Məhkəmə qərarları › İş №2-1(104)-16/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(104)-16/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(104)-16/2025 05.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “əmrin dəyişdirilməsi, həmin dəyişikliyin hərbi biletə və şəxsi işə qeyd edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0NN-cü il tarixli, N- 1(114)-14N/N0NN nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. İddiaçı Azərbaycan Respiblikası Müdafiə Nazirliyinə müraciətinin müsbət icrasından sonuncu tərəfindən xx.xx.N0NN-ci il tarixli 4/N-6786 nömrəli məktubla imtina edilərək bildirilmişdir ki, göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.N0NN-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Müdafiə nazirinin 04 mart N0N1-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına, habelə N nömrəli hərbi hissədə xidməti xx.xx.N0N0-ci il tarixdən sonraya, yəni döyüş əməliyyatlarının dayandırılması dövrünə təsadüf etdiyinə görə iddiaçılara "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsindən imtina olunur. N. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli, NN nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.N0N0-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, xx.xx.N0N0-ci il tarixli, 41 nömrəli əmrindən görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli 0NN nömrəli əmrinə əsasən, hərbi hissələrin şəxsi heyətlə komplektləşdirilməsi məqsədi ilə, N noyabr N0N0-ci il tarixdən N nömrəli hərbi hissəyə göndərilmiş hesab edilmiş, şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli, N18 nömrəli əmrindən görünür ki, İddiaçı N nömrəli hərbi hissədən gəlmiş hesab olunmuş və 4-cü tabor 11-ci bölük 1-ci taqım N-ci manqa atıcı-qumbaraatan köməkçisi vəzifəsinə təyin edilmiş, xx.xx.N0N0-ci il tarixli, N6N nömrəli əmrindən görünür ki, hərbi vəzifəli əsgər İddiaçı, 4-cü tabor 11-ci bölük 1-ci taqım N-ci manqa atıcı-qumbaraatan köməkçisi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0N dekabr N0N0-ci il tarixli N46 nömrəli əmrinə əsasən N6 dekabr N0N0-ci il tarixdən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmiş, şəxsi heyətin siyahısından çıxarılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Şəmkir rayon şöbəsinə göndərilmişdir.

4. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0NN-cü il tarixli, 1N18 nömrəli aktından məlum olur ki, həqiqətən sanitar və qaytarılmaz itkilərin bərpası üçün N nömrəli hərbi hissədən (tamamlama mərkəzindən) gəlmiş, 10 noyabr N0N0-ci il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və 4-cü tabor 11-ci bölük 1-ci taqım N-ci manqanın atıcı-qumbaraatan köməkçisi vəzifəsinə təyin edilmiş əsgər İddiaçı döyüş əməliyyatlarında iştirak etməsi barədə N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlər kitabında qeydlər aparılmamışdır.

5. SX ******* nömrəli, xx.xx.N019-cu il tarixli hərbi biletdə olan qeydlərə əsasən İddiaçı xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət keçmişdir.

6. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin xx.xx.N0NN-cü il tarixli, N-4N57/N-14N6/N0NN nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.N019-cu il tarixdə SHXÇDX-nin Şəmkir rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.N0N0-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.

7. N nömrəli hərbi hissənin xx.xx.N0NN-cü il tarixli, N686 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 07-11-xx.xx.N0N0-ci iltarixlərdə N nömrəli hərbi hissədə xidmət etməsinə dair məlumat aşkar edilməmişdir.

8. N nömrəli hərbi hissənin xx.xx.N0N4-cü il tarixli, 1N64 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.N0N0-ci il tarixdə hərbi hissədə qazan təminatına qoyulduğu üçün onun 08-xx.xx.N0N0-ci il tarixlərdə harada olması, həmin tarixlərdə döyüş əməliyyatlarına cəlb edilməsi və barəsində hər hansı bir araşdırmanın aparılıbaparılmaması barədə məlumat verilməsi mümkün deyildir.

Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.N0NN-ci il tarixdə məhkəməyə müraciət edərək 07, 08 və 09 noyabr N0N0-ci il tarixlərdə xidmət keçməsi barədə məlumatların qeydiyyatının aparılması, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi və müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Republikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi" haqqında N8 sentyabr N0N0-ci il tarixli Sərəncamına əsasən müvafiq olaraq xx.xx.N0N0-ci il tarixində müharibədə iştirak üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılmış, xx.xx.N0N0-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə gətirilərək siyahıya alınmış və xx.xx.N0N0-ci il tarixə qədər bu hərbi hissədə qalaraq döyüş əmri gözləmiş, xx.xx.N0N0-ci il tarixdə digər çağırışçılarla birlikdə qeyd edilən hərbi hissədən çıxarılaraq onlara verilən şifahi məlumata görə döyüşə aparılmış, lakin ona məlum olmayan səbəbdən döyüşə deyil, döyüş bölgəsində yerləşən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə gətirilmişdir. Burada ona qısa müddət sonra döyüş tapşırığına uyğun olaraq döyüşə girəcəkləri bildirilmiş, 07 və 08 noyabr N0N0-ci il tarixlərində qeyd edilən hərbi hissədə qalaraq hərbi xidmətkeçmə qaydalarına uyğun olaraq xidməti tapşırıq və əmrləri yerinə yetirərkən xx.xx.N0N0-ci il tarixdə səhər tezdən digər çağırışçılarla və döyüşlər zamanı yaralanıb müalicə olunduqdan sonra döyüşə geri dönən hərbi qulluqçularla birlikdə avtomobillə onlara verilən şifahi məlumata görə Şuşa şəhəri istiqamətində döyüşə aparılmışlar. Təxminən saat 1N.00-1N.00 radələrində avtomobil xarab olduğundan maşın işğaldan azad edilmiş Xocavənd rayonunun Böyük Tağlar kəndi ərazisində dayanmış, şəxsi heyət maşından düşürülmüşdür. Bu ərazidə düşmənlə hər an döyüşə girmək ehtimalı nəzərə alınaraq komandanlığın əmri əsasında o da daxil olmaqla bütün şəxsi heyət həmin kənddə mövqelənib döyüş növbətçiliyinin təşkilində iştirak etmişlər. Bu kənddə 16 noyabr N0N0-ci il tarixə qədər döyüş növbətçiliyində qaldıqdan sonra işğaldan azad edilmiş Hadrut qəsəbəsinə aparılmışlar. Göründüyü kimi o, N0N0-ci ilin oktyabr ayının sonu döyüş zonasına yaxın hərbi hissədə toplanmış, xx.xx.N0N0-ci il tarixdən döyüşlərin getdiyi əraziyə aparılmaq üçün ilkin toplandıqları hərbi hissədən çıxarılmış, N gün ərzində döyüş bölgəsində yerləşmiş N saylı hərbi hissədə xidməti tapşırıqları yerinə yetirdikdən sonra xx.xx.N0N0-ci il tarixdə Vətən Müharibəsi zamanı işğaldan azad edilmiş və birbaşa döyüş bölgəsi hesab edilən Şuşa şəhərinə aparlsa da avtomobildə yaranmış texniki nasazlıq səbəbilə işğaldan azad edilmiş və döyüş bölgəsi hesab edilən digər ərazi - Xocavənd rayonunun Böyük Tağlar kəndində qalaraq möhkəmlənmiş və döyüş tapşırığına uyğun olaraq döyüş növbətçiliyi aparmışdır. İddiaçıya məxsus hərbi biletdə N0N0-ci ilin oktyabr ayının sonunda müvafiq hərbi hissəyə toplanaraq siyahıya alınması, o cümlədən xx.xx.N0N0-ci il tarixdə həmin hərbi hissədən çıxması öz təsdiqini tapır. Lakin bu hərbi hissədən çıxarıldıqdan sonra N gün ərzində, yəni 07, 08 və 09 noyabr N0N0-ci il tarixlərində hansı hərbi hissənin tabeçiliyində xidmət etməsi iddiaçıya məlum olmayan səbəbdən onun hərbi biletində əks olunmayıb. xx.xx.N0N0-ci il tarixdən isə iddiaçının 70N saylı hərbi hissənin tabeçiliyinə verilməsi və müvafiq tarixlərdə tərxis olunana qədər bu hərbi hissədə xidmət keçməsi barədə qeyd hərbi biletdə aparılmışdır. İddiaçının hərbi biletində əks olunmayan N gün (07, 08 və 09 noyabr N0N0-ci il) onun hərbi biletinə və şəxsi işinə işlənməli, iddiaçıya bu günlər ərzində, xüsusən də 09 noyabr N0N0-ci il tarixində işğaldan azad edilmiş Böyük Tağlar kəndində, yəni birbaşa döyüş bölgəsində müdafiə xarakterli döyüş tapşırıqlarını icra etməsi və bu səbəbdən də ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi təmin edilməlidir. O, eyni pozuntu ilə üzləşmiş digər xidmət yodaşları ilə birlikdə (ümumilikdə 1N nəfər) N7 yanvar N0NN-ci il tarixdə müvafiq ərizə ilə Azərbaycan Respublikasının Müdafiə Nazrliyinə müraciət edərək hərbi biletlərində müvafiq qeydlərin aparılmasını, onların adlarının müvafiq siyahılara daxil edilərək "Müharibə Veteranı" adının verilməsinin təmin olunmasını xahiş etmiş, onlara xx.xx.N0NN-ci il tarixində çatdırılmış məktubda qeyd edilir ki, sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.N0NN-ci il tarixli iclasında baxılmış və barələrində müsbət qərar qəbul edilməmişdir. Müdafiə nazirinin 04 mart N0N1-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına, habelə N nömrəli hərbi hissədə xidmətləriniz xx.xx.N0N0-ci il tarixdən sonraya yəni döyüş əməliyyatlarının dayandırılması dövrünə təsadüf etdiyinə görə iddiaçılara "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsindən imtina olunur.

11. İddiaçının müvafiq ərizəsinə əsasən iddia tələbi Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0NN-cü il tarixli qərardadı ilə “Azərbaycan Republikası Müdafiə Nazirliyinin 70N saylı hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli, N18 nömrəli əmrinin dəyişdirilməsi və həmin dəyişikliyin hərbi biletə və şəxsi işə qeyd edilməsi” tələbinə dəyişdirilmiş, Məhkəmənin xx.xx.N0NN-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Republikası Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Republikası Müdafiə Nazirliyinin 70N saylı hərbi hissəsi ilə əvəz edilmişdir. 1N. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0NN-cü il tarixli, N-1(114)-14N/N0NN nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilməmişdir. 1N. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçı N nömrəli hərbi hissədən çıxarıldıqdan sonra N gün ərzində, yəni 07, 08 və 09 noyabr N0N0-ci il tarixlərində N nömrəli hərbi hissənin tabeçiliyində xidmət etməsini, xüsusən də 09 noyabr N0N0-ci il tarixində işğaldan azad edilmiş Böyük Tağlar kəndində, yəni birbaşa döyüş bölgəsində müdafiə xarakterli döyüş tapşırıqlarını icra etməsini iddia etsə də, qeyd olunan hal iş materialları ilə öz təsdiqini tapmamış, bundan əlavə, iddiaçı qeyd olunan halı təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0NN-cü il tarixli, N-1(114)-14N/N0NN nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təkil etmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının vəkili apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, əlavə olaraq qeyd etdi ki, iddiaçı xx.xx.N0N0-ci il tarixdə N nömrəli hərbi hissədən çıxarılmış, həmin gün 00N nömrəli hərbi hissədə qalmış, sonra Şuşakənd istiqamətində Tağlar kəndində dayanmış, N gün orada xidmət etmiş və N nömrəli hərbi hissədən tərxis olunmuşdur.

