Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-165/2023 27.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, vəkili X3 iştirakları ilə, “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli, N-1(114)-N309/N0NN nömrəli qərarından iddiaçının vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. AO ******* seriya və nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.N015-ci il tarixdən xx.xx.N019-cu il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş, xx.xx.N016-cı il tarixdən xx.xx.N016-cı il tarixədək Tapqaraqoyunlu və Talış kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. N. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.N0NN-ci il tarixli, 4/3-1644 nömrəli məktubundan görünür ki, İddiaçı xəstəliyinin və əlilliyinin döyüş əməliyyatları aparılan dövrdə döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı olmadığına görə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.N0NN-ci il tarixli, 4/3 1644 nömrəli məktubunda qeyd olunur ki, iddiaçıya müharibə veteranı adının və vəsiqəsi verilməsi «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 8-ci yarımbəndinə görə mümkün deyildir.
4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin 01 mart N0N3-cü tarixli, 3.43.N5/N.N46/N3 nömrəli məktubu ilə təqdim edilmiş N nömrəli hərbi hissə komandirinin 0N avqust N019-cu il tarixli, NN4 nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmət və vəzifə haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır.
5. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun N8 aprel N0N3-cü il tarixli, 3- 3-1N/3-30-3109/N3 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı N7 fevral N015-ci il tarixdən 0N avqust N019-cu il tarixədək N nömrəli hərbi hissədə xidmət etməsilə bağlı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkat edilməmişdir.
6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 17N saylı hərbi hissənin N5 may N0N3-cü il tarixli, 1036 nömrəli məktubunda qeyd olunmuşdur ki, sabiq hərbi qulluqçu X4 N016-cı ilin aprel döyüşlərində və N0N0-ci ildə “Vətən uğrunda” gedən döyüşlərdə iştirak etməmişdir.
7. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 14 iyun N0N3-cü il tarixli, 4/N- 3N17 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N015-ci il tarixli, 01N6 nömrəli əmrində xx.xx.N016-cı il tarixdən, xx.xx.N016-cı il tarixli, 01N9 nömrəli əmrində xx.xx.N017-ci il tarixdən və xx.xx.N017-ci il tarixli, 0104 nömrəli əmrində xx.xx.N018-ci il tarixdən N nömrəli hərbi hissənin döyüş şəraitində hesab edilməsi barədə məlumat vardır, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N018-N0N0-ci il tarixli əmrləri və N nömrəli hərbi hissənin N015-N0N0-ci il tarixli sənədləri arxivə daxil olmamışdır.
8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 17N saylı hərbi hissənin N iyun N0N3-cü il tarixli, 1N96 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu əsgər İddiaçı N016-cı ilin aprel ayında Tərtər və Naftalan rayonları ərazisində gedən döyüşlərlə əlaqədar olaraq döyüş tapşırığının yerinə yetirilməsi məqsədi ilə N nömrəli hərbi hissəyə Naftalan rayonuna ezam olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N015-ci ildə Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq MAHHXHQ kimi 17N saylı hərbi hissənin tərkibində xidmətə başlamışdır. Hərbi xidmətdə olan vaxt, N016-cı ilin aprel ayında döyüş əməliyyatlarında iştirak etmişdir. Belə ki, N016-cı ilin aprel döyüşləri başlayan zaman 17N saylı hərbi hissənin tərkibində xidmət etmişdir. Həmin vaxt 17N saylı hərbi hissədən N nəfər seçilərək Goranboy rayon Tapqaraqoyunlu və Talış istiqamətində gedən döyüşlərdə iştirak etmək üçün həmin əraziyə göndərilmiş, həmin şəxsi heyətdən biri də o olmuşdur. O, xx.xx.N016cı il tarixdən xx.xx.N016-cı il tarixədək Tapqaraqoyunlu və Talış kəndləri istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. N019-cu ilədək xidmətini davam etdirmiş və xx.xx.N019cu il tarixdə ehtiyata buraxılmışdır. Qeyd etdiyi xidmətlərə görə xx.xx.N016-cı il tarixdə 17N saylı hərbi hissənin komandiri Elşən Qapaqov tərəfindən fəxri fərmanla təltif olunmuşdur. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir.
11. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli, N-1(114)-N309/N0NN nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia təmin edilməmişdir. 1N. Birinci instansiya məhkəməsi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3, 7-ci maddələrinə, Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsinə istinad edərək hesab etmişdir ki, iddiaçının 17N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətdə olarkən onun xx.xx.N016-cı il tarixdən-xx.xx.N016-cı il tarixədək Azərbaycan Respublikasını ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi təsdiq olunsa da, o həmin döyüş əməliyyatları ilə əlaqədar hər hansı bir xəsarət (yaralanma, travma, kontuziya) almamışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri
13. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli, N-1(114)-N309/N0NN nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Müdafiə nazirliyinin xx.xx.N0NN-ci il tarixə olan rəsmi məlumatına görə Azərbaycan Respublikasının 44 günlük Vətən müharibəsində iştirak etmiş 76 000 nəfər şəxsə müharibə veteranı statusu Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli N16 nömrəli qərarı əsasında verilmişdir. Göründüyü kimi ona veteranlıq statusunun verilməsindən imtina olunması əsassızdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, N016-cı il tarixdə olan «Aprel döyüşlərində» iştirak etmişdir, lakin həmin döyüşlərdə yaralanmamış və ya hər hansı xəsarət almamışdır. Hazırki tələbi N016cı ildə «Aprel döyüşlərində» iştirak etdiyindən ona müharibə veteranı vəsiqəsinin verilməsidir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili iddiaçı ilə eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etdi.
18. İş üzrə cavabdehə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 6N.3-cü maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
19. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: …. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;….. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir. N0. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 1N-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 1N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji XN Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.
N1. N5 dekabr 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 18.1. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır.
NN. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: N.N.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3. inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: N3. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. N4. İş matariellarından göründüyü kimi iddiaçı tələbində N016-cı ilin 04-09 aprel tarixlərini əhatə edən “Aprel” döyüşlərində iştirak etməsini bildirərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. N5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.N0NN-ci il tarixli, 4/3-1644 nömrəli məktubundan görünür ki, İddiaçı xəstəliyinin və əlilliyinin döyüş əməliyyatları aparılan dövrdə döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı olmadığına görə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. N6. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi isə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 17N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətdə olarkən onun xx.xx.N016-cı il tarixdən-xx.xx.N016-cı il tarixədək Azərbaycan Respublikasını ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi təsdiq olunsa da, o həmin döyüş əməliyyatları ilə əlaqədar hər hansı bir xəsarət (yaralanma, travma, kontuziya) almamışdır. N7. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, işdə olan AO ******* seriya və nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.N015-ci il tarixdən xx.xx.N019-cu il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş, xx.xx.N016-cı il tarixdən xx.xx.N016-cı il tarixədək Tapqaraqoyunlu və Talış kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. N8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 17N saylı hərbi hissənin N iyun N0N3-cü il tarixli, 1N96 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu əsgər İddiaçı N016-cı ilin aprel ayında Tərtər və Naftalan rayonları ərazisində gedən döyüşlərlə əlaqədar olaraq döyüş tapşırığının yerinə yetirilməsi məqsədi ilə N nömrəli hərbi hissəyə Naftalan rayonuna ezam olunmuşdur. N9. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin 01 mart N0N3-cü tarixli, 3.43.N5/N.N46/N3 nömrəli məktubu ilə təqdim edilmiş N nömrəli hərbi hissə komandirinin 0N avqust N019-cu il tarixli, NN4 nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmət və vəzifə haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır.
30. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 17N saylı hərbi hissənin N5 may N0N3-cü il tarixli, 1036 nömrəli məktubunda qeyd olunmuşdur ki, sabiq hərbi qulluqçu X4 N016-cı ilin aprel döyüşlərində və N0N0-ci ildə “Vətən uğrunda” gedən döyüşlərdə iştirak etməmişdir.
31. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 14 iyun N0N3-cü il tarixli, 4/N- 3N17 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N015-ci il tarixli, 01N6 nömrəli əmrində xx.xx.N016-cı il tarixdən, xx.xx.N016-cı il tarixli, 01N9 nömrəli əmrində xx.xx.N017-ci il tarixdən və xx.xx.N017-ci il tarixli, 0104 nömrəli əmrində xx.xx.N018-ci il tarixdən N nömrəli hərbi hissənin döyüş şəraitində hesab edilməsi barədə məlumat vardır, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N018-N0N0-ci il tarixli əmrləri və N nömrəli hərbi hissənin N015-N0N0-ci il tarixli sənədləri arxivə daxil olmamışdır. 3N. «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinin müddəalarına görə müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 1N-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 1N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji XN Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;
33. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
34. Göründüyü kimi qeyd olunan əsasnamənin müddəalarına görə «Müharibə veteranı adı»nın verilməsi 10 may 1994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçən, yaxud döyüş zonalarında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olan o hərbi qulluqçulara şamil edilir ki, həmin hərbi qulluqçular bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış olsunlar.
35. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçının hərbi qulluqçu kimi qeyd edilən zaman kəsiyində hərbi xidmət vəzifələrini yerinə yetirməsi, aktiv döyüş əməliyyatlarının aparıldığı ərazilərə ezam olunması və iştirakı işin mübahisəsiz halıdır. Lakin iş üzrə iddiaçı C.Şirinovun döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması müəyyən edilməmişdir.
36. Bununla yanaşı adıçəkilən əsasnamənin 1-ci bəndinə edilmiş əlavə müddəa - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərədə tutulsa da, hazırki iş üzrə iddiaçının Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməsi də müəyyən olunmamışdır.
37. Odur ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci maddəsi imperaativ şəkildə “müharibə veteranı” adının verilməsi labüd olan subyektlərinin dairəsinin müəyyən edilməsi şərtlərini tənzimləyir. Əsasnamədə qeyd edilən hər hansı normanın işin hallarına uyğun olaraq tövsif edilməsi konstitusion prinsip olan hüquqi müəyyənlik prinsipinin tətbiqinə xəlil gətirir.
38. Hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun N008-ci il tarixli Qərarı).
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin olunmaması ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8N, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli, N-1(114)-N309/N0NN nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov