan Respublikası DİN-nin şəxsiyyət vəsiqəsi verən orqanın ünvanı üzrə iddiaçıların qeydiyyata alınmasının mümkünlüyü göstərilir. İlk olaraq qeyd olunur ki, iş üzrə mülkiyyətçidən başqa digər iddiaçıların yaşayış sahəsi üzrə yaşamaq hüquqlarından qanunsuz olaraq məhrum olması onların qeydiyyat məsələsi ilə eynilik təşkil edə bilməz. Çünki yaşamaq hüququ, mənzilə hörmət hüququ konstitusion hüquq olmaqla əzəldən qorunur. Bu barədə iddia ərizəsində də bu barədə ətraflı olaraq qeyd edilmişdir. Ancaq qeydiyyat məsələsi dövlət idarəetməsinin bir qolu olmaqla, icra hakimiyyəti orqanlarının işinin təşkilinin yaxşılaşdırılması üçündür. Burada dövlət qeydiyyatla bağlı, şəxsin hərbi xidmət məsələsinin həll edilməsi, onun axtarılaraq tapılması və s., bu kimi digər halların həllində yaxından kömək edir. Yaşamaq hüququ və mənzil hüququ isə tamamilə başqa məcraya aid olmaqla, təməl hüquqlar sferasına daxildir. Odur ki, məhkəmənin iddiaçıların iddia etdikləri hüquqlarının pozulması onların qeydiyyatla bağlı məsələlərinə heç bir aidiyyəti yoxdur.
24. Cavabdehin apellyasiya şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında nəzərdə tutulmuş “Gəncəçay çayının sahilboyunun və məcrasının yenidənqurulması” işlərinin aparılması ilə əlaqədar olaraq Gəncəçay çayının sol sahilində yerləşən qəzalı vəziyyətdə olan çayın məcrasında tikilmiş evlərin sökülməsi zərurəti yaranmışdır. Sökülmüş yaşayış sahələrinin əvəzinə vətəndaşların razılığı əsasında onların eyni ölçüdə digər yaşayış sahələri ilə təmin olunması nəzərdə tutulmuşdur. V.Xuluflu küçəsi, 136 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı1 məxsus olmuşdur. Sənəd üzrə bu ev 26,2 kv.metr bir yaşayış otağından, faktiki olaraq isə 90 kv.metr yaşayış sahəsindən ibarət olmuşdur. Həmin ünvanda yerləşən yaşayış evi sökülmüş və mülkiyyətçiyə yeni salınmış məhəllədən, ümumi sahəsi 100 kv.metr olan üç otaqlı ev tikilərək iddiaçıya təhvil verilmişdir. Məhkəmə isə bu məsələyə heç bir qiymət verməmişdir.
25. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi qarşı tərəfin apellyasiya şikayətinə etiraz etdiyini bildirdi, iddiaçının apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, torpaq sahəsinə dair mülkiyyət sənədi olmadığından hazırki iddia tələbində torpaq sahəsinə dair kompensasiya tələbi irəli sürülməmişdir. Belə ki, evə dair qeydiyyat vəsiqəsi və texniki pasport işlənmişdir və məhkəmə tərəfindən bu hala gözlənilən mülkiyyət hüququ kimi yanaşılmalıdır. Bundan başqa həmin evdə digər iddiaçıların da istifadə hüquqları vardır və buna dair onlara da mənəvi ziyanın ödənilməsi təmin edilməlidir. Həmçinin iddiaçıya 100kv.m evin təklif edilməsi real deyildir. Belə ki, həmin ev sənədsizdir və kimə məxsus olması belə məlum deyildir.
26. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin nümayəndəsi iddiaçıya kompensasiya qismində hər hansı bir əmlakın verilmədiyini, tərəflərindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar “X25 Emalı” ASC-nin ərazisinin cənub-qərb tərəfində yeni salınmış məhəllədəki 400 kv.m torpaq sahəsinin üzərində tikilmiş, ümumi sahəsi 100 kv.m olan üç otaqlı evin İddiaçı1 təklif olunduğunu, lakin həmin evin mülkiyyət sənədinin, yəni çıxarışının olmadığını, yaxın zamanlarda müvafiq dövlət orqanı tərəfindən sənədləşdiriləcəyini bildirmişdir.
27. Cavabdeh hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən apelyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq olunan hüquq:
28. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
29. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Maddə 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Maddə 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
32. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.5. alınan torpaq-bu Qanunun 19-cu maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün alınması barədə müvafiq qərar qəbul edilmiş torpaq; 1.1.6. kompensasiya-bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; 1.1.7. siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarix; Maddə 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: Maddə 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; Maddə 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; Maddə 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Maddə 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Maddə 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. Maddə 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.
33. “Qiymətləndirmə haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 7. Qiymətləndirmənin nəticələri haqqında hesabat Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə 8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.
34. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməlidir.
36. İşin halları ilə müəyyən olunur ki, Gəncə şəhəri 7 saylı Dövlət notariat ofisinin 4Ə-1-125 nömrəli notariat işinə əlavə edilmş xx.xx.2006-cı il tarixli evin 7/8 hissəsinin bağışlama müqaviləsinə əsasən X10, X16, İddiaçı6 ünvan 1, 224.0 kv.m torpaq sahəsində yerləşən, Tik “A”-26.2 kv.m, bir otaqdan ibarət evin 7/8 hissəsini İddiaçı1 bağışlamışlar. Həmin bağışlama müqaviləsinin əsasında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi xx.xx.2006-ci il tarixli 22239 nömrəli qeydiyyat vəsiqəsi ilə ünvan 7 ünvanında 26.20 kv.m-dən ibarət əmlak mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydə alınmışdır.
37. İddiaçılar iddia tələbi ilə məhkəməyə müraciət edərək ünvan 8 ünvanında yerləşən mənzilin sökülərək dağıdılması nəticəsində vurulmuş (dəymiş) 183 000 (bir yüz səksən üç min) manat kompensasiyanın İddiaçı1 və 100 000 (bir yüz min) manat mənəvi ziyanın Cavabdehndən alınaraq iddiaçılara ödənilməsini xahiş etmişlər.
38. Göründüyü kimi iddiaçıların tələbi fərdi yaşayış evi üzərində mülkiyyət və istifadə hüquqlarını pozan və məhrum edən cavabdeh inzibati orqanının qanunsuz hərəkətləri nəticəsində dəyən maddi zərər, habelə bundan irəli gələn mənəvi zərər tələbi olmuşdur.
39. İş materiallarında olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən sahəsi 26.2 kv. metr olan bir yaşayış otağından ibarət yaşayış evinin bir hissəsi şəxsi mülkiyyət hüququ əsasında Gəncə X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixli, 33 nömrəli reyestri kitabında İddiaçı1 adına qeydə alınmışdır.
40. 2 mart 2006-ci il tarixli Texniki pasporta əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsi 224.0 kv.metr, ümumi sahəsi 134,5 kv.metr, yaşayış sahəsi 90.0 kv.metr, köməkçi sahə 44.5 kv. metrdən ibarət olmuşdur.
41. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci tarixli **********21 nömrəli məktubundan görünür ki, Kirovabad şəhər Notariat Kontorunun xx.xx.1959-cu il tarixli, 12- 1904 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Kirovabad şəhəri, Karl Marks küçəsi, 17 saylı fərdi yaşayış evi X4 adından X3 adına keçmişdir. Vərəsənin adına bu əmlakın yerləşdiyi 442,0 kv.m torpaq sahəsinə dair xx.xx.1959-cu il tarixli torpaq qeydi tərtib edilmişdir. Sonradan Kirovabad şəhər Notariat Kontorunun xx.xx.1961-ci il tarixli 8-4748 saylı alqı-satqı müqaviləsinə əsasən X6 mülkün 1/3 hisssəsini (bir yaşayış otağı-27,1 kv.m) X1. Alıcının adına ünvanı: Gəncə şəhəri, Nizami rayonu, Vəli Xuluflu küçəsi, 136 olan bu əmlaka xx.xx.2006-cı il tarixli 22239 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhər 7 saylı Notariat Kontorunun xx.xx.2006-cı il tarixli 2V-1-55 saylı mülkiyyət hüququ haqqında və 2V-1-56 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən bu mülk üzrə X5 5/8 hissəsi, X9 1/8 hissəsi, X7 1/8 hissəsi, İddiaçı1 1/8 hissəsi adlarına keçmişdir. 4Ə-1125 saylı bağışlama müqaviləsinə əsasən X10, X15, İddiaçı6 öz vərəsəlik paylarını İddiaçı1 bağışlamışdırlar. İddiaçı1 Vəli xuluflu küçəsi ünvanında yerləşən 136 nömrəli fərdi yaşayış evinə (224,0 kv.m torpaq sahəsi və tikili “a” da 26.2 kv.m bir yaşayış otağı) xx.xx.2006-cı il tarixdə 22239 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.
42. Göründüyü kimi iddiaçının təqdim etdiyi sübutlara əsasən ünvan 1 ünvanında yerləşən 26.2 kv.m olan bir yaşayış otağı üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alındığı, təqdim olunan texniki pasporta əsasən isə 134,5 kv.m (yaşayış sahəsi 90.0 kv.m, köməkçi sahə 44.5 kv. m) fərdi yaşayış evinin faktiki olaraq iddiaçının istifadəsində olması müəyyən edilmiş, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin (0,224 kv.m) iddiaçının mülkiyyətində olmasını təsdiq edən sənəd təqdim edilməmişdir.
43. İlkin olaraq məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən iddiaçının mərhumetmə ilə əlaqədar maddi ziyanın cavabdeh orqandan tutulması ilə bağlı əsassız hüquqi nəticəyə gəlmişdir.
44. İddia tələbindən məlum olur ki, iddiaçı mənzilin özbaşınalıqla, qanunsuz və heç bir hüquqi əsas olmadan sökülərək dağıdılması nəticəsində vurulmuş (dəymiş) 183 000 (bir yüz səksən üç min) manat kompensasiyasının ödənilməsini xahiş etmiş, torpaq sahəsinə dair maddi ziyanın ödənilməsini tələb etməmiş, həmçinin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim etməmişdir.
45. Məhkəmə kollegiyasının iclasında da iddiaçının vəkili izahatında iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənəd mövcud olmadığından bu cür tələbin irəli sürülmədiyini bildirmişdir.
46. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
47. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarı torpaq sahəsinə dair maddi ziyanın ödənilməsi hissəsində qanuni əsaslara söykənmədiyindən ləğv edilməlidir.
48. Məhkəmə kollegiyası bununla yanaşı qeyd edir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin sökülməsi ilə cavabdeh inzibati orqanın hərəkətləri arasında səbəbli əlaqə iş materiallarında öz əksini tapmışdır və bu hal yuxarı instansiya məhkəməsi tərəfindən işə baxılan zamanda mübahisələndirilməmişdir.
49. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə yerli icra hakimiyyətlərinin başçılarının fəaliyyətini tənzimləyən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin:
50. 1.2. Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər.
51. 1.3. yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar.
52. Qeyd olunan Əsasnamənin 3.11-ci və 4.11-ci bəndlərində yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrindəki vəzifələri və səlahiyyətləri öz əksini tapmışdır. Həmin müddəların məzmunundan da aydın olur ki, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, eləcə də şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin etmək və təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirmək birbaşa yerli icra hakimiyyətlərinin başçılarının vəzifəsi kimi təsdiq edilmişdir.
53. Xüsusi olaraq vurğulanmalıdır ki, zərər ilə təqsirli hesab olunan subyektin əməli arasında səbəbli əlaqə olmalıdır. Belə ki, zərərə görə təqsirli hesab ediləcək subyektin hərəkət və ya hərəkətsizliyi zərərin baş verməsinə birbaşa zəmin yaratmalıdır.Hazırki halda iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnən zərər ilə inzibati orqanın əməli arasında səbəbli əlaqə mövcud olmuşdur.
54. Cavabdehin apellyasiya şikayəti üzrə araşdırılmalı olan yeganə hal iddiaçıya ümumi sahəsi 100 kv.m olan üç otaqlı evin vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı təklif edilməsinin qanuniliyidir.
55. Bununla bağlı Cavabdeh xx.xx.2023-cü il tarixli, 5-1/2-03/268/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Döğvlət Proqramlarında nəzərdə tutlmuş “Gəncəçay çayının sahilboyunun və məcrasının yenidən qurulması” işlərinin aparılması ilə əlaqədar olaraq Gəncəçay çayının sol sahilində yerləşən qəzalı vəziyyətdə olan çayın məcrasında tikilmiş evlərin sökülməsi zərurəti yaranmışdır. Sökülmüş yaşayış sahələrinin əvəzinə vətəndaşların razılığı əsasında onların eyni ölçüdə digər yaşayış sahələri ilə təmin olunması nəzərdə tutulmuşdur. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar “X25 Emalı” ASC-nin ərazisinin cənub-qərb tərəfində yeni salınmış məhəllədəki 400 kv.meetr torpaq sahəsinin üzərində tikilmiş, ümumi sahəsi 100 kv.m olan üç otaqlı ev İddiaçı1 təklif olunmuşdur. Əlavə olaraq bildirilir ki, qeyd olunan ərazidəki evlərin yerləşdiyi torpaq sahəsinə dair hüquqverici sənədlər hazırladıqdan sonra həmin sahələrin üzərində inşa edilmiş fərdi yaşayış evləri müvafiq dövlət orqanı tərəfindən sənədləşdiriləcəkdir.
56. Cavabdeh xx.xx.2023-cü il tarixli, 5-1/2-03/935/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında nəzərdə tutlmuş “Gəncəçay çayının sahilboyunun və məcrasının yenidən qurulması” işlərinin aparılması ilə əlaqədar olaraq Gəncəçay çayının sol sahilində yerləşən qəzalı vəziyyətdə olan çayın məcrasında tikilmiş evlərin sökülməsi zərurəti yaranmışdır. Sökülmüş yaşayış sahələrinin əvəzinə vətəndaşların razılığı əsasında onların eyni ölçüdə digər yaşayış sahələri ilə təmin olunması nəzərdə tutulmuşdur. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar “X25 Emalı” ASC-nin ərazisinin cənub-qərb tərəfində yeni salınmış məhəllədəki 400 kv.meetr torpaq sahəsinin üzərində tikilmiş, ümumi sahəsi 100 kv.m olan üç otaqlı ev İddiaçı1 təklif olunmuşdur. Bununla bağlı vətəndaşa xx.xx.2023-cü il tarixində rəsmi məktub ünvanlanmışdır. Əlavə olaraq bildirilir ki, qeyd olunan ərazidəki evlərin yerləşdiyi torpaq sahəsinə dair hüquqverici sənədlər hazırladıqdan sonra həmin sahələrin üzərində inşa edilmiş fərdi yaşayış evləri müvafiq dövlət orqanı tərəfindən sənədləşdiriləcəkdir.
57. Cavabdeh xx.xx.2023-cü il tarixli, 5-1/2-03/1132/2023 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar “X25 Emalı” ASC-nin ərazisinin cənub-qərb tərəfində yeni salınmış məhəllədəki 400 kv.meetr torpaq sahəsinin üzərində tikilmiş, ümumi sahəsi 100 kv.m olan üç otaqlı ev İddiaçı1 təklif olunmuşdur. Bununla bağlı vətəndaşa rəsmi məktub ünvanlanmışdır.
58. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya təklif olunan fərdi yaşayış evi maddi ziyanın əvəzi kimi qəbul edilə bilməz. Belə ki, həmin fərdi yaşayış evi üzrə sənədləşmənin natamamlığı, dövlət reyestrində iddiaçının hüquqlarının qeydiyyata alınmasının mümkünsüzlüyü və real olaraq həmin əmlakın qeydiyyatdan keçməməsi həmin əmlakın real olaraq mövcudluğunu şübhə altına alır. Bu cür əmlakın isə vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı nəzərə alınması mümkünsüzdür.
59. Başqa sözlə təklif edilən fərdi yaşayış evi üzərində hüquqların realizə edilməsinin mümkünlüyü ilə bağlı heç bir sübut təqdim olunmadığından vurulmuş ziyana görə kompensasiya kimi nəzərə alınması qanunamüvafiq hesab edilə bilməz.
60. İş materialları ilə tələb üzrə mübahisə predmeti olan əmlakın-yaşayış evinin iddiaçıya məxsus olması və qeyd olunan dövrlər üzrə söküntü işlərinin məhz cavabdeh tərəfindən aparılması işin mübahisəsiz halıdır.
61. Fərdi yaşayış evinin sahəsi ilə bağlı məhkəmə tərkibi onu qeyd edir ki, iş materiallarında olan qeydiyyat vəsiqəsində iddiaçının 26.2 kv.m sahə üzərində hüquqları dövlət reyestrində qeydə alınsada, təqdim olunmuş texniki pasporta əsasən fərdi yaşayış evinin ümumi sahəsi 134,5 kv.m müəyyən edilmişdir və həmin sahəyə 26.2 kv.m də daxil olmaqla, məhz iddiaçı tərəfindən inşa edilməsi təkzibedilməzdir.
62. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ümumilikdə 134,5 kv.m sahə üzrə hüquqlar dövlət reyestrində qeydiyyata alınmasa da vurulmuş zərərin məbləği məhz həmin sahə üzrə müəyyən edilməlidir və sökülmüş fərdi yaşayış evi üzrə vurulmuş ziyanın məhkəmə tərəfindən qanunamüvafiq hesablanmamasına dair apellyasiya şikayətinin dəlilləri əsaslıdır.
63. Məhkəmə kollegiyası vurğulayır ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı daşınmaz əmlak alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir.
64. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır.
65. Kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanıstana qarşı iş, Plataku Yunanıstana qarşı iş). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir və heç bir kompensasiya ödənilmədən əmlakın alınmasına 1 saylı Protokolun 1ci maddəsinə əsasən yalnız müstəsna hallarda haqq qazandırıla bilər.
66. Hər hansı məbləğin ağlabatan olması konkret işin hallarından asılıdır, lakin kompensasiya məbləğinin müəyyənləşdirilməsində dövlətə geniş qiymətləndirmə sərbəstliyi verilir.
67. İddiaçıya ödəniləcək kompensasiya məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri əsasında müəyyən edilmiş kompensasiya olmalıdır. Bu isə ilk növbədə əmlakın bazar dəyərinin müəyyənləşdirilməsinə münasibətdə sözügedən qanunda müəyyənləşdirilmiş yanaşmaların tətbiq olunmasını tələb edir.
68. Başqa sözlə qeyd edilməlidir ki, daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri-onun geri alındığı vaxt olan qiymət götürülməlidir.
69. Məhkəmə tərkibi hesab edir ki, iş üzrə təqdim edilən əmlakın qiymətləndirilməsinə dair rəylərdən iddiaçının hüquqi marağını daha çox təmin edən rəy nəzərə alınmalı və həmin rəyə uyğun olaraq maddi zərərin məbləği müəyyən edilməlidir.
70. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixli 264/Mİ/20 nömrəli qiymətləndirmə rəyi ilə Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən sökülmüş İddiaçı1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Vəli Xuluflu küçəsi, 136 ünvanında yerləşən fərdi yaşayış evinin 2017-ci il bazar qiyməti 177.000 (bir yüz yetmiş yeddi min) manat, hazırki dövrə bazar qiyməti isə 189.700 (bir yüz səksən doqquz min yeddi yüz) manat müəyyən edilmişdir.
71. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli 143/Mİ/21 nömrəli qiymətləndirmə rəyləri ilə Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən sökülmüş- İddiaçı1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Vəli Xuluflu küçəsi, 136 ünvanında yerləşən fərdi yaşayış evinin 2017-ci il bazar qiyməti 224.0 kv.m torpaq sahəsi üçün 82.000 (səksən iki min) manat, hazırki dövrə bazar qiyməti 88.700 (səksən səkkiz min yeddi yüz) manat, 2017-ci il bazar qiyməti 26.20 kv.m otaq üçün 25.000 (iyirmi beç min) manat, hazırki dövrə bazar qiyməti 27.000 (iyimi yeddi min) maant, 2017-ci ilə bazar 134.5 kv.m tikili üçün 70.000 (yetmiş min) manat, hazırki dövrə bazar qiyməti 74.000 (yetmiş dörd min) manat, cəmi:-2017-ci ilə bazar qiyməti 177.000 (bir yüz yetmiş yeddi min) manat, hazırki dövrə bazar qiyməti isə 189.700 (bir yüz səksən doqquz min yeddi yüz) manat müəyyən edilmişdir.
72. xx.xx.2022-ci il tarixli, Ç-016 saylı "xxxx" MMC-nin qiymətləndirmə hesabatından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X14 0.2224 ha torpaq sahəsində yerləşən İddiaçı1 mülkiyyətində olan hüquqmüəyyənedici sənəd üzrə 26,2 kv.metr sahəli 1 yaşayış otağından, texniki sənəd üzrə 1 mərtəbəli 4 otaqlı 134,5 kv.metr ümumi sahədən ibarət olan 136 nömrəli fərdi yaşayış evinin 2017-ci il üzrə bazar qiyməti 71 400 manat təşkil edir.
73. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin maddi zərərlə bağlı hissəsi qismən əsaslı hesab edilməklə İddiaçı1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Vəli Xuluflu küçəsi, 136 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsinə dair vurulmuş zərərin dəyəri alınma dövrünə uyğun olaraq 71 400 manat müəyyən edilməlidir.
74. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərərlə bağlı hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, təmin edilmiş 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi işin hallarına uyğundur.
75. İddia tələbinin yaşayış evinin sökülməsi ilə əlaqədar iddiaçıların qeydiyyatsız qalmalarının onlar üçün əlverişsiz şərait yaratmasına dair hissədə kollegiya qeyd edir ki, yaşayış evinin sökülməsi ilə əlaqədar iddiaçıların qeydiyyatsız qalmaları onlar üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onların yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003-cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər. Odur ki, məhkəmə digər iddiaçılara buna görə mənəvi ziyan ödənilməsi tələbi ilə razılaşmır.
76. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilərək birinci instansiya məhkəməsinin qərarı maddi ziyanın ödənilməsi hissəsində ləğv olunmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayətləri qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-158/2021 nömrəli qərarı qismən-Cavabdehndən 39.000 (otuz doqquz min) manat məbləğində maddi ziyanın ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbil edilməklə iddia qismən təmin edilsin. Cavabdehndən 71 400 (yetmiş bir min dörd yüz) manat məbləğində maddi ziyan tutularaq İddiaçı1 ödənilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-158/2021 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Nural Əliyev, Afiq Hüseynzadə