Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(104)-165/2025 05.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əvvəlki dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3097/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına yaşa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli müraciəti, sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli məktubla təmin edilməmişdir.
2. AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür.
3. NZ ******* nömrəli hərbi biletə əsasən, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək hərbi xidmətdə olmuşdur.
4. İT-İ ******* nömrəli əmək kitabçasına əsasən, İddiaçı xx.xx.1980-xx.xx.1982-ci, xx.xx.1984-xx.xx.1987-ci, xx.xx.1987-xx.xx.1988-ci, xx.xx.1988-xx.xx.1995-ci, xx.xx.1997xx.xx.2009-cu illər ərzində müxtəlif peşələr üzrə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmçinin xx.xx.2009-cu il tarixdən hal-hazıradək əmək fəaliyyəti ilə məşğuldur.
5. "xxxx" ASC-nin 30 aprel 2014-cü il tarixli, 26 nömrəli arayışına əsasən, İddiaçı "xxxx" ASC-nin Gəncə “Gil-torpaq” İstehsalat Sahəsində (keçmiş Kirovabad Alüminium zavodu) aşağıdakı peşələrdə (vəzifələrdə) güzəştli şərtlərlə işləmişdir: -xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilədək - siyahı № 1, bölmə Vİİİ, yarımbölmə 10a, Kimya İstehsalatı, 1080A010-17541, tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri; -xx.xx.1997-ci ildən xx.xx.1997-cı ilədək - siyahı № 2, bölmə İX, yarımbölmə 9a, Gil-torpaq İstehsalatı, 2091100a-10187, avtoklavlarda və aqiqatorlarda, təsnifatçılarda, dekompozerlərdə, süzülmə pulpa hazırlanması, kaustifikatorlarda məşğul olan aparatçı – hidrometallurqlar; -xx.xx.2007-ci ildən xx.xx.2009-cu ilədək – bölmə 7, yarımbölmə 3a, Gil-torpaq istehsalatı, aqlomeratçılar.
6. İddiaçı "xxxx" ASC-nin Gəncə “Gil-torpaq” İstehsalat sahəsində (keçmiş Kirovabad Alüminium zavodu) işlədiyi dövrdə xx.xx.2009-cu ildən xx.xx.2009-cu ilədək ödənişsiz məzuniyyətlərdə olmuşdur.
7. "xxxx" ASC-nin Gəncə “Gil-torpaq” İstehsalat sahəsi üzrə xx.xx.2009-cu il tarixli, 79-K nömrəli, xx.xx.2009-cu il tarixli, 117-K nömrəli əmrlərə əsasən, iş həcminin kəskin azalması, istehsal olunan məhsulun miqdarının və satış qiymətlərinin aşağı düşməsi istehsalın və işin dayandırılması ilə nəticələndiyindən işçilər ödənişsiz məzuniyyətə buraxılmış, əmrlərə əlavə edilmiş siyahılarda İddiaçı da adı qeyd edilmişdir.
8. "xxxx" ASC Gəncə “Gil-torpaq” İstehsalat sahəsi üzrə 07 avqust 2009-cu il tarixli, 174-k nömrəli əmrə əsasən, İddiaçı ərizəsi nəzərə alınmış, İstehsalat Departamentinin Bişirmə və X1 xx.xx.2009-cu il tarixdən ödənişsiz məzuniyyətdən geri çağırılmış hesab edilmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə onunla bağlanılmış əmək müqaviləsinə xx.xx.2009-cu il tarixdən əsasən xitam verilmişdir.
9. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli xidməti məktubunda qeyd edilmişdir ki, İddiaçı əmək kitabçasında xx.xx.1984-xx.xx.1986-cı illər ərzindəki dövrdə metallurgiya zavodunda avadanlığın təmiri üzrə təmirçi çilingər, xx.xx.1986-xx.xx.1987-ci illər ərzindəki dövrdə dülgər vəzifəsində işlədiyi qeyd olunub. Yuxarıda göstərilən məlumatları özündə əks etdirən iş yerinin arayışı Mərkəzi Filiala təqdim edilmədiyindən həmin dövrlərdə işlədiyi vəzifənin güzəştli olubolmamasını müəyyən etmək mümkün deyil.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə əmək kitabçasında qeydiyyatı aparılmış xx.xx.1984-xx.xx.1986-cı və xx.xx.1997-xx.xx.2009-cu illərdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat sahələrində işlədiyi dövrün xüsusi və ümumi iş stajına daxil edilməsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı vaxtdan - xx.xx.2023-cü il tarixən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun xx.xx.1983-cü il tarixdən əmək fəaliyyəti var, bu gün də işləyir. xx.xx.1984-xx.xx.1986-cı illərdə və xx.xx.1997- xx.xx.2009cu illərdə (cəmi 13 il, 04 ay, 12 gün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat sahələrində işləmiş, ümumi iş stajı isə xx.xx.2023 cü il tarixədək (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquququnun yarandığı tarix) 39 il, 09 ay, 21 gündür. İddiaçı bildirir ki, onun güzəştli istehsalat sahələrində işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiqlənmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda qeyd olunan göstəricilərə uyğundur, bu isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu yaradır. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdeh təşkilata bir neçə dəfə müraciəti olmuş, son müraciəti isə xx.xx.2023-cü il tarixdə olmuşdur. İddiaçı qeyd edir ki, cavabdeh təşkilat bilərəkdən güzəştli iş sahələrinin miqdarını azaltmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edir. Belə ki, cavabdeh orqan onun işlədiyi iş sahəsindən (Azər Alüminium ASC) tərtib olunmuş imtiyazlı iş stajına hesablanmış xx.xx.1997-xx.xx.1997, xx.xx.2008-xx.xx.2008-ci illəri və əmək kitabçasında qeydiyyatı olan, açıq və aydın tam iş günündə çalışdığı göstərilən Qazaxıstan SSR-nin "xxxx"nın Sulfat turşusu zavodunda aparatçı – hidrometallurq sahəsində təmirçi-çilingər vəzifəsini güzəştli hesab etmir, bu səbəbdən onun güzəştli şərtlərlə iş stajı 11 il, 03 ay təşkil edir ki, bu da kişilər üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan 12 il 06 aydan azdır. İddiaçı nəzərə çatdırır kı, onun xx.xx.1984-xx.xx.1986-cı illərdə və xx.xx.1997- xx.xx.2009-cu illərdə (cəmi 13 il, 04 ay, 12 gün) işlədiyi sahə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiqlənmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat peşə, vəzifə və göstəricilərə uyğundur, qanunçuluqda nəzərdə tutulan tələblərə uyğun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu yaradır. İddiaçı xx.xx.1984- xx.xx.1986-cı illərdə və xx.xx.1997-xx.xx.2009-cu illərdə (cəmi 13 il, 04 ay, 12 gün) yuxarıda qeyd etdiyi Qazaxıstan SSR-nin "xxxx"nın Sulfat turşusu zavodunda və AzərAlüminium ASC-də güzəştli hesab olunan iş sahələrində işləmişdir. Ümumi iş stajı 39 il, 09 ay, 21 gündür, o cümlədən güzəştli şərtlərlə 13 il, 04 ay, 12 gün təşkil edir. İddiaçı əlavə edir ki, xx.xx.2023-cü il tarixə ümumi və xüsusi iş stajı Qanunun tələblərinə uyğun olaraq yetərincədir, güzəştli şərtlərlə əmək pensiyası hüququ isə xx.xx.2023-cü il tarixdən yaranır. Habelə, o, cavabdeh orqanın verdiyi qərarla razılaşmır, çünki keçən bu dövrdə hüquqları pozulmaqla yanaşı, ona xeyli maddı və mənəvi zərər vurulmuşdur.
12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş mətninə əsasən, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2024-cü il tarixdən əvvəlki 3 il üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
13. Cavabdeh inzibati orqanın iddia tələbinə dair xx.xx.2024-cü il tarixli etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin İddiaçı dair xx.xx.2014-cü il tarixli 26 nömrəli arayışında xx.xx.1997-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisəsinin "Gəncə Gil-torpaq” İstehsalat sahəsində aparatçı, xx.xx.1997-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində bişirmə sahəsində aparatçı-hidrometallurq vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının aparatçı işlədiyi müddətdə müəssisəsinin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarla təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan kimya istehsalatı sahəsinə aid deyil. Həmçinin, qeyd olunan arayışda bişirmə sahəsində aparatçı-hidrometallurq vəzifəsinin yuxarıda qeyd olunan avtoklavlarda və aqitatorlarda, təsnifatçılarda, dekompozerlərdə, süzülmə, pulpa hazırlanması, kaustifikatorlarda məşğul olan aparatçı hidrometallurqlara aid olub-olmamasına dair hərhansı məlumat göstərilməyib. Bu səbəbdəndə də iddiaçının işlədiyi həmin vəzifənin güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək mümkün deyil. Eyni zamanda sözügedən arayışda İddiaçı xx.xx.2009-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (11 il 3 ay (xx.xx.1997-xx.xx.2008-ci il, xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir ("Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla). Yuxarıda qeyd edilən dövr üzrə iddiaçının ödənişsiz məzuniyyətdə olduğu üçün həmin müddəti iş stajına daxil etmək mümkün deyil. Əlavə olaraq bildirilir ki, yuxarıda qeyd olunan dövrlər iddiaçının güzəştli iş stajına aid edilsə belə, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edəcəkdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3097/2024 nömrəli qərarı ilə (hakim R.Tağıyeva) iddia təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və iddiaçının cavabdehə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki 3 il, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
15. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçının Qazaxıstan SSR Xəzəryanı X2 turşusu zavodunda xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixə kimi, "xxxx" ASC-də xx.xx.1997-ci il tarixdən xx.xx.2009-cu il tarixədək çalışması nəzərə alınmaqla sonuncunun xx.xx.2020-ci il tarixə 12 il 6 aydan çox güzəştli iş stajı mövcuddur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə etiraz ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
18. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının xx.xx.2006-cı il tarixə 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı olmadığı təqdirdə ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi qərara alınmışdır.
20. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək şikayətə etiraz etdiyini bildirdi və təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq:
21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 23.1. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 sentyabr tarixli 217 nömrəli qərarı ilə qüvvədən düşmüşdür):
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993‐cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №‐li Siyahısı: 20900000 – Vİİİ. Metallurgiya istehsalatı (əlvan metallar) 20911000 - 9. Giltorpaq istehsalatı 2091100a - a) fəhlələr 2091100a—10187 - avtoklavlarda və aqitatorlarda, təsnifatçılarda, dekompozerlərdə, süzülmə, pulpa hazırlanması, kaustifikatorlarda məşğul olan aparatçı hidrometallurqlar
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı: 7.9. Alüminium oksidi (giltorpaq) istehsalı a) fəhlələr: aqlomeratçılar 7.29. Giltorpaq istehsalatı a) fəhlələr: avtoklavlarda və agitatorlarda, təsnifatçılarda, dekompozerlərdə, süzülmə, pulpa hazırlanması, kaustifikatorlarda məşğul olan aparatçı-hidrometallurqlar
26. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
28. İşin hallarından müəyyən olunur ki, İddiaçı pensiya yaşına çatması, habelə, ümumi və güzəştli iş stajına malik olmasını əsas gətirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunanlara əsasən onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 3 ay (xx.xx.1997-xx.xx.2008-ci il, xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər) təşkil edir.
29. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və iddiaçının cavabdehə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki 3 il, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
30. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşır və qeyd edir ki, məhkəmə mübahisələndirilən illərin güzəştli iş stajı kimi nəzərə alınmasına dair düzgün nəticəyə gəlsə də, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2024-cü il tarixdən əvvəlki 3 il, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi hissəsində qanunvericliyin nomalarını düzgün tətbiq etməmişdir.
31. Belə ki, "xxxx" ASC-nin 30 aprel 2014-cü il tarixli, 26 nömrəli arayışına əsasən, İddiaçı "xxxx" ASC-nin Gəncə “Gil-torpaq” İstehsalat Sahəsində (keçmiş Kirovabad Alüminium zavodu) aşağıdakı peşələrdə (vəzifələrdə) güzəştli şərtlərlə işləmişdir: -xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilədək - siyahı № 1, bölmə Vİİİ, yarımbölmə 10a, Kimya İstehsalatı, 1080A010-17541, tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri; -xx.xx.1997-ci ildən xx.xx.1997-cı ilədək - siyahı № 2, bölmə İX, yarımbölmə 9a, Gil-torpaq İstehsalatı, 2091100a-10187, avtoklavlarda və aqiqatorlarda, təsnifatçılarda, dekompozerlərdə, süzülmə pulpa hazırlanması, kaustifikatorlarda məşğul olan aparatçı – hidrometallurqlar; -xx.xx.2007-ci ildən xx.xx.2009-cu ilədək – bölmə 7, yarımbölmə 3a, Gil-torpaq istehsalatı, aqlomeratçılar.
32. Göründüyü kimi iddiaçının güzəştli iş stajı iş materiallarında olan sənədlərə əsasən məhz 2009-cu il tarixdə tamamlanır. Belə olan halda «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinin hazırki iş üzrə tətbiqi istisna edilir.
33. Belə ki, qeyd olunan normanın tələblərinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
34. İşdə olan sənədlərlə iddiaçının mübahisələndirilən iş illəri ilə birlikdə tam əmək stajı xx.xx.2009-cu il tarixdə tamamlanır. Cavabdeh inzibati orqanın iddia tələbinə dair xx.xx.2024-cü il tarixli etiraz ərizəsi və apellyasiya şikayətinin dəlillərində də qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə olan məlumatlardan göründüyü kimi, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (11 il 3 ay (xx.xx.1997-xx.xx.2008-ci il, xx.xx.2008xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir.
35. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd olunan hissədə gəldiyi nəticə düzgün olmadığından qərar həmin hissədə ləğv edilməlidir.
36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının pensiya hüququ yaranan zaman-xx.xx.2023-cü ildə qüvvədə olan pensiya qanunvericiliyinə əsasən kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edə bilmək üçün aşağıdakı şərtlərinşəxsin 60 yaşının tamam olması; 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajının birgə mövcudluğu tələb olunur. İşdə olan sənədlərə əsasən iddiaçı xx.xx.1963-cü il tarixində doğulmuşdur və onun güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı tarix -60 yaşının tamam olduğu xx.xx.2023-cü ildir.
37. Göründüyü kimi cavabdeh iddiaçının xx.xx.1997-xx.xx.2008-ci il, xx.xx.2008xx.xx.2009-cu il tarixləri arasındakı dövrləri (11 il 3 ay) güzəştli iş stajı kimi qəbul edir. Etiraz ərizəsi və apellyasiya şikayətində iddiaçının Qazaxıstan SSR Xəzəryanı X2 turşusu zavodunda xx.xx.1984-xx.xx.1986-cı il üzrə metalurgiya zavodunda avadanlığın təmiri üzrə təmirçi çilingər, xx.xx.1986-xx.xx.1987-ci il üzrə dülgər, həmçinin təqdim olunan güzəştli arayış üzrə xx.xx.1997-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisəsinin "Gəncə Gil-torpaq” İstehsalat sahəsində aparatçı, xx.xx.1997- xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində bişirmə sahəsində aparatçı-hidrometallurq vəzifələrində işlədiyi, xx.xx.2009-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər ərzində ödənişsiz məzuniyyətdə olduğu illər mübahisələndirilmişdir.
38. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasının Xəzəryanı Dağ-Mədən Kombinatının möhürü ilə təsdiq edilmiş səhifəsindən görünür ki, sonuncu xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixə kimi Sulfat turşusu zavodunda təmirçi çilingər peşəsində çalışmışdır.
39. Həm 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş, həm də həmin tarixdən sonra qüvvədə olan pensiya qanunvericiliyinin müddəlarına görə, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
40. Apellyasiya şikayətinin dəlillərində qeyd olunur ki, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında pensiya təminatı sahəsində olan münasibətlər əməkdaşlıq haqqında müvafiq sazişlərə uyğun tənzimlənir. «Əmək pensiyaları haqqında» Qanunun 23.1-ci maddəsinə əsasən, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 23.2. maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası ilə Sovet Sosialist Respublikaları İttifaqının tərkibinə daxil olmuş 15 ölkədən biri olan Qazaxıstan Respublikası arasında xx.xx.1996-cı il tarixdən pensiya təminatə sahəsində saziş olmuşdur.
41. Göründüyü kimi əmək pensyiaları haqqında qanunvericilikdə bu hal tənzimlənmiş, məhz 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajının maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilməsi qeyd olunmuşdur. Digər tərəfdən ölkələr arasında sazişin xx.xx.1996-cı il tarixdə bağlanması iddiaçının ziyanına şərh edilməməlidir.
42. Bundan başqa, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin tələblərinə görə, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
43. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
44. İş materialları ilə müəyyən olunur ki, iddiaçının əmək kitabçası mövcuddur və həmin əmək kitabçasındakı qeydlər əsasında iddiaçının əmək fəaliyyəti təsdiq olunur. Cavabdeh orqan tərəfindən iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyi mübahisələndirilməmişdir.
45. "xxxx" ASC-nin 30 aprel 2014-cü il tarixli arayışından görünür ki, İddiaçı "xxxx" ASC-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993‐cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 №‐li Siyahısında nəzərdə tutulan - xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilədək - siyahı № 1, bölmə Vİİİ, yarımbölmə 10a, Kimya İstehsalatı, 1080A010-17541, tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri; xx.xx.1997-ci ildən xx.xx.1997-cı ilədək - siyahı № 2, bölmə İX, yarımbölmə 9a, Gil-torpaq İstehsalatı, 2091100a-10187, avtoklavlarda və aqiqatorlarda, təsnifatçılarda, dekompozerlərdə, süzülmə pulpa hazırlanması, kaustifikatorlarda məşğul olan aparatçı – hidrometallurqlar xx.xx.1997-cı ildən xx.xx.2007-ci ilədək - siyahı № 1, bölmə İİİ, yarımbölmə 3a, Xəlitənin bişirilməsi, 1070300a-10941, aqlomeratçılar; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan - xx.xx.2007-ci ildən xx.xx.2009-cu ilədək – bölmə 7, yarımbölmə 3a, Gil-torpaq istehsalatı, aqlomeratçılar peşələrində işləmişdir.
46. Beləliklə, hazırki iş üzrə cavabdehin imtinası qanunaziddir və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3097/2024 nömrəli nömrəli qərarı qismən- İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilməklə, iddia tələbi qismən təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən (60 yaşdan) təyin edilməklə ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3097/2024 nömrəli nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov