Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-150/2024 11.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə qarşı mərhum ərinə şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2954/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı mərhum ərinə şəhid statusunun verilməsi barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə etmişdir. İddiaçının müraciətinə cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə cavab verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.5-ci və 1.2.6-cı yarımbəndlərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidmətlərində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qaydanın 4.1-ci bəndinə əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Belə ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli müvafiq qərarı əsasında E.M.Tağıyevin 1994-cü ilin yanvar ayında almış olduğu xəsarətin hərbi xidmətlə səbəb əlaqəsi (diaqnoz: odlu silah qəlpə yaralanmalarından sonra sağ sarğı nahiyyəsinin bayır kvadratında bir ədəd köhnə çapıq toxuma”, “Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”) təyin edilmişdir. Lakin yuxarıda göstərilən qanunvericilik aktında hərbi xidmət keçərkən döyüş bölgəsində yaralanmış, 1998-ci il aprel ayının 4-də Silahlı Qüvvələrdən ehtiyatına buraxılmış və 2020-ci il fevral ayının 19-da, 26 ildən sonra vəfat etmiş şəxslərin şəhid hesab edilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən mərhum E.M.Tağıyevə şəhid statusunun verilməsi hazırda mümkün deyil. Odur ki, E.M.Tağıyevin ölümünün hərbi xidmət keçərkən döyüş bölgəsində aldığı yaralanma ilə bilavasitə əlaqədar olmasına dair fakt məhkəmə qaydasında müəyyən edildiyi təqdirdə, müraciətdə qeyd edilmiş məsələyə yenidən baxıla bilər. X6 xx.xx.2016-cı il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. TSEK-in diaqnozu “Ağciyərlərin fibroz kavernoz vərəmi. TÇ-İİ dərəcə”, əlilliyin müəyyən olunması meyarı isə “üçüncü dərəcəli ağciyər-ürək çatışmazlığı, dekompensasiya mərhələsi (İ27.0-İ27.9, İ28.0- İ28.8”) olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 1135 nömrəli qərarı ilə Ağdam RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış X4 döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ilin yanvar ayında aldığı və xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticəsi-diaqnoz: “Odlu silah qəlpə yaralanmalarından sonra sağ sarğı nahiyyəsinin bayır kvadratında bir ədəd köhnə çapıq toxuma”, “Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. 3 saylı Bakı “ASAN xidmət” Mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3- 16-5/8-13-2477/23 nömrəli məktubunda bildirilmişdir ki, X4 adına şöbədə tərtib edilmiş 482 saylı xx.xx.2020-ci il tarixli ölüm haqqında akt qeydi 9 saylı şəhər poliklinikasının xx.xx.2020-ci il tarixli **********3 saylı ölüm haqqında tibbi şəhadətnamə (AZS-106) əsasında qeydə alınmışdır. Lakin ölüm haqqında akt qeydinin tərtib edilməsinə əsas olmuş sənədlər saxlama müddəti başa çatdığı üçün xx.xx.2022-ci il tarixdə məhv etmək üçün ayrılmış sənədlərlə birgə məhv edilmişdir. Həmin məktuba əlavə edilmiş ölüm haqqında akt qeydində X4 ölümünün səbəbi kimi № 1 - “Ağciyər-ürək çatmamazlığının dəqiqləşdirilmiş formaları”, № 2 - “Ağciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla – mühitdə artımla və ya artımsız” qeyd edilmiş, ölüm faktını təsdiq edən sənəd qismində isə 9 saylı ŞP-nın xx.xx.2020-ci il tarixli **********3 nömrəli tibbi şəhadətnaməsi göstərilmişdir. “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin 9 nömrəli Şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli 400 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 adına onların tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Birinci instansiya məhkəməsinin Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən Ağciyər və X9 göndərdiyi sorğusuna cavab olaraq Elektron məhkəmə informasiya sisteminə yüklənmiş 9 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası tərəfindən verilmiş ölüm haqqında xx.xx.2020-ci il tarixli tibbi şəhadətnaməyə əsasən, xx.xx.1973-cü il təvəllüdlü X4 ölümü xx.xx.2020-ci il tarixdə xəstəxanada baş vermiş və ölümə səbəb olan xəstəlik - “Ağciyər-ürək çatmamazlığının dəqiqləşdirilmiş formaları”, № 2 - “Ağciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla – mühitdə artımla və ya artımsız” olmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-43-2/2-724/2023 nömrəli məktubda bildirilmişdir ki, İddiaçı həyat yoldaşı xx.xx.1973-cü il tarixdə Ağdam rayonu Gülablı kəndində anadan olmuş X7 xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixə qədər keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 16 nömrəli əmrinə əsasən xidmət müddəti başa çatdığı üçün ordu sıralarından tərxis olunaraq xx.xx.1998-ci il tarixdə Ağdam rayon hərbi komissarlığında qeydiyyata alınmışdır. xx.xx.2012-ci il tarixdə X6 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən müharibə veteranı vəsiqəsi verilmişdir. X1 hansı səbəbdən vəfat etməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsində məlumat yoxdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mərhum həyat yoldaşı X6 şəhidlik statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-4488/2023 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X7 xx.xx.2016-cı il tarixdən ümumi xəstəlikdən İ qrup əlil idi. xx.xx.2018-ci il tarixli 338 nömrəli arayışı AR Müdafiə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X5 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2018-ci il tarixli 401 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xx.xx.2018-ci il tarixdə AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1135 nömrəli qərarı ilə diaqnozu verilmişdir. Mərhum həyat yoldaşı X8 hərbi əməliyyat zamanı aldığı qəlpə yarasından və qazandığı xəstəlikdən vəfat etmiş, Qarabağ döyüşlərində iştirak etmiş, yaralanmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinə şəhidlik statusunun verilməsi ilə bağlı müraciət etmiş, cavabdeh isə xx.xx.2022-ci il tarixli məktubu ilə müraciətdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2954/2023 saylı qərarı ilə (hakim G.Əliyeva) iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mərhum əri X7 xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixə qədər keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixə qədər isə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 16 nömrəli əmrinə əsasən xidmət müddəti başa çatdığı üçün ordu sıralarından tərxis olunaraq xx.xx.1998-ci il tarixdə Ağdam rayon hərbi komissarlığında qeydiyyata alınmışdır. X6 ümumi xəstəlik səbəbi ilə müddətsiz birinci dərəcəli əlillik təyin olunmuş, əlillik təyin edilən zaman TSEK-in diaqnozu “Ağciyərlərin fibroz kavernoz vərəmi. TÇ-İİ dərəcə”, əlilliyin müəyyən olunması meyarı isə “üçüncü dərəcəli ağciyər-ürək çatışmazlığı, dekompensasiya mərhələsi (İ27.0- İ27.9, İ28.0- İ28.8”) olmuşdur. Daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 1135 nömrəli qərarı ilə X4 döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ilin yanvar ayında aldığı və xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın səbəbli əlaqəsi (Diaqnoz: “Odlu silah qəlpə yaralanmalarından sonra sağ sarğı nahiyyəsinin bayır kvadratında bir ədəd köhnə çapıq toxuma”) “Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. X7 xx.xx.2020-ci il tarixdə 9 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasında ölmüş və həmin xəstəxana tərəfindən verilmiş ölüm haqqında tibbi şəhadətnamədə onun ölümünə səbəb olan xəstəlik kimi № 1 - “Ağciyər-ürək çatmamazlığının dəqiqləşdirilmiş formaları”, № 2 - “Ağciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla – mühitdə artımla və ya artımsız” qeyd edilmişdir. X4 ölüm haqqında akt qeydi və ölüm haqqında şəhadətnaməsində də ölüm səbəbi eynilə göstərilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 1135 nömrəli qərarına əsasən isə X4 Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarət “Odlu silah qəlpə yaralanmalarından sonra sağ sarğı nahiyyəsinin bayır kvadratında bir ədəd köhnə çapıq toxuma” olmuş, həmin qərarda X4 ağciyərləri ilə bağlı xəstəliyinin olması və onun səbəbli əlaqəsi müəyyən edilməmişdir. Eyni zamanda, X6 “Ağciyərlərin fibroz kavernoz vərəmi. TÇ-İİ dərəcə” diaqnozu əsasında müddətsiz birinci dərəcəli əlillik təyin olunsa da, əlilliyin səbəb əlaqəsi ümumi xəstəliklə əlaqədar müəyyən edilmişdir. Göründüyü kimi, X7 xx.xx.2020-ci il tarixdə 9 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasında ölmüş və həmin xəstəxana tərəfindən verilmiş ölüm haqqında tibbi şəhadətnamədə onun ölümünə səbəb olan xəstəlik kimi № 1 - “Ağciyər-ürək çatmamazlığının dəqiqləşdirilmiş formaları”, № 2 - “Ağciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla – mühitdə artımla və ya artımsız” qeyd edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mərhum əri X7 xx.xx.2020-ci il tarixdə “Ağciyər vərəmi, baterioskopik təsdiq edilmiş, kultural üsullamühitdə artımla və ya artımsız” nəticəsində ölmüşdür. Həmin ölüm səbəbi isə mərhuma şəhid statusunun verilməsi üçün əsas olmadığından X7 şəhid hesab olunan şəxslərin dairəsinə aid deyil. Beləliklə, cavabdeh orqan iddiaçının mərhum ərinə şəhid statusunun verilməsindən imtina edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, belə halların mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və işin faktiki halları ilə də təsdiq olunduğu kimi iddiaçının mərhum əri qanunvericiliyin tələbi baxımından şəhid hesab olunmur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2954/2023 saylı qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum Elşən Tağıyevə 2016-cı ildə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Həmin yaranmış xəstəliklərdə bilavasitə hərbi xidmətdə aldığı travma ilə əlaqəli olmuşdur ki, məhkəmə bu halı nəzərə almamışdır. Eyni zamanda 2018-ci ildə məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticəsi-diaqnoz: "Odlusilah qəlpə yaralanmalarından sonra sağ sarğı nahiyyəsinin bayır kvadratında bir ədəd köhnə çapıq toxuma", "Travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyən edilmişdir. Göründüyü kimi mərhumun aldığı xəsarətlərlə əlaqəli yaranmış əlilliyi illər öncə də tibbi sənədlərlə təsdiqlənmişdir. İş mateiallarında məhkəməyə təqdim olunmuş sənədlər məhkəmə tərəfindən tam və obyektiv şəkildə tədqiq olunmamışdır. Bu səbəbdən də məhkəmənin gəldiyi nəticə ilə işin faktiki halları arasında ziddiyət mövcuddur. Məhkəmə mərhumun ümumi xəstəlikdən vəfat etməsi qənaətinə gəlsə də, mərhumun hərbidə aldığı xəsarətlər səbəbi ilə illərlə əziyyət çəkdikdən sonra vəfat etməsi səbəbindən mərhuma şəhidlik statusunun verilməsinin mümkün olmadığı göstərilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: - Bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Maddə 2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”: -
1. Şəhid anlayışı 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsi: 1.4.2. Həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X7 xx.xx.2020-ci il tarixdə 9 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasında ölmüş və həmin xəstəxana tərəfindən verilmiş ölüm haqqında tibbi şəhadətnamədə onun ölümünə səbəb olan xəstəlik kimi № 1 - “Ağciyər-ürək çatmamazlığının dəqiqləşdirilmiş formaları”, № 2 - “Ağciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla – mühitdə artımla və ya artımsız” qeyd edilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 1135 nömrəli qərarına əsasən isə X4 Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarət “Odlu silah qəlpə yaralanmalarından sonra sağ sarğı nahiyyəsinin bayır kvadratında bir ədəd köhnə çapıq toxuma” olmuş, həmin qərarda X4 ağciyərləri ilə bağlı xəstəliyinin olması və onun səbəbli əlaqəsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Hazırkı qərarda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən isə görünür ki, şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Göründüyü kimi, məhkəmə araşdırması nəticəsində müəyyən olmuşdur ki, iddiaçının mərhum əri X4 Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı xəsarət “Odlu silah qəlpə yaralanmalarından sonra sağ sarğı nahiyyəsinin bayır kvadratında bir ədəd köhnə çapıq toxuma” olmuş, lakin o, xx.xx.2020-ci il tarixdə “Ağciyər vərəmi, baterioskopik təsdiq edilmiş, kultural üsullamühitdə artımla və ya artımsız” nəticəsində ölmüşdür. Həmin ölüm səbəbi isə mərhuma şəhid statusunun verilməsi üçün qanunvericilikdə təsbit edilmiş əsas olmadığından X7 şəhid hesab olunan şəxslərin dairəsinə aid deyil. Odur ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçının mərhum ərinin “şəhid” hesab olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən səbəbli əlaqə hazırkı iş üzrə iddiaçıya münasibətdə müəyyən edilmədiyinə görə birinci instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2954/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.