18. Tərəflər hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, iddiaçı və vəkili məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının vəkili məhkəməyə xx.xx.N0N5-ci il tarixli ərizə təqdim edərək məhkəmə iclasında iştirak etməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. 19.Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 6N-ci maddəsinə əsasən apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. N0. İddiaçının vəkili (nümayəndəsi) məhkəməyə xx.xx.N0N5-ci il tarixli ərizə təqdim edərək, iddiaçının hüquqi marağının müharibə veteranı adı və vəsiqəsinin alınması olduğunu bildirmiş, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq: N1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 1N.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 1N.N. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 1N. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: NN. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. NN. İşin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. N4. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsinə dair Azərbaycan Respiblikası Müdafiə Nazirliyinə müraciət etmiş, sonuncu tərəfindən xx.xx.N0NN-ci il tarixli 4/N-6786 nömrəli məktubla N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olamaması və N nömrəli hərbi hissədə xidmətinin xx.xx.N0N0-ci il tarixdən sonraya, yəni döyüş əməliyyatlarının dayandırılması dövrünə təsadüf etməsi bildirilərək imtina edilmiş, iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. N5. Birinci instansiya məhkəməsi tərəfindən işin araşdırması gedişində iddiaçıya İPM-in 1N-cü maddəsinə uyğun olaraq hüquqi yardım edilərək xx.xx.N0N0NN-cü il tarixli sərəncamla, mübahisə predmeti N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli, N18 nömrəli əmri olduğuna görə həmin əmrin dəyişdirilməsi barədə ərizə təqdim etmək hüququnun olması izah edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli, N18 nömrəli əmri N-ci Ordu Korpusu komandirinin xx.xx.N0N0-ci il tarixli, 0NN nömrəli sərəncamı əsasında verilmiş, beləliklə iddiaçının N nömrəli hərbi hissəyə gəlmiş hesab edilməsi barədə ilkin və əsas əmr xx.xx.N0N0-ci il tarixdə verilməsinə baxmayaraq, N nömrəli hərbi hissə komandiri bunu xx.xx.N0N0-ci il tarixdə rəsmiləşdirmişdir. Həmçinin məhkəmənin xx.xx.N0NN-cü il tarixli sərəncamı ilə iddiaçıya mübahisə predmeti N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli, N18 nömrəli əmri olduğuna görə cavabdeh qismində cəlb edilmiş Azərbaycan Republikası Müdafiə Nazirliyinin əsl cavabdeh Azərbaycan Republikası Müdafiə Nazirliyinin 70N saylı hərbi hissəsi ilə əvəz edilməsi ilə bağlı razılıq ərizəsini təqdim etməsi təklif edilmişdir. N6. Bundan sonra, birinci instansiya məhkəməsinin qeyd olunan sərəncamlarına müvafiq olaraq iddia tələbi Azərbaycan Republikası Müdafiə Nazirliyinin 70N saylı hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli, N18 nömrəli əmrinin dəyişdirilməsi və həmin dəyişikliyin hərbi biletə və şəxsi işə qeyd edilməsi tələbinə dəyişdirilmiş, cavabdeh Azərbaycan Republikası Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Republikası Müdafiə Nazirliyinin 70N saylı hərbi hissəsi ilə əvəz edilmişdir. N7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0NN-cü il tarixli, N-1(114)-14N/N0NN nömrəli qərarı ilə iddia tələbi təmin edilməmiş, qərar onunla əsaslandırılmışdır ki, iddiaçı N nömrəli hərbi hissədən çıxarıldıqdan sonra N gün ərzində, yəni 07, 08 və 09 noyabr N0N0ci il tarixlərində N nömrəli hərbi hissənin tabeçiliyində xidmət etməsini, xüsusən də 09 noyabr N0N0-ci il tarixində işğaldan azad edilmiş Böyük Tağlar kəndində, yəni birbaşa döyüş bölgəsində müdafiə xarakterli döyüş tapşırıqlarını icra etməsini iddia etsə də, qeyd olunan hal iş materialları ilə öz təsdiqini tapmamış, bundan əlavə, iddiaçı qeyd olunan halı təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişdir. N8. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən İPM-in 1N-cü maddəsinə uyğun edilmiş hüquqi yardımı iddiaçının hüquqi marağına uyğun hesab etmir və qeyd edir ki, həmin maddənin mahiyyəti qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməkdən ibarətdir. N9. Başqa sözlə məhkəmə tərəfindən iddiaçının hüquqi marağı dəqiq müəyyən olunmalı, bundan sonra həmin marağa uyğun hüquqi yardım edilməlidir. N0. Eyni zamanda, inzibati məhkəmə icraatını mülki məhkəmə icraatından fərqləndirən digər xüsusiyyət də İPM-in 1N-cü maddəsində nəzərdə tutulan məhkəmənin yardım etmək vəzifəsidir. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Birinci instansiya məhkəməsində inzibati icraat İPM-in Vİİİ fəslinin normaları ilə tənzimlənir. Bu fəslə iddianın qaldırılması, ərizənin məzmunu, iddianın təqdim edilməsi, hazırlıq icraatı, məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri, məhkəmə baxışının hədləri və digər prosessual hərəkətləri tənzimləyən normalar daxil edilmişdir. Həmin normalar sırasında məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələrini müəyyən edən İPM-in 48-ci maddəsi məhkəmə icaraatının effektivliyinin artırılması və icraatın tezləşdirilməsinin təmin edilməsi məqsədilə həmin Məcəllənin “məhkəmədə işin hallarının araşdırılması” prinsipinə riayət olunmasını tələb edir. Bununla yanaşı, İPM-in 48-ci maddəsi həmin Məcəllənin 1N-cü maddəsində nəzərdə tutulan məhkəmənin açıqlama və göstəriş vermək vəzifəsinin həyata keçirilməsi zamanı tamamlayıcı funksiya daşıdığından əhəmiyyətli norma kimi qiymətləndirilir. İPM-in 48.1-ci maddəsinə görə sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd edilməlidir ki, hakimin yardım etmək vəzifəsi yalnız formal pozuntuların aradan qaldırılması ilə bağlı deyil, faktiki halların aydınlaşdırılması ilə də bağlı ola bilər. Bu vəzifənin həyata keçirilməsi zamanı məhkəmə tərəflərin bərabərliyi prinsipinə əməl etməlidir («Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1N-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.N014-cü il tarixli qərarı). N1. Beləliklə məhkəmə tərkibi hesab edir ki, həm iddiaçının cavabdehə ilkin, həm məhkəməyə iddia tələbi ilə edilən müraciətlərində iddiaçının hüquqi marağının ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi olmuş, birinci instansiya məhkəməsi tərəfindən onun hüquqi marağına uyğun olmayan yardım edilmişdir. Hazırki icraat zamanı da iddiaçının vəkili (nümayəndəsi) yenidən məhkəmə kollegiyasına təqdim etdiyi xx.xx.N0N5-ci il tarixli ərizə ilə iddiaçıya müharibə veteranı adı və statusunun verilməsini xahiş etmişdir. NN. Göründüyü kimi araşdırmanının hansı istiqamətdə aparılmasından asılı olmayaraq iddiaçının nail olmaq istədiyi yekun nəticə cavabdeh orqan tərəfindən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədi ilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının ilkin iddia tələbini dəyişdirməməli, araşdırmasını həmin istiqamətdə aparmalı idi. NN. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 1N və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Hazırki iş üzrə belə bir zərurətin mövcudluğu müşahidə olunmur. N4. Məhkəmə tərkibi onu da qeyd edir ki, işə yenidən baxılan zaman iddiaçıya hüquqi yardım göstərilməklə sərəncam təqdim olunaraq cavabdeh Azərbaycan Republikası Müdafiə Nazirliyinin 70N saylı hərbi hissəsini əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz etməsinə dair məhkəməyə ərizə təqdim etməsi təklif olunmalı, bundan sonra hazırki təqdim edilmiş ərizə üzrə müvafiq icraat aparılmaqla yekun məhkəmə aktı qəbul edilməlidir. N5. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməklə iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

Nəticəvi hissə: N6. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8N, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0NN-cü il tarixli, N-1(114)-14N/N0NN nömrəli qərardadı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qətidir, ondan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar