Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-150/2025 30.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğvi tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3340/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixdə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə, vergi ödəyicisi kimi 14 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır. Satıcı "xxxx" MMC ilə Alıcı İddiaçı MMC-nin arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 08/2022 nömrəli alğı-satqı müqaviləsinə əsasən Satıcı müqavilədə (və ya əlavədə) öz əksini tapan malları (işləri, xidmətləri) Alıcıya satmağı, Alıcı isə malı alaraq dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - Həmin müqavilənin 3.1-ci bəndinə əsasən Alıcı tərəfindən alınacaq hər malın (işin, xidmətin) dəyərinin ödənişi Satıcının bank hesabına mal təhvil alındıqdan sonra 1 ildən gec olmayaraq köçürmə yolu ilə həyata keçirilir. - Həmin müqavilənin 4.1-ci bəndinə əsasən malın (işin, xidmətin) çatdırılması bu müqaviləyə əlavədə qeyd edilən qiymətlərə uyğun həyata keçirilir. - Həmin müqaviləyə 2 saylı əlavəyə əsasən tərəflər Qazaxdan Bakı şəhərinə sement daşınmasını hər tona görə 25 manat olmaqla razılığa gəlmişlər. Görülmüş daşıma xidmətinin təhvil-təslim aktlarına əsasən xx.xx.2022-ci il tarixli 08/2022 nömrəli müqavilə üzrə Qazax rayonundan Bakı şəhərinə 2023-cü ilin yanvar ayı ərzində 3.621,80 tonluq sement məhsullarının 90.545,00 manat dəyərində, 2023-cü ilin fevral ayı ərzində 190,16 tonluq sement məhsullarının 4.754,00 manat dəyərində, 2023-cü ilin mart ayı ərzində 188,96 tonluq sement məhsullarının 4.724,00 manat dəyərində, 2023cü ilin aprel ayı ərzində 6.607,42 tonluq sement məhsullarının 67.473,00 manat dəyərində, 2023-cü ilin may ayı ərzində 7.798,02 tonluq sement məhsullarının 194.950,50 manat dəyərində, 2023-cü ilin iyun ayı ərzində 7.567,22 tonluq sement məhsullarının 189.180,50 manat dəyərində, 2023-cü ilin iyul ayı ərzində 4.493,44 tonluq sement məhsullarının 137.336,00 manat dəyərində, 2023-cü ilin avqust ayı ərzində 5.774,84 tonluq sement məhsullarının 144.371,00 manat dəyərində, 2023-cü ilin sentyabr ayı ərzində 4.509,18 tonluq sement məhsullarının 112.729,50 manat dəyərində, 2023-cü ilin oktyabr ayı ərzində 6.857,14 tonluq sement məhsullarının 171.428,50 manat dəyərində, 2023-cü ilin noyabr ayı ərzində 9.232,18 tonluq sement məhsullarının 230.804,50 manat dəyərində, 2023-cü ilin dekabr ayı ərzində 8.917,24 tonluq sement məhsullarının 222.931,00 manat dəyərində daşıması xidmətinin təhvil-təslimi həyata keçirilmişdir. "xxxx" MMC ilə İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixə tərtib edilmiş qarşılıqlı üzləşmə aktına görə İddiaçı MMC-nin 2023-cü ilin yanvardekabr ayları üzrə 66757,6 ton sementin 25 manatdan Qazaxdan Bakı şəhərinə daşınmasına görə "xxxx" MMC-yə 1.668.940,00 manat borcu vardır. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqana 2023-cü il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Cavabdeh tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli məktubla iddiaçıdan xx.xx.2024-cü il tarixdə təqdim olunmuş bəyannamədə ümumilikdə 1.530.235,02 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən olunduğundan, kameral vergi yoxlamasının aparılması üçün zəruri sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh vergi orqanına 2023-cü il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli **********674600 saylı qərarına əsasən “Himalay" MMC-yə 2023-cü ilin mənfəət vergisi üzrə 215.163,24 manat əlavə vergi hesablanmış və hesablamanın əsası kimi 1.530.235,02 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin müəyyən edilməsi göstərilmişdir. Cavabdeh tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli məktubla iddiaçıdan xx.xx.2024-cü il tarixdə təqdim olunmuş bəyannamədə ümumilikdə 454.418,82 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən olunduğundan, kameral vergi yoxlamasının aparılması üçün zəruri sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh vergi orqanına 2023-cü il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********059200 saylı qərarına əsasən “Himalay" MMC-yə 2023-cü ilin mənfəət vergisi üzrə 90.883,76 manat əlavə vergi hesablanmış və hesablamanın əsası kimi 454.418,82 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin müəyyən edilməsi göstərilmişdir. Cavabdeh tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli məktubla iddiaçıdan xx.xx.2024-cü il tarixdə təqdim olunmuş bəyannamədə ümumilikdə 1.146.450,18 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən olunduğundan, kameral vergi yoxlamasının aparılması üçün zəruri sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh vergi orqanına 2023-cü il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Daha sonra cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli 3-21-2-20/2-2013/2024 saylı qərarına əsasən “Himalay" MMC-yə 2023-cü ilin mənfəət vergisi üzrə 215.163,24 manat əlavə vergi hesablanmış və hesablamanın əsası kimi 1.146.450,18 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin müəyyən edilməsi göstərilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli **********674600 nömrəli və xx.xx.2024- cü il tarixli **********059200 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə (VÖEN), ünvan 1 ünvanına malik olmaqla dövlət qeydiyyatına alınmışdır. xx.xx.2022- ci il tarixdən əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınmış, əsas fəaliyyət növünün "tikinti materiallarının topdan satışı"ndan ibarət olduğu, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 200 kv.m. olan "Anbar" adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********-16002), ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 300 kv.m. olan "Beton Zavod" adlı təsərrüfat subyekti (obyektinin) (obyektin kodu: **********-16001) uçota alınmışdır. 2023-cü ilin mənfəət vergisi üzrə 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024cü il tarixli, **********674600 saylı qərarına əsasən "xxxx" MMC-yə "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərara əsasən 215177.26 manat, xx.xx.2024-cü il tarixli, **********059200 saylı Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarına əsasən isə əlavə olaraq 90883.76 manat vergi məbləği hesablanılmışdır. Hesablanılmış vergi məbləği ilə razı deyillər və bununla bağlı bütün sənədləri vergi orqanına inzibati şikayət edərək bildirmişlər. Şirkət Bakı şəhərində sement məhsullarının topdan və pərakəndə satışı və beton markalarının satışı ilə məşğul olur. Sement məhsullarını "X4 Zavodu" MMC-nin Qazax rayonunda yerləşən zavodundan alırlar. Aldıqları sementin Bakı şəhərinə daşınması üçün "xxxx" MMC (VÖEN **********) arasında xx.xx.2022-ci il tarixli 08/2022 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 2 saylı əlavəsinə əsasən alınmış sementin Qazax rayonundan Bakı şəhərinə daşınması üçün 1 tonun qiyməti 25 manat müəyyən olunmuşdur. Müqavilə şərtlərinə əsasən 2023-cü il ərzində müəssisə tərəfindən "X4 Zavodu" MMC-dən 66757.6 ton sement alınaraq Bakı şəhərində satışı həyata keçirilmişdir. Müqavilə şərtlərinə və tərəflər arasında bağlanılmış üzləşmə aktına əsasən daşıma xərci ilə bağlı olaraq "xxxx" MMC-nin "xxxx" MMC-yə ******* manat (66757.6 ton sement x 25 manat daşıma xərci) borcu yaranmış və bu borc məbləği hər iki tərəf tərəfindən təsdiq edilmişdir. Eyni zamanda cavabdeh tərəfindən əsassız olaraq dövr ərzində gəlirlərin məbləği 8681857.83 qeyd edilmişdir. Halbuki, elektron qaimə fakturalara əsasən 2023-cü il ərzində cəmiyyətin gəliri 8407928.23 manat təşkil etmişdir. Gəlirlərin 273929.6 manat məbləğində artırılmasının nəyin hesabına baş verməsi əsaslandırılmamışdır. Bundan əlavə olaraq iş üzrə xx.xx.2024-cü il tarixində kameral uyğunsuzluq məktubu göndərilmiş və onun əsasında xx.xx.2024-cü il tarixli, **********674600 saylı qərarına əsasən "xxxx" MMC-nə "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar qəbul edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixli uyğunsuzluq məktub göndərilərək xx.xx.2024-cü il tarixli, **********059200 saylı Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar qəbul edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli bəyənnamə üzrə kameral yoxlama keçirilərək, xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş, vergi ödəyicisi tərəfindən heç bir dəqiqləşmiş bəyənnamə verilmədiyi halda, xx.xx.2024-cü il tarixli uyğunsuzluq məktubu göndərilərək, xx.xx.2024- cü il tarixində eyni iş üzrə 2-ci kameral hesablama barədə qərar qəbul edilmişdir ki, bu da VM-nin 37.2 və 37.3-cü maddələrinə ziddir. Müəssisə maliyyə hesabatlarını hesablama metodu ilə aparır. Xərclərin 2023-cü il ərzində çəkilməsi ilə bağlı müqavilə, təhvil-təslim aktları, daşımaya dair yol vərəqələri mövcuddur. Qeyd olunan hallarla bağlı olaraq Dövlət Vergi Xidmətinə xx.xx.2024-cü il tarixindən inzibati şikayət etsələr də, hələ də şikayətə baxılaraq qərar qəbul edilməmişdir. İddiaçı MMC xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq, 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixinli **********674600 saylı və xx.xx.2024-cü il tarixli **********059200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarlarının ləğv edildiyini və 2023-cü ilin mənfəət vergisi üzrə xx.xx.2024-cü il tarixli 3-21-2-2-20/2-2013/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın qəbul edildiyini, həmin qərara əsasən iddiaçıya 286912.02 manat məbləğində mənfəət vergisi hesablandığını bildirmiş və xx.xx.2024-cü il tarixli 3-21-2-2-20/2-2013/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3340/2024 qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli 3-21-2-20/2- 2013/2024 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tikinti materiallarının topdan satışı fəaliyyəti ilə məşğuldur. Sement məhsullarını "X4 Zavodu" MMC-nin Qazax rayonunda yerləşən zavodundan alırlar. Aldıqları sementin Bakı şəhərinə daşınması üçün "xxxx" MMC (VÖEN **********) arasında xx.xx.2022-ci il tarixli 08/2022 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 2 saylı əlavəsinə əsasən alınmış sementin Qazax rayonundan Bakı şəhərinə daşınması üçün 1 tonun qiyməti 25 manat müəyyən olunmuşdur. Müqavilə şərtlərinə əsasən 2023-cü il ərzində müəssisə tərəfindən "X4 Zavodu" MMC-dən 66 757.6 ton sement alınaraq Bakı şəhərində satışı həyata keçirilmişdir. Müqavilə şərtlərinə və tərəflər arasında bağlanılmış üzləşmə aktına əsasən daşıma xərci ilə bağlı olaraq "xxxx" MMC-nin "xxxx" MMC-yə 1 668 940 manat (66 757.6 ton sement x 25 manat daşıma xərci) borcu yaranmış və bu borc məbləği hər iki tərəf tərəfindən təsdiq edilmişdir. Mübahisənin mahiyyəti “X4 Zavodu” MMC-dən alınan sement məhsullarının daşınmasına çəkilən xərclərlə bağlıdır. Belə ki, cavabdeh inzibati orqan iddiaçının yuxarıda qeyd olunan daşıma ilə bağlı xərclərini nəzərə almamışdır. Lakin "xxxx" MMC ilə bağlanılmış sement məhsullarının alqı-satqı müqavilələrində belə daşımaların həyata keçirilməsinin dəyərinin ödənilməsi məhz iddiaçının üzərinə qoyulmuşdur və qarşılıqlı üzləşmə aktı ilə iddiaçı öhdəliklərini qəbul etmişdir. Məhkəmə xüsusilə qeyd etmişdir ki, iddiaçı vergi uçotunu hesablama metodu ilə həyata keçirir və 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsini də hesablama metodu ilə təqdim etmişdir. Hesablama metodunun mahiyyəti baxımından, xərclərin çəkilməsi öhdəliyinin yarandığı vaxt nəzərə alınmalıdır. Yəni iddiaçı "xxxx" MMC ilə alqı-satqı müqaviləsi bağlamış və sement məhsullarının daşınmasına görə xərclərin çəkilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Malların daşınmasına dair elektron qaimə-fakturanın təqdim edilməməsi özlüyündə pozuntu hesab olunsa da, hazırkı mübahisəyə münasibətdə iddiaçının xərclərinin tanınmasını və qəbul olunmasını istisna etmir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə bağlanılmış sement məhsullarının daşınmasına görə alqı-satqı müqaviləsində sifarişçinin (hazırkı iş üzrə iddiaçının) ödəməni həyata keçirməsi hər hansı şərtlə əhatə olunmamış, həmçinin öhdəliklərin məbləği dəqiq müəyyən olunmuşdur. Bu baxımdan, iddiaçı hesablama metodu tətbiq etdiyi və müqavilə üzrə ödəmə öhdəliyi daşıdığı üçün, həmin məbləğin ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin məbləği xərclərdə əks etdirməsi qanunauyğun hesab olunmalıdır. Həmçinin qeyd olunmuşdur ki, iddiaçı barəsində cavabdehin qərarı əsasında kameral vergi yoxlaması keçirilmiş və 2023-cü ilin mənfəət vergisi həmin yoxlama ilə əhatə olunmuşdur. İddiaçı haqlı olaraq bildirmişdir ki, həmin ildə də eyni qaydada fəaliyyət göstərmiş (daşımanı həyata keçirən şəxslə müqavilə 2022-ci ildə bağlanmışdır) və cavabdeh tərəfindən qeyd olunan qaydada daşıma xərclərinin çəkilməsinə hər hansı etiraz bildirilməmiş və qəbul edilmişdir. Bundan başqa, elektron qaimə fakturalara əsasən 2023-cü il ərzində cəmiyyətin gəliri 8407928.23 manat təşkil etdiyi halda, cavabdeh vergi orqanı tərəfindən 2023-cü il ərzində iddiaçının gəlirlərinin məbləğinin 8681857.83 manat olması qeyd edilmişdir. Lakin iddiaçının gəlirlərinin 8407928.23 manat deyil, 8681857.83 manat olmasına, başqa sözlə 273929.6 manat məbləğində gəlirin mövcudluğuna dair hər hansı sənəd-sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən mübahisələndirilən və Gəncə İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli e-2- 1(114)-3340/2024 nömrəli qərarı ilə ləğv edilən 01 avqust 2024-cü il tarixli 3-21-2-2-20/2- 2013/2024 nömrəli qərar mövcud deyil. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Belə ki, iddiaçı mövcud olmayan qərarı mübahisələndirmiş və məhkəmə tam araşdırma aparmadan mövcud olmayan qərarı ləğv etmişdir. Həmçinin iddiaçı 29 aprel 2024-cü il tarixində təqdim etdiyi 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsinin kameral vergi yoxlaması zamanı bəyannamənin xərclər bölməsinin rezident üzrə nəqliyyat xərci sətrində 2.007.008 manat və malın dəyəri üzrə xərclər sətrində 659.0705,81 manat, cəmi 859.7713,81 manat xərclərinin qeyd edildiyi müəyyən edilmişdir. Vergi orqanında olan baza məlumatlarına əsasən iddiaçının 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinin rezident üzrə nəqliyyat xərci sətrində qeyd edilmiş 2.007.008 manat nəqliyyat xərcini təsdiq edən sənədlərin yəni yükdaşıma qaimələrinin (elektron xərcini təsdiq edən sənədlərin yəni yükdaşıma qaimələrinin (elektron qaimə- fakturaların) 931.191,8 manat nəqliyyat xərcini təsdiq edən sənədlərin olduğu və 1.075.816,2 manat nəqliyyat xərcini təsdiq edən sənədlərin olmadığı müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024cü il tarixli **********836500 nömrəli məktub göndərilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü illin mənfəət vergisi üzrə 215.163,40 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********674600 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinin malın dəyəri sətrində qeyd edilmiş 6.590.705,81 manat malın dəyəri xərcini təsdiq edən sənədlərin yəni qaimələrin (elektron qaimə- fakturaların) 6.136.286,99 manat malın dəyəri xərcini təsdiq edən sənədlərin olduğu və 454.418,82 manat malın dəyəri xərcini təsdiq edən sənədlərin olmadığı müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********682600 nömrəli məktub göndərilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü illin mənfəət vergisi üzrə 90.883,76 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********059200 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Məhkəmə qərarında dəlil olaraq qeyd edir ki, "xxxx" MMC ilə bağlanılmış sement məhsullarının daşınmasına görə alqı-satqı müqaviləsində sifarişçinin (hazırkı iş üzrə iddiaçının) ödəməni həyata keçirməsi hər hansı şərtlə əhatə olunmamış, həmçinin öhdəliklərin məbləği dəqiq müəyyən olunmuşdur. Bu baxımdan, iddiaçı hesablama metodu tətbiq etdiyi və müqavilə üzrə ödəmə öhdəliyi daşıdığı üçün, həmin məbləğin ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin məbləği xərclərdə əks etdirməsi qanunauyğun hesab olunmalıdır. Həmçinin məhkəmə qərarında qeyd edir ki, elektron qaimə fakturalara əsasən 2023-cü il ərzində cəmiyyətin gəliri 8407928.23 manat təşkil etdiyi halda, cavabdeh vergi orqanı tərəfindən 2023-cü il ərzində iddiaçının gəlirlərinin məbləğinin 8681857.83 manat olması qeyd edilmişdir. Lakin iddiaçının gəlirlərinin 8407928.23 manat deyil, 8681857.83 manat olmasına, başqa sözlə 273929.6 manat məbləğində gəlirin mövcudluğuna dair hər hansı sənəd-sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Məhkəmənin qeyd olunan dəlili ilə bağlı bildirilir ki, iddiaçı təqdim etdiyi 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsinin xərclər bölməsində rezident üzrə nəqliyyat xərci ******* manat, malın dəyəri üzrə xərclər hissəsində 6532928.98 manat, digər xərclər 9180.62 manat, nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya xərci 14184.32 manat, bilavasitə malların təqdim edilməsi üzrə 1732.76 manat, rabitə xərcləri 1146.61 manat göstərilmiş cəmi 8228113.29 manat xərclərinin qeyd edildiyi müəyyən edilmişdir. Araşdırmalara və vergi orqanında olan baza məlumatlarına əsasən vergi ödəyicisinin nəqliyyat xərcini təsdiq edən sənədlərin yükdaşıma qaimələrinin (e-qaimə fakturaların) 931191.8 manat olduğu, 737748.2 manat dəyərində nəqliyyat xərcini təsdiq edən sənədlərin olmadığı aşkar edilmişdir. Mənfəət vergisi üzrə aparılmış əlavə araşdırmalara əsasən bəyannamənin xərclər bölməsində malın dəyəri 6532928.98 manat göstərilmiş lakin, vergi orqanında olan baza məlumatlarına əsasən həmin xərcin 396641.99 manat məbləğində sənədlərlə təsdiq edilmədiyi, baza məlumatlarına əsasən digər xərclər üzrə qeyd edilmiş 9180.62 manat, nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya xərci 14184.32 manat, bilavasitə malların təqdim edilməsi üzrə 1732.76 manat, rabitə xərcləri 1146.61 manat cəmi 1160634.5 manat dəyərində xərclərin təsdiqini tapmadığı müəyyən edilmişdir. Araşdırmalara əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü il üzrə ƏDV bəyannamələrinə əsasən vergiyə cəlb edilən dövriyyənin 8681857.83 manat olduğu müəyyən edilmiş lakin, mənfəət vergisi bəyannaməsində dövriyyə 8407928.23 manat göstərildiyindən 273929.60 manat kənarlaşma aşkar edilmişdir. Yaranmış uyğunsuzluqlarla bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********168700 nömrəli uyğunsuzluq məktubu göndərilmiş lakin, 5 iş günü ərzində əsaslandırılmış izahat məktubu və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyi üçün kameral vergi yoxlaması ilə 286912.82 manat əlavə vergi hesablanaraq kənarlaşmalar aradan qaldırılmış və İdarənin xx.xx.2024-cü il tarixli, 3-21-2-20/2-2013- 2024 nömrəli Qərarı göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: - Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları: 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. və 24.1.2. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur. Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları: 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir.[390] Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 108. Gəlirin əldə edilməsi ilə bağlı xərclər: 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Maddə 136. Hesablama metodundan istifadə edilərkən xərcin çəkilməsi vaxtı: 136.1. Vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. 136.2. Bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı:
5. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edilir. “İnzibati icraat haqqında” Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instasniya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı tikinti materiallarının topdan satışı ilə məşğuldur. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 08/2022 saylı alqı-satqı müqaviləsinin şərtlərinə əsasən 2023-cü il ərzində “X4 Zavodu” MMC-dən aldığı 66.757,6 ton sement məhsulunun Qazax rayonundan Bakı şəhərinə daşınması üçün iddiaçının "xxxx" MMC 1 668 940 manat borcu yaranmışdır (borc məbləği hər ikisi tərifdən təsdiqlənmişdir). Hazırkı iş üzrə tərəflər arasında yaranmış mübahisənin mahiyyəti qeyd olunan sement məsullarının daşınması ilə bağlı çəkilən xərclərdən ibarətdir. Belə ki, cavabdeh inzibati orqan iddiaçıya aid olan daşınma xərclərini nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, "xxxx" MMC ilə bağlanılmış sement məhsullarının alqısatqı müqavilələrində belə daşımaların həyata keçirilməsinin dəyərinin ödənilməsi məhz iddiaçının üzərinə qoyulmuşdur və qarşılıqlı üzləşmə aktı ilə iddiaçı öhdəliklərini qəbul etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 136.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt xərcin çəkilməsi vaxtı sayılır: 136.1.1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının vergi uçotunu hesablama metodu ilə həyata keçirir və 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsini də hesablama metodu ilə təqdim etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası bildirir ki, iddiaçı "xxxx" MMC ilə alqı-satqı müqaviləsi bağlamış və sement məhsullarının daşınmasına görə xərclərin çəkilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Həmin müqaviləyə əsasən iddiaçının ödəməni həyata keçirməsi xüsusi bir şərtlə şərtləndirilməmiş, ödəniləcək məbləğ də müəyyən edilmişdir. Bu hal isə iddiaçı tərəfindən çəkilmiş xərclərin tanınması və qəbul olunması üçün kifayər qədər əsaslıdır. Ona görə də iddiaçının həmin məbləği öz xərclərində əks etdirməsi qanuni olmuşdur. Bununla yanaşı kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının 2023-cü il üzrə mənfəət vergisi yoxlaması aparan zamanı iddiaçının eyni qaydada fəaliyyət göstərərək, eyni qaydada daşıma xərclərini göstərməsinə etiraz etmədən qəbul etmişdir. Lakin hazırda cavabdehin iddiaçıya münasibətdə fərqli praktika (iddiaçının ziyanına) sərgiləməsi qəbul edilən sayıla bilməz. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş bərabər yanaşma prinsipinin tələbinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Bu zaman həmçinin istinad olunan Qanunun 13-cü maddəsinin etimad hüququnun qorunması ilə bağlı tələbi də nəzərə alınmalıdır. Belə ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Bundan başqa cavabdeh apellyasiya şikayətinin dəlillərində bildirimişdir ki, birinci instansiya məhkəməsinin qərarı ilə ləğv edilən 01 avqust 2024-cü il tarixli 3-21-2-2-20/2- 2013/2024 nömrəli qərar mövcud deyil. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Belə ki, iddiaçı mövcud olmayan qərarı mübahisələndirmiş və məhkəmə tam araşdırma aparmadan mövcud olmayan qərarı ləğv etmişdir. Məhkəmə kollegiyası həmin dəlilə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə ləğv edilməsi göstərilən qərar “01 avqust 2024-cü il tarixli 3-21-2- 2-20/2-2013/2024 nömrəli” qərar deyil, məhz “01 avqust 2024-cü il tarixli 3-21-2-20/2- 2013/2024 nömrəli” qərar olmuşdur. Cavabdehin şikayətin dəlillərində qeyd etdiyi qərar birinci instansiya məhkəməsinin iddia tələbinin dəqiqləşdirilməsilə bağlı xx.xx.2024-cü il tarixdə qəbul etdiyi qərardadda qeyd olunmuşdur. Bununla bağlı kollegiya xüsusi olaraq bildirir ki, həmin hal texniki səhv nəticəsində baş vermiş və sözügedən qərardadla hər hansı qərarın ləğv edilməsi nəzərdə tutulmamışdır. Nəzərə almaq lazımdır ki, mübahisələndirilən inzibati aktın ləğvi birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında öz əksini tapmış və ləğvi nəzərdə tutulan inzibati aktın tarixi, nömrəsi düzgün qeyd olunmuşdur. Buradan da göründüyü kimi cavabdehin apellyasiya şikayətinin dəlillərində irəli sürmüş olduğu arqumenti faktiki hallarla ziddiyyət təşkil etməklə öz mahiyyətini itirmiş olur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3340/2024 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.