Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-153/2024 14.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi ilə, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-813/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Gədəbəy rayonu Arıqıran kənd X18 Komissiyasının 26 may 1998-ci il tarixli 10 nömrəli protokolunun məzmununa əsasən X19 Komissiyasının xx.xx.1998-ci il tarixli qərar ilə “Spornı” sahəsində sabiq Fizuli adına kolxoza məxsus olmuş mal tövləsi və çoban olaçağının qiymətləndirilməsinə dair xx.xx.1998-ci il tarixli aktın təsdiq edilməsi, həmin akta əsasən mal tövləsi 973107 manata, çoban olacağı 130680 manata, cəmi ******* manata Arıqıran kənd sakini X2 şəxsi mülkiyyətinə verilməsi qərara alınmışdır. Surəti iş matiallarına əlavə edilmiş AZ-İ№689797 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Surəti iş materiallarına əlavə edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, X9 vərəsəsi İddiaçıdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********81 saylı məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gədəbəy rayonu Arıqıran kəndi “Spornı” sahəsində yerləşən mal tövləsi və çoban olacağının özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy rayonu Arıqıran kəndi, “Spornı” sahəsində yerləşən sahəsi 413 kv.m olan mal tövləsi və 32 kv.m olan çoban olacağı (cəmi 445 kv.m) Gədəbəy rayonu Arıqıran kənd X18 Komissiyasının 26 may 1998-ci il tarixli 10 nömrəli protokolu əsasında atası X2 mülkiyyətinə verilmişdir. X7 xx.xx.2014-cü ildə, anası X5 isə xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Həmin obyektlər atasına uzun müddət Füzuli adına kolxozda çoban və kolxozlar ləğv olunandan sonra “Spornı” sahəsində çalışdığına görə satılmışdır. Mərhum atası vəfat edən günə kimi bu obyektlərdən istifadə etmiş və hazırda vərəsəsi kimi o istifadə edir. Bu obyektlərlə eyni bir ərazisində yerləşən pay torpaq sahəsinə dair cavabdeh tərəfindən adına xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu cür yanaşması qanunsuzdur. Belə ki, Gədəbəy rayonu Arıqıran kəndi, “Spornı” sahəsində yerləşən sahəsi 413 kv.m olan mal tövləsi və 32 kv.m olan çoban olacağı Gədəbəy rayonu Arıqıran kənd X18 Komissiyasının 26 may 1998-ci il tarixli 10 nömrəli protokolu əsasında atası X2 onun mülkiyyətinə verilmiş və bu obyektlərin texniki pasportu təsdiqlənmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X14, X15 və X10, xx.xx.2023-cü il tarixli qərardadı ilə X12 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-813/2023 saylı qərarı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdiyi qeyri-yaşayış sahəsinin vərəsəsi olduğu X1 iddia etsə də, sözügedən mal tövləsi və çoban olacağının sonuncu tərəfindən alınmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmiş, həmçinin araşdırma zamanı verilmiş sorğulara da iddiaçının həmin arqumentini təsdiq edən cavablar alınmamışdır. Məhkəmə həmçinin iddiaçının ərizəsindəki mal tövləsi və çoban olacağının Gədəbəy rayonu Arıqıran kənd X18 Komissiyasının 26 may 1998-ci il tarixli 10 nömrəli protokolu əsasında atası X2 onun mülkiyyətinə verilməsi dəlili ilə bağlı qeyd etmişdir ki, həmin protokolda mal tövləsi və çoban olacağının sonuncuya satılmasının qərara alınması göstərilməsinə baxmayaraq X13 tərəfindən qeyri-yaşayış sahəsinin dəyərinin ödənilməsi, ümumiyyətlə mülkiyyət hüquqlarının əldə edilməsinə istiqamətlənmiş hər hansı hərəkətin edilməsi təsdiqini tapmır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati işə əlavə edilmiş Gədəbəy rayonu Arıqıran kənd X18 Komissiyasının 26 may 1998-ci il tarixli 10 nömrəli protokolundan görünür ki, Arıqıran kənd X18 Komissiyasının iclası olur və 11 nəfər komissiya üzvünün iştirakı ilə keçirilən iclasın gündəlik məsələsi Arıqıran kənd sakini şəhid X7na "Spornu” sahəsindəki mal tövləsi və çoban olacağının satılması müəyyən olur. Çıxış və təklifləri ümumiləşdirən yığıncaq qərara almışdır: 1."Spornu" sahəsində sabiq yerləşən sahəsi 413 kv.m olan mal tövləsi və 32 kv.m olan çoban olacağı sabiq Füzuli adına kolxoza məxsus olmuş mal tövləsi və çoban olacağının qiymətləndirilməsinə dair 25 may 1998-ci il tarixli aktı təsdiq edilsin. 2. Həmin akta əsasən mal tövləsi 973107 manat və çoban olacağı 130680 manat dəyərində (cəmi ******* manat) Arıqıran kənd X2 şəxsi mülkiyyətə verilsin. İşdə olan komissiya üzvlərinin tərtib etdikləri müayinə aktından görünür ki, obyektə baxış keçirərkən komissiya üzvləri müəyyən etmişlər ki, mal tövləsinin ayna və qapıları sökülmüş, dirəklərin ayrı-ayrı yerləri də sökülmüş, binanın uzunluğu boyunca millər divardan kəsilərək aparılmış, hörgü uçurulmuş, qara döşəmə çürüyüb tökülmüş, bəzi yerlərdə isə sökülmüşdür. Dam hissədə çatqı və reykalar sökülmüş, şifer örtüyü dəlik-deşik olmuş və qalan yerləri isə sökülmüşdür. İşdə olan və apellyasiya şikayətinə əlavə edilmiş Əmlakdan pay haqqının verilməsi barədə Aktın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, əmlak payı almaq hüququna malik olan şəxs X11 413 kv.m olan mal tövləsi və 32 kv.m olan çoban olacağı əmlakın verilməsi barədə əmlak pay haqqı verən X18ı komissiyasının sədri akt tərtib edib imzalayaraq möhürləmiş və əmlak payı alan X13 aktı imzalamışdır. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır. c) prosessual məsələlər Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi ... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvinə əsas vermir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdehə müraciət edərək Gədəbəy rayonu Arıqıran kəndi, “Spornı” sahəsində yerləşən sahəsi 413 kv.m olan mal tövləsi və çoban olaçağı üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtinasının əsası kimi onu göstərmişdir ki, təqdim edilmiş sənədlər araşdırılarkən sabiq Füzuli adına kolxoza məxsus olmuş mal tövləsinin, çoban olacağının özəlləşməsi ilə bağlı ödəmə qəbzi və yaxud ödənilməsi barədə maliyyə arayışı və Rayon Aqrar İslahat Komissiyasının qərarının olmaması məlum olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı Gədəbəy rayonu, Arıqıran kəndi, “Spornı” sahəsində yerləşən mal tövləsi və çoban olacağı üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına yönəlmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, qeyri-yaşayış sahəsi üzərində hüquq həmin qeyri-yaşayış sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. İddiaçının mərhum X7 isə sözügedən qeyriyaşayış sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hüquq əldə etməmişdir. Yəni, iddiaçının həmin qeyri-yaşayış sahəsi üzərində qanunla nəzərdə tutulmuş ilkin hüquqmüəyyənedici sənədləri mövcud deyildir. İddiaçı hüquqmüəyyənedici sənəd kimi mərhum atasının adına verilmiş Arıqıran kənd X18 Komissiyasının 26 may 1998-ci il tarixli iclasının 10 saylı protokoluna istinad edir. Lakin həmin protokolun məzmununa nəzər yetirildikdə müəyyən olunur ki, X18 Komissiyasının xx.xx.1998-ci il tarixli qərar ilə “Spornı” sahəsində sabiq Füzuli adına kolxoza məxsus olmuş mal tövləsi və çoban olacağının qiymətləndirilməsinə dair xx.xx.1998-ci il tarixli aktın təsdiq edilməsi, həmin akta əsasən mal tövləsi 973107 manata, çoban olacağı 130680 manata, cəmi ******* manata Arıqıran kənd sakini X2 şəxsi mülkiyyətinə verilməsi qərara alınsa da, mal tövləsi və çoban olacağının dəyərinin ödənilməsi ilə bağlı hər hansı bir sübut aşkar edilməmişdir. Qeyd olunur ki, həmin qərar mübahisələndirilən əmlakın mülkiyyətə, icarəyə, istifadəyə verilməsi barədə deyil, müəyyən məbləğ müqabilində alqı-satqı qaydasında satılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, qeyri-yaşayış sahəsinin X3 nəzərdə tutulsa da, lakin alqı-satqı ilə bağlı prosedur başa çatmamışdır. Belə ki, iş materiallarından və işin faktiki hallarından, iddiaçının mərhum atası ilə alqı-satqı müqaviləsi və ya aktı bağlanılması, həmçinin əmlakın dəyəri X13 tərəfindən ödənilməsi sübuta yetirilmir. X11 Gədəbəy rayonu, Arıqıran kəndi, “Spornı” sahəsində yerləşən mal tövləsi və çoban olacağının ayrılması ilə bağlı qeyri-yaşayış sahələrinin alqı-satqısına dair aktın tərtib olunması və ya müqavilənin bağlanması qeyri-yaşayış sahələri üzrə inzibati icraatın tərkib hissəsi kimi qəbul olunmalıdır. Nəzərə almaq lazımdır ki, qeyri-yaşayış sahələrinin verilməsi ilə bağlı hakimiyyət iradəsi məhz bu barədə qərarda ifadə olunur. Alqı-satqı aktı və ya müqavilə