Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-163/2025 13.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Zeynalov Yasin Namik oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 3016/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2008-ci il tarixli, 269 nömrəli qərarına əsasən, Tovuz RHK ərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi M.Nağıyev adına Bakı şəhər klinik təcili tibbi yardım xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Başın təpə nahiyyəsinin yumşaq toxumasının kor qəlpə yarası. Sağ bazunun yuxarı 1/3-nin toxunan qəlpə yarası, sağ saidin, sağ baldırın orta 1/3-nin, sol diz və sol topuq nahiyyələrinin kər qəlpə yaraları” (Tovuz RHK-nın xx.xx.2008-ci il tarixli 758 nömrəli göndərişi və arayışı, Bakı şəhər klinik təcili tibbi yardım xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli 1659 nömrəli çıxarış epikrizi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İddiaçı xx.xx.2008-ci il tarixdən 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik, xx.xx.2009-cu il tarixdən 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik, xx.xx.2010-cu il tarixdən 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik, xx.xx.2011-ci il tarixdən 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik, xx.xx.2012-ci il tarixli qiymətləndirmə nəticəsində 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik, xx.xx.2013-cü il tarixdən 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik, xx.xx.2014-cü il tarixdən eyni diaqnoz ilə 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik, xx.xx.2015-ci il tarixdən 1 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik, xx.xx.2016-cı il tarixdən 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli və sonuncu dəfə xx.xx.2024-cü il tarixli qiymətləndirmələrin nəticəsində iddiaçının əlilliyi qiymətləndirilmiş və müxtəlif səbəblərdən ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ona xx.xx.2024cü il tarixdə keçirilmiş qiymətləndirmə nəticəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edildiyi bildirilmişdir. xx.xx.2023-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür: Göndərişi verən müəssisə - X3, Xəstəliyə görə ambulator müraciətlər - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu – xx.xx.2023 - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu – xx.xx.2023 - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu – xx.xx.2023 - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu – xx.xx.2023. Stasionar müalicə aldığı müəssisə: X3 - daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz-F07 Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Həkim müayinəsinin nəticəsi: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Daima baş ağrıları, baş gicəllənmələrindən, yuxusuzluqdan, səbəbsiz əsəbdən şikayətlənir. Daxilən narahat, gərgindir. Bir yerdə qərar tuta bilmir. Ünsiyyətə həvəssiz olaraq qoşulur. Tez-tez psixotik hallar keçirir. Əhval ruhiyyəsi kəskin dəyişkən, enikdir. Özünə qapanıqdır. Öz özünə danışır. Suallara qısa və əsəbi cavab verir. Hər xırda qıcığa güclü reaksiyalar verir. Yuxusu və yaddaşı pozulub. Konfliktlərə meyillidir. Maraq dairəsi məhduddur. Emosional labildir. Depressivdir. İntellekti enib. Xəstədə ayda 7-8 dəfə qıcolma tutmaları baş verir, tutma zamanı xəstə yıxılır, huşunu itirir, aşağı ətrafları qıc olur, ağzından köpük gəlir. Tutmalar 3-5 dəq çəkir, ayıldıqda süst yornuq olur, tutmanın baş verdiyini unudur. TSEK-ə göndəriş zamanı diaqnoz - Əsas diaqnoz F07.0, Üzvi mənşəli şəxsiyyət pozuntusu - Yanaşı xəstəliklər G40.3, Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Epilepsiya, tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 7-8 dəfə). Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdən ikinci qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcə əlillik təyin edilmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 269 nömrəli qərarında qeyd edilmişdir ki, o, 1992-ci ildən hərbi xidmətə çağrılmış və döyüş zamanı xidmət keçərkən yaralanmışdır. İddiaçı Bakı şəhəri M.Nağıyev adına klinik təcili tibbi yardım xəstəxanasında müayinə və müalicə keçərək « Başın təpə nahiyyəsinin yuşmaq toxumasının kor qəlpə yarası. Sağ bazunun yuxarı 1/3-nin toxunan qəplə yarası, sağ saidin, sağ baldırının orta 1/3-nin, sol diz və sol topuq nahiyyələrinin kor qəlpə yaraları » diaqnozu təyin edilmişdir. Bununla bağlı ona « Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, posttravmatik ensefalotapiya ve hipertenzion sindrom, tez baş verın qıcolma tutmaları » diaqnozu ilə İİ dərəcə əlillik təyin edilmiş, sonuncu dəfə xx.xx.2016-cı ildən xx.xx.2021-ci il tarixinə qədər əlilliyi qüvvədə olmuşdur. Lakin xx.xx.2024-cü il tarixdə qiymətləndirmədə ona « Əlillik əlaməti təyin etmir » barədə qərar qəbul edilmiş, imtinanın səbəbi « Diaqnoz öz təsdiqini tapmaması » əsas olmuşdur. Həmin imtina məktubu və arayışı xx.xx.2024-cü il tarixdə çap olunaraq iddiaçıya təqdim olunmuşdur. O, məhdud faəliyyət qabiliyyətlidir, işləməyə fiziki imkanları yol vermir. Ağrılarının qarşısını almaq üçün daim müalicə olunur. Odur ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3016/2024 nömrəli qərardadı ilə iddia tələbi “cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və xx.xx.2023-cü il tarixdən ikinci qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, Tovuz rayon sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli 0321003AAR1U nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********9). Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin N00118893GXİ nömrəli xx.xx.2023-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 269 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Başın təpə nahiyəsinin yumşaq toxumasının kor qəlpə yarası. Sağ bazunun yuxarı 1/3-nin toxunan qəlpə yarası, sağ saidin, sağ baldırın orta 1/3-nin, sol diz və sol topuq nahiyyələrinin kor qəlpə yaraları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd olunmalıdır ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrılardan, qıcolmadan şikayətlənmiş, qəbul etdiyi medikamentoz dərman preparatlarından "Depakin" qəbul etdiyini ifadə etmiş, anamnestik məlumatlarda epitutmaların xarakterini izah edə bilməmiş, qeyd etdiyi məlumatlar epitutmalar üçün xarakterik olmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu araşdırılmışdır. Xəstənin müayinəsi zamanı otağa daxil olduğu andan özünü süst, halsız göstərməyə çalışmış, başağrıları, qıcolma tutmaları, yaddaşsızlıq (Füzulidə yaralandığını, vertolyotla Bakıya gətirildiyini xatırlayır), ümumi xarakterli ağrılardan, sidik saxlaya bilməməsindən şikayətlənmişdir. Tutma zamanı özündə olmadığını, təcili yardım çağırıldığını, lakin heç nəyi xatırlamadığını, ayıldıqdan sonra 1 sutka halsız olduğunu söyləmişdir. Medikamentoz preparatlardan depakin 500 mg gündə 1 tablet qəbul etdiyini bildirmişdir. Baxış zamanı sağ saidin və bazunun yuxarı 1/3- də, sağ baldırın orta 1/3-də, sol dizdə ve sol baldırın orta 1/3-də çapıqlar izlənmiş, sağ təpə nahiyəsində dəraltında qəlpə əllənmiş, hərəkətləri sərbəst olmuşdur. Psixi statusunda özünü süst, depressiv şəxs kimi aparmış, manipulə etdikdə aktivləşmiş, psixoproduksiya aşkarlanmamışdır. Ancaq somatik şikayətlər bildirmiş. instrumental müayinə nəticələri retroqrad amneziya diaqnozunu təsdiqləməmişdir. Şəxsiyyətin patoloji inkişafı (üzvi mənşəli) müşahidə edilməmişdir. “İNCi” Müalicə-Diaqnostika Mərkəzi xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Bu EEQ çəkilişi 19 kanallı EEQ cihazı ilə 60 dəqiqə müddətində aparılmışdır. Huşu aydın ve oyanlıq vəziyyətində aparılan bu müayinədə hər iki alın, təpə paylarında (solda dominant olmaqla) diken-yavaş dalğa kompleksləri üstünlük təşkil edir. Fotostimulyasiya hər hansı dəyişiklik yaratmır. Hiperventilyasiya zəmin ritminə təsir göstərmir. Bu EEQ epileptik aktivliyə uyğundur” kimi qeyd olunmuş, EEQ dalğalarında epiaktiv dalğa kompleksi izlənməmiş, nəticə öz təsdiqini tapmamışdır. Təqdim eolunan xx.xx.2023-cü il tarixli kəllə KT müayinəsinin nəticəsi “Sol gicgah payda və bir qədər amigdalaya uzanan, 13x10mm ölçülərində, posttravmatik ensefalomalasiya sahəsi qeyd edildi” kimi müəyyənləşdirilmiş, klinik olaraq öz təsdiqini tapmamışdır. Gəncə Psixiatrik xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixi dəyişikliklər aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması” meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddianın rədd edilməsi xahiş edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3016/2024 nömrəli qərarı ilə (hakim R.Tağıyeva) İddiaçı tərəfindən verilmiş iddianın təmin edilməsi, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Zahid Şahniyar oğluna əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, X3 tərəfindən verilən xx.xx.2024-cü il tarixli göndəriş üzrə iddiaçıya əsas diaqnoz F07.0, Üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu qoyulmuşdur. Qeyd olunan Forma 88 haqqında məlumat üzrə həkim müayinəsinin nəticəsindən müəyyən olunur ki, iddiaçı daima baş ağrıları, baş gicəllənmələrindən, yuxusuzluqdan, səbəbsiz əsəbdən şikayətlənir. Daxilən narahat, gərgindir. Bir yerdə qərar tuta bilmir. Ünsiyyətə həvəssiz olaraq qoşulur. Tez-tez psixotik hallar keçirir. Əhval ruhiyyəsi kəskin dəyişkən, enikdir. Özünə qapanıqdır. Öz özünə danışır. Suallara qısa və əsəbi cavab verir. Hər xırda qıcığa güclü reaksiyalar verir. Yuxusu və yaddaşı pozulub. Konfliktlərə meyillidir. Maraq dairəsi məhduddur. Emosional labildir. Depressivdir. İntellekti enib. Xəstədə ayda 7- 8 dəfə qıcolma tutmaları baş verir, tutma zamanı xəstə yıxılır, huşunu itirir, aşağı ətrafları qıc olur, ağzından köpük gəlir. Tutmalar 3- 5 dəq çəkir, ayıldıqda süst yornuq olur, tutmanın baş verdiyini unudur. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya 2008-ci ildən başlayaraq eyni xəstəliklə əlillik təyin edilmişdir. İddiaçı təkrar əlilliyə görə üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 xəstəliyindən 2023-cü il ərzində stasionar qaydada 22 gün, ambulator qaydada isə 4 dəfə müalicə almışdır. Lakin iddiaçının orqanizminin pozulmuş funksiyaları bərpa olunmamışdır və onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki və psixi pozuntuları qalmaqda davam edir. İddiaçının orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddətinə gəldikdə isə məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2008-ci il tarixdə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş, ona qoyulmuş diaqnozun səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır müəyyən olunmuşdur. Həmçinin iddiaçının hazırda davam edən xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndində uyğun gəlir. Belə ki, iddiaçıya orqanizmin funksiyalarının 65-80% pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməlidir. Eyni zamanda iddiaçı barəsində müvafiq tibb müəssisəsi tərəfindən göndəriş xx.xx.2023-cü il tarixdə verilmişdir. Ona görə də iddiaçının təkrar əlilliyinin başlanması həmin tarixdən müəyyən edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh inzibati orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-3016/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarını ləğv edərək iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qeyd edilən halları ilə razılaşmır və eyni zamanda məhkəmənin gedişində diaqnozu aşkara çıxarmaq məqsədilə ekspertiza təyin edilməmiş və şəxsin əyani müayinə edilməsi barədə aralıq qərardad qəbul edilməmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Əyani qiymətləndirməyə əsasən şəxs psixi statusunda özünü süst, depressiv şəxs kimi aparmış, manipula etdikdə aktivləşmiş, psixoproduksiya aşkarlanmamışdır. Ancaq somatik şikayətlər bildirmiş, instrumental müayinə nəticələri Retroqrad amneziya diaqnozunu təsdiqləməmişdir. Şəxsiyyətin patoloji inkişafı (üzvi mənşəli) müşahidə edilməmişdir. İNCİ Müalicə-Diaqnostika Mərkəzi xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi "Bu EEQ çəkilişi 19 kanallı EEQ cihazı ilə 60 dəqiqə müddətində aparılmışdır. Huşu aydın və oyanlıq vəziyyətində aparılan bu müayinədə hər iki alın, təpə paylarında (solda dominant olmaqla) dikən-yavaş dalğa kompleksləri üstünlük təşkil edir. Fotostimulyasiya hər hansı dəyişiklik yaratmır. Hiperventilyasiya zəmin ritminə təsir göstərmir. Bu EEQ epileptik aktivliyə uyğundur kimi qeyd olunmuş, EEQ dalğalarında epiaktiv dalğa kompleksi izlənməmiş, nəticə öz təsdiqini tapmamışdır. Təqdim etdiyi xx.xx.2023-cü il tarixli Kəllə KT müayinəsinin nəticəsi "Sol gicgah payda və bir qədər amiqdalaya uzanan, 13x10mm ölçülərində, posttravmatik ensefalomalasiya sahəsi qeyd edildi" kimi müəyyənləşdirilmiş, klinik olaraq öz təsdiqini tapmamışdır. Gəncə Psixiatrik xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozğunluğu kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixi dəyişikliklər aşkar edilməmişdir. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbin bildirməmişdir. Məhkəmə kollegiyası onun iştirak etməməsini üzrlü hesab etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin 1 iyul tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
7. Psixi və davranış pozuntuları 7.6. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 Qiymətləndirmə 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - 65-80% - 2 il
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı əlilliyin təyinat tarixi hissəsində dəyişdirilməlidir. Belə ki, işin hallarından görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən başlayaraq müddətli Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. Sonuncu dəfə xx.xx.2016-cı il tarixdən “Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri. Posttravmatik ensefalopatiya. Hipertenzion sindrom. Teztez baş verən qıcolma tutmaları ilə” diaqnozu ilə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli və sonuncu dəfə xx.xx.2024-cü il tarixli qiymətləndirmələrin nəticəsində iddiaçının əlilliyi qiymətləndirilmiş və müxtəlif səbəblərdən ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə “diaqnoz öz təsdiqini tapmaması” səbəbi ilə iddiaçı barəsində əlilliyin təyin edilməsindən imtina edilmişdir. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 1361 nömrəli Həkim Psixiatr Komissiyasının rəyinə əsasən, Bədəlov X2 tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F07.0. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Forma-88 haqqında məlumat qrafikinə əsasən iddiaçıya TSEK-ə göndəriş zamanı qoyulan diaqnoz – “Əsas diaqnoz F07.0, Üzvi mənşəli şəxsiyyət pozuntusu - Yanaşı xəstəliklər G40.3, Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Epilepsiya, tez-tez baş verən qıcolma tutmaları ilə (ayda 7-8 dəfə).” kimi təsbit edilmiş, həkim müayinəsinin nəticəsində isə “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Daima baş ağrıları, baş gicəllənmələrindən, yuxusuzluqdan, səbəbsiz əsəbdən şikayətlənir. Daxilən narahat, gərgindir. Bir yerdə qərar tuta bilmir. Ünsiyyətə həvəssiz olaraq qoşulur. Tez-tez psixotik hallar keçirir. Əhval ruhiyyəsi kəskin dəyişkən, enikdir. Özünə qapanıqdır. Öz özünə danışır. Suallara qısa və əsəbi cavab verir. Hər xırda qıcığa güclü reaksiyalar verir. Yuxusu və yaddaşı pozulub. Konfliktlərə meyillidir. Maraq dairəsi məhduddur. Emosional labildir. Depressivdir. İntellekti enib. Xəstədə ayda 7- 8 dəfə qıcolma tutmaları baş verir, tutma zamanı xəstə yıxılır, huşunu itirir, aşağı ətrafları qıc olur, ağzından köpük gəlir. Tutmalar 3-5 dəq çəkir, ayıldıqda süst yornuq olur, tutmanın baş verdiyini unudur.” kimi qeyd edilmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya 2008-ci ildən başlayaraq eyni xəstəliklə əlillik təyin edilmişdir. İddiaçı təkrar əlilliyə görə üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 xəstəliyindən 2023-cü il ərzində stasionar qaydada 22 gün, ambulator qaydada isə 4 dəfə müalicə almışdır. Lakin iddiaçının orqanizminin pozulmuş funksiyaları bərpa olunmamışdır və onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki və psixi pozuntuları qalmaqda davam edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki qərarın tətbiq edilən hüquq hissəsində qeyd olunan normalara əsasən iş materiallarına əlavə edilmiş iddiaçıya sonuncu göndəriş üzrə qoyulan diaqnozlardan-“Əsas diaqnoz – “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu həkim müayinəsi nəticəsini də nəzərə almaqla iddiaçının sonuncu dəfə qiymətləndirildiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq orqanizmin funksiyalarının 2 il müddətinə 65-80 faiz aralığında pozulması ilə əlaqədar ona əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir. Bundan başqa iddiaçıya təyin ediləcək əlilliyinin səbəb əlaqəsinin “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” olması hissəsində də birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, İddiaçı xx.xx.2008-ci il tarixdə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş, ona qoyulmuş diaqnozun səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Cavabdeh orqan apellyasiya şikayətinin dəlili kimi diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməməsi qeyd olunmuşdur. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “təyin olunmuş diaqnozda ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilməməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, təyin edilmiş diaqnoz konkret olaraq əlilliyin müəyyən olunması meyarlarında təsbit edildiyi və diaqnozun özü meyarlara uyğun gəldiyi təqdirdə əlavə olaraq ağırlaşmaların tələb olunmasının hüquqi əsası yoxdur. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh əlillik dərəcəsini təyin etməyə borcludur. Bundan başqa, apellyasiya şikayətində birinci instansiya məhkəməsində araşdırma zamanı diaqnozu aşkara çıxarmaq məqsədilə ekspertiza təyin edilməməsi və şəxsin əyani müayinə edilməsi barədə aralıq qərardadın qəbul edilməməsi qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan iş üzrə qanuni və əsaslı qərarın qəbul edilməsi üçün aralıq qərardad qəbul edilməklə iş üzrə ekspert rəyinin alınması zərurəti yarandığını qeyd etsə də, həmin zərurətin nədən yarandığını (qaynaqlandığını) qeyd etməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçıya oranizmin funksiyalarının 65-80% pozulması səbəbindən 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqda haqlı olmuşdur. Buna baxmayaraq məhkəmə kollegiyası iddiaçıya əlilliyin təyin olunması tarixi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsinin əlilliyin təyinin başlanğıc tarixi ilə bağlı müəyyən etdiyi müddət inzibati aktın qəbul edildiyi deyil, göndərişin verildiyi tarixdir. Kollegiya birinci instansiya məhkəməsinin həmin mövqeyini maddi hüquq normalarına uyğun hesab etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasında qeyd edilmişdir ki, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Beləliklə, Qaydalardan da göründüyü kimi əlilliyin təyini və ya bundan imtina yalnız bu barədə müvafiq qərarın qəbul edilməsi nəticəsində öz hüquqi qüvvəsini müəyyən edir. İş materiallarına əlavə edilmiş sənəddən görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçıya göndəriş verilmiş, məhkəmədə baxılan iddianın predmetin təşkil edən sonuncu imtina qərarı isə xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Başqa sözlə cavabdeh tərəfindən iddiaçıya münasibətdə qəbul edilmiş əlverişsiz xarakter daşıyan inzibati akt xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Bu səbəbdən də iddiaçıya təyin ediləcək əlilliyin təyinatı da həmin tarixdən aparılmalıdır. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı əlillik dərəcəsinin təyin edilməsi tarixi hissəsində dəyişdirilməlidir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3016/2024 saylı qərarı əlilliyin xx.xx.2023-cü il tarixdən müəyyən edilməsi hissəsində dəyişdirilsin. Əlillik xx.xx.2024-cü il tarixdən müəyyən edilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.