Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-152/2025 05.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qərarın ləğv edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X3, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1271/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı MMC-yə xx.xx.2010-cu il tarixdə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə, vergi ödəyicisi kimi 14 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır.
2. İddiaçı MMC ilə X4 arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmış və xx.xx.2022-ci il taixdə müddət bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqının məbləği 670 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
3. İddiaçı MMC ilə X12 arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmış və xx.xx.2022-ci il taixdə müddət bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqı 400 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
4. İddiaçı MMC ilə X28 arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmış və xx.xx.2022-ci il taixdə müddət bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqı 600 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
5. İddiaçı MMC ilə X23 arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmış və xx.xx.2022-ci il taixdə müddət bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqı 350 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
6. İddiaçı MMC ilə X16 arasında xx.xx.2021-ci il tarixli müddətsiz əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqı 670 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
7. İddiaçı MMC ilə X9 arasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsi bağlanmış və xx.xx.2022-ci il taixdə müddət bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqı 613 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
8. İddiaçı MMC ilə X18 arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmış və xx.xx.2022-ci il taixdə müddət bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqı 350 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
9. İddiaçı MMC ilə X32 arasında xx.xx.2016-cı il tarixli müddətsiz əmək müqaviləsi bağlanmış və müqavilədə aylıq əmək haqqı 1200 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
10. İddiaçı MMC ilə X24 arasında xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bağlanmış və xx.xx.2019-cu il taixdə müddət bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqı 370 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
11. İddiaçı MMC ilə X10 arasında xx.xx.2020-ci il tarixli müddətsiz əmək müqaviləsi bağlanmış və müqavilədə aylıq əmək haqqı 500 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
12. İddiaçı MMC ilə X13 arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanmış və xx.xx.2023-cü il taixdə müddət bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqı 400 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
13. İddiaçı MMC ilə Fasıh Gholamreza arasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsi bağlanmış və xx.xx.2019-cu il taixdə müddət bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqı 655 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
14. İddiaçı MMC ilə X19 arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmış və xx.xx.2023-cü il taixdə müddət bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqı 400 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
15. İddiaçı MMC ilə X11 arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmış və xx.xx.2023-cü il taixdə müddət bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqı 350 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
16. İddiaçı MMC ilə X2 arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmış və xx.xx.2023-cü il taixdə müddət bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqı 500 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
17. İddiaçı MMC ilə X7 arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmış və xx.xx.2023-cü il tarixdə müddət bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqı 500 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
18. İddiaçı MMC ilə X5 arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmış və xx.xx.2023-cü il taixdə müddət bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqı 350 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
19. İddiaçı MMC ilə X14 arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanmış və xx.xx.2023-cü il taixdə müddət bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqı 400 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
20. İddiaçı MMC ilə Laylabaşova Alfina Mahmud qızı arasında xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlanmış və xx.xx.2023-cü il taixdə müddət bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilədə aylıq əmək haqqı 350 manat, əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir.
21. İddiaçı MMC tərəfindən 2023-cü ilin 3-cü rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi təqdim edilmiş və bəyannamə hesabatında 2023-cü ilin 3-cü rübünün 1-ci, 2-ci və 3-cü ayları üzrə işçilərin faktiki iş günlərinin sayı, həmin günlərə müvafiq hesablanmış əmək haqqı, işçinin işləmədiyi günlərin səbəbi (işçinin ödənişsiz məzuniyyətdən istifadə etməsi, əmək müqaviləsinə xitam verilməsi və s.), işçilərinin ümumi sayı ilə yanaşı faktiki işə cəlb olunan işçilərin sayı qeyd edilmişdir.
22. 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC-yə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********264200 saylı uyğunsuzluq məktubu göndərilərək, MMC tərəfindən 2023-cü ilin 3-cü rübü üzrə təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin kameral vergi yoxlaması zamanı 902-ci Gəlirlər sətrinin 1ci ayı üzrə göstərilmiş 3.716,95 manat gəlirin məbləği, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 10.208,00 manat gəlir məbləğindən 6.491,05 manat az, 2-ci ayı üzrə göstərilmiş 3.229,86 manat gəlirin məbləği, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 9.553,00 manat gəlir məbləğindən 6.723,14 manat az və 3-cü ayı üzrə göstərilmiş 3.446,38 manat gəlirin məbləği, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 9.953,00 manat gəlir məbləğindən 6.506,62 manat az əks etdirildiyi müəyyən edilmişdir.
23. “X37 Kompleksi" MMC tərəfindən vergi orqanına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, uyğunsuzluq məktubunda qeyd edilən kənarlaşmanın əsas səbəbi müəssisənin fəaliyyətinin məhdudluğu ilə bağlı işə cəlb olunan işçilərin faktiki iş günlərinin az olması və bu səbəbdən onlara hesablanmış əmək haqqı məbləğlərinin də az olması ilə bağlıdır. Bu hallarla bağlı dəfələrlə kameral hesablamalara məruz qaldıqları üçün bütün işçilərlə bağlanmış əmək müqavilələri xitam olunmuş və işçilər işdən azad olunmuşdur. Misal üçün, əmək müqaviləsi ilə işə qəbul olunmuş Fasih Gholamrezanın qeyd edilən dövrdə portalda əmək müqaviləsi aktiv olsa da, onun iş icazəsi 2021-ci ilin sonundan bitdiyi üçün ona heç bir əmək haqqı və əmək haqqından sosial ayırmalar hesablanmır. ƏƏSMN-in Əmək müqaviləsi bildirişi bazasında qeyd edilən vəzifə maaşları ilə sosial ayırmaların hesablanması düzgün deyil. Çünki işçilərin əmək haqqı və ondan hesablanmış sosial ayırmalar faktiki iş günləri üzrə müəyyən olunur. xx.xx.2023-cü il tarixdə təqdim edilmiş bəyannamədə qeyd olunan işçi sayı və əmək haqqı məbləği müəssisənin faktiki fəaliyyəti üzrə göstəriciləridir. Odur ki, təqdim edilmiş bəyannamənin nəzərə alınması xahiş edilmişdir.
24. 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli, **********193400 saylı qərarına əsasən “X37 Kompleksi" MMC-yə 2023-cü ilin 3-cü rübü üzrə 5.916,25 manat əlavə vergi hesablanmışdır.
25. İddiaçı MMC-yə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********691700 saylı uyğunsuzluq məktubu göndərilmişdir.
26. İddiaçı MMC tərəfindən vergi orqanına ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, uyğunsuzluq məktubunda qeyd edilən kənarlaşmanın əsas səbəbləri barədə məlumat təqdim edilmiş bəyannamənin işçinin işləmədiyi günlər xanasında (məzuniyyət, xəstəlik, xitam və s.) təqdim olunmuşdur. Belə ki, oktyabr ayı üzrə müəssisənin əmək müqaviləsi üzrə ümumi işçi sayı 17 nəfər olsa da, faktiki iş günlərinin sayına münasibətdə işə cəlb olunan işçilərin sayı 13 nəfər, noyabr-dekabr ayları üzrə əmək müqaviləsi üzrə ümumi işçi sayı 6 nəfər olsa da, faktiki olaraq 2 nəfər işə cəlb olunmuşdur. Hesabatda da qeyd edildiyi kimi, iş günləri olmadığı üçün digər şəxslərə əmək haqqı hesablanmamışdır. ƏƏSMN-in Əmək müqaviləsi bildirişi bazasında qeyd edilən vəzifə maaşları ilə sosial ayırmaların hesablanması düzgün deyil. Çünki bütün hesablamalar işçilərin faktiki iş günlərinə uyğun olaraq aparılır. Misal olaraq, əmək müqaviləsi ilə işə qəbul edilmiş X25 oktyabr ayının 6-dan xəstəxanada olmaqla, bir gün belə işə gəlməmişdir. O, əməliyyat olunduğu üçün ayağında cərrahi əməliyyat aparılmış, daha sonra isə əlillik statusu almışdır. Odur ki, təqdim edilmiş bəyannamənin nəzərə alınması xahiş edilmişdir.
27. 14 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı MMC-yə ünvanladığı məlumatın nəzərə alınması barədə xx.xx.2024-cü il tarixli, **********550700 nömrəli məktubunda bildirilmişdir ki, müraciətdə qeyd olunan məlumatlar 2023-cü ilin 4-cü rübü üzrə tərəflərindən təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin (hesabatının) kameral yoxlanılması zamanı nəzərə alınmışdır.
28. Məhkəmənin sorğusuna 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, **********193800 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı (VÖEN: **********) MMC tərəfindən 2023-cü ilin 3-cü rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin (hesabatının) faktiki iqtisadi göstəricilərinə və ƏƏSMN-nin əmək müqaviləsi bildirişi bazasına uyğun olaraq təqdim edilmədiyi üçün yaranmış kənarlaşma barədə cəmiyyətə vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli, **********536800 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Vergi Məcəlləsinin 67.6-cı maddəsinə əsasən 2023cü ilin 3-cü rübü üzrə vergi orqanı tərəfindən MDSS haqlarının hesablanması zamanı ƏƏSMN-in Əmək müqaviləsi bildirişi bazası üzrə mövcud olan məlumatlar əsas götürülərək hesablama aparılmış və bu barədə vergi orqanının xx.xx.2023-cü il tarixli, **********193400 nömrəli Qərarı cəmiyyətə göndərilmişdir. Əlavə olaraq bildiririk ki, İddiaçı (VÖEN: **********) MMC-nin 2023-cü ilin 3-cü rübü ərzində ƏƏSMN-nin əmək müqaviləsi bildirişi bazası üzrə mövcud olmuş 19 nəfər işçiyə əmək haqlarının ödənilib-ödənilməməsi barədə vergi orqanının uçot-baza məlumatlarında hər hansı bir məlumat mövcud deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
29. İddiaçı MMC cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Mənsimlinin hərəkətlərinin qeyri-qanuni hesab edilərək, İddiaçı MMC barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə” xx.xx.2023-cü il tarixli, **********193400 saylı qərarının ləğv edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Mənsimlinin qeyri-qanuni hərəkətləri nəticəsində İddiaçı MMCyə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilərək İddiaçı MMC-yə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
30. Tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Mənsimli İddiaçı MMC barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə” xx.xx.2023-cü il tarixli, **********193400 saylı qərar qəbul etmişdir. Qərara əsasən 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən aparılan kameral yoxlama nəticəsində müəssisənin Vergi Xidmətinə təqdim etdiyi bəyannamə üzrə hesablanmış 3.117,97 manat sosial sığorta və işsizlik sığortası əvəzinə, Vergi Xidməti 9.034,22 manat, yəni 5.916,25 manat əlavə hesablama etmişdir. Dəfələrlə müraciət etmələrinə baxmayaraq hər hansı bir əsas olmadan hesablanmış artıq 5.916,25 manatın ləğv edilməsi həyata keçirilməmişdir. Belə ki, müəssisənin fəaliyyətinin məhdudluğu ilə bağlı işə cəlb olunan işçilərin faktiki iş günlərinin az olması və bu səbəbdən onlara hesablanmış əmək haqqı məbləğlərinin də az olması ilə bağlıdır. Fəaliyyət olmadığı üçün bütün işçilərlə bağlanmış əmək müqavilələri xitam olunmuş və işçilər işdən azad olunmuşdur. Misal olaraq bir faktı qeyd edir ki, əmək müqaviləsi ilə işə qəbul olunmuş Fasıh Gholamrezanın qeyd olunan dövrdə portalda əmək müqaviləsi aktiv olsa da, onun iş icazəsi 2021-ci ilin sonunda bitdiyi üçün ona heç bir əmək haqqı və əmək haqqından olan sosial ayırmalar hesablanmır. Əmək və Əhalinin Sosial Sosial Müdafiəsi Nazirliyinin bazasında qeyd olunan vəzifə maaşları ilə sosial ayrılmaların hesablanması təbii ki, düzgün deyil. Çünki işçilərin əmək haqqı və ondan hesablanmış sosial ayırmalar faktiki iş günləri üzrə müəyyən olunur. Tərəflərindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş bəyannamədə qeyd olunan işçi sayı və əmək haqqı məbləği müəssisənin faktiki fəaliyyəti üzrə göstəriciləridir. Hesab edirlər ki, Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Mənsimlinin qeyri-qanuni hərəkətlərinə son qoyulmalı, xx.xx.2023-cü il tarixli, **********193400 saylı qərar ləğv edilməli, artıq hesablanmış 5.916,25 manat şəxsi hesab vərəqəsindən silinməlidir. Eyni zamanda mütəmadi olaraq şirkətin fəaliyyətinə müdaxilələr nəticəsində hesablaşma hesablarından əməliyyatlara qoyulmuş sərəncamlar şirkətə 2022-2023-cü illər ərzində ziyan vurduğundan vəzifəli şəxs cavabdeh Zaur Mənsimlidən dəymiş ziyanın məbləği müəyyən edilərək şirkətə ödənilməsinə dair qərar qəbul edilməlidir .
31. İddiaçı MMC məhkəməyə ərizə ünvanlayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Mənsimlinin hərəkətlərinin qeyri-qanuni hesab edilərək, İddiaçı MMC barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə” xx.xx.2023-cü il tarixli, **********193400 saylı qərarının ləğv edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Mənsimlinin qeyri-qanuni hərəkətləri nəticəsində İddiaçı MMC-yə dəymiş 4.000.000 (dörd milyon) manat maddi ziyanın İddiaçı MMC-yə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və xx.xx.2024-cü il tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
32. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı dəymiş 4.000.000 (dörd milyon) manat maddi ziyanın ödənilməsi tələbinə dair iş İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə” xx.xx.2023-cü il tarixli, **********193400 saylı qərarının ləğv edilməsi tələbinə dair işdən ayrıca icraata ayrılmışdır.
33. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən İddiaçı xx.xx.2010-cu il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, həmin tarixdə əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “Buğdanın becərilməsi”ndən ibarət olduğu, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 164 kv.m. olan “Restoran” adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********- 15001), Ağstafa rayonu, Vurğun ŞTQ ünvanda yerləşən ümumi sahəsi 3530.2 kv.m. olan İddiaçı adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********- 36001), Ağstafa rayonu, Vurğun ŞTQ ünvanda yerləşən ümumi sahəsi 21703 kv.m. olan “AQROPARK YEMƏKXANA” adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********-36002) və ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 70 kv.m. olan “AQROMARKET” adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********-36003) uçotda olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi İddiaçı tərəfindən 2023-cü ilin 3-cü rübü üzrə təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin kameral vergi yoxlaması zamanı 902-ci “Gəlirlər” sətrinin 1-ci ayı üzrə göstərilmiş 3.716,95 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 10.208,00 manat gəlir məbləğindən 6.491,05 manat az, 2-ci ayı üzrə göstərilmiş 3.229,86 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 9.953,00 manat gəlir məbləğindən 6.723,14 manat az və 3-cü ayı üzrə göstərilmiş 3.446,38 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 9.953,00 manat gəlir məbləğindən 6.506,62 manat az əks etdirildiyi müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar İddiaçınə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********26420 saylı məktub göndərilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən kənarlaşmaların səbəbi barədə müvafiq izahat, uyğunsuzluq məktubunda qeyd olunan sənədlər və dəqiqləşdirilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannaməsi müəyyən edilmiş müddətdə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü ilin 3-cü rübü üzrə ümumilikdə 5.916,25 manat əlavə MDSS, işsizlik və İTS məbləğləri hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********193400 saylı qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir.
34. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X15 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, bildirmişdir ki, cavabdeh orqanın və DVX-nin digər səlahiyyətli orqanlarının bir sıra qərəzli hərəkətləri nəticəsində iddiaçı Cəmiyyətin fəaliyyətinə məhdudiyyət yaradıldığından işçilər tam ay boyunca işdə olmamışlar. İşçilərin işə cəlb olunduqları günlər üzrə əmək haqqı ödənilmişdir. Yəni, işçinin əmək müqaviləsində onun aylıq əmək haqqı əks olunmuş, lakin əməyin ödənilməsi norması kimi vaxtamuzd qeyd edilmiş və buna görə də faktiki əməyə cəlb olunduqları vaxta (günə) uyğun olaraq onlara əmək haqqı ödənilmiş, ödənilmiş əmək haqqına münasibətdə də MDSS, İTS və işsizlikdən sığorta haqları hesablanmışdır. Bu barədə bəyannamə hesabatında hər biri ayrılıqda qeyd edilməsinə baxmayaraq, vergi orqanı həmin məbləği deyil, işçilərin əmək müqaviləsində qeyd edilmiş aylıq əmək haqqı məbləğini əsas götürməklə, əlavə MDSS, İTS və işsizlikdən sığorta haqları hesablamışdır. Halbuki, işçilərə həmin məbləğlərdə ödəniş edilməmişdir. Cavabdeh orqan 2023-cü ilin 4-cü rübü üzrə eyni halı (işçilərə faktiki iş günlərinə görə ödənilmiş əmək haqlarına uyğun olaraq ödənilmiş MDSS, İTS və işsizlikdən sığorta haqlarını) məktub əsasında nəzərə alsa da, həmin ilin 3cü rübü üzrə həmin halı nəzərə almaqdan imtina edir. Odur ki, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
35. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X8 iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir.
36. Gəncə İnzibati Məhkəməsinin (hakim G.Əliyeva) xx.xx.2024-cü il tarixli, 2-1(114)- 1271/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli, **********193400 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.
37. Məhkəmə hesab etmişdir ki, “Sosial sığorta haqqında” Qanunun 14.2-ci maddəsinə görə, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edildiyinə görə ödənilməyən əmək haqqına görə məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqlarının hesablanması əsassız sayılmalıdır. Digər tərəfdən, cavabdeh vergi orqanı tərəfindən eyni mühüm faktiki hallara dair rüblər üzrə müxtəlif qərarlar qəbul edilmiş və fərqli yanaşmanın səbəbləri əsaslandırılmamış, o cümlədən “ağlabatan mütənasiblik” meyarına uyğunluğuna dair dəlillər gətirilməmişdir ki, bu da inzibati icraat haqqında qanunvericiliyin tələblərinə zidd olmuşdur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
38. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1271/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
39. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunun tələblərini pozmuşdur. Belə ki, məhkəmə qərarında dəlil olaraq qeyd edilir ki, cavabdeh vergi orqanı iddiaçı Cəmiyyət tərəfindən təqdim edilmiş 2023-cü ilin 3-cü rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi məlumatlarını deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş məlumatları əsas götürmüş, yəni iddiaçının istinad etdiyi halları faktiki işə cəlb olunan işçilərə cəlb olunduqları günlərə görə ödənilmiş əmək haqqına münasibətdə hesablanmış MDSS, İTS və işsizlikdən sığorta haqlarının məbləği ilə razılaşmamışdır. Lakin eyni hal üzrə iddiaçı Cəmiyyətin təqdim etdiyi 2023-cü ilin 4-cü rübü üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi məlumatlarını qəbul etmişdir. Məhkəmənin qeyd olunan dəlili ilə bağlı bildiririk ki, İddiaçı 2023-cü ilin 3-cü rübü üzrə təqdim etdiyi “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 902-ci “Gəlirlər” sətrinin 1-ci ayı üzrə göstərilmiş 3716.95 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 10208.00 manat gəlir məbləğindən 6491.05 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır. “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 901-ci “İşçilərin ümumi sayı” sətrinin 2-ci ayı üzrə göstərilmiş 16.00 nəfər işçi sayı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 19 nəfər işçi sayından 3.0 nəfər az əks etdirildiyinə görə kənarlaşma yaranmışdır. “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 902-ci “Gəlirlər” sətirinin 2-ci ayı üzrə göstərilmiş 3229.86 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 9953.00 manat gəlir məbləğindən 6723.14 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır. “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 901-ci “İşçilərin ümumi sayı” sətirinin 3-cü ayı üzrə göstərilmiş 16 nəfər işçi sayı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 19 nəfər işçi sayından 3.0 nəfər az əks etdirildiyinə görə kənarlaşma yaranmışdır. “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı )”nda 902-ci “Gəlirlər” sətirinin 3-cü ayı üzrə göstərilmiş 3446.38 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 9953.00 manat gəlir məbləğindən 6506.62 manat az eks etdirildiyi üçün kənarlaşma yaranmışdır. Oncəliklə bildiririk ki, məhkəmə sübutların qiymətləndirilməsi standartını düzgün seçməmiş, inzibati məhkəmə icraatının mahiyyətinə və prinsiplərinə uyğun olmayan sübutların üstünlüyü sübutetmə standartı üzrə sübutların qiymətləndirməsini həyata keçirmişdir. Birmənalı olaraq maddi və prosessual hüquq normalarının pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən hesab edirik ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır.
b). Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
40. İddiaçı MMC tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
41. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1271/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etdi.
42. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X15 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğundan təmin edilməməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1271/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq normaları
43. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Maddə 2.2. Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 11. Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Maddə 15.1.3. Vergi qanunları ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək, 15.1.7. Vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək vergi ödəyicisinin hüquqlarıdır. Maddə 16.1.1 və 16.1.3. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
44. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11. Sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. Maddə 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Maddə 14.3.1. Sığortaedən tərəfindən ödənilən sığorta haqqı – hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi dərəcəsi ilə ödənilir. Maddə 14.6. Bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Maddə 21. Məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları sığortaedənlər barəsində maliyyə sanksiyaları tətbiq etmək hüququna malikdirlər.
45. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
46. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
47. İPM-in 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
48. İPM-in 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
49. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
50. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
51. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
52. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
53. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
54. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
55. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
56. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
57. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddiadır.
58. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
61. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2010-cu il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış, həmin tarixdə əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınmışdır. MMC-nin əsas fəaliyyət növü “Buğdanın becərilməsi”ndən ibarətdir. Cavabdeh inzibati orqan vergi ödəyicisi İddiaçı tərəfindən 2023-cü ilin 3-cü rübü üzrə təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamə”sinin kameral vergi yoxlaması zamanı 902-ci “Gəlirlər” sətrinin 1-ci ayı üzrə göstərilmiş 3.716,95 manat gəlirin məbləğinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 10.208,00 manat gəlir məbləğindən 6.491,05 manat az, 2-ci ayı üzrə göstərilmiş 3.229,86 manat gəlirin məbləğinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 9.953,00 manat gəlir məbləğindən 6.723,14 manat az və 3-cü ayı üzrə göstərilmiş 3.446,38 manat gəlirin məbləğinin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 9.953,00 manat gəlir məbləğindən 6.506,62 manat az əks etdirildiyini əsas gətirərək, qeyd edilən kənarlaşma ilə əlaqədar İddiaçınə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********26420 saylı məktub göndərmişdir. Daha sonra vergi ödəyicisi tərəfindən kənarlaşmaların səbəbi barədə müvafiq izahat, uyğunsuzluq məktubunda qeyd olunan sənədlər və dəqiqləşdirilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannaməsi müəyyən edilmiş müddətdə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü ilin 3-cü rübü üzrə ümumilikdə 5.916,25 manat əlavə MDSS, işsizlik və İTS məbləğləri hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********193400 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş qərarla razılaşmadığı üçün hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
62. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmetini cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********193400 nömrəli qərarın qanuniliyinin yoxlanılması təşkil edir.
63. Məhkəmə kollegiyası ilk əvvəl qeyd edir ki, Vergi Məcəlləsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergilərin büdcədən yayındırılmasının qarşısının alınması (eləcə də vergilərin hesablanması) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir. Həmin səlahiyyətlərlə əhatə olunan tədbirlər kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasından ibarətdir. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını dəqiq tənzimləmiş və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən qərar qəbul edilən zaman cavabdeh inzibati orqanın qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərindən düzgün istifadə etməsi, qəbul etdiyi qərarını əsaslandırması, ümümiyyətlə müvafiq yoxlama tədbirini həyata keçirərkən qanunvericilikdə nəzərdə tutulan müddəaların tələblərinə əməl etməsi iş materialları ilə təsdiq olunmur.
64. İş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə 2023-cü ilin 3-cü rübü üzrə ümumilikdə 5.916,25 manat məbləğində əlavə hesablama aparılmışdır. Cavabdeh iddia etmişdir ki, İddiaçı MMC tərəfindən 2023-cü ilin 3-cü rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin (hesabatının) faktiki iqtisadi göstəricilərinə və ƏƏSMN-nin əmək müqaviləsi bildirişi bazasına uyğun olaraq təqdim edilmədiyi üçün, hesablanmış məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması qanunauyğundur. Yəni, iddiaçı Cəmiyyət işçilərin faktiki işə cəlb olunduqları günlər üzrə onlara əmək haqqı hesablayaraq, ödəmiş və həmin məbləğlərə münasibətdə də MDSS, İTS və işsizlikdən sığorta haqları hesablayaraq, təqdim etdiyi bəyannamədə də həmin formada qeyd etmişdir. Cavabdeh vergi orqanı isə həmin məbləği deyil, ƏƏSMN-nin əmək müqaviləsi bildirişi bazasına uyğun olaraq işçilərin əmək müqaviləsində qeyd edilmiş aylıq əmək haqqı məbləğini əsas götürməklə, əlavə MDSS, İTS və işsizlikdən sığorta haqları hesablamışdır.
65. Mübahisəyə dair iş üzrə materiallarda olan 14 saylı Ərazi Vergilər İdarəsinin məhkəmənin müvafiq sorğusuna verdiyi xx.xx.2024-cü il tarixli, **********193800 nömrəli cavab məktubuna əsasən, İddiaçı (VÖEN: **********) MMC-nin 2023-cü ilin 3-cü rübü ərzində ƏƏSMN-nin əmək müqaviləsi bildirişi bazası üzrə mövcud olmuş 19 nəfər işçiyə əmək haqlarının ödənilib-ödənilməməsi barədə vergi orqanının uçot-baza məlumatlarında hər hansı bir məlumat mövcud deyildir.
66. Məhkəmə kollegiyası qeyd edir ki, “Sosial sığorta haqqında” Qanunun 14.2-ci maddəsinə görə, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edildiyinə görə ödənilməyən əmək haqqına görə məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqlarının hesablanması əsassız sayılmalıdır.
67. Məhkəmə kollegiyası qeyd edir ki, ƏƏSMN-in Əmək müqaviləsi bildirişi bazasında aktiv əmək müqavilələrinin olması, heç də bütün hallarda həmin işçilərə görə hər ay əmək haqqı ödənildiyi mənasına gəlmir. Belə ki, Əmək Məcəlləsinə görə işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir (Maddə 157.1). İş materiallarında olan əmək müqavilələrindən görünür ki, işçilərlə bağlanmış əmək müqaviləsində əməyin ödənilməsi forması vaxtamuzd müəyyən edilmişdir. Əmək haqqının vaxtamuzd ödəniş sistemində əmək haqqı işlənilmiş müəyyən vaxtın miqdarına görə ödənilir. Yəni, işçi müvafiq ayda bəzi iş günlərini işləməyibsə, işçiyə hesablanan əmək haqqı müvafiq ayda işlədiyi günlərinin sayına görə hesablanır.
68. Hazırkı işin hallarına münasibətdə də qeyd edilməlidir ki, iddiaçı tərəfindən aktiv əmək müqaviləsi olan işçilərinin hamısına deyil, yalnız faktiki işə cəlb olunan işçilərinə görə və onların işlədiyi günlərin sayına uyğun olaraq əmək haqqı ödənilmişdir. Başqa sözlə, əmək haqqı fondu faktiki işə cəlb olunan işçilərə münasibətdə formalaşdırılmış və müvafiq ödənişlər də faktiki əmək haqqı ödənilən şəxslərə münasibətdə hesablanaraq ödənilmişdir.
69. Buna baxmayaraq vergi orqanı məcburi dövlət sosial sığorta haqlarını iddiaçı tərəfindən faktiki işə cəlb olunan işçilərinə ödənilmiş əmək haqqına uyğun deyil, ƏƏSMNin Əmək müqaviləsi bildirişi bazasında aktiv əmək müqavilələrinə görə hesablayaraq kənarlaşma olduğunu müəyyən edərək iddiaçı barəsində hazırda mübahisələndirilən qərarı qəbul etmişdir.
70. Digər tərəfdən, işin müəyyən edilmiş hallarına görə, cavabdeh vergi orqanı iddiaçı Cəmiyyət tərəfindən təqdim edilmiş 2023-cü ilin 3-cü rübü üzrə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi” məlumatlarını deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş məlumatları əsas götürmüş, yəni iddiaçının istinad etdiyi halları – faktiki işə cəlb olunan işçilərə cəlb olunduqları günlərə görə ödənilmiş əmək haqqına münasibətdə hesablanmış MDSS, İTS və işsizlikdən sığorta haqlarının məbləği ilə razılaşmamışdır. Lakin eyni hal üzrə iddiaçı Cəmiyyətin təqdim etdiyi 2023-cü ilin 4-cü rübü üzrə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi” məlumatlarını qəbul etmişdir.
71. Belə ki, bəyannamədən sonra vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********691700 saylı uyğunsuzluq məktubu göndərilsə də, “X37 Kompleksi" MMC tərəfindən yeni bəyannamə təqdim edilməmiş, yalnız vergi orqanına xx.xx.2024-cü il tarixli məktub ünvanlanaraq bildirilmişdir ki, uyğunsuzluq məktubunda qeyd edilən kənarlaşmanın əsas səbəbləri barədə məlumat təqdim edilmiş bəyannamənin işçinin işləmədiyi günlər xanasında (məzuniyyət, xəstəlik, xitam və s.) təqdim olunmuşdur. Belə ki, oktyabr ayı üzrə müəssisənin əmək müqaviləsi üzrə ümumi işçi sayı 17 nəfər olsa da, faktiki iş günlərinin sayına münasibətdə işə cəlb olunan işçilərin sayı 13 nəfər, noyabrdekabr ayları üzrə əmək müqaviləsi üzrə ümumi işçi sayı 6 nəfər olsa da, faktiki olaraq 2 nəfər işə cəlb olunmuşdur. Hesabatda da qeyd edildiyi kimi, iş günləri olmadığı üçün digər şəxslərə əmək haqqı hesablanmamışdır. ƏƏSMN-in Əmək müqaviləsi bildirişi bazasında qeyd edilən vəzifə maaşları ilə sosial ayırmaların hesablanması düzgün deyil. Çünki bütün hesablamalar işçilərin faktiki iş günlərinə uyğun olaraq aparılır. Misal olaraq, əmək müqaviləsi ilə işə qəbul edilmiş X25 oktyabr ayının 6-dan xəstəxanada olmaqla, bir gün belə işə gəlməmişdir. O, əməliyyat olunduğu üçün ayağında cərrahi əməliyyat aparılmış, daha sonra isə əlillik statusu almışdır. Odur ki, təqdim edilmiş bəyannamənin nəzərə alınması xahiş edilmiş və müraciətdə qeyd olunan məlumatlar 2023-cü ilin 4-cü rübü üzrə tərəflərindən təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin (hesabatının) kameral yoxlanılması zamanı nəzərə alınmışdır (14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, **********550700 nömrəli məktubu).
72. Göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən eyni mühüm faktiki hallara dair rüblər üzrə müxtəlif qərarlar qəbul edilmiş və fərqli yanaşmanın səbəbləri əsaslandırılmamış, o cümlədən “ağlabatan mütənasiblik” meyarına uyğunluğuna dair dəlillər gətirilməmişdir ki, bu da inzibati icraat haqqında qanunvericiliyin tələblərinə ziddir.
73. Odur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə qanunidir. Apellyasiya icraatı zamanı birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
74. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1271/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.