həmin qərara əsaslanır, həmin qərarın icrasının və qeyri-yaşayış sahəsinin dəyərinin ödənilməsinin təmin olunması məqsədlərinə xidmət edir. Həmçinin məhkəmə tərəfindən işin obyektiv və hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə müvafiq sorğular verilmişdir. Belə ki, Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 35 nömrəli məktubunda bildirilmişdir ki, arxivdə mühafizə olunan sənədlərin fond siyahısında Arıqıran kənd X18 Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı iclas protokolunun qərarı aşkar olunmamışdır. Gədəbəy rayon Arıqıran Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 21 nömrəli məktubunda bildirilmişdir ki, mərhum X13 xx.xx.1998-ci il tarixdə islahat gedən zaman Füzuli adına kolxozdan özəlləşdirilərək həmin tövləni və çoban olacağını alıb. X13 vəfat etdikdən sonra həmin mal tövlə və çoban olacağı oğlu İddiaçı istifadəsindədir. Qeyd olunan mal tövləsi və çoban olacağı barədə sənədlər Arıqıran bələdiyyəsində yoxdur. Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Arıqıran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-44/2-58/2024 saylı məktubunda bildirilmişdir ki, mərhum X13 xx.xx.1998-ci il tarixdə islahat gedən zaman Füzuli adına kolxozdan özəlləşdirilərək həmin tövləni və çoban olacağını alıb. X13 vəfat etdikdən sonra həmin mal tövləsi və çoban olacağı oğlu İddiaçı istifadəsindədir. Qeyd olunan mal tövləsi və çoban olacağı barədə sənədlər nümayəndəlikdə yoxdur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" MMCnin xx.xx.2024-cü il tarixli, 3-21-3-60/2-1167/2024 saylı məktubunda qeyd olunmuşdur ki, mərkəzin arxivində aparılmış araşdırma zamanı X17 Komissiyasının xx.xx.1998-ci il tarixli, 10/AK-1 nömrəli və Gədəbəy rayonu Arıqıran kənd X18 Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı iclas protokolları, həmçinin X11 Gədəbəy rayonu, Arıqıran kənd ərazisində xx.xx.1993-cü il tarixli Akta əsasən müvafiq qiymətləndirməyə uyğun olaraq satılmış mal tövləsi və çoban olacağı barədə məlumat aşkar edilməmişdir. Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 62 nömrəli məktubunda bildirilmişdir ki, mühafizə olunan sənədlərin fond siyahısında Arıqıran kənd X18 Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı iclas protokolunun qərarı aşkar olunmamışdır. Həmçinin məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə mütəxəssis rəyinin əldə olunması qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, elektron məlumat bazasına əsasən Gədəbəy rayonu Arıqıran kənd X18 Komissiyasının 26 may 1998-ci il tarixli, 10 saylı protokoluna əsasən X4 Spornu sahəsindəki mal tövləsi və çoban olacağının yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyət formasına aiddir. Elektron məlumat bazasının yeni elektron uçot xəritəsinə əsasən Gədəbəy rayonu Arıqıran kəndində yerləşən 0.4150 ha torpaq sahəsinə dair üçüncü şəxs X8 adına verilmiş xx.xx.2022-ci il tarixli, **********43 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da göstərilən torpaq sahəsinin koordinatları ilə Gədəbəy rayonu Arıqıran kənd X18 Komissiyasının 26 may 1998-ci il tarixli, 10 saylı protokoluna əsasən X4 Spornu sahəsindəki mal tövləsi və çoban olcağının yerləşdiyi torpaq sahəsinin koordinatları üst-üstə düşmür (çıxarışın verildiyi JN- 250 saylı Dövlət aktına əsasən). Qeyd olunan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla kənd təsərrüfatı ehtiyacları üçün digər ərazillərə aid bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Qeyd olunan torpaq sahəsi elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağına düşmür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Lakin iddiaçı nə cavabdeh orqana, nə də məhkəməyə iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün qanunvericilikdə göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu təsdiq edən sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd olunanlara əsasən nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-813/2023 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(104)-153/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(104)-153/2024
14.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver