Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-160/2024 18.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Göygöl rayon Zurnabad bələdiyyəsi) yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-239/2023 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Göygöl rayon Notariat ofisinin 402 və 411 nömrəli məktublarından görünür ki, iddiaçı X6 və X1 vərəsəsidir. Göygöl rayon Dövlət arxivinin xx.xx.2017-ci il tarixli, 113 nömrəli arxiv arayışından görünür ki, Xanlar rayon Tülallar kənd X7 İcraiyyə Komitəsinin 1986-1990-cı illərə aid 1 nömrəli təsərrüfatbaşına kitabının 61 nömrəli şəxsi hesab vərəqəsində mərhum X2 adına 1958-ci ildə tikilmiş, yaşayış sahəsi 48 kv.m olan evi və 0.15 ha torpaq sahəsi qeydə alınmışdır. Göygöl Rayon İcra Hakimiyyəti başçısının Tülallar kənd İƏD üzrə nümayəndəliyinin 41 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçının adına Göygöl Rayon İcra Hakimiyyəti başçısının Tülallar kənd İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illərə dair 01 saylı təsərrüfatbaşına kitabın 37 nömrəli şəxsi hesabında adına 1958-ci ildə tikilmiş, ümumi sahəsi 48 kv.m olan fərdi yaşayış evi və 0.15 ha həyətyanı torpaq sahəsi vardır. İddiaçı həmin evdə pasport qeydiyyatındadır və həmin ev iddiaçının atası X4 məxsus olmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-7015/2023 nömrəli məktubundan görünür ki, elektron baza məlumatlarına istinadən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli **********18 reyestr nömrəli çıxarışa əsasən X3 mülkiyyətində olan Göygöl rayonu, Tülallar kəndində yerləşən 0,08 ha torpaq sahəsinin qonşuluğunda İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlakın aşkar edilmədiyi müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********27 nömrəli məktubundan görünür ki, İddiaçı müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Tülallar kəndində aparılmış torpaq islahatı əsasında, tərtib olunmuş kompleks yerquruluşu layihəsinə istinadən, 0.15 ha torpaq sahəsinin 0.13 ha hissəsi bələdiyyə mülkiyyətində, 0.02 ha hissəsi isə (fərdi yaşayış evinin altındakı sahə ilə birlikdə dövlət mülkiyyətində olan sahədə yerləşir. Ərazinin kompleks yerquruluşu layihəsinə istinadən, yuxarıda qeyd olunan torpaq sahəsinin 0.13 ha hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid çoxillik əkmələrin (meyvə bağı) yerləşdiyi sahədə, 0.02 ha hissəsi isə meşə fondu torpaqları kateqoriyasına aid, meşə təsərrüfatı sahəsində yerləşir. Sözügedən torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur. İddiaçının naturada təqdim etdiyi torpaq sahəsi üzərində dövlət reyestri tərəfindən hüquqları qeydə alınmış hüquq müəyyənedici sənəd (Çıxarış) aşkarlanmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu, Tülallar kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 48 kv.m olan yaşayış evinə mərhum atası X2 mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl rayon Tülallar kəndində mərhum atası Əhmədov (İmanov) Saleh Əlirza oğlunun adına yaşayış evi və həmin evin yerləşdiyi 0.15 ha torpaq sahəsi var. Qeyd olunan evi və torpaq sahəsini atası Salehlə anası X5 birgə nikah dövründə əldə etmişlər. Qeyd olunan yaşayış evini atası Saleh 1958-ci il tarixdə tikdirmişdir. Həmin evdə o, bacı və qardaşları doğularaq orada böyümüşdür. Atası Saleh və anası Samaya ölən günə kimi həmin evdə yaşamışlar. X13 xx.xx.2000-ci il tarixdə vəfat etmiş, o vəfat edəndən sonra ondan miras qalmış yaşayış evini və torpaq sahəsini birinci növbə vərəsə kimi faktiki olaraq qəbul etmiş və hazırda da miras əmlak onun sahibliyində və istifadəsindədir. O, hazırda qeyd olunan mirası birinci növbə vərəsə kimi öz adına sənədləşdirmək üçün mərhum atasının adına çıxarış verilməsi üçün cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Göygöl rayon Zurnabad bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-239/2023 saylı qərarı ilə (hakim E.Axundov) İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Göygöl rayon Zurnabad bələdiyyəsi) torpaq sahəsi və üzərindəki yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mərhum atasına məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin bir hissəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi, bir hissəsi isə dövlət mülkiyyətində olan meşə fondu torpaq sahəsində yerləşir. Beləliklə işin faktiki hallarına və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, qeydə alınması tələb olunan torpaq sahəsi bələdiyyə mülkiyyətində olan və dövlət mülkiyyətində olan torpaq olduğundan cavabdehin imtinası əsaslı olmuşdur. Bundan əlavə məhkəmə tələbin digər hissəsi, yəni torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qeyd edir ki, bir halda ki, həmin evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması qanunvericiliyin tələblərinə uyğun deyil, beləliklə həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində də mülkiyyət hüququnu qeydə almamaqda cavabdeh inzibati orqan haqlı olmuşdur. Məhkəmə mövqeyini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müvafiq maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqişəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Gəncə İnzibati Məhkəməsində iddia qaldıraraq Göygöl rayon Tülallar kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumisahəsi 48 kv.m olan yaşayış evinə mərhum atası X2 mülkiyyət hüququnun daşınmazəmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(114)-239/2023 saylı qərarına əsasən iddia tələbi təmin edilməmişdir. İddianın təmin edilməməsinə əsas kimi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 0.13 ha hissəsinin bələdiyyə mülkiyyəti, 0.02 ha hissəsinin isə meşə fonduna aid dövlət torpağı olmasını göstərmişdir. İnzibati işdə olan sübutlardan görünür ki, qeyd olunan evi və torpaq sahəsini iddiaçının atası Salehlə anası X5 birgə nikah dövründə əldə etmişlər. Qeyd olunan yaşayış evini iddiaçının atası Saleh 1958-ci il tarixdə tikdirmişdir. Həmin evdə iddiaçı, bacı və qardaşları doğularaq orada böyümüşlər. Atası Saleh və anası Samaya ölən günə kimi həmin evdə yaşamışlar. Hələ meşə fondu yaranmamışdan əvvəl ev tikilib və torpaq sahəsi onların istifadəsində olub. Məhkəmə iddianı rədd edərkən torpaq sahəsinin bələdiyyə və dövlət mülkiyyətində olmasını qeyd etsə də həmin torpaq sahəsinin hələ nə bələdiyyə, nə də ki meşə fondunun yaranmamışdan 50 il əvvəl onlara məxsus olmasına qiymət verməmişdir. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Göygöl rayon, Tülallar kəndində yerləşən ümumi sahəsi 48 kv.m olan yaşayış evinə X2 mülkiyyət hüququnun qeydiyyata alınaraq bu barədə müvafiq arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2024cü il tarixli qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddaçının etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instasniya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayraq cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakın təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: (-). 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; (-).
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Maddə 22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik (-). 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə):
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi: 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. ...
21 iyun 2023-cü il tarixli, 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı.
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək Göygöl rayonu, Tülallar kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 48 kv.m olan yaşayış evinə mərhum atası X2 mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsini tələb etsə də, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsası kimim bildirilmişdir ki, aparılan araşdırma zamanı, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən dövlət mülkiyyətində olan meşə fondu torpaqlarına aid olduğu müəyyən edilmişdir. Bundan başqa birinci instansiya məhkəməsi icraatı zamanı əldə edilmiş mütəxəssis rəyində bildirilmişdir ki, mübahisəli torpaq sahəsinin 0.15 ha torpaq sahəsinin 0.13 ha hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid çoxillik əkmələrin (meyvə bağı) yerləşdiyi bələdiyyə mülkiyyətində, 0.02 ha hissəsi isə meşə fondu torpaqları kateqoriyasına aid (fərdi yaşayış evinin altındakı sahə ilə birlikdə) dövlət mülkiyyətində olan sahədə yerləşir. Birinci instansiya məhkəməsi torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasının qanunvericiliyin tələblərinə uyğun olmadığını hesab edərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, iş materiallarında olan Göygöl rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli, 113 nömrəli arxiv arayışından görünür ki, Xanlar rayon Tülallar kənd X7 İcraiyyə Komitəsinin 1986-1990-cı illərə aid 1 nömrəli təsərrüfatbaşına kitabının 61 nömrəli şəxsi hesab vərəqəsində mərhum X2 adına 1958-ci ildə tikilmiş, yaşayış sahəsi 48 kv.m olan evi və 0.15 ha torpaq sahəsi qeydə alınmışdır. Surəti iş materiallarına əlavə edilmiş Göygöl Rayon İcra Hakimiyyəti başçısının Tülallar kənd İƏD üzrə nümayəndəliyinin 41 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçının adına Göygöl Rayon İcra Hakimiyyəti başçısının Tülallar kənd İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illərə dair 01 saylı təsərrüfatbaşına kitabın 37 nömrəli şəxsi hesabında adına 1958-ci ildə tikilmiş, ümumi sahəsi 48 kv.m olan fərdi yaşayış evi və 0.15 ha həyətyanı torpaq sahəsi vardır. İddiaçı həmin evdə pasport qeydiyyatındadır və həmin ev iddiaçının atası X4 məxsus olmuşdur. Həmçinin məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Göygöl Rayon İcra Hakimiyyəti başçısının Tülallar kənd İƏD üzrə nümayəndəliyinin 5-47-19/2-xx-xx/2024, xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, nümayəndəlik tərəfindən verilmiş 41 nömrəli, xx.xx.2022-ci il tarixli arayışda göstərilən Tülallar kəndində yerləşən fərdi yaşayı evi Tülallar kənd sakini X6 tərəfindən 1958-ci ildə tikilmişdir və həmin ildən 2000-ci ilə kimi ölən günədək o evdə qeydiyyatda olmaqla yaşamışdır. 2017-ci ildən həmin fərdi yaşayış evində mərhumun oğlu Tülallar kənd sakini İddiaçı qeydiyyatda olmaqla yaşayır. Göründüyü kimi mübahisə predmeti olan fərdi yaşayış evinin iddiaçının mərhum atası X6 tərəfindən 1958-ci ildə inşa edilməsi və 2000-ci ildə vəfat edənədək onun ailəsilə birgə həmin evdə yaşamısı, 2017-ci ildən isə iddiaçının həmin evdə qeydiyyatda olmaqla yaşamısı öz təsdiqini tapmışdır. Həmçinin məhkəmənin sorğusuna əsasən "xxxx" ASC-nin X10 Təchizatı və Satış İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 1/210 saylı məktubda bildirilmişdir ki, İddiaçı Saleh oğlunun Daşkəsən rayonu (hazırda Göygöl rayonu), Tülallar kəndi ərazisində yerləşən fərdi yaşayış evinin ********* zavod nömrəli elektrik sayğacı "xxxx" ASC-nin fəaliyyət dövründən əvvəl, xx.xx.2010-cu il tarixdə "xxxx" ASC dövründə quraşdırılmışdır. Uzun müddət istismarda olan ********* zavod nömrəli elektrik sayğacı, xx.xx.2020-ci il tarixdə 77072389 zavod nömrəli sayğacla əvəz edilmişdir. Həmin fərdi yaşayış evinə ilk dəfə elektrik sayğacının quraşdırılması "xxxx" ASC-nin fealiyyət dövründən əvvəl həyata keçirildiyinə görə, quraşdırılmaya əsas olmuş sənədlərin təqdim edilməsi mümkün olmamışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər hüquqların qeydiyyata alınması üçün əsasdır. Adıçəkilən Qanunun 8.0.8-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərin dairəsi isə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.3. bəndinə əsasən, kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarışlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarışlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulduğundan, X4 məxsus ümumi sahəsi 48 kv.m olan fərdi yaşayış daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilməsi cavabdeh inzibati orqanın birbaşa səlahiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.1-ci bəndinin həmin dövrdə qüvvədə olan redaksiyasına görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2023-cü il tarixli, 202 nömrəli Qərarı ilə “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir. Yeni redaksiyaya görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Odur ki, vətəndaşın qanuni tələbinin icrasından əsassız və lüzumsuz imtina inzibati orqanın vəzifə səlahiyyətindən sui-istifadədir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, yuxarıda istinad olunan normalarda daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsi təsbit edilmişdir. Həmin normalar baxımından mübahisə predmeti olan ümumi sahəsi 48 kv.m fərdi yaşayış evi üzərində mərhum X2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq arayış verilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-239/2023 saylı qərarı əsassız olduğundan ləğv edilməli, yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-239/2023 saylı qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Göygöl rayon, Tülallar kəndində yerləşən ümumi sahəsi 48 kv.m olan yaşayış evinə X2 mülkiyyət hüququnun qeydiyyata alınaraq bu barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.